Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-26/2022 18.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X12 və Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci ildə Gədəbəy rayonu Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu Çalburun kəndinin yaxınlığında yerləşən “Govdu” adlanan yaylaq sahəsində qonşusu Zərərçəkmiş şəxs2 onu atası Şahid1 yüngül dərəcəli bədən xəsarəti yetirməsini bildiyi üçün atasının qisasını almaq məqsədilə Zərərçəkmiş şəxs2 baş və bədən nahiyyələrinə əl zərbələri ilə vuraraq ona subdural hematoma ilə müşayiət olunan başın, sol yanağın sıyrıqları, burunun sıyrılmış səthi yarası, sağ və sol gözaltının, sağ qulağın qançırları, sağ saidin, sol bazunun, döş qəfəsinin ön səthinin, sağ və sol dizin qançırları qismində həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Gədəbəy rayonun Çalburun kəndində yaşayır. Zərərçəkmiş şəxs2, sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1 həmkəndli kimi tanımaqla əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. 2020-ci ilin yay mövsümü ilə əlaqədar olaraq atası, anası öz şəxsi xırdabuynuzlu və iribuynuzlu heyvanlarını aparıb “Govdu” yaylağında saxlayırlar. O, mütamadi olaraq gedib heyvanların saxlanması üçün valideyinlərinə köməklik edir. Zərərçəkmiş şəxs2 da öz şəxsi heyvanlarını “Govdu” yaylağında onların binəsindən təxminən 35-40 metr aralı məsafədə öz binələrində saxlamaqla qonşudurlar. Yaylaqda olan hər bir şəxs özü üçün istifadə etməkdən ötrü binəsinin yanında ağacdan hasar çəkərək göy-göyərti, kartof əkib becərir. Onların binəsinin yanında istifadə etdikləri bostanla Zülfüqarın istifadəsində olan bostan sahəsi bitişik olmaqla aradan təxminən 60- 70 sm hündürlüyündə ağacdan hasar çəkilmişdir. 26 may 2020-ci il tarixdə təxminən saat 18.30 radələrində Gədəbəy rayonun Çalburun kəndində evində olarkən atası İmamquluyev Elşən ***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edərək ayağının zədələndiyini bildirərək avtomobil ilə gəlib sonuncunu kəndə gətirməyini tapşırmışdır. O, atasının adına olan Vaz-2121 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Govdu” adlanan yaylağa gedəndə binələrinin qarşısında atası Elşən oturaq vəziyyətdə olmaqla sifətindən qan axdığını görüb nə baş verməsini soruşduqda atası və anası olanları ondan gizləsələr də təxminən 35-40 metr aralı məsafədən Zərərçəkmiş şəxs2 “ atanı mən döymüşəm, yaxşı etmişəm, əgər kişisənsə gəl gedib dərədə dalaşaq” demişdir. Atasını Zülfüqarın döyməsini biləndə əsəbləşib və döymək üçün qaça-qaça gedərək Zülfüqarda qaçmış bu zaman sonuncuya çatanda ayağı ilişib ikisi də yerə yıxılmış, həmin anda orada olan Mübariz, Əfqan, Tünzalə, atası və anası onu Zülfüqardan atasının heyfini almağa imkan verməyərək tutub binələrinə gətirmişlər. Zülfüqar ilə həyat yoldaşı Xəyalə isə birlikdə öz binələrinə getmişlər. Atası Elşəni avtomobilə mindirib Gədəbəy rayonun Çalburun kəndinə evlərinə gətirmiş, yaylaqdan atası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyi üçün Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları evlərinə gəlib izahat, ərizə almışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs1 qəsdən vurmamış, Zərərçəkmiş şəxs2ı isə söyüb qaça-qaça döymək üçün sonuncunun üstünə gedərkən ayağı ilişmiş ikisi də yerə yıxılmışdır. Bu zaman orada olan şəxslər onları aralamış və dalaşmağa qoymamışlar. Ola bilsin həmin vaxt Zülfüqar yıxılarkən xəsarət almış, onları aralayarkən isə itələdiyi üçün Xəyalə də ehtiyyatsızlıqdan xəsarət almışdır. Onları qəsdən vurmamış, hadisə göstərdiyi kimi baş vermişdir. Zülfüqarın belinin üstündə oturub başına yumruqla vurmadığını, atası Elşən ilə Zülfüqarın dalaşmaqlarına səbəb Zülfüqarın saxladığı donuzlardan bir baş onların kənd təsərrüfat məhsulları becərdikləri bostana daxil olması olduğunu, atası Zülfüqara donuzunu əkin sahələrinə buraxmamasını irad tutduqda aralarında yaranmış mübahisə zamanı sonuncu səs-küy salaraq sərxoş vəziyyətdə olduğuna görə atası Elşəni döyüb xəsarət yetirməsi olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən xəsarət yetirməmişdir. Hadisədən sonra onların hər ikisi ilə barışmış, bütün tibbi xərclərlə bağlı maddi ziyanı tamamilə ödəmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. X5 və sonuncunun oğlu Təqsirləndirilən şəxs və arvadı X2 həmkəndli kimi tanımaqla əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. O, yay mövsümü ilə əlaqədar olaraq təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları digər Çalburun kənd sakinləri kimi “Govdu” yaylağına aparıb saxlayır. Yaylaqda kənd sakinlərinə məxsus əkin sahələri olmaqla yaylaq qonşusu Elşən İmamquluyevində binəsinin yan tərəfində kartof sahəsi olmuşdur. 26 may 2020-ci il tarixdə saat 20 radələrində ona məxsus bir baş donuz heyvanı Elşən İmamquluyevin kartof sahəsinə girmiş, lakin, heyvanı çıxarmalarına ehtiyac olmadan özü sahədən çıxmışdır. Elşən onu çağırıb heyvanına sahib çıxmasını, Kəmalə isə bir baş donuz heyvanı kartof sahəsinə girməsinə görə deyinib onun ünvanına nalayiq söyüşlər edərək əlinə torpaq toması götürüb üstünə atmışdır. Sonra Elşən taxta çəpərdən əlini uzadıb yumruqla sifətinə vurarkən özünü müdafiə etmək üçün o, da sonuncunun sifətinə yumruqla vurmuş, mübahisə etdiklərini görən həyat yoldaşı Xəyalə gəlib onları ayırmış və ayrılıb hərə öz binəsinə getmişdir. Aradan bir neçə dəqiqə qədər vaxt keçdikdən sonra özünə məxsus “VİLİS” markalı avtomobil ilə Çalburun kəndinə getmək istədikdə Elşən İmamquluyev avtomobilin qarşısına keçib onunla yenidən mübahisə etmiş həmin vaxt Kəmalə də oraya gəlib, əlində olan tikanlı yemişən çubuğu ilə onun sifətinə, belinə, qoluna vurmuşdur. Sonra bir təhər Elşən və Kəmalənin əlindən çıxıb comasına qaçıb getmişdir. Hadisədən təxminən yarım saat sonra örüş sahəsindən heyvanlarını gətirməyə gedərkən Elşənin kənddən gəlmiş oğlu Hüseyn ona yaxınlaşıb ünvanına nalayiq söyüşlər edərək təpiklə vurmaq istəyərkən o, kənara çəkildiyi üçün Hüseynin ayağı sürüşərək yerə yıxılmış, həmin anda Elşən və arvadı Kəmalə də oraya gələrək, Hüseyn də yerdən qalxıb üçü də birləşərək onu döymək istəyərkən o, sonuncuların əllərindən çıxıb qaçarmaq itədikdə üzü üstə yerə yıxılmış, bu zaman Hüseyn onun belində oturub yumruqla başına vurmuşdur. Həyat yoldaşı Xəyalə gəlib onu Hüseynin əlindən almaq istəyərkən sonuncu Xəyalənin göz nahiyyəsindən yumruqla vurub ona xəsarət yetirmişdir. Binələrinə gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. 26 may 2020-ci il tarixdə nahar vaxtı yeməklə 200 qram spirtli içki qəbul etsə də, lakin sərxoş vəziyyətdə olmamışdır. Şahid1 sifətindən yumruqla vursa da ancaq nə Hüseynə, nə də Kəmaləyə heç bir xəsarət yetirməmişdir. 26 may 2020-ci il tarixdən əvvəl yalnız vərəm xəstəliyi ilə bağlı Gəncə şəhər ağ ciyər xəstəxanasında stasionar müalicə qəbul etdiyini, uşaq yaşlarından başlayaraq həmin tarixə kimi heç bir vaxt yıxılaraq baş nahiyyəsindən xəsarət almadığını, eyni zamanda hər hansı bir şəxs tərəfindən əşya ilə baş nahiyyəsindən vurulmadığını bildirmişdir. 26 may 2020-ci il tarixdə yaylaqda Təqsirləndirilən şəxs onu vurub ağzı üstə yerə yıxaraq üstünə çıxıb yumruq zərbələri ilə baş nahiyyəsindən bir neçə dəfə vurması nəticəsində başından xəsarət aldığını və bu səbəbdən də Bakı şəhərində Neyrocərrahiyyə xəstəxanasında başından əməliyyat olduğunu, Şahid1 ilə dava –dalaşları 15-20, Təqsirləndirilən şəxs isə onu döyüb xəsarət yetirməsi 3-5 dəqiqə davam etdiyini və davadalaş zamanı ərtafda kənd sakinlərindən bir neçə nəfər olsa da lakin, həmin şəxslərin kimlər olmasını xatırlamadığını göstərmişdir. Hadisə zamanı aldığı xəsarətə görə tibbi xərclərlə bağlı maddi ziyanı Təqsirləndirilən şəxs könüllü olaraq tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 və iki azyaşlı uşaqları ilə birlikdə Gədəbəy rayonun Çalburun kəndində yaşayır. O, X5 və sonuncunun ailə üzvlərini tanıdığını, həmkəndli olmaqla əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmadığını bildirmişdir. Yay mövsümü iləəlaqədar olaraq təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları Çalburun kəndi ərazisində yerləşən “Govdu” yaylağına aparıb saxlayırlar. Yaylaqda kənd sakinlərinə məxsus əkin sahələri olmaqla Elşən İmamquluyevində kartof əkib becərdiyi sahə olmuşdur. 26 may 2020-ci il tarixdə saat 20 radələrində onlara məxsus bir baş donuz heyvanını arxaca gətirərkən qabağından qaçıb Elşənin kartof sahəsinə girsə də lakin, çıxarmağa ehtiyac olmadan heyvanın özü sahədən çıxmış, donuzu gətirib çəpərə salıb özünün isə comaya getmişdir. Comada olan zaman Elşənin arvadı Kəmalənin həyat yoldaşı Zülfüqarın ünvanına söyüş söydüyünü eşidib ancaq əhəmiyyət verməmiş, sonra Kəmalənin yersiz sözlər danışmasını eşidib comadan çölə çıxdıqda sonuncunun söyüş edə-edə əlinə torpaq toması alıb Zülfüqarın üzərinə atmasını Elşən isə Zülfüqarın sifət nahiyyəsindən yumruqla zərbələr endirməsini görmüşdür. Zülfüqar da özünü müdafiə etmək üçün Elşənin sifətindən bir dəfə yumruqla vurmuşdur. Elşən ilə Zülfüqarın dava etdiklərini görüb yaxınlaşıb Zülfüqarı comaya gətirmişdir. Davadan bir qədər keçdikdən sonra Zülfüqar öz idarə etdiyi “VİLİS” markalı avtomobil ilə Çalburun kəndinə getmək üçün yola düşmüş, xırdabuynuzlu heyvanlarına nəzarət etmək üçün comanın arxa tərəfinə getdikdə Elşənin kəndə gələn yolda Zülfüqar ilə nəsə danışdıqlarını görmüş, ancaq sonuncular sakit halda söhbət etdiklərinə görə dalaşmaqdıqlarını düşünüb geri çönənə də Elşənin arvadı Kəmalə təlaşlı halda yolun kənarından əlinə çubuq götürüb Zülfüqar və Elşənin söhbət etdikləri yol istiqamətinə getdiyini görmüşdür. Kəmalənin ardınca Zülfüqargilin yanına getmiş, Kəmalə Zülfüqarın yanına çatan kimi əlindəki çubuqla sonuncunun sifətinə, başına vurmuş, Elşən isə hücum edib Zülfüqarı vurmağa başlamışdır. Zülfüqarın da Elşənin üzərinə hücum etdiyini görüb Kəmaləni geri itələyib Elşənin sifətindən yumruqla vurmuş, sonunculara yaxınlaşaraq dalaşmaqlarına mane olmağa çalışdıqda Kəmalə əlində olan tikanlı çubuqla onun sifət nahiyyəsindən vurmaq istədikdə sağ qolunu üzünə tutduğu üçün çubuq qoluna dəymişdir. Zülfüqarı Elşəngildən aralayıb comaya gətirən zaman Elşən çağırıb Zülfüqara “gör sənin başına nə oyunlar açacam” deyərək hədələmişdir.Təxminən yarım saat sonra Zülfüqar azyaşlı uşaqları ilə birlikdə heyvanlarını gətirməyə getdikdən 2-3 dəqiqə qədər vaxt keçmiş uşaqlarının qışqırıq səslərini eşidib dərhal comadan çölə çıxdıqda Elşən sonuncunun oğlu Hüseyn və arvadı Kəmalənin birləşib Zülfüqarı döydüklərini görmüş, Zülfüqar Elşəngilin əlindən çıxıb qaçmaq istədikdə Hüseyn yumruqla Zülfüqarın başının arxa nahiyyəsindən vurmuş və zərbədən sonuncunun üzü üstə yerə yıxılmış, Zülfüqar yıxılan kimi Hüseyn belinin üstündə oturub yumruqla başına vurmuşdur. X8 üstündən aralamaq istədikdə Hüseyn onun gözünün alt nahiyyəsindən yumruqla vurmuşdur. 26 may 2020-ci il tarixdə Zülfüqar nahar vaxtı yeməklə çox az miqdarda spirtli içki qəbul etmişdir. Hadisə zamanı ətrafa baxmadığına görə heç kimi görmədiyi üçün hadisəni kimlərin görməməsi barədə heç bir məlumatı olmadığını və münaqişə ümumilikdə götürdükdə 30 dəqiqə davam etdiyini göstərmişdir. Tibbi xərclərlə bağlı maddi ziyanı Təqsirləndirilən şəxs könüllü olaraq tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonun Çalburun kəndində yaşayır. O, təsərrüfatında iribiynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. Zərərçəkmiş şəxs2 və sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1 tanıyır, həmkəndli olmaqla əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. Həmişə olduğu kimi yay mövsümü ilə əlaqədar olaraq təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu heyvanları Çalburun kəndi ərazisində yerləşən “Govdu” yaylağına aparıb saxlamışdır. “Govdu” yaylağında bir neçə Çalburun kənd sakinləri olmaqla Zərərçəkmiş şəxs2 öz mal-qaralarını aparıb orada saxlamış, binəsinin yan tərəfində yerləşən əkin sahəsinə yay mövsümü ilə əlaqədar olaraq istifadə etmək üçün kartof, lobya, göy-göyərti əkib becərmişdir. 26 may 2020-ci il tarixdə saat 19 radələrində Zülfüqara məxsus bir baş donuz qonşusu Şəmsi Gülmalı oğlunun əkin sahəsinə girdiyinə görə sonuncunun həyat yoldaşı Kifayət donuzu çıxardıqda heyvan gəlib onun əkin sahənə girmiş, əkin sahəsindən Zülfüqara məxsus bir baş donuzu çıxardıqdan sonra çağırıb sonuncuya “heyvanın mənim əkin sahəmə ziyan vurur, heyvanına niyə yiyəlik etmirsən” deyərək irad tutduqda Zülfüqar onun ünvanına nalayiq söyüşlər söyərək gəlib çəpərdən əlini uzadaraq jaketinin sağ çiyin nahiyyəsindən dartıb çırdığını və əli ilə sinəsinə vurmuşdur. Bu anda qonşulardan Mübariz , Əfqan, Nofəl və Şəmsi gəlib Zülfüqarı ondan aralayıb aparmışlar.Binəsinə gedib əynində cırılmış paltarını dəyişib binədən təxminən 700-800 metr aralı məsafə aralıda qoyun otarmağa getdikdə Zülfüqar özünə məxsus “VİLİS” markalı avtomobili ilə onun yanına gəlib avtomobili saxlayaraq onu çağırıb “kişi deyilsən gəl otur maşına gedək dava edək” demişdir. Zülfüqarın belə deməsinə əsasən o, sonuncunun avtomobilinin qapısını açıb oturmaq istədikdə Nofəl onun qolundan tutub avtomobildə oturmağına mane olmuş, Zülfüqar həmin vaxt maşından düşüb yenidən onun və ailə üzvlərinin ünvanına söyüşlər söyərək üzərinə gedib əlində olan daşla sol gözünün alt nahiyyəsindən vurmuşdur. Həmin anda qonşular gələrək Zülfüqarı ondan bir az kənara aparmışlar. Bu vaxt Zülfüqar əlində olan daşı onun üzərinə atdıqda daş sağ ayağının topuq nahiyyəsindən dəymişdir. Sonra 102 xidmətinə zəng edib Zərərçəkmiş şəxs2 tərəfindən döyülməyi barədə məlumat vermiş, sonra isə ayağından xəsarət aldığına görə yeriməkdə çətinlik çəkdiyi üçün həyat yoldaşı Kəmalənin köməyi ilə binələrinə gələrək Çalburun kəndində olan oğlu Hüseynə zəng edərək gəlib onu kəndə aparmasını demişdir. Təxminən 20-25 dəqiqə sonra Hüseyn yaylağa gəlmiş, yaylaqda Hüseyn gözünün alt nahiyyəsindən qan gəldiyini görüb nə olması ilə maraqlandıqda ona guya kürsüdən yıxıldığını demiş lakin, Hüseyn onun yıxılmağına inanmayıb, kimləsə dalaşdığını düşünüb təkidlə nə olmasını soruşduqda Zülfüqar qarşı tərəfdən gələrək “mən döymüşəm, gəl görüm nə demək istəyirsən” deyib onlar tərəfə gəldikdə oğlu Hüseyinin Zülfüqara tərəf getmişdir. Onlar qarşı-qarşıya gəldikdə qonşu Mübariz yaxınlaşıb Hüseynin qolundan tutub comaya tərəf gətirmişdir. Bundan sonra Hüseyn ilə birlikdə Çalburun kəndinə gəldiklərində polis əməkdaşları evinə gəlib ondan izahat aldıqlarını və döyülməyi barədə Gədəbəy rayon polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin günün səhəri yəni, 27 may 2020-ci il tarixdə Gədəbəy mərkəzi rayon xəsatəxanasına gəlib məhkəmə tibbi ekspetizasından müayinədən keçmiş, Zülfüqar onunla mübahisə edən vaxt sərxoş vəziyyətdə olmuş, Zülfüqarla mübahisə edərkən onu yumruqla vurmamışdır. Hüseynin də onu söyüb təhqir etmədiyini, nə Zülfüqarı, nədə Xəyaləni yumruqla vurmadığını, həyat yoldaşı Kəmalənin əlində tikanlı çubuq olmadığını, sonuncunun Zülfüqarı vurubvurmamasını görmədiyini, dava-dalaş zamanı orada həyat yoldaşı, Mübariz, Əfqan, Şəmsi və Zülfüqarın həyat yoldaşı Xəyalənin olduqlarını və hadisəni gördüklərini, qanunsuz hərəkətlərinin 10-15 dəqiqə davam etdiyini göstərmişdir. Hadisədən sonra onların hər ikisi ilə barışmış, bütün tibbi xərclərlə bağlı maddi ziyanı tamamilə ödəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X3 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Gədəbəy rayonun Çalburun kəndində yaşayır. O, Zərərçəkmiş şəxs2, sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1, X7, sonuncunun oğlu Təqsirləndirilən şəxsi həmkəndli kimi tanıyır, əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmadığını bildirmişdir. Yay mövsümü ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından öz şəxsi heyvanlarını aparıb Gədəbəy rayonun “Govdu” adlanan yaylaq sahəsində saxlamışdır.26 may 2020-ci il tarixdə təxminən saat 16 radələrində ulaqla gedib meşə sahəsindən odun gətirdikdən sonra örüş sahəsindən gələn heyvanlarını seçərkən yaxınıqda olan binələrin qarşısında dava-dalaş baş verdiyini görsə də, lakin qulağı ağır eşitdiyi üçün dəqiqliyi ilə kimin-kimlə dalaşdığını bilməmişdir. Sonradan Zülfüqarın bir baş donuzu qonşusu İmamquluyev Elşənin əkin sahəsinə daxil olduğuna görə aralarında mübahisə yaranaraq dalaşdıqlarını və bundan sonra Təqsirləndirilən şəxs kənddən yaylağa gedərək Zülfüqar ilə dalaşdıqlarını eşidib bilmişdir. Zülfiqarın döyüldüyünü görmədiyini və səhhəti ilə əlaqədar olaraq dərhal hadisə yerinə gedə bilmədiyi üçün Hüseyn və qeyrilərinin hərəkətlərinin real şahidi ola bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Miskinli kəndində yaşayır.O, X9 və sonuncunun oğlu Hüseyn, Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə “Govdu” yaylağında qonşu olmaqla əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmadığını bildirmişdir. 26 may 2020-ci il tarixdə təxminən saat 08 radələrində heyvanlarını örüş sahəsinə apardıqdan sonra Miskinli kəndinə gəlib əvvəldən yarımçıq qalmış kartof sahəsinin alasını çəkib həmin gün gec olduğu üçün yaylağa getməyib evində qalmışdır. 27 may 2020-ci il tarixdə saat 11 radələrində yaylağa getdikdə qonşulardan 26 may 2020-ci il tarixdə Zülfüqara məxsus 1 baş donuz Elşənin əkin sahəsinə girdiyi üçün aralarında mübahisə yaranaraq dalaşdıqlarını və bu barədə Gədəbəy rayon polis şöbəsinə şikayət etdiklərini eşitmişdir. Elşənin, sonuncunun oğlu Hüseynin, nə də Kəmalənin həmkəndliləri Zülfüqarı döymələrini görmədiyini, nə də dava-dalaş zamanı kimin-kimlə dalaşdığını, bir-birinə nə ilə, necə vurub xəsarət yetirməsini bilmədiyini göstərmişdir. Dava-dalaş zamanı Zülfüqar ilə Elşəni aralamadığını, Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə yaylağa gedibgetməməsini, sonuncunun Zülfüqar ilə dava etməsini görmədiyini, nə də Hüseynin qolundan tutub Zülfüqar ilə dava etməməsi üçün çəkib comalarına aparmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gədəbəy rayonun “Govdu” adlanan yaylaq sahəsidir. “Üzləşdirmə haqqında” 24.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlində ifşa etmişdir. Üzləşdirmə haqqında” 24.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun törətdiyi cinayət əməlində ifşa etmişdir. 26.05.2020-ci il tarixli 200 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müyinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 27.05 2020-ci il tarixli 334 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər –başın, qaş arası nahiyyənin, sol yanağın sıyrıqları, burunun sıyrılmış, səhti yarası, sağ və sol göz altının, sağ qulağın, sağ saidin, sol bazunun, döş qəfəsinin ön səthinin, sağ və sol dizin qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26 may 2020ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs2 qeyd olunan xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 06.08.2020-ci il tarixli 01/Ə saylı 27.05 2020-ci il tarixli 334 saylı rəyə əlavədən görünür ki,vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- başın sıyrıqları ilə müşaiyət olunan subdural hematoma, sol yanağın sıyrığı, burunun sıyrılmış səthi yarası, sağ və sol göz altının, sağ qulağın, sağ saidin, sol bazunun, döş qəfəsinin ön səthinin, sağ və sol dizin qançırları Küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26 may 2020-ci ilə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən başın sıyrıqları ilə müşaiyət olunan subdural hematoma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 başın aşkar edilmiş subdural hematoma irsi olmama, anadan gəlmə mənşəli deyildir. Qeyd olunan subdural hematoma onun 26 may 2020-ci il tarixdə almış olduğu travma ilə bir başa səbəbli əlaqəlidir. Məhkəmə-tibbi ekspertizasının 24.12.2020-ci il tarixli 355/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 subdural hematoma ilə müşayiət olunan başın, sol yanağın sıyrıqları, burunun sıyrılmış səthi yarası, sağ və sol gözaltının, sağ qulağın qançırları, sağ saidin, sol bazunun,döş qəfəsinin ön səthinin, sağ və sol dizin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt (əşya) əşyaların təsirindən törənmiş, qərarın təsviri hissəsində gösətərilən 26.05.2020-ci il tarixdə baş nahiyyəsinə edirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə subdural hematoma ilə müşayiət olunan başın sıyrıqları, sol yanağın sıyrığı, burunun sıyrılmış səthi yarası, sağ və sol gözaltının, sağ qulağın qançırları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş istər 27.05.2020-ci il tarixli 334 saylı, istər də 06.08.2020-ci il tarixli 01/Ə saylı ekspert rəylərinin nəticələri təsviri hissəyə uyğun olmuşdur. Məhkəmə Psixiatrik Ekspertizasının 10.12.2020-ci il tarixli, 132 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şəhr olunanlar və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» kimi psixi patologiya onu cinayət hadisəsi törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl münasibətdə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir.Təqsirləndirilən şəxs ona ittiham elan edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli dövrünə münasibətdə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» kimi psizi patologiyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» kimi psixi patologiya onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimi təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1ci maddəsinin təsiri altına düşür. Gədəbəy Rayon Poliklinikasının 31.08.2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon poliklinikasının narkoloji və ruhi xəstəliklər kabinetlərində qeydiyyatda dayanmır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 18.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin 16.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xitmətdə olmamışdır. Təqsirləndirilən şəxs Nazirlər kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarının xəstəliklər cədvəlinin 1-ci qrafasının 13-cü maddəsinin “ç” bəndinə, 45-ci maddəsinin “ç” bəndinə və 65-ci maddəsinin “c” bəndinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək hərbi vəzifəlilərin qeydiyyatına verilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz regioanal Filialı Gədəbəy rayon qəbul şöbəsinin 25.01.2022-ci il tarixli arayışından görünür ki, Gədəbəy rayon Calburun kənd sakini Təqsirləndirilən şəxs qardaşı İ qrup əlil X4 qulluq etdiyinə görə 80 manat ömürlük prezident təqaüdü alır. Milli Onkologiya Mərkəzinin 31.01.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sağ qamış sümüyündə sümük ekzostos diaqnozu qoyulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 25.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 22.01.2021-ci il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq materiallarından Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Gədəbəy rayon Məhkəməsinin 24.02.2022-ci tarixli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.“08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs2 təyin edilmiş cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 16.03.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, qardaşının İ qrup əlil olmasını və qardaşına quluq etməsinə görə ömürlük prezident təqaüdü almasını və özünün sağ qamış sümüyündə sümük ekzostos diaqnozundan əziyyət çəkməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, qardaşının İ qrup əlil olmasını və qardaşına quluq etməsinə görə ömürlük prezident təqaüdü almasını və özünün sağ qamış sümüyündə sümük ekzostos diaqnozundan əziyyət çəkməsini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-26/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-26/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver