Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-255/2023 12.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun (sədrlik edən), hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X12, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 24 may 1987-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Quşçu kəndində daimi qeydiyyatda olmaqla, faktiki olaraq Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, 16 may 2018-ci il tarixli qərar ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məhsuliyyətinə səbəb olan əməlin anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq nəticəsində anlaqsız vəziyyətdə olub öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməyərək 28 aprel 2022 tarixdə saat 18 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndində, Qanuni nümayəndə2 yaşadığı evin həyətyanı sahəsində inəklərini otararkən, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ev sahibinin azyaşlı oğlu xx xxx 2014-cü il tarixdə anadan olmaqla təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmamış Zərərçəkmiş şəxs əlləri ilə ağzını tutub köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı fiziki zor tətbiq edib sonuncunun və özünün şalvarını və tumanını aşağı çəkməklə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin ətrafına sürtərək arxa keçəcək dəliyinin ətraf dərisində qançır izi qoymaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə 14 yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edib etdiyindən məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Köhnəqışlaq kəndində yaşayır. X3 və Zərərçəkmiş şəxs tanıyır, əvvəllər Eşqingilin ailəsi ilə aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. 28 aprel 2022-ci il tarixdə günortadan sonra Gədəbəy rayonu Novosaratovka kəndinin ərazisində meşənin yaxınlığında inəklərini otaran zaman Rumiyyə Əliyeva da öz inəklərini məhləsinin içində otarmış, aralarında ağaclardan ibarət çəpər olmuşdur. Rumiyyə Əliyevandan xahiş etmişdir ki, ya özü ona evindən su gətirsin, ya da oğlu Eşqinlə ona içməyə su göndərsin. Rumiyyə Əliyeva inəklərini ona tapşırıb evinə getmişdir. Bir neçə dəqiqə sonra X2 Əliyev sok butulkasında ona içməli su gətirmişdir. Həmin suyu içmişdir. Həmin vaxt Eşqingilin məhləsinin ağaclardan ibarət olan çəpərin yaxınlığında inəklərini otarırmış. Zərərçəkmiş şəxs ona cinsi əlaqədə olmağı təklif etmişdir. Eşqinlə razılaşmamış və “olmaz” demişdir. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkməmiş və təkidlə cinsi əlaqədə olmağı istəmişdir. Zərərçəkmiş şəxs “görən olar bizi, səninlə cinsi əlaqədə olmaq istəmirəm” demişdir. Zərərçəkmiş şəxs isə “qorxma heç kim bizi görməz, gəl cinsi əlaqədə olaq” demişdir. Eşqinin əl çəkmədiyini görüb onunla razılaşmışdır. Eşqinlə birlikdə onların məhləsinə keçib məhlədə olan fındıq ağacının dibində onunla cinsi əlaqədə olmuşdur. Əvvəlcə Eşqin, sonra isə o, öz şalvarını aşağı çəkmişdir. Şalvarını aşağı çəkdikdən sonra üzü üstdə yerə uzanmışdır. Zərərçəkmiş şəxs onun üstünə uzanıb təxminən 2 dəqiqə öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinin ətrafına sürtmüşdür, lakin Eşqin cinsiyyət orqanını onun arxa keçəcək dəliyinin içinə sala bilməmişdir. Sonra yerdən qalxmışdır. Eşqin özü arxasını geri edib gövdəsini qabağa edərək üzü üstdə qabağa əyilmiş və o, cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəlinin ətrafına sürtmüşdür. Təxminən 2 dəqiqə cinsiyyət orqanını Eşqinin arxasına sürtsə də arxa keçəcək dəliyinə sala bilməmişdir. Həmin vaxt Eşqingilin qonşusu Gülnaz onu səsləyərək inəklərinin onların həyətinə girdiyini demişdir. Gülnazı görməmiş, yalnız səsini eşitmişdir. Gülnaz da onları görməmişdir. Gülnaz onu səslədiyi üçün qorxmuşdur ki, gəlib onları görər. Ona görə də Eşqini buraxıb inəklərinə tərəf qaçmışdır. İnəklərini aparıb gedəndə Gülnaz onu görüb qışqırmışdır ki, niyə inəklər məhləsinə girib. İnəklərini aparıb evlərinə tərəf gedən zaman Rumiyyə Əliyeva gəlib ona çatmışdır. Eşqin də Rumiyyənin yanında olmuşdur. Rumiyyə ondan soruşmuşdur ki, niyə Eşqinlə əxlaqsız hərəkətlər edib. Rumiyyə Əliyevaya heçnə demədən getmək istəyərkən sonuncu onu ağacla vurmaq istəmişdir. X10 əlindən alıb çaya tərəf ataraq inəklərini aparıb evinə getməyə başlamışdır. Rumiyyə Əliyeva və Zərərçəkmiş şəxs də öz evlərinə tərəf getmişlər. X14 Zərərçəkmiş şəxslə birlikdə onların həyətinə gələrək səs-küy salmışdır. Qorxduğu üçün Rumiyyənin yanında yalandan atası Qanuni nümayəndə1 “mən Eşqinlə cinsi əlaqədə olmamışam” demişdir. Sonra Rumiyyəgil getmişlər. Əməlindən çox peşmandır. Ona görə də hadisədən sonra dəfələrlə peşman olub ağlamışdır. Psixi xəstədir və xəstəliklə bağlı uşaq vaxtı Gəncə şəhərində xəstəxanada müalicə olunmuşdur. Hərf və rəqəmləri bilmir. Lakin bilir ki, Eşqin ondan çox balacadır, uşaqdır, Eşqinin boyu onun qarnı hündürlüyündədir. Zərərçəkmiş şəxs yalan danışır, sonuncunun ağzını tutmamış, məcbur etməmiş, Eşqin özü ondan cinsi əlaqədə olmağı istəmişdir. Başqa heç bir uşağa qarşı əxlaqsız hərəkət etməmiş, cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs ilk dəfə elə hərəkət etmişdir. Əvvəllər Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməmiş, onunla cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin ikinci sinif şagirdidir. Təqsirləndirilən şəxs tanıyır, qonşu kənddə yaşayır. 28 aprel 2022-ci il tarixdə anası Rumiyyə Əliyeva inəklərini otarmaqdan gəlib Təqsirləndirilən şəxs verməsi üçün bir butulka su vermişdir. O, həmin suyu aparıb Valehə vermişdir. Həmin vaxt Valeh onların məhləsinin yaxınlığında inəklərini otarmışdır. Valeh suyu içdikdən sonra cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salmaq istədiyini demişdir. Valeh “mənlik deyil, istəmirəm” demişdir. Valeh ona “qorxma, mən başqa uşaqları da belə etmişəm” demişdir. Valeh onu tutmaq istəyəndə qaçmış, sonuncu bir qədər onun arxasınca qaçıb məhlələrində olan fındıq ağacının dibində onu tutub əlləri ilə ağzını sıxaraq öz şalvarını aşağı çəkmişdir. O, Valehin əlindən çıxıb qaçmaq istəsə də sonuncu onu buraxmamışdır. O, Valehin cinsiyyət orqanını görmüş, sonuncunun cinsiyyət orqanı uzun olmuşdur. Valeh onun da şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salmışdır. Valeh cinsiyyət orqanını onun arxasına salan zaman biraz ağrı hiss etmişdir. Valeh cinsiyyət orqanını onun arxasına cəmi bir dəfə salmışdır. Sonra qonşusu Şahid2 səslənərək “ay Valeh, ay Valeh inəkləriniz bizim məhləyə girdi, gəl çıxart” demişdir. O, Valehə “mənə etdiklərini anama deyəcəm” demiş, sonuncu isə “anana heçnə demə” demişdir. Həmin vaxt Valeh onu buraxıb inəklərinin yanına getmişdir. O, qaçaraq evlərinə gedib Valehin etdiklərini anası Rumiyyəyə demişdir. Rumiyyə əsəbləşib Valehin yanına gedib onunla dalaşmışdır. Rumiyyə geri qayıdarkən Valeh uzaqdan durub sonuncuya daş atmışdır. Valeh ona qarşı ilk dəfə əxlaqsız hərəkətlər etmişdir. Əvvəllər heç kim ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Təqsirləndirilən şəxs tanıyır, sonuncu qonşu Köhnəqışlaq kəndində yaşayır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 28 aprel 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs məhləsinin çəpərinin yaxınlığında Novosaratovka kəndinin ərazisində “rus yeri” adlanan ərazidə öz inəklərini otarmışdır. O isə öz məhləsində inəklərini otarmışdır. Həmin vaxt Valeh onu səsləyib əri Xasayın harada olduğunu soruşmuş və inəkləri növbəli şəkildə otarmağı təklif etmişdir. Təqsirləndirilən şəxs “Xasay gələndə onunla danışarsan” demişdir. O, Valehdən onun inəklərinə də nəzarət etməsini xahiş etmişdir. O, evə gedərkən Valeh ondan içməli su gətirməsini xahiş etmişdir. O, azyaşlı oğlu Zərərçəkmiş şəxslə Valehə bir butulka içməli su göndərmişdir. Təxminən 20 dəqiqə sonra Eşqin qaçaraq yaşaqları evə gəlib Valehin ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Eşqin məhlədə inəkləri otararkən Təqsirləndirilən şəxs onların məhləsinə keçib, ona yaxınlaşaraq əvvəlcə öz şalvarını, sonra isə Eşqinin şalvarını aşağı çəkərək “qorxma, səndən başqa bir neçə uşaqları da belə etmişəm, evə gedəndə anana heçnə demə” deyərək öz cinsiyyət orqanını Eşqinin arxa keçəcək dəliyinə toxunduraraq ona qarşı seksual xarakterli hərəkət etmişdir. Həmin vaxt inəklər qonşu Şahid2 həyətinə girdiyi üçün sonuncu Valehi səsləyib inəklərini aparmasını demişdir. Gülnazın səsi gələn zaman Valeh Eşqini buraxaraq oradan qaçmışdır. Lakin Şahid2 uzaqdan Valehi çağırdığı üçün Valehin Eşqinə qarşı əxlaqsız hərəkətlər etməsini görməmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisəni danışdıqdan sonra o, sonuncunu da aparıb Valehin inəkləri otardığı yerə getmiş və Təqsirləndirilən şəxs yaxınlaşıb niyə Eşqinə qarşı əxlaqsız hərəkətlər etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında ona “yaxşı etmişəm, haqq etmişəm”, Zərərçəkmiş şəxs isə “niyə anana dedin” demişdir. Həmin vaxt Valehin üzünə bir şillə vurmuş, Valeh isə yerdən daş götürüb ona atmışdır. Həmin vaxt Valeh oradan qaçıb uzaqlaşmaq istəyərkən o da əsəbləşib yerdən götürdüyü daşı, ağacı sonuncunun arxasınca atmışdır. Sonra o, Valehgilin yaşadığı evə valideynlərinin yanına getmişdir. Valehin atası Şəmisdana, anası X7rşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Həmin vaxt o, zəng edib Bakı şəhərində olan əri Qanuni nümayəndə2 baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs onunla kiminsə cinsi əlaqədə olması, ona qarşı əxlaqsız hərəkətlər olunması barədə ilk dəfə söz demişdir. Təqsirləndirilən şəxs əvvəllər oxşar əməlləri barədə heçnə eşitməmişdir. Məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs tanıyır, qonşu Köhnəqışlaq kəndində yaşayır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 28 aprel 2022-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı X6 ona zəng edərək Təqsirləndirilən şəxs Eşqinə qarşı əxlaqsız hərəkətlər etdiyini, Təqsirləndirilən şəxs cinsiyyət orqanını Eşqinin arxa keçəcək dəliyinə toxunduraraq Eşqinə qarşı seksual xarakterli hərəkət etdiyini bildirmişdir. Həmin vaxt o, Bakı şəhərində olmuşdur. Baş vermiş hadisədən çox əsəbləşərək DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və həmin gecə Gədəbəy rayonuna geri qayıtmışdır. Eşqindən nə baş verdiyini soruşan zaman sonuncu inək otaran zaman Təqsirləndirilən şəxs onun şalvarını aşağı çəkib sonra öz şalvarını aşağı çəkdiyini, Təqsirləndirilən şəxs cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə toxundurub arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaq istədiyini, həmin vaxt qonşu Şahid2 Valehi səslədiyi üçün Valehin onu buraxıb qaçdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs oxşar əməlləri barədə heçnə eşitməmişdir. Lakin məlum hadisədən əvvəl Təqsirləndirilən şəxs özü Eşqinə “qorxma, başqa uşaqları da belə edirəm” demişdir. Təqsirləndirilən şəxs başqa kimlərəsə qarşı həmin hərəkəti etdiyini bilmir. Zərərçəkmiş şəxs indiyədək heç bir psixoloji problemi olmamışdır və ruhi-əsəb xəstəliyi keçirməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 may 2022ci il tarixli “baxış aparılması haqqında protokol”dan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən Qanuni nümayəndə2 məxsus evin həyətyanı sahəsidir. Həyətyanı sahə digər sahədən ağaclardan ibarət çəpər vasitəsi ilə ayrılır. Baxışda iştirak dən Zərərçəkmiş şəxs həyətyanı sahənin sərhəddində olan ağacların yanında Təqsirləndirilən şəxs bir butulka su verdiyini, həmin yerdə Valehin ona əxlaqsız hərəkətlər etməyi təklif etdiyini, Təqsirləndirilən şəxsla razılaşmayıb qaçdığını, təxminən 50 metr məsafədə olan fındıq ağacının dibində Təqsirləndirilən şəxs onu tutub seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 4(042)-18/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 04 dekabr 2022-ci il tarixdədək “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 4(042)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması üçün təqdimat təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 dekabr 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti başa çatdığından və uzadılmadığından həbsdən azad edilmiş, həmin tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibbi ekspertizasının 29 aprel 2022-ci il tarixli 231 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin ətraf dərisində aşkar olunmuş qançır 28 aprel 2022-ci il tarixdə ereksiya vəziyyətində olan cinsiyyət üzvünün sürtülməsi nəticəsində törənə bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olunmağa xarakterik əlamət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıqdan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıqdan əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya halhazırda kəsin təzahür etdiyi və davranış pozuntusu nəzərə çarpacaq dərəcədə özünü göstərdiyi üçün onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının 24 dekabr 2022-ci il tarixli 157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən orta dərəcəli əqli gerilikdən əziyyət çəkmiş, həmin pozuntu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın gedişində davranış pozuntusunun qulluq və müalicə tələb etməsi səbəbindən onun məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin ambulator məhkəmə-psixoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 191 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmağa) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir, hadisə baş verən zaman müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır, ona qarşı edilən qanunazidd əməlin mahiyyətini başa düşüb həmin hadisə barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 371-2441-1222 saylİ əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 28 aprel 2022-ci il tarixdə Gədəbəy rayonu Köhnəqışlaq kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı sonucunun yaşadığı Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən evin həyətyanı sahəsində zorakı yolla uşaqbazlıq etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs başqa kiməsə qarşı oxşar əməl törətməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ərizəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs valideynlərinin ondan üzr istədiyini, Təqsirləndirilən şəxs psixi xəstəliyini nəzərə alaraq ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması” haqqında protokoldan görünür ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yaşadığı evin həyətyanı sahəsində anası Rumiyyə Əliyevanın ona su verərək həmin suyu Təqsirləndirilən şəxs aparıb verməyi tapşırdığını, həmin suyu evlərinin həyətyanı torpaq sahəsinə bitişik olan sahədə Təqsirləndirilən şəxs verdiyini, həmin yerdə Təqsirləndirilən şəxs ona seksual xarakterli əxlaqsız hərəkətlər etməyi təklif etdiyini, Təqsirləndirilən şəxsla razılaşmadığını və oradan qaçdığını, Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq məhlələrində olan fındıq ağacının dibində onu tutduğunu, Təqsirləndirilən şəxs əli ilə onun ağzını yumaraq qaçmağına imkan vermədiyini, Təqsirləndirilən şəxs əvvəlcə öz şalvarını, sonra isə onun şalvarını aşağı çəkərək cinsiyyət orqanını onun arxasına, arxa keçəcək dəliyinə saldığını, ağrı hiss etdiyini, həmin vaxt qonşu Gülnazın “ay Valeh, ay Valeh malınız bizim yerimizə girib, gəl bunları apar” deyərək səsləndiyini, Valehin onu buraxaraq mal-qarasının yanına getdiyini, özünün isə evlərinə gedib bu barədə anası Rumiyyə Əliyevaya məlumat verdiyini bildirib ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq edərək həmin yerləri əyani olaraq göstərmişdir. Beləliklə, Azərbaycan Respublikasının CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 97.2-ci maddəsinə əsasən intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli və qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs davranışına nəzarət onun qanuni nümayəndəsinə və polisə həvalə edilməldir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli və cinayət işi üzrə ekspertiza xərci olan 154 (yüz əlli dörd) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs tibbi xarakterli məcbur tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin və qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs davranışına nəzarət onun qanuni nümayəndəsinə və polisə həvalə edilsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin və cinayət işi üzrə ekspertiza xərci olan 154 (yüz əlli dörd) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-255/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-255/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver