Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-258/2023 12.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X9 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan yaşayış məntəqəsində sürət həddi 60 km/saatdan artıq, yəni 90 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X5 məxsus VAZ 21074 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli olduğu halda yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21074 markalı, **-TU- *** dövlət qeydiyyat nişanı avtomobili dönmə işıq siqnalını, eləcə də ötmə barədə işıq və xəbərdaredici səs siqnalını qoşmadan ötüb keçərkən idarə etdiyi avtomobilin sağ ön hissəsi sonuncunun idarə etdiyi avtomobilin arxa sol tərəfindən toqquşmuş, VAZ-21074 markalı, **-TU-*** dövlət qeydiyyat nişanı avtomobil yoldan çıxaraq sağ tərəfində yerləşən “Güvən” inşaat mağazasının qarşısında dayanmış vəziyyətdə olan Şahid3 məxsus “Toyota Prado” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin X15 alın nahiyəsinin əzilmiş yarası, sol təpə-ənsə dərialtı hematoması və əzilmiş yarası, baş beynin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin ön səthinin qançırı və sıyrığı, sol bazunun orta-aşağı üçdə birinin əzilmiş yarası və sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə X13 aldığı kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi xəsarətindən ölümünə, sürücü Zərərçəkmiş şəxs1 sol qaşüstü və sol dirsək oynağının arxa səthində əzilmiş yaraları, sol əng sümüyünün, sol maksilyar sinusun ön divarının və əsas sümüyü cisminin xətti yerini dəyişməyən sınıqları, döş qəfəsinin qapalı küt travması, sol ağ ciyərin aşağı payının kontuziyası, sol tərəfli pnevmatoraks ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər, VAZ-21074 markalı, **-TU-*** dövlət qeydiyyat nişanı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin qançırı və sol 8-ci qabırğanın yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət, Zərərçəkmiş şəxs3 sol bu sümüyünün orta üçdə birinin qapalı yerini dəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. X8 onun qayınatası X1 qardaşıdır. “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil Yaşarın adına olsa da qayınatası Ədalətə məxsusdur və istifadəsindədir. Sürücülük hüququ olmasa da avtomobil lazım olanda yaxınlıqda yaşayan qayınatasına məxsus həmin avtomobil götürüb idarə edir. 28 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhərindən özü üçün mobil telefon alıb qayıdanda qaynatasıgildə olan arvadı X6 hamilə olduğuna görə halının pisləşdiyi öyrənmiş və təcili dərman lazım olduğunu öyrənmiş, Ədalət evdə olmadığına görə o, avtomobili götürüb bacanağı Zərərçəkmiş şəxs4 ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən aptekə dərman almağa getmişdir. Avtomobildə yanacaq olmadığına görə onlar birinci Gəncə şəhərinə gedən yoldakı yanacaq doldurma məntəqəsindən yanacaq almış, bundan sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsinin mərkəzinə tərəf getmişlər. Avtomobili o, idarə etmiş, Röyal qabaqda oturmuşdur. O, dərman almaq üçün tələsdiyi üçün yoldakı sürət həddini aşmış, yolda yerləşən “Güvən inşaat” adlı tikinti materialları satılan mağazaya 40-50 metr qalmış qarşıda qara rəngli, “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili getdiyini görüb onu ötmək üçün yolun sol tərəfinə keçmişdir. Qarşıda gedən avtomobil ötmə edərkən qəfil onun qarşısına çəkmiş və o tormoza basmışdır. Avtomobillərin arasında məsafə az qaldığından onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin avtomobilin arxa sol tərəfində dəymiş, toqquşmadan sonra idarə etməni itirmiş, avtomobil sürüşüb həmin vaxt yolun sol tərəfində dayanmış “Hyundai Santafe” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəydikdən sonra sağa doğru sürüşərək “QAZ-53” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfinə dəyib dayanmışdır. Digər “VAZ 2107” markalı avtomobil isə toqquşmadan sonra sağa tərəf sürüşərək həmin vaxtı yolun sağ tərəfində dayanmış “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə dəyib dayanmışdır. Ətrafdakı şəxslər onlara köməklik edib avtomobildən düşürmüşlər. O, və Röyal xəsarət almışlar. Digər avtomobildə sürücü ilə birlikdə 4 nəfər olmuş və hamısı xəsarət almışdır. Yolun kənarında dayanmış “Toyota Prado” markalı avtomobildə uşaq olmuş, lakin xəsarət almamış, digər dayanmış avtomobillər də isə heç kim yox olmamışdır. “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sol tərəfdə oturan X17 aldığı xəsarətlərdən ölüb. Hadisədən əvvəl o, nə spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya dərman qəbul etməmiş, ümumiyyətlə istifadə etmir. O, həmin avtomobili ötməyə başlayanda arada 40-50 metr məsafə olmuş, avtomobili yolun sol tərəfinə çəkəndə arada təxminən 10-15 metr məsafə qalmışdır. Digər avtomobil onun qarşısına tərəf gəlmişdir. O, tormoza basmış, buna baxmayaraq arada məsafə az qaldığından toqquşma olmuşdur. Hadisə vaxtı O, tələsdiyinə görə avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmışdır, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, mərhum X17 doğma oğludur və o, Şəmkir rayonu, Kür qəsəbəsində kəndində yaşayır. 28 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində baldızı Humay ona zəng edib oğlu Orxanın sənədinə baxıb dəqiq doğum tarixini deməyini bildirmiş, nə üçün lazım olduğunu soruşduqda yol nəqliyyat hadisəsi olduğunu Orxanın Şəmkir rayon mərkəzi xəstəxanasında olduğunu bildirmişdir. O, xəstəxanaya gəlmiş, orada Orxanın reanimasiya şöbəsində olduğunu öyrənmiş, Orxan bir gün sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Sonradan Orxanın bibisi oğlu Vüsal və tanışları ilə Gəncə şəhərindən qayıdanda yol-nəqliyyat hadisəsi baş verdiyi və Vüsalın tanışı Samirin idarə etdiyi avtomobil başqa avtomobil ilə toqquşduqdan sonra yolun kənarında dayanmış digər avtomobilə çırpıldığını öyrənmişdir. Orxanın olduğu avtomobili arxadan vuran digər avtomobilin sürücüsünün qohumları onların yas mərasiminə gəlmiş və hadisə nəticəsində ona dəymiş maddi ziyanı tam olaraq ödəmişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs onun bacanağıdır. Rəşadın avtomobil idarə etmək üçün sürücülük hüququ olmamasına baxmayaraq avtomobil lazım olanda yaxınlıqda yaşayan qayınatası Ədalətə məxsus “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb idarə edir. 28 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində o, Rəşadla Gəncə şəhərindən Rəşad üçün mobil telefon alıb qayıdanda evdə bilmişlər ki, Rəşadın arvadı X6 hamilə olduğuna görə halı pisləşmiş və təcili dərman almaq lazım olmuşdur. Ulduz atası Ədalətin evində olmuş və Ədalət evdə olmadığına görə Rəşad Ədalətə məxsus avtomobili götürüb onunla birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən aptekə dərman almağa getmişlər. Avtomobildə yanacaq olmadığına görə onlar birinci Gəncə şəhərinə gedən yoldakı yanacaq doldurma məntəqəsindən yanacaq almağa girmiş, yanacaq aldıqdan sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsinin mərkəzinə tərəf getmişlər. Avtomobili Rəşad idarə etmiş, o, qabaqda oturacaqda oturmuş, Rəşad dərman almaq üçün tələsdiyindən həmin yolda olan sürət həddini aşmışdır. Yolun kənarında yerləşən “Güvən inşaat” tikinti materialları satılan mağazaya 40-50 metr qalmış qarşıda qara rəngli, “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili getdiyini görmüşlər. Rəşad həmin avtomobili ötmək üçün yolun sol tərəfə keçmiş, qarşıda gedən avtomobil onların qarşısına çəkmiş, bu zaman avtomobillər arasında məsafə az qaldığından Rəşadın idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin avtomobilin arxa sol tərəfində dəymişdir. Toqquşmadan sonra Rəşad idarə etməni itirmiş, avtomobil sağa tərəf fırlanaraq sürüşüb sol arxa tərəfi yolun həmin vaxtı sol tərəfində dayanmış “Hyundai Santafe” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəydikdən sonra sağ tərəfə yenidən sürüşərək yolun sağ tərəfində dayanmış “QAZ-53” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfinə dəyib dayanmışdır. Digər “VAZ 2107” markalı avtomobil isə toqquşmadan sonra sola tərəf sürüşərək həmin vaxtı yolun sağ tərəfində dayanmış “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə dəyib dayanmışdır. Orada olan şəxslər onlara köməklik edərək avtomobildən düşürmüş, hadisə nəticəsində o və Rəşad xəsarət almışlar. Digər avtomobildə sürücü ilə birlikdə 4 nəfər olmuş və hamısı xəsarət almışdır. Yolun kənarında dayanmış “Toyota Prado” markalı avtomobildə qabaqda uşaq olmuş, lakin xəsarət almamışdır. Digər dayanmış avtomobillər də isə heç kim olmamışdır. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri onları Şəmkir rayonu mərkəzi xəstəxanasına aparmışlar. Onlar xəstəxanada olanda müayinə olunduqdan sonra Rəşad ilə birlikdə evə buraxılmışlar. Həmin günü Rəşadın sərxoşluğunu yoxlanılmışdır. Sonradan ona hadisə zamanı “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sol tərəfdə oturan X17 aldığı xəsarətlərdən Şəmkir rayon mərkəzi xəstəxanasında ölməsi məlum olmuşdur. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır, “VAZ 21074” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün “B1, B, C1, C” kateqoriyalı sürücülük hüququ var. Zərərçəkmiş şəxs3, X16 və X17 həmkəndliləridir. 28 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində o, evdə olanda Vüsal ona zəng edərək Gəncə şəhərində sənədi olduğunu və onu aparmağını xahiş etmiş, o, taksi fəailiyyəti ilə məşğul olduğuna görə etiraz etməmiş, 30 manata razılaşdıqdan sonra Vüsalı və Qisməti kəndin içərisində olan çayxananın qarşısından götürmüşdür. Yolda olan zaman Orxan Vüsala zəng edərək harada olmasını soruşmuş, Vüsal isə Gəncə şəhərinə gedib qayıdacağını bildirmişdir. Orxan kəndə getmək üçün onu da Gəncə şəhərindən qayıdanda Şəmkir rayonu “üç yol” adlanan yoldan götürməyini xahiş etmiş və bunu ona Vüsal demişdir. Onlar Şəmkir rayonu köhnə xəstəxananın qarşısından keçəndə Orxanın dayandığını görüb avtomobili saxlamış, Orxan da avtomobilə mindikdən sonra Gəncə şəhərinə getmişlər. Mərkəzi univermağın yaxınlığında olan yerdən Vüsal hərbi biletini götürüb gəlmiş və onlar Şəmkir rayonuna qayıtmışlar. Avtomobili o, idarə etmiş, Vüsal qabaqda, Orxan onun, Qismət isə Vüsalın arxasında oturmuşdur. Şəmkir rayonuna Şəmkir dövlət yol polisi postundan keçəndə içəri yol ilə gəlmişlər. Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində o, avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. İnşaat materialları satılan mağazaya çatana yaxın qara rəngli “Toyota Prado” markalı avtomobilin yolun sağ kənarında mağazanın qarşısında dayandığını görmüşdür. Mağazaya çatmamış yolun hərəkət hissəsində çuxur olduğundan o, avtomobilin təkəri çuxura düşməməsi üçün əvvəlcə arxadan avtomobil gəlibgəlmədiyinə baxmış, uzaqdan avtomobil gəldiyini görsə də məsafə uzaq olduğuna görə çuxurun yanından keçmək üçün sükanı sol tərəf döndərmişdir. Bundan sonra ancaq idarə etdiyi avtomobilə arxadan zərbə dəydiyini xatırlayır. Zərbədən huşunu itirmiş, ayılanda isə avtomobilin içərisində olduğunu, ətrafa çoxlu adam yığışdığını görmüşdür, avtomobilin onun tərəfindən olan qapısı açılmamış, ətrafdakılar avtomobilin sağ tərəfindən birinci Vüsalı, sonra isə onu çıxarmışlar. O, yerə düşəndə Qismət, Vüsal və Orxanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Orada bilmişdir ki, idarə etdiyi avtomobili arxadan gələn “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş, zərbənin təsirindən idarə etdiyi avtomobili sürüşərək yolun kənarında dayanmış vəziyyətdə olan “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, “Toyota Prado” markalı avtomobil də orada dayanmış “QAZ-53” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşmadan sonra sürüşərək yolun sol tərəfində dayanmış “Hyundai Santafe” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Təcili tibbi yardım avtomobili onları Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonradan hadisə zamanı idarə etdiyi avtomobildə arxa sol tərəfdə oturan sərnişin X13 aldığı xəsarətlərdən Şəmkir rayon mərkəzi xəstəxanasında ölməsini öyrənmişdir. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmisi oğlanlarıdır. Samirin özünə məxsus “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürücülük edir. X17 dayısı oğludur. 28 sentyabr 2022-ci il tarixdə o, kənddə olanda Vüsal ilə qarşılaşmış, Vüsal Gəncə şəhərinə gedib sənədlərini götürməli olduğunu bildirmiş və onunla getməsini demişdir. O, etiraz etməmiş və saat 14 radələrində Vüsal Samirə zəng edib Gəncə şəhərində sənəd götürməyə getməli olduğunu deyib onları aparmasını xahiş etmişdir. Samirlə 30 manata danışıb razılaşdıqdan sonra Samir onu və Vüsalı kəndin içərisində olan çayxananın qarşısından götürmüşdür. Yolda olanda Orxan Vüsala zəng edib harada olduğunu soruşmuş, Vüsal ona Gəncə şəhərinə gedib qayıdacaqlarını bildirmişdir. Orxan kəndə getmək üçün Gəncədən qayıdanda onu da Şəmkir rayonu “üç yol” adlanan yoldan götürməyi xahiş etmişdir. Şəmkir rayonu köhnə xəstəxananın qarşısından keçəndə Orxanın dayandığını görüb avtomobili saxlamış Orxan da avtomobilə mindikdən sonra Gəncə şəhərinə getmişlər. Mərkəzi univermağın yaxınlığında Vüsal sənədini götürüb gəlmiş və Şəmkir rayonuna qayıtmışlar. Avtomobili Samir idarə etmiş, Vüsal qabaqda, Orxan Samirin, o, isə Vüsalın arxasında oturmuşdur. Şəmkir rayonuna Şəmkir dövlət yol polisi postundan keçəndə içəri yol ilə gəlmişlər. Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində Samir avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Həmin mağazaya çatmamış Samir avtomobilin təkərini çuxura düşməməsi üçün sükanı sol tərəf çəkmiş və avtomobilə arxadan zərbə dəydiyini hiss etmişdir. Zərbədən o, Orxanı tutub saxlamış və ikinci dəfə zərbədən o, huşunu itirmişdir. Ayılanda avtomobilin içərisində olduğunu və çoxlu adamların gəldiyini görmüşdür. Onu qapıdan çıxarıb yerə uzatmışlar. Xəstəxanaya getməyini xatırlayır. Ayılanda xəstəxanada olduğunu görmüş və sonradan bilmişdir ki, onların olduğu avtomobili arxadan gələn “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə zamanı Hadisə nəticəsində özü xəsarət almış ,avtomobildə arxa sol tərəfdə oturan dayısı oğlu Orxan Cəfərov aldığı xəsarətlərdən Şəmkir rayon mərkəzi xəstəxanasında ölmüşdür. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 həmkəndliləri, X17 dayısı oğludur. Samir özünə məxsus “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük edir. Özü 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olmuş, xəsarət almışdır. Özünə əlillik dərəcəsi almaq üçün sənəd hazırlayır. Bu məqsədlə 28 sentyabr 2022-ci il tarixdə o, Gəncə şəhərinə gedib sənədlərini götürməli olduğu üçün Qismətlə kənddə çayxanada görüşmüş Qismət də onunla getmək istədiyini bildirmişdir. O, Qismətə etiraz etməmiş və saat 14 radələrində Samirə zəng edib Gəncəyə getməli olduğunu deyib onu aparmasını xahiş etmişdir. Samir ilə 30 manata razılaşdıqdan sonra Samir onu və Qisməti kəndin içərisində olan çayxananın qarşısından götürmüşdür. Yolda olanda Orxan ona zəng edib harada olduğunu soruşmuş, o, Orxana Gəncə şəhərinə gedib qayıdacağını bildirmişdir. Orxan kəndə getmək üçün onu da Gəncə şəhərindən qayıdanda Şəmkir rayonu “üç yol” adlanan yoldan götürməyi xahiş etmişdir. Şəmkir rayonu köhnə xəstəxananın qarşısından keçəndə Orxanın dayandığını görüb avtomobili saxlamış, Orxan da avtomobilə mindikdən sonra Gəncə şəhərinə getmişlər. Mərkəzi univermağın yaxınlığında o, hərbi biletini götürüb gəlmiş və onlar Şəmkir rayonuna qayıtmışlar. Avtomobili Samir idarə etmiş, o qabaqda, Orxan Samirin, Qismət isə onun arxasında oturmuşdur. Onlar Şəmkir rayonuna Şəmkir dövlət yol polisi postundan keçəndə içəri yol ilə gəlmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində Samir avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Həmin yolda inşaat materialları satılan mağazaya çatana yaxın qara rəngli “Toyota Prado” markalı avtomobilin yolun kənarına verib inşaat mağazasının qarşısında dayandığını görmüşdür. Həmin mağazaya çatmamış yolun onların hərəkətdə olan hissəsində çuxur olmuş və Samir avtomobilin təkərini çuxura düşməməsi üçün sükanı sol tərəf çəkmiş və avtomobilə arxadan zərbə dəydiyini hiss etmişdir. Zərbədən huşunu itirmişdir. Ayılanda avtomobilin içərisində olduğunu və çoxlu adamların gəldiyini görmüşdür. Onu qapıdan çıxarıb yerə uzatmışlar O, ayılanda xəstəxanada olduğunu görmüş və sonradan bilmişdir ki, onların olduğu avtomobilini arxadan gələn “VAZ 2107” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə nəticəsində özü xəsarət almış, dayısı oğlu X17 aldığı xəsarətlərdən Şəmkir rayon mərkəzi xəstəxanasında ölmüşdür. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, "xxxx" MMC-də satıcı işləyir, şirkətə məxsus “Hyundai Santafe” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə nisyə satdığı boyaları alan mağazalara gedib və pulları yığır. 28 sentyabr 2022-сi il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobillə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Güvən” inşaat mağazasına getmiş, avtomobili Şəmkir-Çinarlı-Gəncə yolunun sağında saxlayıb mağazaya girmişdir. Mağazada olanda müxtəlif tormoz və avtomobil səsləri gəlmiş və çölə çıxanda ağ rəngli Vaz 21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mağazanın qarşısında olan yük avtomobilinə çırpılaraq dayandığını görmüşdür. Hadisə zamanı mağazanın qarşısında dayanmış qara rəngli “Toyota Prado” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə də qara rəngli Vaz 2107 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyib dayanmışdır. Qara və ağ rəngli Vaz 2107 markalı avtomobillərin sürücüləri və dəqiq sayını bilmədiyi sərnişinləri xəsarət aldıqları üçün təcili tibbi yardım avtomobilləri gəlib onları xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Xəlilov oğlu Rauf Zauroviçin ifadəsində qeyd etdiyi xüsusatlara oxşar məzmunlu ifadə verərək, özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Vaqif adlı dostu ilə birlikdə xx.xx.2022-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan qızıgilə ev əşyalarını aparmağa getmişdir. Əşyaları boşaldıb geri qayıdarkən Güvən İnşaat mağazasının qarşısında avtomobili saxlayıb təkərlərin havasına baxan zaman toqquşma səsləri eşitmiş, bundan sonra onunla üzbəüz dayanmış qara rəngli Prado markalı avtomobil idarə etdiyi avtomobilə dəymişdir. Avtomobilin ətrafına baxdıqda ağ rəngli Vaz 21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfində dayandığını görümş həmin vaxt qara rəngli Vaz 2107 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qarşı tərəfdə dayanmışdır. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, xx.xx.2022-ci ildə “Güvən İnşaaat” mağazasının qarşı tərəfində qaz xəttinin yaxınlığında hasarın dibində əyləşib su içərkən Gəncə istiqamətindən Çinarlı qəsəbəsinə doğru asvalt yolla irəlidə ağ rəngli Vaz 2107 markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun arxası ilə isə sürətlə qara rəngli Vaz 21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görmüşdür. Hasarın künc hissəsinə gəldikdə ağ rəngli avtomobil sürətlə qarşısında gedən qara rəngli atomobili ötməyə başlamış, həmin vaxt öndə gedən avtomobil yolun mərkəzi hissəsindən təxminə 0,50 metr sola doğru çəkmiş və həmin anda toqquşma baş vermiş avtomobillər toqquşmadan sonra sağa doğru sürüşərək həmin vaxt dayanmış vəziyyətdə olan digər avtomobillərə dəymiş, səsə və toqquşmaya mağazalarda və ətrafda olan xeyli şəxs gəlmişdir. Məhkəmə iclasında Vaqif Yusifov verilən sullara cavab olaraq, Vaz 21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı l avtomobilin sürücüsünün ötmədən əvvəl dönmə, işıq və səs siqnallarından istifadə etmədiyini, həmçinin Vaz 2107 markalı, **-TU- *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin hərərkət hissəsində çuxur olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış 28 sentyabr 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir rayonu, Çinarlı qəsəbəsidir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuşdur. Qarşılıqlı hərəkət axınını ayırmaq üçün hərəkət hissələrini ayıran düz xətt 1.1 üfüqi nişanlanma xətti mövcuddur. Hadisə baş verən yer yaşayış yeridir, surət məhdudiyyəti həddi 60 km/saat surətdir. Hadisə baş verməmişdən əvvəl “Vaz 21074” markalı **-BZ-*** qeydiyat nömrə nişanlı avtomobil və “VAZ 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil Çinarlı qəsəbəsinə doğru eyni istiqamətdə hərəkətdə olmuşlar. Toqquşma yeri Çinarlı qəsəbəsi istiqamətinə doğru yolun sol hərəkət kənarından 2,80 metr məsafə olmuşdur. Cinayət işi materillarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş hadisənin baş vermə anının qeydə alındığı “Güvən İnşaat” tikinti materialları dükanına quraşdırılmış müşahidə kameraları ilə qeydə alınmış videogörüntülərdən görünür ki, hadisə vaxtı öndə qara rəngli “Vaz 21074” markalı **-TU-*** dövlət nömrə nişanlı avtomobil aşağı sürətlə, onun arxası ilə isə ağ rəngli “VAZ 2107” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Çinarlı qəsəbəsinə doğru eyni istiqamətdə hərəkətdə olarkən dükanın qarşısına çatmağa az qalmış **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr edərək ötmə əməliyyatı edərkən qeyd edilən avtonəqliyyat vasitələri Çinarlı qəsəbəsinə doğru yolun mərkəzi hissəsindən sola doğru, qarşı hərəkət hissəsində toqquşmuş, toqquşmadan sonra qara rəngli **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi deformasiyaya uğrayaraq sağa doğru sürüşərək həmin vaxt müşahidə kameralarının quraşdırıldığı dükanın qarşısında dayanmış vəziyyətdə olan qara rəngli “Tayota Prado” markalı avtomobilə hadisə vaxtı deformasiyaya uğramış hissədən dəyərək dayanmış, zərbənin təsirindən “Tayota” markalı avtomobil irəliyə doğru getmişdir. Qara rəngli “Vaz 21074” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobil isə toqquşmadan sonra idarəetməni itirərək dükanın qarşı tərəfində dayanmış ağ rəngli “Hunday Santafe” markalı avtomobilə dəymiş və zərbədən sonra yenə də sağa doğru sürüşmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 sentyabr 2022-ci il tarixli 212a nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 19 oktyabr 2022-ci il tarixli 38 saylı rəyindən görünür ki, mərhum Orxan Cəfərovun meyitində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, baş beyinin yumşaq qışasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin ön səthinin qançır və sıyrığı, sol bazunun orta-aşağı üçdə birinin əzilmiş yarası və sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 28 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəlləbeyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X13 ölümü meyitin müayinəyə başlanmasından 4-6 saat əvvəl baş vermişdir. X13 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 15 oktyabr 2022-ci il tarixli 1231 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol qaşüstü və sol dirsək oynağının arxa səthinin əzilmiş yaraları, sol əng sümüyünün, sol maksilyar sinusun ön divarının və əsas sümüyü cisminin xətti yerini dəyişməyən sınıqları, döş qəfəsinin qapalı küt travması, sol ağciyərin aşağı payının konkuziyası, sol tərəfli pnevmatoraks KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 15 oktyabr 2022-ci il tarixli 1265 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin qançırı və sol 8-ci qabırğanın yerini dəyişməyən sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 24 yanvar 2023-cü il tarixli 79 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət - sol bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 30 dekabr 2022-ci il tarixli 1350 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin qapalı küt travması, sol 10-cu qabırğanın yerini dəyişmiş sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 28 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X23 şəxsin 11 fevral 2023-cü il tarixli 128 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ gicgah nahiyyəsinin sıyrığı KÜT əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 28 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə avtotexniki ekspertizasının 12 yanvar 2023-cü il tarixli 8/3535 nömrəli rəyindən görünür ki, VAZ-21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21074 markalı ******* dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun" 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21074 markalı ******* dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saat artıq, yəni 90km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun" 50-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli 016- 26 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BDYPİ-nin “X4 Reyestri”nə əsasən sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy rayon İHB-nın Qaradağ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində yaşamamış, mütamadi olaraq həmin əraziyə gedib gəlmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Uğur Məmmədəliyev (xx.xx.2022-ci il təvəllüdlü) adlı övladı var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin ərizələridən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmışlar və onlara dəymiş zərər tamamilə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, VAZ 21074 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ 21074 markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə verilmişdir. Şəmkir rayonu, Çınarlı qəsəbəsində yerləşən “Güvən” inşaat mağazasının müşahidə kameralarının yaddaşından götürülmüş, VAZ 21074 markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ 21074 markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma anının videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 25 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, hadisə anının qeydə alındığı videoçəkilişi və digər maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq bir nəfərin ölümünə, bir nəfərin sağlamlığına AĞİR, iki nəfərin isə sağlamlığına AZ AĞİR xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə himayəsində azyaşlı övladının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müabət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Qeyd edilən nəticəyə gələrkən məhkəmə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsasları müəyyən etməmiş, cinayət əməlinin nəticələrinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və qanunçuluq prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın ən aşağı həddə təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi materiallarından Zərərçəkmiş şəxs1 barəsində CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Qeyd edilən əsasa görə məhkəmə hesab edir ki, aparılmış ekspertiza xərcinin yarısı 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınan VAZ 21074 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı və VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalı, hadisə anının videogörüntülərinin olduğu 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübutlar - “VAZ 21074 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı və VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-258/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-258/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver