Məhkəmə qərarları › İş №1(100)-256/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-256/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-256/2023 03.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, müdafiəçi–Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evində xx.xx.1989-cu il təvəllüdlü arvadı X21 ilə evin təmiri ilə bağlı mübahisə etdikdən sonra arvadının ona saymazyana münasibət göstərərək tövlənin qarşısından evə tərəf hərəkət etməklə yatdıqları otağın giriş qapısını surətli bir şəkildə örtməsindən sonra onun arxasınca gedərək evin yataq otağında mübahisəni davam etdirmiş və Aynurə Orucovanın mütəmadi olaraq ailədaxili münaqişə yaratmasından hiddətlənərək Aynurənin sağ qol nahiyəsindən tutmaqla onu yataq otağından anası Şahid1 yatdığı otağa apararaq arvadının ona qarşı saymazlıq göstərdiyini və qapını surətli bir şəkildə örtdüyünü anasına demiş, həmin vaxt Aynurə Orucovanın otaqda stolun üzərində olan ümumi uzunluğu 22,5 sm təşkil edən, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürməklə, özünə xəsarət yetirəcəyini bildirməsindən daha da qəzəblənərək bıçağı arvadının əlindən alaraq qisas alıb qəsdən öldürmək məqsədilə Aynurə Orucovaya həmin bıçaqla zərbələr vuraraq sonuncuya döş qəfəsinin ön səthində sol körpücük xətt üzrə İİİ-İV və Vİ qabırğaarası sahədən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən, 2,5x0,5sm və 3,5x0,8sm ölçülərdə 2 ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət edilən, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və onun ölümünə səbəb olan yara xəsarətləri, həmçinin sol əlin ovuc səthinin 1 ədəd sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən səthi kəsilmiş yara xəsarətini yetirməklə Aynurə Orucovanı şəxsi münasibətlər zəminində qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 noyabr 2008-ci il tarixdə doğma xalası qızı Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X21 ilə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. O, evləndikdən sonra arvadı X21 ilə münasibətləri daim gərgin olmuş, xasiyyətləri uyğun gəlməmişdir. Onlar sevərək ailə həyatı qurmamış, böyüklərin məsləhətinə görə evlənmişlər. Aynurənin anası Rəfiqə xala daim qızına ayrı yaşamasını məsləhət bilmiş, o isə bu barədə deyilənləri qəbul etməyərək valideynlərindən ayrı yaşamağı rədd etmişdir. Lakin, 2021-ci ilin dekabr ayının 18-də o, arvadı və uşaqları valideynlərindən ayrılaraq eyni evin daxilində ayrı yaşamağa başlamışlar. Belə ki, onlara ayrı otaq və ayrı mətbəx verilmişdir. Bundan sonra o və arvadı Aynurə valideynlərinin heç bir işinə qarışmasada Aynurə onun anası Sürəyya ilə münasibətləri yaxın olmayıb. Onun valideynləri də onları işlərinə müdaxilə etməmişlər. Lakin, bununla belə atası və anası maddi cəhətdən onlara lazımi köməkliyi göstərmişlər. Hadisə olan gün, yəni 07 dekabr 2022-ci il trixdə saat təxminən 12:30-da kənddə yerləşən çayxanadan evlərinə gəlmişdir. O, evə gəlməzdən əvvəl, saat 12 radələrində qayınanası Rəfiqə ona zəng edərək, “Sizin evinizdən gəlirəm, qızım Aynurənin böyrəkləri ağıyır, yerdə yata bilmir, valideyn olaraq bizdən kömək istədi, sən usta tap, otağın “deespe» hissəsini geri çək, otaq genişlənsin, qızım yerdə yatmasın, çarpayı əlavə edək, qızım orda yatsın, ustaya çəkilən xərci özümüz ödəyəcəyik”, deyə bildirmişdir. O, xalası Rəfiqəyə yaz qabağı bu işləri görə biləcəyini və atası ilə məsləhət etdikdən sonra qərar verəcəyini bildirmişdir.Evə gəldikdən sonra tövlənin qarşısında arvadı Aynurəyə bununla bağlı anası ilə müzakirə apardığı üçün iradını bildirmişdir. Aynurə anasının arxasına söylənərək onu günahlandırmışdır. Aynurə uca səslə söyləndiyi üçün ona iradını bildirmiş və “Bir az asta danış”, deyə bildirmiş, Aynurə ona qulaq asmayıb danışmağa başladığı üçün özündən çıxaraq arvadı Aynurəyə susmasını tapşıraraq onu söymüşdür. Aynurə onu təhqir etməmiş, anasının arxasınca danışmışdır. O isə Aynurəyə, “Sənə tərbiyə verən valideynlərinin var yoxunu s****”, deyə nalayiq ifadələr işlətmişdir. Aynurə, ona cavab qaytarmamış, heç bir zaman da öz etirazını bildirməmişdir. Bu, onu daha da qıcıqlandırmışdır. Belə ki, o, Aynurəni söydükcə, heç bir şey deməyərək ona saymazyana münasibət göstərmiş, sanki onu saymamışdır. Bundan sonra, Aynurə otağına tərəf getmişdir. O isə tövlənin damına çıxaraq inəklərə ot presi düşürmüşdür. Bu vaxt Aynurə yataq otağının qapısını bərk çırpmış, o, açıq-aşkar bunu eşitmişdir. O, Aynurənin arxasınca gedərək, “Qapını niyə bərk çırpırsan, bu evin kişisi sənsən, yoxsa mənəm”, demişdir. Aynurə yenidən saymazlıq edərək ona cavab verməmiş və Rəfiqəyə bişirdiyi yeməyi qazandan çəkməyə başlamışdır. Sonra o, boşqabı Aynurənin əlindən almış və ona cavab verməsini tələb etmişdir. Aynurə üzünə əsəbi vəziyyətdə baxaraq yenidən cavab verməmişdir. O, Aynurəni əlindən tutaraq anasıgilin otağına aparmışdır. Qızı Rəfiqə otaqda qalmışdır. O, otağın qapısını örtmüş və arvadı ilə aralarında olan mübahisəni qızı Rfiqənin görməsini istəməmişdir. Arvadı Aynurənin sağ əlindən tutaraq anası Sürəyyanın yatdığı otağa aparmışdır. Arvadını otağa salaraq qapını örtmüşdür ki, səs-küy qızı olan otağa getməsin. Hadisə baş verən otaqla qızı olan otaq arasında 4-5 metr məsafə vardır. Valideynləri olan otaqda olan səs-küy qızı Rəfiqənin olduğu otaqda eşidilməmişdir. Anası Sürəyya ayaq üstü vəziyyətdə olmuş və stolun ətrafında dayanmışdır. O, anasına, “Aynurə qapını bərk örtüdümü?” deyə sual vermiş, anası Sürəyya ona, “Boş verin, dalaşmayın, hər belə şeydən ötrü dava etməyə dəyməz”, demiş, sakitləşdirməyə çalışmışdır. Həmin vaxt atası evdə olmamışdır. O, əsəbi halda Aynurəyə tərəf getmiş və ona, “Hər şeyi belə edirsən, amma danırsan”, demişdir. Aynurə etdiyi səhvləri boynuna almamış və bu isə onu özündən çıxarmışdır. O, əsəbindən sağ əlilə arvadı Aynurənin sol yanağını qapıya tərəf itələmiş və arvadına tərəf, “Səni mənə məsləhət görənin, atanın, ananın var yoxunu s**** niyə belə xasiyyətdəsən, ay q****”, deyə nalayiq ifadə işlətmişdir. Aynurənin sağ yanağı qapıya bitişmiş halda olmuşdur. Aynurəyə bunu etdikdən sonra geri çəkilmişdir. Aynurə anidən coşaraq otaqda stolun mərkəzi hissəsində olan məişət təyinatlı mətbəx bıçağını götürmüş və ona otağın baş tərəfinə, yəni televizor olan tərəfə doğru hərəkət etmişdir. Bıçağı sağ əlində sinə nahiyəsinə tərəf hərəkət etdirərək, “Bəsdir, məni cana doydurmusan”, deyə qışqırmışdır. Həmin vaxt o, qapının yanından oraya hərəkət etmişdir. Anası Sürəyya əynində qara rəngli jaketi dartaraq ona mane olmağa çalışmışdır. Sürəyya, elə bilmişdir ki, Aynurəyə şillə vurmağa gedir, Təxminən saat 13 radələrində o, dərhal sağ əli ilə Aynurənin sağ əlində olan bıçağı götürmüş və əsəbi vəziyyətdə Aynurənin döş qəfəsi nahiyəsinə tərəf 2 dəfə ardıcıl xəsarət yetirmişdir. O, bıçağı sağ əlində yuxarı istiqamətdə tutmuş və məqsədi Aynurəni öldürmək olmamışdır. Onun niyyəti Aynurənin etdiyi tərbiyəsizliyin cavabını vermək omuşdur onu bıçaqla öldürmək niyyəti olmamışdır. Bu məqsədlə Aynurəyə xəsarətlər yetirdikdən sonra Aynurə çölə tərəf qaçmışdır. O da Aynurənin arxasınca qaçmış, anası Sürəyya də onun arxasınca gəlmişdir. Anası Sürəyya arvadı Aynurəni bıçaqla vurduqdan sonra məqsədini anlamışdır. Sürəyya gəlini Aynurəni və onun sağ əlində olan bıçağı qana bulaşmış vəziyyətdə görmüşdür. Arvadı Aynurə evin çöl tərəfində, aynabəndin qapısının qarşısında yerə yıxılmışdır. O, xəstəxanaya çatdırmaq üçün Aynurəni götürməyə çalışmış, lakin anası ilə birlikdə Aynurəni götürə bilməmişlər. O, otağa tərəf getmiş və otaqdan idarə etdiyi gümüşü rəngli “VAZ-21015” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürərək geri qayıtmışdır. Həmin vaxt atası Hidayət içəri daxil olmuş, Aynurəni qana bulaşmış, huşsuz vəziyyətdə yerə yıxılı halda görmüşdür. Atası Hidayət kənddə çay evindən evə yemək üçün gəlmiş, heç bir sorğu-sual etməyərək ona köməklik edərək Aynurəni avtomobilə arxa oturacağa əyləşdirmişdir. Bu zaman evdə qohum və ya qonşu olmamışdır. Qızı Rəfiqə anasının vəziyyətini görməmişdir. Atası Hidayət onun vəziyyətini gördükdən sonra açarı ondan almış və avtomobili özü idarə edəcəyini bildirmişdir. O, arvadına qarşı törətdiyi əmələ görə ağlamışdır. Bütün bunlardan sonra, atası Hidayətlə birlikdə o, arvadı Aynurəni birbaşa Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Yol boyunca əynində olan qara rəngli jaketlə arvadının qanlı vəziyyətdə olan sinə nahiyəsinə basmış, məqsədi qanı kəsmək olmuşdur. Həmin jaket sonradan avtomobilin arxa oturacağında qalmışdır. Yol boyunca atası ilə heç bir söhbət etməmişlər. Atası Hidayət, sadəcə ağlamış və onu törətdiyi əmələ görə danlamışdır. Atası baş verənlər barəsində məlumatsız olmuşdur. Xəstəxanaya çatan zaman Aynurə artıq ölmüşdür. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları xəstəxanaya daxil olmuşlar və o, şöbəyə aparılmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X18 ifadəsində göstərmişdir ki, mərhum Aynurə Orucova onun böyük qızı olmuşdur. Aynurə Mahəddinlə təxminən 14 ildir ki, evli olmuşdur. Mahəddin onun doğma bacısı Sürəyyanın övladıdır. Bu evlilikdən qızı Aynurənin 3 övladı dünyaya gəlmişdir. Qızı Aynurənin əri və övladları ilə çox mehriban münasibəti olmuşdur. Aynurə öz ailəsinə, o cümlədən, qayınanası Sürəyya və qayınatası Hidayətə qarşı çox qayğıkeş olmuş və mehriban münasibət göstərimişdir. O və əri Elman onlara maddi cəhətdən köməklik etsələr də, heç bir zaman onların ailədaxili işlərinə qarışmamışlar. Hər zaman mehriban münasibətləri olmuşdur. Mahəddin ilə Aynurə 2021-ci il dekabr ayında eyni evin daxilində valideynlərindən ayrı yaşamağa başlamışlar. Belə ki, Mahəddin öz qərarı əsasında eyni evin daxilində arvadı Aynurə və uşaqları ilə birlikdə atası Hidayət və anası Sürəyyadan ayrı yaşamağa başlamışdır. O və əri Elman qızı Aynurənin ailəsinə lazımi maddi yardımı hər zaman göstərmişlər. Aralarında heç bir narazılıq olmamışdır. Belə ki, o, dəfələrlə qızı Aynurəyə pul vəsaiti verərək ailəsini dolandırmağa köməklik etmişdir. Hətta, 2022-ci il tarixdə yay aylarında o, qızı Aynurənin evinə soyuducu və qaz sobası alaraq onlara lazımi maddi köməkliyi göstərmişdir. Bundan əlavə, qızı Aynurə ilə Mahəddin evin daxilində ayrı yaşamağa başladıqdan sonra yataq otağı kiçik ölçülü olduğu üçün qızı ilə nəvələri döşəmədə yatmağa başlamışlar. Qızı Aynurənin böyrəklərində ağrılar yaranmışdır. Qızı Aynurə bu barədə onunla məsləhət edərək bildirmişdir ki, otağı genişləndirmək üçün pulları yoxdur, usta gətirib otağın «deespe»sini geri çəkməlidirlər, lakin maddi cəhətdən imkanları yoxdur. Bu barədə söhbətləri hadisə olan gün, yəni 07 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində baş vermişdir. O, əri Elmanla birlikdə qızı Aynurənin evinə qonaq getmişdir. O, qızı Aynurəyə 20 manat xərclik pulu vermiş və pay apardığı meyvələri qızına vermişdir. Sürəyya onları evə buraxmadığı üçün o və əri qızı Aynurə ilə evin giriş darvazasının qarşısında söhbət etmişlər. Qızı böyrəklərindən şikayət etdikdən sonra o və əri Elman qızı Aynurəyə evin təmiri ilə bağlı köməklik edəcəklərini bildirmişlər. Bundan sonra Sürəyya və Hidayəti, o cümlədən, nəvələrini görmədən əri Elmanla çıxıb getmişdir. O, evdə olan zaman həmin gün, təxminən 12:30-da Mahəddinə zəng edərək harada olduğunu soruşmuş, Mahəddin kənddə çay evində olduğunu bildirmişdir. O, Mahəddindən yanında kimsənin olub-olmadığını soruşmuş, Mahəddin ona heç kəsin olmadığını bildirmişdir. Daha sonra o, Mahəddinə yaşadıqları evə getdiklərini demişdir. O, Mahəddinə, “Qızım Aynurə ilə söhbət edən zaman evi genişləndirmək istədiyinizi öyrəndim”, deyə bildirmiş, həmçinin qızı Aynurənin maddi cəhətdən imkanlarının olmadığını ona deməsini Mahəddinə söyləmişdir. Mahəddin heç bir şey deməmişdir. O Mahəddinə, “Ərim Elmanla məsləhət etdim, o qərara gəldim ki, sizə köməklik etmək lazımdır, qızım yerdə yatmasın”, deyə bildirmişdir. Mahəddin, “Ay xala gəlin məsləhətləşək”, deyə cavab vermişdir. O isə cavabında, “Bizimlə məsləhətləşməyə ehtiyac yoxdur, nə var xərci, biz çəkəcəyik”, deyə bildirmişdir. Bununla da telefon əlaqəsi kəsilmişdir. Cinayət hadisəsi 07 dekabr 2022-ci il tarixdə saat 13 radələrində baş vermişdir. Bu zaman o, öz yaşadığı evdə olmuşdur. Əri Elman kənddə toy məclisində olmuşdur. Hidayətin qardaşı Camal saat 14 radələrində ona zəng edərək, “Aynurəgil yenə dalaşıb, vəziyyəti yaxşı deyil, özünüzü tez yetirin”, deyə bildirmişdir. Camaldan qızı Aynurənin harada olmasını soruşmuş, o isə cavabında Şəmkir rayon mərkəzi xəstəxanasına gəmələrini bildirmişdir. Bu barədə o, əri Elmana təcili surətdə məlumat vermişdir. Elmanla birlikdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına gəlmiş və görmüşlər ki, hüquq mühafizə orqanlarının əməkdaşları xəstəxanadadır. İlk öncə, qızı Aynurənin yaralı vəziyyətdə olduğunu düşünmüşlər. Mahəddin ona, “Ay xala, o balacalara hadisə barədə nə deyəcəyəm, onlara analarının ölməsi barədə necə bildirəcəyəm”, dedikdən sonra anlamışdır ki, qızı Aynurə artıq ölmüşdür. İlk öncə, Mahəddin onlara yalan danışmış və guya ki, kartof soyan zaman Aynurənin yıxılaraq bıçağın ürəyinə girdiyini bildirmişdir. O, bu yalana inanmamış və sonradan araşdırma zamanı məlum olmuşdur ki, qızı Aynurəni məhz Mahəddin qətlə yetirmişdir. Hadisənin səbəbləri, necə, nə vaxt və kimin yanında baş verməsi barədə heç bir məlumatı olmamışdır. Əlavə olarq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 eyniməzmunlu ifadə verərək X10 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 14 il bundan əvvəl doğma bacısı X10 övladı X21 ilə onların məsləhəti əsasında evlənmişdir, birgə evlilikdən 3 övladı doğulmuşdur. Oğlu Mahəddin və gəlini Aynurə arasında dəfələrlə mübahisələr olmuş, Mahəddin dəfələrlə arvadı Aynurəyə irad bildirərək evi səliqəli saxlamağı və uşaqlara diqqət göstərməyi tapşırmışdır. Bu müddət ərzində Aynurə Mahəddinə heç bir zaman cavab qaytarmamışdır. Bununla belə, oğlu Mahəddin xarakteri çətin bir insan olmuşdur. Onlar ailə olaraq heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Oğlu Mahəddin istixanalarda fəhlə olaraq çalışmışdır. O, 2021-ci il dekabr ayının sonlarında oğlu Mahəddinlə gəlini Aynurəni ayırmışdır. Yaşadığı fərdi yaşayış evinin mətbəxini, 2 otağını, hamam-tualetini və zirzəmini oğlu Mahiəddinlə gəlini Aynurə üçün ayırmışdır. Cinayət hadisəsi 07 dekabr 2022-ci il tarixdə saat 13 radələrində baş vermişdir. O, həmin vaxt yaşadığı fərdi yaşayış evinin daxilində öz otağımda olmuşdur. Oğlu Mahəddin evin arxasında olan tövlədə heyvanlara qulluq etmişdir. Gəlini Aynurə isə evdə yemək bişirmişdir. Saat təxminən 12:30-da gəlini Aynurə ilə oğlu Mahəddin arasında mübahisəli vəziyyət baş vermişdir. X15 yaşadığı otaqda başlamışdır. Belə ki, Aynurə ilə Mahəddin aralarında söhbət edərək yaşadıqları otaqları təmir etdirmək istəmişlər. Bu əsnada Aynurə təkidlə evi təmir etdirməyi tələb edərkən Mahəddin onu səsləmiş və Aynurənin cavab qaytardığını bildirmişdir. Daha sonra Mahəddin Aynurəni itələməyə başlamışdır. Aynurə isə cavabında Mahəddini özündən uzaqlaşdırmış və onun otağına doğru qaçmağa başlamışdır. Mübahisə zamanı Aynurə Mahəddindən evi təmir etdirməyi tələb etsə də, Mahəddin evi yaz qabağı təmir etdirəcəyini söyləmişdir. Mübahisə o həddə çatmışdır ki, Mahəddin Aynurənin ata-anasına qarşı nalayiq ifadələr işlətməyə və söyüşlər söyməyə başlamışdır. Daha sonra o, oğlu və gəlinini aralamağa çalışmışdır. Bu zaman evdə o, oğlu Mahəddin, gəlini Aynurə və nəvəsi Rəfiqə olmuşdur. Rəfiqə onun otağında baş verən hadisəni görməmiş, valideynləri olan otaqda yemək yemişdir. Hadisə baş verən otaq onunla əri Hidayətin yatdığı otaqdır. Mübahisə başlamazdan əvvəl Aynurə qaçaraq onun otağına gəlmişdir. O, otağında uzanmışdır. O, oğlu Mahəddinlə gəlini Aynurəni aralamağa çalışsa da, Mahəddin sağ əlində tutduğu tutacağı palıdı rəngli bıçaqla gəlini Aynurənin döş qəfəsi nahiyəsinə, yəni ürək hissəsinə 2 dəfə zərbə yetirmişdir. Gəlini Aynurənin ürək nahiyəsindən qan axmağa başlamışdır. Aynurə səndələyərək evin çöl tərəfinə doğru qaçmağa başlamışdır. Aynurənin arxasınca əlində qana bulaşmış vəziyyətdə bıçaq olan oğlu Mahəddin, onun arxasınca isə o qaçmağa başlamışdır. Aynurə evin giriş qapısının qarşısında pilləkənlərin aşağı hissəsində yıxılmışdır. Mahəddin əlində olan qanlı bıçağı pilləkənlərin üstünə atmışdır. Həmin əsnada əri Şahid4 içəri daxil olmuşdur. Hidayət evdə çörək yemək üçün kənddə olan çay evindən gəlmiş, içəri daxil olan zaman qana bulaşmış vəziyyətdə olan gəlini Aynurəni yerə uzanmış halda görmüşdür. Həmin vaxt oğlu Mahəddin atasına tərəf qışqıraraq, “Kömək elə, Aynurəni həkimə aparaq”, deyə bildirmişdir. Həmçinin, Mahəddin idarə etdiyi avtomobili işə salmışdır. Əri və oğlunun köməkliyi ilə gəlini Aynurə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. O, əri ilə oğlunu yola saldıqdan sonra dərhal Aynurənin uzandığı yeri, yəni qana bulaşmış vəziyyətdə olan yeri təmizləməyə başlamışdır. Daha sonra pilləkənlərin üstündə olan bıçağı götürüb mətbəxə atmışdır. Qana bulaşmış yeri təmizləməkdə və bıçağı mətbəxə qoymaqda məqsədi evdə olan azyaşlı uşaqların qorxmamasını təmin etmək olmuşdur. O, bunları etdikdən sonra nəvəsi Rəfiqəyə qulluq etmişdir. Aynurənin ölməsi barədə o, evə hüquq mühafizə orqanlarının əməkdaşları gələn zaman eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs təxminən 14 ildir ki, baldızı X10 övladı X21 ilə evlidir və 3 övladları var. Aynurə və Mahəddin onun məsləhəti əsasında evlənmişlər. Oğlu Təqsirləndirilən şəxs xaraktercə tez əsəbiləşən, lakin tez sakitləşən bir insandır. Gəlini Aynurə isə xaraktercə əsəbi, höccət, lakin zəhmətkeş bir insan olmuşdur. Onun və arvadı Şahid1 istər gəlinilə, istərsə də oğlu ilə heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Arvadı Sürəyya ilə gəlini Aynurə arasında münasibətlər qaynana-gəlin münasibəti kimi dəyil, ana-övlad münasibəti kimi olmuşdur. Digər tərəfdən, Aynurə ilə Mahəddin arasında münasibətlər normal olsa da, aralarında məişət xarakterli mübahisələr tez-tez baş vermişdir. Belə ki, Mahəddin Aynurədən uşaqlara diqqət və qayğı göstərməyi tələb etmişdir. Aynurə isə daim uşaqlara qışqıraraq onlara əsəbiləşmişdir. Bu isə Mahəddini özündən çıxarmışdır. Aynurə bəzi hallarda Mahəddini saymamış, bu isə oğlunu özündən çıxarmışdır. Digər tərəfdən, baldızı Rəfiqə oğlunun ailəsinə müdaxilə edərək qızının eyni evdə onlardan ayrı yaşamasını istəmişdir. 2021-ci il dekabr ayının sonlarında o və arvadı Sürəyya oğlunun ailəsini ayırmışlar. Onlara ayrıca 2 otaq, 1 mətbəx və aynabənd ayırmışdır. Oğlu, gəlini və nəvələri eyni evin daxilində ayrı yaşamağa başlamışlar. Lakin bununla belə o, ata olaraq oğluna lazımi maddi köməkliyi göstərmişdir. Onun otağında bişən yeməkdən hər zaman nəvələrinə göndərmişdir. Oğlu Mahəddin ayrılmaq istəməmişdir. Gəlini Aynurənin təkidi ilə oğlu Mahəddin ailəsi ilə birlikdə evin daxilində ayrı otaqda yaşamağa başlamışdır. Cinayət hadisəsi 07 dekabr 2022-ci il tarixdə saat 13 radələrində baş vermişdir. O, həmin vaxt kənddə olan çay evində olmuşdur. Saat 12:40-da yemək üçün evə gəlmişdir. Evin çöl giriş taxta qapısından içəri daxil olmuşdur ki, gəlini Aynurə Orucova pilləkənlərdən aşağı düşmüşdür. Aynurənin əynində olan koftanın aşağı hissəsindən qan axmışdır. Aynurə pilləkənlərin sağ tərəfində olan stolun yanında yerə yıxılmışdır. Həmin vaxt oğlu Mahəddin də çölə çıxmışdır. Mahəddinin sağ əli qana bulaşmış vəziyyətdə olmuşdur. Lakin Mahəddinin əlində bıçağı görməmişdir. Mahəddinin arxasınca arvadı Sürəyya çıxmışdır. O, Mahəddinə bildirmişdir ki, avtomobili işə salsın. Mahəddin arvadı Aynurəni kənd tibb məntəqəsinə aparmağı təklif etmişdir. O isə yaralı vəziyyətdə olan Aynurəni birbaşa Şəmkir rayon mərkəzi xəstəxanasına aparmalı olduqlarını bildirmişdir. Onun köməkliyilə Aynurəni avtomobilin arxa oturacağına əyləşdirmişlər. Mahəddin də arxada Aynurənin yanında əyləşmişdir. Arvadı Sürəyya körpə uşaqlara görə heç bir yerə getməmişdir. Bundan sonra surətli bir şəkildə avtomobili idarə edərək Şəmkir rayon mərkəzi xəstəxanasına gəlmişdir. Yol boyunca oğlu Mahəddin ona hadisənin necə baş verməsi və təfərrüatları barədə heç bir məlumat verməmişdir. Aynurəni xəstəxananın cərrahiyyə şöbəsinə qaldırmışlar. Həkim müayinə edən zaman bildirmişdir ki, Aynurə artıq keçinmişdir. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları Şəmkir rayon mərkəzi xəstəxanasına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Mahəddin təxminən 14 ildir ki, öz xalası qızı X21 ilə evli olmuş, bu evlilikdən 3 övladı doğulmuşdur. Cinayət hadisəsi 07 dekabr 2022-ci il tarixdə saat 13 radələrində baş vermişdir. O, həmin vaxt Şəmkir rayonu, Könüllü kəndində yerləşən çayxanada olmuşdur. Hadisədən əvvəl Mahəddin də saat 12 radələrinə qədər çayxanada olmuşdur. Mahəddin ondan aralıda olmuşdur, kəndin cavan oğlanları ilə birlikdə çayxanada çay içmişdir. Mahəddinin çay evindən çıxdığını görməmişdir. Hadisə barədə ona qardaşı Hidayət məlumat vermişdir. Hadisədən əvvəl Hidayət də kənddə çay evində ondan aralıda əyləşmişdir. Hidayət ondan təxminən 5 dəqiqə əvvəl çayxanadan çıxaraq evinə getmişdir. Hidayət ona saat 13 radələrində zəng edərək, “Avtomobilini işə sal, təcili surətdə özünü mənə yetir”, – deyə bildirmişdir. Bundan sonra o, hadisə yerinə, yəni qardaşı evinə getmişdir. O, idarə etdiyi avtomobilə əyləşərək heç 1 dəqiqə keçməmişdir ki, özünü qardaşı evinə çatdırmışdır. Hadisə yerinə çatan zaman görmüşdür ki, X21 qardaşı Şahid4 gümüşü (metallik) rəngli “VAZ-21150” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına əyləşdirilmişdir. Qardaşı Mahəddin də avtomobilin arxa oturacağında əyləşmişdir. O, əlində olan qara rəngli jaketlə Aynurə Orucovanın bədən səthindən axan qana doğru basaraq qanı kəsməyə çalışmışdır. Bundan sonra xəstəni Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Aynurənin vəziyyəti ağır olmuşdur. X24 xəstəxanaya çatdırdıqdan sonra Aynurə orada keçinmişdir. O, xəstəxanada qalmış, daha sonra hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. O, xəstəxanada Mahəddinlə söhbət edən zaman bilmişdir ki, Aynurəni Mahəddin qətlə yetirmişdir. O, mətbəx bıçağı ilə bu hadisəni törətmişdir. Mahəddin Şəmkir rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 eyniməzmunlu ifadə verərək Şahid3 iifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi, 07 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Şəmkir rayonu, Könüllü kənd sakini, Təqsirləndirilən şəxs arvadı X19 şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən öldürməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 07 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs arvadı X21 ilə birgə yaşadıqları Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən öldürməsi barədə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən daxil olmuş telefon məlumatı əsasında rayon prokurorluğunda toplanmış ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid4 Mahəddin oğlu 07.012.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində qana bənzər şübhəli ləkələrin olduğu dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən 01 ədəd bıçaq və cinayət hadisəsi baş verən otaqda aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu 01 ədəd kilim, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X3 hadisə vaxtı əynində olmuş tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt), qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı və qara rəngli qolsuz, qısa mayka, xx.xx.2022-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarına baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində ön tərəfi 03 ədəd düymə ilə bağlanan, qırmızımtıl rəngli 01 ədəd uzunqol köynək və bozumtul rəngli 01 ədəd cins şalvar, avtomobilə baxış keçirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokolla götürülmüş “VAZ-21150” markalı, “**-CB- ***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan, önü zəncirbəndli, qara rəngli 01 ədəd jaket, Şahid1 dindirilməsi protokoluna əlavə edilmiş 01 ədəd disk, şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi protokoluna əlavə edilmiş 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir şəhərinin mərkəzindən 25 kilometr şimal-şərqdə Şəmkir rayonu, Könüllü kəndində yerləşən Şahid4 məxsus 4 otaqlı fərdi yaşayış evinin yataq otağıdır. Hadisə yerinə baxış prosesində iştirak edən Şahid1 əli ilə mətbəx otağında stolun qarşısında döşəmənin üzərində olan dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən bıçağı göstərərək oğlu Təqsirləndirilən şəxs gəlini Aynurə Orucovanı həmin mətbəx bıçağı ilə qətlə yetirdiyini, bildirmişdir. Hadisə yerinə baxış zamanı mətbəx otağında aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən bıçaq və cinayət hadisəsi baş verən otaqda aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu kilim iş üzrə əhəmiyyət kəsb etdiyindən və törədilmiş cinayət hadisəsinin izlərini özündə əks etdiriyi üçün müvafiq qaydada götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X25 şəxsinin Şəmkir rayon şöbəsinin meyitxanasında təşrih masası üzərinə uzadılmışdır. Meyitin üzərində tərsinə çevrilmiş tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt) vardır. Xələtin üzərində qana şübhəli ləkələr vardır, önünə 1 ədəd dəmir sancaq bağlanmışdır. Xələtin üzərində dəlib-keçən hər hansı bir zədə aşkar edilməmişdir. Çənəsi və hər iki ayağın baş barmağı bintlə bağlanmışdır. Meyitin əynində qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı, qırmızı rəngdə trusik vardır. Meyitin üzərindən mal-heyvan qoxusu gəlir. Koftanın ön və arxa səthi nəmli, qanla islaq vəziyyətdədir. Koftanın ön səthində, yaxalıq nahiyədən 9 sm aşağıda, sol yan tikişdən 14 sm sağda 1,5x0,2 sm ölçüdə, həmin zədədən 6 sm aşağıda, ona paralel yerləşmiş, sol yan tikişdən 14 sm məsafədə 3x0,3 sm ölçüdə kənarları hamar ucları iti zədələr vardır. Zədənin sağ ucu küt, sol ucu nisbətən itidir. Hər iki zədə köndələn istiqamətdə yerləşmiş, bir-birinə paraleldir. Koftanın sağ qoltuqaltı nahiyəsində tikişlər sökülü vəziyyətdədir. Qara rəngli qolsuz, qısa maykanın ön səthinin sol yarısında, yaxalıq nahiyəsində 5 sm aşağıda, sol yan tikişdən 23 sm aşağıda tərəflərinin uzunluğu 1,5 və 1 sm olan bucaq şəkilli 1 ədəd, həmin zədədən 0,5 sm aşağıda, köndələn istiqamətdə yerləşən 1,5x0,2 sm ölçüdə dəlib-keçən və axırıncı zədədən 13 sm aşağıda sol yan tikişdən 15 sm aşağıda cüzi qövsvari 2,5x0,2 sm ölçüdə zədə vardır. Büstqalterin sol döşlüyündə cüzi qövsvari formada 3x0,1 sm ölçüdə dəlib-keçən zədə vardır. Meyitin boyu 162 sm olub, qadın cinsli, kafi qidalı, düzgün bədən quruluşludur. Meyit qacıması çeynəmə qrup əzələlərdə zəif inkişaf etmiş, əzələlərdə inkişaf etməmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən, təzyiq kəsildikdə 5-10 saniyəyə bərpa olunan zəif inkişaf etmiş meyit ləkələri vardır. Dəri örtüyü avazımışdır. Başında tükləri 10-15 sm uzunluqda olub, qırmızımtıl-şabalıdı rəngdədir. Gözləri qapalı, bəbəkləri dairəvi, ağzı açıqdır. Dişləri təbii və zədəsizdir. Üst çənədə soldan 1, 2 və 3-cü dişləri kariyeslidir. Meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə 3-cü, 4-cü qabırğalar səviyyəsində 2,x0,5 sm ölçüdə yara. 2. Döş qəfəsinin ön səthində, ilk yaradan 3,5 sm aşağıda və ona paralel yerləşmiş 3,5x0,8 sm ölçüdə daha bir yara vardır. Hər iki yara döş boşluğuna keçir. Yara kanalının istiqaməti öndən arxaya, soldan qismən sağa, yuxarıdan aşağıya doğrudur. 3. Sol əlin ovuc səthində, 5-ci daraq-falanqa oynağının ovuc səthində, köndələn istiqamətdə yerləşmiş 0,6x0,2 sm ölçüdə səthi kəsilmiş yara vardır. Meyitin dişləri təbii və zədəsizdir. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi yastılaşmış silindrik formadadır. Qarnı qabırğa qövsləri səviyyəsindədir və köpməmişdir. Xarici cinsiyyət üzvləri qadın cinslidir, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. X3 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Baxış zamanı meyitin əynində olan tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt), qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı və qara rəngli qolsuz, qısa mayka cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarlarına baxış keçirilməsi və götürülməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində ön tərəfi 03 ədəd düymə ilə bağlanan, qırmızımtıl rəngli uzunqol köynək və bozumtul rəngli cins şalvar istintaqa könüllü təhvil verilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: 1. Köynək – qırmızımtıl rəngli uzunqol köynəyin ümumi uzunluğu 67 sm, eni isə 140 sm təşkil edir. Köynəyin boyun nahiyəsi 3(üç) düyməlidir. Boyun nahiyəsinin iç səthində “MA&AS LİFE MADE İN TURKEY” yazılı qara rəngli emblem mövcuddur. Köynəyin sol tərəfində üzərində “&” yazılı, daxili hissəsi sarı rəngli, ətrafında 2 ədə sümbül olan emblem mövcuddur. Uzunqol köynəyin üzərində gözlə görünə bilən zədə və ya cırılma aşkar edilməmişdir. 2. Şalvar-şalvar bozumtul-göyümtül rəngli olub, cins materialdandır. Şalvarın ümumi uzunluğu 95 sm, eni isə 44 sm təşkil edir. Şalvarın sağ arxa nahiyəsində “MBL” yazılı sarı rəngli emblemi mövcuddur. Şalvar ön tərəfdən bir ədəd zəncirbənd və bir ədəd ağ rəngli metal düymə ilə bağlanır. Düymənin üzərində “BOSS” və “Hugo Boss” yazıları mövcuddur. Şalvarın arxa hissəsində və yan hissəsində 2 ədəd ciblik vardır. Şalvarın arxa sağ yuxarı hissəsində tünd yaşıl rəngli kvadratşəkilli üzərində heç bir yazı olmayan koja materialdan hazırlanmış emblem mövcuddur. Şalvarın sağ cib hissəsinin qarşısı nisbətən sökülmüş və köhnəlmiş vəziyyətdədir. Şalvarın sağ və sol ayaq hissələri qana bənzər şübhəli ləkələrlə bulaşmışdır. Həmin ləkələr hopmuş vəziyyətdədir. Şalvarın sol yuxarı hissəsində olan qana bənzər şübhəli ləkələr daha çoxdur. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən həmin paltarlar ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 dekabr 2022-ci il tarixli Avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra idarə etdiyi “VAZ-21150” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağının üzərində qara rəngli jaketin olması müşahidə edilmişdir. Jaketin sol mərkəzi və aşağı hissələri qana bənzər şübhəli ləkələrlə bulaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində arvadı Aynurə Orucovanı xəstəxanaya aparan zaman arvadının sol döş qəfəsi nahiyəsindən axan qanı dayandırmaq məqsədilə əynində olan həmin jaketdən istifadə etdiyini bildirmişdir. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən həmin jaket müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2022-ci il tarixli paltarlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X12 hadisə zamanı əynində olmuş tünd-göy rəngli, önü zəncirbəndli dona, uzunqol koftaya, qara rəngli büstqalterə, qara rəngdə idmançı şalvarına və qara rəngli qolsuz, qısa maykaya baxış zamanı qana bənzər şübhəli ləkələr müşahidə olunduğundan, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərində hadisənin izlərinin saxlandığına görə cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən həmin paltarlar 07 dekabr 2022-ci il tarixdə meyitə baxış keçirilməsi haqqında protokolla ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd kilim – solğun göy rəngli olub, üzəri ara kəsmə xətlərlə bəzənmişdir. Həmin kilim ayrı-ayrı fərdi yaşayış evlərində döşəməyə sərilmək məqsədilə istifadə edilir. Kilimin ümumi uzunluğu 303 sm, eni isə 133 sm təşkil edir. Kilimin mərkəzi, yuxarı və aşağı hissələrində damcı şəklində qana bənzər şübhəli ləkələr müşahidə olunduğundan, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərində hadisənin izlərinin saxlandığına görə cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zaman götürülmüş 01 ədəd bıçaqdəstəyi palıdı rənglidir, ümumi uzunluğu 22 sm təşkil edir. Bıçağın tiyəsinin aşağı kənarı itilənmiş vəziyyətdədir. Yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Tiyəni küp hissəsi “P” şəkilli olub qalınlığı 2 sm təşil edir. Tiyənin üzərində tünd qonur-qəhvəyi rəngli qana bənzər ləkələr müşahidə olunur. Bıçağın tutacaq hissəsində mərkəzə yaxın məsafədə qana bənzər şübhəli ləkə vardır. Bıçağın dəstəyi palıdı rəngli olmaqla, taxta materialdan hazırlanmışdır. Dəstəyin yuxarı və aşağı kənarı nisbi dalğavari formadadır. Bıçağın dəstək hissəsi tiyə hissəsinə 3(üç) ədəd metal vintlərlə bərkidilmişdir. Bıçaq öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərində hadisənin izlərinin saxlandığına görə cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqından protokoldan görünür ki, istintaq hərəkəti həyata keçirilərkən o, əvvəllər istintaqa vermiş olduğu ifadələrini bir daha təsdiq edərək 07 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdə arvadı Aynurə Orucova ilə evin təmiri barədə mübahisə edərək şəxsi münasibətlər zəminində iki dəfə bıçaqla qəsdən zərbələr vuraraq onu öldürməsini etiraf edərək hadisənin təfərrüatları barədə tam və dolğun surətdə ifadə verib əli ilə hadisə yerini göstərmiş, onun istintaqa verdiyi ifadəsinin düzgünlüyü müəyyən edilməklə bir daha dəqiqləşdirilərək həmin tarixli protokolla rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin 17 fevral 2023-cü il tarixli, 9-13-110/2-4619/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görününür ki, 07 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində mərhum X21 ilə əri Təqsirləndirilən şəxs aralarında birgə yaşadıqları Şəmkir rayonu, Könüllü kəndində məxsus fərdi yaşayış evinin daxilində məişət zəminində mübahisə baş verməsi, mübahisədən qısa müddət sonra qayınanası Şahid1 Aynurə Orucovam döş qəfəsi nahiyəsində olan xəsarətlərlə mətbəx otağında ölmüş vəziyyətdə aşkar etməsi faktına görə tərəfimizdən bir sıra zəruri bilinən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları fərdi yaşayış evinin yataq otağında X19 məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən öldürən zaman ətrafda Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları fərdi yaşayış evinin yataq otağında X19 məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən öldürməzdən əvvəl Təqsirləndirilən şəxs arvadı Aynurə Orucova ilə aralarında ailədaxili mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs X21 ilə amansız rəftar etmə, ləyaqətinin mütəmadi alçaldılması, qeyd edilən şəxsin təhqir edilməsi, hədə-qorxu gəlmə hallarının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs keçirdiyi həyat tərzi, spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyinin olması, eləcə də arvadı X19 qəsdən öldürməzdən əvvəl yaxın qohumları, eləcə də digər şəxslərlə hər hansı bir probleminin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs(lər)in olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq müəyyən edilmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs ilə X21 arasında əvvəllər də dəfələrlə ailədaxili münaqişəsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir mərkəzi rayon xəstəxanası X5 poliklinika şöbəsinin 09 dekabr 2022-ci il tarixli, 410 nömrəli arayışından görünür ki, Şəmkir rayon, Könüllü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda dayanmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 dekabr 2022-ci il tarixli, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki,

1. X3 meyitinin bədənində müxtəlif xarakterli xəsarətlər aşkar edilmişdir, bunlardan; 1.1. Döş qəfəsinin ön səthində sol körpücük xətt üzrə İİİ-İV və Vİ qabırğaarası sahədən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən, 2,5x0,5sm və 3,5x0,8sm ölçülərdə, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yara; hər iki yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya və soldan sağa doğru olmuşdur. 1.2. Sol əlin ovuc səthinin səthi kəsilmiş yarası. Yuxarıda qeyd olunan 1.1 və 1.2-ci bəndlərdə göstərilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla ölümündən az əvvəl yetirilimişdir, həyatidir. 2. X3 bədən səthində aşkar edilmiş xəsarətlər deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X12 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. 3. X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, həmin xəsarətlər müxtəlif duruş vəziyyətində yetirilə bilərdi, bununla belə, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə qarşı-qarşıya ayaqüstü duruş vəziyyətində olması daha çox ehtimal olunur.

4. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthində sol orta körpücük xətt üzrə İİİ-İV və V-Vİ qabırğaarası sahədən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir, sol əlin ovuc səthinin kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. 5. X3 ölümünə səbəb döş qəfəsinin ön səthində sol orta körpücük xətt üzrə İİİ-İV və V-Vİ qabırğaarası sahədən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X12 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. 6. X4 hamiləlik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 1461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kriminalistik ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 622/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş X6 məxsus uzunqol koftanın və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında iki ədəd, büstqalterin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət(lər)in təsirindən törənmişdir. X6 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alət(lər)in tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. X6 məxsus uzunqol koftamn sağ yan səthində bir ədəd sökülmüş-cırılmış zədə, sağ qolunun alt tikişi üzərində bir ədəd sökülmüş zədə var. Bu zədələr küt yaranma mexanizminə malik zədələrdir, paltarın həmin nahiyyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. X6 məxsus qadın donunun (xalatın) və şalvarın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın, uzunqol köynəyin və avtomobildən götürülmüş jaketin üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlarımış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 789/2022-MTBŞ nömrəli rəyindən görünür ki, 1. X12 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu –A/İİ/. 2. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – A/İİ/. 3. Təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd kilim, Aynurə Orucovaya məxsus xalat, kofta, şalvar, alt mayka, büstqalter, Təqsirləndirilən şəxs məxsus üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X20 və hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda təqsirləndirilən Təqsirləndirilən şəxs da məxsus ola bilər./əgər hər iki şəxsin qanında müşayiətçi H antigeni varsa/ 4. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 763/269 nömrəli rəyindən görünür ki, 1.1. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. 1.2. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal- hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. 2.1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2.2. Ona şamil edilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranması səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilərdi. 2.3. Təqsirləndirilən şəxs ona şamil edilən hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). 2.4. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-cı il tarixli AZ-İİİ 533335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 Mahəddin Hidayət oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2011-cı il tarixli AZ-İİİ 637914 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Şahid4 Mahəddin oğlu Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2013-cü il tarixli AZ-İİİ 034785 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 Mahəddin Hidayət oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(076)-245/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş üzərində qana bənzər şübhəli ləkələrin olduğu dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən 01 ədəd bıçaq və cinayət hadisəsi baş verən otaqda aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu 01 ədəd kilim, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X3 hadisə vaxtı əynində olmuş tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt), qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı və qara rəngli qolsuz, qısa mayka, xx.xx.2022-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarına baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində ön tərəfi 03 ədəd düymə ilə bağlanan, qırmızımtıl rəngli 01 ədəd uzunqol köynək və bozumtul rəngli 01 ədəd cins şalvar, Avtomobilə baxış keçirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokolla götürülmüş “VAZ-21150” markalı, “**-CB- ***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan, önü zəncirbəndli, qara rəngli 01 ədəd jaket, Şahid1 dindirilməsi protokoluna əlavə edilmiş 01 ədəd disk, şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi protokoluna əlavə edilmiş 01 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir və Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materirallarlnda olan səndələrdən və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əməllərində istər hadisədən əvvəl istər hadisə vaxtı və hadisədən sonra məhz qəsdən adam öldürmə cinayət tərkibinin əlamətləri tam mövcud omuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Aynurə Orucovanı öldürmək fikrinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan–hadisə yerindən götürülmüş üzərində qana bənzər şübhəli ləkələrin olduğu dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən 01 ədəd bıçaq məhv edilməli, cinayət hadisəsi baş verən otaqda aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu 01 ədəd kilim, X3 hadisə vaxtı əynində olmuş tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt), qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı və qara rəngli qolsuz, qısa mayka, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində ön tərəfi 03 ədəd düymə ilə bağlanan, qırmızımtıl rəngli 01 ədəd uzunqol köynək və bozumtul rəngli 01 ədəd cins şalvar, “VAZ- 21150” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan, önü zəncirbəndli, qara rəngli 01 ədəd jaket qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 07 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan–hadisə yerindən götürülmüş üzərində qana bənzər şübhəli ləkələrin olduğu dəstəyi palıdı rəngli, ümumi uzunluğu 22 sm təşkil edən 01 ədəd bıçaq məhv edilsin, cinayət hadisəsi baş verən otaqda aşkar edilmiş üzərində qana bənzər şübhəli ləkələrin olduğu 01 ədəd kilim, X3 hadisə vaxtı əynində olmuş tünd-göy rəngli, önü zəncirbəndli məxmər don (xələt), qəhvəyi-palıdı rəngli uzunqol kofta, qara rəngli büstqalter, qara rəngdə idmançı şalvarı və qara rəngli qolsuz, qısa mayka, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində ön tərəfi 03 ədəd düymə ilə bağlanan, qırmızımtıl rəngli 01 ədəd uzunqol köynək və bozumtul rəngli 01 ədəd cins şalvar, “VAZ-21150” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan, önü zəncirbəndli, qara rəngli 01 ədəd jaket qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar