Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-259/2024 15.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1998-ci il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Bəhrambəy kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Göygöl rayonu, Bəhrambəy kəndində yerləşən fərdi yaşayış evinə gələrkən arvadı Zərərçəkmiş şəxs və azyaşlı oğlu Şahid3 həmin tarixdə qayınatası Şahid1 tərəfindən sonuncunun yaşadığı Daşkəsən rayonu, Xoşbulaq kəndinə aparılmasını müəyyən etdikdən sonra Zərərçəkmiş şəxs və Şahid3 yaşadığı evə geri qaytarmaqdan ötrü hadisədən xəbəri olmayan tanışı Şahid2 idarə etdiyi VAZ-21061 minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətində hərəkət etmiş, həmin gün saat 14 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun 23-cü kilometrliyində, Daşkəsən rayonu, Bayan kəndində “Alma bağı” adlanan əraziyə gedən yolun yaxınlığında ailə-daxili münaqişələrinə görə kəskin münasibətləri olan qayınatası Şahid1 idarə etdiyi VAZ-21011 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını görərək həmin avtomobili keçdikdən sonra özünün əyləşdiyi avtomobili saxladıb düşərək qayınatası Şahid1 və arvadı Zərərçəkmiş şəxs yaxınlaşmış, həmin vaxt ailə-məişət münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisədən sonra qayınatası Şahid1 onlardan təxminən 30 metr aralandıqdan sonra arvadı Zərərçəkmiş şəxs ilə təklikdə ailə-məişət münasibətlər zəminində sözlə mübahisəni davam etdirdiyi zaman sonuncunun onu təhqir etməsindən qəzəblənərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlib, bu niyyətlə istintaqa məlum olmayan mənbədən əldə etdiyi kəsici alətlə sonuncuya qəsdən bir neçə dəfə zərbə endirməklə ona döş qəfəsinin sağ yarısının daxilə keçən və ağ ciyərin aşağı payını zədələyən yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 1 ədəd, sağ bazunun və sağ dirsək oynağının yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 2 ədəd, ümumilikdə 3 ədəd xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsi sənəd məlumatlarında rəsmi olaraq subay kimi qeyd edilsə də, faktiki olaraq 2016-cı ilin avqust ayında Zərərçəkmiş şəxs ilə el adətinə uyğun toy mərasimi edib ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü Rüzgar adlı övladı anadan olmuşdur. Şahid1 onun qayınatası olmuş və sonuncu ilə aralarında bəzi ailə daxili münaqişələri baş vermişdir. Qayınatası və qaynanası mütəmadi olaraq onun ailə münasibətlərinə müdaxilə etmiş, müdaxilə nəticəsində də onunla arvadı arasında mübahisələr yaranmış, arvadının valideynləri isə həmin mübahisələri bəhanə gətirərək onları ayırmağa çalışmışlar. O isə arvadına və uşağına görə baş verənlərə səbir etmiş, lakin bəzi vaxtlarda baş vermiş narazılıq səbəbindən arvadının valideynləri ilə aralarında yenidən mübahisə yaranmış, hətta mübahisəni birində də polis əməkdaşları onların yanına gələrək sakitləşdirmişlər. Həmin hadisədən bir müddət sonra o, qayınatası ilə barışmış və ailə münasibətləri öz qaydasına düşmüşdür. 29 iyul 2023-cü il tarixdə saat 05 radələrində Göygöl rayonu ərazisində fəaliyyət göstərən “mal satışı” bazarına getmişdir. Həmin gün təxminən saat 12 radələrində nahar etmək üçün İbiş ləqəbi ilə çağırdığı tanışı İbrahimin idarə etdiyi VAZ 2106 markalı avtomobili ilə Göygöl rayonu, Bəhrambəyi kəndi ərazisində yerləşən yaşadığı evə getmişdir. Evə daxil olaraq arvadı Zərərçəkmiş şəxs və oğlu Şahid3 səsləmiş, lakin evdə heç kimin olmadığını görüb evi gəzdikdə arvadı ilə oğlunun paltarlarının olmadığını aşkar etmişdir. Bir qədər düşündükdə, arvadının ondan xəbərsiz atası İsaxın evinə getdiyini dərk edib dərhal evdən çölə çıxaraq İbrahim ilə birlikdə sonuncunun avtomobili ilə Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətində hərəkət etmişdir. Həmin kənd istiqamətində getməkdə məqsədi qayınatası Şahid1 arvadı Zərərçəkmiş şəxs Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evinə aparmasını düşünməsi olmuşdur. İbrahimin avtomobili ilə həmin gün Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətində hərəkətdə olarkən, Daşkəsən rayonu, Bayan kəndində “Almabağı” adlanan əraziyə gedən yolun yaxınlığında qayınatası Şahid1 idarə etdiyi avtomobilin hərəkət etdiyini görüb İbrahimdən sonuncunun idarə etdiyi avtomobili keçməsini xahiş etmişdir. İbrahim qayınatasının idarə etdiyi avtomobili təxminən 50-60 metr keçdikdən sonra o, İbrahimdən idarə etdiyi avtomobili yolun kənarında saxlamasını demişdir. Sonuncu da avtomobili saxladıqdan sonra o, düşərək yolun ortasında dayanmış, bunu görən qayınatası Şahid1 avtomobildən düşərək üzərinə gəlmiş, o, İsaxdan arvadı Aytəni və oğlu Rüzgarı hara apardığını və nə üçün ondan icazə almadığını soruşmuş, qayınatası isə cavabında ona qızını və nəvəsini öz evinə aparan zaman kimdənsə icazə almaq məcburiyyətində olmadığını bildirmişdir. O, qayınatasına ağsaqqal olduğunu, belə hərəkət etməyin düzgün olmadığını və qızının ailəsinin dağılmasında niyə maraqlı olduğunu deyərək ailəsinin ondan icazəsiz aparmasını doğru addım hesab etmədiyini bildirmişdir. Şahid1 bir daha ona etdiyi hərəkətdə özünü tam haqlı hesab etdiyini demişdir. Bu zəmində qayınatası ilə aralarında mübahisə yaranmış, Şahid1 cibindən mobil telefonu çıxaraq 102 xidmətinə müraciət edib məlumat vermiş, o isə qayınatasına biabırçılıq etməməsini, polisə məlumat verməməsini və aralarında olan mübahisənin ailə-daxili məsələ olmasını deyərək arvadı ilə oğlunu evə aparmasına icazə verməsini xahiş etmişdir. Həmin vaxtı arvadı Zərərçəkmiş şəxs avtomobildən düşərək qayınatası Şahid1a polisə məlumat verməməsini, ailə-daxili məsələlərinə qarışmamasını, əri ilə birlikdə öz evlərinə getməyə razı olduğunu bildirmişdir. O, bir daha qayınatasından xahiş edərək arvadı ilə oğlunu aparmasına icazə verməsini istəmişdir. Həmin vaxtı təsadüfən yoldan keçən dayısı Şahid4 onları görüb qayınatasına yaxınlaşmışdır. Dayısı qayınatasından nə baş verdiyini soruşub mübahisənin həlli üçün birlikdə evlərinə gedərək söhbət etməyi təklif etmiş, lakin İsax Ramil ilə razılaşmayaraq təkidlə qızını və nəvəsini özü ilə aparacağını demişdir. Dayısı qayınatasını sakitləşdirməyə çalışsa da sonuncu sakitləşməyərək onun həmin yerdən çıxıb getməsini tələb etmişdir. Bu zaman qayınatası ilə aralarında mübahisə yaranmış, Şahid1 idarə etdiyi avtomobilə tərəf qaçmış, o, həmin vaxtı qayınatasının avtomobildən bıçaq götürəcəyini düşünüb özü də qaçaraq sonuncunun avtomobilinin sərnişin oturacağından içəri daxil olmuş, Şahid1 avtomobilinin salonunda nə isə axtardığını görüb o, avtomobilin qoltuq altı yerinin qapağını açdıqda orada bıçaq görmüş, Şahid1 həmin bıçağı götürmək istədikdə o sonuncudan cəld tərpənib bıçağı özü götürmüşdür. Daha sonra avtomobildən çölə çıxaraq qayınatası onun üzərinə gəlmiş, o da sonuncudan arvadını və uşaqlarını aparmasına imkan verməsini xahiş etmiş, lakin qayınatası onun sözlərinə məhəl qoymayaraq üzərinə gəlməyə davam etmişdir. Bunu görən dayısı Ramil qayınatasının qarşısına duraraq qoluna girib təxminən 30 metr kənarda saxladığı avtomobilə tərəfə aparmış və orada sonuncu ilə söhbət edib sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı o, qayınatasının idarə etdiyi avtomobilin arxasında arvadı Zərərçəkmiş şəxs dayandığını görüb sonuncuya yaxınlaşaraq söhbət etmək istəmiş, lakin arvadı ağlayaraq onu adam hesab etmədiyini, çıxıb getməsini və öz atası ilə birlikdə gedəcəyini bildirmişdir. O isə Aytənə getmələrinə icazə verməyəcəyini demişdir. Bu sözündən sonra Aytən onun ünvanına söyüş söyərək təhqir etmiş və ona qarşı şəxsiyyətinə toxunacaq ağır ifadələr işlədərək bir kişi kimi onun qürurunu sındırmışdır. Aytənin işlətdiyi ifadələrdən sonra o, özünü saxlaya bilməyərək əlindəki bıçaqla arvadına xəsarət yetirmişdir. Aytən zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxtı qayınatası dayısı ilə söhbəti yekunlaşdırıb onların yanına gəlmiş və İsax avtomobilin arxa tərəfinə keçdikdə qızının yerdə uzandığını və kürək nahiyəsindən qan axdığını görüb ona tərəf qaçaraq “sən nə etdin?” deyib onunla əlbəyaxa olmuşdur. Dayısı onları ayırdıqdan sonra Şahid1 qızına yaxınlaşıb yerdən qaldıraraq idarə etdiyi avtomobilə əyləşdirmişdir. X6 Quluyevə yaxınlaşaraq xəstəxanaya aparmaq üçün kömək etmək istədikdə sonuncu dayısını itələyərək avtomobilə əyləşib Daşkəsən şəhəri istiqamətində getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı ilə bir neçə dəfə aralarında narazılıq olmuş, arvadı atası evinə getmiş, sonradan isə barışmışlar. Mübahisə zamanı heç vaxt arvadına hər hansı bir xəsarət yetirməmiş, ilk dəfə olaraq düşdüyü vəziyyətlə bağlı və ən əsası da arvadının ona qarşı nalayiq ifadələrinə görə əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Onun arvadına və ya orada olan kiməsə qarşı hər hansı bir xəsarət yetirmək fikri olmamış, mübahisə olmadan arvadını və oğlunu öz evlərinə aparmaq istəmiş, lakin qayınatası buna imkan verməmiş, mübahisə daha da böyümüşdür. Bıçağı qayınatasının avtomobilindən götürmüş, bu səbəbdən də onun üzərində öncədən bıçaq olmamışdır. Arvadına bıçaq vuran zaman yanlarında heç kim olmamış, qayınatası və dayısı onlardan kənarda dayanmışlar. Həmin vaxt qayınatası onu pis sözlə təhqir etmiş, arvadı da atasının ona qarşı həmin sözü deməsində haqlı olmasını bildirmiş, bütün bu hərəkətlər isə onu daha çox qıçıqlandırmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, ailəsi onun üçün çox əzizdir, indi də başa düşə bilmir ki, belə bir hadisə necə baş vermişdir. Hazırda arvadı ilə barışmış və azyaşlı uşağı ilə birlikdə öz evlərində mehriban yaşayırlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun faktiki olaraq əri olmuş və o, sonuncu ilə 2016-cı ilin sentyabr ayında nikahlarını rəsmi qaydada qeyd etdirmədən el adəti ilə toy edib ailə qurmuşdur. Evlilikdən onların bir azyaşlı oğlu dünyaya gəlmişdir. Şahid1 isə onun doğma atası olmuşdur. 28 iyul 2023-cü il tarixdə saat 23 radələrində Röyal ilə yaşadığı evdə olarkən əri ona azyaşlı oğlu Rüzgarı səhəri gün, yəni 29 iyul 2023-cü il tarixdə qayınatası Əbülfəzin yaşadığı evə aparacağını söyləmiş, o da buna narazılıq edərək Rüzgarın körpə uşaq olduğunu və dəcəllik etməsi ilə bağlı orada başına iş gələ biləcəyini deyərək aparmasına icazə verməmiş, lakin Röyal israrla Rüzgarı qayınatasıgilə aparacağını demişdir. Həmin gün bu məzmunda aralarında münaqişə yaranmışdır. 29 iyul 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanarkən əri Röyalın evdə olmadığını görmüş və o, sonuncunun nə vaxt və hara getdiyini bilməmişdir. Həmin gün saat 09 radələrində valideynləri ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb hal-əhval tutmuş, bu zaman atasına onu və oğlunun gəlib öz evlərinə aparmasını demişdir. Atası İsax ondan nə baş verdiyini soruşduqda o, gecə baş verənləri danışmış, bundan sonra atası ona hazırlaşmasını və gəlib onunla oğlunu öz evinə aparacağını demişdir. Bir qədər sonra atası gəlib onu və oğlunu götürərək öz evinə aparmışdır. O da atasıgildə qalmaq üçün uşağı ilə birlikdə ora getmişdir. Həmin gün təxminən saat 14 radələrində Gəncə- Daşkəsən avtomobil yolunun 23-cü kilometrliyində “Alma bağı” adlanan əraziyə gedən yolun yaxınlığında hərəkətdə olarkən atasının avtomobilinin yanından ağ rəngli qeydiyyat nömrəsini xatırlamadığı avtomobilin keçdiyini, ön sərnişin oturacağında isə əri Röyalın əyləşdiyini görüb atasına ərinin gəldiyini və avtomobili saxlamasını demişdir. Atası isə ona qorxmamasını, özünün də onun yanında olmasını bildirmişdir. Bundan sonra yanlarından keçən avtomobil bir qədər qarşıda saxlamış və Röyal ön sərnişin oturacağından yerə düşərək onlara tərəf gəlmiş, o da dərhal avtomobildən düşərək Röyala tərəf gedib ondan münaqişə yaratmamasını, atası ilə getməsinə icazə verməsini xahiş etmişdir. Röyal isə öz cavabında icazəsiz niyə evi tərk edib getdiyini deyərək ona irad tutmuşdur. Həmin vaxtı azyaşlı oğlu Rüzgar Şahid1 idarə etdiyi avtomobilin arxa oturacağında yatmışdır. Bu zaman atası Şahid1 ona baxaraq Röyala baş verən mübahisələrlə bağlı onları ayıracağını demişdir. Röyal isə atasına tərəfə baxaraq sakitləşməsini və sakit tərzdə söhbət etməsini təklif edərək İsaxın idarə etdiyi avtomobilin ön sərnişin oturacağına əyləşmiş, həmin vaxtı atası da avtomobilə əyləşmişdir. Ətrafa baxdıqda bir qədər aralıda Röyalın dayısı Şahid4 həmin yerə avtomobil ilə gəldiyini və yerə düşdüyünü görmüşdür. Şahid4 ona yaxınlaşıb “bacı” deyə müraciət edərək orada nə baş verməsi ilə bağlı maraqlanmış, eyni zamanda ərinin və atasının nəyə görə mübahisə etdiklərini soruşmuşdur. O, Ramilə Röyalı oradan aparmasını və atası evinə getməsinə imkan yaratmasını xahiş etmişdir. Bu zaman Şahid4 Şahid1 yaxınlaşaraq qoluna girib öz avtomobilinə tərəf aparmışdır. O, həmin vaxtı atası Şahid1 idarə etdiyi VAZ 21011 markalı avtomobilin arxasında dayanmış, Şahid4 isə Şahid1 gəldiyi avtomobilin arxa tərəfinə apararaq orada söhbət etmişdir. Bu zaman Röyal onun yanına gələrək bir daha ona düzgün hərəkət etmədiyini, evi niyə ondan icazəsiz tərk etdiyini, onu çox sevdiyini və onun bütün bunları nəzərə almadığını irad tutaraq ailələrini belə kiçik mübahisələrə görə dağıtmamasını istəmişdir. O da öz cavabında Röyala sonuncunun heç vaxt düzəlməyəcəyini, ona və oğluna qarşı biganə yanaşdığını, boş səbəblərdən ailədaxili mübahisə yaratdığını və bu hərəkətlərə görə artıq bezəcək vəziyyətə gəldiyini demişdir. Röyal yenə də onu itirmək istəmədiyini, onu çox sevdiyini, onun valideynlərinin onları ayırmaq istədiklərini, valideynlərinin sözünə qulaq asmamasını və ailələrini dağıtmamalarını deyərək təkidlə onunla barışmaq istəmişdir. O, Röyalın əsassız olaraq onun valideynlərinin ailələrini dağıtması ilə bağlı olan sözünə əsəbiləşərək özündən asılı olmadan ərinin ünvanına nalayiq söyüş söyüb sonuncunu təhqir etmişdir. Həmin vaxtı Röyal onun bu sözünə əsəbiləşmiş və üzərinə gələrək əlindəki bıçaq ilə onun bədəninə bir neçə dəfə zərbələr vurmuş, o da zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılıb huşunu itirmişdir. Bu səbəbdən də o, sonradan orada nə baş verdiyini xatırlamamışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxtı ətrafda o, atası Şahid1, əri Təqsirləndirilən şəxs və sonuncunun dayısı Şahid4 olmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman həmin halı nə atası Şahid1, nə də azyaşlı oğlu Şahid3 görməmiş, Röyalın dayısı Şahid4 isə özünün idarə etdiyi avtomobilin yanında olmuşdur. Röyalla aralarında bütün ailələrdə olduğu kimi kiçik mübahisələr olmuş, əri əvvəllər onun sağlamlığına heç vaxtı xəsarət yetirməmiş, çünki aralarında yalnız sözlü mübahisələr olmuşdur. O, əri ilə aralarında olan mübahisələrə görə bir neçə dəfə atası evinə çıxıb getmiş, lakin sonradan əri ilə barışıb bir yaşamağa davam etmişlər. Röyalın onu bıçaqla vurmasına səbəb onun sonuncu ilə barışmağa razı olmamasına görə yox, ərini pis sözlərlə təhqir etməsinə görə olmuşdur. O həmin vaxt əsəbi olduğundan bir kişi kimi Röyalın şəxsiyyətinə toxunan ağır ifadələr işlətmişdir. Onun Röyaldan heç bir qorxusu və ya çəkinəcəyi hər hansı bir səbəbi olmamış, o, özü Röyalla barışaraq ailə münasibətini bərpa etmişdir. Bununla bağlı ona hər hansı bir kənar müdaxilə, təsir və ya təzyiq olmamışdır. O, hazırda əri ilə birlikdə azyaşlı övladını böyüdür və Röyalın ona hər hansı bir xəsarət yetirmək təhlükəsi yoxdur. O, Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, məhkəmədən onların ailə münasibətlərinin normallaşmasını, birlikdə ərarvad kimi yaşamaqlarını və azyaşlı övladının olmasını nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, *2244 taksi xidmətində sürücü işləmişdir. Təqsirləndirilən şəxslə münasibəti mal bazarında yaranmışdır. 29 iyul 2023-cü il tarixdə Röyal bazarda olan zaman ona yaxınlaşıb 10 manat müqabilində Daşkəsən şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o da razılaşmışdır. Yolda olanda Röyal ilk əvvəl onu Göygöl rayonu, Bəhrambəy kəndində olan evlərinə aparmağını, orada işi olduğunu, daha sonra isə Daşkəsən şəhərinə gedəcəyini demişdir. O, Röyalı Bəhrambəy kəndindəki evinə aparmış, 3-5 dəqiqə sonra Röyal evlərindən çıxmış və ondan təcili olaraq Daşkəsənə aparmağını istəmişdir. Həmin hün saat 13 radələrində Röyal Daşkəsən rayonu, Bayan kəndinə çatanda yolda qırmızı rəngli avtomobilin hərəkətdə olduğunu görüb həmin avtomobili ötəndən sonra ondan avtomobili saxlamağını istəmişdir. O da avtomobili saxlamışdır. Röyal avtomobildən düşərək ondan oradan uzaqlaşmasını istəmişdir. Daşkəsənə gedəcəyi halda Röyalın orada avtomobildən düşməsi ona qəribə gəldiyi üçün o, yan güzgü ilə arxaya baxmış və Röyalın qırmızı rəngli avtomobildən düşən sonradan adını bildiyi Şahid1 yaxınlaşdığını görmüşdür. O, sonunculardan 20 metr aralıda dayanmışdır. Röyal sonradan tanıdığı Aytənə “otur maşına gedək evə” demişdir. Daha sonra o, Röyalın onun avtomobilinə tərəf gəldiyini görmüşdür. Həmin vaxt avtomobildə heyvan kəsmək üçün bıçaq olduğundan o, Röyalın həmin bıçağı götürməsindən ehtiyat edib avtomobili bir qədər irəliyə doğru hərəkət etdirmişdir. Onun avtomobilinə tərəf gələndə Röyalın əlində heç nə olmamışdır. Bir qədər gəldikdən sonra Röyal Şahid1 avtomobilinə tərəf qayıtmış və avtomobildə bir dəqiqə oturduqdan sonra düşmüşdür. Bu vaxtı o, Röyalın əlində bıçaq olduğunu görmüşdür. Bir qədər sonra Röyalın dayısı da oraya gəlmişdir. İsax Röyala tərəf daş atmışdır. O, həmin vəziyyətdə nə edəcəyini bilmədiyi üçün oradan uzaqlaşmışdır. Sonradan eşitmiş ki, Röyal hadisə törətmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 173 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zaman onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun və sağ kürək nahiyəsinin yaraları, kəsici-deşici alətin (alətlərin) təsirindən törəniblər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla yetirilməsi mümkündür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 621 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısının daxilə keçən və ağ ciyərin aşağı payını zədələyən yara, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir; sağ bazunun və sağ dirsək oynağının yaraları - dərəcələrinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd edilən xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsirindən törəniblər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs bədəni üzərinə aşkar edilmiş xəsarətlər - qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla yetirilməsi mümkündür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 28 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, zərərçəkmiş şəxs Şahid1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır; Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır; hadisə yerindən götürülmüş 8 ədəd tamponlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər; Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər; zərərçəkmiş şəxs Şahid1 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər; Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd idman şalvarı üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X3 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 525 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdikdən sonra və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Röya Allahverdiyev praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur, həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlərlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/975 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir; 2) Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli poliester liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər; 3) Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Şahid1 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər; 4) Təqsirləndirilən şəxs məxsus digər geyim əşyasının üzərində Zərərçəkmiş şəxs məxsus digər geyim əşyasının tərkib liflərinə uyğun liflər yoxdur; 5) Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur; 6) Şahid1 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış göy rəngli poliuretan liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 03 (üç) ay 01 (bir) gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə-Daşkəsən avtomobil yolunun 23-cü kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşir. Baxış zamanı hadisə yerindən pambıq tamponlar vasitəsilə 8 ədəd qan ləkələri götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı əynində olmuş 01 ədəd göy rəngli uzunqol düyməli köynək və 01 ədəd qara rəngli kişi idman şalvarı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baş vermiş hadisə zamanı iş üzrə zərərçəkmiş şəxs Şahid1 əynində olmuş boz rəngli qısaqol kişi yay köynəyi, eləcə də digər Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol köynək və qara rəngli şort müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları və arvadı Zərərçəkmiş şəxs ilə qayınatası Şahid1 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti hadisə yerində bir daha əyani olaraq göstərib ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:15-də 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ dirsək oynağının və bazunun yuxarı hissəsinin, sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin Zərərçəkmiş şəxs deməsinə görə əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirməsi barədə Daşkəsən RMX-dan məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 xəsarət yetirdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RİH başçısının Qabaqtəpə İƏDÜN-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə qeydiyyatdadır və yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 065307 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-cü il təvəllüdlü Şahid3 adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 Daşkəsən RPŞ-ya təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ilə ailə münasibətləri bərpa olunmuş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs Daşkəsən RPŞ-ya təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı tamamilə ödəmiş, Təqsirləndirilən şəxslə ailə münasibətləri bərpa olunmuş və birgə yaşayırlar, əri Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 8 ədəd pambıq tamponlar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli uzunqol düyməli köynək və 01 ədəd qara rəngli kişi idman şalvarı, Şahid1 məxsus 01 ədəd boz rəngli qısaqol kişi yay köynəyi, eləcə də Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli şort maddi sübut kimi tanınaraq Göygöl RPŞ-ya saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər, öz ailəsini ağır maddi vəziyyətə sala bilər, ailəsinin maddi rifahına və həyat şəraitinə təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə ər-arvad münasibətində olmasını, uşağının azyaşlı olmasını, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 03 (üç) ay 01 (bir) gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən bugünədək isə ev dustaqlığında saxlanılmışdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 15 (on beş) gün müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-ya saxlanca verilmiş hadisə yerindən götürülmüş üzərində qan ləkələri olan 8 ədəd pambıq tamponlar məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli uzunqol düyməli köynək və 01 ədəd qara rəngli kişi idman şalvarı sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, Şahid1 məxsus 01 ədəd boz rəngli qısaqol kişi yay köynəyi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, eləcə də Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli şort sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-ya saxlanca verilmiş hadisə yerindən götürülmüş üzərində qan ləkələri olan 8 ədəd pambıq tamponlar məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli uzunqol düyməli köynək və 01 ədəd göy rəngli kişi idman şalvarı sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Şahid1 məxsus 01 ədəd boz rəngli qısaqol kişi yay köynəyi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd qara rəngli şort sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-259/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-259/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver