Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-256/2025 18.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X2 təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Həbib” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, aralarında olan cinayətkar razılaşmaya əsasən “Həbib” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxt və şəraitdə məlum olmayan qeyri-şəxs(lər) vasitəsi ilə Kürdəmir rayonu ərazisində yol kənarındakı “Nar” restoranı yaxınlığında, üzərində “Radar” yazılmış yol nişanının aşağı hissəsinə yerləşdirilmiş külli miqdarda çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü ildə əldə edib bir hissəsini üzərində, qalan hissəsini isə taksi kimi istifadə etdiyi tanışı, cinayətə aidiyyəti olmayan Şahid1 idarə etdiyi “Vaz 2106” markalı **-EO-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub saxlamaqla ünvan 1 ünvanı yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 03:35-də qeyd edilən ünvanda saxlanaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 05:35-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,65 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 mart 2024-cü ildə saat 06:25-dən etibarən Şahid1 idarə etdiyi Bərdə RPŞ-yə gətirilmiş “Vaz 2106” markalı, **-EO-*** qeydiyyat nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sintetik torbanın içərisində 17 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qram, 960,0 qram, 945,0 qram, 970,0 qram, 960,0 qram, 965,0 qram, 965,0 qram, 970,0 qram, 970,0 qram, 945,0 qram, 965,0 qram, 970,0 qram, 1070,0 qram, 970,0 qram, 1065,0 qram, 965,0 qram və 970,0 qram olmaqla ümumi təmiz çəkisi 16 kq 650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiahm üzrə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib göstərdi ki, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmiş, bir neçə dəfə sonuncunun göndərdiyi və xatırlamadığı bank kartına hər dəfə 100 manat və sair məbləğ pul göndərməklə narkotik vasitə əldə edib istifadə etmişdir. Saxlanıldığı gün də Kürdəmir rayonu ərazisində olan və mobil telefonuna göndərilmiş konum (məkan) üzrə qonşusu taksi fəaliyyəti ilə məşğul olan Sənan adlı şəxslə getmişdir. Sənanın onun ora niyə getməsi barədə məlumatı olmamış, özü də ona heçnə deməmişdir. Ona göndərilən həmin bükümü götürüb üzərində saxlamış, gecə Bərdə rayonuna qayıtmışlar. Qapısının ağzında dayandıqdan sonra, mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitə daşıdığını demiş, hər ikisini Bərdə RPŞ-yə aparmışlar. Üzərindən şəxsi istifadəsi üçün götürdüyü bükümdə narkotik vasitə aşkar edilmiş, lakin polis əməkdaşları həmin bükülünü ondan alıb üzərinə başqa büküm qoymuş, həmçinin gəldikləri maşının baqajına da iri bir torba yerləşdirib guya həmin bağlamanın arxası ilə getdiyini deməyi, əks təqdirdə narkotik vasitənin evindən çıxacağını demişlər. Ona qarşı fiziki zorakılıq edilməsə də, polislərinin dediklərini eləyəcəklərini, yəni narkotiki aparıb evinə qoyub ailə üzvlərini incidəcəklərindən ehtiyat etdiyi üçün onların dediyi ilə razılaşmış, həm üzərinə qoyduqları bükümü, həm də sonradan maşına keçirilmiş baxış zamanı olan bükümləri guya İran İslam Respublikası vətəndaşının Kürdəmir rayonuna qoyduğunu və onları bir yerdən götürüb başqa yerə aparmağa razılaşdığını, əvəzində isə ona iranlının narkotik vasitə verməyi öhdəsinə götürdüyünü demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, tutulmamışdan bir neçə gün əvvəl ona yazılan narkotik vasitə almaq barədə mesajlardan xəbəri yoxdur. Həmin mesajları ona kimin yazdığını bilmir, ehtimal edir ki, həmin mesajları qəsdən polis əməkdaşları əvvəlcədən özləri sonra tutulanda guya narkotik vasitə satıcısı kimi göstərilməsi məqsədilə qəsdən etmişlər. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və iri kisədə olan narkotik vasitələr ona məxsus deyil, ona aid olan arxası ilə gedib götürdüyü təxminən 100 qrama yaxın narkotik vasitəni isə polislər çəkilişdən əvvəl götürüb yoxa çıxartmışlar. Məhkəmədən ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, ... əvvəllər iki dəfə narkotik vasitə istifadə etdiyi üçün məhkum edilmişdir. 2013-2014-cü illərdə cəzaçəkmə müəssisəsində olarkən orada Həbib adlı İran vətəndaşı ilə tanış olmuş, münasibəti yaranmış 2019-cu ildə azadlığa çıxandan sonra öz istifadəsi üçün heroin lazım olanda Həbiblə əlaqə saxlamış, ona narkotik göndərmişdir. Hərə dəfə Həbibin dediyi xatırlamadığı karta pul göndərmiş və ondan 10-15 qram “mal” almışdır. 09 mart 2024-cü ildə axşam Həbib ona zəng edib Kürdəmirdə nəşə olduğunu, götürüb Bakıya aparmağı, əvəzində ona da çəkməyə “nəşə” verəcəyini demişdir. Nəşənin nə qədər olacağını bilməmişdir. Danışıq zamanı Həbib malı götürüb müvəqqəti saxlamağı növbəti gün Bakıya aparıb yerləşdirməyi demişdir. Avtomobili olmadığı üçün qonşusu, taksi fəaliyyəti ilə göstərən Sahillə əlaqə saxlayıb gedib-gəlməli olduqları yer olduğunu, bir nəfərlə görüşüb yük götürəcəyini demişdir. Rayonda adətən Sahildən taksi kimi istifadə edib pulu verdiyi üçün onunla narkotik vasitəni götürməyə getməyi fikriləşmişdir. Axşam saat 22 radələrində Sahilin istifadəsində olan qeydiyyat nişanını xatırlamadığı “Vaz 2106” markalı avtomobil ilə Bərdədən çıxmış, yolda Həbiblə üstüörtülü danışmışdır ki, Sahil heçnə başa düşməsin. 10 mart 2024-cü ildə saat təxminən gecə yarı Kürdəmirə çatmış, Həbibin ona göndərdiyi konum üzrə avtomobil yolundan Kürdəmirə dönən tərəfdə “Nar” restoranı yaxınlığına getmiş, Sahili biraz irəli sürdürmüş, özü düşüb yolun kənarında üzərində “Radar” yazılmış yol nişanının aşağı tərəfində olan böyük kisə və yanındakı balaca torbanı götürmüş, bükümü cibinə qoyub kisəni də götürüb Sahilin avtomobilinə yaxınlaşmış, arxa yük yerini açıb kisəni ora qoymuşdur. Yolda yük yerindən nəşənin iyi gələndə Sahil ondan nə qoxu olduğunu soruşmuş, O isə guya kisədəkilərin köhnə paltar olduğunu, uzun müddət qaldığı üçün kifləndiyini demişdir..... Bərdədə evinin qarşısında Sahil avtomobili saxlamış və o, avtomobildən düşmüş kisəni götürmək üçün baqajı açanda üç nəfər mülki geyimli şəxs yaxınlaşıb polis olduqlarını onun qanunsuz külli miqdar narkotik vasitə dövriyyəsində şübhəli olduğunu deyib, onları Bərdə Rayon Polis Şöbəsinə aparmışlar..... Şöbənin inzibati binasında şübhəli şəxs kimi tutulmuş, axtarış vaxtı 1 ədəd içində nəşə olan şəffaf sellofan torbanı çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan “Həbib” adlı şəxsin ona göndərdiyi məkana, yəni Kürdəmir rayonu ərazisindən götürdüyünü demişdir. Üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan torba çəkilib ağ rəngli zərfə qoyulub yolda da qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış vaxtı ona məxsus “Samsung” markalı mobil telefon da götürülmüşdür. Şifahi sorğu zamanı Kürdəmir rayonuna gedib oradan bağlama götürdüyünü, həmin bağlamanın da Şahid1 avtomobilində olduğu demişdir... Sonra Şahid1 idarə etdiyi “VAZ 2106” markalı avtomobilə avtomobilə baxış keçirilmiş, yük yerindən bir ədəd narıncı rəngli polietilen kisəni təqdim edib içindəkiləri yerə tökmüş kisənin içərisində 17 ədəd olmaqla hər bağlama içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bağlamalar da yığılıb çəkilərək qablaşdırılmış, şifahi sorğusual zamanı aşkar edilmiş maddəni Həbib adlı şəxsin göndərdiyini onu aparıb səhəri günü Bakıya qoyacağını demişdir....Məqsədi ancaq narkotik vasitə istifadə etmək olmuş, İran İslam Respublikasının vətəndaşı Həbibdən göndərilən narkotik vasitənin dediyi ünvana qoymaq müqabilində özü üçün narkotik vasitə əldə etmək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bərdə rayonunda özünə məxsus olan “Vaz 2106” markalı **-EO-*** qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Ruslanı qonşu kimi tanımış, normal münasibətləri olmuşdur. Ruslan tez-tez onun taksi xidmətindən istifadə edib pul vermişdir. 09 mart 2024-cü ildə axşam evdə olarkən Ruslan zəng edib Kürdəmirə gedib qayıtmalarını bir nəfərdən yük götürəcəyini demişdir. Yol haqqını hara gedəcəklərini dəqiq bilmədiyi üçün deməsə də, təxminən 50 manat alacağını fikirləşmişdir. Təxminən 22 radələrində “Vaz 2106” markalı **-EO-*** qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonuna getmiş, yolda Ruslan kiminləsə danışmış və həmin şəxs ona məkan göndərmişdir. Ruslanın danışdığı şəxsin kim olduğunu bilməmiş, yük götürəcəyi adam olduğunu güman etmiş yol boyu arabir söhbətləri ümumi məişət problemləri ilə bağlı olmuşdur. 10 mart 2024-cü ildə gecə yarı Kürdəmirə çatmış, magistral yoldan Kürdəmirə dönərək “Nar” restoranı yaxınlığına sürmüş, oraya çatanda Ruslan biraz qabağa sürməsini tualetə getməsini demiş, Ruslan avtomobildən düşüb təxminən 5-10 dəqiqə sonra geri qayıtmış, ona arxa yük yerini açmağı demiş, bir kisə qoymuşdur. Yolda yük yerindən kəskin qoxu gəldiyi üçün Ruslandan nə olduğunu soruşanda Ruslan kisədə köhnə paltar olduğunu demişdir. Təxminən gecə 03-04-də Bərdəyə çatıb avtomobili Ruslangilin evinin qarşısında saxlamış, Ruslan avtomobildən düşəndən sonra üç nəfər mülki geyimli şəxs yaxınlaşıb narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib hər ikisini Bərdə Rayon Polis Şöbəsinə aparmış, orada şəxsi axtarış aparmışlar. Ondan heçnə çıxmasa da, Ruslanın üstündən 1 ədəd sellofan torba çıxmış, Ruslan həmin torbada nəşə olduğunu demişdir. Sonra isə onun avtomobilinə yük yeridən Ruslan açıb kisə götürmüş, içində narkotik olduğunu demişdir. Həmin kisədə xeyli iri bükümlər olmuş, hər bağlama içərisində narkotik vasitə olan “nəşə” olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 09 mart 2024-cü ildə Bərdə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuş, şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat müvəkkilləri X3 və X4 ilə birlikdə Bərdə rayonuna gəlmiş 10 mart 2024-cü ildə gecə Təqsirləndirilən şəxs küçədə “Vaz 2106” markalı **-EO-*** qeydiyyat nişanlı avtomobilin yanında başqa bir nəfər şəxslə saxlamış, onlara qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı saxlanıldıqlarını demişlər. Lakin digər şəxs avtomobilin sürücüsü olduğunu, heçnə bilmədiyini Bərdə sakini və Ruslanın qonşusu olduğunu demişdir. Onları maşınla birlikdə şöbəyə aparmış, maşını da şöbənin həyətinə yerləşdirmişlər. Təqsirləndirilən şəxs üçün vəkil çağırılmış və üzərinə vieoçəkilişlə şəxsiaxtarış aparılmışdır. Üzərində qanunsuz saxladığı əşyalar varsa, verməsi təklif edildikdə Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonu və əşyaları ilə birlikdə 01 ədəd sellofan torba təqdim etmiş, içində “nəşə” olduğunu və göndərilmiş məkan ilə Kürdərmir rayonundan götürüb gətirdiyini bildirmişdir. Həmin kütlə çəkilib qablaşdırılmış, başqa hardasa narkotik vasitə saxlayıb saxlamadığı soruşulanda Ruslan Sahilin “Vaz 2106” markalı, **-EO-*** qeydiyyat nişanlı avtomobilin baqajında kisə içərisində də narkotik vasitə olduğunu demişdir. Kisəni də şəxs özü təqdim etmiş və oradan 17 ədəd bağlamada qurudulmuş marixuana aşkar olunmuş, həmin bağlamaları İran İslam Respublikası vətəndaşından əldə etdiyini aparıb sonuncunun deyəcəyi yerə qoyacağını əvəzində isə ona marixuana veriləcəyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq olmamış, O özü Polis Şöbəsinə gətirilib təhqiqatçıya təhvil verilmiş, sonradan da üzərində və maşında olan saxladığı marixuanaları təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs küllimiqdar satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, gəzdirməsi və saxlaması barədə DİN BNMİ-nə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə BNMİ rəisinin əmri ilə 3-13-7/Ə-97/2024 saylı əmri ilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin gün əməliyyata qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 03:35-də yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekspertizasnın 10 mart 2024-cü il tarixli 3-16-16/2-7/404 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış bir ədəd zərfdə sellofan bükülüdə təmiz çəkisi 20,65 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd narıncı rəngli sintetik torbada ümumi sayı 17 (on yeddi) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 960 qram, 945 qram, 970 qram, 960, qram, 965 qram, 965 qram, 970 qram, 970 qram, 945 qram, 965 qram, 970 qram, 1070 qram, 970 qram, 1065 qram, 965 qram, 970 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd zərfdə və bir ədəd sintetik torbada ümumi sayı 17(on yeddi) ədəd sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi -16670,65 qram(16 kq 670,65 qram), cəmi tədqiqata sərf edildi 0,9 qram (hər obyektdən 0,05 qram). qalıq -16669,75 qram (16 kq 669,75 qram.) İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli 3232 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü protokol və əlavəsi olan DVD diskədən görünür ki, Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, və digər şəxsi əşyalarla birgə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Şifahi sorğu sual zamanı həmin narkotik vasitəni Kürdəmir rayonu ərazisindən İİR vətəndaşı Həbib adlı şəxsin göstərdiyi konum vasitəsilə göndərdiyini demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokol və əlavəsi olan DVD-dən görünür ki, Bərdə RPŞ-nin Şahid1 idarə etdiyi “Vaz 2106” markalı **-EO-*** qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən 01 ədəd narıncı rəngli torbanın içərisində 17 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana təqdim etmiş, həmin narkotik vasitəni də üzərindən aşkar edilmiş digər bükümlə birlikdə Kürdəmir rayonundan götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Baş Narkotiklərlə Mübarizə idarəsindən verilən xx.xx.2024-cü il tarixli, 3-13-7/2- 2450/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığını, qanunsuz əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilsə də, İran İslam Respublikası vətəndaşı “Həbib” adlı şəxsin kimliyini, Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsi, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əvvəllər 3 dəfə müxtəlif vaxtlarda şəxsi istehlak miqdarından artıq narkotik vastiə əldə etməsinə görə məhkum edilmiş sonuncu dəfə xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü ildə saat 19:58-də “Abi, 150 manat pul var, mah e yox de maşin qapidaken gelim qaydim 2 yarm” xx.xx.2024-cü ildə” saat 17:20-də ***-***-**-** saylı mobil nömrədən “Qaqam çixim bir dene bir, bir dene de bir, 2 dene ayri-ayri məzmunlu mesajlar gəlmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 16669,75 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış avtomobilə baxışa dair 2 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxsin həm işin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istintaq hərəkəti protokollarına və əlavələri olan videoçəkilişlər olan disklərə məhkəmə baxışında tədqiq edilmiş digər tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti məlum olmayan qabaqcadan əlbir olan şəxs(lər)lə satış məqsədilə külli miqdar narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq avtomobildə saxlamışlar. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il 8 №-li qərarının 6-cı bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.8-ci maddəsində birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi .....qiymətləndirilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununa əsasən narkotik vasitə olan marixuanın kannabis külli miqdarı 500 qramdan 50000 qramadək olan miqdarı başa düşülür. Məhkəmədə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və avtomobildən təqdim etdiyi narkotik vasitə olan bükümlərin ona məxsus olmadığını, Kürdəmir rayonuna da ona şəxsi istifadəsi üçün göndərilmiş narkotik vasitəni götürmək üçün getdiyini, Bərdə rayonuna qayıtdıqdan sonra Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Bərdə RPŞ-yə aparıldığını, orada olduğu müddətdə ona psixi təzyiq göstərilərək üzərindəki narkotik vasitəni götürüb əvəzinə başqa büküm verdiklərini, sonradan da maşına qoyduqları narkotik vasitəni guya “İranlı”nın göndərdiyini, həmin narkotik vasitəni Bakı şəhərinə aparıb sonuncunun dediyi ünvana qoyacağını, əvəzində ona da narkotik vasitə verilməsinə razılaşdığını bildirməyi dediyini bildirmişdir. Məhkəmə həmin ifadələri şəxsin həmin ifadələrini digər sübut növləri ilə inkar edildiyindən şəxsin öz ifadəsindən başqa digər hər hansı halla təsdiqini tapmadığından həmin ifadələri sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Təqsirləndirilən şəxs bütün məhkəmə baxışı zamanı Kürdəmir rayonuna öz istifadəsi üçün narkotik vasitə olan marixuana götürməyə getdiyini etiraf etmiş, miqdarını isə az təxminən 100 qrama yaxın olduğunu, həmin narkotik vasitənin pulunu da əvvəlcədən şəxsin göndərdiyi bank kartına göndərməklə əldə etdiyini bildirmişdir. Lakin məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, ibtidai araşdırma dövründə onun üzərindən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitənin əldə edilməsi üçün pulun göndərildiyi kart, digər şəxslə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməyə yönələn cəhdlərini təsdiq edən yazışma və fotoşəkillər aşkar edilməmiş, təqsirləndirilən şəxs məhkəmə baxışında dəfələrlə pul göndərdiyini iddia etdiyi bank kartı rekvizitlərini bildirməmiş, ümumi şəkildə kartı xatırlamadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən məlumatlar şəxsin mobil telefonunda olduğu təqdirdə ittiham tərəfinin bunu müəyyən edə bilməməsi, kart sahibi ilə bağlı müvafiq araşdırma aparmaması, eləcə də ittiham tərəfi üçün mühüm sübut olan narkotik vasitələrin dövriyyəsi ilə bağlı səs və mətn mesajlarının çıxarılaraq iş materiallarına əlavə etməməsi ağlabatan və inandırcı deyil. Əks təqdirdə bu təhqiqat orqanın əməkdaşlarını yol verdiyi kobud qanun pozuntusu kimi qiymətləndirilməklə xüsusi qərar qəbulu ilə nəticələnə bilərdi. Təqsirləndirilən şəxs özü də ifadələrinə dəlil olaraq göstədirdiyi yuxarıda qeyd edilən halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı dövründə müdafiə tərəfinin tək vəsatəti mobil rabitə operatorundan məhkəmə qərarı ilə əldə edilmiş məlumatlarda olan sms yazışmalardakı qarşı tərəfin (mesaj yazan) şəxsin müəyyən edilməsi ilə bağlı olmuşdur. Həmin hala məhkəmə baxışında tədqiq edilsə də Təqsirləndirilən şəxs ittiham verilmədiyindən və hazırki baxılan iş epizod üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin halın araşdırılmasını lüzumsuz işin məhkəmə baxışının yubadılması cəhdi kimi qiymətləndirərək təmin etməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə 2 (iki) dəfə istintaq hərəkəti (şəxsi axtarış və avtomobilə baxış) videoçəkilişlə qeydə alınaraq fasiləsiz aparılmış, şəxs özü hər iki istintaq hərəkəti zamanı müstəqil ifadə və izahlar vermiş, ona qarşı polis əməkdaşları yaxud qeyrişəxslərə tərəfindən hər hansı fiziki və psixi zorakılığa məruz qalmasını birbaşa yaxud dolayısı yolla ifadə etməmiş, buna dair məhkəmə baxışında hər hansı şübhə yaranmamışdır. Həmin istintaq hərəkətlərində müdafiəçisi olan vəkilin iştirakı, çəkilişin fasiləsizliyi təqsirləndirilən şəxsə iddia etdiyi qanunsuzluqlara məruz qalmasını kifayət qədər imkan yaratsa da, o nəinki barəsində aparılan hərəkətlərə etiraz etməmiş, əksinə məhkəmənin nəzərində törətdiyi əməldən səmimi peşmançılığını ifadə edən formada narkotik vasitələri təqdim etmiş, əldə etmə mənbəyi, vaxtı və məqsədi barədə ətraflı məlumat vermişdir. Məhkəmənin qənaətinə görə iştirakçılıqla törədilmiş (qabaqcadan əlbir olan bir qrup şəxs halında) hazırki əməl üzrə Təqsirləndirilən şəxs iştirakı narkotik vasitələrin yerini (öz deməsinə görə şəxsi istifadə üçün narkotik vasitə əldə etmək) dəyişmək məqsədi daşıyan kuryerlik və narkotik vasitənin təyinat nöqtəsinə çatdırılmasından ibarət olmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibi vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Göstərilənlərə əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Aşkar edilərək dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı, realizə ediləcəyi təqdirdə təkcə region üzrə deyil respublikada əsaslı kütləyə malik olacağı və külli miqdar qanunsuz gəlir əldə edilmə mümkünlüyü, məhkəmə praktikasına əsasən narkotik vasitələrin dövriyyəsində iştirak edərək asan qazanc əldə etmə meylli kriminal aləmə meylli şəxslərin kifayət qədər çox olması, yüngül cəza ilə məsuliyyətdən yaxa qurtarmaya dair əsassız ehtimalların yaranmasına və beləliklə də ədalət mühakiməsinin mənafelərinə zərbə vurulmasına gətirib çıxara bilər. Odur ki, əsassız şübhələrin qarşısının alınması üçün, həmçinin cəzanın məqsədlərini və və ədalət mühakiməsinin mənafeyini nəzərə alan məhkəmə tərkibi təqsirləndirilən şəxsə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzanın orta həddən yuxarı təyin edilməsini məqsədəmüvafiq hesab edir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sonra qalıq çəkisi 16669,75 qram qalmış narkotik vasitə olan 17 bağlamada olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olan 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, keçirilmiş şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəxsin təqdim etdiyi və sonrakı sonrakı istintaq müddətində taleyinə aydınlıq gətirilməmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə, yaxın qohumlarına, yaxud qohumlara qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinsin ona 10 (on il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümummi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburiyyət tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan sonra qalıq çəkisi 16669,75 qram qalmış narkotik vasitə olan 17 bağlamada qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəxsin təqdim etdiyi və sonrakı istintaq müddətində taleyinə aydınlıq gətirilməmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sonuncunun ailə üzvlərinə, yaxın qohumlarına, yaxud qohumlara qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-256/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-256/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver