Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-254/2020 21.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Rəhimov Müşfiq Rəhim oğlunun, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Qənbərov Əziz Həbib oğlunun, müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Hüseynov Əli Meybulla oğlu, Quliyev Elnur Ağalar oğlu və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən verilən ittihama görə Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, xx xxxxx 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsində 22918 nömrəsilə dövlət qeydiyyatına, hüquqi ünvanı ünvan 1 olan “xxxxxxxxxx” firmasının hüquqi varisi kimi əlli faiz təsisçi payını özündə saxlamaqla, əlli faiz təsisçi payı Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə məxsus olan “xxxxxxxxxx” MMC-ni xx xxx 2006-cı il tarixdə 1106-118-4111 nömrəsi ilə qida məhsullarının, məişət və sənaye məhsullarının, yarımfabrikatların istehsalı, idxalı, ixracı və satışını, o cümlədən daxili və xarici ticarət etmək və sair məqsədlər üzrə fəaliyyət göstərməsi üçün həmin qeydiyyat idarəsində qeydiyyatdan keçirərək həmin Cəmiyyətə faktiki rəhbərlik etməklə cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədlər imzalamaq, öhdəliklərə görə cavabdehlik daşımaq, maliyyə əməliyyatlarını həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimiözqulluqmövqeyindənistifadəetməklə onaetibaredilmişhəmin Cəmiyyətə məxsus özgə əmlakını mənimsəməklə talamaq məqsədilə, 2011-2015-ci illər ərzində Türkiyə Respublikasında yerləşən ayrı-ayrı şirkətlərdən uşaq bezlərinin alışını öz şəxsi sahibkarlıq fəaliyyəti kimi həyata keçirib, razılaşmasına əsasən, həmin malların gömrük rüsumlarını bilavasitə gömrük orqanında, real dəyərini isə daşıma şirkəti sürücülərinə malları ünvan 2 ünvanında yerləşən “Buz Zavodu” adlandırılan ərazidə yerləşən anbarda təhvil aldığı zaman öz şəxsi vəsaiti hesabına deyil, “xxxxxxxxxx” MMC-nin ona etibar edilmiş vəsaiti hesabına cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin Gəncə şöbəsi üzrə anbardar Ramazanov Ramiz Cahangir oğlu və həmin cəmiyyətin xəzinədarı Məmmədov Əbülfəz Alim oğlu vasitəsilə ödəməklə, ümumilikdə 1.884.769,32 manatməbləğində pul vəsaitini Cəmiyyətin vəsaiti hesabına ödəyib, habelə, həmin malları x xxxxxx 2011-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək istintaqa məlum olmayan şəxslərə satmaqlaəldəetdiyi vəsaitdən həmin Cəmiyyətin xəzinəsinə hər hansı məbləğ mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Bundan başqa, o, həmin Cəmiyyətin təsisçisi və cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən qeyd edilən səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi cəmiyyətin nizamnamə məqsədlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda,Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103-105, 149.2, 154, 177.1.2, 177.1.3, 177.2, 178, 218-221-ci maddələrinin tələblərini pozaraq 2011-ci il üzrə ümumi dövriyyəsi 10.326.888,33 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 1.858.839,90 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 955.403,66 manat, büdcəyə ödənilməli ƏDV məbləği 903.436,24 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.092.369,83 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 916.626,57 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 900.926,69 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 15.699,88 manat göstərərək, 887.736,36 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2012-ci il üzrə ümumi dövriyyəsi 13.028.689,39 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.345.164,09 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 1.128.889,70 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.216.264,39 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.022.202,36 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 903.996,42 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 995.565,96 manat, büdcənin ona geri qaytarmalı olduğu ƏDV məbləğini 91.569,54 manat göstərərək, 1.307.833,93 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2013-cü il üzrə ümumi dövriyyəsi 14.006.320,03 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.521.137,61 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 856.376,60 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.664.761,01 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 4.855.038,63 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 873.906,95 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 744.559,12 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 129.347,83 manat göstərərək, 1.535.413,17 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə,2014-cü il üzrə ümumi dövriyyəsi 14.306.789,26 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.575.222,07 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 680.751,74 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.894.470,33 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 3.943.180,42 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 709.772,48 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 604.891,32 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 104.881,16 manat göstərərək, 1.789.589,17 manat ƏDV-ni, həmçinin, eyni niyyətlə, 2015-ci il üzrə ümumi dövriyyəsi 11.625.887,85 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 2.092.659,81 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 998.337,17 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1.094.322,64 manat olmağına baxmayaraq, müvafiq dövr üzrə tərtib etdiyi ƏDV bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə, ümumi dövriyyəsini 5.434.323,90 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləğini 978.178,30 manat, əvəzləşdirilməli olan ƏDV məbləğini 970.690,57 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 7.487,73 manat göstərərək, 1.086.834,91 manat ƏDV-ni, ümumilikdə 2011-ci ilin yanvar ayından 2015-ci illin dekabr ayı daxil olmaqla ümumi dövriyyəsi 63.294.574,86 manat, həmin dövriyyədən 18% dərəcə ilə hesablanmalı olan ƏDV məbləği 11.393.023,47 manat, əvəzləşdirilməli olan ƏDV məbləği 4.619.768,87 manat, büdcəyə ödənilməli ƏDV məbləği 6.773.254,60 manat olmaqla cəmi 6.607.407,54 manat Əlavə Dəyər Vergisini, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103-105-ci maddələrinin tələblərini pozaraq faktiki rəhbərliyi həyata keçirdiyi cəmiyyətin mənfəətlə işlədiyi halda vergi orqanlarına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə təhrif edilmiş məlumatlar daxil etməklə 2011-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 10.326.888,33 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 8.605.740,27 manat, mənfəəti 1.721.148,06 manat, mənfəət vergisi 344.229,61 manat olduğu halda, vergi məbləğini təhrif edərək 3.108,07 manat bəyan etməklə, 341.121,54 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2012-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 13.030.245,06 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 10.858.537,60 manat, mənfəəti 2.171.707,51 manat, mənfəət vergisi 434.341,50 manat olduğu halda, vergi məbləğini təhrif edərək 2.847,16 manat bəyan etməklə, 431.494,34 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2013-cü il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 14.031.952,68 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 11.693.293,9 manat, mənfəəti 2.338.658,78 manat, mənfəət vergisi 467.731,76 manat olduğu halda, vergi məbləğini təhrif edərək 2.688,29 manat bəyan etməklə, 465.043,47 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2014-cü il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 14.324.389,81 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 11.936.991,50 manat, mənfəəti 2.387.398,31 manat, mənfəət vergisi 477.479,66 manat olduğu halda, vergi məbləğini təhrif edərək 52.499,00 manat bəyan etməklə 424.980,66 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, 2015-ci il üzrə mənfəət vergisi tutulan dövriyyəsi 11.625.887,85 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 9.688.239,87 manat, mənfəəti 1.937.647,98 manat, mənfəət vergisi 387.529,60 manat olduğu halda, özü tərəfindən vergi məbləğini təhrif edərək 263.999,20 manat bəyan etməklə, 123.530,40 manat mənfəət vergisini, ümumilikdə cəmiyyət üzrə 2011-2015-ci illər üçün daxil olan vəsaitin mənfəət vergisi tutulan dövriyyəsi 63.339.363,73 manat, fəaliyyətlə əlaqədar çəkilən xərci 52.782.803,14 manat, mənfəəti 8.384.855,30 manat, mənfəət vergisi 211.312,13 manat olduğu halda, vergi məbləğini təhrif edərək 325.141,72 manat bəyan etməklə 1.786.170,41 manat mənfəət vergisini, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-208.5-ci maddələrinin tələblərini pozaraq 2013-cü il üzrə torpaq vergisi bəyannaməsi təqdim etməyərək “xxxxxx” MMC-yə məxsus 26,00 kv.m qeyri-yaşayış sahəsi üçün 2,60 manat torpaq vergisi hesablanaraq bəyan etməli olduğu halda, onu bəyan etməyərək 2,6 (iki manat altmış qəpik) manat torpaq vergisini, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən müəssisə tərəfindən ödənilmiş icarə haqqından 26.320,27 manat ödəmə mənbəyində tutulan vergi hesablanaraq bəyan edilməli olduğu halda onun tərəfindən 24.222,97 manat ÖMV hesablanaraq bəyan edilməklə, 2013-cü ilin İ rübü üzrə 132,3, 2013-cü ilin İİ rübü üzrə 132,3, 2013-cü ilin İİİ rübü üzrə 132,3, 2013-cü ilin İV rübü üzrə 132,3, 2014-cü ilin İ rübü üzrə 132,3, 2014-cü ilin İİ rübü üzrə 132,3, 2015-ci ilin İİ rübü üzrə 1.303,4 manat olmaqla, cəmi 2.097,2 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayındırmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 8.395.677,75 manat (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat yetmiş beş qəpik) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkillər Elnur Quliyev və Əli Hüseynov məhkəməyə yazılı vəsatət təqdim edərək Azərbaycan Respunlikasının CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin, müdafiəçilər Elnur Quliyev və Əli Hüseynov Azərbaycan Respublikasının CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ailəli olmaqla daimi yaşayış yerinin olmasını, məhkəmə istinatqından yayaınmaq niyyətinin olmadığını əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər, bununla bağlı yazılı vəsatəti məhkəməyə təqdim etmişlər. Müdafiəçilər vəsatəti onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş sonuncu cinayət əməlini xx xxxxx 2016-cı il tarixdə törətmişdir. Lakin verilmiş ittihamda və cinayət işinin materiallarında cinayət harda baş verməsi göstərilməmişdir. Cinayət işininin materiallarından da göründüyü kimi Adığözəlov Füzuli Qəşəm oğlu ünvan 3 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşayır. Adığözəlov Füzuli Qəşəm oğlu Bakı şəhərində rəsmi qeydiyyatda olmaqla yaşadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1 və 74-cü maddələrinə əsasən cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə, hər iki vəsatətlə bağlı cinayət prosesi tərəflərinin fikrini dinləyib hesab edir ki, cinayət işinin aidiyyət üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair müdafiə tərəfinin vermiş olduğu vəsatət, vəsatətdə göstərilən əsaslarla deyil, aşağıdakılara əsasən təmin edilməli, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman əsas götürülmüş hallar hazırda aradan qalxmadığından onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatət təmin edilməməlidir. İttiham aktından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərindən ağır cinayətlər kateqoriyasına aid olan, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli 2016-cı ilin aprel ayında Abşeron rayonunda başa çatmışdır. Belə ki, “xxxxxxxxxx” MMC-nin adından Türkiyə Respubliksından avtomobillə çoxlu sayda “Prima” markalı uşaq bezləri idxal edildikdən sonra ünvan 2 ünvanında yerləşən “Buz Zavodu” adlandırılan ərazidə yerləşən anbara yığılmış, həmin bezlər kənar şəxslərin vasitəsi ilə satılmış, satışdan əldə edilən pullar isə müxtəlif şəxslərin vasitəsilə mərkəzi ofisə göndərilmişdir. Mühasibatlıq mərkəzi ofisdə aparıldığından bütün hesablaşmalara dair məlumatlar da hər ayın sonunda cəmiyyətin mühasibatlığına göndərilmişdir. İş materiallarından görünür ki, “xxxxxx” MMC-nin (əvvəlki adı “xxxxxxxxxx” MMC) mərkəzi ofisi Abşeron rayonu, Məhəmmədi kəndində yerləşir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan da görünür ki, o, ümumilikdə 1.884.769,32 manatməbləğində pul vəsaitini Cəmiyyətin vəsaiti hesabına ödəyib, habelə, həmin malları x xxxxxx 2011-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək istintaqa məlum olmayan şəxslərə satmaqlaəldəetdiyi vəsaitdən həmin Cəmiyyətin xəzinəsinə hər hansı məbləğ mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.884.769,32 manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs ona etibar olunmuş cəmi 1.884.769,32 manat məbləğində pul vəsaitini Abşeron rayonu Məhəmmədi kəndində yerləşən Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda mədaxil etməyib şəxsi ehtiyaclarına sərf etməklə, həmin pul vəsaitini mənimsəməyib talamasına görə ona ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının“Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” haqqında siyahıdan görünür ki, Abşeron rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda istinad edilən cinayət əməlinin törədildiyi yer olan Abşeron rayonu ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3., 74.1., 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi, məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, sözügedən cinayət işi aidiyyətı üzrə Azərbaycan Respublikasının Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həçinin Azərbaycan Respublikası CPM-nin 174.2-ci maddəsində göstərilir ki, “məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tətbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir” Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri barəsində seçilmiş “həbs” qətimkan tədbiri əsaslı olduğundan və dəyişdirilməsinə zərurət olmadığından “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3., 74.1., 74.2.2, 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: 1.Təqsirləndirilən şəxsin müdafiəçiləri Elnur Quliyevin və Əli Hüseynovun cinayət işinin aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair məhkəməyə təqdim etdikləri vəsatət təmin edilsin və bunula əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cina-yət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. 2.Müdafiəçilər Elnur Quliyevin və Əli Hüseynovun təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatətləri təmin edilməsin. 3.Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri barəsində seçilmiş “həbs” qətimkan tədbiri əsaslı olduğundan və dəyişdirilməsinə zərurət olmadığından “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(100)-254/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-254/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver