Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-255/2020 27.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X24 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X7, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “həbs” etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X24 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 20 radələrində tanışı X12 yaşadığı ünvan 3 ünvanına gedərək, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə görüşüb bir qədər söhbət etdikdən sonra şam etmək qərarına gəldiklərinə görə birlikdə yaxınlıqdakı “Delfin” marketdən bir ədəd spirtli içki olan “Dubrovka” araq və bir ədəd “Əfsanə” pivəsi alaraq, həmin ünvandakı evin yardımçı tikilisində qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Asim Yusubovla passiv vəziyyətdə sonuncunun öz razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra xx xxx 2020-ci il tarixdə saat 04 radələrində A.Yusubovun da təkrarən öz növbəsində aktiv vəziyyətdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq barədə təklifini qəbul etməyib, aralarında yaranmış səs-küyə başqa şəxslərin də gələ biləcəyini, eləcə də intim münasibətlərinin olması ilə bağlı söhbətlərin yaranmasından ehtiyat etməsini bildirməsinə baxmayaraq, sonuncunun təkidlə onunla qeyri təbii yolla cinsi əlaqədə olmaq istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı A.Yusubovu qəsdən öldürmək qərarına gəlib otaqdakı əl-üz yuyanın kənarındakı tutacaq hissəsi qara rəngli, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla insan həyatı üçün vacib orqanların yerləşdiyi sinə nahiyəsindən, yəni sonuncunun döş qəfəsinin sağ yarısının ön səthində, İİİ qabırğa səviyyəsində sağ döş boşluğuna keçərək sağ ağciyəri zədələyən, döş qəfəsinin sağ yarısının ön səthində Vİİ qabırğa səviyyəsində qarın boşluğuna keçərək qaraciyəri zədələyən, qarın nahiyəsinin ön səthində solda yerləşmiş qarın boşluğuna keçərək nazik bağırsağın müsariqəsini zədələyən, bununla da əmələ gələn kəskin daxili və xarici qan itirmə nəticəsində zərərçəkmişin ölümünə səbəb olan, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən üç ədəd kəsilmiş deşilmiş yara, həmçinin sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən sağ çiyin, sol bazu, sağ kürək nahiyələrində sıyrıq xəsarətləri yetirərək Asim Yusubovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Asim onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng vurub onunla görüşmək istədiyini bildirib öz yaşadığı evə dəvət etmişdir. xx xxx 2020-ci il tarixdə saat 19-20 radələrində o, Asimin yaşadığı evə getmiş və Asimlə görüşmüşdür. Asimlə bir qədər araq içdikdən sonra Asimə içkinin az qaldığını və gedib əlavə araq almaq lazım olduğunu demişdir. Onlar birlikdə evdən çıxaraq marketə getmişlər. Evdən çıxanda Asim yaxınlıqda yaşayan qonşusuna söymüş, o, sonuncunu sakitləşdirib «Delfin» marketə aparmış və onlar marketdən bir ədəd 0,5 litrlik “Dubrovka” arağı və 01 ədəd 0,5 litrlik “Əfsanə” pivəsi almışlar. Aldıqları içkilərin pullarını kassaya Asim ödəmişdir. Sonra onlar birlikdə Asimgilə qayıdıb yeyib-içməyə davam etmişlər. Yeyib-içəndən sonra Asim onunla cinsi əlaqədə olmaq istəmiş və onun başından, boynundan öpməyə başlamışdır. O, buna etiraz etdiyi vaxt Asim, onun boğazından tutub yatağa tərəf çəkmiş və onlar yatağa yıxılmışlar. Bundan sonra o, yataqdan qalxıb qaçıb getmək istədikdə Asim ondan cəld tərpənərək masanın üzərində olan bıçağı götürüb qapının ağzında dayanaraq “sən Şakanın əlindən qaça bilməzsən” deyib, onun getməyinə mane olmuşdur. Həmin vaxt Asimin əynində mayka olmuşdur. O, Asimə belə iş etməməsini demiş və sonuncunu sakitləşdirmişdir. Onlar yenidən oturub yeyib-içməyə davam etmişlər. Asim onu saat 4-də iti gəzdirmək üçün oyatmağını bildirib yatmışdır. O da Asim yatdıqdan sonra pencəyini götürüb evi tərk etmişdir. Parka yaxınlaşanda, cibində evin açarının olmadığını görüb, bu səbəbdən geri qayıtmış, evdə Asimi çarpayının üzərində qana bulaşmış maykada uzanaqlı vəziyyətdə olduğunu görüb sonuncunu səsləmişdir. Asimin cavab vermədiyini görüb, onun öldüyünü bilərək, evi tərk edərək öz evinə qayıdıb yatmışdır. Səhər tezdən isə polis əməkdaşları gələrək onu polis idarəsinə aparmışlar. Orada rəis müavinin otağında polis əməkdaşları ona təzyiq göstərərək cinayəti etiraf etməyini tələb etmişlər. Polis əməkdaşları ona qarşı zor tətbiq etmiş, o, günortayadək polisin ona qarşı tətbiq etdiyi işgəncələrə dözsə də sonra zor və təzyiqlərdən polis əməkdaşlarının istədiklərini deməyə başlamışdır. Polis əməkdaşları ona dəyənək və elektroşokla isgəncə vermişlər. O, Asimi öldürməmiş və onun əsl qatilinin yaxalanmasını istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, Asimlə 1985-ci ildə evlənmiş və münasibətləri həmişə yaxşı olmuşdur. Asim keçmiş polis mayoru olmuş, uzun müddət Gəncə şəhərində polis orqanlarında xidmət etmiş, 2008-ci ildən təqaüdə çıxmışdır. Asim hələ polisdə işlədiyi zamandan bəri spirtli içkilər qəbul etmiş, lakin son iki ildə onun spirtli içkili qəbulu daha da güclənmişdir. Asim içki qəbul etsə də, tüfeyli həyat tərzi sürməmişdir. Əri şəkər xəstəsi olsa da dərman qəbul etməmişdir. Asim spirtli içki qəbul etdikdən sonra aqressivləşmiş və buna görə də onun üstünə hərdən qışqırıb söymüşdür. Buna baxmayaraq, əri ona hər zaman yaxşı baxmış və heç vaxt incitməmişdir. Asim həyətdə özü üçün yardımçı tikili düzəldərək, vaxtının çox hissəsini orada keçirmişdir. 2020-ci ilin mart ayından ölənə qədər o, Asimlə tək qalmışdır. Ərinin ən yaxın dostu Mahir adlı şəxs olmuşdur. Mahir evlərinə tez-tez gəlib əri ilə yuxarıda qeyd olunan tikilidə vaxt keçirmişdir. Sonuncu dəfə Mahir orucluq ayından əvvəl onların evinə gəlmişdir. Asim 7-8 ay əvvəl özünə alman çoban iti almış və hər gün səhər saat 4-5- radələrində iti gəzdirməyə aparmışdır. xx.xx.2020-ci il tarixdə hava qaralandan sonra o, Asimin yanına gəlmək istəmiş, lakin həmin vaxt evə kiminsə gəldiyini eşitmişdir. Həmin şəxsin kim olduğunu o, bilməmişdir. Daha sonra Asimlə həmin şəxs paltarlarını geyinərək harasa getmiş və 10-15 dəqiqədən sonra evə qayıtmışlar. Bir müddət keçdikdən sonra evlərinə gələn şəxs getmişdir. O, gələn şəxsin kim olduğunu bilməmiş və əri tək olanda az spirtli içki içdiyindən həmin şəxsin getməyinə sevinmişdir.Təxminən yarım saat sonra həmin şəxs evlərinə qayıtmış və evlərinin pəncərəsinin qarşısında hovuzun yanında Asimlə güləşməyə başlamışdır. Bu zaman Asim də, evə gələn digər şəxs də içkili olmuşlar və onlardan heç biri ayaq üstə dayana bilməmişlər. Lakin Asim digər şəxslə müqayisədə daha da ayıq olmuşdur. Həmin şəxs Asimə “mənə 50 manat verərsənmi” demiş, Asim də “ay İlham, problem deyil” deyə sonuncuya cavab vermiş və ikisi də bir biri ilə qucaqlaşıb otağa keçmişlər. O, da əri ilə həmin şəxsin sərxoş olduqlarına görə belə güləşdiklərini, bundan sonra otağa keçib yeyib-içməyə davam edəcəklərini düşünmüşdür. Asim dalaq xoşladığı üçün ona yemək bişirib hazırlamışdır.Təxminən gecə saat 01:00-02:00 radələrində o, yatmağa getmiş, yatdığı zaman qəflətən darvazanın səsini eşidib oyanmış və telefona baxarkən həmin vaxt saat 04:05 olduğunu görmüşdür. O, evlərinə gələn şəxsin bu qədər çox qalmasına təəcüblənmiş, lakin Asimin onu yola salıb gedib yatacağını düşünərək yenidən yatmışdır. Səhər saat 06:00 radələrində oyanmış, tikiliyə keçərək Asimi oyatmaq istəmişdir. Həmin vaxt Asim arxası üstə əlləri açıq vəziyyətdə yatağının üzərində qan içində uzamaqlı vəziyyətdə olmuşdur. Asimin əynində qana bulaşmış ağ qısaqol köynək, əynində alt paltarı olmamışdır. O, Asimi ayıltmaq istəsə belə, sonradan onun öldürüldüyünü başa düşmüşdür. Bundan sonra o, digər evə gedərək ev telefonu vasitəsilə qayınanası Bəsti Yusubovaya zəng vurub və Asimin öldürdüyünü demişdir. Daha sonra otağa qayıtmış və həmin vaxt oğlu Orxan onun mobil telefona zəng vuraraq ondan təcili yardımı çağırıb-çağırmadığını soruşmuşdur. Bundan sonra o, təcili yardımın gələcəyini bildiyi üçün otağa keçib Asimin alt paltarını geyindirmiş və boşqabları yığışdırmışdır. Bundan başqa o, otaqda heç nəyə əl vurmamışdır. Daha sonra təcili yardım və oğlu gəlmişdir. O, Asimin həmcinsləri ilə münasibətində olduğuna qəti şəkildə inanmamışdır. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Asim Yusubovun onun yaşadığı küçəsinin sonunda yaşadığını, keçmiş polis əməkdaşı olmaqla təqaüddə olduğunu bilmişdir. Asim içkiyə meyilli və daimi sərxoş olduğuna görə onların arasında yaxın münasibətləri olmamışdır. Asim yaşadığı evdə oğlu və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Asim ev heyvanları sevdiyindən həyətlərində it saxlamış və gün ərzində içki içərək itini küçədə gəzdirmişdir. Ümumiyyətlə Asim içəndə özünü tam idarə edə bilməmiş və buna görə o, Asimlə ünsiyyəti kəsmişdir. Asim dostları ilə içmiş, sərxoş olduqdan sonra isə səs-küy salmışdır. Asim içən olsa da, onun qonşularla ədavəti və ya düşmənçiliyi olmamışdır. O, hadisə günü səhər tezdən polis əməkdaşlarından Asimin qətlə yetirildiyi barədə məlumat almışdır. Daha sonra ona məlum olmuşdur ki, Asimi qətlə yetirən şəxs onunla birlikdə içki içən dostu olmuşdur. Asimin qonşuluqda heç kəslə ədavəti olmamış, sonuncu sakit təbiətli, spirtli içkiləri qəbul etməyi sevən bir şəxs olmuş və əksər vaxtını dostları ilə içki içərək və ya şəhərdə itini gəzdirərək keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yusubov Asim ilə eyni küçədə yaşamışdır. Əvvəllər onların münasibətləri yaxşı olmuş, lakin Asim təqaüdə çıxdıqdan sonra mütəmadi içki içdiyinə görə münasibətləri korlanmışdır. Sonuncu dəfə Asim onun evinin pəncərəsinin həyətinə baxdığı üçün və guya, onun evi Asimin hasarının yerində tikildiyi üçün barəsində X32 rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Asimin onu məhkəməyə verməsindən sonra aralarında hər hansı bir ünsiyyətləri olmamışdır. Onun Asimlə hər hansı düşmənçiliyi olmamış, sonuncu spirtli içkilər qəbul etdiyi üçün onunla münasibətləri pozulmuşdur. O,polisdən alınan məlumata görə Asimin tanımadığı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirildiyini bilmişdir. O, sonuncu dəfə Asimi hadisədən uzun müddət əvvəl görmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020ci il tarixli “hadisə yerinə baxış protokolundan” görünür ki, hadisə yeri ünvan 4 ünvanının həyətində yerləşən yardımçı tikilidir. Hadisə yeri olan mənzil həmin dalanın sonunda yerləşir. Mənzilin açıq çəhrayı rəngli darvazası vardır. Darvazadan içəri daxil olduqda həyətdə SSRİ istehsalı olan köhnə maşının dayandığı görünür. Həyət ilə irəlilədikdə qarşıda bir ədəd “Vaz 2106” markalı avtomobilin olduğu görünür. Həyətdə bir ədəd yaşayış evi vardır. Hadisə yeri isə həmin yaşayış yerinin arxa tərəfində yerləşir. Evin arxa tərəfi ilə həmin yerə yol vardır. Yol ilə getdikdə qarşıya ikitaylı qapısı olan yardımçı tikili çıxır. Yardımçı tikilinin ikitaylı taxta qapısı vardır. Həmin qapının ölçüləri 1x1.87 metrdir. Yardımçı tikilinin uzunluğu 6 metr, eni 4,1 metr, hündürlüyü isə 2,5 metrdir. Qapıdan içəri daxil olduqda sol tərəfdə üzərində kişi cinsli meyit olan dəmir çarpayı vardır. Çarpayının eni 90 sm, uzunluğu 197 sm, döşəmədən hündürlüyü isə 52 sm-dir. Taxta qapının sol küncündən meyitin ayağına qədər olan məsafə 75 sm, meyitin qarşısında dayandıqda evin sağ yuxarı küncündən meyitin başına qədər olan məsafə 74 sm-dir. Qapıdan 278 sm aralıda otağın mərkəzinə yaxın hissəsində ətrafında oturacaqlar olan stol vardır. Qapının sağ küncündən 121 sm aralıda stolun üzərində boş spirtli içki şüşələri vardır. Həmin spirtli içki şüşələrinin üzərində əl-barmaq izlərinin aşkar edilməsi üçün kimyəvi maddədən istifadə edilməklə əl-barmaq izi nümunələri götürülmüşdür. Meyitin uzandığı çarpayının kənarında üzü şüşəli olan şkaf vardır. Həmin şkafın ayna hissəsində mərhum Asim Yusubova məxsus bir neçə ədəd fotoşəkil vardır, həmçinin şkafın üzərində əl üçün krem, şampun, dəmir qutu, daraqlar, stəkan, və digər təmziləyici vasitələr vardır. Bundan başqa sözügedən şkafın üst hissəsində bir ədəd saat və bir ədəd çay qutusu vardır. Şüşəli şkafın yanında divara bərkidilmiş 3 ədəd 80x50 sm ölçüdə şkaflar vardır. Şkafların içi boşdur. Şkafın sağ tərəfində bir ədəd dəmir çarpayı vardır, həmin çarpayının üstü səliqəli vəziyyətdədir. Eyni zamanda hadisə yerində qapıdan içəri girişdə sağ tərəfdə bir ədəd yuyucu, yuxarıda qeyd olunan, üzərində spirtli içki şüşələri olan stol və bir ədəd dörd gözlü qaç sobası vardır. Meyit olan çarpayıya tərəf getdikdə çarpayının baş tərəfində yuxarı hissədə zərərçəkmiş şəxsə məxsus paltarlar vardır. Meyitin üzərində gözlə görünən 3 ədəd kəsilmiş deşilmiş yara xəsarətləri vardır. Meyitinin əynində qanabənzər ləkəyə bulaşmış maye vardır, ağzından köpüklə məhlul axıntısı görünür. Baxış zamanı gələcəkdə iş üzrə sübut kimi əhəmiyyətli ola biləcək 04 ədəd bıçaq, hadisə yerində aşkar edilmiş 7 ədəd spirtli şüşə qablardan əl-barmaq izləri aşkar edilərək götürülmüşdür.(İ cild, iş vərəqə 6-19) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020ci il tarixli “meyitə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar olmuşdur: ağ rəngli tursik, ağ qolu gödək köynək. Qolu gödək köynək ağ rəngli olmaqla parça materialındadır. Köynək qırmızı rəngli qanabənzər ləkələrə bulaşmış formadadır. Köynəyin üzərində ön tərəfində 4 ədəd cırılmış xəsarətlər vardır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 155 sm-dir. Dərisi ağımtıl meyit rəngdədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, zəifdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə 2 dəqiqədən sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, buynuz qişalar bulanıqdır. Burun və qulaq dəlikləri sərbəstdir. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı yarıaçıqdır, meyidi çevirdikdə ağzından qanlı maye axır, dodaqların daxili səthi ağımtıl rəngdədir, dişləri-üst çənədə çıxan protezdir, alt çənədə solda iki ədəd və sağda iki ədəd dişlər sarı rəngli metaldandır. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Xəsarətlər: «Döş qəfəsinin ön səthində sağda, döşyanı xəttlə İİİ-cü qabırğa səviyyəsində 1,5 x 0,3 sm ölçüdə, Vİİ qabırğa səviyyəsində isə 1,3 x 0,3 sm ölçüdə, qarının ön səthində orta xətdən solda göbəkdən 2 sm aşağıda 1,5 x 0,3 sm ölçüdə kənarları hamar, bir Mərhum A.R. Yusubovun adına tərtib olunmuş iti, bir ucu qövs formalı yaralar vardır. Sağ çiyin nahiyəsində 2 x 0,3 sm ölçüdə, sol bazu nahiyəsinin ön -yan səthinin orta 1/3 hissəsində 1,5 x 0,3 sm ölçüdə, aşağı 1/3 hissəsində 1,0 x 0,3 sm ölçüdə bir ədəd, sağ kürək nahiyəsində 3 x 0,2 sm ölçüdə üç ədəd qırmızımtıl rəngli, düz xətt formalı sıynqlar vardır. Meyidin xarici müayinəsi zamanı bədənində başqa xəsarətlər müəyyən edilməmişdir. Hadisə vaxtı meyitin əynində olmuş paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(İ cild, iş vərəqə 20-34) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı, yəni xx xxx 2020-ci il tarixdə orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(İ cild, iş vərəqə 43) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 56-57) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş «ifadənin yerində yoxlanması» haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanması zamanı əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 93-104) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 124-125) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020ci il tarixli “Video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum Asim Yusubovun yaşadığı evin yaxınlığında quraşdırılmış kamera vasitəsilə qeydə alınmış “1_01_R_**********00” adlı video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə gecə saat 04:03 radələrində Təqsirləndirilən şəxs sərxoş halda mərhum X12 yaşadığı ev tərəfdən çıxaraq küçənin çıxışı istiqamətində hərəkət etmişdir. Daha sonra həmin videodan görünür ki, Təqsirləndirilən şəxs saat 04:14 radələrində küçənin giriş hissəsindən daxil olaraq mərhum Asim Yusubovun yaşadığı evə tərəfə gəlmiş, saat 04:22 radələrində İlham yenidən mərhum Asim Yusubovun yaşadığı ev tərəfdən küçənin çıxış istiqamətində hərəkət etmişdir. Saat 04:30 radələrində Təqsirləndirilən şəxs mərhum Asim Yusubovun evinin yerləşdiyi küçəyə daxil olaraq onun evi istiqamətində hərəkət etmişdir. Daha sonra saat 04:37 radələrində təqsirləndirilən şəxs mərhum Asim Yusubovun yaşadığı küçəni tərk etmişdir.(İ cild, iş vərəqə 140) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020ci il tarixli “Video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi ünvanın yaxınlığında yerləşən “Delfin” marketdə quraşdırılmış kameraların vasitəsilə qeydə alınmış “1_03_H_**********00” adlı video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx xxx 2020-ci il tarixdə axşam saat 21:21 radələrində Təqsirləndirilən şəxs mərhum X22 ilə birlikdə sonuncunun yaşadığı ünvanın yaxınlığında yerləşən “Delfin” adlı marketə tərəf yaxınlaşaraq oraya daxil olmuşdur. Daha sonra marketin içərisində quraşdırılmış müşahidə kameralarının vasitəsilə qeydə alınmış “1_01_H_**********00” və “1_06_H_**********00” adlı video görüntülərdən mərhum Asim Yusubovun Təqsirləndirilən şəxsla birlikdə spirtli içkilərin yerləşdiyi bölməyə yaxınlaşaraq mərhum Asim Yusubovun oradan şəffaf rəngli mayenin olduğu bir ədəd şüşə qab götürərək Təqsirləndirilən şəxs verdiyi müəyyən olunmuşdur. Daha sonra onlar soyuducuya yaxınlaşmışlar, mərhum Asim Yusubov oradan bir ədəd içərisində maye olan tünd rəngli şüşə qabı götürərək Təqsirləndirilən şəxs vermiş və onlar birlikdə kassaya tərəf gəlmişlər. “1_07_H_**********00” adlı video görüntüdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mərhum X22 ilə kassaya yaxınlaşmış və sonuncu aldıqları malların, yəni iki ədəd müxtəlif rəngli və tipli içkilərin dəyərini ödədikdən sonra həmin şüşələri qara rəngli paketə qoyaraq çıxış istiqamətində getmişlər.(İ cild, iş vərəqə 149) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş vermiş ünvanın yaxınlığında quraşdırılmış Gəncə şəhər Baş Polis İdarəsindən təqdim olunan “TS-049 1 GEDİŞ” adlı video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saat 1:26-da A.Yusubovun yaşadığı evə tərəf gedir. Bundan başqa Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə gecə saat 04:03 radələrində mərhum X12 yaşadığı ev istiqamətində hərəkət etmiş, “TS-049 2 GƏLİŞ” adlı video görüntüdə isə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə gecə saat 04:12 radələrində mərhum X12 yaşadığı evin yerləşdiyi tərəfdən geri qayıtmışdır. “TS-049 1 GEDİŞ2” adlı video görüntüdən Təqsirləndirilən şəxs həmin tarixdə gecə saat 04:22 radələrində yenidən X12 yaşadığı ev istiqamətində hərəkət etdiyi, “TS-049 2 GƏLİŞ3” adlı video görüntüdən Təqsirləndirilən şəxs gecə saat 04:29 radələrində mərhum Asim Yusubovun yaşadığı ev tərəfdən geri qayıtdığı müəyyən olunmuşdur. “TS-049 1 GEDİŞ3” adlı video görüntüyə baxış keçirilərkən gecə saat 04:37 radələrində Təqsirləndirilən şəxs mərhum Asim Yusubovun yaşadığı ev istiqamətində hərəkət etdiyi “TS-050 1 GEDİŞ” adlı video görüntüdə isə Təqsirləndirilən şəxs gecə saat 04:42 radələrində mərhum Asim Yusubovun yaşadığı ev tərəfdən uzaqlaşdığı müəyyən olunmuşdur.(İ cild, iş vərəqə 231) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs əşyanın tanınmaya təqdim edilməsinə dair protokolda hadisə yerindən aşkar olunaraq götürülmüş bıçağı tanıyaraq hadisəni həmin bıçaqla törətdiyini bildirdirmişdir.(İ cild, iş vərəqə 185-188) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri X21 xx.xx.2020-ci il tarixli 2198 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır.(İİ cild, iş vərəqə 60) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 108 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır.(İİ cild, iş vərəqə 69) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Vərəm Xəstəxanasının xx.xx.2020-ci il tarixli 114 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada son 9 il ərzində stasionar müalicədə olmamışdır.(İİ cild, iş vərəqə 68) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 3271 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır.(İİ cild, iş vərəqə 62) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır.(İİ cild, iş vərəqə 65) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X11, qızı X13, X5 ibarətdir. (İİ cild, iş vərəqə 66) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində X32 Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır.(İİ cild, iş vərəqə 81) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs X32 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum olunmuşdur. (İİ cild, iş vərəqə 79-80) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sənədə baxış protokolundan görünür ki, “xxxxxxxx” MMC-dən daxil olmuş diskdəki fayllara baxış keçirilmiş və hadisə baş verən günü sonuncu dəfə zərərçəkmiş şəxs Asim Yusubovla telefon əlaqəsi saxlayanın Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir(İİ cild, iş vərəqə 117) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2020-ci il tarixli 39 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində üç ədəd daxilə keçən kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir: Yaralardan biri döş qəfəsinin sağ yarısının ön səthində, İİİ qabırğa səviyyəsində yerləşmiş, sağ döş boşluğuna keçərək sağ ağciyəri zədələmişdir; ikinci yara döş qəfəsinin sağ yarısının ön səthində, Vİİ qabırğa səviyyəsində yerləşmiş, qarın boşluğuna keçərək qaraciyəri zədələmişdir; üçüncü yara isə qarın nahiyəsinin ön səthində solda yerləşmiş, qarın boşluğuna keçərək nazik bağırsağın müsariqəsini zədələmişdir. Qeyd edilən xəsarətlər həyati olmuşdur, A.R.Yusifovun ölümündən az qabaq ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilmişdir. X2 meyitinin bədənində yuxarıda göstərilən deşilmiş-kəsilmiş yaralardan başqa, sağ çiyin, sol bazu, sağ kürək nahiyələrində sıyrıq kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər də həyati olmuşdur, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlmiş və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirildiyindən, dərəcələri təyin edilməmişdir. X2 bədənində olan yaraların maddi sübut qismində götürülən bıçaqla yetirilib-yetirilməməsini müəyyən etmək üçün hadisə zamanı onun əynində olan paltarların xüsusi müayinə edilməlidir (trasoloji və ya tibbi kriminalistik). X2 ölümünə səbəb döş qəfəsinin və qarının daxilə keçən sağ ağciyərin, qaraciyərin və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yaraları nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzarə alaraq, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzarən 9-10 saat olmuşdur (meyit xx.xx.2020-ci il tarixdə saat 12:40-da müayinə olunmuşdur). X2 anus dəliyi nahiyəsində hər hansı bir xəsarət müəyyən edilməmiş, lakin qeyd olunmuşdur ki, A.Yusifovla əvvəllər arxadan qeyri-təbii yolla mütamadi cinsi əlaqədə olmuşlarsa, onunla təkrar qeyri-təbii yolla (anal dəliklə) cinsi əlaqə zamanı anus dəliyi nahiyəsində iz qalmaya bilərdir. X2 anus dəliyindən götürülmüş tənzif tampon yaxmanın məhkəmə-tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar edilməmişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı 0,5 % (promilli) qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlmişdir.(İİ cild, iş vərəqə 27-32) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 19 saylı rəyindən görünür ki, mərhum X12 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. Təqdim olunmuş bir ədəd bıçaqdan (ob.1) götürülmüş yuyuntudan hazırlanmış məhlulda insana məxsus qan ləkələri aşkar olunmuş və həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan X3 məxsus ola bilər. Təqdim olunmuş X3 məxsus bir ədəd mayka üzərində insana məxsus qan ləkələri aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan mərhumun özünə məxsus ola bilər. X3 məxsus bir ədəd tursik üzərində qan və spermaya oxşar ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Təqdim olunmuş qalan səkkiz ədəd bıçaqlar üzərində qana bənzər ləkələr aşkar olunmadığından müayinə edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd pencək, bir ədəd şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd tuman, bir ədəd qısaqol köynək üzərində qan və spermaya oxşar ləkə aşkar olunmadığından müayinə edilməmişdir.(İİ cild, iş vərəqə 10-15) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsinin məhkəmə lifli materiallarının tədqiqinə dair ekspertizasının xx.xx.2020-ci il tarixli 16/534 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X16 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri olmuşdur. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X16 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış mavi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd pencəyin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, X16 məxsus tumanın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən olmamışdır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının (köynəyin, şalvarın, maykanın və tumanın) səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X16 məxsus geyim əşyalarının tərkib liflərindən olmamışdır.(İİ cild, iş vərəqə 90-96) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza X15 Bölməsinin məhkəmə soyuq silah və trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 16/535/536 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmaqla soyuq silah hesab edilməmişdir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan zərərçəkmiş şəxs X16 məxsus köynəyin üzərində olan “a”, “b” və “c” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədələr olmuşdur. Lakin təqdim edilmiş köynəyin üzərində olan “a”, “b” və “c” zədələrində zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan zərərçəkmiş şəxs X16 məxsus kişi alt tumanın və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə olmamışdır. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 39 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş zərərçəkmiş şəxs X16 məxsus köynəyin üzərində olan “a”, “b” və “c” zədələri müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “birinci yara: Döş qəfəsinin sağ yarısının ön səthində, İİİ qabırğa səviyyəsində yerləşən, sağ döş boşluğuna keçən sağ ağ ciyəri zədələyən, ikinci yara: Döş qəfəsinin sağ yarısının ön səthində, Vİİ qabırğa səviyyəsində yerləşən, qarın boşluğuna keçərək qaraciyəri zədələyən, üçüncü yara: qarın nahiyyəsinin ön səthində solda yerləşən, qarın boşluğuna keçərək nazik bağırsağın müsaqirəsini zədələyən” xəsarəti ilə köynəyin üzərində olan “a”, “b” və “c” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil etmiş, yəni zədə və xəsarət üst-üstə düşmüşdür.(İİ cild, iş vərəqə 97-101) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 512/229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (xx.xx.2019-cu il tarixli 1872 saylı ekspert rəyi) (Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş xx.xx.2020ci il tarixli 3271 sayh arayış, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 108 sayh arayış, Gəncə şəhər X10 verilmiş xx.xx.2020-ci il tarixli 114 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, kobud və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X8 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazınla məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğı hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 11.09 2020-ci il tarixli 3271 saylı arayış, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 11.09 2020-ci il tarixli 108 saylı arayış, Gəncə şəhər X10 verilmiş 22.06 2020-ci il tarixli 114 saylı arayış), istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırki ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, kobud və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixolojı xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması bə başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilərdi. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fiziolojı affekt halında olmamışdır (keçirməmişdir).(İİ cild, iş vərəqə 122-124) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/379R saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 7 ünvanında yaşayan X12 qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 28 ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan 25 ədəd əl barmaq və 05 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmuşdur. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 25 ədəd əl barmaq və 05 ədəd ovuc izlərindən 10 ədəd əl barmaq və 02 ədəd ovuc izləri xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (03 dəfə), orta (03 dəfə), adsız (03 dəfə), çeçələ barmaqlarının, sağ əlinin ovucunun, sol əlinin isə böyük, şəhadət və ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 15 ədəd əl barmaq və 03 ədəd ovuc izləri DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Təqdim edilmiş 05 ədəd araq və 02 ədəd pivə butulkasının səthlərində aşkar edilmiş əl izlərinin fraqmentləri qarışıq və yaxın şəkildə əks olduğundan şəxsin eyniləşdirilməsi üçün yararsız olmuşlar. Həmin əl izlərinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğundan müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır.(İİ cild, iş vərəqə 34-53) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/436R saylı rəyindən görünür ki, tədqiqata meyidin (X12) daktiloskopik xəritəsi tədqiqat üçün yararlı olmuşdur. xx xxx 2020ci il tarixdə ünvan 8 ünvanında yaşayan X12 qətlə yetirilməsi faktı ilə əlaqədar keçirilmiş 20/379 R nömrəli xx.xx.2020-ci il tarixli ilkin daktiloskopik ekspert rəyinə əsasən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 03 ədədi X4 əlinin adsız, orta və çeçələ barmaqları vasitəsilə qoyulması müəyyən edilmişdir. Digər 12 ədəd əl-barmaq və 03 ədəd ovuc izi başqa şəxs və (şəxslər) tərəfindən qoyulmuşdur.(İİ cild, iş vərəqə 103-108) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs X17 öldürməməsi, Asimin başqa şəxs tərəfindən öldürülməsi və polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyindən cinayəti etiraf etməsi ilə bağlı ifadəsinə hadisə yerinə və meyitə baxış protokolları, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokolları, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolu, əşyanın tanınmaya təqdimetmə protokolu, kompleks soyuq silah trasoloji, lifli materialları və məhkəmə-tibbi bioloji ekspertizalarının rəyləri, diskə baxış protokolları və digər istintaq hərəkəti protokolları ilə tam təkzib olunduğundan, həmin ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib, sübut kimi qəbul etmir. Məhkəmə bu mənada təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixli şübhəli şəxs qismində və xx xxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə zərərçəkmiş şəxs X17 öldürməsinin səbəbi və hadisənin mexanizmi barədə verdiyi etirafedici ifadələrnə ( həməin ifadələrində təqsirləndirlən şəxs göstərmişdir ki,..«Asimin əlindəki bıçağı burub sonuncunun sinəsinə vurmuş, sonra yenidən sinəsinə tərəf bıçağı itələmiş, bu zaman Asim ağrılı səslə “Ayy” deyə qışqıraraq çarpayıya uzanmışdır. O, isə tez pencəyini götürərək oradan çıxıb getmişdir. Bundan sonra bir qədər həmin evdən aralaşdıqda, yolda əlini pencəyinin cibinə salanda evinin açarlarının olmadığını görmüş və yenidən həmin yerə qayıdıb açarı stolun üzrərindən götürəndə Asimin çarpayıda uzanıqlı vəziyyətdə olduğunu, sonuncunun əynindəki maykanın qana bulaşdığını və Asimin öldüyünü görmüşdür. Bundan sonra yenə oradan çıxıb evinə getmişdir…») işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təsdiq olunduğundan üstünlük verib sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən hadisə yerinə və meyitə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolları, cinayət işinə əlavə olunmuş videogörüntülər və digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndinin izahını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təqaüdçü olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, X32 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsində nəzərdə tutulan müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinin tələbləri qaydasında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd açıq mavi rəngli pencək, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd ağ rəngli tuman, 01 ədəd boz rəngli qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməli, zərərçəkmiş şəxs X16 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli tuman yaxın qohumlarına qayatrılmalı, imtina etdikdə məhv edilməli, hadisə yerindən aşkar edilərək götürülmüş hadisənin predmeti olan Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq, hadisə yerindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş əl-barmaq izləri və 7 ədəd spirtli içki şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 6 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 manat 80 qəpik (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx.xx.2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd açıq mavi rəngli pencək, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd ağ rəngli tuman, 01 ədəd boz rəngli qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin, zərərçəkmiş şəxs X16 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli tuman yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin, hadisə yerindən aşkar edilərək götürülmüş hadisənin predmeti olan Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq, hadisə yerindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş əl-barmaq izləri və 7 ədəd spirtli içki şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 6 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 manat 80 qəpik (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X24 Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-255/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-255/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver