Məhkəmə qərarları › İş №1(100)-259/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-259/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-259/2023 04.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Qazax şəhərində anadan olmuş, orta təhsilli, işsiz, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qazax rayonu Ağköynək kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 4 yanvar 2022-ci il tarixdə Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid7 ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə olan heroin əldə etmələri barədə razılığa gəlib 15 manat pulu Şahid7 verdikdən sonra sonuncu 12 manat pul əlavə etməklə həmin gün saat 14 radələrində X8 yaşadığı Qazax şəhəri M.Ə.Sabir küçəsi 51 nömrəli fərdi yaşayış evinin yaxınlığında 27 manat nağd pulu İlham Qasımova ödəyərək 1 ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,889 qram təşkil edən kustar üsulla hazırlaamış narkotik vasitə olan heroini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımaqla, həmin gün saat 14 radələrində Qazax şəhəri “Mütəfəkkirlər parkı” ərazisində həmin narkotik vasitənin təmiz çəkisi 0,925 qram hissəsini 1 ədəd gümüşü rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümündə qablaşdıraraq ona vermiş, o həmin narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yanvar 2022-ci il tarixdə saat 20:00-dan saat 20:40-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı jurnal masasının üzərindəki sarı rəngli şamdanın içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,925 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək 2 ədəd iç-içə qoyulmuş gümüş rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,216 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa üzərində saxlamaqla daşımış, 7 aprel 2022-ci il tarixdə saat 00:20-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində yaşadığı ünvan 4 ünvanında yerləşən binanın yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 01:15-dən saat 02:05-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli sviterin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,216 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdar narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən təkrarən ümumi təmiz çəkisi 0,418 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,820 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə və psixotrop maddənin 0,306 qram təşkil edən hissəsini üzərində saxlamaqla daşıyıb psixotrop maddənin 0,514 qram qalıq hissəsini isə yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, 30 aprel 2022-ci il tarixdə saat 20:05-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:45-dən saat 21:55-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ döş cibindən 02 ədəd gümüşü, 1 ədəd qırmızı kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,126 qram, 0,132 qram, 0,160 qram, ümumi təmiz çəkisi 0,418 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə və 01 ədəd qırmızı kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram və 0,021 qram, ümumi təmiz çəkisi 0,306 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tarixdə saat 22:10-dan 23:50-dək yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış zamanı yataq otağındakı paltar dolabınının siyirməsindən 1 ədəd mavi rəngli sellofan bükümdə təmiz çəkisi 0,514 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddə olan tramadolun ümumi miqdarı 0,1 qram təşkil edən 10 ədəd ampulanı, eləcə də təkrarən xarici əlamətlərinə kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 294,522 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib Qazax rayonu, Ağköynək kəndində yerləşən yaşadığı fərdi yaşayış evində saxlamaqlа, həmin ünvanda narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etmiş, 12 sentyabr 2022-ci il tarixdə Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:00-dan saat 21:40-dək olan müddətdə Qazax rayonu Ağköynək kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə baxış zamanı evin mətbəx otağında olan kətilin üzərindəki döşəkçənin altından 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 293,829 qram, eyni otaqda masanın üzərindəki ağ rəngli polietilen tibbi pambıq torbasının içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,044 qram, 0,048 qram, 0,043 qram, 0,045 qram, 0,054 qram, 0,050 qram, 0,034 qram olmaqla 8 ədəd qara rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,048 qram, 0,033 qram 0,038 qram, 0,040 qram olmaqla 5 ədəd gümüşü rəngli kağız bükümdə, 0,123 qram olmaqla 1 ədəd yaşıl rəngli polietilen kəsiyində ümumi təmiz çəkisi 0,693 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, evin qonaq otağındakı şkafın içərisindən üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, yaşadığı Qazax rayonu, Ağköynək kəndində yerləşən yaşayış evində narkotik vasitə olan heroinin istehlakı üçün tiryəkxana təşkil edərək saxlamış, həmin vaxt evə baxış zamanı evdə yaradılmış şəraitdən istifadə etməklə narkotik vasitənin istehlakı ilə məşğul olan ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid7 və ünvan 12 ünvanında qeydiyatda olmaqla yaşayan Şahid5 həmin ünvanda olması müəyyən edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ali təhsillidir, müharibə veteranıdır. 04 yanvar 2022-ci il tarixdə günorta saatlarına yaxın Qazax şəhərində yerləşən “Mütəfəkkirlər” parkında piyada gəzərkən təsadüfən əvvəlcədən tanıdığı Ramiz adlı şəxslə qarşılaşmış, biraz söhbət etdikdən sonra narkotik vasitə alüdəçisi olduğu üçün narkotik vasitəyə ehtiyacı olduğunu və ona narkotik vasitə tapmağı Ramiz də onunla razılaşaraq narkotik vasitə tapıb gətirəcəyini deyərək çıxıb getmiş və bir neçə dəqiqə sonra geri qayıtmış, siqaret qutusunun içərisindən gümüşü rəngli siqaret kağızına bükülü halda olan sellofanın içərisindəki narkotik vasitəni ona vermişdir. Ramiz əvvəlcədən onun özünə də narkotik vasitə lazım olduğunu, birlikdə pul qoyub iki nəfərlik alacağını demişdir. Ramiz həmin narkotik vasitəni almaq üçün onun payına 15 manat pul düşdüyünü demişdir. Həmin narkotik vasitənin qarşılığında Ramizə 15 manat vermiş, narkotik vasitəni də götürüb yaşadığı evə getmişdir. Evə qayıtdıqdan sonra Ramizin ona verdiyi narkotik vasitəni axşam rahat şəkildə istifadə edəcəyini düşünüb həmin narkotik vasitəni evdəki jurnal stolunun üzərində olan şamdanın içərisinə qoymuş, yataq otağına keçib istirahət etməyə başlamışdır. Biraz sonra videoçəkilişlə Qazax RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O da yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etməmiş, bununla bağlı ərizə yazmışdır. Sonra ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması, əgər vardırsa təqdim etməyi xahiş olunmuşdur. O da Ramizdən günorta saatlarında götürdüyü və şamdanın içərisində olan 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi bükülü açılın içərisinə baxış keçirilmiş, sonra elektron tərəzi vasitəsilə çəkilən zaman ümumi çəkisinin 1,15 qram olduğu müəyyən edilmişdir. Sonra onu Qazax RPŞ-yə aparmışlar, orada şübhəli şəxs qismində tutulmu, müdafiəçi təyin edilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilsədə üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa 2022-ci ilin mart ayının sonlarına yaxın yaşadığı binanın yaxınlığında yerləşən Mərkəzi Poçtun qarşısında piyada şəkildə hərəkətdə olan zaman təsadüfən yerdə siqaret qutusunun gümüşü kağızının bükülü vəziyyətdə olduğunu görmüş və içərisində nə olduğunu müəyyən etmək üçün yerdən götürmüşdür. İçərisinə diqqət yetirdikdə narkotik vasitə olan “heroin” olduğunu görmüş və şəxsi istifadəsi üçün əynində olan sviterin sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində isə yaşadığı binanın qarşısında dayanan zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli olduğunu bildirin onu polis şöbəsinə aparmışlar. Üzərinə videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, siqaret qutusunun gümüşü rəngli kağızına bükülü vəziyyətdə tapdığı “heroin”i könüllü surətdə təqdim etmişdir. 28 aprel 2022-ci il tarixdə yaşadığı binanın yaxınlığında piyada şəkildə hərəkətdə olan zaman təsadüfən yerdə siqaret qutusunun gümüşü kağızının bükülü vəziyyətdə olduğunu görmüş və içərisində nə olduğunu müəyyən etmək üçün yerdən götürmüş, içərisinə diqqət yetirdikdə 03 (üç) ədəd kağız bükümdə narkotik vasitə olan “heroin” və 02 (iki) ədəd sellofan kəsiyinin, eyni zamanda 01 (bir) ədəd kağız bükümün içərisində isə psixotrop maddə olan “metamfetamin” olduğunu görmüşdür. Şəxsi istifadəsi üçün həmin bükümləri götürüb cibinə qoymuş və evə getdikdən sonra “metamfetamin”i digər bükümlərin içərisindən götürüb gələcəkdə istifadə üçün yaşadığı otağın siyirməsi qoymuşdur Digər bükümlər isə əynindəki qəhvəyi rəngli parça materialından olan gödəkçənin sağ döş cibində qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində isə Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina”nın qarşısı ilə piyada şəkildə hərəkətdə olan zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Videoçəkilişlə şəxsi axtarış zamanı yerdən tapdığı “heroin”i və 01 (bir) ədəd sellofan kəsiyi, eyni zamanda 01 (bir) ədəd kağız bükümün içərisində psixotrop maddə olan “metamfetamin”i könüllü surətdə təqdim etmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. X4 evə baxış keçirilməsinə etiraz etməməsinə dair ərizə yazdıqdan sonra o qaldığı otaqda dörd siyirməli plastik materialından olan paltar dolabının alt tərəfdən ikinci siyirməsində olan qara rəngli dəmir siqaret qutusunun içərisindən 01 (bir) ədəd sellofan kəsiyinin içərisindəki “metamfetamin”i könüllü surətdə təqdim etmişdir. Şahid7 adlı şəxsdən yarım qramını müxtəlif vaxtlarda 27, yaxud 15 manata almışdır. 22 qramı 2022ci il aprel ayında almış, 0,4 qram heroin, 0,8 qram metamfetamin isə o sonrakı dövrdə Maksim adlı şəxsdən almış, sonradan həmin şəxs də sentyabr ayında tutulmuşdur. Günə bir qram istifadə etdiyi üçün narkotik vasitəni çox alıb özündə saxlamışdır. Uzun müddətdir narkotik vasitə istifadəçisi olsa da üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, lakin evində kiməsə narkotik vasitə çəkmək üçün şərait yaratmamışdır. Təxminən bir neçə ay əvvəl ünvan 4 ünvanında yerləşən evini satıb Qazax rayonu, Ağköynək kəndində yerləşən evinə köçmüş və anası X15 ilə birlikdə yaşayır. Anasının böyrəkləri xəstə olduğu üçün xəstəxanada stasionar müalicə alır. Təxminən 22 ildir ki, o, narkotik vasitə aludəçisidir. 2022-ci ilin iyul ayının əvvəllərində şəxsi istifadəsi məqsədilə əvvəllər tanımadığı Bakı şəhərində Əli adlı İran vətəndaşından 250 manata narkotik maddə olan heroin almışdır. Əli adlı şəxs iyul ayının əvvəllərində ona məxsus telefona zəng edib ucuz qiymətə narkotik maddə olan heroin təklif etmişdir. O, həmin şəxslə razılaşdıqdan sonra ilk olaraq 250 manat pulu ona məxsus bank hesabına köçürmüş, bundan sonra Əli adlı şəxs narkotik maddə olan heroini atdığı yerin şəklini və gedəcəyi yeri telefonuna göndərmişdir. O, Bakı şəhərini yaxşı tanımadığı üçün narkotik maddəni götürdüyü yeri dəqiq bilmir, ancaq həmin yer Nərimanov rayonu ərazisi olmuşdur. Narkotik vasitəni götürdükdən sonra Qazax rayonuna öz evə qayıtmışdır. Həmin narkotik vasitədən bir neçə dəfə özü istifadə etmiş və qalanını isə üzərində saxlamışdır. Polis əməkdaşları xx.xx.2022-ci ildə yaşadığı evdə çəkiliş apararkən evindəki olan qadın səhhəti ilə bağlı gəlib evini təmizləmişdir. Ramiz adlı şəxsdən isə iki dəfə mal-narkotika almışdır. Axırıncı dəfə də Ramiz ona mal yəni narkotika alıb gətirmişdir. Onunla və digər şəxslərlə narkotik vasitənin satışı ilə bağlı heç bir yazışması olmamışdır. Heroinin qramını əksər vaxtlarda müxtəlif şəxslərdən almışdır. Həmin vaxt evində aşkar edilən güclü təsiredici maddə olan ampulalar isə ailə üzvlərinə məxsus olmuş, lakin həmin ampulaları səhlənkarlıq etdiyi üçün təhvil verməmiş, cinayət olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində Adilin yaşadığı evdə narkotik vasitənin saxlaması barədə ona əməliyyat məlumat daxil olmuş, əməliyyat qrupu yaradıldıqdan sonra o, digər polis əməkdaşları ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yerləşən Adilin evinə gəlmişlər. Özlərini təqdim edib gəlmə səbəblərini izah etmiş və qrupun üzvü olan təhqiqatçı Adilin evinə baxış keçirilməsinə etirazının olub olmamasını soruşmuşdur. Evinə baxış keçirilməsinə etiraz etməməsi barədə Adilin ərizəsi alınmış, evə baxış keçirməzdən qabaq Adilə evində qanunsuz saxladığı narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmişdir, lakin Adil evində heçnə olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və baxış zamanı evdən 14 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Həmin vaxt evdə Adilin özündən başqa sonradan adlarını bildiyi Şahid6, Şahid5 və Şahid7 adlı şəxslər də olmuşdur. Natiq sorğu-sual zamanı usta olduğunu narkotik vasitə verməyinin müqabilində Adilin evinə iş görməyə gəldiyini, Məlahət isə Adilə ümumi ev işlərində, yır-yığışda köməklik etdiyini, Ramiz isə Adildən narkitik vasitə almağa gəldiyini demişdir. Evdə baxış və axtarış keçirilən zaman Ramiz və Natiq narkotik vasitə qəbul etmiş vəziyyətdə olması aşkar görünmüşdür. Məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilmiş X9, X21, X16, X17 və X22, X28 və X17, X7 və X23 oxşar məzmunlu ifadələr verərək X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qazax RPŞ-nin X11 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbsində işləyir. 30 aprel 2022-ci il tarixdə Qazax şəhərində yaşayan “Adil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, o polis şöbəsində həmin məlumat barəsində şöbə rəisinə raport ilə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra, digər iş yoldaşları ilə birlikdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. O, PPXB-nin komandir müavini, polis kapitanı Şahid4, ƏRQ-nun kiçik inspektoru Cavid Qurbanov və KTQ-nun baş inspektoru Rahil Hüseynov tərəfindən birlikdə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində müəyyən edilmişdir ki, “Adil” adlı şəxs hal-hazırda Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 nömrəli “Göy” bina adlanan beşmərtəbəli binanın qarşısındadır. Təqsirləndirilən şəxs həmin binanın qarşısında dayandığını görmüş, Təqsirləndirilən şəxs yaxınlaşıb ona narkotik vasitələrin qanunsuz olaraq saxlanması və istehlak edilməsində şübhəli olduğunu bildirdikdən sonra onlarla birlikdə Qazax RPŞ-nə gəlməsini demişlər. Bundan sonra birlikdə Qazax RPŞ-nə gəlmiş, polis şöbəsində sonuncunun barəsində müvafiq prosessual tədbirlərin görülməsi üçün o və digər iştirakçılar polis şöbəsinin inzibati binanın birinci mərtəbəsində yerləşən təhqiqatçıların iş otağına daxil olmuşlar. Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elvin İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istehlakı ilə məşğul olmaqda şübhəli olduğu üçün, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həmin gün saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, ona vəkillər siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olmuş, X12 onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinə və bütün iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri elan olunaraq izah edilib ki, video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Təqsirləndirilən şəxs da həmin istintaq hərəkətinin keçirilməsində iştirak etməyə könüllü olaraq razılıq vermişdir. Beləliklə də, video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, ilkin olaraq təhqiqatçı tərəfindən ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşulub, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində əynində olan qara rəngli gödəkçənin sağ tərəf sinə cibindən bir ədəd gümüşü rəngli kağızın içərisində bükülü halda olan 2 ədəd sellofan bükülünu təqdim etmişdir. Həmin sellofan bükümlərdən birinin içərisinə baxış zamanı ağ rəngli kristal kütlə, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra digər sellofan büküm açılmış, içərisindən 3 ədəd siqaret kağızı bükümündə ayrıayrılıqda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bir ədəd də gümüşü rəngli kağız bükümü təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar edilmiş 5 ədəd bükümün hər biri ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, ayrı-ayrılıqda çəkilərinin 0,17 qram, 0,08 qram, 0,08 qram, 0,04 qram və 0,22 qram olduqları müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri Qazax RPŞ-nin 64 nömrəli möhür əksi ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 55 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu-sual edilərkən o ünvan 4 ünvanında yerləşən yaşadığı evdə bir büküm də narkotik vasitə metamfetamin olduğunu və könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsində iştirak edən şəxslərlə birlikdə onun yaşadığı ünvana getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs və anası yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazı olmadığını bildirmişlər. Evə baxış zamanı Təqsirləndirilən şəxs öz istifadəsində olan yataq otağındakı dolabın ikinci siyirtməsindən qararəngli qapaqlı qutunu açaraq içərisindəki 1 ədəd sellofan kəsiyinə bükülü halda olan kütləni təqdim etmişdir. Həmin bükümün içərisinə baxış zamanı ağrəngli kristal şəkilli, ilkin baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, onu da şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrlə birlikdə yaşadığı binanın yaxınlığından yerdən tapdığını, onlardan ayırıb öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə sellofanla birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisi 0,35 qram olmuşdur. Həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri Qazax RPŞ-nin 64 nömrəli möhür əksi ilə möhürlənib götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə axşam saatlarında Qazax şəhərində yaşayan “Adil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuю, baş əməliyyat müvəkkili Şahid3 bu barədə şöbə rəisinə raport ilə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra, Şahid3la birlikdə digər iş yoldaşları Cavid Qurbanov və Rahil Hüseynovla birlikdə əməliyyata başlamış “Adil” adlı şəxsin Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 №li “Göy” bina adlanan beşmərtəbəli binanın qarşısında olması müəyyən edilmişdir. Dərhal həmin əraziyə getmiş və həqiqətən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin binanın qarşısında dayandığını görmüşlər. Adilə yaxınlaşıb narkotik vasitələrin qanunsuz saxlanmasında və istehlak edilməsində şübhəli olduğunu bildirdikdən sonra ona Qazax RPŞ-yə getməyi demiş, birlikdə Qazax RPŞ-yə gəlmişlər. Polis şöbəsində prosessual tədbirlərin görülməsi üçün, digər iştirakçılarla inzibati binanın birinci mərtəbəsində yerləşən təhqiqatçıların iş otağına daxil olmuş, daha sonra, təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elvin İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istehlakı ilə məşğul olmaqda şübhəli olduğu üçün tutulmuşdur. Ona vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahısı ilə tanış olmuş, X24 onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinə və bütün iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri elan olunaraq izah edilmiş, video-çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, ilkin olaraq təhqiqatçı tərəfindən ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşulub, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində əynində olan qara rəngli gödəkçənin sağ tərəf sinə cibindən bir ədəd gümüşü rəngli kağızın içərisində bükülü halda olan 2 ədəd sellofan bükülünu təqdim etmişdir. Həmin sellofan bükümlərdən birinin içərisinə baxış zamanı ağ rəngli kristal kütlə, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra digər sellofan büküm açılmış, içərisindən 3 ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş 5 ədəd bükümlərin hər biri ayrıayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, ayrı-ayrılıqda çəkilərinin 0,17 qram, 0,08 qram, 0,08 qram, 0,04 qram və 0,22 qram olmuşdur. Bundan sonra həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, Qazax RPŞ-nin 64 №li möhür əksi ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 55 manat pul özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxsla soğru-sual edilərkən o ünvan 4 ünvanında yerləşən yaşadığı evdə bir büküm də narkotik vasitə metamfetamin olduğunu və könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsində iştirak edən şəxslərlə birlikdə onun yaşadığı ünvana getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs və anası yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazı olmadığını bildirmişlər. Evə baxış zamanı Təqsirləndirilən şəxs öz istifadəsində olan yataq otağındakı dolabın ikinci siyirtmədən qara rəngli qapaqlı qutunu açaraq içərisindəki 1 ədəd sellofan kəsiyinə bükülü halda olan kütləni təqdim etmişdir. Bükülünün içərisinə baxış zamanı ağrəngli kristal şəkilli, ilkin baxışdam psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, onu da şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrlə birlikdə yaşadığı binanın yaxınlığından yerdən tapdığını, onlardan ayırıb öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə sellofanla birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisinin 0,35 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2 ildir ki, narkotik vasitə qəbul edir. Saxlanıldığı vaxtdan təxminən 10 gün əvvəldən başlayaraq Təqsirləndirilən şəxs fərdi yaşayış evində xadimə işləmiş, günün sonunda Adil ona 10 manat pul vermişdir. Təxminən 5 gün işlədikdən sonra, Təqsirləndirilən şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, istifadə etdiyini dedikdə, Təqsirləndirilən şəxs evdə işi qurtardıqdan sonra pulun əvəzində 1 «çet» heroin vermiş, o, Adilin evində narkotik vasitəni qəbul etdikdən sonra yaşadığı evə getmişdir. Sonrakı 4 gün də həmişə olduğu kimi Təqsirləndirilən şəxs evində təmizlik işi görmüş və Təqsirləndirilən şəxs gördüyü işin qarşılığında ona 1 «çet» narkotik vasitə heroin vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində həmişə olduğu kimi təmizlik işləri görmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, orada bir neçə dəfə gördüyü Ramiz adlı şəxs də Adilin evində olmuşdur. Saat 17 radələrində işlərini yekunlaşdırdıqdan sonra Adil, Ramiz, evdə təmir işləri görən usta Natiqlə bir yerdə yemək yemişlər. Həmin vaxt bir neçə şəxs gəlib özlərini Qazax rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə olmasından polis işçilərinin dəqiq məlumatı olduğunu başa düşmüş, polis işçiləri nə məqsədlə həmin evdə olduğunu soruşanda narkotik vasitə istifadə etmək məqsədilə gəldiyini demişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etməmiş və bununla əlaqədar ərizə yazmışdır. Polis işçiləri evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə və sair qeyri-qanuni saxlanılan əşyalar olmasını Təqsirləndirilən şəxs soruşanda Adil özü də narkotik vasitə olmasından polis işçilərinin dəqiq məlumatları olduğunu başa düşmüş, evin yanındakı yardımçı tikilini göstərərək orada narkotik vasitə olduğunu bildirmişdir. Polis işçiləri iştirakları ilə Təqsirləndirilən şəxs göstərdiyi otağa keçmiş, orada stolun üstündə pambıq torbasının içində olan kibrit qutusundakı 14 bükümdə narkotik vasitəyə bənzər maddə, eləcə də oturacaq stulunun üstündəki gödəkçənin altında bir bükümdə olan bilmədiyi maddə götürülmüşdür. Adil həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və onları Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Polis işçiləri tərəfindən evdən axtarış zamanı 10 ədəd ampula və 1 ədəd elektron tərəzi də götürülüb qablaşdırılmışdır. Polis işçiləri tərəfindən bu barədə protokol tərbib edildi və imzaları ilə təsdiq etmişlər. Sonra onları polis əməkdaşları Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, hər birinin üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, şəxsi axtarış zamanı öz üzərində narkotik vasitə, psixotrop maddə və sair qanunsuz əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 4 yanvar 2022-ci il tarixdə günorta saatlarında Qazax şəhərində yerləşən “Mütəfəkkirlər” parkında gəzərkən əvvəlcədən tanıdığı Qazax şəhər sakini Təqsirləndirilən şəxs ilə qarşılaşmış, biraz söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona narkotik vasitəyə ehtiyacı olduğunu və narkotik tapmaqda köməklik etməyi xahiş etmişdir. Adil narkotik vasitə tapıb hər ikisi üçün almağı dediyi üçün Adildən 15 manat pulu götürüb piyada Qazax şəhər sakini İlham adlı şəxsin yaşadığı evə getmişdir. Yolda gedərkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən İlhamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla görüşə gəldiyini demiş, İlham da yaşadıqları küçədə olduğunu və gəlməsini demişdir. Bir neçə dəqiqə sonra İlham Qasımovun yaşadığı evin qarşısında onunla görüşmüş, sonuncu ona narkotik vasitə olan heroinin iki dəfəlik istifadə üçün bir bükümünü 30 manat müqabilində satdığını bildirmiş, üstündə malı olub-olmadığını soruşanda İlham üstündə olduğunu və 30 manata verəcəyini demişdir. Adildən götürdüyü 15 manat pulun üzərinə özündə olan 12 manatı da qoyub 27 manat düzəltdiyini deyərək 27 manat müqabilində narkotik vasitəni satmağı xahiş etmişdir. İlham onunla razılaşmış bir ədəd kağız bükümdə narkotik vasitəni ona vermişdir. İlhamdan bükümü götürüb cibinə qoymuş və “Mütəfəkkirlər” parkına yollanmışdır. Yolda gələrkən İlhamdan götürdüyü narkotik vasitəni ara küçələrdən birində iki hissəyə bölmüşdür. Parka gəlib Adilin yanına çatdıqdan sonra İlhamdan alıb iki hissəyə böldüyü narkotik vasitənin bir bükümünü Təqsirləndirilən şəxs verib onun yanından uzaqlaşmış, özü üçün saxladığı bir bükümü isə istifadə etmək məqsədilə əynində olan qara rəngli şalvarın sağ cibinə qoymuşdur. 5 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Qazax şəhəri Bakı küçəsi ilə parka doğru gedəndə yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu demişlər. O da etiraz etməmiş, birlikdə polis şöbəsinə getmişlər. Xidməti otaqlardan birinə daxil olandan sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda və əldə etməkdə şübhəli olduğunu deyib onu şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmişlər. Üzərinə şəxsi axtarış keçirilmiş və əlini əynində olan qara rəngli kurtkanın cibinə salanda cibində olan əşyalar arasında bir gün əvvəl İlhamdan aldığı bir bükümdə olan narkotik vasitənin cibində qaldığını hiss etmiş, məsuliyyətdən yayınmaq məqsədilə cibindən çıxan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Halbuki cibindən aşkar edilmiş narkotik vasitəni İlham Qasımovdan 4 yanvar 2022-ci il tarixdə almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman ümumi çəkisinin 1,06 qram olduğu müəyyən edilmişdir. Sonra şəxsi axtarış zamanı cibindən 1 ədəd şüşə flakon, 03 ədəd şipris, 1 ədəd sarı rəngli sellofanda limon duzu aşkar edilmişdir. Aşkar edilənlər kağız zərfə qoyulub qablaşdırılmışdır. ***-***-**-** saylı mobil nömrə 2021-ci ildə təxminən 1 il onun istifadəsində olmuşdur, sonradan isə ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, münasibətləri normaldır. 22 avqustdan etibarən Adilə məxsus fərdi yaşayış evinə narkotik vasitə almaq üçün getmiş, əvvəllər isə Adildən narkotiki evinin qarşısında almışdır. Adildən 1 «çet» heroin adlı narkotik vasitəni 10 manat pula alsa da pulu az olduğu vaxtlarda 7-8 manata da Adil ona bir «çet» narkotik vasitə vermişdir. Adildən narkotik vasitəni aldıqdan sonra onun evində istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində narkotik vasitə qəbul etmək üçün yenidən Adilin yaşadığı evə getmiş, evə çatdıqda Adil oyaq olmuşdur. Adilə ağrıdığını, ona bir «çet» heroin verməyi xahiş etmiş, Adil də evə bitişik olan tikilidən bir «çet» heroin gətirib 8 manat qarşılığında ona vermişdir. O, narkotikə olan tələbatını ödəmək üçün elə həmin vaxt Adilin evində həmin narkotik vasitəni qəbul etmiş və sonra da elə Adilin evində yatmışdır. Təxminən saat 17 radələrində Adil evində ustalıq edən Natiq və xadimə işləyən Məlahət adlı şəxslərlə evin həyətində oturub yemək yeyən zaman bir neçə şəxs evin həyətinə daxil olub özlərini Qazax rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, Adilin narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu izah edib, videoçəkilişlə Adilin evinə baxış keçirmək istədiklərini, bildirmişlər. Polis işçilərinin Adildə narkotik vasitə olmasından dəqiq məlumatları olmuş, ondan hansı məqsədlə həmin evdə olduğunu soruşanda evə narkotik vasitə qəbul etmək məqsədilə gəldiyini demişdir. Polis işçiləri Adildən evdə hər hansı bir narkotik vasitə olduğunu soruşanda Adil evin yanında olan yarımçılıq tikilini göstərib həmin tikilidə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis işçilərinin dəvəti ilə həmin tikiliyə keçmiş, orada stolun üzərindəki torbadan bir ədəd kibrit qutusunda 14 ədəd «çet» və oturacaq stulunun üstündəki döşəkçənin altından bir büküm kütlə polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Polis işçiləri bunlardan başqa evdən 1 ədəd elektron tərəzi və 10 ədəd ampula da götürmüşlər. Protokol tərtib edilmiş və digərləri kimi o da həmin protokolu və götürülmüş əşya bağlamalarını imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqlardan birində videoçəkilişlə dəvət edilmiş vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı bir narkotik vasitə, psixotrop maddə olmamışdır. Videoçəkilişə baxdıqdan sonra müvafiq protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan heroini, kimdən, nə vaxt, hansı çəkidə və harada əldə etməsi, ondan başqa daha kimlərə narkotik vasitə, psixtrop maddə satması və verməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evinə gələrkən Natiqi orada görmüş, onlar Adillə birlikdə söhbət edirmişlər. Adilin tapşırığı ilə mətbəxdə stolun üstündə olan pambıq torbanın içərisindəki kibrit qutusundan 2 büküm narkotik vasitə olan heroini gətirib Adilə vermiş və birlikdə istifadə etmişlər. Dəfələrlə müxtəlif vaxtlarda telefon vasitəsilə, özünə məxsus ********** saylı mobil nömrə ilə Adilə zəng etmiş, mesaj yazaraq ondan narkotik vasitə və pixotrop maddələr almaq barədə razılaşmış, həmin vasitələri almışdır. xx.xx.2022-ci ildə Adillə narkotik vasitə almaq barədə razılaşıb mesaj yazmış evinin qarşısında 10 manata sonuncudan narkotik vasitə olan heroin almışdır. İibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində bildirmişdir ki, “Təqsirləndirilən şəxs orta məktəbdə oxuduğu illərdən tanıyır. Təxminən 1 ildir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Qazax şəhər «Mərkəzi Bazarda» olan zaman Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu ondan evinin 2 otağını təmir etdirmək istədiyini bildirmişdir. Bununla əlaqədar o, razılaşdıqları kimi həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, təmir olunacaq otaqlara baxmış və iki otağın təmiri üçün 100 manata razılaşmışlar. Söhbət zaman o, Adilə ağrıdığını bildirib, ondan narkotik vasitəsi istəmişdir. Adil «Ramiz gəlsin çəkərik» demiş, təxminən 5 dəqiqə sonra Ramiz gəlmiş və gedib evin otaqlarının birindən 2 «çet» narkotik vasitə olan heroini gətirmişdir. O, Adillə hərəsinə bir «çet» narkotik vasitə qəbul etmişlər. Bundan sonra o, işləmək üçün stol düzəlmiş, saat 17 radələrində Adil onu yemək yeməyə çağırmışdır. O, Adil, Ramiz və xadimə işləyən Məlahət adlı qadın oturub yemək yemişlər. Bu zaman bir neçə şəxs gəlib Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Adilin narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu və bununla əlaqədar evə baxış keçirmək istədiklərini bildirmişlər. Adil onda narkotik vasitə olmasından polis işçilərinin məlumatı olduğunu başa düşüb baxış keçirilməsinə etiraz etməmiş və razılıq ərizəsi yazmışdır. Polis işçiləri Adildən evdə hər hansı bir narkotik vasitə, olub olmamasını soruşmuş varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs evin yanındakı yardımçı tikilini göstərib orada narkotik vasitə saxladığını bildirmiş, polis işçiləri orada stolun üzərində olan torbadakı bir kibrit qutusunda «çet»lər və oturacaq stulunun üzərində olan döşəkçənin altında bir büküm kütlə götürülmüşdür. Adil həmin maddələrin narkotik vasitə olan heroin olduğunu bildirmiş, axtarış aparan polis işçiləri tərəfindən mətbəx otağından 1 ədəd elektron tərəzi və 10 ədəd ampula da götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq protokol tərtib edilmişdir. O, da digər iştirakçılar kimi tərtib edilmiş sənədləri imzalamışdır. Polis əməkdaşları onu Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı hər hansı bir narkotik vasitə, psixotrop maddə və sair aşkar edilməmişdir”. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş X10 göstərmişdir ki, 2-3 ildir ki, narkotik vasitə olan heroin və metadondan istifadə edir. Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır, narkotik vasitələrin satışı ilə məşğuldur. Narkotik vasitələrə olan ehtiyacını ödəmək üçün müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs narkotik maddə olan heroin almışdır. Son dəfə isə Adildən 12 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində bir «çet» narkotik vasitə olan heroin və bir list travmadol həbi almışdır. Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə zəng edib danışmış və Təqsirləndirilən şəxs ona 1 list travmadolu 13 manata və 1 “çet” heroini isə 10 manata verəcəyini razılaşmışdı. Üstündə pulu olmadığından özünün «Samsun A13» markalı mobil telefonunu Adilə verərək 23 manat pulu axşama qədər verəcəyini və telefonunu götürəcəyini bildirmişdir. O, axşamüstü telefonu pulu verib telefonunu götürmüş, sonrakı günlərdə ona Adili külli miqdarda narkotik vasitə ilə polis əməkdaşlarının tutduğunu öyrənmişdir. Məhkəmə baxışında ifadələri elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş şahidlər X18, X29 və X13 oxşar məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdikləri ilə eyniməzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması” və “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarlardan” görünür ki, Təqsirləndirilən şəxs 4 yanvar 2022-ci il tarixdə saat 21:10-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 6 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edillmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Qazax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması” və “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 7 aprel 2022-ci il tarixdə saat 00:50-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 8 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qazax RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması” və “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 20:30-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 2 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qazax RPŞnin MSY-dən azad edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” və “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərarlardan görünür ki Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Cabbar İmamquluyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin qərarı ilə 11 yanvar 2022-ci il tarixli 5(023)-01/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar yoxlanılmış və qanuni hesab edilmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin qərarı ilə 16 sentyabr 2022-ci il tarixli 5(023)-56/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar yoxlanılmış və qanuni hesab edilmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin qərarı ilə 14 sentyabr 2022-ci il tarixli 4(023)-70/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" MMC-dən daxil olmuş “xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq müxtəlif mobil nömrələr tərəfindən narkotik vasitələrin alqısatqısına dair çoxsaylı qısa mesajlar (sms)lər göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 4 yanvar 2022-ci il tarixli raportlardan və həmin tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan, görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin istifadəsi, qanunsuz saxlanması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evdə narkotik vasitə saxlamasına əsaslar olduğundan yaşadığı evə, baxış keçirilməsi barədə Bərdə RPŞ rəhbərliyinə müraciət edilmiş və həmin məzmunda müvafiq qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 4 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən yaşadığı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən evin yataq otağındakı jurnal masasının üzərindəki sarı rəngli şamdanın içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan içərisindəki sellofan kəsiyində 0,925 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin Məhkəməkimyəvi ekspertizasının 5 yanvar 2022-ci il tarixli, 16/12 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd “gümüşü” rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,925 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 6 aprel 2022-ci il tarixli raportlardan və həmin tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin istifadəsi, qanunsuz saxlanması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə saxlamasına əsaslar olduğundan onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Qazax RPŞ rəhbərliyinə müraciət edilmiş və həmin məzmunda müvafiq qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 7 aprel 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokol və əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli sviterin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan içərisindəki 0,38 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 7 aprel 2022-ci il tarixli, 16/401 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki 02 ədəd iç-içə qoyulmuş gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,216 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 aprel 2022-ci il tarixli raportlardan və həmin tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri istifadəsi, qanunsuz saxlanması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Bərdə RPŞ rəhbərliyinə müraciət edilmiş və həmin məzmunda müvafiq qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 aprel 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda olan içərisindəki 0,17 qram, 0,008 qram, 0,08 qram, 0,04 qram və 0,22 qram çəkilərdə narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 aprel 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşadığı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən evin yataq otağındakı dördgözlü paltar dolabının ikinci gözündə qararəngli qutunun içərisindən 01 ədəd sellofan kəsiyinə bükülü halda olan 0,35 qram çəkidə narkotik vasitə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 1 may 2022-ci il tarixli, 16/506 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd “mavi” rəngli sellofan bükümdə təmiz çəkisi 0,514 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 2 ədəd gümüşü rəngli kağız bükümdə və 1 ədəd qırmızı rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram, 0,132 qram, 0,160 qram, ümumi təmiz çəkisi 0,418 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdəki 1 ədəd gümüşü kağız bükümdə olan 1 ədəd sellofan bükümdə və 1 ədəd qırmızı kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,021 qram, ümumi təmiz çəkisi 0,306 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 sentyabr 2022-ci il tarixli raportlardan və həmin tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edilməsi, daşınması, qanunsuz saxlanması, istehlakı və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Bərdə RPŞ rəhbərliyinə müraciət edilmiş və həmin məzmunda müvafiq qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 sentyabr 2022-ci il tarixli ərizə və “baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, Qazax rayonu, Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs onun evində baxış və axtarış keçirilməsin əetiraz etməməsi barədə yazılı ərizə vermiş və Qazax RPŞ əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin yay mətbəxində şüşə materialından olan jurnal stolunun üzərindən kibrit qutusunun içərisində ümumilikdə çəkisi 1.10 qram olan 14 (on dörd) ədəd büküm, həmin yerdəki stulun üzərindəki döşəkçənin altından sellofanla birlikdə ümumi çəkisi 256 (iki yüz əlli altı) qram olan narkotik vasitə heroin, evə baxış zamanı mətbəxdəki dolabdan 10 (on) ədəd ampulada maye halında “tramadol” dərmanı və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 16/1105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə…” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,044 qram, 0,048 qram, 0,043 qram, 0,045 qram, 0,054 qram, 0,050 qram, 0,034 qram olmaqla 8 ədəd qırmızı rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,048 qram, 0,033 qram 0,038 qram, 0,040 qram olmaqla 5 ədəd gümüşü rəngli kağız bükümdə, 0,123 qram olmaqla 1 ədəd yaşıl rəngli polietilen kəsiyində qablaşdırıb ümumi təmiz çəkisi 0,693 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir.Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə…” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 293,829 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş elektron tərəzi…” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqaisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyavi tərkiblərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 6/5319 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdə üzərində “Tramadol 100 mq/2ml, 10206” yazılan ümumi 10 ədəd ampulada olan maye güclü təsir edən maddə olub, 10 ədəd ampulanın tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,0 qramdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Qazax rayon Polis Şöbəsi tərəfindən verilmiş 8 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə evinə baxış zamanı 1 ədəd bükümdə aşkar edilmiş təmiz çəkisi 0,925 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak məqsədilə əldə etmiş, 7 aprel 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd bükümdə aşkar edilmiş 0,216 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 30 aprel 2022-ci il tarixdə üzərinə şəxsi axtarış zamanı 3 ədəd bükümün 2 ədəd gümüşü, 1 ədəd qırmızı rəngli kağız bükümlərdə 0,126 qram, 0,132 qram, 0,160 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd sellofana bükülü halda 0,285 qram və 1 ədəd qırımız rəngli kağız bükümdə 0,021 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı dörd gözlü dolabın aşağıdan ikinci gözündən 1 ədəd mavi rəngli sellofan bükümdə təmiz çəkisi 0,514 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 294,522 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini külli miqdarda satış məqsədilə əldə edib müxtəlif vaxtlarda Şahid7, Şahid6 və Şahid5 adlı şəxslərə satmışdır. Bundan əlavə 1 ədəd bükümdə aşkar edilmiş təmiz çəkisi 0,925 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini İlham Qasımovdan əldə etməsi müəyyən edilmiş, lakin aşkar edilmiş digər narkotik və psixotrop maddələrin konkret hansı mənbələrdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayon Ağköynək kəndində yerləşən fərdi yaşayış evində tiryəkxana təşkil edərək həmin evdə xüsusi otaqda narkotik, pisixotrop və güclü təsir edən vasitələrin qəbul etmək üçün lazım şəraitlə təmin etmiş və müxtəlif şəxslər o cümlədən Şahid7, Şahid6 və Şahid5 həmin yerdə dəfələrlə narkotik vasitələr qəbul etmişdir. 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Qazax rayon Ağköynək kəndində yerləşən evinə baxış və götürmə aparılarkən üzərində “Tramadol 100 mq/2ml, 10206” yazılan ümumi 10 ədəd ampulanın güclü təsir edən vasitə tramadol ampulasıdır və həmin güclü təsir edən vasitəni satış məqsədilə əldə etmiş, lakin güclü təsir edən həmin vasitənin haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2022-ci il tarixli 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax RPŞ-yə verilmiş əməliyyat tapşırığına verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə verilmiş cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus telefonlarla zənglə və qısa SMS mətnləri ilə əlaqə saxlayaraq sonuncudan narkotik, psixotrop və güclü təsiredən maddələr alan şəxslərin X18, X29, X10, X13, Şahid7 olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Qazax rayon Psixatriya Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2022-ci il tarixli, 311 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixatriya xəstəxanasında qeydiyyatda yoxdur. Məhkəmə baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsünə əsasən elektron məlumat informasiya sisteminə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti Başçısının Xanlıqlar kəndi üzrə icra nümayəndəliyindən daxil olmuş 1 avqust 2022-ci il tarixli 4098 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar Kəndində qeydoyyatda olmaqla yaşayır və barəsində heç bir şikayət daxil olmasa da yaşayış yerindən verilən xasiyyətnamə üzrə narkotikaya meyilli şəxs kimi xarakterizə olunur İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 7 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və əlavələrinui, sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək əvvəlki epizodlar üzrə narkotik vasitə və psixotrop maddələrinin özünə məxsus olduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etdiyini, qanunsuz olaraq külli miqdar əldə edilib saxlanılmasını özünün xəstəliyi ilə bağlı güclü ağrılarının olması ilə əlaqədar olduğunu və şəxsi istifadəsi məqsədilə saxladığını, kiməsə narkotik vasitə satmadığını göstərmişdir. Həmçinin xx.xx.2022-ci ildə evindən aşkar edilmiş güclü təsiredici maddə olan travmadolun xəstə ailə üzvlərinə məxsus olduğunu, o, səbəbdən evində saxladığını, həmin tarixdə evindən aşkar edilmiş narkotik vasitələrin isə ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulduğunu, polislər gələn vaxt ittihamda qeyd edilən şəxslər evində narkotik vasitə çəksə də onlardan birinin evin təmiri ilə məşğul olan usta, digərinin şəxsi münasibətinin də olduğu evin məişət təmizlik işlərini görən qadın, digərinin isə tanışı olduğunu, onlara evində narkotik vasitə qəbulu üçün şərait yaratmadığını, xahiş etdikləri üçün evdə narkotiki qəbul etmələrinə imkan verdiyi göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Qurbanov X25 məhkəmə baxışı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları cinayət işinin məhkəmə baxışında araşdırılmış sübutları ilə müqayisəli təhlil edərək ziddiyyət təşkil etdiyindən həqiqətəuyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və gəldiyi nəticəni aşağıda göstərilən sübutlarla əsaslandırır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki,....Qazax rayonu, Ağköynək kəndində yerləşən evində anası X15 ilə birlikdə yaşayır. Anasının böyrəkləri xəstə olduğu üçün xəstəxanada stasionar müalicə alır. Təxminən 22 ildir narkotik vasitə aludəçisidir. 2022-ci ilin iyul ayının əvvəllərində şəxsi istifadəsi məqsədilə əvvəllər tanımadığı Bakı şəhərində Əli adlı İran vətəndaşından 250 manata narkotik maddə olan heroin almışdır. Əli özü iyul ayının əvvəllərində sosial şəbəkə vasitəsilə zəng edib ucuz qiymətə narkotik maddə olan heroin təklif etmişdir. O, həmin şəxslə razılaşdıqdan sonra ilk olaraq 250 manat pulu ona məxsus bank hesabına köçürmüş, bundan sonra Əli adlı şəxs narkotik maddə olan heroini atdığı yerin şəklini və gedəcəyi yerin kordinatlarını onun telefonuna atmışdır. O, Bakı şəhərini yaxşı tanımadığı üçün narkotik maddəni götürdüyü yeri dəqiq bilmir, ancaq həmin yer Nərimanov rayonu ərazisi olmuşdur. O, Əlini üzdən görməmiş, Əliyə məxsus “watsapp” mobil nömrəsini və ona məxsus bank kartının nömrəsini də xatırlamır. O, narkotik vasitəni aldıqdan sonra Qazax rayonuna öz evə qayıtmışdır. Həmin narkotik vasitədən bir neçə dəfə özü istifadə etmiş və qalanını saxlamışdır. Həmin vaxt onun evində əvvəlcədən tanıdığı Qazax rayon sakinləri Məlahət, Ramiz və Natiq adlı şəxslər də olmuşlar. Məlahət ev işlərini görmək məqsədilə onun evinə gəlib getmiş, Natiq isə onun evində təmir işi görən usta olmuşdur. Ramizi uzun müddətdir ki, tanıyır və sonuncu mütəmadi olaraq onun yaşadığı evə gəlib gedir. Polis əməkdaşları yaşadığı evə gəlib səbəbini dedikdən sonra evinin yay mətbəxində şüşə materialından olan jurnal stolunun üzərindəki kibrit qutusunu açıb içərisindəki bükümlər barədə soruşmuşlar. O, həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə olan “heroin” olduğunu, öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Jurnal stolunun ətrafındakı plastik stulun üzərində olan qırmızı rəngli döşəkçənin altında şəffaf rəngli sellofan torbanın içərisində olan kütlə aşkar edilmiş, o, həmin kütlənin nə olduğunu bilmədiyini, ona məxsus olmadığını bildirmişdir. Kibrit qutusunun içərisində olan bükümlərin sayıl 14 (on dörd) ədəd olmuş və sonra elektron tərəzi vasitəsilə çəkilmiş, ümumilikdə çəkiləri 1.10 qram təşkil etmişdir. Həmin 14 (on dörd) ədəd büküm bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlə möhülənmişdir. Zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Döşəkçənin altından götürülmüş həmin şəffaf rəngli sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisi 256 (iki yüz əlli altı) qram olmuşdur. Həmin kütlə də bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra evə baxış zamanı mətbəxdəki dolabdan 10 (on) ədəd ampulada maye halında “travmadol” dərmanı və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərən götürülmüşdür. Həmin 10 (on) ədəd “travmadol” ampulası və 1 (bir) ədəd elektron tərəzi ayrı-ayrılıqda zərflərin içərisinə qoyularaq qablaşdırılmış, bütün zərflərin üzəri möhürləndikdən sonra imzalarla təsdiq olunmuşdur. Videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuş, baxış zamanı hər hansı etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları onu aşkar edilmiş narkotik vasitələrlə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasında gətirmiş, şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə inzibati otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya digər bir qanunsuz maddə aşkar olunmamışdır.... Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əvvəlki 3 epizod üzrə özünə məxsus olduğunu göstərdiyi narkotik vasitələri şəxsi istehlakı xəstəliyi ilə əlaqədar ağrıları olduğu üçün əldə edib saxlamasını və daimi olaraq istehlak etdiyini göstərsə də həmin hal cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla inkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının 16 fevral 2022-ci il tarixli 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ancaq narkotik vasitə heroindən epizodik istifadə etmə halları olmuşdur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin iş üzrə məhkəmə baxışında tədqiq edilmiş telefon danışıqlarına dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla digər şəxslər arasında narkotik vasitələrin alınması ilə əlaqədar çoxsaylı danışıq və qısa mesajlar (smslər) müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi (alqı-satqısı) ilə məşğul olduğunu göstərən haldır. Eyni zamanda təqsirləndirilən şəxsin göstərdiyi digər hallar yəni, xx.xx.2022-ci il tarixdə evindən aşkar edilmiş bir neçə növdə narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulması ilə bağlı hissədə məhkəmə kollegiyası bildirir ki, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri bilavasitə videoçəkiliş vasitəsilə qeydə alınmış, həmin videoçəkilişin məhkəmə baxışında tədqiq edilmiş, aparılmış araşdırma zamanı təqsirləndirilən şəxsə polis əməkdaşları, yaxud qeyri şəxslər tərəfindən hər hansı təsir (fiziki və psixoloji) göstərilməsi müəyyən edilməmiş, təqsirləndirilən şəxsin evində axtarış keçirilməsinə aşkar narazılığı və nisbətən emosional formada davaranışı müəyyən edilsə də, keçirilmiş əməliyyat axtarış tədbirlərində hər hansı şübhəli məqam və Təqsirləndirilən şəxs və digər şəxslərə qarşı həe hansı qanunsuzluq(lar) edilməsi, fiziki və psixi zorakılıq göstərilməsi hal(lar)ı aşkar edilməmişdir. Həmin, eləcə də əvvəlki epizodlar üzrə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə təhqiqat orqanı Qazax RPŞ tərəfindən qəbul edilmiş qərarlar hazırki məhkəmə baxışına qədər yəni, ibtidai istintaq dövründə məhkəmə nəzarətini həyata keçirən İ instansiya məhkəməsi tərəfindən yoxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın son dövrləri və və məhkəmə baxışı zamanı verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitələri şəxsi istehlakı məqsədilə saxlaması,xx.xx.2022-ci ildə yaşadığı evə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyulması, evində narkotik vasitələrin istehlakı üçün kiməsə şərait yaratması barədə hissəsinə tənqidi yanaşaraq, göstərdiklərinin işin faktiki hallarına uyğun olmadığı və özünün ilkin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları və əlavələri, ekspertiza rəyləri, əməliyyat-axtarış və istintaq hərəkətləri zamanı aparılmış videoçəkiliş, eləcə də aşkar edilmiş narkotik vasitənin miqdarı və növü, müxtəlif hissələrə bölünməsi, "xxxx" MMC-yə məxsus diskə baxış keçirilməsi barədə protokol, eləcə də cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hissədə həqiqətə uyğun olmayan kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin gedişatını və nəticələrini əks etdirən protokol və videoçəkilişləri, təqsirləndirilən şəxsə məxsus mobil nömrə ilə olan sms mətnlərin məzmununa dair mobil operatordan əldə edilmiş çıxarış və sms mətnləri, məhkəmə narkoloji ekspertiza rəyini daha mötəbər, yəni Təqsirləndirilən şəxs göstərdiyi əsasları qəti şəkildə təkzib edən mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş videoçəkilişlər və məhkəmə kimyəvi ekspetiza rəylərindən də görünür ki, 7 və 30 aprel 2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrı-ayrı hissələrə bölünmüş və çəkilərək bağlanılmış yəni istehlaka hazır formada, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olmuşdur ki bu da aşakr edilmiş narkotik vasitə və psixotrop maddənin eyni mənbədən götürülməsinə əsas verir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edimiş İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram, İİ siyahıya əsasən isə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Həmçinin “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahıda tramadolun külli miqdarı 6 qram göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilib götürülən narkotik vasitə və psixotrop maddənin növü və ümumi təmiz çəkiləri əvvəlcədən hissələrə bölünməsi, külli miqdar narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs evində tiryəkxana təşkil etməməsi ilə bağlı təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları, yəni polis əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı evdə istifadə edilmiş narkotik vasitə qalıqlarının və digər köməkçi vasitələrin aşkar edilməsi, eləcə də məhkəmə baxışında şahid qismində dindirilən xx.xx.2022-ci ildə baxış zamanı evdə olan şəxslərin (şahidlərin) Təqsirləndirilən şəxs həmin vaxta qədər də dəfələrlə narkotik vasitə aldıqdan sonra evində istifadə etmələrini bildirmələri təqsirləndirilən şəxsin evində həmin vaxt, yaxud əvvəllər narkotik vasitə çəkilməməsi, yəni tiryəkxana təşkil edilməməsinə dair hissəsini qəti şəkildə təkzib edir və Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə həqiqətəuyğun olmadığı qənaətinə gəlir. Bundan başqa xx.xx.2022-ci ildə evindən aşkar edilmiş güclü təsiredici maddə tramadol ampulalarını ailə üzvlərinə məxsus olması, onları səhlənkarlıq edib evdə saxlaması və təhvil verməməsi, bunun cinayət olmasından məlumatsız olmasına münasibətdə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin həyat şəraiti, özünün narkotik vasitələrə meylli olması, epizodik istifadə etmə hallarını etiraf etməsi onun qeyd edilən güclü təsiredici maddənin saxlanılmasıının qanunsuz olması və cinayət məsuliyyəti yaratmasından məlumatsız olmasına dair əsaslı şübhə yaratmışdır və məhkəmə bunu təqsirləndirilən şəxsin qeyri-səmimi olması, təyin ediləcək cəzadan yayınma cəhdi kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3, 238.1 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, baxış keçirilməsi zaman zamanı aparılmış videoçəkilişlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3, 238.1 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində əsasən isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ibtidai araşdırma orqanı tərəfindən göstərilməsə də, öz təşəbbüsü ilə əldə etdiyi Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi zamanı, yəni 1992-1996-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı nəticəsində təqsirli bilindiyi maddələrində ancaq birinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetməyə münasibətdə alternativ cəza olaraq bir ildən üç ilədək azadlığın məhudlaşdırılması cəzası nəzərdə tutulsa da məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə göstərilən ilk cinayət əməlini törətdiyi vaxtdan sonrakı müddətdə təqsirləndirilən şəxs tərəfindən yenidən eynixarakterli cinayət əməllərinin təkrar olaraq ona azadlıqdan məhrumetməyə nisbətən yüngül cəzanın tətbiq edilməsini mümkünsüz etmişdir. Beləliklə məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasəb barəsində istintaq olunmuş cinayət işləri üzrə ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 (iki )gün, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan 1 (bir gün), xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan 2 (iki) gün olmaqla, ümumilikdə 5 (beş) gün müddət Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 12 sentyabr 2022-ci il tarixdən hesablanmalı, şübhəli şəxs qismində tutulduğu müddətlər təyin ediləcək cəzadan çıxılmaqla təqsirləndiirilən şəxsə qəti cəza təyin edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan ünvan 4 ünvanında 4 yanvar 2022-ci il tarixdə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,875 qram heroin, 5 yanvar 2022-ci il tarixdə Şahid7 oğlunun üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,874 qram çəkidə heroin, 3,342 qram limon duzu, 3 ədəd 1 ml-lik şpris, 1 ədəd baş hissələri sınıq olan şüşə ampula, 7 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,196 qram heroin, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və ünvan 4 ünvanda yerləşən evinə baxış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,268 qram heroin, 0,790 qram metamfetamin, Təqsirləndirilən şəxs məxsus Qazax rayon Ağköynək kəndində yerləşən evinə 12 sentyabr 2022-ci il tarixdə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,413 qram və 293,729 qram olan heroin, üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi, 9 ədəd tramadol “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən məhv edilməli, təqsirləndirilən şəxs və cinayət işi əlaqədar digər şəxslər üzərində baxış və şəxsi axtarış keçirilməsi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 11 ədəd “DVD” diskin və telefon danışıqları barədə məlumatların olduğu 2 ədəd “CD” disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 280.40 (iki yüz səksən manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bərəsində istintaq olunmuş cinayət işləri üzrə ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 (iki ) gün, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan 1 (bir gün), xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan 2 (iki) gün olmaqla, ümumilikdə 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz ) il, 5 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Qazax RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan təmiz çəkisi 0,875 qram heroin, Şahid7 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,874 qram çəkidə heroin, 3,342 qram limon duzu, 3 ədəd 1 ml-lik şpris, 1 ədəd baş hissələri sınıq olan şüşə ampula, 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,196 qram heroin, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və ünvan 4 ünvanda yerləşən evinə baxış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,268 qram heroin, 0,790 qram metamfetamin, Təqsirləndirilən şəxs məxsus Qazax rayon Ağköynək kəndində yerləşən evinə 12 sentyabr 2022-ci il tarixdə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,413 qram və 293,729 qram olan heroin, üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi, 9 ədəd tramadol “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən məhv edilsin, baxış və axtarış keçirilməsi görüntülərin əks olunduğu 11 ədəd “DVD” disk, telefon danışıqlarına dair məlumatların əks olunduğu 2 ədəd “CD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 280.40 (iki yüz səksən manat qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar