Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-256/2024 14.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X2 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1990-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Goranboy rayonu, Əhmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 04 mart 2023-cü il tarixdə həmkəndliləri Şahid1, Şahid2, Zərərçəkmiş şəxs və sonuncunun ögey qardaşı Şahid3 ilə birlikdə iştirak etdiyi Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy məclisindən çıxıb taksi ilə yaşadıqları Goranboy rayonu, Əhmədabad kəndinə gəlib həmin gün saat 22 radələrində kəndə çatdıqdan sonra taksidən düşərək kəndarası torpaq yolla evlərinə doğru piyada hərəkətdə olarkən toy məclisində qəbul etdiyi spirtli içkinin təsiri altında alkoqol sərxoşluğu vəziyyətində ucadan ünvansız nalayiq ifadələr işlədərkən, Zərərçəkmiş şəxs həmin nalayiq ifadələri öz ünvanına aid olmasını zənn etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun onu itələyib yerə yıxması və Şahid3 onu təpiklə vurmasından sonra Şahid1 və Şahid2 tərəfindən aralaşdırılmalarına və Zərərçəkmiş şəxs ondan 2-3 metr kənarlaşmasına baxmayaraq, qisas almaq məqsədilə yerdən götürdüyü iri daş parçasını ataraq Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vurub sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah nahiyəsinin epidural qansızması, baş-beyin kürələrarası lövhələrinin hematoması, alın sümüyünün solda kəllə əsasına və orbitin yuxarı damına keçən az yerdəyişən sınıqları, üzün və sol göz almasının yumşaq toxumalarının əzilməsi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə, həmçinin təqsirləndirilən şəxsin həmin cinayət əməlinin onun tərəfindən törədilməsinə dəlalət edən işin faktiki halları ilə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 04 mart 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində toy məclisində olmuşdur. Toy qurtardıqdan sonra taksi ilə yaşadıqları Əhmədabad kəndinə gəlmişlər. Taksi ilə Şahid2, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3la birlikdə gəlmişlər. Kənddə asfalt yolun qurtaracağında taksidən düşmüşlər. Təxminən 50- 60 metr getdikdən sonra yol iki yerə ayrılırdı. Həmin vaxt o, söyüşlə zarafat eləmişdir, lakin həmin söyüşün Zərərçəkmiş şəxs aidiyyəti olmamışdır. Zərərçəkmiş şəxs demişdir ki, “kimləsən?”, o isə demişdir ki, “sənlə deyiləm”. Ordakılar da Zaura demişlər ki, “Mühit sənə demirdi”. Zərərçəkmiş şəxs isə demişdir ki, “o sözü mənə dedi”. Zərərçəkmiş şəxs ona tərəf gəlmişdir. Onların arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ögey qardaşı Şahid3 onu iki dəfə təpiklə vurmuşdur. O, yerdən daş götürüb atmışdır. Onun qabağında üç nəfər olmuşdur, həmin daş onlara da dəyə bilərdi. Lakin daş Zərərçəkmiş şəxs dəymişdir. O, daşı qorxusundan atmışdır. Zaur və Elşən onun üstünə düşmüşlər. O da özünü müdafiə etmək üçün daşı Zaura tərəf atmışdır. O, daşı qəsdən atmamışdır. Düşünmüşdür ki, daş bəlkə başqa yerinə - sinəsinə, ürəyinə dəyər. O, düşünməmişdir ki, daş Zaurun gözünə dəyər. Sonra o, evə getmişdir. O, sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Onlar hadisə vaxtı içkili olmuşlar, həmin hadisə isə anlaşılmazlıq nəticəsində baş vermişdir. O, Zərərçəkmiş şəxs müalicəsi ilə əlaqədar yardım da göstərmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs müalicəsi ilə əlaqədar 2000-2500 manat pul ödəmişdir, lakin həmin ödənişləri etdiyini təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. 04 mart 2023-cü il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində toy məclisindən çıxıb Əhmədabad kəndində evinə gedərkən kəndin girəcəyində asfalt yolda Təqsirləndirilən şəxs evindən təxminən 40 metr kənarda taksidən düşmüşlər. Öz evi istiqamətində yolda gedərkən Təqsirləndirilən şəxs içkili halda onların arxasınca nəsə deməyə başlamışdır. Təqsirləndirilən şəxs içkili olduğuna görə fikir verməmişlər. Sonra yol ayrıcında o, ögey qardaşı Şahid3la öz evlərinə tərəf gedərkən Təqsirləndirilən şəxs onun arxasınca söyüş söyməyə başlamışdır. O, demişdir ki, “ay Mühit, kimə deyirsən?” Təqsirləndirilən şəxs onun üstünə doğru gəlmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, “ay Mühit, hamı yeyib-içib, qanqaraçılıq salma, çıxıb evimizə gedək”. Təqsirləndirilən şəxs yenə söyüş söyməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs kiməsə zəng etmişdir ki, “gəlin görək bunlar nə deyir belə”. Danışıb telefonu cibinə qoyandan sonra Təqsirləndirilən şəxs onun qardaşı Şahid3 boğazından tutmuşdur. Şahid3 heç kimlə dalaşan deyil. O, araya girib onları aralamış və Təqsirləndirilən şəxs sinəsindən tutub itələmişdir. Orada olan Şahid2lə Şahid1 onları aralaşdırmışlar. Təqsirləndirilən şəxs qəfildən yerdən daşı götürüb ona atmışdır. Daşın dəyməsi nəticəsində onun kəllə-beyin sümüyü qırılmış, həmçinin görmə qabiliyyətini də itirmişdir. Təqsirləndirilən şəxs daşı ona atanda o, aşağı çökmüşdür. Sonra yanındakı şəxslər su, dəsmal gətirmişlər. Onun ağzından, burnundan qan gəlirmiş. Ona ilkin tibbi yardım göstərmişlər. Sonra onu evə aparmışlar, o, çox qan itirdiyinə görə artıq özündə olmamışdır. Təcili-tibbi yardıma zəng etmişlər və təcili- tibbi yardım xidməti onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda verilmiş suallara cavaq olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onun müalicəsi ilə əlaqədar olaraq bir dəfə 890 manat, bir dəfə isə 50 manat, yəni ümumilikdə 940 manat pul ödənilmişdir. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, təqsirləndirilən şəxsdən şikayətçidir və ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə toy mərasimindən sonra taksi ilə yaşadıqları Goranboy rayonunun Əhmədabad kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, sonuncunun qardaşı Şahid3, o, Şahid2 birlikdə olmuşlar. Onlar taksidən düşüb kəndin içində yolla gedərkən Təqsirləndirilən şəxs zarafatla söyüş söymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs demişdir ki, “məni söyür?”, onlar isə demişlər ki, “yox, səninlə deyil”. Sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə etməyə başlamışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələyib yerə yıxmışdır. Sonra Təqsirləndirilən şəxs əyilib daşı götürüb atmışdır. Daş Zərərçəkmiş şəxs dəymişdir. Daha sonra isə Zərərçəkmiş şəxs evə aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə onlar toy mərasimində yeyib- içib çıxdıqdan sonra, taksi ilə yaşadıqları Əhmədabad kəndinə gəlmişlər. Kəndin içində o, Təqsirləndirilən şəxs, Şahid1 birlikdə, Zərərçəkmiş şəxs isə qardaşı Şahid3 ilə birlikdə gedirmişlər. Onlar toydan çıxıb hamısı taksi ilə birlikdə gəlmişlər və taksinin pulunu da Zərərçəkmiş şəxs vermişdir. Onlar yaşadıqları kəndə çatıb, taksidən düşdükdən sonra kənddə yolla gedərkən Zərərçəkmiş şəxs və qardaşı Şahid3 onlardan təxminən 50-100 metr kənarda gedirmişlər. Sonra Təqsirləndirilən şəxs söyüş söymüşdür, Zərərçəkmiş şəxs isə elə bilmişdir ki, Mühit onu söyür. Zərərçəkmiş şəxs demişdir ki, “məni söyür?”, o isə demişdir ki, “yox, başqasını söyür”. Sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə düşmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tutub yerə yıxmışdır, Zaurun qardaşı Şahid3 da Mühiti təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs yerdən daş götürüb atmış və Zərərçəkmiş şəxs dəymişdir. Zərərçəkmiş şəxs “gözüm, ay gözüm” deyəndə baxıb görmüşlər ki, Zaurun gözündən qan gəlir. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ögey qardaşıdır. 04 mart 2023-cü il tarixdə toy mərasimindən çıxıb yaşadıqları Əhmədabad kəndində yolla gedərkən Təqsirləndirilən şəxs söyüş söymüşdür. Qardaşı Zaur demişdir ki, “mənləsən?”, sonra Təqsirləndirilən şəxs onların yanından keçərək onun yaxasından tutmuşdur. Qardaşı Zaur onları aralamışdır. Sonra Təqsirləndirilən şəxs qardaşı Zaurun üstünə getmişdir. X9 Əliyevin arasında mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Zauru daşla vurmuşdur. Qardaşı Zaur yerə yıxılmışdır. Qardaşına ilkin tibbi yardım göstərmişlər, sonra isə evə aparmışlar. Şahid3 ifadəsinin sonunda verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs çox içkili olmuşdur. Mübahisə zamanı o və qardaşı Zaur Təqsirləndirilən şəxs vurmayıblar. Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs vurmaq üçün daşı atmışdı. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 Mingəçevir şəhər şöbəsinin məhkəmə-tibb eksperti olmaqla həmin şöbənin rəisi vəzifəsində işləyir. Hazırki cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2023-cü il tarixli, 214 nömrəli rəyi onun tərəfindən verilmişdir. O, verdiyi həmin ekspertiza rəyini təsdiq edir. Həmin rəyin təsviri hissəsində “ilkin məlumat kimi göstərilən “deməsinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onun başına vurmuşdur” cümləsində tarixin xx.xx.2023 göstərilməsi texniki səhvdir. Belə ki, ekspertiza rəyləri kompüterdə yazılaraq tərtib olunur və icraatda olan işlərin çoxluğu ilə əlaqədar rəyin təsviri hissəsində tarixin o cür yazılması texniki səhv olmuşdur. Həmin tarix rəyin nəticə hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il kimi oxunmalıdır. Yəni, rəyin nəticə hissəsi düzgündür və həmin rəyi təsdiq edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 75-76). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid2 və Zərərçəkmiş şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 79-80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 77-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, şahidlər Şahid2 və Şahid3 üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 71-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, şahidlər Şahid1 və Şahid3 üzləşən zaman onlar Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını hər ikisi təsdiq edərək bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 81-82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs üzləşən Şahid3 Təqsirləndirilən şəxs daşla qəsdən Zərərçəkmiş şəxs vurmasını təqsirləndirilən şəxsin üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 73-74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 Mingəçevir şəhər şöbəsinin məhkəmə-tibb ekspertizasının 11 aprel 2023-cü il tarixli, 214 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlərbaş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah nahiyəsinin epidural qansızması, başbeyin kürələrarası lövhələrinin hematoması, alın sümüyünün solda kəllə əsasına və orbitin yuxarı damına keçən az yerdəyişən sınıqları, üzün və sol göz almasının yumşaq toxumalarının əzilməsi qərarda göstərilən müddətdə və səraitdə, yəni xx.xx.2023-cü il tarixdə hər hansı bir bərk küt alətlə, o cümlədən daş parçası ilə zərbə nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində olan xəsarətləri özü-özünə yetirməsi az inandırıcıdır (iş vərəqə: cild İ, səh. 19-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 Goranboy şöbəsinin məhkəmə-tibb ekspertizasının 15 mart 2023-cü il tarixli, 131a nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədəni üzərində müəyyən edilmiş xəsarət(lər)- qarının ön divarının sol yan səthinin və sol bazunun hematomaları küt əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 17-18). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Gəncə regional ambulator şöbəsinin 12 sentyabr 2023-cü il tarixli, 567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir və hazırda da onda psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 98-99). Cinayət işinin materiallarına əlavə edilmiş 31 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan götünür ki, Zərərçəkmiş şəxs və Şahid3 barəsində ayrıca cinayət işi ayrılaraq istintaq aparılmışdır (iş vərəqə: cild İ, səh. 100-108). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 134-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 51). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 55). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh. 56-58). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ağır cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, özünü müdafiə etmək üçün daşı atdığını və daşı qəsdən atmadığını bildirməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun daha ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyini sübut etməkdə kifayət edən mötəbər və təkzibedilməz sübutlarla, həmçinin cinayət işinin faktiki halları ilə tamamilə təkzib edilmişdir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallarından görünür ki, cinayət hadisəsi baş verməmişdən əvvəl şəxsi münasibətlər zəminində yaranmış mübahisə məhz Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında yaranmışdır. İş üzrə şahidlərin, zərərçəkmiş şəxsin, hətta təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə yarandıqdan sonra Təqsirləndirilən şəxs atdığı daşla Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində həmin cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsində səbəbinin özünü müdafiə ilə əlaqədar olduğunu bildirsə də, onun elə həmin ifadəsi ilə daşı qəsdən atmasını və bununla zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin əməli özünü müdafiə etmək məqsədilə törətdiyini bildirsə də, həm cinayət işinin materialları ilə, həm də məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, eyni zamanda maddi sübut və ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-256/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-256/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver