Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-258/2024 30.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, X4 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, N.Nərimanov prospekti 4-cü döngə ev 5, mənzil 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 167-3.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən kustar üsulla hazırlanmış, külli miqdar hesab olunan ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 qram və 2,544 qram olmaqla ümumilikdə 5,294 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə saat 11:40 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri Tağı Arani küçəsində «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 qram və 2,544 qram olmaqla ümumilikdə 5,294 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin onun əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, O, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda dini nifrət və düşmənçiliyin salınmasına yönələn, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyasını təbliğ edən, Azərbaycan Respublikasının Konstitutsiyasının 18-ci maddəsində təsbit olunmuş «Azəbaycan Respublikasında din dövlətdən ayrıdır» prinsipi ilə ziddiyyət təşkil edən, üzərində Yunis Səfərovun təsviri əks olunmuş və «Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq» yazıları olan 01 ədəd plakatı və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri əks olunmuş və «X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!!» yazıları olan 01 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 02 fevral 2023-cü il, saat 18:30-dək, yəni Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən yaşadığı mənzildə axtarış aparılıb götürülənədək Gəncə şəhəri, N.Nərimanov prospekti 4-cü döngə ev 5, mənzil 17də saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ümumiyyətlə narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. 31 yanvar 2023-cü il tarixdə təxminən səhər saat 10 radələrində istifadəsində olan “Hyundai markalı” avtomobillə Gəncə şəhəri Tağı Arani küçəsində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan vaxt dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli “Hyundai” markalı avtomobil onun maşınına yaxınlaşmış və avtomobili saxlamağı istəmişdir. Avtomobili saxlayandan sonra avtomobilə iki nəfər mülki geyimdə olan adlarını bilmədiyi polis əməkdaşları yaxınlaşıb Gəncə şəhər Baş Polis İdarəsinə getməli olduğunu demiş, avtomobili özü idarə etmişdir. Yolda “Metallurq stadionu” yaxınlığına qədər avtomobili özü idarə etmiş, polis əməkdaşlarına zəng gələndən sonra polislər onun avtomobilini sürüb Gəncə şəhər Baş Polis İdarəsinə getmişlər. Gəncə şəhər Baş Polis İdarəsində olan zaman əvvəllər üzdən tanıdığı cinayət axtarışın rəisi Ramin adlı şəxsin otağına aparmış, O masa üzərində nə olduğunu bilmədiyi iki bükümü ona verib götürüb cibinə qoymağı demiş, nə olduğunu soruşduqda narkotik olduğunu və yerdən tapdığını deməyi bildirmişdir. Etiraz edəndə Ramin onu ailəsi ilə hədələmiş, gedib arvadının üstünə narkotik qoyub onu tutacaqlarını demişdir. Ramin iki bükümü əynindəki gödəkçəsinin sağ cibinə qoyub, çəkiliş zamanı “xaraba yeri”ndən tapıb bir dəfə istifadə etməyi satmaq məqsədi olmadığını deməyi tapşırmışdır. Psixoloji təzyiq edilməsi, arvadını cinayət məsuliyyətinə cəlb etmələri, evindən narkotik çıxaracaqlarından qorxduğu üçün Raminlə razılaşmış, başqa otağa aparıb videoçəkiliş etmiş, qorxudan Raminin dediklərini təkrar etmişdir. Çəkilişdən sonra içməyə su istəmiş, onu saxlayan adını bilmədiyi polislərdən biri əlində balaca “sirab” butulkasını gətirib ona vermişdir. O bir qurtum su içmiş, acı olduğu üçün içməmiş, tauletə tökmüşdür. Yazılan sənədləri qorxudan imzalamışdır. Müvəqqəti saxlama yerinə yerləşdirilmiş, evində polis əməkdaşları axtarış keçirmişdir. Evdən götürülmüş dini kitablar və Hacı Talehin şəkli, Yunis Səfərovun şəkli, X7 şəkli ona məxsus deyil. Yunis və Tohid İbrahimliyə qarşı özünün münasibəti mənfidir. Evindən aşkar olunmuş həmin dini materialları polis əməkdaşları özləri evinə yerləşdirib çıxartmışlar. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, İran İslam Respublikasının Qum şəhərində təhsil alan zaman Hacı Taleh orada təhsil almış, təxminən iki ay eyni mədrəsədə oxumuşlar, Talehlə heç bir münasibəti olmamışdır. X14 şəhərində yerləşən “Höcətiyyə” mədrəsəsinə getmiş, o, isə “İmam Xomeyni” mədrəsəsində təhsilini davam etdirmişdir. O, 2005-2010-cu illərdə İran İslam Respublikasının Qum şəhərində dini təhsil almışdır. 2010-cu ildə bir dəfəlik Azərbaycan Respublikasına qayıtmışdır. “Ayətullah Xomeyni” adlı şəxs şəxs dini alim kimi tanıyır, başqa heç bir əlaqəsi yoxdur. Yunis Səfərov və Tohid İbrahimbəylini tanımır, onlarla heç bir əlaqəsi yoxdur. Onların fikirlərini qəbul etmir və polis əməkdaşları saxlanılarkən ona heç bir fiziki təsir göstərməsələr də ifadəsində göstərdiyi kimi psixoloji təsir edib evindən narkotik vasitə çıxacağı və ailəsi-arvadının da tutulacağı ilə hədələmişlər. Narkoloji ekspertizasının rəyində psixotrop maddə olan metamfetamindən istifadə etməsinin göstərilməsini də polis şöbəsinə “sirab” qabında içdiyi acı dadan maddə ilə bağlıdır. Özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə baxışı və ibtidai istintaqın sonrakı dövründən fərqli olaraq, ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə elan edilmiş ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, 31 yanvar 2023-cü il tarixdə saat 11:40 radələrində Gəncə şəhəri Tağı Arani küçəsi “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olanda mülki geyimdə iki nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Vəkil çağırılmış və müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış keçirilmişdir. O əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd sellofana bükülmüş içərilərində psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmiş, bükümlərin nə olması soruşulmuş, O isə metamfetamin olduğunu, bükülülərin özünə məxsus olduğunu, saxlanıldığı gün Gəncə şəhəri Vəli Xuluflu küçəsi “xaraba yeri” adlanan ərazidə zibilliyin yaxınlığından tapdığını, həmin kütlələrdən heç kimə satmadığını, özünün istifadə etdiyini bildirmişdir.....Əvvəllər həm narkotik vasitə, həm də psixotorop maddədən arabir istifadə etmişdir....Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olmamışdır. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotop maddə, eləcə də qanunsuz dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Üzərindən aşkar edilən psixotrop maddəni-metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs sonrakı ifadələrində isə məhkəmə baxışı ilə eyniməzmunlu ifadə verərək, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 167-3.1-ci maddələri ilə özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, yaşadığı evdən aşkar edilmiş dini kitab və plakatların özünə və ailəsinə məxsus olmadığını, psixotrop maddənin polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərinə qoyulduğunu, narkotik vasitənin isə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, N.Nərimanov prospekti 4-cü döngə ev 5, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, düşmənçilik və ədavəti olmamışdır. 31 yanvar 2023-cü il saat 11 radələrində gündəlik xidmətdə olan zaman ona Gəncə şəhər sakini Asəf adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid3la birlikdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlayıb, Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş hüquq və vəzifələrini elan etdikdən sonra ona dövlət hesabına vəkil dəvət edilmiş üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Qanunsuz əşya varsa çıxarıb təqdim etməsi bildiriləndə Təqsirləndirilən şəxs iki ədəd bükümü təqdim etmiş, şifahi sorğu zamanı bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu, bükümləri saxlandığı gün Gəncə şəhəri Vəli Xuluflu küçəsi “xaraba yeri” adlanan ərazidə zibillikdən tapıb istifadə etmək məqsədilə üzərində saxladığını heç kimə satmadığını və vermədiyini bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur, tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotk vasitələri və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi onun satışını təsdiq etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyniməzmunlu ifadə verib onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmiş, verilmiş suallara cavab olaraq göstərmişlər ki, Təqsirləndirilən şəxs qarşı özləri, yaxud hansısa polis əməkdaşı tərəfindən psixi təzyiq hədə-qorxu halı olmamış, saxlanıldıqdan sonra polis əməkdaşlarının istifadəsində olan avtomobillə şöbəyə gətirmişlər. Polis ona hədə-qorxu gəlinməsi və guya suya nəsə qatılıb ona verilməsi barədə söylədikləri qərəzli və əsassızdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, Gəncə şəhəri, N.Nərimanov döngə 4, ev 5, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi və gəzdirməsi barədə Gəncə ŞBPİ-yə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan torbaya bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümləri “Xaraba yeri” adlanan ərazidə yerdən tapdığını, heç kəsə satmadığını və başqa yerdə saxlamadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizanın 16/166 nömrəli, 1 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 2,750 qram, 2,544 qram olmaqla, ümumi təmiz çəkisi 5,294 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, kimyəvi tərkibinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının Gəncə şəhər şöbəsindən daxil olmuş, 02 fevral 2023-cü il tarixli, 156 №li rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qalıq ümumi təmiz çəkisi 5,294 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində Yunis Səfərov və Tohid İbrahimbəylinin şəkli və yazılar olan materiallar maddi sübut kimi tanınıb Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş materiallarından aşkar edilmiş psixotrop maddə və dini ekstremist materialların əldə edilmə mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizanın 01 aprel 2023-cü il tarixli, 537 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq verilmiş Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2- 12701/2023 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin külli miqdarda psixotrop maddə olan metamfetaminin mənbəyini müəyyən etmək və Təqsirləndirilən şəxs digər cinayət hadisələri ilə əlaqəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilən Gəncə şəhər Məhkəməsinin 4(125)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilən Gəncə şəhər Məhkəməsinin 5 (125)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə yaşadığı Gəncə şəhəri, N.Nərimanov prospekti 4-cü döngə ev 5, mənzil 17-də yerləşən evdə axtarış keçirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan “axtarış keçirilməsi haqqında” tarixli, protokoldan görünür ki, evin yataq otağından 1 ədəd “Azərbaycanda ənənəvi DİN” kitabı, 1 ədəd “Müxtəsər Ənbiya və İslam tarixi” kitab, 1 ədəd “Rza İmam” kitabı, 1 ədəd “Ruhullahın həyat tərzi” kitabı, 1 ədəd “ İmam Sadiqin ictimai həyatının bir hissəsi” kitabı, 03 ədəd üzərində ərəb dilində yazılar olan qara rəngli örtük, 03 ədəd üzərində dini yazılar olan üç ədəd lövhələr, 02 ədəd üzərində dini yazılar olan örtük, 01 ədəd üzərində dini yazılar olan lövhə, 01 ədəd üzərində Hacı Talehin şəkli və dini yazılar olan olan şəkli, 02 ədəd üzərində Ayətullah Xomeyninin şəkilləri, 01 ədəd üzərində Yunis Səfərovun 1 ədəd X7 şəkli aşkar edilib götürülmüşdür. İş üzrə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-linqvstik və dinşünaslıq ekspertizasının 25 may 2023-cü il tarixli, 4/869 nömrəli rəyindən görünür ki ekspertizaya təqdim edilmiş Yunis Səfərovun və «Hüseyniyyun Azərbaycan İslam Müqavimət hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş plakatda «Gələcəyin ordu generalı,xalq qəhrəmanı Yunis Səfərova azadlıq» və “ X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!! “) Azərbaycanda “ vilayəti-fəqih “ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyası təbliğ olunur. Həmin ideyanın məzmunu linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuş “Azərbaycanda Respublikasında din dövlətdən ayrıdır “ prinsipi ilə ziddiyyət təşkil edir. Təqdim edilmiş Yunis Səfərovun və “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı “adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş plakatda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş materiallardan Yunis Səfərovun və “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı “ adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş plakat dini ekstremist material sayılır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş məlumat materiallarında linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiya qurluşunu zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülərək ekspertizaya təqdim edilmiş materiallar dini təyinatlıdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini ekstremist material sayılan 01 ədəd üzərində Yunis Səfərovun şəkli olan, 01 ədəd X7 şəkli olan plakatlar maddi sübut qismində tanınaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsində məsul saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər Prokurorluğunda aparılmış saylı material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncələrə, ibtidai istintaq zamanı təzyiq və qanunsuzluğa məruz qalması barədə xüsusatlar öz təsdiqi tapmadığı üçün toplanmış 513c-23№-li materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, həmin qərardan şikayət verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş AZ İİ № 569708 saylı, AZ İV № 551361 saylı və AZ İİ№ 708708 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Rüqəyya Əliyeva, xx.xx.2021-ci il təvəllüdlü Murtəza Əliyev adlı azyaşlı övladları var. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan Gəncə ŞİHB-nin 3 №li sahıə üzrə nümayəndəliyindən verilmişxx.xx.2023-cü il tarixli, 2892 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Nərimanov küçəsi 4cü döngə ev 5, mənzil 17-də ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə aparılan danışlarda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi məhkəmə baxışında araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, eləcə də müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində və izahatında Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş üzrə dindirilmiş şahidlər - Gəncə ŞPBİ-nin əməliyyat müvəkkilləri də həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrdə satışla bağlı məlumat olsa da həm Təqsirləndirilən şəxs saxlanılana qədər, işin sonrakı istintaqı zamanı əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə satdığı şəxslərin digər oxşar cinayətlərdə iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə ŞPBİ tərəfindən verilən əməliyyat tapşırığına cavab məktubunda metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, narkotik vasitə satdığı şəxslərin müəyyən edilə bilmədiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin külli miqdar və iki bükülüdə olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilsə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədilə ilə deyil istehlak məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. İstintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxs, aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı(təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, təqsirləndirilən şəxs Asif Əliyevin ibtidai istintaqın sonrakı dövründə və məhkəmə baxışında göstərdiyi xx.xx.2023-cü ildə Gəncə şəhəri “Azpetrol” YDM yaxınlığında saxlanılıb Gəncə ŞBPİ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, polis əməkdaşlarının onu verdikləri psixotrop maddəni götürməsə evindən çıxacağı və arvadının cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməsinə görə polislərlə razılaşıb etmədiyi əməli etiraf etməsini, evlərinə xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilən dini məzmunlu ədəbiyyat və dini ekstremist materialların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsini qanında çıxan psixotrop maddənin polislərin o su istəyərkən verdikləri sirab butulkasında olan acı maddə ilə bağlı olduğuna münasibətdə qeyd edir ki, həmin hallar və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübut(lar)la təsdiqini olunmadığı üçün Asif Əliyevin ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş olan məhkəmə baxışı zamanı da tədqiq edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddənin ona məxsus olduğunu və üzərində saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxsin öz təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas qanında və sidiyində aşkar edilmiş amfetamin maddəsinin, polis əməkdaşlarından şəxsi axtarışdan sonra su istəməsi və yarım litrlik sirab butulkasında verilən sudan bir qurtum içib acı dad verdiyi üçün içməkdən imtina etməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü ildə iddia edildiyi kimi 1 qurtum içilən psixotrop tərkibli suyun xx.xx.2023-cü ildə keçirilmiş məcburi narkoloji müayinə zamanı verilən qan və sidikdən çıxması ağlabatan və inandırıcı deyil. Yəni, ilk növbədə həmin mayenin iddia edildiyi kimi xx.xx.2023-cü ildə qəbul edildikdən qısa müddət sonra şəxsin səhhətinə mənfi təsir etməməsi (ağrı və sərxoşluq yaratmaması), bununla bağlı tibbi müayinə və müalicəyə zərurət yaranmaması, 48 saat ərzində şəxsin sərbəst qida və maye qəbul etməsi, sonradan məhz iddia edildiyi kimi yalnız 1 dəfə aldadılaraq qəbul etdiyi həmin maddənin şəxsin qan və sidik nümunəsindən aşkar edilməsi, verilmiş məhkəmə narkoloji ekspertiza rəyi ilə tərs mütənasibdir və həmin sübuta münasibətdə heç bir elmi əsası yoxdur. Belə ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertiza rəyə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məhkəmənin qənaətinə əsasən bir dəfə aldadılaraq metamfetamin qəbul edən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi, adi düşüncə əsasən də məntiqli və inandırıcı deyil. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə məhkəmə narkoloji ekspertiza rəyini daha mötəbər sübut növü kimi qiymətləndirir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin xx.xx.2023-cü ildə evində məhkəmə qərarına əsasən keçirilmiş axtarış zamanı aşkar edilmiş dini təyinatlı ədəbiyyat və dini ekstremist materialların ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qanunsuz olaraq yaşadığı evə qoyulub sonradan götürülməsinə münasibətdə qeyd edir ki, həmin istintaq hərəkəti hal şahidlərinin və təqsirləndirilən şəxsin müdafiəçisinin və ailə üzvünün iştirakı ilə keçirilmiş, protokolda, yaxud sonradan ailə üzvlərinin aparılmış istintaq hərəkəti və protokolun tərtibi zamanı hansısa qanunsuzluq və qayda pozuntulara yol verilməsi ilə əlaqədar qeyd edilən şəxslərin hansısa qeydi, yaxud müraciəti olmamışdır. Digər şəxslərə münasibətdə təqsirləndirilən şəxsin ailə üzvü olan (Kifayət Əliyevanın) və müdafiəçisi kifayət qədər hüquqi təcrübə və elmi nəzəri biliklərə məxsus vəkilin (Nadim Heydərovun) iddia edilən polis əməkdaşlarının iddia edilən qanunsuzluqlarını müşahidə edib susması, hər hansı reaksiya verməsi, 1-cinin yaxın qohumluq mübasibətləri, 2-cinin isə xidməti vəzifəsi, peşə etikası və vicdanı ilə bağlı olaraq öz vəzifələrini yerinə yetirməməsi inandırıcı və ağlabatan deyil. Həmçinin məhkəmə, müdafiə tərəfinin göstərdiyi Təqsirləndirilən şəxs İranda dini təhsil almasına görə İranla hər hansı əlaqələri olmasını bəhanə edilib buna görə əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə yaşadığı evdə aşkar edilib götürülmüş dini ekstremist təyinatlı yalnız 3 ədəd şəkil və yazılar olan materialları əldə edib saxlamağa görə ittiham verilmiş, aşkar edilən dini təyinatlı ədəbiyyatlarda isə qanunsuz hər hansı hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(125)-63-2023 saylı qərarın təsviri əsaslandırıcı hissəsindən də görünür ki, həmin istintaq hərəkətinin keçirilməsi barədə verilmiş vəsatət və təqdimatda məhz narkotik vasitə psixotrop maddə və digər qanunsuz əşyaların olmasına şübhələr olduğu üçün məhkəməyə müraciət edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə məhz dini ekstremist xarakter daşıyan materialların olması şübhəsi nə vəsatət, nə də təqdimatda birbaşa və qəti olaraq göstərilməmişdir. Təqsirləndirilən şəxs evində keçirilmiş axtarışın Təqsirləndirilən şəxs etiqad və dini əqidəsi ilə bağlı olmasını və buna görə əsassız cinayət məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş və bununla bağlı heç bir vəsatət verilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirtməyə yönəlmiş materialları əldə edib saxlamasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, bununla bağlı sənəd, yaxud digər material (elektron və yazılı) təqdim edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş əsasən ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsində göstərilən əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi cəzasını ağırlaşdırıcı hal olaraq göstərilsə də iş materiallarında Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbirliyini və qeyd edilən cinayət əməllərini bir qrup şəxs halında törətməsini göstərən hal yoxdur və məhkəməyə həmin halı təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən cinayət əməlinin törətməsi lə bağlı ittiham tərəfinin mövqeyini əsassız, qanunsuz və ədalətsiz hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən kustar üsulla hazırlanmış naməlum çəkidə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 31 yanvar 2023-cü ildə təxminən saat 11 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri Tağı Arani küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsi yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 qram və 2,544 qram olmaqla ümumi təmiz çəkisi 5,294 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa O, məlum olmayan vaxtda və mənbədən dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə haqq qazandıran dini ekstremist materialları, yəni məzmununda dini nifrət və düşmənçiliyin salınmasına yönələn, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyasını təbliğ edən, Azərbaycan Respublikasının Konstitutsiyasının 18-ci maddəsində təsbit olunmuş «Azərbaycan Respublikasında din dövlətdən ayrıdır» prinsipi ilə ziddiyyət təşkil edən, üzərində Yunis Səfərovun təsviri əks olunmuş və «Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq» yazıları olan 01 ədəd plakatı və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri əks olunmuş və «X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!!» yazıları olan 01 ədəd plakatı qanunsuz olaraq əldə edib Gəncə şəhər BPİ əməkdaşları tərəfindən yaşadığı mənzildə axtarış aparılıb götürülənə qədər, yəni 02 fevral 2023-cü il saat 18:30-dək, ailə üzvləri ilə birlikdə yaşadığı Gəncə şəhəri, N.Nərimanov prospekti 4-cü döngə ev 5, mənzil 17-də saxlamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 167-3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun əməllərində cinayət tərkibi olması və həmin əməlləri törətməkdə təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları.... saxlamaya..... görə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Qeyd edilən maddənin sanksiyasında zahirən daha yüngül cəza növü olan cərimə cəzası nəzərdə tutulsa da qeyd edilən əməlin ictimai təhlükəliliyi, (dini dövlət ideyasını və radikal dini baxışları təbliğ edən, həm xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş və yüksək ictimai təhlükəliliyi ilə seçilən Yunis Səfərovun həm də hazırki dövrdə törədilməsi ehtimal edilən xüsusilə ağır cinayətlərə görə axtarışda olan Tohid İbrahimlinin) cəmiyyətdə uzun müddət formalaşmış hüquqi dövlət quruluşuna zərərli - kütləvi ixtişaşa yaratmağa yönələn, dövlətin konstitutsiya quruluşu və əsaslarına zərər yetirməyə çalışan şəxsin qanunsuz ideyalarının təbliği ilə bağlı olması, digər tərəfdən isə maddənin sanksiyasında qeyd edilən cərimə məbləğinin aşağı həddinin 2024-cü illər üçün nəzərdə yaşayış minimumumdan dəfələrlə artıq olması, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı təhsil alan övladı və digər ailə üzvlərinin olması, qeyd edilən vəsaiti ödəcəyi təqdirdə ailə üzvlərinin zəruri yaşayış xərcləri və həyati vacib əhəmiyyətli sahələrinə mənfi təsir göstərəcəyini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanunvericiliyin humanizm, ədalət prinsiplərinə, eləcə də cəzanın ümumi və xüsusi xəbərdaredici vəzifəsinə və şəxsin islah olunacağına müsbət təsir edəcəyi qənaətinə gəlməsinə əsas olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı davranışı, oxşar işlərdən fərqli olaraq həm iş üzrə şahid olan hüquqi mühafizə orqanı əməkdaşlarına, həm də dövlət ittihamçısına münasibəti onun ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməklə islah olacağı qənaətini formalaşdırmışdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin müəyyən etdiyi hədlər əsas götürülməklə azadlıqdan məhrumetmə növündə cəza təyin etsə də ailə vəziyyəti və cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla təyin edilmiş cəza və müddəti təqsirləndirilən şəxsin barəsində amnistiya tətbiq edilməsi, əfv edilməsini, eləcə də qısa müddətə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Səbail rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5,094 qram psixotrop maddə olan metamfetamin və Yunis Səfərovun təsviri əks olunmuş və «Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq» yazıları olan 01 ədəd plakatı və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri əks olunmuş və «X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!!» yazıları olan 01 ədəd plakat məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı 1 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əsasən təqsirləndirilən şəxsin üzərindən götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon və xx.xx.2023-cü il tarixli “axtarış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertiza keçirildikdən sonra Gəncə ŞBPİ-yə qaytarılmış və işin istintaqının sonrakı dövründə taleyinə aydınlıq gətirilməmiş “Azərbaycanda ənənəvi DİN” kitabı, 1 ədəd “ Müxtəsər Ənbiya və İslam tarixi” kitab, 1 ədəd “Rza İmam” kitabı, 1 ədəd “Ruhullahın həyat tərzi” kitabı, 1 ədəd “ İmam Sadiqin ictimai həyatının bir hissəsi” kitabı, 03 ədəd üzərində ərəb dilində yazılar olan qara rəngli örtük, 03 ədəd üzərində dini yazılar olan üç ədəd lövhələr, 02 ədəd üzərində dini yazılar olan örtük, 01 ədəd üzərində dini yazılar olan lövhə, 01 ədəd üzərində Hacı Talehin şəkli və dini yazılar olan olan şəkli, 02 ədəd üzərində Ayətullah Xomeyninin şəkilləri hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 150,40 (bir yüz əlli manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 167-3.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınaraq və Səbail rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 5,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, Yunis Səfərovun təsviri əks olunmuş və «Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq» yazıları olan 01 ədəd plakat və üzərində «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsviri əks olunmuş və «X10: Hüseyniyyun ordusu əmrini gözləyir!!!» yazıları olan 01 ədəd plakat məhv edilsin. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əsasən təqsirləndirilən şəxsin üzərindən götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon və xx.xx.2023-cü il tarixli “axtarış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertiza keçirildikdən sonra Gəncə ŞBPİ-yə qaytarılmış və işin istintaqının sonrakı dövründə taleyinə aydınlıq gətirilməmiş “Azərbaycanda ənənəvi DİN” kitabı, 1 ədəd “ Müxtəsər Ənbiya və İslam tarixi” kitab, 1 ədəd “Rza İmam” kitabı, 1 ədəd “Ruhullahın həyat tərzi” kitabı, 1 ədəd “ İmam Sadiqin ictimai həyatının bir hissəsi” kitabı, 03 ədəd üzərində ərəb dilində yazılar olan qara rəngli örtük, 03 ədəd üzərində dini yazılar olan üç ədəd lövhələr, 02 ədəd üzərində dini yazılar olan örtük, 01 ədəd üzərində dini yazılar olan lövhə, 01 ədəd üzərində Hacı Talehin şəkli və dini yazılar olan olan şəkli, 02 ədəd üzərində Ayətullah Xomeyninin şəkilləri hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Azərbaycan Respublikası CM-nin 93.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 150,40 (bir yüz manat, qırx qəpik) manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-258/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-258/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver