Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-256/2022 16.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 6-cı döngədə tanışı Zərərçəkmiş şəxs soyuqda onu gözlətdiyini, həmçinin ona borc pul tapmayaraq verdiyi sözə əməl etməyib onu çətin vəziyyətdə qoyduğunu bəhanə edib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək Zərərçəkmiş şəxs üstün olduğunu numayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə istintaq zamanı əldə edilməsi mümkün olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sağ yan səthinin sağ döş və qarın boşluğuna keçən sağ tərəfli hemopnevmotoraks, diafraqmanın, qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə Cavadxan küçəsində Zərərçəkmiş şəxslə qarşılaşaraq, ona heç bir yerdə işləmədiyini deyib ondan 50 manat borc pul istəmiş, Zərərçəkmiş şəxs də pulunun olmadığını, lakin axşama kimi pul tapa biləcəyini demişdir. Həmin gün axşam saat 22 radələrində küçəyə çıxdıqda Zərərçəkmiş şəxs küçədə bir qədər aralıda dayanaraq telefonla danışdığını görüb onu yanına çağırmış, o da əli ilə işarə edib gələcəyini demişdir. Təxminən 20-30 dəqiqə gözlədikdən sonra Zərərçəkmiş şəxs gəlmədiyini görüb onu yenidən çağıraraq soyuq havada onu gözlədiyini demiş, Zərərçəkmiş şəxs də olduğu yerdən uca səslə qışqıraraq telefonla danışdığını, özünün işi olduğunu və sonra gələcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, o Zərərçəkmiş şəxs borc pul tapıb-tapmadığını soruşmuş, o da tapa bilmədiyini, ona pul verməyi öhdəsinə götürmədiyini və pul verməyəcəyini demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs onu aldadıb soyuq havada gözlətdiyi və onunla uca səslə danışdığı üçün əsəbləşərək cibində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsinin sağ tərəfinə bir dəfə vurub oradan uzaqlaşmış, sonra Bakı şəhərinə gedərək və Asifi vurduğu bıçağı orada yolun kənarına atmışdır. Bundan başqa o, ifadəsində Zərərçəkmiş şəxs vurmağının başqa səbəbi olmadığını, onu aldadıb soyuq havada gözlətdiyi üçün vurduğunu və həmin vaxt küçədə onlardan başqa heç kimin olmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və sübut xarakterli sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ondan 50 manat borc pul istəmiş, o da özündə olmadığını, axşama kimi tapa biləcəyini demişdir. Həmin gün saat 22 radələrində küçədə dayanıb telefonla danışarkən Təqsirləndirilən şəxs küçəyə çıxıb onu yanına çağırmış, o da əli ilə işarə edib telefonla danışdığını demişdir. O, telefonla danışıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs onu soyuq havada gözlətdiyini bəhanə edib onunla mübahisə etmiş və borc pul tapıb-tapmadığımı soruşmuşdur. O, pul tapa bilmədiyini dedikdə Təqsirləndirilən şəxs ona söz verib əməl etmədiyi üçün əsəbləşmiş, o da Təqsirləndirilən şəxs pul tapmağı öhdəsinə götürmədiyini demiş, bu zaman Təqsirləndirilən şəxs əsəbləşərək cibindən bıçaq çıxarıb onun sinəsindən vurmuş və oradan uzaqlaşmışdır. O, sinəsindən qan gəldiyini görüb qışqıraraq küçənin digər tərəfinə hərəkət getmiş, həmin vaxt qonşuluqda yaşayan Murtuz və Məhəmmədəlini görüb onlardan onu xəstəxanaya aparmalarını xahiş etmiş, onlar da onu xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində tanışı Şahid1 yaşadığı Cavadxan küçəsində dayanıb Murtuzla söhbət edərkən Zərərçəkmiş şəxs onlardan xeyli aralıda döngədə Təqsirləndirilən şəxsla söhbət ediklərini görmüş və anidən onlar tərəfdən qışqırıq səsi gəlmişdir. Sonra onların dalaşdıqlarını güman edib aralamaq məqsədi ilə onların olduqları yerə tərəf getdikdə Zərərçəkmiş şəxs onlara tərəfə gələrək bıçaqlandığını deyib onu xəstəxanaya aparmalarını xahiş etmiş, o da Şahid1la birlikdə Zərərçəkmiş şəxs Gəncə şəhər 3 TTYX-na aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs oradan uzaqlaşaraq qaçıb getmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görmədiyini və onların hansı səbəbdən mübahisə etdiklərini bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Oqtay oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 29 sentyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək bıçaqlandığını, 3 saylı X1, əməliyyat olunacağını bildirmiş və ondan həmin xəstəxanaya getməsini istəmişdir. O, xəstəxanaya getdikdə Zərərçəkmiş şəxs ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini və Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs hansı səbəbdən bıçaqladığını bilməmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 05 oktyabr 2021-ci il tarixli 1686 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin sağ yan səthinin sağ döş və qarın boşluğuna keçən sağ tərəfli hemopnevmotoraks, diafraqmanın, qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 29.09.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 20 oktyabr 2021-ci il tarixli 41 nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) –alfadır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd jaket üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə tədqiq edilən 30 sentyabr 2021-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi poluveri, bir ədəd ağ rəngli mayka iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş və məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021-ci il tarixli 16/1284 nömrəli rəyindən görünür ki, təqdim olunan poluverin üzərində olan 07 ədəd zədlər bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 16/689 nömrəli rəyindən görünür ki, təqdim olunan poluverin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hanı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Zədələrin xarakterini nəzərə almaqla zədələrə əsasən zədənin yetirildiyi anda (predmetlə) zərərçəkmiş şəxsin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilməsi ilə bağlı sualın həllinin xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi eskpertizası və Pataoloji Anatomiya ETT Birliyinin 05.10.2021-ci il tarixli 1686 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sağ yan səthinin sağ döş və qarın boşluğuna keçən sağ tərəfli hemopnevmotoraks, diafraqmanın, qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən 30 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri hadisə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 6-cı döngədə baş vermişdir. Məhkəmədə tədqiq edilən 10 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi xəsarəti əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən 10 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması və şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində tutularaq Gəncə şəhər BPİ-ə təhvil verilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Nizami rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 4(044)-160/2021 saylı qərarı ilə barəsində 01.02.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin və Gəncə şəhər Psixonevroloji Dispanserinin 10 yanvar 2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respubikası Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 149.2.1-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 dekabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, ona dəymiş ziyan ödənmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən 07 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi poluveri və bir ədəd ağ rəngli mayka maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan fikrinə tənqidi yanaşaraq, onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs özü ifadəsində bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona söz verdiyi halda borc pul tapa bilmədiyi və onu soyuq havada gözlətdiyi üçün əsəbləşərək üzərində gəzdirdiyi bıçaqla onun sinə nahiyəsinin sağ tərəfinə bir dəfə vurub oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxsin hadisənin gedişatı barədə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin və şahidlər ifadələri ilə birmənalı olaraq təsdiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərindəki bıçaqla Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə, Gəncə şəhəri, Nizami rayonu Cavadxan küçəsi 6-cı döngədə tanışı Zərərçəkmiş şəxs onu soyuq havada gözlətməsini və ona borc pul tapmayıb verdiyi sözə əməl etməməsini bəhanə edərək, heç bir səbəb olmadan, xuliqanlıq niyyətilə üzərindəki bıçaqla Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirdiyinə görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respubikası Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 149.2.1-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 dekabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı residiv nəzərə alınmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi poluveri və bir ədəd ağ rəngli mayka zərəçəkmiş şəxsin özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli uzunqol poluver və 1 ədəd ağ rəngli mayka zərərçəkmiş şəxsin özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 31 manat 50 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-256/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-256/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver