Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-254/2024 31.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X11 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisləri X2 və X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1999-cu il tarixdə Kəlbəcər rayonu, Tatlar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, 2-ci qrup əlil, Kəlbəcər rayonu, Tatlar kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tərtər rayonundan Goranboy rayonu istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq yaşayış məntəqəsindən kənarda avtomobili saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda bunu etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, Tərtər rayonunun Təzəkənd kəndi ərazisindən keçən asfalt yolda yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda qeyd edilən tələblərə məhəl qoymayaraq, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Goranboy rayonu istiqamətində 140- 150 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin idarəetməsini itirərək, avtomobili hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarına çıxardıb yol kənarında olan ağaca vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər Tərtər şəhəri, N.Nərimanov küçəsində yaşayan X5 qapalı kəllə-beyin travması, başın alın-təpə nahiyəsində yumşaq toxumanın geniş qansızması, kəllə sümüklərinin sınığı, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsinin sağda 3,4,5,6,7-ci qabırğaların, solda 1,2,3,4,5,6,7,8-ci qabırğaların sınıqları, sağ baldır, sol bud sümüyünün sınığı, sağ baldır nahiyəsinin qançırları xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə başbeyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma nəticəsində ölməsinə, Tərtər rayonu, Qaradağlı kəndində yaşayan X14 açıq kəllə-beyin travması, başın alın-təpə-gicgah-ənsə nahiyəsinin dərialtı yumşaq toxumasına geniş qansızma, kəllə sümüklərinin qəlpəli sınıqları, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsində solda orta körpücük xətti üzrə 1,2,3,4,5,6,7,8 və 9, sağda 9-10 qabırğa sümüklərinin sınıqları, sol bud, sağ baldır, sağ bud, sağ bazu sümüklərinin açıq sınıqları xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və sonuncunun başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma nəticəsində ölməsinə səbəb olmaqla, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan X5 və X14 ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman qonşuluqda yaşayan əmisi oğlu X12 zəng edərək onun avtomobili ilə Naftalan şəhərinə gedib tanışı X16 Tərtər rayonuna gətirmələrini istəmişdir. O, da Röyalla razılaşdıqdan sonra evdən küçəyə çıxaraq avtomobilinə əyləşib işə salmışdır. Bir qədər sonra əmisi oğlu Röyal Quluzadə gəlib onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş və onlar birlikdə Naftalan şəhərinə getmişlər. Naftalan şəhərində dairənin yanında Emilla Eminovnanı görüb avtomobili saxlamışlar və sonuncu onun idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Daha sonra onlar birlikdə Tərtər rayonuna qayıtmışlar. Emilla əmisi oğlu Röyalla birlikdə gözəllik salonu işlətmək istədiyinə görə onlar Tərtər rayonu ərazisində bir neçə yerə baxdıqdan sonra Naftalan rayonuna qayıtmışlar. Qayıdarkən də Emilla və Röyal avtomobilin arxa oturacağında əyləşmişlər. Yolda olan zaman “Göyçə” kafesinin olduğu yeri keçdikdən sonra ondan qarşıda qara rəngli markasını xatırlamadığı avtomobilin sürətlə hərəkətdə olduğunu görüb həmin avtomobili keçmək üçün özünün idarə etdiyi avtomobilin sürətini artıraraq 140-150 km/saat sürətə çatdırdıqda yolun döngəli hissəsinə çatdığını görmüşdür. Həmin vaxt sürəti azaltmaq məqsədi ilə əyləcdən istifadə edərək sürəti 80 km/saat sürətə endirmişdir. Elə bu zaman idarə etdiyi avtomobilin sağ təkəri yolun sağ hissəsində yerləşən daşlıq yola düşdüyünə görə o, idarəetməni itirmiş və avtomobil yolun sağ hissəsində olan ağaca çırpılmışdır. Daha sonra nə olmasını və hadisənin necə baş verməsini xatırlamır. Ayılanda isə xəstəxanada olduğunu görmüşdür. Sonradan ona məlum olmuş ki, əmisi oğlu Röyal və avtomobildə olan Emilla almış olduqları xəsarətlərdən yerindəcə ölmüşlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsus olmuş, öz adına qeydiyyata alınmış və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmuşdur. O, xeyli müddətdir hipertenzion sindrom, qıcolma tutmaları və psixopata bənzər davranış xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də dəfələrlə stasionar qaydada müalicə olunmuş, lakin sağalmaz xəstəlik olduğuna görə ona 2-ci dərəcəli əlillik qrupu təyin olunmuşdur. Əlil olduğuna görə də, onu hərbi xidmətə aparmamışlar. Hadisə baş verən zaman bir anlıq xəstəliyi baş qaldırdığı üçün idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsini törətmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum X9 qızı olmuşdur. Sonuncu Tərtər rayonu, Qaradağlı kəndində yaşayan nənəsi Şahid1 yanında qalmışdır. Emillanın 1 azyaşlı övladı da olmuşdur. Qızı iki ay müddətində Gəncə şəhərində ilkin tibbi yardım kursuna getmişdir. Ona görə də, həftənin 3 günü qızı Tərtər rayonu, Qaradağlı kəndində yaşayan anası Şahid1 yanında, digər vaxtlarda isə onun yanında qalmışdır. 30 may 2023-cü il tarixdə saat 09 radələrində qızı Emillaya zəng edərək harada olduğunu soruşanda sonuncu avtobusla Gəncə şəhərinə kursa getdiyini bildirmişdir. Həmin gün saat 11 radələrində yenidən qızına zəng edərək harada olduğunu soruşanda Emilla artıq kursda olduğunu demişdir. Saat 12:30 radələrində qızına zəng edərək harada olduğunu soruşanda sonuncu avtobusda olduğunu, Naftalana onun yanına gəlib həm paltarlarını götürəcəyini, həm də rəfiqəsi Aişənlə görüşəcəyini bildirmişdir. Həmin gün saat 15 radələrində Naftalan şəhərində “Sehirli” sanatoriyasında olarkən qızı Emillaya zəng edərək harada olduğunu soruşanda sonuncu Naftalan şəhərində evdə olduğunu demişdir. Bundan sonra digər qızı Ayselə zəng edərək Emillanın evdə onun yanında olub-olmadığını soruşanda Aysel Emillanın evdə olduğunu və getmək üçün hazırlaşdığını bildirmişdir. O, Aysellə danışarkən Emilla telefonu bacısından alaraq ona narahat olmamasını, Aişənlə görüşdükdən sonra Tərtər rayonu, Qaradağlı kəndinə nənəsi Xavərgilə gedəcəyini demişdir. O, da Emillaya ondan pul götürüb sonra getməsini istəmiş, Emilla isə ona atasının onun kartına pul göndərdiyini və hazırda üzərində pulu olduğunu demişdir. Həmin gün saat 16:30 radələrində sanatoriyadan çıxıb yenidən Emillaya zəng vuraraq harada olduğunu soruşanda sonuncu ona artıq Naftalandan çıxdığını və Qızılhacılıda dayanıb avtomobil gözlədiyini bildirmişdir. Təxminən 20-30 dəqiqə keçəndən sonra o, anası Xavərə zəng etmiş, ancaq anası telefona cavab verməmişdir. Bu səbəbdən də narahat olub əmisinin həyat yoldaşı X3 zəng edərək hal-xoş etdikdən sonra Emillanın kəndə gəlibgəlmədiyini soruşmuşdur. Bibisi də Emillanın hələ gəlmədiyini, yolda olduğunu, ancaq qısa vaxta çatacağını bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra narahat olub yenidən Emillaya zəng edərək nə səbəbə kəndə çatmadığını soruşmuş, Emilla da ona narahat olmamasını, Aişənin yanından gec çıxdığına görə gecikdiyini demişdir. O da Aişənin yanında nə səbəbə çox qaldığını soruşanda Emilla Aişənə borcu olmasını, borcunu verəcəyinə dair vədinin yalan çıxmaması üçün pulu varsa Aişənə verməsini ondan istəmişdir. O da Emilladan Aişənə nə qədər borcunun olduğunu soruşanda qızı 50 manat borcunun olduğunu və həmin pulu axşam saatlarınadək verməli olduğunu demişdir. O da Emillaya narahat olmamasını və borcunu verəcəyini bildirmişdir. Bundan sonra Aişənə zəng edərək qızı Emillanın ona nə qədər borcunun olmasını soruşanda sonuncu ona narahat olmamasını, özünün Emilla ilə danışdığını və qızının axşam pulu onun kartına vuracağını demişdir. O da Aişənə iradını bildirib Emillanın işləməydiyini və pulunun olmadığını bildirib borcu özünün ödəyəcəyini demişdir. Aişənlə danışdıqdan sonra yenidən Emillaya zəng etsə də həmin vaxt qızı ona cavab verməmişdir. O, yenidən bibisinə zəng edərək Emillanın kənddə olub-olmadığını soruşanda sonuncu Emillanın kənddə olmadığını bildirmişdir. Bu vaxt Emilla ona “Whatsapp” sosial şəbəkəsindən mesaj yazaraq mağazada olduğunu, Tunara lazım olan əşyaları alıb evə gedəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra bibisinə zəng edərək Emillanın mağazada olduğunu və bir nəfərin onun qarşısına çıxmasını demişdir. Bir qədər sonra qızının kəndə çatmadığını öyrəndiyinə görə yenidən Aişənə zəng edib qızını yanına çağırdığına görə ona iradını bildirmişdir. Həmin vaxt Aişən ona hazırda kənarda olduğunu və sonra ona zəng edəcəyini bildirmişdir. Bir qədər keçdikdən sonra Aişən ona zəng edərək Tərtər rayonu ərazisində qəza baş verdiyini və Emillanın həmin qəzada olub-olmadığını soruşmuş, o da Emillanın Tərtərə getmədiyini ona demişdir. Aişən də ona maraqlanmasını, ola bilsin qəzada ölən qızın onun qızı Emilla olmasını demişdir. Bundan sonra bibisi Gülövşə ona zəng edərək Emillanın ona mesaj yazaraq 8 dəqiqəyə evə çatacağını bildirməsini demişdir. Bir müddət sonra bibisi Tərtər rayonu ərazisində qəza baş verdiyini və Emillanın qəzada ölməsini ona bildirmişdir. Bundan sonra o, taksi ilə Naftalan şəhərindən Tərtər RMX-na getmişdir. Həmin vaxt ona məlum olmuş ki, baş vermiş qəza nəticəsində sürücü xəsarət almış, qızı və avtomobildə olan adını sonradan öyrəndiyi digər sərnişin Röyal adlı şəxs almış olduqları xəsarətlərdən ölmüşlər. İfadəsinin davamı olaraq Şəfanə Ələkbərova bildirmişdir ki, hadisə qərəzli hərəkətlərlə törədilməmiş və heç bir şəxs tərəfindən arzu olunmadan baş vermişdir. Onun Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Röyal Quluzadə onun doğma oğlu, təqsirləndirilən şəxs Qoşaq Quluzadə isə qardaşı oğlu olmuşdur. 30 may 2023-cü il tarixdə oğlu Röyal özünə aid lazımı əşyaları almaq üçün Goran qəsəbəsinə gedəcəyini bildirmişdir. Həmin gün saat 16 radələrində yaşadığı evdə olan zaman oğlu Röyal qonşuluqda yaşayan qardaşı oğlu Qoşqarı səsləyərək sonuncuya “tez gəl gedək” demişdir. Bir qədər sonra Qoşqar gəlmiş və onlar birlikdə getmişlər. Təxminən bir saatdan sonra küçədə olan xatırlamadığı şəxslər oğlu Röyalla qardaşı oğlu Qoşqarın yol-nəqliyyat hadisəsi törətmələrini bildirmişlər. O, qardaşı Yaşara zəng edərək olanlar barədə məlumat vermişdir. Bir qədər sonra qohumu Rəşad ona zəng edərək Təzəkənd kəndi ərazisində baş verən qəza nəticəsində oğlu Röyalın almış olduğu xəsarətlərdən öldüyünü demişdir. İfadəsinin davamı olaraq Sevindik Quliyev bildirmişdir ki, hadisə qərəzli hərəkətlərlə törədilməmiş, mərhum oğlu ilə təqsirləndirilən qardaşı oğlunun yaxşı münasibətləri olmuş, sonuncuların hər ikisi onun övladı sayılmışdır. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də hər hansı bir tələbi və şikayəti olmayacaqdır. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə X8 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 nəvəsi olmuşdur. Mərhum nəvəsi Emilla ailəli olub boşanmış və onun yanında qalmışdır. Sonuncunun bir azyaşlı övladı olmuşdur. Emilla iki aydır Gəncə şəhərində ilkin tibbi yardım kursuna getmiş, həftənin 3 günü onun yanında, digər vaxtlarda isə anası Şəfanənin yanında qalmışdır. 30 may 2023-cü il tarixdə saat 09 radələrində nəvəsi Emilla Gəncə şəhərinə kursa getmək üçün evdən çıxmışdır. Həmin gün saat 17 radələrində yaşadığı evdə olan zaman oğlu Ruslan gəlib ondan Emillanın harada olduğunu soruşmuş, o isə nəvəsinin Gəncə şəhərinə getdiyini bildirmişdir. Ruslan ondan Emillanın nə səbəbə evə gəlmədiyini soruşanda o, nəvəsinin Naftalan şəhərinə anası Şəfanənin yanına getdikdən sonra gələcəyini bildirmişdir. Bundan sonra Ruslan Emillanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb Tərtər RMX-da olmasını bildirmişdir. O, yaşadığı evdən çıxaraq Tərtər RMX-ya getmişdir. Xəstəxanada olan zaman ona məlum olmuş ki, baş vermiş qəza nəticəsində sürücü xəsarət almış, nəvəsi Emilla və avtomobildə olan adını sonradan öyrəndiyi digər sərnişin Röyal adlı şəxs almış olduqları xəsarətlərdən ölmüşlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Röyal Quluzadə isə qardaşı oğlu olmuşdur. 30 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində Tərtər şəhər mərkəzi bazarın qarşısında olan zaman qardaşı Sevindik onun mobil telefonuna zəng edərək oğlu Qoşqarla qardaşı oğlu Röyalın yol-nəqliyyat hadisəsi törətməsini bildirmişdir. O, Qoşqarla Röyalın vəziyyəti barədə maraqlananda qardaşı Sevindik Qoşqarın xəsarət aldığını, Röyalın isə almış olduğu xəsarətlərdən öldüyünü bildirmişdir. Bundan sonra o, qardaşı Sevindiklə birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman məlum olmuş ki, avtomobildə olan sonradan adını öyrəndiyi Emilla adlı qadın da almış olduğu xəsarətlərdən ölmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tərtər RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid4 ilə birlikdə xidməti ərazilərində xidmətdə olarkən Tərtər-Goranboy avtomobil yolunun Tərtər rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almışlar. Bundan sonra o, Şahid4la birlikdə hadisə yerinə getmişlər. Həmin vaxt onlara məlum olmuş ki, Tərtər rayon sakini Təqsirləndirilən şəxs özünə məxsus “Chevrolet- Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Goranboy yolu ilə Tərtər rayonu Təzəkənd kəndi ərazisində Goranboy rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib avtomobili yolun sağ hissəsində yerləşən ağaca vurmaqla yolnəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan iki nəfər sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. O, Muradla hadisə yerinə gələndən sonra sərnişinlərin meyiti təcili tibbi yardım avtomobili ilə Tərtər RMX-ya aparılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Tərtər RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Teymurov X13 Elnur Umud oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 14 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər – 1) Qapalı kəllə-beyin travması başın alın-təpə nahiyəsində yumşaq toxumanın geniş qansızması, kəllə sümüklərinin sınığı, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsinin sağda 3,4,5,6,7-ci qabırğaların, solda 1,2,3,4,5,6,7,8-ci qabırğaların sınıqları, sağ baldır, sol bud sümüyünün sınığı, sağ baldır nahiyəsinin qançırları vardır; 2) Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə – yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; 3) X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur; 4) X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum X14 meyitinin bədənində aşağıdakı xəsarətlər – 1) Açıq kəllə-beyin travması, başın alın-təpəgicgah-ənsə nahiyəsinin dərialtı yumşaq toxumasına geniş qansızma, kəllə sümüklərinin qəlpəli sınıqları, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsində solda orta körpücük xətti üzrə 1,2,3,4,5,6,7,8,9, sağda 9-10 qabırğa sümüklərinin sınıqları, sol bud, sağ baldır, sağ bud, sağ bazu sümüklərinin açıq sınıqları vardır; 2) Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; 3) Mərhum X14 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur; 4) Mərhum X14 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-5 saat olar baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 256 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - travmatik şok 3-4-cü dərəcə ilə müşayiət olunan başın sol alın nahiyəsinin açıq yarası, sol bud sümüyünün boynunun yerdəyişmiş qəlpəli sınığı, sol 12-ci qabırğanın yerdəyişməyən sınığı, sol 1-ci fəqərə cisminin kompression sınığı, sol 2-3-4-cü fəqərələrin sol yan çıxıntıların yerdəyişməyən sınıqları, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 751/KEŞ nömrəli komisyon məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə tibbi müayinəsi zamanı onda “başın sol alın nahiyəsinin açıq yarası, qapalı kəllə beyin travması, travmatik şok 3-4-cü dərəcə, sol bud sümüyünün boynunun yerdəyişmiş qəlpəli sınığı, sol 12-ci qabırğanın yerdəyişməyən sınığı, sol 1-ci fəqərə cisminin kompression sınığı, sol 2-3-4-cü fəqərələrin sol yan çıxıntıların yerdəyişməyən sınıqları”ndan sonrakı vəziyyətin olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs vəziyyətinin kafi olduğunu nəzərə alaraq onunla hal-hazırda istintaq hərəkətlərinin aparılması mümkündür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X22 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 527 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. O, öz hərəkətlərini tam dərk etmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini tam dərk etmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cü baxış) F07.2 psixi xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən ruhi xəstəliyə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktik olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1991 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq, yəni 140-150 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən asfalt yolda törədilmiş və “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət istiqamətində yolun sağ tərəfində olan “Çinar” ağacına çırpılmışdır. Avtomobil ağaca çırpıldıqdan sonra iki hissəyə bölünmüş, arxa hissəsi çırpıldığı ağacdan 8,6 metr məsafədə yaşıllıq zolağında, ön hissəsi isə arxa hissəsindən 27 metr irəlidə yolun sağ hissəsində yaşıllıq zolağındadır. Hadisə yerində avtomobilin hərəkət zolağında asfalt örtüyün üzərində çırpıldığı ağaca doğru avtomobilə aid 23 metr uzunluğunda şin izləri vardır. Şin izlərinə və ağaca çırpılma yerinə əsasən avtomobil Goranboy rayonu istiqamətində hərəkətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X14 meyitinə baxış zamanı sonuncunun bədəni üzərində avtoqəza nəticəsində əmələ gəlməyə xarakterik müxtəlif xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X7 meyitinə baxış zamanı sonuncunun bədəni üzərində avtoqəza nəticəsində əmələ gəlməyə xarakterik müxtəlif xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:20də Tərtər RMX-dan RPŞ-ya Tərtər rayon sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sol bud sümüyünün sınığı və baş nahiyəsinin çapılmış yarası ilə xəstəxanaya daxil olması və xəstənin deməsinə görə avtoqəza keçirməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:00da Tərtər RMX-nin TTYŞ-dan RPŞ-ya Tərtər şəhər sakini xx.xx.1998-ci il təvəllüdlü X5 və onunla bir yerdə olan Tərtər rayonu, Qaradağlı kənd sakini xx.xx.2004-cü il təvəllüdlü X14 avtoqəza nəticəsində aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmələri barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 172 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AE 124750 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası üzrə sürücülük hüququ vardır, həmin vəsiqə xx.xx.2018-ci il tarixdə verilmiş və xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BD 143826 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet-Cruze” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdən xəstəxananın poliklinika şöbəsinin ruhi əsəb kabinetində “keçirilmiş baş beyin travmasından sonra əmələ gələn, hipertension sindrom, qıcolma tutmaları psixopata bənzər davranış” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Keçirilmiş baş beyin travmasından sonra əmələ gələn hipertension sindrom. Tez-tez baş verən qıcolma tutmaları, ayda 6-7 dəfə. Psixonevrotik davranış” diaqnozu ilə ümumi xəstəlikdən ikinci dərəcəli əlillik dərəcəsi verilmiş və sonuncu xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud şəxs hesab olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Quluzadə X15 rayonu, Tatlar kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu, Yeni qəsəbə, bina 25, mənzil 09-da ailə üzvləri il birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X5 hüquqi varisi X2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət prosesini həyata keçirən orqana ərizə ilə müraciət edərək X10 şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Tərtər RPŞ-nin cərimə meydançasında saxlanılan təqirləndirilən şəxs Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi törətdiyi «Chevrolet- Cruze» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs hadisə baş verən zaman bir anlıq xəstəliyinin baş qaldırması səbəbindən idarəetməni itirdiyini və yol-nəqliyyat hadisəsini törətdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri özünümüdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsriləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ..........Yolda olan zaman “Göyçə” kafesinin olduğu yeri keçdikdən sonra ondan qarşıda qara rəngli markasını xatırlamadığı avtomobilin sürətlə hərəkətdə olduğunu görüb həmin avtomobili keçmək üçün özünün idarə etdiyi avtomobilin sürətini artıraraq 140-150 km/saat sürətə çatdırdıqda yolun döngəli hissəsinə çatdığını görmüşdür. Həmin vaxt sürəti azaltmaq məqsədi ilə əyləcdən istifadə edərək sürəti 80 km/saat sürətə endirmişdir. Elə bu zaman idarə etdiyi avtomobilin sağ təkəri yolun sağ hissəsində yerləşən daşlıq yola düşdüyünə görə o, idarəetməni itirmiş və avtomobil yolun sağ hissəsində olan ağaca çırpılmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8/1991 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: “Chevrolet-Cruze” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq, yəni 140-150 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 527 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən anlaqlı olmuş, o cümlədən öz hərəkətlərini tam dərk etmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik səbəbindən deyil, məhz “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yəni həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq, yəni 140-150 km/saat sürətlə idarə edərək ittiham olunduğu cinayət əməlini törətmişdir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan X5 və X14, yəni iki nəfər şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə, 2-ci qrup əlil olmasını, özünün də hadisə nəticəsində xəsarət almasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin onun qohumu olması, özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavə cəzanın icrasının əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-yə məsul saxlanca verilmiş “Chevrolet- Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs atası Şahid2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 31 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-yə məsul saxlanca verilmiş “Chevrolet-Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs atası Şahid2 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-254/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-254/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver