Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-257/2025 11.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclas katibləri: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, işləməyən, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Qazıqurdalı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 10 may 2024-cü il tarixdə, saat 11 radələrində əmisi qızı Zərərçəkmiş şəxs Bərdə şəhəri, Bəxtiyar Hacıyev küçəsində yerləşən köhnə Bərdə bazarı adlanan ünvanın yaxınlığında görüb sonuncunun ona öz ərindən boşanacağını, ərindən polisə şikayət etməsi və öz həyatını istədiyi kimi yaşayacağını deməsindən sonra Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsini ailəsi və qohumları üçün qəbuledilməz hal kimi qəbul edib əsəbiləşərək sonuncunu öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə heç kimin görməməsi və mane olmaması üçün Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən və mağazaların olduğu yerin arxa tərəfinə getməsini demiş, meyvə tərəfəz satdığı taxçadan bıçaq götürdükdən sonra həmin yerə gedərək Zərərçəkmiş şəxsya qohum-əqraba içərisində ailələrinin başını aşağı etməməsini və yüngül həyat tərzi keçirməyə son qoymasını tələb etməsinə baxmayaraq sonuncunun ona saymazlıq göstərməsindən hiddətlənərək öldürmək niyyətini qətiləşdirib sol əlində saxladığı, müəyyən edilməyən ksəici deşici alət-bıçaqla Zərərçəkmiş şəxs saçından tutub xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, bıçaqla Zərərçəkmiş şəxs boğaz nahiyəsini və qırtlağını kəsmiş, zərərçəkmiş yerə yıxıldıqdan sonra isə 1 (bir) dəfə də yerdə uzanıqlı vəziyyətdə olarkən niyyətini başa çatdırmaq üçün yenidən boğaz nahiyəsini kəsərək sonuncuya yetirildiyi anda həyat üçün təhükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid qırtlağın natamam kəsilmiş yarası və sağ xarici vidaci venanın tam kəsilməsi ilə nəticələnmiş boynun ön və sağ yan qrup əzələlərinin kəsilməsi bədən xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs yerdə hərəkətsiz qalmasına görə onun ölmüş olduğunu düşünərək hadisə yerindən uzaqlaşmış, onun hadisə yerinə getdiyinə əmin olan zərərçəkmiş şəxsin yerdən qalxaraq özünü yaxınlıqda yerləşən “Samux market”ə çatdırıb ona kömək göstərilməsini bildirməsi ərinin əlaqə nömrəsini kağıza yazdıqdan sonra huşunu itirsə də, satıcılar tərəfindən tibbi yardıma zəng edilməsi və Zərərçəkmiş şəxs “Bərdə rayon mərkəzi xəstəxanası” Publik hüquqi Şəxsə vaxtında çatdırılaraq həkimlər tərəfindən təcili-təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs əmisiqızıdır. Üç azyaşlı uşağı var. Həbsdən çıxdıqdan sonra meyvə satmaqla məşğul olmuş, hadisə günü səhər Zəminəni görmüş sonuncu ona ailəsi ilə bağlı problem olduğunu və polis şöbəsinə şikayətə getdiyini bildirdi. Əsəbiləşib ona niyə tək qadın başına şöbəyə getdiyini, niyə əri ilə dolanmadığını irad tutmuş, keçirtdiyi həyat tərzinin ailəsinə qohumlarının adına yaraşmadığını demişdir. Zəminə iki dəfə ailə həyatı qurduğu, sərbəst və yüngül həyat tərzi keçirtdiyi, təkbaşına atası və qardaşları olmadan şöbəyə getməsinə əsəbiləşərək ona irad tutmuş, lakin Zəminə boşuna getmədiyini demişdir. O, Zəminəyə sakit yerə dükanların arxasına keçməsini demiş, işlədiyi meyvə-tərəvəz yerindən müştərilərə satılan məhsulları kəsib içərisini göstərdikləri bıçağı götürüb onun arxası ilə getmişdir. Zəminəyə yaxınlaşıb üzbəüz duraraq niyə özünün, ailəsinin, qohum əqrabanın başını aşağı etməsini demişdir. Zəminə öz həyatımı yaşayıram dedikdə əsəbiləşib əlindəki bıçaqla Zəminənin boğazını kəsmişdir. Zəminə ağlayaraq etmə deyəndən sonra dayanmış və onun öldüyünü güman edib əvvəlcə evə getmiş hadisə törətdiyini bildirib polisə gedərək təslim olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisədən sonra bıçağı yaxınlıqda olan kolluğa tullamışdır. Əvvəlccə məqsədim Zəminəni yaralamaq, dediklərindən sonra isə öldürmək olmuşdur. Ancaq o, Zəminəni əzab və işgəncə verərək deyil sadəcə öldürmək istəmişdir. Boğazını kəsəndə Zəminə yerə yıxılmış, yerə yıxılanda bıçaq ikinci dəfə boğazına dəyərək kəsmişdir. Zəminə əmisiqızı olduğu üçün onun ikinci dəfə də ailə qurub ayrılması, yüngül həyat tərzi keçirtməsi ona pis təsir etmişdir. Hadisə də qəfildən baş vermişdir. Etdiyi əməldən peşmandır. Zəminə ilə də barışmışdır. Himayəsində 3 (üç) azyaşlı uşağı olduğu üçün məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bünyad onun 3-cü əri olmuş, əvvəl iki dəfə ailə qurub boşanmışdır. Bünyadla aralarında problem olmuş, əri evdəki qızılları götürüb sevgilisi ilə qaçmışdır. Hadisə günü Səbuhiyə yaxınlaşıb ailədə olan problemləri danışmış, sonuncu da ona keçirtdiyi həyat tərzinin doğru olmadığını ailəsinin başını aşağı elədiyini demiş, ona bazarın aşağı hissəsinə dekanların arxasına getməyi, özünün də ora gələcəyini demişdir. Səbuhi yaxınlaşıb niyə əri ilə dolanmadığını, niyə onları utandırdığını demiş, bir əli ilə saçından tutaraq bıçağı boğazına çəkmişdir. Yerə yıxılmış və Səbuhinin ayağından onu qaldırmasını desə də, Səbuhi özü də yerə oturub daha 2 dəfə boğazından bıçaqla kəsmişdir. Səsini çıxartsa, yenə ona xəsarət yetirəcəyindən qorxduğu üçün tərpənməmiş, Səbuhinin uzqlaşdığını görüb birtəhər ayağa qalxaraq əli ilə boğazının hər iki tərəfini tutub marketə getmiş, kömək istəyərək orada yerə yıxılmış, gözünü açanda reanimasiyada olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Hadisəyə səbəb aralarındakı mübahisə olduğu və azyaşlı uşaqları olduğu üçün Səbuhiyə yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəsmi arvadı olmuş, özünün ikinci Zəminənin isə üçüncü evliliyi olmuşdur. Sifariş əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zəminə ilə əvvəl münasibətləri yaxşı olsa da, sonrakı müddətdə pozulmuşdur. Zəminə hadisədən bir neçə gün əvvəl onun guya evdən pul, geyim və zinət əşyaları oğurlaması barədə polisə şikayət etmişdir. Aralarında qısqanclıqla da bağlı mübahisə olmuş, Zəminə səhəri gün polisə verdiyi şikayət ərizəsini geri götürəcəyini demişdir. 10 may 2024-cü ildə səhər Zəminə ilə birlikdə evdən çıxaraq onu Bərdə rayonu, Köhnə bazar adlı yerdə düşürmüş, Zəminə Səbuhi ilə danışacağı barədə ona heçnə deməmişdir. Təxminən bir saat sonra atası yaxud anası zəng edib əmisi oğlu Səbuhinin Zəminənin boğazını kəsdiyini demişdir. Hazırda Zəminə ilə rəsmi qaydada ayrılmışdır, hadisə ilə bağlı məlumatı ancaq bu qədərdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdədə, bazarda Azər adlı şəxslə bir yerdə meyvə-tərəvəz satır. Səbuhi də hadisədən təxminən 15 gün əvvəl gəlib Azərin yanında işləmiş, hamıdan tez gələrək mağazanı açmışdır. 10 may 2024-cü ildə Azərin polkasında Səbuhini bir qadınla söhbət edərkən görmüş, qız yolu keçərək aşağıya getmiş ondan sonra Səbuhi arxası ilə getmişdir. Təxminən 5-10 dəqiqə gözləsə də, Səbuhi gəlmədiyi üçün Azərə zəng edib polkanın yiyəsiz qaldığını demiş, bir neçə dəqiqə sonra həmin qadın üzü qanlı vəziyyətdə “Samux market”ə girmiş, sonra isə təcili tibbi yardım gələrək həmin qadını xəstəxanaya aparmışdır. Hadisəni sonradan öyrənmiş, niyə baş verməsinin səbəbini bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbuhini tanımış, yaxşı münasibətləri olmuş, Bərdə şəhərində köhnə bazar adlı yerdə meyvətərəvəz satışı ilə məşğul olmuşdur. Onunla qonşu polkada Pərvin adlı satıcı işləmişdir. 10 may 2024-cü ildə səhər təxminən 10 radələrində Pərvinə ona zəng vuraraq, Səbuhinin çıxıb getdiyini demişdir. Səbuhinin mobil telefonuna yığdıqda Səbuhi ona əmisi qızının boğazını kəsdiyini və evə gedib halallıq aldıqdan sonra polisə gedib təslim olacağını demişdir. Ona niyə belə hərəkət etdiyini dedikdə “belə olmalı idi...” cavabını vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokol və fotocədvəldən görünür ki, hadisə yeri Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan yerdə “Samux market”in arxa tərəfində olan yaşayış binası ilə marketlərin arasında olan boşluq bir ərazidir. Baxış zamanı hadisə yerində olan ağacın altında qan gölməçəsi “Samux market”ə doğru isə qana bənzər ləkələr aşkar edilmişdir. Marketin içərisində kassanın olduğu yerdə də qanabənzər ləkələr və yerdə qana bulaşmış “ərim Bunyad ***-***-**-**” sözləri və rəqəmləri yazılmış kağız parçası aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerindən “ərim Bunyad ***-***-**-**” sözləri və rəqəmləri yazılmış kağız parçası, 03 ədəd qanabənzər nümunə zərərçəkmiş şəxsin “Samux market”ə daxil olarkən marketin müşahidə kameraları ilə qeydə alınmış görüntülər 1 ədəd “DVD” diskə köçürülərək götürülmüşdür. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “könüllü təqdimetmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə RPŞ növbətçi hissəyə yaxınlaşıb qısqanclıq zəminində əmisi qızı Zərərçəkmiş şəxs boğaz nahiyəsinə bıçaqla xəsarət yetirməsini bildirərək könüllü təslim olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin dindirilməsi haqqında” protokol və əlavəsi olan “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində zərərçəkmiş şəxsi etdiyi əxlaqsız hərəkətlərə görə öldürmək məqsədilə boğazına bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 10 may 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini göstərərək baş vermiş cinayət hadisəsini detallı şəkildə təsvir etmiş, hadisə vaxtı özünün və zərərçəkmiş şəxsin hərərkətləri və sonrakı davranışlarını əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Bərdə RMX-ya daxil olarkən üzərində olmuş və müvafiq qaydada təhvil verilmiş geyimlər götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24 may 2024-cü il tarixli 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyunun ön və sağ yan səthinin iri həcmli kəsilmiş yarası, qırtlağın natamam kəsilmiş yarası, boyunun ön və sağ yan qrup əzələlərinin kəsilməsi, sağ xarici vidaci venanın tam kəsilməsi, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə qırtlağın natamam kəsilmiş yarası, sağ xarici vidaci venanın tam kəsilməsi ilə nəticələnmiş boyunun ön və yan səthinin iri həcmli kəsilmiş yarası, boyunun ön və sağ yan qrup əzələlərinin kəsilməsi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə də yetirilə bilmələri inkar olunmur. Zərərçəkmiş şəxs adına təqdim olunmuş 011051/2335 saylı xəstəlik tarixinin surətində onun xəstəxanaya daxil olarkən spirtli içki və ya narkotik tərkibli vasitə, psixotrop maddə qəbul edib-etməməsi barədə hər hansı bir qeydiyyat aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizanın 21 iyun 2024-cü il tarixli 229/2024-MTKŞ saylı rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın orta tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. 2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, köynək, büstqalter və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.3. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus jaket, köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 14 iyun 2024-cü il tarixli 333/2024-MTBŞ saylı ekspert rəyində göstərilmişdir ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) 3. Ekspertizaya təqdim edilmiş bir ədəd brıloklu açarın, Z.E Məmmədovaya məxsus bir ədəd lifcik, qadın tursiki, qolsuz mayka, qadın şalvarı, qara jaket, 03 ədəd tənzif kəsikləri, damalı kağız parçası və 03 ədəd 5 manatlıq əskinaz üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Bu ləkələr ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər ( əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa) 4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qara rəngli jaket, boz rəngli cins şalvar və bir ədəd qısaqol köynək üzərində qanabənzər şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq xəstəliyindən əziyyət çəkməmiş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur.Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu qanunazidd hərəkətlərdən əvvəl adi baş vermiş, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emiosonal halda olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 984 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, 618 №li “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, həmin gün 15:00-da tibbi müayinədən keçmiş və onda “yüngül dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hadisəni görən şəxslərin müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə RPŞ-də daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialın surəti rayon prokurorluğuna göndərilmiş, Zərərçəkmiş şəxs ərinin özünə aid paltarları və 600 manat pulu götürərək evdən çıxıb getməsini bildirməsi ilə bağlı araşdırma aparılaraq Zərərçəkmiş şəxs müraciətinin mülki xarakterli olması barədə cavab məktubu verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-1368/2-30729/2024 mömrəli əməliyyat tapşırığına cavab məktubunda əlavə olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs əmisi qızı Zərərçəkmiş şəxs bıçaqla boğaz nahiyəsindən xəsarət yetriməsi hadisəsi ilə bağlı cinayətin törədildiyi bıçağın tapılması ilə əlaqədar bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, qeyd olunan bıçağın tapılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-26/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üzərində qəti olaraq 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası salxanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan AA 4786395, AA 1642864, AA ******* №li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Əli Vəliyev, xx.xx.2014-cü il təvəllüdlü Günay Vəliyeva, xx.xx.2016-cı il təvəllüdlü Sabir Vəliyev adlı 3 (üç) azyaşlı övladı var. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RİHB-nin Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 560№li arayışdan görünür ki, Qazıqurdalı kəndində ailəsi ilə birlikdə yaşamış və müsbət xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə RMX PHŞ-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-28/2-944/2024 nömrəli məktubdan görünür ki, X2 RMX-nın Poliklinika şöbəsinin narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatı yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində “boynun ön və sağ nahiyəsinin kəsilmiş yarası, traxeyanın ön və hər iki yan divarının kəsilmiş yarası, boynun ön və sağ yan qrup əzələlərinin kəsilmiş yarası” diaqnozu ilə Bərdə RMX-nın Təcili yardım şöbəsinə daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə RMX PHŞ-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-28/2-948/2024 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə “kannabionid” diaqnozu ilə Bərdə RMX-nın Poliklinka şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatda alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü tarixli “sübutların qiymətləndirilməsi əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş “ərim Bunyad ***-***-**-**” sözləri və rəqəmləri yazılmış kağız parçası, həmçinin hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs üzərində olmuş jaket, şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, köynək, şalvar, büsqalter, tuman iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılmış, hadisə yerinə baxış, şübhəli şəxsi dindirmə və ifadəni yerində yoxlama istintaq hərəkətlərinin olduğu 3 (üç) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışında özünü müdafiəsinə dəlil olaraq göstərmişdir ki, niyyəti Zəminəni öldürmək olsa da, bunu xüsusi amansızlıqla etmək niyyəti olmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarı 3 №li qərarına əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki halları - yəni təqsirləndirilən şəxsin özünün də göstərdiyi kimi namus məsələsinə görə zərərçəkmiş şəxsin məhz başını kəsməsi (istəməsi), şüurlu olaraq seçdiyi üsul yəni, (üzbəüz durarkən bıçağı ataraq yaxud birbaşa zərbə vururaq deyil, məhz əvvəlcə üzbəüz durarkən qəflətən saçından tutaraq boğazını kəsməsi sonra isə yerə yıxılan zərərçəkmişə təkrar 2 (iki) dəfə boğaz nahiyəsindən xəsarət yetirməsi onun zərərçəkmiş şəxsə məhz xüsusi əzab və iztirab vermək niyəti (istəyi) olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi zərərəçəkmiş şəxsə əlavə xəsarətlər yetirmək imkanı olsa da, bunu etməməsi işin faktiki hallarına əsasən hər hansı mübahisə doğurmasa da, məhkəmə qeyd edir ki, həmin hal onun zərərçəkmişin artıq ölməsini ehtimal etməsi ilə bağlıdır və cinayətdən könüllü imtina yaxud sonradan yaranmış peşmanlıq hissi və (ya) qohumluq münasibətlərdən irəli gələn mərhəmət kimi qiymətləndirilə bilməz. Digər hissələrdə əməlin tövsifi, işin halları ilə bağlı müdafiə tərəfindən hər hansı vəsatət irəli sürülmədiyi, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyi, əməlindən səmimi peşman olmasını bildirdiyi və məhkəmə baxışı zamanı işin faktiki halları ilə verilmiş ittiham arasında hər hansı ziddiyyət müəyyən edilmədiyindən məhkəmə iş üzrə əlavə əsaslanma aparmasını zəruri hesab etmir və təqsirləndirilən şəxsin CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin iş materialları ilə kifayət qədər sübuta yetirildiyi qənaətinə gəlir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və O təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını CMnin 59.1.10-cu, zərərçəkmiş şəxsdə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bərdə rayon məhkəməsinin 4(021)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-26/2023 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 69.3-cü maddəsi ilə qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə...görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Hazırki iş üzrə şəxsin əməlində cinayətləri sadə resdivi müəyyən edildiyindən onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsi istisna edilir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmədəki nümunəvi davranışı ilə islah yolunda olmasını təsdiq etməsini və onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, şəxsə təqsirli olduğu maddə üzrə qanunun imkan verdiyi ən aşağı hədd cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulan əsas məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə......ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunda maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerindən götürülmüş “ərim Bunyad ***-***-**-**” sözləri və rəqəmləri yazılmış kağız parçası, həmçinin hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs üzərində olmuş jaket, şalvar, köynək, təqsirləndirilən şəxsin ailə üzvlərinə, yaxud yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, köynək, şalvar, büsqalter, tuman isə zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, hadisə yerinə baxış, şübhəli şəxsi dindirmə və ifadəni yerində yoxlama istintaq hərəkətlərinin olduğu 3 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsindəki əvvəlki məhkəmə hökmünə əsasən yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak, məhkəmə məsrəfi yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxsSabir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin, ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunda maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerindən götürülmüş “ərim Bunyad ***-***-**-**” sözləri və rəqəmləri yazılmış kağız parçası, həmçinin hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs üzərində olmuş jaket, şalvar, köynək, təqsirləndirilən şəxsin ailə üzvlərinə, yaxud yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsi, köynək, şalvar, büsqalter, tuman isə zərərçəkmiş şəxsə qaytarılmalı qəbul etmədikdə isə məhv edilsin, hadisə yerinə baxış, şübhəli şəxsi dindirmə və ifadəni yerində yoxlama istintaq hərəkətlərinin olduğu 3 (üç) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə hökmünə əsasən ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-257/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-257/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver