Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-257/2021 14.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Göygöl (keçmiş Xanlar) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Samux rayonu, İnstitut qəsəbəsi, Bağbanlar kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı Gəncə şəhəri Kəpəz rayonu Natəvan qəsəbəsi Təzə Məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evinə yüngül dərəcəli sərxoş vəziyyətdə gələrək evin dəhliz hissəsində arvadı Zərərçəkmiş şəxs ilə onun evə gec gəlməsinə görə mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs evin mətbəx hissəsindən götürdüyü bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçaqla Zərərçəkmiş şəxs sol tərəf qarın nahiyəsinə qəsdən bir zərbə endirərək qarının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, nazik bağırsaq və piyliyin yaralanması, daxili qanaxma ilə nəticələnmiş insan həyatı üçün təhlükəli xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə Samux rayonunun Yuxarı Ağasıbəyli kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, rəsmi birgə nigahdan 2 övladları, 2012-ci il təvəllüdü Fatimə, 2014-cü il təvəllüdlü oğlu Fərid anadan olmuşdur. Onlar ilk ailə quranda ata evində 4 il birgə yaşamışlar. Ondan sonra atasıgilə evinə yaxın yerdə torpaq sahəsi alıb ev tikmişlər. Həbs edilənədək el arasında “Dubay bazarı” adlanaqn ticarət mərkəzində fəhlə işləməklə ailəsini dolandırmışdır. 03 mart 2021-ci il tarixdə axşam saatlarında o, dayısı oğlu Şahid1 ilə birlikdə Natəvan qəsəbəsində olan “Gədəbəy” yeməkxanasına getmiş, orada yemək yemiş, ikisi yarım şüşə araq içmişlər. Afiqlə bir az söhbət etmiş, daha sonra gecə saat 01 radələrində piyada qaldığı evə gəlmişdir. Afiq yolun kənarı tərəfdə taksi gözləmişdir. Belə ki, Afiq yaşadığı Samux rayonunun Zazalı kəndinə getmək üçün taksi sifariş vermiş, bu səbəbdən onlar evin yanında taksini gözləmişlər. Afiq taksinin gec gəldiyini görüb ona narahat olmamasını, taksi ilə telefonla əlaqə saxladığını, sürücünün çatdığını, özünün gedəcəyini demişdir. O da Afiqin sözündən sonra qapını döyüb evə girəndə Həcər qapını açıb onun üstünə qışqırıb: “evə girmə, çıx get” demiş, o da Həcərə, evin hər iksinin evi olduğunu demiş, Həcər onunla acı danışmış, onu təhqir etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. O, evin açıqlıq olan eyvan hissəsindən mətbəx bıçağını götürüb Həcərin qarın tərəfindən bir zərbə vurmuşdur. Həcəri vuranda sonuncu qışqırmış, səsə Afiq də çöldən gəlmişdir. Etdiyi hərəkətdən peşman olmuş və ağlamağa başlamışdır. O və Afiq sonuncunun evlərinə getməsi üçün çağırdığı taksi avtomobili ilə Həcəri Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya aparmış, orada həkimlər Həcərə ilk tibbi yardım göstərmişlər. Xəstəxanada həkimlər bir az gec gəldiyi üçün “tez olun, qan aparır” deyib qışqırmış, oradakı adını bilmədiyi tibb işçisi də həkim çağırıb gələcəyini demişdir. Həcərə ilk tibbi yardım göstəriləndən sonra Həcərin anası Sevinc də oraya gəlmiş, Həcəri əməliyyat olunması üçün X16 xəstəxanasına gətirmişlər, həkimlər də Həcərin bıçaqlanmasını bilmişlər. Bundan sonra oraya polislər gəlmiş, o, hadisə barədə polislərə bildirmiş, onun səxoşluğu yoxlanılmış, yüngül dəcərəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Sonra hadisə barədə izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Həcəri bıçaqla vurduğu yeri göstərmiş, sonra da bıçağı təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, tutduğu əməldən olduqca peşmandır. 2 azyaşlı övladına görə məhkəmə tərəfindən ona mərhəmət göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuş, birgə nigahlarından iki övladları vardır. Ailə qurandan sonra bir müddət Elminin ata evində yaşamışlar. Sonra Gəncə şəhəri Natavan qəsəbəsində Yeni Məhəllələrdən torpaq sahəsi alıb hər ikisinin valideyinlərinin köməkliyi ilə ev tikmiş və orada yaşamağa başlamışlar. 03 mart 2021-ci il tarixdə Elmin günorta saatlarından sonra evdən çıxıb getmiş, 3 gün əvvəl də evə gəlməmişdir. Buna görə aralarında narazılıq yaranmışdır. 04 mart 2021-ci il tarixə keçən gecə o və uşaqları evdə yatan zaman qapı döyülmüş, o, qapını açanda Elminin gəldiyini görmüşdür. Əsəbi olduğu üçün Elminin evə gec gəlmisinə acığı tutmuş, Elminin içkili olduğunu görüb evə girməməsini tələb etmişdir. Bu səbəbdən Elminlə aralarında mübahisə yaranmışdır. Elmin eyvandakı şkafın üsdündən mətbəx bıçağını götürmüş, anidən onun qarın nahiyyəsinə bir bıçaq zərbəsini vurmuşdur. O, Elminin onu bıçaqla vuracağına inanmamış, lakin yaralandığını görüb qışqırmağa başlamışdır. Həmin vaxt Elmin onu qucaqlayıb bagışla deyə ağlamış və ona yalvarmışdır. Sonra Elminin dayısı oğlu Afiqin gəldiyini görmüş, o, uşaqları oyatmamış, anası Sevincə zəng edib sancıları olduğu üçün xəstəxanaya getdiyini, uşaqların evdə tək olduğunu onlara gəlməsini demişdir. Onlar yola çıxanda markasını, nömrəsini bilmədiyi taksi gəlmiş, onlar taksiyə minmiş, lakin taksi sürücüsünə Elminin onu bıçaqla vurduğunu deməmiş, yıxıldığını demişdir. Onlar ilk öncə Gəncə şəhəri Abbas Səhət xəstəxanasına gəlmiş, orada “Covid 19” virusu ilə bağlı giriş qapı bağlı olmuşdur, bundan sonra Elmin tibb bacısı ilə mübahisə etmişdir.Yalnız bundan sonra ona tibbi yardım göstərmişlər. Daha sonra onu TTY xəstəxanasına aparmışlar və onu əməliyyat etmişlər. Elminin əvvəllərdə evə gec gəlməsinə görə aralarında mübahisələri olmuşdur. O da həmin gecə qapını açıb evə gəlməməsini hardan gəlirsə ora getməsini demiş, Elmin də bundan əsəbləşib ona bıçaqla bir dəfə xəsarət yetirmişdir. Hadisə zamanı Elmin onu nə təpiklə, nə də əli ilə vurmamış, cəmi bir bıçaq zərbəsi vurmuş, Afiq bunu görməmiş, Afiq onun səsinə gələndə artıq Elmin onu qucaqlayıb onunla birlikdə ağlamış, ona köməklik etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, əri tutduğu əməldən olduqca peşman olmuşdur. 2 azyaşlı övladına görə məhkəmə tərəfindən ona mərhəmət göstərilməsini israrla xahiş edir. Hazırda maddi dolanışıqları olduqca pisdir. 7 yaşlı oğlu gül sataraq ailəni dolandırır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur, Elminlə münasibətləri normaldır. Elminlə birlikdə Gəncə şəhərində yerləşən el arasında “Dubay bazarı” adlanan ticarət mərkəzində bərabər fəhlə işləyirlər. Elmin anasının xalası nəvəsi Həcərlə ailə həyatı qurmuşdur. 03 mart 2021-ci il tarixdə axşam saatlarında Elmin ona: “gedək axşam çörək yeyək” demiş, o da Elminin təklifini rədd etməmişdir. O, Elminlə bərabər Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən “Gədəbəy” yeməkxanasına gedib orada yemək yemiş, təxminən adama 100 qram da araq içmişlər. Gecə saat 01 radələrində o, Elminə evə getməyin vaxtı şatdığını demişdir. Eminlə bərabər söhbət edə-edə Emingilin qapısına gəlmiş, oradan da yaşadığı evə getmək üçün. taksi sifariş vermişdir, O, Elminə sən gir evə, taksi də indi çatar demişdir. Bundan sonra Elmin qapını döymüş, qapı açılanda o, Həcərin qışqırıq səsini eşitmiş, Elmini qovmasını, Elminə söyməsini eşitmişdir. Daha sonra Həcərin uca səslə qışqırdığını eşitmiş, o, Elminin Həcəri döydüyü fikirləşib Elminin Həcəri vurmaması üçün onları sakitləşdirmək məqsədilə onlara tərəf irəliləmişdir. O, Həcərlə Elminin yanına çatanda Elmininin Həcəri qucaqladığını, hər ikisinin də ağladığını, evin eyvan hissəsində olduqlarını görmüş, o, yaxınlaşanda Həcərin əlini qarın nahiyəsinə tutduğunu görmüş, Elminin də əlində bıçaq olmuşdur. Elmin sanki quruyub qalmış, ona Həcəri bıçaqla vurduğunu bildirmişdir. O, tez yola çıxıb yoldan keçən tanımadığı taksi avtomobilini saxlatmış, Elminlə bərabər Həcəri taksi ilə Abbas Səhhət xəstəxanasına gətirmişlər. Taksi sürücüsü Həcərin bıçaqlanmasını bilməmişdir. Həcər yıxıldığını demişdir. Həcər yolda anası Sevincə zəng vurub xəstəxanaya getmələrini, uşaqlarının evdə tək olmalarını, yatmalarını, tez uşaqların yanına getməsini xahiş etmişdir. X18 adına xəstəxanaya gəlmişlər, taksi sürücüsü onları qoyub geri qayıtmış, onlar xəstəxanaya girəndə 1-ci giriş qapısı bağlı olmuşdur. Oradakı adını bilmədyi tibb bacısı xəstəni digər qapıdan gətirmələrini demiş, Həcərin vəziyyəti pis olduğu üçün Elmin də əsəbiləşmış, orada Elminlə tibb işçisinin arasında mübahisə yaranmışdır. Tibb işçiləri Həcəri qəbul edib ilkin tibbi yardım göstərmişlər, sonra həmin xəstəxananın korona virusa görə bağlı olduğunu, Həcəri tez Gəncə şəhər X16 xəstəxanasına aparmalarını demişlər. Bu vaxt Həcərin anası Sevinc də oraya gəlmiş, Həcər anasına Elmin tərəfindən bıçaqlanmasını deməmiş, onlar Həcəri X16 xəstəxanasına gətirmişlər, onlar oraya çatanda polislər də gəlmişlər, polislərə hadisəni bildirmiş, onlar polisələrə nə baş verməsini demişlər. Polislər Elmini götürüb aparmışlar, o da bir az gözləyib evə gəlmişdir. Elminin dəqiq Həcəri nə səbəbdən vumasını bilməmiş, Həcərin Elmini evə buraxmaq istəmədiyini düşünmüşdür. Belə ki, Həcərin Elmini evdən qovmasını, Elminə söyməsini eşitmişdir. Sonradan öyrənmişdir ki, elə bu səbəbdən Elmin əsəbiləşib bıçaqla arvadını vurmuşdur.. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, Həcər 2011-ci ildə keçmiş Samux rayonunun Bağmanlar qəsəbə sakini, hazırda isə Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi adlandırılan yerdə yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, Həcərlə Elminin bir qız, bir oğlan övladları vardır, rəsmi nigaha daxil olmuşlar. Həcərgil bir müddət ilk ailə qurandan sonra Elminin valideynlərinin yanında yaşamışlar, sonra onlar da köməklik etmiş, Elminin valideynləri də köməklik etmiş, özləri də pul yığıb Natəvan qəsəbəsində Təzə Məhəllələr yaşayış massivindən torpaq almaqla Həcərlə Elmininə ev tikmiş, dayaq durmuşlar. X11 yaxşı yola getmiş, son 3-4 ildə Elmin bazarda işləmiş deyə orada içib evə gəlmişdir. Qazancını ora-bura xərcləmiş, ailəsini yaxşı baxmamış, bu səbəbdən Həcərgilin aralarında soyuqluq yaranmış, Elmini də anasıgil öyrətməyə başlamışlar. O, bunların bu qayda yola getmədiklərini görmüş, Elmin yolundan azdığını görmüş, ona görə də Elmin və Həcər hər ikisi Samux rayonunda qeydiyyatda olduqlarına görə Samux rayon məhkəməsinə müraciət etmişdir. Yaşadıqları evdə Həcərə və azyaşlı uşaqlarına yaşamaq hüququ almış, Elmin bu qayda uşaqlarına baxsın deyə boşanmadan da uşaqlara aliment kəsilmişdir. Onların və digər qohumların təkidi ilə Elminlə Həcər barışmışlar, bir yerdə yaşamağa başlamışlar. Elmin bir müddət Həcərlə yaxşı rəftar etmiş, tutulmamışdan bir-iki ay əvvəl yenə də arağa qurşanmış, gecələr evə gəlmiş, yenə də ailə arasında narazılıq başlanmışdır. O da qızı Həcərə bir az dözməsini, yaxşı olacağını demişdir. 04 mart 2021-ci il tarixə keçən gecə saat 01 radələrində qızı Həcər ona zəng vurub ağrısı tutduğunu, təcili Abbas Səhhət adına xəstəxanaya getdiyini, Elmin apardığını, uşaqların evdə təkcə qalmasını, uşaqların yanına gəlməsini demişdir. O, Həcərlə danışanda Həcər tam danışa bilməmiş, o, nə isə olduğunu hiss etmişdir. Tez Həcərgilə gəlmiş, gələndə uşaqlar yatdığını, evdə heç kəs olmadığını görmüş. O, bundan narahat olmuş, uşaqları yuxudan qaldırıb uşaqları qayını Musahibin qızı Səadətgilə aparıb qoymuş, özü də taksi ilə Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya gəlmişdir. O, xəstəxanaya çatanda həkimlər Həcərə ilk tibbi yardım etdiklərini görmüş, yarasına baxanda bıçaq yarası olduğunu görmüş, o, qızından nə olmasını soruşanda qızım yalandan ona yxılmasını, bıçaq batmasını demiş, Elminlə Afiq də kənarda durmuşdular. Elmin də ağlamış, o, Elmindən nə olduğunu soruşmuş, lakin Elmin heç nə deməmiş, Elmin vurduğunu bilmişdir. Onlar Həcəri sonra X16 xəstəxanasına gətirmiş, orada Həcəri əməliyyat etmişlər, o da Elminin Həcəri bıçaqla vurması barədə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə vermiş, Elmin tutulmuşdur. Lakin sonradan Həcər Elmindən ərizə verdiyi üçün onunla dalaşmış, uşaqlarıda ona salam verməmiş atalarını istəmişlər. O da uşaqlarının olmasını nəzərər alıb şikayətinin etibarsız hesab etməyi xahiş etmişdir. O, qızı Həcərdən nə olduğunu soruşmuş, Həcərdə son vaxtlar Elmin evə gecə gəldiyini, bəzi vaxtlar da ümumiyyətlə gəlmədiyini, içib gəldiyini, Həcər də hadisə günü Elminin yenə də evə gec gəldiyini, içib gəlməsini görüb evdən qovduğunu, Elminə söyəndə Elmin də Həcərə bir bıçaq vurduğunu demişdir. Sonradan baş vermiş hadisə barədə qızı Sevincdən soruşduqda ona məlum olmuşdur ki, Elminlə Həcərin arasında baş vermiş hadisə 2-3 dəqiqə çəkmiş, uşaqları dal otaqda yatmış, uşaqlar hadisəni görməmişlər, Həcərin səsinə Afiq gəlmiş, Afiq gələndə artıq Elmin Həcəri bıçaqla vurmuş, sonra da Həcərə bağışla deyə yalvarmışdır. Həcərgilin evləri bir az kənar yerdə olmuş, yaxın qonu-qonşuları olmamış, hadisəni ayrı heç kəs görməmişdir. Təxminən 3-4 il bundan əvvəl bir dəfə o, Elminin qızı ilə dalaşmasına görə DİN-nin 102 Xidmətinə müraciət etmiş, bir dəfə də qızı Həcər əsəbiləşib müraciət etmiş, elə bir güclü dava-dalaşları olmadıqları üçün ailələrio dağılamsın deyə o da polislər gələndə ərizıə verməmişlər. Elmin 2019-cu ildə evə baxmadığı üçün qızı Həcər rəsmi boşanmaq istəməmiş, aliment tələb etmək və yaşamaq hüququ almaq istəmiş, onlar da Samux rayon məhkəməsinə alimentlə bağlı müraciət etmiş, uşağın birinə 130 manat pul kəsilmiş, Həcərə və uşaqlarına o evdən yaşamaq hüququ verilmişdir. Sonra Həcərgil tez barışmışlar, bir yerdə yaşadıqları üçün Elmin daha aliment də verməmiş, hər dəfə Həcərə aliment dayanması üçün ərizə verməsini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs, qarının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, nazik bağırsaq və piyliyin yaralanması, daxili qanaxma ilə nəticələnmiş xəsarətlərlə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya daxil olmuş, deməsinə görə həmin xəsarətlər əri tərəfindən yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli 245/2021 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəsi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə müayinədən keçirilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yerləşən fərdi yaşayış evidir. Yaşayış evinin həyəti torpaqlıqdır, yaşyaış evinə 08 ədəd pilləkənə çıxılır, pilləkənlə qalxdıqda evin eyvan hissəsi yerləşir, qarşı tərəfi açıqdır, eyvan hissədə mebel dəsti vardır, sol tərəf sanitar qovşağı və hamam hissədir, sağ tərəf hissə isə döşəmə və təmiri olan otaqdır. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs eyvan hissədə bir dəfə qarın nahiyəsinə bıçaqla vurub xəsarət yetirmişdir. Həmin yerə baxış keçirmə zamanı hər hansı bir bıçaq və ya qan izləri aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs bıçağı evin zal hissəsinə yuxarı tərəfə tulladığını bildirdiyi üçün həmin yerə baxış keçirilərkən məlum olmuşdur ki, zal hissədə masa, miz, mebel dəsti və digər əşyalar vardır, zal hissəsinin yuxarı pəncərə tərfinə baxış keçirilərkən həqiqətən pəncərə tərəfdə döşəmənin üzərində bir ədəd mətbəx bıçağına oxşar bıçağın olması, bıçağır bir tərəfi üzərinə qana bənzər ləkələrin olması, üzərində hər hansı bir yazı və həkk nümunələrinin olmaması məlum olmuşdur. Həmçinin bıçağa baxış keçirilərkən bıçağın ümumi uzunluğunun 23,8 sm ölçüdə olması, dəstəyin uzunluğunun 11,8 sm olması, tiəy hissəsinin uzunluğunun isə 12 sm olması, tiyənin bir tərəfinin kəsici, uc hissəsinin isə deşici xassəyə malik olması məlum olmuşdur. Bundan sonra yaşayış evinin digər iki otağının yataq otaqları olması məlum olmuş, evə baxış keçirilərkən böir ədəd bıçaq sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür, hadisə yerindən başqa bir əşya aşkar edilib götürülməmiş, hadisə yerinin «Samsung» markalı mobil telefonla bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə, saat 12:45 dəqiqədə, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim paltarlarına baxış keçirilmiş, baxış keçirmə Gəncə şəhər X16 xəstəxanasının cərahiyyə şöbəsinin inzibati binasıdır, baxış zamanı şöbənin baş təsərrüfat tibb bacısı X5 xəstə Zərərçəkmiş şəxs əməliyyat zamanı 02 ədəd geyim əşyasının çıxarmaları bildirməklə həmin geyimə əşyasını təqdim etmiş, geyim əşyalarının bir ədəd üst geyim jaketi, bir ədəd isə alt geyim maykasının olması məlum olmuşdur. İlk olaraq uzunqol jak etə baxış keçirilərkən jaketin arxa sol tərəfində sol yan küncündə kəsiz zədələrin olması məlum oldu, kəsik ətrafı hissədə qanabənzər ləkələrin də olması məlum olmuşdur. Bundan sonra bir ədəd maykaya baxış keçirilərkən maykanın qara rəngdə olması, qolluq hissələrinin kəsilib çıxarılması, yəqin ki, əməliyyat zamanı kəsilib çıxarılması, maykanın arxa sol tərəfinin aşağı hissəsində 1,5 sm ölçüdə kəsik zədənin onun yaxın hissəsində isə kiçik ölçülü 0,5 sm ölçüdə zədənin olması, böyük ölçülü zədə ətrafında qana bənzər ləkələrin olması, kiçik ölçülü zədə ətrafında qanabənzər ləkələrin olmadığı məlum olmuşdur. Paltarlara baxış keçirilərkən iki ədəd həmin geyim əşyaları sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür, paltarların «Samsung» markalı mobil telefonla bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 4(043)-38/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 04 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seşilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Gəncə şəhər şöbəsinin 31 mart 2021-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ)-dir, təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər, həmçinin təqdim olunmuş, Zərərçəkmiş şəxs məxsus bir ədəd jaket, bir ədəd alt köynəyi üzərində nsana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İİ) olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə Tibb Ekspertizasının və X4 Gəncə şəhər şöbəsindən alınmış 31.03.2021-ci il tarixli 465 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan – qarınnın daxilə keçən, nazik bağırsaq müsariqəsinin və piyliyin yaralanması ilə müşahidə olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddəti 04.03.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2012-ci il tarixli AZ-İİ 958869 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.08.2012-ci il təvəllüdlü X1 Elmin Tapdıq oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.05.2014-cü il tarixli AZ-İİİ 244979 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.02.2014-cü il təvəllüdlü X2 Elmin Tapdıq oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 05.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, aralarında yaranmış münaqişə nəticəsində əri Təqsirləndirilən şəxs bıçaqla vuraraq ona bədən xəsarəti yetirmişdir. Hal-hazırda o, tam sağalıbdır. Əri ilə barışıbdır. Əri Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01.05.2021-ci il tarixli 1355 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 10.05.2021-ci il tarixli 2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkolji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 28 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Psixonevroloji Dispanserin 29 aprel 2021-ci il tarixli, 232 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidaında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Gəncə Regional bölməsinin 07 iyun 2021-ci il tarixli, 16/505/506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malikm olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin öçstərilmişdir ki, təqdim olunan uzunqol gödəkcənin səthində olan 01 ədəd zədə və maykanın səthində olan 02 ədəd zədə bir tərəfli kəsici ucu deşici xəssəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmıdiyindən həmin zədələrin kankret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranması müəyyən etmək mümkün deyildir. Təqdiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekespertiza və Potoloji Anotomiya ETT Birliyinin 31.02.2021-ci il tarixkli 465 saylı ekspert rəyində göstərilmiş, bədəndıə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “qarının daxilə keçən nazik bağırsaq müsaqirəsinin və piyliyin yaralanması ilə müşahidə olunan bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə paltarların səthində olan zədələrin yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayon İHB-nın İnstitut qəsəbəsi İƏD-si üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Samir Məcidovun məktubundan görünür ki, 02 ədəd Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları və hadisə yerindən götürülmüş bir ədəd bıçaq saxlanılması üçün Gəncə şəhər BPİ-nin Təchizat qrupuna təhvil verilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını (yəni ər-arvad olmasını), zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslə ər-arvad olmasını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə, saat 12:45 dəqiqədə, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 4(043)-38/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 04 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seşilmiş və həbsdə saxlanma müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-in 158.2.1-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlandığı müddət onun təyin olunan cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 04 mart 2021-cı il tarixdən 14 iyul 2021-ci il tarixədək 4 ay 10 gün həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şərti məhkum ediləcəyi nəzərə alınaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri CPM-nin 357-ci maddəsinin tələbinə əsasən ləğv edilərək və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə isə əsaslar yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar – bir ədəd bıçaq və iki ədəd qadın paltarları saxlanılması üçün Gəncə şəhər BPİ-nin Təchizat qrupuna təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməli, iki ədəd qadın paltarları qanuni sahibinə qaytarilmalı, qəbul etmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə mülki iddia və müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 mart 2021-cı il tarixdən 14 iyul 2021-ci il tarixədək bu iş üzrə cəmi 4 ay 10 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tədbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, iki ədəd qadın paltarları qanuni sahibinə qaytarilsın, qəbul etmədikdə məhv edilsin. Dövlət hesabına Təqsirləndirilən şəxs göstərilmiş cəmi 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. Elmin Rüstəmov (sədrlik edən)
2. Faiq Mahmudov
3. Xəqani Səmədov