Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-254/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Quliyev Cahandar Elmar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X16 və qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin qonaq otağında yerləşən divanda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə ona qarşı qəsdən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin yataq otağında yerləşən çarpayıda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci il yay aylarından başlayaraq 2022-ci ilin iyun ayınadək olan müddət ərzində, dəqiq müəyyən edilə bilməyən günlərdə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 və çörək almaq üçün mağazaya göndərmək adı ilə çağırıb sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək öz yaşadığı evdə, yaşadığı evin yaxınlığında yerləşən su çəninin altındakı ətrafdan tam görünməyən boş sahədə, yaşadığı evin həyətinə yığılmış dəmir lövhələrin arxasında, yaşadığı evin pilləkənin üstündə və yaşadığı evlə qonşuluqda yerləşən evlərinin arasındakı ətrafdan görünməyən sahədə mütəmadi olaraq cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə, həmçinin üzündən və baş nahiyyəsindən sillə ilə vuraraq zor tətbiq etməklə öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salıb təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin aprel-may ayında, dəqiq müəyyən edilə bilməyən gündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X10 çörək almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, evin yataq otağında onun şalvar və tumanını aşağı salaraq, yəni cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, öz əynində olan şalvarını bir qədər aşağı salıb cinsiyyət orqanını çıxararaq, Elcan Vəliyevin başını aşağı əyərək əli ilə tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin anal dəliyinə toxundurub təxminən 5-6 dəqiqə ərzində cinsiyyət orqanını onun anal dəliyinə sürtməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə çağırıb, onunla qonşuluqda yerləşən, həmin kənd sakini Elfaq adlı şəxsə məxsus olmaqla yeni tikilmiş, yaşayış olmayan evin həyətinə apararaq, həmin fərdi yaşayış evinin pilləkəninin üzərində əyləşdirib, orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Elcanın anası Ülviyyəgilin ailəsi ilə qonşu olmuşlar və onlara uzaqdan qohumluqları da çatır. Eyni ərazidən torpaq sahəsi alıb ev tikdirmişlər və evləri üzbəüzdür. Ülviyyəgilin hazırda evlərinin olduğu torpaq sahəsi birinci özünün yeri olmuşdur. Həmin vaxt aralarında torpaqla bağlı narazılıq olsa sonradan münasibətləri yaxşı olmuş, aralarında ədavət yaxud düşmənçilik olmamışdır. Ülviyyənin əri 4-5 il qabaq Dağıstana işləməyə getmiş, əri gedəndən sonra həyət evlə bağlı köməklik etmiş, bəzi vaxtlarda borca pul da vermişdir. Təxminən 4-5 il həmin dövrdə xatırlamadığı bir gün yoldaşı atasının evinə getmiş, evdə tək olduğu üçün darıxıb “Yurd yeri” deyilən kafeyə gəlib dostları ilə oturmuş, axşam düşdüyü üçun təxminən gecə saat 11-12 radələrində evə gqayıdanda Ülviyyə ona “axşamın xeyir qonşu”, deyib, haradan gəldiyini soruşmuşdur. Dostları ilə çay içdiyini bildirəndə Ülviyyəonu evə dəvət edərək “gəl çay içək” demiş, O isə Ülviyyəyə “ayıbdır, sənin yoldaşınla çörək kəsmişəm” deyib öz evinə getmişdir. Səhəri gün işdən evə qayıdanda arvadı ona Ülviyyəyə deyibsən ki, “gəl bizdə çay içək?” soruşmuş, o isə arvadına belə hal olmadığını demişdir. Bir müddət sonra çərşənbə axşamı qonşularına məxsus sahədə uşaqlar tonqal yandırmaq üçün qanqal yığan vaxt Ülviyyəyə qonşuların yanında yaxınlaşıb yalan danışdığı üçü ağzına gələni demiş, bundan sonra Ülviyyəgilin ailəsi ilə iki il küsülü qalmışlar. Aradan xeyli keçmiş qızının ad günü olmuş, evinin artırmasında oturub saz çalaraq çay içəndə həmin vaxt Ülviyyənin əri Elşad kefli vəziyyətdə onu görüb “ay qonşu, bu gün mənim qızımın ad günüdü,belə qonşuluq olmaz” deyərək üm-küsü etmişdir. Həmin vaxt arvadına “nəhlət şeytana nə qədər olmasa da biz qonşuyuq” deyib, birlikdə onlara getmiş və barışmışlar. Bir müddət sonra Ülviyyənin əri Elşad harasa işləməyə getmişdir. Məhəllədə olan ayaqyoluna gedəndə Ülviyyə 2-3 dəfə qəsdən gəlib üstünə çıxmışdır. Bir dəfə də ayaqyolunda olanda Ülviyyə yenə gəlmiş, həmin vaxt arvadının ona baxdığını görüb, guya təsadüfən gəldiyi demişdir. Ülviyyə ümumiyyətlə yüngül əxlaqlı qadın olmuş, bir dəfə telefonda başqa kişi ilə danışanda əri Elşad bildiyi üçün arvadı Ülviyyəni öldürüb, evi yandırmaq istəsə də həmin vaxt araya girib mane olmuşdur. Bu məsələni bütün qonşular bilmişdir. Arvadı müəllimə olduğu üçün Ülviyyə qızını və oğlunu yoldaşının yanına məşğələyə qoymuş, məşğələnin aylıq pulunu verə bilmədiyi üçün borc yığılmışdır. Həmin müddətdə Ülviyyə yenə onunla yaxınlıq etmək istəsə də ona yaxınlıq verməmiş və bu barədə əri Elşada deyəcəyini bildirmişdir. Özü qohum qonşu arasında bir-iki yerdə Ülviyyənin onunla yaxınlıq etmək istədiyini demişdir. Bu məsələ Ülviyyəgilin hazırki şikayətlərindən 2-3 ay qabaq olmuşdur. Arvadı ilə səkkiz ildir evli olsalar da, övladları olmur. 2022-ci il iyul ayında yoldaşının əmisi oğlunun Bakı şəhərində toyu olduğuna görə və həkim müayinəsindən keçmək üçün biryerdə iyul ayının 17-si Bakı şəhərinə getmişlər. Həkim müayinəsindən keçəndən sonra Bakı şəhərində bacanağının evində olarkən mobil telefonuna Tovuz rayonundan polislər zəng edib barəsində şikayət olduğunu, guya Ülviyyənin oğlu Elcanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, cinsi fəaliyyət qabiliyyəti yerindədir, uşaq olması özündə olan mikrobla bağlıdır və müalicə olunmalıdır, evlərinin yaxınlıqda olan yarımçıq tikili ev isə Elfaqın olmuş və həmin evdə usta kimi işləmişdir, evdə həmin dövrdə yaşayış yoxdur. Elcan evə məşğələyə gələndə həmişə yoldaşı evdə olmuş, həyətdə idmanla məşğul olduğu vaxtlarda da Elcan onlara gəldiyi vaxt olmuş, bir dəfə də saz çalanda qonşularında olan digər uşaqlar gəlib görmüşdür. Arvadı hadisəyə qədər yaşadıqları evdə həftənin altı günü məşğələ keçmiş, Elcan evə gəlib-getsə də özü tək evdə olanda Elcan evə gəlməmişdir. Elcanı siqaret almağa göndərməklə bağlı anası Ülviyyə ilə mübahisəsi olmamış, Ülviyyənin başqa kişilərə yaxınlıq təklif etdiyini və ya görüşdüyünü görməsə də Ülviyyə ona üstüörtülü şəkildə və açıq cinsi əlaqədə olmaq təklif etmişdir. Elcanın dəqiq yaşının bilməsə də təxminən 11-12 yaşı olduğunu güman etmiş, Elcanı nadir halda mağazaya siqaret və çörək almağa göndərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X16 göstərmişdir ki, birinci dəfə Qənbər günorta vaxtı qonşuda uşaqlarla oturanda gəlib, “gedək evdən sənə pul verim mənə siqaret al” demiş, onun evinə gəldikdən sonra qapının ağzinda Qənbəri gözləsə də içəri keçməyi demiş qonaq otağına keçdikdən sonra onu vurub divanın üstünə yıxmış cinsi orqanını çıxarıb mənim ağzına soxmuşdur. Sonrakı müddətdə də həmin hərəkətləri dəfələrlə evində etmişdir. Qonşuluqda yaşayan Kənan adlı şəxsin su çəninin altındakı şlanq gətirmək adı ilə onu ora aparıb su çəninin altında altında da zorla cinsi orqanını ağzına soxmuş, həmçinin Qənbər qonşuluqda işlədiyi Elfaq adlı şəxsin evinə aparıb məhəllədə pilləkəndə oturub şeyini çıxarıb ağzıma soxmuşdur. Bir dəfə isə evinə aparıb soyunduraraq orada cinsi orqanını çıxarıb arxama hissəsinə sürtmüşdür. Son dəfə əməlini 2022-ci ilin iyun ayında etmişdir. Həmin vaxt qonşuda ciyər axşamı olmuş, Elfaqgilin darvzasının açarı Qənbərdə olduğuna görə onu küçədə ağacının altında uşaqlarla oynayarkən çağırıb “Elfaqgilin evinə adam gəlir gedək onların qabağına” bəhanəylə onu evə aparmış, darvazanı açıb içəri salaraq orada cinsi orqanını ağzına vermişdir. Qənbər cinsi orqanını ağzına soxanda və arxa hissəsinə sürtəndə xoşuna gəlməyini soruşmuş, Qənbərə xoşuna gəlmədiyini dedikdə, başına qapazla vurub “xoşuma gəlir, sözü deyənə kimi səni döyəcəm” demiş, qorxudan Qənbərə xoşuna gəldiyini demişdir. Qənbər bir neçə dəfə üstünə bıçaqla gəlib bir dəfə tualetdə olarkən ona “kiməsə desən, səni öldürəcəm demişdir. Qənbər ona “səni balta ilə doğrayıb ayaqyoluna tökəcəm” dediyi üçün uzun müddət bu barədə heç kimə deməsə də bir dəfə dostları Ayhanla Toğrula bu barədə demiş, onlar ayrı ayrılıqda Qənbərin ona qarşı etdiyi əxlaqsız hərərkətləri görmüşlər. Qənbərgilin evinı ancaq özü çağıranda getmiş, Qənbər ona qarşı cinsi zorakılıq edəndən sonra mobil telefonda ona arvadla kişi, kişi ilə kişi, qızla oğlan arasında olan pis-pis hərəkətlər göstərmişdir. Qənbərə niyə onunla belə hərəkət etməyi soruşanda sual verməməyi, “arxana sürtmək xoşuma gəlmir, ağzına vermək istəyirəm” demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Elcan Vəliyev göstərmişdir ki, Qənbər cinsi orqanını yumşaq formada ağzına vermiş, həmin vaxt ağzında kənar maye hiss etməmiş, Qənbər həmin hərəkətləri onunla 5-10 dəqiqə edib, bəzən fasilə verdikdən sonra da davam etmişdir. Arvadı evdə olmayanda və kənar şəxslər gəlməyəndə Qənbər onu çörək və siqaret almaq bəhanəsi ilə evə çağırıb vuraraq, yaxud öldürməklə hədələyərək, həmçinin etdiyi hərəkətləri videoya çəkərək və ona göstərərək kiməsə deyərsə internetə qoyacağı ilə hədələyərək zorla cinsi zorakılıq etmişdir. Qənbərin arvadı 2021-ci ilin sentyabr ayından bacısına, 2021-ci il dekabr ayından isə ona riyaziyyat fənni üzrə hazırlıq keçmişdir. Qənbər məşğələyə getməmişdən qabaq da onunla mütəmadi olaraq çoxsaylı əxlaqsız hərəkətlər etmiş, həmin vaxt Qənbərin evində kimsə olmamışdır. Əxlaqsız hərəkətlər edəndə Qənbər olanları mobil telefonla çəkmiş, Qənbərdən çox qorxduğu üçün başına gətirdiklərini uzun müddət heç kimə deyə bilməmişdir. Olanlar barədə ilk dəfə həmyaşdı olan dostlarına, yəni qonşu uşaqlara demişdir. Son dəfə Qənbər evlərinə gəlib qapıdan onu çağıranda onun evinə gedərkən anası bacısını arxası ilə göndərmiş, bacısı gəlib onu geri çağırmışdır. Qənbər qapıya gəlib niyə onu çağırmasına görə anasına irad tutmuş, anası ilə söyüşlə danışmışdır. Anası Qənbərin belə etdiyini görüb nəsə edəcəyindən qorxaraq ona digər qonşugildən getməsini deməyi, həmin yerdən gəlməyi demişdir. Qənbər onu təkrar çağıranda getmək istəmədiyini deyəndə anası Ülviyyə səbəbini soruşmuş, ona hər şeyi olduğu kimi danışmışdır. Qənbərin onunla əxlaqsız hərəkətlər etdiyini dostları yəni eyni kənddə qonşuluqda yaşayan Toğrul və Ayxan adlı şəxslər ayrı-ayrı vaxtlarda görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Elcan onun oğlu Qənbər isə qonşularıdır. Əvvəllər Qənbərlə dava-dalaşları olmamış, dəfələrlə yeyib içmişlər. Hadisəni biləndə Çeçenistanda olmuşdur. Dərhal təyyarəyə bilet alıb Tovuz rayonuna gəlmiş, həmin vaxt Qənbər artıq tutulmuşdur. Qənbər ona arvadı ilə bağlı, yəni onun Qənbərə yaxınlıq təklif etməsi ilə əlaqədar əvvəl ona heç nə deməmişdir. Qənbər bir neçə dəfə mobil telefonla ona zəng edib tək qorxduğunu deyərək evə çağırmış, arvadı evdə olmadığı vaxtlar gecə tək qalanda həyəcan keçirtdiyini, buna görə də oğlu Elcana onunla qalması üçün icazə verməsini xahiş etmişdir. Elcan uşaq olduğu üçün özünün onunla gecə evdə qala biləcəyini dedikdə isə Qənbər razı olmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, nə vaxtsa evini yandırmağa, arvadını öldürməyə cəhd etməmiş, xəyanətlə bağlı yoldaşı ilə arasında əvvəllər mübahisə olmamış, arvadının kənar şəxslərlə münasibəti olması barədə Qənbər ona hansısa məlumat verməmiş, hadisəyə qədər aralarında ədavət düşmənçilik olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X16 və Təqsirləndirilən şəxs qonşularıdır. Onların hər biri ilə münasibəti yaxşı olmuş, onlarla ədavəti, düşmənçiliyi, qohumluq əlaqəsi yoxdur. Təxminən 2-3 ildir ki, ora köçmüş, Elcan onlara gəlib-getmiş, bir yerdə oynayıb məşq etmişdir. Elcan Qənbərin ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə ona demiş, lakin uşaq olduğu üçün nəzərə alıb dediklərini ciddi qəbul etməmişdir. 2021-ci ilin payız aylarında Elcan evdə məşq edən zaman onun və qardaşının yanında Qənbərin ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətləri barədə danışmış, bu dəfə də onun dediyini ciddi qəbul etməmiş, işin üstünü açmaq üçün Qənbərin etdiyi hərəkətləri gözləri ilə görmələri üçün Elcana növbəti dəfə Qənbər onu çağıranda onlara bildirməsini, gəlib Qənbərin etdiyi əxlaqsız hərəkəti görmək istədiklərini demişdir. Elcan razılaşmış, 2-3 gün sonra o, Qənbər atasıgillə evlərinin hasarı tikməyə köməklik göstərmiş, təxminən 18 radələrində Qənbər onlardan çıxıb evlərinə tərəf getmiş, bir müddət sonra pəncərədən başını çıxarıb Elcanı yanına çağırmışdır. Elcana gedib nə deməsini öyrənməyi, getdikləri yeri onlara deməsini və gəlib izləyəcəklərini demişlər. Elcan Qənbərin yanına getmiş, bir müddət sonra qayıdıb gedəcəkləri yeri onlara demişdir. O, qardaşı Fərid və Elcan plan hazırlamış, Qənbəri iş başında tutmaq istəmiş, hər üçü qonşuluqda yerləşən boş evin həyətinə girmək istəyəndə digər qonşuları onları görüb oynamaq yeri olmadığını, çıxıb getmələrini demişdir. Digər qonşunun darvazasının yanına gəlib, orada gözləmiş, Qənbər və Elcanın onlara tərəf gəldiyini görmüşlər. Setka-çəpərə yaxınlaşanda Elcan məhəlləyə girmiş, ardı ilə Qənbər keçmək istəyəndə çevrilib onları görmüş Elcana nəsə demiş və hər ikisi geri qayıtmışlar. Başqa istiqamətə getmişlər. Qənbər küçədə olan işıq xəttinin yanındakı daşın üstündə oturmuş, Elcan isə yanında durmuşdur. Qənbər onlara baxmış, əynində cızıqlı şortik rəngini xatırlmadığı köynəyi olmuşdur. Bir müddət sonra Qənbər onlara tərəf gəlib niyə güddüklərini, ayağı boyda uşağa neyniyəcəyini demiş, həmin vaxt özünü heç nə olmadan özünə haqq qazandırmağa başlamışdır. Həmin vaxt Elcan azyaşlı Elcanın atası Elşada azyaşlı Elcanı Qənbərin yanına getməyə qoymamasını demiş, Qənbərin Elcanı vurduğunu, ona pis-pis hərəkətlər etdiyini bildirmiş, lakin Elşad onlara inanmamış, onları yalançı adlandırmışdır. Həmin hadisənin üstündən təxminən bir ay keçmiş, Elcan yenidən yanına gəlib Qənbərin onu qonşunun su çəninin altına çağırdığını deyib çıxıb getmişdir. O, dərhal qardaşı Fəridin mobil nömrəsini yığmış, lakin Fərid telefonu götürmədiyi üçün tək gedəsi olmuşdur. Başqa bir küçə ilə gedib, qonşuları Kənangilin evinin bağına düşmüş, həmin su çəni isə Kənangilə məxsus olsa da həyətdə deyil, küçədə yerləşdirilmişdir. Evin həyətində isə su çəninə qalxmaq üçün pilləkən olmuşdur. O sakitcə pilləkənin üstünə qalxıb hasarın üstündən baxmağa başlamışdır, həmin vaxt Qənbərin Elcana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, yəni Qənbərin cinsiyyət orqanını çıxarıb Elcanın ağzına saldığını bilavasitə görməsə də onlar təxminən 5-10 dəqiqə orada olmuşlar. Gördüklərindən sonra pilləkəndən düşüb evə qayıtmış, sonra gördükləri barədə Elcana və qardaşı Fəridə danışmışdır. Əvvəl deyəndə onlara inanmadıqları üçün valideynlərinə xəbər vermədən Elcana bir daha elə bir şey olarsa onlara deməsini tapşırmış və həmin anda Qənbəri tutub döyəcəklərini demişlər. Son dəfə 2022-ci il avqust ayında Elcanın anası Ülviyyə ona zəng edib ağlıya-ağlıya belə bir söhbət eşitdiyini, nə qədər düzgün olduğunu soruşmuş, o ona həmin vaxt kənddə nənəsigildə olduğu üçün qayıdanda danışacağını demiş, geri qayıtdıqda Ülviyyəyə həqiqətən eşitdiklərinin düz olduğunu, bir dəfə özünün də onları çənin altına girəndə gördüyünü demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Ülviyyə ilə birlikdə valideynləri olmadan Tovuz rayon polis şöbəsinə getmiş, müstəntiq tərəfindən təklikdə otaqda şifahi sorğu sual olunmuş, gördüklərini müstəntiqə danışmışdır. Bir neçə saat sonra yaşadığı evə qayıtmış, səhəri gün isə yenidən Ülviyyəgillə birlikdə rayon polis şöbəsinə getmişdir. Həmin gün də ilkin olaraq yenidən polislər tərəfindən sorğu-sual olunmuş atası gəldikdən sonra isə müstəntiq tərəfindən videoçəkilişlə ifadəsi alınmışdır. Bundan sonra atası ilə birlikdə Qənbərlə Elcanı gördüyü yeri atası ilə birlikdə müstəntiqə göstərmiş həmin vaxt fotoşəkillər çəkilmişdir. Məhkəmədə də göstərdiyi kimi O Qənbərin Elcanı su çənin altına aparmasına və orada təxminən 5-10 dəqiqə qalmalarına şahidlik etsə də, müstəntiq onun Qənbərin Elcana etdiyi əxlaqsızlıq hərəkəti gözü ilə görməsi barədə ifadəsində qeyd yazdığını sonradan bilmiş, ona etiraz edəndə isə müstəntiq sillə ilə üzündən vurmuşdur. İfadələrində göstərdiklərini dəqiq yazması barədə valideynləri ilə birlikdə sonrakı dövrdə bir neçə dəfə Tovuz RPŞ-yə getsələr də qəbul edilmədikləri üçün təqsirləndirilən şəxsin həmin vaxt müdafiəçiləri olan Tovuz rayonunun vəkillərinə müraciət etmiş, vəkil Rəşad Abdullayevin diqtəsi ilə əlyazma yazmış, sonradan isə həmin əlyazma vəkil tərəfindən kompüterdə yazılmış, özü və valideynləri eləcə də vəkillət tərəfindən imzalanmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş azyaşlı şahidlər Şahid1 və Şahid3 Şahid2la eyniməzmunlu ifadə verərək onlara aid olan hissədə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ailəsi ilə birlikdə yaşayır. X10 tanıyır, qonşusudur. Onunla ədavəti olmamışdır, demək olar ki, çox vaxt onunla bir yerdə oynayırlar. Həmçinin Qənbəri də tanıyır, o da qonşuluqda yaşayır. Qənbərin Elcana qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlər barədə bilmiş, Elcan özü ona danışmışdır. Təxminən 2 il əvvəl bir yerdə oynayarkən Elcan Qənbərin ona qarşı pis hərəkətlər etdiyini demiş, nə cür hərəkət etdiyini də ona danışmışdır. O, əvvəlcə Elcanın dediklərinə inanmamış, lakin bir-iki dəfə Qənbər onun yanından Elcanı öz yanına çağırdığını görmüş, bir dəfə də Qənbərin evlərinin qarşısında oturub saz çaldığını, Elcanın isə onun yanında oturduğunu görmüşdür. O, da Elcanı çağırmadan çıxıb evlərinə getmişdir. Bir dəfə isə Elcangildə oynayarkən Qənbər Elcanı yanına çağırmış, o da Elcanla sağollaşıb çıxıb evə getmişdir. Sonra bir neçə dəfə də Qənbərin Elcanı evlərinə çağırdığının şahidi olmuş, söhbət edərkən Elcan Qənbərin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini desə də əvvəl Elcana inanmamışdır. Qənbərin Elcana qarşı etdiyi seksual hərəkətlərini şəxsən öz gözü ilə görməsə də, bir dəfə Elcan onlarda oynayarkən Qənbər Elcanı yanına çağırmış, Elcan da ona “görürsənmi yenə evinə çağırır demiş”, Elcan gedəndən qısa müddət sonra Qənbərin evinə getmiş, qapını həmin vaxt Qənbər açıb ondan nə üçün gəldiyini soruşmuş, ona Elcanı axtardığını desə də Qənbər çıxıb getməsini, Elcanın ondan saz çalmaq öyrəndiyini, birazdan gələcəyini demişdir. İş üzrə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 8 il ailəli olsa da övladları olmamışdır. Övladlarının olmamasına səbəb ondakı müəyyən xəstəliklər olmuşdur ki, bununla da bağlı müalicələr almışdır. Ülviyyə Hüseynova və onun azyaşlı övladı Elcan Vəliyevi tanıyır, onlar qonşuluqda yaşamışlar. Aralarında ədavət və dava-dalaş olmamış, münasibətləri normal olmuşdur. Özü əvvəllər riyaziyyat və informatika fənləri üzrə evdə uşaqları hazırlamış, Elcan və bacısı Aytac onun yanına hazırlığa gəlmiş, 2022-ci il iyun ayına qədər ona 600 manat verəcəkləri qalmışdır. Ülviyyə ona ilin axırında yığılan pulları verəcəyini, ərinin Rusiya Federasiyasına fəhləlik etməyə getdiyini, işləyib göndərəcəyini demişdir. 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı gün əri Qənbər evdə olarkən Ülviyyə oğlu Elcanla onlara gəlmiş, onu bayıra çağırıb Elcanın Qənbərin ona qarşı seksual xarakterli hərəkətləri etdiyini, həmin halın təxminən iki il ərzində olduğunu demişdir. Təşvişə düşmüş, tez evə girib bu barədə Qənbərdən soruşmuş, Qənbər isə olanların yalan olduğunu, onları evə çağırmağı demişdir. Ülviyyə və Elcanı evə çağırmış, Ülviyyə bu barədə bir daha Qənbərin özünə demiş, Qənbər isə eşitdiklərindən əsəbləşib şər və böhtan olduğunu demişdir. Bu vaxt Ülviyyə “uşağının üzü qara olsun, bunun dilində yalan var” demişdir. Eyni zamanda bu barədə heç kəsin bilməməsini, “bir daş üstə bir daş altda qalsın” demiş, əri Elşada da bu haqda heç nə deməyəcəyini bildirmiş və Elcanla birlikdə çıxıb getmişlər. Onlar getdikdən sonra Qənbərdən eşitdiklərinin nə dərəcədə doğru-yalan olmasını soruşmuş, Qənbər bir daha inkar edərək elə bir hadisənin olmadığını bildirmişdir. Növbəti gün, Qənbərlə Bakı şəhərinə Qənbərin əmisi oğlunun toyunda iştirak və şəxsi müalicəsi ilə əlaqədar getmişlər. Bakı şəhərində olanda qayınatası Şahin Qənbərə zəng etmiş, qaynatası ilə Qənbər telefonda mübahisə etmiş, Qənbər isə Elcana heç nə etmədiyini demişdir. Bir neçə gün sonra onlar Tovuz rayonuna qayıtmış və Ülviyyənin artıq polisə şikayət etdiyini öyrənmişlər. Bir-iki gün sonra isə Qənbər şöbəyə aparılmış və tutulmuşdur. Hadisədən sonra sənədlərini boşanmaya vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərərçəkmiş şəxs X16 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı zərərçəkmiş şəxs Elcan Vəliyev Təqsirləndirilən şəxs üzünə qarşı təxminən iki ildir ki, ona qarşı hədə qorxu gələrək və zorakılıq göstərərk əxlaqsız hərəkətlər etməsini, öz cinsiyyət orqanını yaşadığı evdə divanın üstündə, yataq otağında çarpayıda, qonşunun həyətində pilləkənin üstündə, su çəninin altında və digər yerlərdə mütəmadi olaraq ağzına salıb çıxartdığını, cinsiyyət orqanını onun arxa nahiyəsinə sürtdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “üzləşmə haqqında” protokoldan görünür ki, zərərçəkmişin qanuni nümayəndəsi olan və iş üzrə şahid qismində dindirilmiş X5 Təqsirləndirilən şəxs üzünə qarşı oğlu Elcanı tez-tez dükana göndərmək adı ilə evinə çağırdığını, son dəfə də Elcanı sonuncunun çağırışı ilə onun evinə göndərsə də qısa müddət sonra bacısına deyib geri qaytardığına görə Qənbərin yaşadığı evə gəlib səs-küy salmasını, içkili halda onu təhqir etməsini, bir neçə gün sonra isə oğlu Elcan ona hadisə barədə məlumat verdikdə Qənbərin yaşadığı evə gedib ondan oğluna etdiklərini soruşduğunu demişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X7 göstərdiyi Tovuz rayonu Yuxarı Öysüzlü kəndində Təqsirləndirilən şəxs yaşadığı evə, qonşuluğundakı evin su hovuzunun arxasına, küçədə yerləşən böyük su çəninin altına, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağına divana, yataq otağında olan çarpayının üstün baxış keçirilmiş, çəkilmiş fotocədvəllər iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, azyaşlı Şahid2 ifadəsində göstərdiklərini yəni hadisə yeri olan Elcanın deməsindən sonra qonşu Kənangilin həyətinə düşdüyü, su çəninin yanından pilləkənlə qalxdığını və su çəninin altına Qənbərin Elcanı apardığı və orada qaldıqları yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ibtidai istintaqda ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamət müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmətibbi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 853 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılmış məhkəmə psixoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 190 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs azyaşlı X16 cinayət törədilən anda qonşusu Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilən hərəkətlərin xarakteri və mahiyyətini ayrı-ayrılıqda başa düşmüşdür. O, həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət törədilən anda təqsirləndirilən şəxsin onu təhdid etməsindən qorxduğu üçün hadisə haqqında heç bir şəxsə məlumat verməməsinə baxmayaraq hadisələr zamanı həmin şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs X8 psixi xəstəliklə əlaqədar olmayan əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs X8 yalan danışmağa və özündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 544/184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, öz hərəkətlərini ölçüb-biçmə və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma əlamətləri müşahidə olunur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının 15 iyul 2022-ci il tarixli, 505 nömrəli rəyindən görünür ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarətin obyektiv əlaməti aşkar edilməmişdir. X7 arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (cırılma, çat qançır və sair) aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AZE № 11948110 saylı şəxsiyyət vəsiqəsi və AZ-İİ 427831 saylı doğum şəhadətnamələrin surətlərindən görünür ki, X16 04 dekabr 2009-cu ildə doğulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tovuz RİHB-nin Yuxarı Öysüzlü kən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən və zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də istintaq hərəkəti protokollarını, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizaların rəylərini bir-biri ilə müqayisəli şəkildə, məcmu halda araşdıraraq həmin ifadələri, istintaq hərəkəti protokollarını və məhkəmə ekspertiza rəylərini cinayət hadisəsinin mövcudluğu, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olması, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını sair formada təmin etmək üçün 2020-ci il iyun ayından başlayaraq 2022-ci il iyun ayının 20-nə qədər olan dövrdə Tovuz rayonu Öysüzlü kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin qonaq və yataq otaqlarında, yaşayış olmayan qonşuluqda yerləşən fərdi yaşayış evinin həyətində, ətrafdan görünməyən həmkəndlisinə məxsus su çənin altında və digər yerlərdə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxs X12 qarşı zor tətbiq etməklə və zor təbiq etmək hədəsi ilə sonuncunun azyaşlı və zəif fiziki bədən quruluşuna malik olmaqla müqavimət göstərmək imkanında olmadığından, yəni köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Elcan Vəliyevə qarşı hər hansı cinsi zorakılıq etməməsi, ittiham olunduğu cinayət əməllərini törətməməsi, arvadının uşaqlarına keçdiyi dərs hazırlığa görə olan borcdan yaxa qurtarmaq məqsədilə zərərçəkmişin anası Ülviyyə Hüseynovanın ona şər-böhtan atması barədə ifadəsini məhkəmədə araşdırılmış işin faktiki halları, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutlarlarla inkar edildiyindən törətdiyi xüsusilə ağır cinayətə görə məsuliyyət və cəzadan yaxa qurtarmaq məqsədi daşıdığı, özünümüdafiə xarakterli olduğu üçün tənqidi yanaşaraq sübut növü kimi qəbul etmir və gəldiyini nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X5 bilə-bilə yalan xəbərçilik etməyə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra Tovuz RPŞ-yə qonşusu Təqsirləndirilən şəxs azyaşlı oğlu Elcan Vəliyevə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər etməsi, onunla qeyri-təbiii yolla cinsi əlaqədə olması barədə məlumat vermişdir. İşin ibtidai istintaqının aparıldığı bütün dövrdə və məhkəmə baxışında zərərçəkmişin qanuni nümayəndəsi ilkin olaraq verdiyi ərizəsinə uyğun ifadələr vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış X7 xx.xx.2022-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə alınmış izahatı, həmin tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” fotocədvəldən, xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxsin dindirilməsi protokol” və əlavəsi olan videoçəkilişdən, xx.xx.2022-ci il tarixdə X21 Tağıyev arasında keçirilmiş “üzləşdirmə protokolu”ndan görünür ki, X16 ilkin olaraq verdiyi izahatında göstərdiyi xüsusatları yəni -təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona qarşı etdiyi cinsi zorakılıq hərəkətlərini digər keçirilmiş istintaq hərərkətləri zamanı da ətraflı, məntiqi ardıcıllıqla təsvir etmiş, ilkin verdiyi izahatla sonrakı ifadələri arasında hər hansı uyğunsuzluq, yaxud əlavələr olmamışdır. Məhkəmə baxışı zamanı dindirilərkən də aşağı psixoemosional halda olmasına baxmayaraq Elcan Vəliyev 2 il müddətində baş vermiş hadisələri dəqiqliklə təsvir və ifadə etmiş, ibtidai araşdırma zamanı ifadəsində söylədikləri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət olmamışdır. Onun özündən uydurmağa, yalan söyləmə meylli olmadığı baş verənləri dəqiqliklə qavrayıb ifadə etməsi müvafiq ekspertiza rəyi ilə də sübut edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər zərərçəkmiş şəxs Elcan Vəliyevin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri şəxsi düşüncəsinin məhsulu olan uydurma, ailə üzvləri tərəfindən qərəzli öyrədilmə olmasını, yalan söyləməsini inkar, baş vermiş cinayət hadisəsini şəxsin bilavasitə qavrayıb sərbəst ifadə edilməsini isə təsdiq edir. Bundan başqa zərərçəkmiş X22 Tağıyevin müxtəlif dövrlərdə ona qarşı edilmiş cinsi zorakılıqla bağlı epizodlar üzrə ifadəsində göstərdikləri hadisələrin baş vermə mexanizmləri ilə üst-üstə düşür, söylədiklərinin həqiqət olduğunu bir daha təsdiq edir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Qənbər X15 qonşuluqda yerləşən su çəni altına aparıb 5-10 dəqiqə orada qalmalarını, digər Şahid5 isə Elcanla küçədə biryerdə oynayarkən X22 Tağıyev tərəfindən evə çağırıldığını, geri qayıtmadığını görüb Elcanın əvvəl Qənbərin etdiyi hərəkətlər barədə dediklərinin doğru olmasını yoxlamaq üçün evinə gedib çağıranda Qənbərin qapıya gəlib Elcanın içəridə olduğunu, ondan saz çalmaq öyrəndiyini desə də Elcanı göstərməyib birazdan gələcəyini demişdir. Məhkəmə təqsirləndirilən şəxs və müdafiəçisinin göstərdiyi cinayət işi üzrə əsas şahid olan Şahid2 ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən təzyiq göstərilməsi nəticədə onun əleyhinə ifadə verməsi və bununla bağlı ibtidai istintaq dövründə hüquqlarını müdafiə etdiyi vəkillər tərəfindən tərtib edilmiş sənədlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 bilavasitə Qənbər X9rşı seksual xarakterli zorakılıq hərəkəti edilməsini görmədiyini bildirsə də, verdiyi bütün ifadələrində Qənbərin Elcanı qonşuluqdakı su çənin altına aparıb orda 5-10 dəqiqə saxlamasını bildirmiş, ibtidai istintaq və məhkəmə baxışında həmin halları təsdiq etmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı cinayət işi materiallarına əlavə edilmiş Şahid2 anası Qanuni nümayəndə4 tərəfindən Tovuz RPŞ-yə verilmiş Təqsirləndirilən şəxs qohumları tərəfindən evlərinə gəlinib istintaqa verdiyi ifadəsinin dəyişdirilməsi ilə bağlı təsirlərə məıruz qalması barədə xx.xx.2022-ci il tarixli ərizəsi, təqsirləndirilən şəxsin atası X6 oğlu Təqsirləndirilən şəxs əsassız həbs edilməsi, şərlənməsi barədə müxtəlif instansiyalara ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi və izahatı, Şahid2 özü və valideynlərini tərəfindən Tovuz Vəkil bürosuna verilmiş müstəntiq tərəfindən hədə qorxu gəlinib valideynləri olmadan izahatının alınması, buna görə də təkrar ifadəsinin alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti araşdırılmış, bununla bağlı Qanuni nümayəndə4 və Ş.Tağıyev məhkəmə baxışında əlavə şahid qismində dindirilmişdir. Qanuni nümayəndə4 məhkəməyə şahid qismində verdiyi ifadəsində oğlunun baş vermiş hadisə ilə bağlı Tovuz RPŞ-yə verdiyi ifadədən sonra Təqsirləndirilən şəxs bibilərinin yaşadığı evə gəlib ona niyə oğlunun həmin məzmunlu ifadə verməsini irad bildirdikləri üçün narahat olub polisə müraciət etdiyini, ifadənin dəqiq məzmununu öyrəndikdən sonra isə Ayhanın cinsi zorakılıq aktını bilavasitə görməsini deyil, Qənbərlə Elcanın su çəninin altna girməsi məzmunda ifadə verdiyini və həmin halın qeydə alınması üçün Tovuz RPŞ-yə getsə də müstəntiqin əlavə ifadə almaqdan imtina etdiyi üçün həmin dövrdə təqsirləndirilən şəxsin müdafiəçiləri olan Tovuz rayon Vəkil Bürosunun vəkillərinə müraciət etdiklərini bildirmişdir. X14 da məhkəməyə verdiyi ifadəsində Qanuni nümayəndə4 oğlu Şahid2 qonşuluqda yaşayan bacısıgilə çağırıb hadisə barədə şifahi sorğu-sual etdiyini, ona hər hansı təzyiq və təsir göstərmədiyini, hadisənin gözü ilə görüb görmədiyini soruşub, səsini qeydə aldığını və müxtəlif orqanlara şikayət etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Şahid2 Tovuz RPŞ-yə ərizəçi Ülviyyə Hüseynova ilə onun şikayətdən sonra birlikdə getməsini göstərsə də, ilk dəfə müstəntiq tərəfindən otaqda təklikdə sorğu-sual edildiyini, bir neçə saat sonra polis şöbəsindən buraxıldığını, həmin vaxt hansısa sənədlərə imza etməsini xatırlamadığını, növbəti gün təkrar olaraq polis şöbəsinə Ülviyyəgillə birlikdə gedib yenidən müstəntiq tərəfindən şifahi sorğu-sual olunduğunu, müstəntiqə Qənbərin Elcanı su çəninin altına aparıb bir müddət orada qaldığını desə də, müstəntiqin ona ifadəsində əxlaqsız hərəkəti gördüyünü bildirməsini deməsini, atası gəldikdən sonra onun iştirakı ilə videoçəkilişlə dindirildiyini, həmin vaxt diqqət yetirmədiyi üçün ifadəsində müstəntiqin Qənbərin Elcana qarşı cinsi zorakılıq etməsinin qeyd edildiyini görmədiyini, ifadəsini atasının yanında oxuyub imzaladığını, sonradan elə həmin gün gördüklərini olduğu yerində göstərdiyini bildirmişdir. Həmçinin iş üzrə məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Elcan Vəliyevin onlara Qənbərin ona qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməsini bildirdikdən sonra bir dəfə Qənbərin Elcanı çağırıb kənar yerə aparmasını görüb, gizlincə gedib olanları müşahidə etmək və qeydə almaq istədikdə Qənbərin onlar tərəfindən izlənilməsini başa düşüb təqib etmələrini soruşduğunu, Elcana qarşı nəsə etməyəcəyini deyib onları rahat buraxmalarını dediyini göstərmişlər. Göstərilənlər məhkəmə kollegiyası tərəfindən zərərçəkmiş şəxsin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı göstərdiyi işin faktiki halları ilə uyğunluq təşkil edir və verdiyi ifadəsinin müxtəlif epizodlar üzrə hadisələri təsdiq edən sübut növləri kimi qəbul edir. Məhkəmə kollegiyası Şahid2 məhkəmə baxışında verdiyi ifadəsini əsas götürməklə ibtidai araşdırması zamanı onun dindirilməsində yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmə baxışının nəticələrinə dair xüsusi qərar çıxarılacağını nəzərə alır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi çıxışına göstərdiyi azyaşlı zərərçəkmişin atası Şahid4 işin məhkəmə baxışı zamanı sosial şəbəkədə təqsirləndirilən şəxsin arvadının yanına övladlarının hazırlığa getməsinə görə zərərçəkmişin qanuni nümayəndəsi Ülviyyə Hüseynovanın dediyi 240 manat deyil, 600 manat pul borclu olması barədə məlumatın araşdırılması barədə şifahi vəsatətinin baxılmamış saxlanılmasına münasibətdə qeyd edir ki, həmin halın məhkəmə baxışında araşdırılan işin mahiyyətinə aidiyyəti yoxdur, təqsirləndirilən şəxslə deyil, arvadı Gülnar Cəfərova ilə qanuni nümayəndə Ülviyyə Hüseynova arasında olmaqla mülki xarakter daşıyır. Həmçinin məhkəmə nəzərə çatdırır ki, tərəflər arasında azyaşlıların məşğələ hazırlığına görə mülki xarakterli mübahisə olması əvvəlki məhkəmə baxış iclaslarında da müəyyən edilmişdir, hər iki tərəf belə bir halın olduğunu bildirmişdir. Müdafiəçinin məhkəmə baxışı zamanı şifahi vəsatəti və çıxışında göstərdiyi məsələ borcun miqdarı ilə bağlıdır ki, bu da Təqsirləndirilən şəxs təqsir(siz)liyi ilə bağlı məsələyə təsir göstərmir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlləri tam sübuta yetirilmişdir. Onun əməlləri ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsinə görə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 150.3.3-cü maddəsinin sanksiyasında on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 2020-ci ilin iyun-2022-ci il iyun ayları, yəni Təqsirləndirilən şəxs tərəfindən azyaşlı Ayhan Sulatnova qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədildiyi dövrdə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin qüvvədə olmuş dispozisiyasında təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi, sanksiyasında isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs hadisəni törətdiyi vaxt xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 və 22 iyul və 16 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Tovuz rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 16 noyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Cinayət iş üzrə mülki iddia verilməmişdir. Cinayət iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-254/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-254/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver