Məhkəmə qərarları › İş №1(100)-255/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-255/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-255/2021 29.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, 01 mart 2021-ci il tarixdən həbsdə olan və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs özünün yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onu nalaiq söyüşlərlə söyüb təhiq etməsi və vurmasına görə aralarında yaranmış mübahisə zəmnində, yüngül dərəcəli sərxoş vəziyyətdə qəsdən bıçaqla bədəninin müxtəlif yerlərindən vuraraq sonuncuya qarın nahiyəsinin ön səthinin üç ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik və yoğun bağırsağın bir neçə yerdən zədələnməsi ilə müşayiət edilən, hər biri ayrı-ayrılıqda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri, döş qəsəfinin ön səthinin daxilə nifuz etməyən kəsilmiş yarası və sol əlin birinci barmağının səkilmiş yarası ilə müşayiət edilən, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əsasən fəhləlik etməklə pul qazanıb dolanır. Həmin ünvanda onunla birlikdə qardaşı Şahid2 da yaşayır ki, sonuncu da, əsasən fəhlliklə məşğul olur. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İlqar onlarla qonşuluqda yaşadığından tez-tez İlqarla görüşərək qardaşı ilə o, və İlqar bəzən kafelərdə, bəzən isə öz evlərində oturub yeyib-içmişlər. 28.02.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, çayxanadan çıxaraq evlərinə getmişdir. Yaşadıqları evin həyətyanı sahəsinə daxil olarkən qardaşı Həsrətlə İlqarın həyətyanı sahədəki stol arxasında oturduqlarını və spirtli içki qəbul etdiklərini görmüşdür. Həmin spirtli içkini kimin aldığını bilməmiş və stolun üstündə yemək olmamışdır. Həsrətlə İlqar spirtli içkini yeməksiz içmişlər. O, da İlqargilə qoşularaq birlikdə yeməksiz spirtli içki qəbul etməyə başlamışdır. Spirtli içki qəbul edərkən tutacağı yaşıl rəngdə olan mətbəx bıçağı ilə alma doğramışlar və spirtli içkini həmin alma ilə içmişlər. Təxminən bir saat evdə oturub az-az spirtli içki qəbul etdikdən sonra xatırlamadığı səbəbə görə İlqar onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt qardaşı artıq evin içərisində yatmışdır. Həsrət daha çox spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur. Təxminən 5 dəqiqəyə yaxın İlqar onunla həyətyanı sahədə mübahisə etdkdən sonra İlqar çölə çıxaraq mübahisələrini davam etdirməyi ona bildirmiş və onlar birlikdə yaşadığı evin qapısının qarşısına çıxmışlar. Qapının qarşısında da, İlqar onunla təxminən 5-10 dəqiqə mübahisə etdikdən və bir-biriləri ilə itələşdikdən sonra heç bir səbəb olmadan nalaiq söyüşlərlə onun anasını söymüşdür. Həmçinin İlqar onun üstünə gələrək onu yenə vurmaq istəmişdir ki, İlqar ondan güclü olduğundan, İlqarın onu vuracağından qorxaraq, bundan əlavə isə İlqarın onun anasına qarşı söydüyü söyüş ona pis təsir etdiyindən o, əsəbiləşərək həyətyanı sahəyə daxil olmuş və bir qədər əvvəl spirtli içki içmək üçün alma doğradıqları yaşıl rəngli mətbəx bıçağını stolun üstündən götürüb çölə çıxaraq bir neçə dəfə İlqarın qarın nahiyəsindən vurmuşdur. Bundan sonra isə həyətə daxil olaraq bıçağı həyətyanı sahədəki stolun üstünə qoyub evə girib yatmağa başlamışdır. Xatırladığı qədər İlqarı vurduqdan sonra sonuncu evinə tərəf getmişdir. O, evdə bir neçə saat yatdıqdan sonra polis əməkdaşları evə gələrək onu polis idarəsinə dəvət etmişlər və o, törətdiyi cinayət hadisəsini könüllü olaraq etiraf etmişdir. İlqarla nə üçün mübahisə etdiklərini xatırlamır. Çünki, həmin vaxt o, da sərxoş olmuşdur. Lakin İlqar onun anasına qarşı nalaiq söyüşlər söydüyündən o, əsəbiləşərək bıçaqla İlqarı vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir və hadisəni heç kim görməmişdir. Həmin vaxt İlqar yumuruqla onun sifət nahiyyəsindən iki dəfə vurmuşdur, lakin sifətində hər hansı bir xəsarətin izi qalıb-qalmadığını bilmir. Bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs sağalması üçün tibbi xərcləri ödədiyini, hadisədən sonra İlqarla barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Tofiq oğlunun tanıyır, sonuncu ilə münasibəti yaxşıdır, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onlar uşaqlıqdan bir küçədə böyümüşlər. 28.02.2021-ci il tarixdə təxminən saat 19 radələrində tanışı Nurəddinlə birlikdə “Skonnu” adlanan ərazidə həyət evinin həyətində restoran kimi işləyən yerdə ikisi də 0,7 litrlik spirtli içki olan araq içmişlər. Təxminən saat 21 radələrində restorandan durmuşlar. Hərə öz yaşadığı evə getmişdir. O, yaşadığı evin yerləşdiyi küçəyə tərəf gələn zaman Zaur və sonuncunun qardaşı Həsrətlə rastlaşmışdır. Zaur yaşca ondan kiçik olsa da qardaşı Həsrətlə həmyaşıddır. Həsrətlə münasibətləri yaxşıdır. Həsrətgil onunla görüşüb yaşadıqları evə yeyib-içməyə dəvət etmişlər, o, da razılaşıb Həsrətgilin yaşadıqları evin həyətinə keçmişdir. Zaurla və qardaşı Həsrətlə sonuncuların həyətində oturub spirtli içkini meyvə ilə qəbul etmiş və həmin vaxtı yemək yemədikləri üçün içki ona və Həsrətə daha çox təsir etmiş və buna görə Həsrət onlardan ayrılaraq gedib yatmışdır. O və Zaur isə spirtli içki qəbul etməyi davam etdirmişlər. Lakin həmin vaxt nədənsə Zaurla aralarında mübahisə yaranmış və Zaur ondan yaşca kiçik olduğu üçün o, Zauru danlamağa başlamışdır. Zaur isə ona kobud cavab qaytardığından o, əsəbiləşərək Zaurla mübahisə etməyə və nə üçün o, böyük olduğu halda onunla o tərzdə danışdığını soruşmağa başlamışdır. Onlar bir qədər sözlə mübahisə etdikdən sonra Zaurgilin qapısının qarşısına çıxmışlar. Qapının qarşısında da, o, Zaurla mübahisə etmişdir. Həmin vaxt Zaur ona çıxıb getməsini dediyi üçün Zaurun onu evlərindən qovduğunu fikirləşib daha da əsəbləşmişdir. Buna görə özünü saxlaya bilməmiş və Zaura qarşı nalaiq söyüş söyərək sonuncunu vurmaq istəmişdir. Onlar bir qədər itələşdikdən sonra Zaur ona güc gələ bilməyəcəyini görüb həyətlərinə girərək oradan bir ədəd bıçaq götürüb ona yaxınlaşaraq bıçaqla qarnından vurmuşdur. Həmin vaxt yaraları isti olduğundan, həmçinin özü sərxoş olduğundan heç nə hiss etməmiş və fikirləşmişdir ki, bıçaq onun paltarından dəysə də, bədənini zədələməmişdir. Sonra o, Zaurun üstünə getmək istəsə də, Zaur həyətlərinə daxil olaraq qapını bağlamışdır. O, isə orada bir qədər durduqdan sonra bədənindən qan axdığını görmüşdür. Buna görə oradan evlərinə gəlmişdir. Evlərinin qarşsında isə həyat yoldaşı Humay və əmisi oğlu Natiq onu qarşılayaraq xəstəxanaya aparmışdılar. Zaurla nə üçün mübahisə etdiklərini dəqiq olaraq xatırlamır. Həmin vaxt o, Zauru nalaiq söyüşlərlə söydüyü üçün və sonuncunu vurmaq istədiyi üçün Zaur ona gücü çatmayacağını görüb onu bıçaqla vurmuşdur. Zaurun onu hansı bıçaqla vurduğunu görməmişdir. Sonradan Təqsirləndirilən şəxs ilə barışmış, Zaur tərəfindən sağalması üçün tibbi xərclər ödənilmiş, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elburus qızı ifadəsində göstərdi ki, yaşadığı binanın yaxınlığında, həyət evində yaşayan Təqsirləndirilən şəxs, qardaşı Şahid2, həmçinin digər qonşusu Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əvvəllər ailələri arasında gediş-gəliş olmuşdur. Həsrət, İlqar, həmçinin Zaur mütəmadi olaraq spirtli içki qəbul etsələr də, daha çox İlqar və Həsrət gah Həsrətin yaşadığı evdə, gah da müxtəlif yerlərdə spirtli içki içmişlər. Demək olar ki, həmin şəxslər spirtli içkinin alüdəçisi olmuşlar. Zaur isə bir çox hallarda Həsrət və İlqarla oturmamış və sonunculardan ayrı spirtli içki qəbul etmişdir. İlqar və Həsrət spirtli içki qəbul etdikdən sonra hərəkətlərinə nəzarət edə bilməsələr də, Zaur İlqar və Həsrətə nisbətdə bir qədər özünü normal aparmışdır. Zaur və Həsrətin yaşadığı evdə bacılarına, Həsrətin arvadına məxsus məişət əşyaları və avadanlıqları, cehizlik əşyaları olduğundan və bir neçə dəfə həmin əşyalar satılaraq spirtli içkilərə xərcləndiyindən Zaur həmin evə kiminsə gəlməsinin və evdə spirtli içki qəbul edilməsinin əleyhinə olmuşdur. 28 fevral 2021-ci il tarixdə, saat təxminən 22 radələrində o, işıq kartına pul yükləmək üçün gedrəkən və Zaurun yaşadığı evin qarşısından keçərkən Zaurgilin həyətindən səs-küy gəldiyini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün həyətə daxil olmuş və görmüşdür ki, Zaurla Həsrət mübahisə edirlər. İlqar da onların yanında olmuşdur. İlqar, Zaur və Həsrət hər üçü sərxoş olmuşlar, lakin Zaur yenə Həsrətə irad tutaraq nə üçün yaşadıqları evdə spirtli içki qəbul etdiyini soruşmuşdur. O, həmin vaxt başa düşmüşdür ki, Həsrətlə İlqar həmin evdə yeyib-içmişlər. Həmin vaxt mübahisə Zaurla Həsrət arasında olsa da, İlqar Həsrətin tərəfini saxlayaraq İlqar da, Zaurla mübahisə etmiş və Zauru nalaiq formada təhqir etmişdir. Zuar isə İlqar və Həsrətin təhqirlərinə fikir verməməyə və həyətdən çıxarmağa çalışmışdır. O, həmin şəxslərin arasına girərək Zauru sakitləşdirmiş və evə salaraq İlqarla Həsrətə fikir verməməsini tapşırmışdır. Bundan sonra o, öz işlərinin arxasınca getmişdir. Həmin günü təxminən bir neçə saatdan sonra eşitmişdir ki, Zaurla İlqar və Həsrət arasında yenidən mübahisə olmuşdur və Zaur İlqarı bıçaqla vurmuşdur. Hadisənin baş vermə səbəbini öyərndikdə isə ona məlum olmudur ki, Həsrət spirtli içki içdikdən sonra sərxoş olub evdə yatdıqdan sonra İlqar və Zaur arasında mübahisə yenidən başlamış, İlqar mübahisə vaxtı Zaurun üstünə hücum edib Zauru vurmaq istəmiş, həmçinin Zauru və dünyasını dəyişmiş anasını nalaiq formada söyüb təhqir etmiş, İlqarla Zaur arasında əlbəyəxa dava olmuş və həmin vaxt Zaur əsəblərini cilovlaya bilməyib İlqarı vurmuşdur. Zaurla qardaşı Həsrət və İlqar arasında mütəmadi olaraq yaşadıqları evdə yeyib-içmələrinə görə mübahisə olmuş, İlqar mübahisə vaxtı Zaurun üstünə hücum edib Zauru vurmaq istəmiş, həmçinin Zauru və dünyasını dəyişmiş anasını nalaiq formada söyüb təhqir etmiş, İlqar və Zaur arasında əlbəyəxa dava olmuş və həmin vaxt Zaur əsəblərini cilovlaya bilməyib İlqarı vurmuşdur. Hadisə baş verməmişdən qabaq İlqarla Zaur arasında başqa hər hansı bir ədavət və düşmənçilk olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əsasən özünə məxsus “VAZ-21015” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun əmisi oğludur, Təqsirləndirilən şəxs isə qardaşı Şahid2la birlikdə onun yaşadığı küçədə yaşayır. İlqar və Zaurla münasibətləri həmişə yaxşı olmuşdur və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İlqar onun qonşuluğunda yaşayır və əsasən Zaurun qardaşı Həsrətlə yaxın dostluq edir. 28.02.2021-ci il tarixdə, saat təxminən 23 radələrində o, öz evindən çıxaraq digər Cavanşir adlı əmisinin evinə getmişdir. Cavanşirin evinə gedərkən isə İlqarın öz qapılarının qarşısında yerdə uzandığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün o, tez İlqara yaxınlaşmış və sonuncunun əlinin, qarnının qan olduğunu görmüş və özünün həddindən artıq sərxoş olduğunu başa düşmüşdür. O, bilmişdir ki, İlqarı kimsə bıçaqla vurubdur. O, tez İlqarın evinə girərək arvadı Humayı çölə çağırmış və birlikdə İlqarı öz maşınına qoyaraq xəstəxanaya gətirmişdir. Xəstəxanada İlqara tibbi yardım göstərmişdilər. İlk öncə İlqarı kimin nə üstündə vurduğunu bilməsə də, sonradan ona məlum olmuşdur ki, İlqar Zaurgilin evində olarkən həddindən artıq sərxoş olduqlarından Zaurla İlqar arasında mübahisə yaranmışdır və mübahisə zamanı Zaur İlqarı bıçaqla vurmuşdur. O, hadisə vaxtı İlqargilin yanlarında olmadığı üçün hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əsasən fəhləlik etməklə pul qazanıb dolanır. 2008-ci ildə ailə həyatı qurmuşdur və həmin ailə həyatından onun iki uşağı vardır. Lakin müəyyən səbəblər üzündən ailəsi ilə problemlər yaranmışdır və artıq 1 ildir ki, arvadı uşaqları ilə birlikdə atası evinə gedərək orada yaşamağa başlamışdır. Həmin ünvanda onunla birlikdə qardaşı Təqsirləndirilən şəxs da yaşayır ki, sonuncu da, əsasən fəhləliklə məşğul olur. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İlqar qonşuluqda yaşadığından tez-tez sonuncu ilə görüşərək qardaşı ilə o və İlqar bəzən kafelərdə, bəzən isə öz evlərində oturub yeyib-içmişdilər. İlqar onun uşaqlıq dostu olmuşdur və İlqarla daha çox o, görüşmüşdür. X5rın evə gələrək evdə spirtli içki içməsinin əleyhinə olmuş və buna görə aralarında bir neçə dəfə sözlə mübahisə də olmuşdur. 28.02.2021-ci il tarixdə saat təxminən 18 radələrində İlqarla onların evdə görüşüb evin qarşısındakı dəhlizdə oturub yeyib-içməyə başlamışlar. Həmin vaxt onlar spirtli içki də qəbul etmişlər. Həmin vaxt qardaşı Zaur evdə olmamış və öz işlərinin arxasınca getmişdir. Əvvəlcə onlar mağazadan bir butulka spirtli içki götürmüşlər və həmin spirtli içkini bir saat ərzində içib qurtardıqdan sonra saat təxminən 19 radələrində İlqarla birlikdə aptekə gedərək oradan etil spirti alıb yenidən eviə qayıtmışlar. Həmin spirti onlar su ilə qarışdırıb içməyə başlamışlar. Həmin günü saat təxminən 21 radələrində Zaur da evə gəlmiş və sonuncu da, onlarla oturub bir qədər spirtli içki qəbul etmişdir. Lakin həmin vaxt Zaurla nə onun, nə də ki, İlqarın arasında heç bir söz-söhbət olmamışdır. O və İlqar həddindən artıq çox spirtli içki qəbul etmişdilər və xatırladığı qədər onlar birlikdə təxminən 10-15 dəqiqə oturduqdan sonra İlqar evlərinə getmişdir, o, isə yatmağa başlamışdır. Lakin ondan sonra nə baş verdiyini o, bilmir. Çünki, o, çox spirtli içki qəbul etmişdir. Səhəri günü ayılarkən isə o, öyrənmişdir ki, onlar yeyib-içdikdən sonra İlqarla Zaur arasında mübahisə baş vermişdir və Zaur İlqarı bıçaqla vurmuşdur. O, həmin hadisələri xatırlamır və hadisənin nə üstündə baş verdiyini də bilmir. O, bunu öyrənmək üçün sonradan İlqarın da evinə getmişdir və İlqardan nə baş verdiyini soruşmuşdur. İlqar da sərxoş olduğu üçün heç nəyi xatırlamadığını, hətda Zaurun İlqarı nə vaxt bıçaqla vurduğunu da bilmədiyini ona bildirmişdir. Hadisə baş verənə qədər İlqarla Zaur arasında heç bir ədavət və düşmənçilik olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri R.Qasımov küçəsi, ev 57-də yerləşən fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs stolun üzərindəki bıçağı göstərərək həmin bıçaqla İlqar Həsənovu vurduğunu və stolun üstünə qoyduğunu bildirdi. Baxış zamanı bir ədəd bıçaq, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 01.03.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli kişi koftası götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş qara rəngli kişi koftasının ön hissəsində 4 ədəd kəsilmiş zədə vardır. Bir ədəd qara rəngli kişi koftası iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30.03.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini hadisə yerində göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 02.03.2021-ci il tarixli 305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 09.04.2021-ci il tarixli 504 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş beş ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan üçü qarın nahiyəsinin ön səthində yerləşir, hər üçün daxil nüfuz edən yaradır, nazik və yoğun bağırsağın bir neçə yerdən zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yaralardan biri döş qəfəsinin ön səthində yerləşir, daxilə nüfuz etməyən yaradır, beşinci yara isə sol əlin İ barmağının arxa səthində yerləşir, dərəcəsinə görə hər iki yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə ballistik ekspertizasının 18.05.2021-ci il tarixli 16/393/394 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.Həmçinin ekspertiza rəyindən görünür ki, təqdim olunan uzunqol poluverin səthində olan 04 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 09.04.2021-ci il tarixli 504 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “yaralardan üçü qarın nahiyyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik və yoğun bağırsağın bir neçə yerdən zədələnməsi ilə müşaiyət olunan yaraları, digər bir yara isə döş qəfəsinin ön səthində yerləşən, daxilə nüfuz etməyən yarası” xəsarəti ilə köynəyin səthində olan 04 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üstüstə düşür. 01.03.2021-ci il tarixli 236 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 01.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər X4 10.03.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin 10.03.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. "Sübutların qiymətləndirilməsi barədə” 07.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd qara rəngli kişi koftası, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 10.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş 06.10.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli kişi koftası zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd mətbəx bıçağı istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 01 mart 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli kişi koftası zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd mətbəx bıçağı istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar