Məhkəmə qərarları › İş №1(100)-258/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-258/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-258/2021 06.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsilə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni, 524,31 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 522,721 qramını ünvan 3 ünvanında yerləşən yaşadığı evdə saxlamış, 1,589 qramını isə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması barədə Gəncə şəhər BPİ-nə daxil olmuş məlumat əsasında 02.03.2021-ci il tarixdə saat 09 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,589 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin tarixdə ünvan 3 ünvanında yerləşən yaşadığı evə baxış keçirilərkən isə yaşadığı evin qonaq otağındakı dolabla divarın arasından 1 ədəd şəffaf rəngli sellofan torbada külli miqdarda yəni, 522,721 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 mart 2021-ci il tarixdə saat 01 radələrində onlara gələcək tanışına zəng edib gələndə siqaret və su almasını demiş, tanışı gəldiyindən o qapını açdığı vaxt 4 nəfər onun evinə girmişdir. Həmin şəxslər polis əməkdaşları olmuşlar. Bu vaxt evində iki uşağı, yoldaşı və həmin tanış olmuşdur. Evdə stolun üstünə falqaya bükülmüş şəkildə içərisində narkotik vasitə olan büküm qoymuş, həmin bükümdə olan narkotikdən bir qismini əvvəlcədən istifadə etmiş, qalanı isə stolun üstündə qalmışdı. Həmin vaxt orada təxminən 0,7-0,8 qram heroin olmuşdur. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra polis əməkdaşları onda başqa narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da onda olan narkotikin həmin bükülüdə olduğunu demişdir. Polis əməkdaşları Rəşad, Comərd bir də Yusif olmuşdur. Sonra onu gecə Gəncə BPİ-nə gətirmişlər. Orada döyülməsə də ona qarşı təzyiqlər edilmişdir. Bundan sonra səhər saat 9-da onu evə gətirmişlər. Evinə baxış keçirilmiş baxış zamanı guya evindən 500 qramdan artıq narkotik vasitə aşkar edilmişdir. Halbuki evində ittihamda göstərilən çəkidə narkotik vasitə olmamışdır. Onu da ittihamda göstərilən kimi səhər saat 9-da Təhsil İdarəsinin yanında tutmamışlar. İfadəsinə əlavə olaraq özünü yalnız evdə stolun üzərində olmuş 0,7-0,8 qram heroinlə bağlı, CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini və həmin hissədə əməlindən peşmançılıq çəkdiyini bildirmiş, evindən aşkar edilmiş 500 qramdan artıq narkotik vasitədən isə məlumatı olmadığını, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 02 mart 2021-ci il tarixdə ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi, evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqda qərar qəbul olunmuşdur. Bundan sonra idarənin digər əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 02 mart 2021-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs həmin ərazidə piyada getdiyini görmüşlər. O, və digər polis əməkdaşları mülki geyimdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmişlər və üzərinə baxış keçirmək məqsədi ilə sonuncunu Gəncə şəhər BPİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi ilə təmin edilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd falqaya bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, spesifik iyli, ilk baxışdan narkotik vasitə olan «heroinə» oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş həmin bükülünün içərisindəkinin narkotik vasitə olan «heroin» olduğunu, həmin narkotik vasitəni, yəni, ümumilikdə 600 qram heroini 1 ay əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 3000 manata aldığını, özü istifadə etmək üçün bir hissəsini üzərində gəzdirdiyini, bir hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan bir ədəd bükülü kütlə zərfə qoyulmuş, qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə gedilmiş və evdəki qonaq otağında olan termonun yan tərəfindən, oyuncağın arxasında Təqsirləndirilən şəxs bir ədəd sellofan bükülünü götürüb onlara təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilən zamanı orada qəhvəyi rəngli, spesifik iyli, ilk baxışdan narkotik vasitə olan «heroinə» oxşar kütlənin olması müəyyən olunmuşdur. Həmin kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı məlumatın daxil olduğunu, lakin onun kimlərəsə narkotik vasitə satmasının müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş 02 mart 2021-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsqanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması barədə Gəncə şəhər BPİ-nə daxil olmuş məlumat ilə əlaqədar olaraq keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində yerləşən Təhsil İdarəsinin inzibati binasının yaxınlığında saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülü içərisində qəhvəyi rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik maddə “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs sorğu zamanı həmin gümüşü rəngli falqada olan “heroinə” oxşar kütləni 1 ay bundan əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən 600 qram narkotik vasitə olan “heroini” 3000 manata aldığını, əvvəllər narkotik vasitə qəbul etdiyi üçün narkotik vasitəni üzərində saxladığını, həmin narkotik vasitədən heç kəsə satmadığını və istifadə etmək üçün vermədiyini və həmin narkotik vasitənin bir qismini yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 2 (iki) qram olmuş və həmin kütləzərfə qoyularaq AR DİN-in 91 N-li möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 02 mart 2021-ci tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,ünvan 2ayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığıevdəki qonaq otağında olan termonun yan tərəfindən, oyuncağın arxasında, termo ilə divarın arasından bir ədəd sellofan bükülünü götürüb təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 1 ay bundan əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən 600 qramını 3000 manata aldığını bildirmişdir. Daha sonra həmin kütlələr şübhəli şəxsin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, aşkar olunmuş ümumi çəkisi 528 qram çəkidə heroinə oxşar kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin 02 mart 2021-ci il tarixli 16/202 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə oxşar narkotik vasitə olan kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 1,589 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 134, mənzil 8-dən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı, şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 522,721 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş 02 mart 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə saat 09:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-in X1 əməliyyat müvəkkili, polis mayoru Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 02 mart 2021-ci il tarixli qərarı, həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 13 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə məlumat daxil olsa da, onun dəqiq olaraq kimə narkotik vasitə satmasının, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olubolmamasının, həmçinin həmin şəxsin rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsilə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 515 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məlumatdan müəyyən edilmişdir ki, Gəncə BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus kameraların serverlərinin yaddaş saxlama müddəti 1 ayadək olduğundan 02 mart 2021-ci il tarixində saat 08.00-dan 03 mart 2021-ci il saat 10.00-dək olan görüntünü əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək yalnız evdə stolun üzərində olmuş 0,7-0,8 qram heroinin ona məxsus olduğunu, evindən aşkar edilmiş 500 qramdan artıq narkotik vasitədən isə məlumatının olmadığını, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirərək buna görə də özünü yalnız CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi həmin məzmunlu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir və onun təqsiri məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsilə, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin materialların məhkəmə ekspertizasına dair rəyilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,589 qram narkotik vasitə olan heroinlə, onun mənzilindən aşkar edilmiş 522,721 qram narkotik vasitə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində 1,589 qram narkotik vasitə olan heroinin ona məxsus olduğunu qəbul etsə də, mənzilindən aşkar edilmiş 522,721 qram narkotik vasitə olan heroinin ona məxsus olmadığını göstərmiş, lakin hər iki narkotik vasitənin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyniliyini izah edə bilməmişdir. Bundan başqa iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, Gəncə şəhər BPİ-in X1 əməliyyat müvəkkili, polis mayoru Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 02 mart 2021-ci il tarixli qərarı, həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Həmçinin iş materiallarında olan 13 may 2021-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə məlumat daxil olsa da, onun dəqiq olaraq kimə narkotik vasitə satmasının, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə əməliyyat orqanında məlumat olmuş, həmçinin Gəncə şəhər BPİ-in X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə qanuni hesab edilmişdir. Bundan başqa məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...əvvəllər narkotik vasitə qəbul etdiyi üçün müxtəlif vaxtlarda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2021-ci ilin təxminən fevral ayının əvvəlində dəqiq günü yadında qalmayan vaxtda Bakı şəhərində olarkən tanımadığı şəxsdən 600 qram narkotik vastə olan heroini 3000 (üç min) manat pul verib almışdır. O, narkotik vasitə qəbul etdiyi üçün həmin narkotik vastənin bir qismini üzərində, bir qismini isə yaşadığı evdə saxlamışdır. 02 mart 2021-ci il tarixdə səhər saat təxminən 09 radələrində o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil idarəsinin inzibatı binasının yaxınlığında olan vaxt bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib onu Gəncə şəhər BPİ-nə dəvət etmişdilər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etsin. O, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş heroini çıxarıb təqdim etmişdir. Həmin bükülüdə olan narkotik vasitə heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş ümumi çəkisi 2 qram olmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni bir ay əvvəl Bakı şəhərində tanımadığı adamdan 600 qram çəkidə olmaqla 3000 manata özü qəbul etmək üçün almış və bir qismini qəbul etmək üçün üzərində, bir qismini isə yaşadığı evdə gizlədib sonra qəbul etmək üçün saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmişdir, protokolun doğruluğunu imzalarla təstiq etmişdilər. Sonra o, yaşadığı evə baxış keçirilməsinə etirazı olmamasını bildirib bu barədə ərizə yazmış və sonra onun yaşadığı evə əlavə baxış keçirilmişdir. Yaşadığı evə baxış zamanı o, evin qonaq otağında olan termonun sağ yan hissəsində gizlədib saxladığı pinqivin sellofanına bükülmüş heroini təqdim etmişdir. Bundan sonra onun yaşadığı evə əlavə baxış keçirilmiş, narkotik vastə olan heroindən başqa digər qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Onun yaşadığı evdən aşkar edilmiş heroinə oxşar kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 528 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, üzərindən və yaşayış evindən aşkar edilmiş narkotik vasitə olan heroindən heç kimə verməmiş, heç kimə satmamışdır. Həmin narkotik vasitələri o, özü istifadə etmək üçün saxlamışdır. Onun üzərində və yaşadığı evdə saxladığı narkotik vasitələrin onda olmasını heç kim bilməmişdir. Bu barədə heç kimə heç nə deməmişdir. O, bir neçə aydır ki, mobil telefondan istifadə etmir. İstifadəsində heç bir mobil nömrə və telefon yoxdur”. Göründüyü kimi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs həm 1,589 qram narkotik vasitə olan heroinin, həmçinin 522,721 qram çəkidə narkotik vasitə olan heroinin ona məxsus olduğunu, lakin narkotik vasitələri özü istifadə etmək üçün saxladığını, satmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsilə 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda (18.2.1-ci maddə) və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə (18.2.2-ci maddə) cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Bundan başqa iş materialları ilə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2021-ci il tarixdə isə barəsində həbsetmənin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanıldığı dövrdə, yəni 11.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə AR CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təyin edilmiş cəzaya Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,589 qram və 522,721 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,589 qram və 522,721 qram olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar