Məhkəmə qərarları › İş №1(100)-259/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-259/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-259/2022 21.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qazax şəhəri, N.Nərimanov qəsəbəsi ev 23, mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 2,789 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,332 qram təşkil edən psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 9 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol maddəsini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında realizəsini həyata keçirmək üçün xüsusi olaraq plastik qaşıqla özünə məxsus elektron tərəzi vasitəsilə çəkməklə müxtəlif bükümlərə bölüb siqaret kağızı falqasında və kibrit qutularında saxlamış, 24 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Qazax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilə sonuncunun razılığı ilə baxış zamanı evin yataq otağında jurnal stolunun üzərində gümüşü rəngli kağız bükümündə qablaşdırılmış 0,135 qram heroin, 3 ədəd qara rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərdə qablaşdırılmış ayrıayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,037 qram, 0,028 qram, 0,232 qram psixotrop maddə olan metamfetamin, 3 ədəd kibrit qutusunda, 2 ədəd gümüşü rəngli, 1 ədəd qızılı rəngli kağız bükümdə və 1 ədəd dəftər vərəqi bükümündə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 2,53 qram, 2,45 qram, 2,15 qram, 0,80 qram, 0,45 qram, 0,260 qram, 0,36 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd tamlığı pozulmamış konvalyutda qablaşdırılmış, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəsinin miqdarı 0,5 qram təşkil edən zavod üsulu ilə hazırlanmış ağ-göy rəngli 10 ədəd tramadol dərman preparatı kapsulası, üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd ağ rəngli kiçik ölçülü plastik qaşıq, habelə servantın içərisində qara rəngli qapaqda 1 ədədi qara, digəri isə şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,962 qram və 1,692 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1 maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə 4 il müddətə azadlıqdan məhrum edilmişdir. Təxminən bir neçə ildir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Onun evindən aşkar olunmuş narkotik vasitə olan təxminən 1.7 qram heroin və 3 kibrit karobkasında təxmini çəkisi 9 qram olan marixuana ona məxsus olmuşdur. Digər aşkar olunmuş narkotik vasitələr isə ona məxsus olmamışdır. Belə ki, hadisə olan gün o, evdə olmamış, polis əməkdaşları onu, evinin yaxınlığında küçədə saxlamışlar. Polislər onu küçədə saxladıqdan sonra evinə gətirmişlər. O, evdə tək yaşadığı üçün evin ehtiyyat açarını qonşuluqda yaşayan Məcid adlı şəxsə vermiş və o, polis əməkdaşları ilə evə gələndə qonşusu Məcidin evdə olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirməyə başlamışlar. Evə baxış keçirdikdən sonra Məcidin də üzərinə baxış keçirmişlər və Məcidin üzərindən aşkar olunmuş müxtəlif növ narkotik vasitələri də onun evindən aşkar olunmuş narkotik vasitələrin üzərinə qoymuşlar. O, özü narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitəni Məciddən almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, həmişə heroindən istifadə etmiş, evindən aşkar olunmuş tramadol Məcidin cibindən çıxmış, polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalmamışdır. Onun ağrıları olduğu üçün aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə axşam saatlarında ünvan 2 ünvanında tanışı Şahid5 ilə birlikdə oturmuşlar. Evdə olarkən qapı döyülmüş, o, qapıya yaxınlaşıb qapını açanda Qazax rayon polis şöbəsinin əməkdaşlarının qapının ağzında olduqlarını görmüşdür. Onlar ona özlərini təqdim etdikdən sonra yaşadığı ünvana baxış keçirməli olduqlarını bildirmişlər. O, yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmamasına dair ərizə yazmışdır. Narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsi ilə bağlı tədbir keçirdiklərini ona bildirdikdən sonra evdə saxladığı və istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitələr varsa onları könüllü təhvil verməyimi təklif etmişlər. Daha sonra onun iştirakı ilə yaşadığı mənzilə baxış keçirilməyə başlanılmışdır. Otaqda olan şkafın üzərindən iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin sellofan bükümlərin içərisinə baxış keçirilərkən içərisində tünd qəhvəyi rəngli,kəskin iyili narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər sellofanla birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisi 2,07 və 1,27 qram olduqları müəyyən edilmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilən zaman otaqda olan jurnal stolunun üzərindən üzərində “Tramadol 50mg..xx.xx.2023” yazıları olan bir ədəd tamlığı pozulmamış dərman paçkası müəyyən edilmişdir. Həmin dərman paçkasında içərisində 10 ədəd ağ və göy rəngli kapsulalar aşkar edilmişdir. Jurnal stolunun üzərində olan 3 ədəd qara rəngli, 1 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu müəyyən olunmuşdur. Hər biri ayrı-ayrılıqda açılıb içərisinə baxış keçirilmişdir. Hər birinin içərisindən şüşə dediyimiz narkotik vasitə metafetaminə bənzər kütlələr aşkar olunmaqla ayrılıqda elektron tərəzi vasitəsilə çəkilən zaman 0,48 qram, 0,04 qram, 0,03 qram, 0,06 qram olduqları müəyyən edilmişdir. Sonra həmin stolun üzərindən 3 ədəd kibrit qutusu və bir neçə ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərə və kibrit qutularının ayrı-ayrılıqda içərisinə baxış keçirilən zaman 5,47 qram, 5,15 qram, 5,54 qram, 1,07 qram, 0,76 qram, 0,64 qram, 0,15 qram, 0,21 qram, 1,35 qram olmaqla tünd yaşıl rəngli, kəskin iyili və ot şəkilli olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduqları müəyyən olunmuşdur. Həmin bükümlərin arasından 1 ədəd də gümüşü rəngli siqaret kağızı bükümündə içərisində tünd sarı rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş, elektron tərəzi vasitəsilə çəkilərkən ümumi çəkisinin 0,21 qram olduğu müəyyən olunmuşdur. O, çəkiliş zamanı onun da səhvən marixuanaya bənzədiyini demişdir. Daha sonra baxış keçirilərkən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 3 ədəd müxtəlif tutumlu şpistlər və 1 ədəd dibində izlər qalan şüşə flakon da aşkar edilmişdir. Yaşadığı evə baxış keçirilməklə qeyd etdiyi aşkar edilmiş predmetlər onun iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılmaqla sübut əhəmiyyətini kəsb etdiyini qeyd edərək polis əməkdaşları tərəfindən götürülmüşdür”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs tanıyır, onunla uzun müddətdir ki, tanışlıq münasibətləri var. O, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bilmişdir. Özü arada Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yerləşən evinə gedib Ceyhunla birlikdə narkotik vasitə qəbul etmişdir. O, narkotik satanı olmamış və heç vaxt Ceyhuna narkotik satmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, Təqsirləndirilən şəxs yaşadığı evdə olmuşdur. Təqsirləndirilən şəxs bir neçə növdə narkotik vasitəsi olmuşdur. Bir müddət keçdikdən sonra qapı açılmış və Qazax rayon polis şöbəsinin əməkdaşları evə daxil olmuşlar. Daha sonra onlarında iştirakı ilə Ceyhunun yaşadığı mənzilə baxış keçirilməyə başlanılmış və aşkar olunmuş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid5 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən ona və ya Ceyhuna hansısa təziqlər olmamış, polis əməkdaşları ona Ceyhunun evində hansı səbəbə görə olduğu barədə sual verdikdə, o, polis əməkdaşlarına marixuana çəkmək üçün gəldiyini bildirmiş, o, Ceyhunla bir yerdə narkotik qəbul etmiş, Ceyhun ona pul müqabilində narkotik vasitə satmamışdır. O, Ceyhunun yalan dediyini və onda narkotik vasitə olmadığını bildirdi. Şahid5 oğlu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “ Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilir. Özü arada Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yerləşən evinə gedib onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Pulu olmadığı vaxtlarda da istifadə etdiyi narkotik vasitələr üçün ona borclu qalmışdır, sonra pulu olduqca vermişdir. xx.xx.2021-ci il tarixdə saat 23 radələri olardı ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olmuşlar. Təqsirləndirilən şəxs bir neçə növdə narkotik vasitəsi olmuşdur. Ceyhun həmin narkotik vasitələri stolun üzərinə düzmüşdü. Həmin narkotik vasitələrdən istifadə etməyə hazırlaşan zaman qapı döyülmüş, Ceyhun qapıya yaxınlaşıb qapını açmış və Qazax rayon polis şöbəsinin əməkdaşları evə daxil olub özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı heç bir etirazımın olmamasına dair ərizə yazmışdır. Polis əməkdaşları Ceyhuna narkotik vasitələrin qanunsuz saxlanılması və dövriyyəsi ilə bağlı tədbir keçirdiklərini ona bildirdikdən sonra evdə qanunsuz olaraq saxladığı narkotik vasitələr varsa onları könüllü təhvil verməyi təklif etdilər. Daha sonra onlarında iştirakı ilə Ceyhunun yaşadığı mənzilə baxış keçirilməyə başlanılmışdır. Otaqda olan şkafın üzərindən iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra mənzilə baxış keçirilən zaman otaqda olan jurnal stolunun üzərindən üzərində “Tramadol 50mg..xx.xx.2023” yazıları olan bir ədəd tamlığı pozulmamış dərman konvalyutu müəyyən edilmişdir. Həmin dərman konvalyutun içərisində 10 ədəd ağ və göy rəngli kapsulalar aşkar edilmişdir. Daha sonra jurnal stolunun üzərində olan 3 ədəd qara rəngli, 1 ədəd gümüşü rəngli kağız bükümlərin aşkar olunmuşdur. Hər biri ayrı-ayrılıqda açılıb içərisinə baxış keçirilmiş. Hər birinin içərisindən şüşə kimi tanıdıqları narkotik vasitə metafetaminə bənzər kütlələr aşkar olunmuşşdur. Sonra həmin stolun üzərindən 3 ədəd kibrit qutusu və bir neçə ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərə və kibrit qutularının ayrıayrılıqda içərisinə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduqları müəyyən olunmuşdur. Həmin bükümlərin arasından 1 ədəd də gümüşü rəngli siqaret kağızı bükümündə içərisində tünd sarı rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuşdur. Daha sonra baxış keçirilərkən jurnal stolunun üzərindən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 3 ədəd müxtəlif tutumlu şprislər və 01 ədəd dibində tünd rəngli izlər qalan şüşə flakonlar da aşkar edilmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2009cu ildən DİO-da, 2016-cı ildən tutduğu vəzifədə xidmət edir. 24 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Qazax şəhər sakini Ceyhun adlı şəxsin külli miqdarda narkotik vasitə əldə etməsi və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışlar. Həmin məlumatın yoxlanması üçün Daşsalahlı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 dərhal raportla rəhbərliyə müraciət etmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ceyhun Ələkbərov, Daşsalahlı PB-nin növbətçi köməkçisi Ziyaddın Mehtiyev, Daşsalahlı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektorunun köməkçisi, polis baş serjantı Şahid3 daxil edilmişdir. Həmin tədbirlərlə bağlı müəyyən etmişlər ki, “Ceyhun” adlı şəxs hal-hazırda evindədir. Ona görə də, 24 oktyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində o və əməliyyat qrupuna daxil olan digər polis əməkdaşları Qazax RPŞ-dən əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Birlikdə onun Qazax şəhərində yaşadığı evin qarşısına getmişlər. Həmin evin qarşısına çatdıqdan sonra təhqiqatçı Ceyhun Ələkbərov videoçəkiliş ilə əməliyyat qrupunun üzvlərinə keçiriləcək istintaq hərəkətinin mahiyyəti barəsində məlumat verdikdən sonra, onlar “Ceyhun” adlı şəxsin yaşadığı mənzilə daxil olmuşlar. Evin giriş qapısı döyülmüş, bir nəfər şəxs çıxıb özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İlkin olaraq təhqiqatçı Ceyhun Ələkbərov onun iştirakı ilə evə baxış keçiriləcəyini bildirmişdir. Azər Əliyev videoçəkiliş ilə özünü və əməliyyat qrupuna daxil olan polis əməkdaşlarını ona təqdim edərək Təqsirləndirilən şəxs izah etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında polisə əməliyyat məlumatı daxil olduğundan, onlar onun evinə baxış keçirəcəklər. Təqsirləndirilən şəxs isə evinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Həmin vaxt evdə digər bir nəfər də olmuşdur, o özünü təqdim edərək Ceyhunun dostu Şahid5 olduğunu bildirmişdir. Bu zaman Ceyhun Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs üzərində və yaxud evində narkotik vasitə, psixotrop maddə, o cümlədən onların prekursorlarının olub-olmaması soruşulub, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Sonra yataq otağında olan jurnal stolunun üzərində yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kibrit qutularında kütlələr çəkilərək götürülmüş, daha sonra gümüşü və qızılı rəngli kağız bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr, daha sonra kağız bükümlərdə ağ rəngli narkotik vasitə olan metamfetaminə bənzər kütlələr müəyyən olunmuşdur. Həmin kütlələr ayrılıqda elektron tərəzidə çəkilmişdir. Daha sonra təxminən 2 qram və 1 qram çəkidə kağız bükümlərdə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra baxış zamanı evdən dibində qara rəngli qalıqları olan şüşə flakon, şpirslər və bir ədəd elektron tərəzi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvələr tanımış aralarında nikahdan kənar qeyri rəsmi əlaqələri olmuş, 2021-ci ildə təxminə 5-6 ay Ceyhunun yaşadığı evdə yəni ünvan 1 yaşamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. O, özü də narkotik vasitə istifadəçisidir. O, Ceyhunla birlikdə yaşayanda da Ceyhun ona narkotik vasitə vermiş, onlar həmin narkotik vasitəni birlikdə istifadə etmişlər. O, Ceyhunla birlikdə olan zaman Ceyhuna tanımadığı müxtəlif nömrələrdən zənglər gələrək ondan narkotik vasitə istəmişlər, lakin o, Ceyhunun kiməsə narkotik vasitə satmasının şahidi olmamışdır. O özü də bir neçə dəfə evdən kənarda olanda Ceyhuna zəng edərək ona narkotik vasitə verməsini xahiş etmişdir. X5 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Ceyhun özü bir iki dəfə ona demişdir ki, çinardivi Kamran kimi tanıdıqları Şahid6 ona zəng edib sms yazaraq ondan narkotik vasitə istəmişdir. Fuad Osmanov onun birlikdə yaşadığı X6 atasıdır. O, Kamranla birlikdə onların evində yəni Qazax rayonu Ağköynək kəndində yerləşən evdə birlikdə yaşadıqları zaman Kamranın atasının telefonu ilə Ceyhuna sms yazıb ondan narkotik vasitə istəmiş lakin Ceyhun ona narkotik vasitə verməmişdir. O, əvvəlcə Məcidi tanımış, Məciddə narkotik vasitə olmadığı üçün onun vasitəsilə Ceyhunu tapmışdır. Qadın kimi Ceyhunla qeyri rəsmi ər-arvad münasibətində olduğu üçün Ceyhun ona narkotik vasitə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 3-4 ildir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs əvvələr buna görə tanımışdır. Bir neçə dəfə Ceyhunla birlikdə narkotik vasitə istifadə etmiş, buna görə də Ceyhunun narkotik vasitə istifadəçisi olmasını bilmişdir. Bu səbəbdən bir neçə dəfə ağrıları olanda Ceyhuna tanımadığı yoldan keçən şəxslərin telefonunu istifadə etməklə, onların xəbəri olmadan sms yazaraq ona pulu ilə narkotik vasitə satmasını istəmiş, amma Ceyhunla görüşüb narkotik vasitəni ala bilməmişdir. Şahid6 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, CD diskdə əks olunan smsləri o yazmış bir neçə dəfə ağrıları olanda tanımadığı şəxslərdən telefon alıb xəbərləri olmadan Ceyhuna sms yazıb ona narkotik vasitə verməsini istəmişdir. Müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, Qazax rayon Daşsalahlı polis bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs cəmiyyət üçün çox təhlükəli şəxsdir. O, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmiş, sadəcə olaraq o, həmin ərazidə olmuş və həmin ərazinin mühafizəsini təşkil etmişdir. Təqsirləndirilən şəxs narkomanlar arasında “kaska baş” ləqəbi ilə tanınır. Təqsirləndirilən şəxs gündəlik olaraq rayon ərazisində çox şəxslərə narkotik satması barədə onda məlumat olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra qəsəbə sakinləri polis əməkdaşlarına dəfələrlə təşəkkür etmişlər. X12 məhkəmə iclasında verilən sualllara cavab olaraq bildirdi ki, o, ümumiyyətlə Təqsirləndirilən şəxs evində olmamış, Təqsirləndirilən şəxs gündəlik olaraq təxminən 4 qram narkotik vasitə satmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və cinayət işi materiallarına əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı evə baxış zamanı həmin evdən ayrı-ayrılıqda təmiz çəkiləri 2.07 qram, 1.27 qram, 0,135 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, ayrı-ayrılıqda çəkiləri 0.48 qram, 0.04 qram, 0.03 qram, 0.06 qram olan psixotrop maddə olan metamfetamini, ayrı-ayrılıqda təmiz çəkiləri 5.47 qram, 5.15 qram, 5.54 qram, 1.07 qram, 0.76 qram, 0.64 qram, 1.35 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd tamlığı pozulmamış konvalyutda qablaşdırılmış 10 ədəd tramadol dərman preparatı kapsulasını, üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi və 1 ədəd plastik qaşıq 2 ədəd 1 ml-lik 1 ədəd 5 ml-lik spris və 4 ədəd tamlığı pozulmamış şpris aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 bölməsinin 25 oktyabr 2021-ci il tarixli, 16/1135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Qazax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr, tramadol həbi...” sözləri və imzalar olan kağız paketdəki: 1 ədəd qara rəngli politilen bükümdəki şəfaff politilen kəsiyi bükümündə və digər 1 ədəd şəfaff politilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.962 qram 1.692 qram ümumi təmiz çəkisi 2.654 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “tramadol 50mg...xx.xx.2023” göstəricisi olan 1 ədəd tamlığı pozulmamış konvalyutda 10 ədəd ağgöy rəngli kapsulalar zavod üsulu ilə hazırlanmış tramadol dərman peraparatıdır.(beynalxalq adına görə tramadol hidroxlorid) Təqdim olunmuş ümumi sayı 10 ədəd olan tramadol həblərinin təsir maddəsinin miqdarı 0.5 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “Qazax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr,...” sözləri və imzalar olan kağız paketdəki: 3 ədəd qara rəngli və 1 ədəd “gümüşü rəngli kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.035 qram, 0.037qram 0.028 qram 0.232 qram ümumi təmiz çəkisi 0.332 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Qazax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr” sözləri və imzalar olan kağız paketdəki: 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.135 qram maddə kustra üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd kibrit qutularında 2 ədəd gümüşü rəngli kağız bükümlərdə 1 ədəd qızılı rəngli kağız bükümdə 1 ədəd dəftər vərəqi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2.53 qram, 2.45 qram, 2.15 qram, 0.80 qram, 0.45 qram, 0.260 qram, 0.36 qram ümumi təmiz çəkisi 9 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Qazax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş gümüşü rəngli elektron tərəzi, plastik qaşıq şprislər...” sözləri və imzalar olan kağız paketdəki: 1 ədəd gümüşü rəngli elektron tərəzinin vəkiçik ölçülü plastik qaşığın üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən yəni tərəzinin ölçmə hədindən aşağı olduğundan izin miqdarı təyin olunmur və bu səbəbdən müqayisəli tədqiqat aparmaq mümkün deyildir. 2 ədəd 1 ml-lik 1 ədəd 5 ml-lik və 1 ədəd şüşə flakonun içərisində heroin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqasiəli tədqiqat aparmak mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətləri və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketlərdə olan marixuanalar xarici əlamətləri və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətləri və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji Dispanserin 29 dekabr 2021-ci il tarixli, 1568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya xəstəxanasının 03 noyabr 2021-ci il tarixli, 1609 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstaxanasında psixoloji qeydiyyatda yoxdur, lakin xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qazax rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli “Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair” qərarından görünür ki, Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı üvnanın və gəldiyi yerin müşahidəsi keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il 11:33:44 və 11:33:45-də X3 adına olan **********90 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS-(Cehun menem kamrandi ayqa nolar ay cehun sen derdinalim var yoxunu s..... 15 manat pulum mecid cadda telefonu goturmor qurvan olom nolarki), (mene bir sey ver sen ananin goru sen ezizderinin cani vezyetim cox pisdi 15 manatda pulum var ter temiz telefonumu ac) xx.xx.2021-ci il saat 2:52:46, 23:13:08 və 22:33:25-da Fuad Osmanovun adına olan **********94 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS-(Askim eldarla dansrdim vallah), (Cehun ayaxnin altinda ölum cox pis axryram) və (Ay cehun axryiram meni axrdan cxar ne olar qurban olum cox pis axryiram) xx.xx.2021-ci il saat 20:38:10-də Orxan İbrahimovun adına olan 994 ********* saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS-(Cehun menem kamrandi bu gun axsama kimi men lomkada qalmisam sene gore meni aldatdin yalanan telefonu cadi sondurdun mene zeng vur vezyetim pisdi ceixim men seni tapsam yaxsi olmuyajax hun telefonu acmasan men seni tapsam var yoxunu s..... yalan diyenin yaxsi olmuyajaxdi olorem mene zeng ele hardasan gelim bir sey ver vezyetden c) məzmunda narkotik vasitə almaq üçün smslər yazılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 12 mart 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və qablaşdırılmış ekspertiza tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 1.642 qram, 0.912qram və 0.085 qram ümumi təmiz çəkisi 2.639 qram olan heroin, ekspertiza tədqiqatdan sonra ayrıayrılıqda təmiz çəkisi 0.025 qram, 0.027 qram, 0.018 qram və 0.222 qram ümumi təmiz çəkisi 0.292 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatdan sonra ayrıayrılıqda təmiz çəkisi 2.51 qram, 2.43 qram, 2.13 qram, 0.78 qram, 0.43 qram, 0.240 qram, 0.34 qram ümumi təmiz çəkisi 8.86 qram qurudulmuş marixuana, 2 ədəd 1ml-lik 1 ədəd 5ml-lik spris 1 ədəd su flakonu 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd plastik qaşıq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax RPŞ-də məsul saxlanca verilmiş, 4 ədəd tamlığı pozulmamış spris sübut əhəmiyyəti kəsb etmədiyindən məhv edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax Rayonu İcra Hakimiyyəti Başçısının Qazax Mənzil İstismar Sahəsinin 11 yanvar 2022-ci il tarixli 11-17/88 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov yaşayış massivi 23 saylı mənzildə qeydiyyatda olmaqla tək yaşamış və barəsində heç bir şikayət və narazılıq olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 oktyabr 2021ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxs haqqında” protokoldan və Qazax Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 noyabr 2021-ci il tarixli tələbnaməsindən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 07 avqust 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə əsasən qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 07 avqust 2001-ci il tarixli hökmünə əsasən məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin bir qisminin yəni təxminən 1.7 qram heroin və 3 kibrit karobkasında təxmini çəkisi 9 qram olan marixuananın ona məxsus olmasına, ittiham aktinda qeyd edilən digər narkotik vasitə və psixotrop maddənin, güclü təsir edən maddənin ona məxsus olmamasına dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən “DVD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin yuxarıda qeyd edilən əsaslardan başqa məhkəmə kollegiyasının təqsirləndirilən şəxsin istifadəsinə olan mobil telefon nömrəsinə giriş çıxış sms mətinlərini özündə əks etdirən diskin tədqiqi zamanı həmin diskdə olan sms mətnlərinin məzmunundan məhz təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı yalan ifadə verməsi qənaətinə gəlməsinə əsas verir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahının tətbiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavəyə əsasən tramadol hidroxlorid. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur və və külli miqdarı 6 qram hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə, həmçinin plenun qərarının yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin yaşadığı evdən aşkarlanmış narkotik vasitə heroinin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına, 3 fərqli növdə narkotik vasitələr və psixotrop maddə, həmçinin güclü təsir edən maddənin aşkar edilməsinə, narkotik vasitələr və psixotrop maddələrin çoxsaylı bükümlər halında olmasına, bundan başqa təqsirləndirilən şəxsin yaşadığı evdən narkotik vasitəni və psixotrop maddənin satışının həyata keçirilməsi üçün xırda bükümlərə bölünməsi məqsədilə saxladığı üzərində heroin izləri olan elektron tərəzi və plastik qaşığın aşkar edilməsinə, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Qazax rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Qazax RPŞ-də saxlanılan ekspertiza tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 1.642 qram, 0.912qram və 0.085 qram ümumi təmiz çəkisi 2.639 qram olan heroin, ekspertiza tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 0.025 qram, 0.027 qram, 0.018 qram və 0.222 qram ümumi təmiz çəkisi 0.292 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 2.51 qram, 2.43 qram, 2.13 qram, 0.78 qram, 0.43 qram, 0.240 qram, 0.34 qram ümumi təmiz çəkisi 8.86 qram qurudulmuş marixuana 2 ədəd 1ml-lik 1 ədəd 5ml-lik spris, 1 ədəd su flakonu, 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd plastik qaşıq məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 17 (on yeddi) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 102 (yüz iki) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Qazax Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və оnun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Qazax RPŞ-də saxlanılan ekspertiza tədqiqatdan sonra ayrı-ayrılıqda təmiz çəkisi 1.642 qram, 0.912 qram və 0.085 qram ümumi təmiz çəkisi 2.639 qram olan heroin, ayrı-ayrılıqda təmiz çəkisi 0.025 qram, 0.027 qram, 0.018 qram və 0.222 qram ümumi təmiz çəkisi 0.292 qram psixotrop maddə metamfetamin, ayrıayrılıqda təmiz çəkisi 2.51 qram, 2.43 qram, 2.13 qram, 0.78 qram, 0.43 qram, 0.240 qram, 0.34 qram ümumi təmiz çəkisi 8.86 qram qurudulmuş marixuana, 2 ədəd 1ml-lik 1 ədəd 5ml-lik spris 1 ədəd su flakonu 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 ədəd plastik qaşıq məhv edilsin, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 102 (yüz iki) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar