Məhkəmə qərarları › İş №1(100)-253/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-253/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-253/2023 09.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhər BPİin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Bağbanlar küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Gəncə BPİ-in 3-cü Polis Bölməsinə gətirilmiş və şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhər BPİin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Bağbanlar küçəsi ilə Bayan küçəsinin kəsişməsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-in 3-cü Polis Bölməsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığında piyada gedərkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək onu saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə gətirmişlər. Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən hər hansı növdə narkotik vasitə aşkar edilməmişdir. Polis bölməsində ona narkotik vasitə verərək həmin narkotik vasitənin onun üzərindən aşkar edildiyini etiraf etməli olduğunu bildirmişlər. Lakin o, etiraf etməmişdir. Bu zaman Polis bölməsində polis əməkdaşları ona fiziki təzyiq göstərmiş və onu döymüşlər. Buna görə də o, məcbur olub həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi sellofanla birlikdə 0,27 qram olmuşdur. Bundan başqa, ona elan edilmiş ittihamda 26 noyabr 2022-ci il tarixdə üzərindən 0,229 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edildiyi göstərilsə də, onun üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin həmin çəkidə deyil, daha az miqdarda olmuşdur. O, həmin narkotik vasitə heroini Elmar adlı şəxsdən almışdır. Elmar adlı şəxs polis əməkdaşları üçün işləmişdir. O, Elmar adlı şəxsdən özünün istifadə etməsi üçün əvvəllər də narkotik vasitə almışdır. Sonuncu dəfə Elmar adlı şəxsdən özünün istifadəsi üçün narkotik vasitə aldıqdan sonra xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Bağbanlar küçəsi ilə Bayan küçəsinin kəsişməsində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə üzərində şəxsi axtarış keçirilərkən üzərindən Elmar adlı şəxsdən aldığı narkotik vasitə aşkar edilmişdir. Lakin həmin narkotik vasitə heroinin çəkisi ona elan edilmiş ittihamda göstərildiyi kimi 0,229 qram deyil, daha az miqdarda olmuşdur. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə heç bir səlahiyyətli orqanlara şikayət etməmiş, ibtidai araşdırma zamanı bu barədə hətta öz vəkilinə də deməmişdir. Məhkəmə araşdırması zamanı nəyə görə ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə heç bir səlahiyyətli orqanlara şikayət ünvanlamaması, ibtidai araşdırma zamanı bu barədə nəyə görə hətta öz vəkilinə də deməməsi barədə verilmiş suala cavab verə bilməmiş, həmçinin ibtidai araşdırmanın bütün mərhələsində Elmar adlı şəxs barədə nəyə görə bildirməməsi barədə verilmiş suala da cavab verə bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi izahat və ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki o, rəsmi olaraq heç bir yerdə işləmir. Ehtiyaclarını qarşılamaq üçün fəhləliklə məşğul olur. Təxminən 1 ildən artıq müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı küçə ilə hərəkətdə olan zaman yerdən 1 ədəd sellofan bükümdə kütlə tapıb içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu görmüş, gələcəkdə istifadə etmək məqsədi ilə həmin bükümü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibə qoymuşdur. 31 avqust 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığı ilə piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək onu saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə gətirmişlər. Polis bölməsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və vəkil X6 təyin olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt hüquqları izah olunmuşdur. Şəxsi axtarış başlayan zaman polis əməkdaşları ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməyini bildirmişlər. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibində saxladığı bir ədəd şəffaf sellofanda narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, axşam saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi sellofanla birlikdə 0,27 qram gəlmiş, zərfə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerdən bir bükümdə narkotik vasitə olan heroin tapmış və həmin bükümü gələcəkdə istifadə etmək üçün yerdən götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsi ilə Bayan küçəsinin kəsişməsində olarkən yerdən tapdığı narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər və 3-cü Polis Bölməsinə aparılmışdır. Bölmədə hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və vəkil X3 təyin olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibində saxladığı 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim etmiş, polis əməkdaşları onun vəkilinin iştirakı ilə həmin bükümə baxış keçirmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 0,36 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələrdən heç kimə nə verməmiş, nə də satmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitələri satmaq niyyəti olmamışdır (iş vərəqə: cild İ, səh.25, 44-45, 54-55, 99, 116-118, 128-130, 241-243 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-in 3-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, 8 nömrəli tam orta məktəbin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-in 3-cü polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan torbacıqda bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümü yaşadığı evin yaxınlığında yerdən tapdığını göstərmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş, falqa ilə birlikdə çəkisi 0,27 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Həmçinin göstərir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona hər hansı fiziki və ya digər təzyiq göstərilməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Gəncə şəhəri sakini Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsində olması müəyyən edildikdən sonra 3-cü Polis Bölməsinin sahə rəisi Şahid4 ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsinə gedilmiş, onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsi ilə Bağbanlar küçəsinin kəsişməsində gördükdən sonra yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan etmiş və 3-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi ilə təmin edilmiş, sonra isə üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 0,36 qram olmuşdur. Həmin kütlə zərfdə qablaşdırılaraq, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu etiraf edərək həmin narkotik vasitəni yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş. Şahid3 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona hər hansı fiziki və ya digər təzyiq göstərilməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 noyabr 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və 12 dekabr 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 26 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan torbacıqda büküm aşkar edildi, onun içərisində isə ümumi çəkisi selloflanla birlikdə 0,36 qram olan qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, 1 gün əvvəl yaşadığı evin yaxınlığında yerdə tapdığını, istifadə etmək üçün saxladığını bildirmişdir (cild 1, iş vərəqə: 23-24, 204 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 avqust 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və 04 noyabr 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd sellofan torbacıqda büküm aşkar edilmiş, onun içərisində isə ümumi çəkisi selloflanla birlikdə 0,27 qram olan qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, yerdən tapdığını, istifadə etmək üçün saxladığını bildirmişdir (cild 1, iş vərəqə: 97-98, 159-160 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi-bioloji ekspertizasının 27 noyabr 2022-ci il tarixli, 16/1336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.......vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ........” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, təmiz çəkisi 0,229 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1, iş vərəqə: 30-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi-bioloji ekspertizasının 31 avqust 2022-ci il tarixli, 16/1041 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2022-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlə 0,27 qram çəkidə..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0,173 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqə: 105-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1759 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 194). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 fevral 2023-cü il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 218). Cinayət işinin materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri nə vaxt və hansı mənbədən əldə etməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etdiyi mənbələrin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmış, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,153 qram və 0,179 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, eləcə də 02 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə: 219-232). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 18). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə saat 16:30-da saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmişdir (cild 1, iş vərəqə: 63-64). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 31 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 88). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 17:50-də saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə: 137-139). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 noyabr 2022-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun tutulmasına dair qərar qəbul edilmiş və o, 15 noyabr 2022-ci il tarixdə, saat 14:40-da tutulmuşdur (cild 1, iş vərəqə: 172-174). Cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə, saat 15:00-da Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. (cild 1, iş vərəqə:188-189). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 216). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-in 3-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və həmin idarənin polis əməkdaşı Şahid2, həmçinin həmin Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 və polis əməkdaşı Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram, müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülən “heroin” narkotik vasitəsinin kütləsi 0,173 qram və 0,229 qram olduğundan, ayrı-ayrı vaxtlarda onun üzərindən aşkar edilmiş həmin narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Lakin narkotik vasitələrdən asılılıqdan əziyyət çəkən Təqsirləndirilən şəxs istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda üzərində olan narkotik vasitə aşkar edildikdən üç ay sonra üzərindən yenidən narkotik vasitənin aşkar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm birinci dəfə, həm də ikinci dəfə Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həm 31 avqust 2022-ci il tarixdə, həm də 26 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl işdə olan xx.xx.2022-ci il tarixli raportdan və xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər iki cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş (cild 1, iş vərəqə: 4, 73), üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda qeyd edilən narkotik vasitələr aşkar edildikdən sonra hər iki halda onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, hər iki halda şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, həm xx.xx.2022-ci il tarixdə, həm də xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (cild 1, iş vərəqə: 46, 119) və hər iki halda təqsirləndirilən şəxs kimi də dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə heroindən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Lakin cinayət işinin bütün göstərilən faktiki hallarına baxmayaraq, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli sonradan heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin təkrar əldə edilməsi əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan heroindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız təkrarən heroin narkotik vasitəsinin aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən hər iki epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin mənasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təkrar törədildikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməsi, həmin narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, “....Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni 31 avqust 2022-ci il tarixdə Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən hər hansı növdə narkotik vasitə aşkar edilməməsi, polis bölməsində narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsinə və məcbur olub həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə dair göstərdikləri ilə əlaqədar araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs hər hansı fiziki təsir edilməsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş 29 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həm xx.xx.2022-ci il tarixdə, həm xx.xx.2022-ci il tarixdə, həm də xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X4 daxil olarkən Təqsirləndirilən şəxs həmin tarixlərdə müayinə olunmuş və onun üzərində hər hansı xəsarət müəyyən edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs barəsində “tibbi müayinənin keçirilməsi” kitabının surətindən də görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə Gəncə şəhər Baş Polis İdarəsinin X4 daxil olarkən onun bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməmişdir. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində 26 noyabr 2022-ci il tarixdə onun üzərindən 0,229 qram deyil, daha az çəkidə narkotik vasitə heroinin aşkar edilməsi, həmin narkotik vasitə heroini polis əməkdaşları üçün işləyən Elmar adlı şəxsdən alması barədə ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir”. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra 26 noyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi izahatında, həmçinin 27 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 28 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 0,36 qram olmasını, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə yaşadığı evinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmiş və polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermələri barədə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində həmin narkotik vasitə heroini polis əməkdaşları üçün işləyən Elmar adlı şəxsdən alması nə şahid ifadələri ilə, nə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə, nə də işin digər halları ilə öz təsdiqini tapmamışdır, qeyd edilən həmin halları Təqsirləndirilən şəxs yalnız məhkəmə iclasında ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxsin yalnız məhkəmə baxışında bildirdiyi və ibtidai araşdırmanın bütün müddəti ərzində ümumiyyətlə göstərmədiyi həmin inkaredici halları bildirməməsi, həmin göstərdiyi halları ibtidai istintaqda heç vəkilinə də deməməsi Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirdiklərinin həqiqətə uyğun olmadığını və heç bir dəlillərlə təsdiqini tapmadığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq göstərilməsi nəticəsində etirafedici ifadələr verməsini, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları üçün işləyən Elmar adlı şəxsdən almasını göstərsə də, ibtidai araşdırmanın bütün müddəti ərzində onun həbsdə deyil, azadlıqda olduğu nəzərə alınarsa bu barədə onun müvafiq səlahiyyətli orqanlara şikayət etmək imkanlarının olmasına baxmayaraq, heç bir səlahiyyətli orqanlara şikayət ünvanlamaması, yalnız məhkəmə araşdırması zamanı özünün göstərdiyi ibtidai araşdırmanın ilkin mərhələsində “qanunsuz hərəkətlər”ə məruz qaldığı halda, bu barədə ibtidai araşdırmanın sonrakı mərhələsində də təqsirləndirilən şəxs qismində ifadə verərkən də ümumiyyətlə göstərməməsi və onun azadlıqda olduğu şəraitdə hər hansı polis əməkdaşlarının ona qanunsuz təsir etmək imkanının olmadığı halda da təqsirləndirilən şəxsin bu barədə bildirməməsi və ya hətta ibtidai araşdırmanın yekununda cinayət işinin materialları ilə tanış olarkən də bu barədə ümumiyyətlə göstərməməsi onun həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etməkə, onun həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda göstərilmiş sübutları və faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,173 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, bundan başqa onun təkrar şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,229 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması “Şəxsi axtarış haqqında” protokollar, digər istintaq hərəkəti protokolları, şəxsi axtarışın keçirilməsinin əks olunduğu video diskə baxış protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edilmişdir. Beləliklə də, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda sadalanan həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Ona görə də cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin onun cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halı nəzərə almaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 noyabr 2022-ci il saat 22:00-dan 28 noyabr 2022-ci il saat 16:30-dək, 31 avqust 2022-ci il saat 01:00-dan 01 sentyabr 2022-ci il saat 17:50-dək, 15 noyabr 2022-ci il saat 14:40-dan 16 noyabr 2022-ci il saat 15:00-dək, yəni 5 (beş) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 (beş) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1759 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,153 qram və 0,179 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 62,80 (altmış iki manat 80 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək, 31 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək və 15 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 5 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,153 qram və 0,179 qram narkotik vasitə heroin məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 62,80 (altmış iki manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar