Məhkəmə qərarları › İş №1(100)-253/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-253/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-253/2022 18.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X8 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı oğlu, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamış, 04 yanvar 2022-ci il tarixdə, saat 20:05 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bərdə şəhəri, İ.Qayıbov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni əynində olan göy rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə saxladığı 1 (bir) ədəd qara rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 və 2,225 qram olmaqla ümumi təmiz çəkisi 2,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 il narkotik vasitə heroindən istifadə etmişdir. Son 7-8 aydır ki, o, narkotik vasitə qəbul etməmişdir. 04 yanvar 2022-ci il tarixdə saat 20 radələrində o, Bərdə şəhəri, İ.Qayıbov küçəsi ilə yaşadığı H.Aslanov küçəsində yerləşən evinə gedən zaman polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində bir bükümdə, ümumi çəkisi 0.157 qram narkotik vasitə olan heroin olmuşdur. Polis şöbəsinin inzibati binasında polis əməkdaşları ona təzyiq edərək, ona bir bükümdə narkotik vasitə verərək, həmin bükümün ona məxsus olmasını boynuna almasını tələb etmişlər. O da polislər tərəfindən ona edilən təzyiqlərə dözməyərək çəkiliş zamanı həmin bükümün ona məxsus olmasını bildirmişdir. Onun üzərindən aşkar olunmuş iki büküm narkotik vasitənin biri, yəni 2.1 qram olan büküm ona məxsus olmamış, polislər tərəfindən ona təzyiq edilərək boynuna alınması tələb edilmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 59-da yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən 04 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə saat 20:05 radələrində Bərdə şəhəri, İ.Qayıbov küçəsində saxlanılmış və Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi Xanım İsayevanın iştirakı ilə təhqiqatçı Röyal Ağayev tərəfindən şübhəli şəxs qismində tutulduğu, hüquq və vəzifələri izah edilmiş, daha sonra onun, Şahid2 və müdafiəçi Xanım İsayevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı qanunsuz əşya və ya predmetin könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə bükümləri çıxarıb təqdim etmiş, həmin maddənin kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş, 02 bükülünün birlikdə ümumi çəkisi 2.10 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr təhqiqatçı Röyal Ağayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 05 yanvar 2022-ci il tarixli 16/11 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözlər və imzalar olan zərfdəki 01 (bir) ədəd qara rəngli kağız bükümdə və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram, 2,225 qram, ümumi təmiz çəkisi 2,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə hesab edilən heroini təqdim etmiş, həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabdan görünür ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunan heroini satış məqsədi ilə əldə edərək üzərində saxlaması müəyyən edilmiş, lakin narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi və əvvəllər narkotik maddənin satışı ilə məşğul olub-olmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan göy rəngli gödəkcənin sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükülülərin içərisində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra həmin bükülülər elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 08 yanvar 2022-ci il tarixli 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrəyə +99455 ***-**-** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs: “Nəsə götürdü eliyəmmədin?”-sözləri olan yazışmalar var. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrə ilə +99455 ***-**-** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, : “Ciyarım aqzıma gelir partdlylr, Gunah mendediki birtike maldan oteri herdefe si.... goturem ozumu qandonkimi alcaldlf. beyaxda okaqlzl goturdum clrlxkimi. 2 gun artlxylqankimi si, Nolar ozbey yeqin birgun kopuy kusarsan. Herzengde.adama gijd... qeh.. amc.. demek birtike maldan oteri xowuna geler.lomkadadlde yeyejem, Ee ollem kisen mene irsozde.soyuwnen cavabverdiyine ozbey, Gor wuweynen deyiwebilirsen dobru var 1 cet”-sözləri olan yazışmalar var. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrə ilə +99450 ***-**-** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, : “Birwey, eliyemedin, ozbey, fdar edirsense heyatda en iyrendiyim utandlqlm toxunan wey senden malisdemekdi bawlnl soxmusan kola elebil bexdiyar ordeydi hardan allm deyedeye hewkimin”-sözləri olan yazışmalar var. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN BƏSİİ-dən dахil оlmuş 14 yanvar 2022-ci il tаriхli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 28 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 yanvar 2009-cu il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 və 2,225 qram olmaqla ümumi təmiz çəkisi 2,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə mаddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı 04 yanvar 2022-ci il tarixdə saat 20 radələrində onun Bərdə şəhəri, İ.Qayıbov küçəsi ilə yaşadığı H.Aslanov küçəsində yerləşən evinə gedən zaman polis əməkdaşları tərəfindən qarşısının kəsilərək, onu polis şöbəsinə aparmasına, həmin vaxt onun üzərində bir bükümdə, ümumi çəkisi 0.157 qram narkotik vasitə olan heroin olmasına, polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının ona təzyiq edərək ona bir bükümdə narkotik vasitə verərək həmin bükümün ona məxsus olmasını boynuna almasını tələb etməsinə, onun da polislər tərəfindən ona edilən təzyiqlərə dözməyərək çəkiliş zamanı həmin bükümün də ona məxsus olmasını bildirməsinə, onun üzərindən aşkar olunmuş iki büküm narkotik vasitənin biri, yəni 2.1 qram olan bükümün ona məxsus olmamasına, polislər tərəfindən ona təzyiq edilərək boynuna alınmasının tələb edilməsinə, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamasına dair ifadəsinin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, SMS-lər və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 və 2,225 qram olmaqla ümumi təmiz çəkisi 2,382 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin şəxsi istehlak miqdardan dəfələrlə artıq olması, iki bükümdə olması, qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması, SMS məlumatlarının olması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.2-cı maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən halhazırda onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 04 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd qara rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,157 qram, 2,225 qram, ümumi təmiz çəkisi 2,382 qram olan, ekspertiza zamanı isə 0,08 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,302 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Bərdə RPŞ-nin və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alısın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,302 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar