Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-26/2023 18.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X8, Mahmudov Faiq Nürət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24, X27 və X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X28, zərərçəkmiş şəxsin hüquqi varisi X17, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi, ölmüş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqi varisi Şahid2 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Şəmkir rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 4(076)-105/2021 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə saxlanılan, hazırda ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və umumi təhlükəli üsulla qəsdən adam öldürmə, həmçinin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən evində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində olmaqla xx.xx.1986-cı il təvəllüdlü oğlu Nicat Həsənovun ailəsi ilə birlikdə kirayə evə köçməsi ilə bağlı aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olan oğlu Nicat Həsənovun evdəki məişət əşyalarını sındırıb dağıtmasından əsəbləşərək onun bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən zərbələr vuraraq Nicat Həsənova sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, qarının sağ ön-yan səthinin sıyrıqları və bel nahiyəsinin sol yarısının qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt qarşılıqlı olaraq Nicat Həsənovun da onu əl və ayaq zərbələri ilə vuraraq ona sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən əsəbiləşərək qisas almaq niyyətilə oğlu Nicat Həsənovu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı fərdi yaşayış evinin yataq otağında üzərinə yorğan-döşək yığılmış çarpayının altında saxladığı 1954-cü ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “B” modelli, 26198-54 nömrəli, xarici çaxmaqlı, yivsiz, odlu, qoşalüləli ov tüfəngini götürüb evin həyətinə çıxaraq Nicat Həsənova təxminən 3-4 metr məsafədən həmin vaxt səs-küyə gəlmiş istintaqa məlum olan şəxslərin də həyatı üçün təhlükəli üsulla kütlə istiqamətində 1(bir) dəfə atəş açaraq Nicat Həsənova başın tüklü hissəsində sol təpə qabarı nahiyəsinin toxunub keçən əzilmiş-sıyrılmış odlu silah yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş və o, alkoqol sərxoşluğu vəziyyətində olduğundan açdığı atəşin qismən hədəfdən yayınmasına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğlu Nicat Həsənovu anası Şahid2, arvadı X5 və azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü Şahid8 gözləri qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmiş, bundan sonra o, öz qəsdini başa çatdırmaq üçün həmin tüfənglə ikinci dəfə təxminən 3-4 metr məsafədən hadisə yerinə toplaşmış şəxslərin də həyatı üçün təhlükəli üsulla Nicat Həsənov istiqamətində atəş açaraq sonuncunun yaxınlığında dayanmış arvadı, xx.xx.1985-ci il təvəllüdlü X10 qarının sağ ön-yan səthində qarın və döş boşluğuna nüfuz edən kor odlu silah-qırma yarası ilə müşayiət edilən yara kanalı boyunca dəri, dərialtı piy toxuması, qarının yumşaq toxumaları, böyük piylik, sağ böyrək,qara ciyər, mədəaltı vəz, nazik bağırsaq ilgəkləri, ağ ciyər toxumasıının zədələnməsinə səbəb olan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və onun ölümünə səbəb olan daxili orqanların, o cümlədən ağ ciyərin, qara ciyərin, öd kisəsinin, mədəaltı vəzin, nazik bağrısaq ilgəklərinin, sağ böyrəyin çoxsaylı zədələnməsi nəticəsində həyatla bir araya sığmayan xəsarətlər yetirməklə Səma Qasımovanı əri Nicat Həsənovun, atası Vilayət Qasımovun, anası Şahid9 və azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü Şahid8 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, həmçinin, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən ifadə verməmiş, öldükdən sonra onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, X26 ilə 1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə evlilikdən Nadirə Həsənova, Humay Həsənova, Əfsanə Həsənova adlı qız övladları və Bəhruz Həsənov, Nicat Həsənov adlı oğul övladları dünyaya gəlmişdir. Böyük oğlu Nicat Həsənov təxminən 15 il bundan əvvəl xalası qızı Şahid9 qızı X18 ilə rəsmi nikaha daxil olmuş və onunla birlikdə bir evdə yaşamışlar. Böyük oğlu Nicatın Səma ilə birgə nikahından 1 oğlu və 1 qızı dünyaya gəlmişdir. Oğlu Nicat evlənib onunla birlikdə yaşadığı ilk illərdə mübahisə etməmişdir. Sonrakı illər ərzində o, ailəsinə baxmamış, ailəsini dolandırmaqda çətinlik çəkmişdir. O, dəfələrlə oğlu Nicata özünə iş tapması, ailəsinə lazımi diqqət və qayğı göstərməsi, özünə ev tikdirməsi barədə məsləhətlər vermişdir. X25 xalası nəvəsi olduğundan və xətrini çox istədiyindən aralarında münasibəti çox yaxşı olmuş, öz qızı kimi Səmanı çox istəmişdir. Təxminən 1 ay bundan əvvəl oğlu Nicatla aralarında mübahisə olmuşdur. Belə ki, oğlu Nicat gəlini Səmanın sözü ilə həyətdə saxladığı erkək cinsli pişiyi aparıb kənd ərazisində azdırmışdır. O, acıqlı halda gəlini Səmadan, – “sən kimsən ki, mən qapımda saxladığım pişiyi azdırırsan”, – deyə soruşmuşdur. Bu zaman Səma heç bir söz demədən onunla mübahisə etməmiş, oğlu Nicat isə ona arvadının və gəlininin yanında nalayiq formada, ataya deyilməsi yaraşmayan sözlərlə onu təhqir etmiş, lakin ona əl qaldırmamışdır. 07 avqust 2021-ci ildə oğlu Nicat Həsənov tanımadığı kənd sakinlərindən birinin toy mərasimində iştirak etmiş, axşam saat 22 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt o, evdə olmuş, evin həyətində oturub yarımlitrlik butulkada olan spirtli içki olan araq içmişdir. Yuxusuzluqdan əziyyət çəkdiyi üçün “Ketab” adlı dərman preparatının yarısını atıb su ilə içmişdir. Gecə saat 22 radələrində o, həyətdə oturub dincələn zaman oğlu Nicat Həsənovun evin daxilində servantdakı qabları qıraraq səs-küy saldığını eşitmişdir. Bundan sonra həyətdən evə daxil olmuşdur. Nicat Həsənovdan nə səbəbə səs-küy saldığını və qab-qacaqları nə səbəbə qırmasını soruşmuşdur. O, həmin vaxt həddən artıq spirtli içki qəbul etdiyi üçün hələ də hadisənin nə üstündə və necə baş verməsini, eləcə də mübahisə zamanı onun oğluna, oğlunun da ona nə deməsini xatırlaya bilməmişdir. Lakin, oğlu Nicatla aralarında mübahisənin gərginləşməsi və dava-dalaş həddinə çatması yadında olmuşdur. Oğlu Nicatla dava edən zaman ona qarşı daha da aqressiv hərəkətlər etməyə başlamışdır. O, Nicatı sakitləşməsi üçün xəbərdar etsə də Nicat onu eşitməmişdir. O, evin digər yataq otağındakı yük çarpayısının altından qoşalüləli ov tüfəngini götürüb oğlu Nicata tərəf gəlməyə başlamışdır. Nicata bir daha xəbərdarlıq etmişdir ki, evdə səs-küy salmasın. Nicat isə onun əlində silah olmasına əhəmiyyət verməyib daha da aqressiv hərəkətlər etmişdir. Bundan sonra Nicat və o, çölə çıxmışlar. Evin həyətində, giriş qapısının qarşısında əlində olan tüfənglə sərxoş halda atəş açıb Nicatın onu cana yığmasından qurtulmaq üçün Nicatı vurmaq istədikdə gəlini Səma özünü tüfəngin qarşısına vermişdir. Beləcə oğlu Nicatdan, oğlunun evdə münaqişə yaratmasından canını qurtarmaq üçün vurmaq istədikdə tüfəngin gülləsi gəlini Səmanın qarnından dəymiş və Səma güllənin təsirindən yerə yıxılmışdır. Bundan sonra nə baş verməsini tam xatırlamamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hazırda yaşadığı ev əvvəllər Yeni Həyat kəndinin kolxozunun taxıl anbarı olmuşdur. 1999-cu ildə onlar həmin evə köçən zaman hadisə zamanı istifadə etdiyi silahı anbarın damından tapmışlar. Həmin vaxt silahın qundağı olmamışdır. O, silahın çaxmağı, lüləsi və digər hissələrinin saz və atəşə hazır vəziyyətdə olduğunu görüb ov tüfənginə özü qundaq düzəltdirmiş, təmizləyərək evin yataq otağının yük çarpayısının altına qoymuşdur. Həmin ov silahını yalnız həyətyanı sahədə küçə itlərinin, çaqqal və tülkülərin toyuq-cücələrini yemələrinin qarşısını almaq məqsədilə təxminən 3-4 dəfə istifadə etmiş, ov tüfənginə dair hər hansı sənədləri olmamış, eləcə də ov etmək hüququnu təsdiq edən hər hansı sənədləri mövcud olmamışdır. X42 mübahisə etdiyi üçün yüksək dərəcəli sərxoş olmağının təsiri ilə də yalnız niyyəti Nicat Həsənova xəsarət yetirmək olmuşdur. Lakin, X41 özünü tüfəngin lüləsinin qarşısına atdığı üçün açılan atəş zamanı güllədən çıxan qırmalar onun qarın boşluğuna dəymiş, həmin silahın gəlininə və ya ətrafdakı digər şəxsə dəyə biləcəyini dərk etmişdir. Bundan başqa, o, tüfəngdən atəş açan zaman oğlu Nicat Həsənov və X41 yanbayan dayanmışlar.O, oğlu Nicatla Səmadan təxminən 3-4 metr aralıda dayanmışdır. X17 ifadəsində göstərmişdir ki, mərhum qızı Səma Qasımova 2008-ci ildə həmkəndlisi Nicat Həsənovla rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. O, əvvəllər Nicat Həsənovun və atası Təqsirləndirilən şəxs içkiyə düşkün olduqlarına görə bu nikaha razı olmamışdır. Nicat Həsənovu və atası Təqsirləndirilən şəxs dəfələrlə alkoqol sərxoşluğu vəziyyətində görmüşdür. Nikahdan əvvəl Nicat bir neçə dəfə ailə üzvləri ilə yaşadığı evə elçiliyə gəlsə də, o, qızı Səmanı çöldən tapmadığını bildirmiş, 3 dəfə elçiləri geri qaytarmışdır. Daha sonra qızı Səma Qasımova evi tərk edib, Nicat Həsənova qoşulub evlənmişdir. Əvvəllər Səmanı bu addımına görə bağışlamasa da, sonradan qızı ilə barışmış, ata-övlad münasibətləri davam etmişdir. O, həmişə qızı Səmanı əyyaş, yəni alkoqol içkisi qəbul etməklə həyat tərzi sürən Nicat Həsənova layiq görməmişdir. Qızı Səma xaraktercə mülayim, xoş rəftar, hamı ilə dil tapan, heç kimin cavabını qaytarmayan, hər kəslə xoş münasibət saxlayan bir qız olmuşdur. Nicat isə mütəmadi olaraq spirtli içki qəbul edib evdə dava salan, vecsiz, ailəsini dolandıra bilməyən bir oğlan olmuşdur. Qızı heç vaxt ona ailəsində problemlər olduğunu söyləməmişdir, qızının yaşadığı evə gec-gec getməyindən Səma ona bu barədə heç bir şey bildirməmişdir. Vəfat etdiyi günədək də o, heç vaxt bilməmişdir ki, qızı Səmanın əri Nicat və ya qayınatası ilə arasında narazılıq olmuşdur. Yaşadığı evlə qızı Səmanın yaşadığı ev arasında olan məsafə 800 metr təşkil etmişdir. 07 avqust 2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olarkən, qızı Səmanın evindən səs-küy gəldiyini və “Ay Səma, Ay Səma” qışqırığını eşitmişdir. Bundan sonra o, arvadı Nəbati, gəlinləri İlahə Qasımova və Nübar Qasımova dərhal avtomobillə Səmanın yaşadığı evə getmişlər. Səmanın yaşadığı ev yaxında olduğundan onlar oraya 3 dəqiqəyə çatmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə gəlib çatdıqda qismən sakitlik olduğunu, lakin evin həyətində taxta və plastmas qırıntıları olduğunu görmüşlər. Bundan sonra qudası Təqsirləndirilən şəxs onları həyətdə qarşılamışdır. Təqsirləndirilən şəxs həyətdə nə səbəbə səs-küy olmasını soruşmuşdur. Sahib ona, – “görmürsənmi, Nicat yenə içib evdə dava salır”, – demişdir. Bu zaman Təqsirləndirilən şəxs özü də tam sərxoş vəziyyətdə olmuşdur. O, Sahiblə birlikdə evin həyətindəki stola tərəf gedib əyləşmiş, arvadı Nəbati və gəlinləri isə ayaqüstə həyətdə gözləmişlər. Nicat evdən çıxaraq qudası Sahiblə oturduğu stola tərəf hərəkət etmiş və stolu aşırmış, stolu aşırmazdan əvvəl o, stuldan qalxmış, lakin Sahib sərxoş olduğu üçün stuldan qalxa bilməyib yerə yıxılmışdır. Nicat da sərxoş halda olmuş və yıxılı halda yerdə uzanan atası Sahibin üzərinə hücum edərək onu vurmağa başlamışdır. Sahib də öz növbəsində Nicatı vurmağa başlamışdır. Nicat Həsənovun ailəsi ilə birlikdə kirayə evə köçməsi ilə bağlı ailə üzvləri ilə aralarında əvvəllər ailə-məişət zəminində mübahisə baş vermişdir. Bu barədə o, sonradan məlumat almışdır. Lakin əvvəlcədən məlumatı olmuşdur ki, Nicat Həsənov atası və digər ailə üzvləri ilə yola getmir və həmin evdən köçmək istəyir. Daha sonra Sahibin qızı Humay, Sahibin arvadı Ramute, o və öz arvadı X32 arasına girib onları ayırmağa çalışmışlar. Təqsirləndirilən şəxs Nicat Həsənovun evi dağıtmasından əsəbiləşərək onu vurmağa başlamışdır. Sahib Nicatın bədəninə və qarın nahiyəsinə doğru zərbələr yetirmişdir. Daha sonra isə özündən çıxmış halda yerdən qalxmış və evin sol tərəfdəki qapısını açıb içəri, yəni yatdığı otağa daxil olmuşdur. O, həmin vaxt Nicatı araladığı üçün Sahibin nə məqsədlə evə tərəf getdiyini müəyyən edə bilməmişdir, çünki o, Nicatın qarşısında dayanıb atası Sahibə tərəf hücum etməsinə imkan verməmişdir. Sahib evin qarşısında dayanmışdır. Sahibin qoşalüləli ov tüfəngini əlinə alıb Nicata tərəf atəş açdığını görmüşdür. Atəş Nicatın bədən səthinə dəyməmişdir. Lakin Nicatın baş nahiyəsinin üzərindən keçmişdir. Nicatın baş nahiyəsində qırma yarası xəsarəti alması barədə sonradan bilmişdir. Təqsirləndirilən şəxs əsas məqsədi oğlu Nicatı öldürmək olmuşdur. Sahib bu hərəkəti Nicatın anası Ramutenin, arvadı Səma Qasımovanın gözləri qarşısında etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ətrafda çoxsaylı şəxslərin, yəni qohum-əqrabasının olmasını görmüş və həmin atəş nəticəsində digər şəxslərin də xəsarət ala biləcəyini dərk etmişdir. Bu vaxt o, Sahibin sağ tərəfində olmuşdur. Nicat Sahibin qarşısında dayanmış və Sahib ayaq üstü vəziyyətdə olmuşdur. 1-ci atəş açıldıqdan sonra Təqsirləndirilən şəxs silahı nizamlayaraq 2-ci dəfə ayaqüstü vəziyyətdə atəş açmışdır. Bu ərəfədə Sahibin Nicata 1-ci dəfə atəş açmasından heyrətlənmiş qohum-əqraba Nicatın ətrafında olmuşlar. Ona görə də Təqsirləndirilən şəxs 2-ci dəfə atəş açmasına heç kəs mane ola bilməmişdir. 2-ci atəş nəticəsində Təqsirləndirilən şəxs özü ilə təxminən 3-4 metrlik məsafədə üzbəüz dayanmış qızı Səma Qasımovanı qarın boşluğundan yaralamışdır. Qızı Səma yerə yıxılmış, bədənindən qan axmağa başlamışdır. X31cağına alaraq tez bir şəkildə avtomobilinə əyləşdirmişdir. O və arvadı Nəbati dərhal maşına əyləşmiş və o, avtomobili Şəmkir Mərkəzi rayon xəstəxanasına tərəf sürmüşdür. Bu zaman arxada Nicat Həsənovun qucağında yaralı vəziyyətdə olan qızı Səma əyləşmişdir. Qızı X37 rayon xəstəxanasına təxminən 10 dəqiqə ərzində çatdırmışdır. 08 avqust 2021-ci il tarixdə qızı X48 rayon xəstəxanasında əməliyyat olunmuş və həkimlər vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Bundan sonra qızı Səmanı 09 avqust 2021-ci il tarixdə məcbur olub X22 aparmışdır. Vəziyyətinin ağırlığı ilə əlaqədar X3 bildirilmişdir ki, Səmanı Bakı şəhərinə aparsın. Daha sonra X49 avtomobili ilə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərində 09 avqust 2021-ci il tarixdə qızı Səma əməliyyat olunmuş, həmin gün axşam saatlarında vəfat etmişdir. X50 rayonu, Yeni Həyat kəndinə gətirmişlər. 10 avqust 2021-ci il tarixdə isə Səmanı dəfn etmişlər. X17 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs qoşa lüləli ov tüfəngi ilə həm birinci dəfə, həm də ikinci dəfə atəş açan zaman ətrafda digər şəxs və ya şəxsləri öldürə biləcəyi ehtimalının olmasını tam dərk etmişdir. Təqsirləndirilən şəxs Nicatla mübahisə etdiyi üçün yüksək dərəcəli sərxoş olmağının təsiri ilə Nicatı və dolayı yolla məhz qızı Səmanı öldürmək niyyətində olmuşdur. Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngi ilə Nicat Həsənova tərəf atəş açmaq istədikdə qızı Səma Qasımova özünü tüfəngin qarşısına atmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs 2-ci dəfə ayaqüstü vəziyyətdə birbaşa onunla təxminən 3-4 metrlik məsafədə dayanmış qızı Səma Qasımovaya tərəf atəş açmaqla, qızının ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs atəş açan zaman qızı Səmanın Sahibin qarşısında olmasını görmüş və bu halı bilavasitə dərk etmişdir. Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngindən 2(iki) dəfə atəş açmışdır. Birinci atəş Nicata tərəf, 2-ci atəş isə bilavasitə qızı Səmaya tərəf açılmışdır. Birinci atəş nəticəsində Nicat Həsənov baş nahiyəsindən qırma xəsarəti almış, 2-ci atəş nəticəsində isə qızı yaralanaraq sonradan ölmüşdür. Bundan əlavə, kürəkəni Nicat Həsənov hadisə olan zaman yaşadığı fərdi yaşayış evinin 1-ci otağını, yəni öz yatdığı otağı dağıtmış və həmin otaqda olan əşya və ləvazimalar, o cümlədən, şkaf, lüstr, kamot və digər əşyalar qızının cehizlik əşyaları olmuşdur. Onun və ya arvadı Şahid9 həmin dağılmış və ya qırılmış əşya və ləvazimatlarla bağlı heç bir iddia və ya tələbi olmamışdır. O və arvadı Nəbati həmin ailənin heç bir üzvünü görmək istəməmiş və ya həmin ailənin üzvlərindən hər hansı cehizlik əşya və ya ləvazimat tələb etməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X28 ifadəsində göstərmişdir ki, 2008-ci ildə qonşuluqda yaşayan atasının xalası nəvəsi X18 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə evlilikdən 2009-cu ildə qızı Gözəl və 2011-ci ildə oğlu Ömər dünyaya gəlmişlər. O, atası Təqsirləndirilən şəxs məxsus evdə validyenləri ilə birlikdə yaşamışdır. Birgə yaşadıqları dövrdə atası Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul edib, onunla və arvadı Səma Qasımova ilə mübahisələr etmişdir. Mübahisələrinin heç bir əsaslı səbəbi olmamışdır. Belə ki, atası Təqsirləndirilən şəxs hər gün onun işləmədiyini, camaatın uşağının işləyib özünə şərait qurduğunu bəhanə gətirərək onu anasınınn, arvadı Səma Qasımovanın və azyaşlı uşaqlarının yanında nalayiq söyüşlərlə təhqir etmiş və ailəsinin gözündən salmışdır. Bu səbəbdən o və arvadı başqa yerə köçüb yaşamağa qərar vermişlər. Atası Sahib hər gecə yuxusuzluqdan əziyyət çəkməsini bəhanə etməklə araq alıb içmiş, onunla və arvadı Səma ilə mübahisələr etmişdir. Sərxoş olduqdan sonra isə onu və arvadı Səmanı gözündə düşmən kimi görərək evdə səs-küy salmışdır. Hadisədən təxminən 10 gün əvvəl evin həyətyanı sahəsində arvadı Səma saxladığı toyuqları yeyən pişiyi həyətdə tutaraq başına torba keçirib kənd ərazisində azdırmaq istəmiş, lakin sonradan həmin pişik qayıdıb evlərinin həyətinə gəlmişdir. Pişiyi azdırmaq istədiyini eşidən atası onu və arvadı Səmanı nalayiq söyüşlərlə təhqir edib, evdə mübahisə yaratmışdır. Həmin gün axşam saatlarında həmkəndlisi Kəmalə adlı qadının kirayə üçün evinin olduğunu öyrənmiş və Kəmalə xanıma zəng edib həmin evi pul müqabilində ona kirayə verməsini xahiş etmişdir. Kəmalə ona evini öz evi kimi istifadə edə biləcəyini, pul almayacağını demişdir. Axşam saatlarında arvadı Səmaya bu barədə bildirmişdir. Səma onunla razılaşmamış və səbrli olmağı, atasının nə vaxtsa düzələcəyini, bir az da dözməli olduqlarını ona bildirmişdir. O, Səmanın ayrı evdə yaşamaq fikrinin olmadığını görüb, bir daha bu məsələyə qayıtmamış və çarəsizlikdən atası ilə yaşamağa davam etmişdir. Sonrakı 7-8 gün ərzində atası yenə spirtli içki içib onun başqa evə köçmək istədiyini bilib onu söyərək təhqir etmişdir. 07 avqust 2021-ci il tarixdə o, kənddə olan toy məclisinə dəvət edilmişdir. O, həmin şənliyə saat 18 radələrində gedib, saat 22 radələrində evə qayıtmışdır. Bu zaman atası evdə yatmışdır. Səma ilə mübahisə edərək nə üçün onunla birlikdə başqa evdə yaşamasına etiraz etdiyini soruşmuşdur. Səma əsəbi halda ağlayaağlaya qapını çırpıb, tövləyə tərəfə getmiş, orada ağlamışdır. O, əsəbləşərək evin qonaq otağındakı jurnal masasını qaldırıb paltar kamotunun (siyirmələrinin) üzərinə çırpmış, masa qalxıb çil-çırağa dəymiş və otaqda dağınıqlıq yaranmışdır. Həmin qırdığı əşyalar arvadı Səma Qasımovanın cehizlik əşyaları olmuşdur. Bundan sonra qapıdan çölə çıxarkən Səmanı qışqırıb çağırmış, əmisi gələnə qədər atası Təqsirləndirilən şəxsla aralarında ciddi münaqişəli vəziyyət yaranmışdır. Atası Sahib onun sağ ayaq nahiyəsinə, bel nahiyəsinə və qarnına təpiklə, yumruqla vurduğundan, o da atasını vurmuhdur. Lakin o, atasının bu hərəkətlərinə mane olmağa çalışsa da, başı hərlənib yerə yıxılmışdır. Ayılanda, əmisi Şahid6, qayınatası Vilayət Qasımovun, qayınanası Şahid9, qaynının arvadı İlahə Qasımovanın yaşadığı evə gəldiklərini görmüşdür. Daha sonra atası Təqsirləndirilən şəxs evin yataq otağında yük çarpayısının altındakı qoşalüləli ov tüfəngini götürərək ona tərəf hücum etmişdir. Həmin vaxt o həyətdə, evin giriş qapısının qarşısında olmuşdur. Çölə çıxanda atası ona tərəf silahı tutub atəş açmışdır. Atasının məqsədi onu öldürmək olmuşdur. Lakin, atası buna nail ola bilməmişdur. Atası Sahib içkili vəziyyətdə olmuşdur. Güllə onun baş nahiyəsinin üzərindən keçmiş və baş nahiyəsindən qırma xəsarəti almışdır. Başının sol təpə nahiyəsindən qan axmışdır. Bu zaman onun qayınanası Nəbati, qayınatası Vilayət və onların gəlinləri İlahə və Nübar atasının sağ tərəfində aralıda dayanmışlar. O, aralıda dayanmış və qohum-əqrəbası ona tərəf gəlmişlər. Bu əsnada atası Sahib silahı bir qədər nizamlayıb yenidən atəş açmışdır. Həmin vaxt arvadı Səma atasının qarşısında dayanmışdır. Açılmış atəş nəticəsində arvadı qarın boşluğu nahiyəsindən yaralanmışdır. Atası Sahib qoşa lüləli ov tüfəngi ilə 1-ci və 2-ci atəşi açan zaman ayaqüstü vəziyyətdə olmuşdur. Səma atəşdən sonra qəfildən yerə yıxılmış, həyətdə səs-küy yaranmışdır. Səmanın huşunu itirib yerə uzandığını görən kimi onu qucağına alıb qayınatası Vilayət Qasımovun avtomobilinə əyləşdirmişdir. Qayınatası avtomobili tez işə salmış və xəstəxanaya getmişlər. O, avtomobilin arxasında arvadı Səmanı dizinin üzərinə uzatmışdır. Qayınanası Nəbati avtomobildə ön oturacaqda əyləşmişdir. Bu zaman İlahə Qasımova da arxada əyləşərək Səmanın ayaq nahiyəsini masaj etməyə başlamışdır. Arvadı X37 rayon xəstəxanasına aparmışlar. Xəstəxananın təcili yardım şöbəsinin əməliyyat otağına kimi özü aparmışdır. Xəstəxanada arvadı Səmaya ilkin tibbi yardım göstərilmişdir. 08 avqust 2021-ci il tarixdə arvadı X51 şəhərinə aparılmışdır. Əmisi Şahid6, qayınatası Vilayət Qasımov, qayınanası Şahid9, qayınının arvadı İlahə Qasımova, anası Şahid2, qızı Şahid8, oğlu Ömər Həsənov hadisənin şahidi olmuşlar. Atası Təqsirləndirilən şəxs ov tüfəngi ilə atəş açan zaman ətrafda olan digər şəxs və ya şəxsləri öldürə biləcəyi ehtimalını dərk etmişdir. Atası Sahib onunla mübahisə etdiyi üçün yüksək dərəcəli sərxoş olmağının təsiri altında onu öldürmək niyyətində olmuş, 2 dəfə ayaqüstü vəziyyətdə atəş açmış, birinci dəfə onu baş nahiyəsindən yaralamış, 2-ci dəfə isə arvadı X5 qarın boşluğu nahiyəsindən vurmuş və nəticədə sonuncu xəstəxanada ölmüşdür. Məhkəmə iclasınd zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, mərhum qızı Səma Qasımova 2008-ci ildə həmkəndlisi Nicat Həsənovla rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nicat Həsənovu və atası Təqsirləndirilən şəxs dəfələrlə alkoqol sərxoşluğu vəziyyətində görmüşdür. Nikahdan əvvəl Nicat bir neçə dəfə ailə üzvləri ilə yaşadığı evə elçiliyə gəlsə də, o, qızı Səmanı çöldən tapmadığını bildirmiş, 3 dəfə elçiləri geri qaytarmışdır. Daha sonra qızı Səma Qasımova evi tərk edib, Nicat Həsənova qoşulub evlənmişdir. Əvvəllər Səmanı bu addımına görə bağışlamasa da, sonradan qızı ilə barışmış, ata-övlad münasibətləri davam etmişdir. O, həmişə qızı Səmanı əyyaş, yəni alkoqol içkisi qəbul etməklə həyat tərzi sürən Nicat Həsənova layiq görməmişdir. Qızı Səma xaraktercə mülayim, xoş rəftar, hamı ilə dil tapan, heç kimin cavabını qaytarmayan, hər kəslə xoş münasibət saxlayan bir qız olmuşdur. Nicat isə mütəmadi olaraq spirtli içki qəbul edib evdə dava salan, vecsiz, ailəsini dolandıra bilməyən bir insan olmuşdur. Qızı heç vaxt ona ailəsində problemlər olduğunu söyləməmiş, qızının yaşadığı evə gec-gec getməyindən Səma ona bu barədə heç bir şey bildirməmişdir. Vəfat etdiyi günədək də o, heç vaxt bilməmişdir ki, qızı Səmanın əri Nicat və ya qayınatası ilə arasında narazılıq olmuşdur. Yaşadığı evlə qızı Səmanın yaşadığı ev arasında olan məsafə 800 metr təşkil etmişdir. 07 avqust 2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olarkən, qızı Səmanın evindən səs-küy gəldiyini və “Ay Səma, Ay Səma” qışqırığını eşitmişdir. Bundan sonra o, arvadı Nəbati, gəlinləri İlahə Qasımova və Nübar Qasımova dərhal avtomobillə Səmanın yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə gəlib çatdıqda qismən sakitlik olduğunu, lakin evin həyətində taxta və plastmas qırıntıları olduğunu görmüşlər. Bundan sonra qudası Təqsirləndirilən şəxs onları həyətdə qarşılamışdır. Təqsirləndirilən şəxs həyətdə nə səbəbə səs-küy olmasını soruşmuşdur. Sahib ona, “görmürsənmi, Nicat yenə içib evdə dava salır”, demişdir. Bu zaman Təqsirləndirilən şəxs özü də tam sərxoş vəziyyətdə olmuşdur. O, Sahiblə birlikdə evin həyətindəki masaya tərəf gedib əyləşmiş, arvadı Nəbati və gəlinləri isə ayaqüstə həyətdə gözləmişlər. Nicat evdən çıxaraq qudası Sahiblə oturduğu masaya tərəf hərəkət etmiş və masanı aşırmış, masanı aşırmazdan əvvəl o, masadan qalxmış, lakin Sahib sərxoş olduğu üçün stuldan qalxa bilməyib yerə yıxılmışdır. Nicat da sərxoş halda olmuş və yıxılı halda yerdə uzanan atası Sahibin üzərinə hücum edərək onu vurmağa başlamışdır. Sahib də öz növbəsində Nicatı vurmağa başlamışdır. Nicat Həsənovun ailəsi ilə birlikdə kirayə evə köçməsi ilə bağlı ailə üzvləri ilə aralarında əvvəllər ailə-məişət zəminində mübahisə baş vermişdir. Bu barədə o, sonradan məlumat almışdır. Lakin əvvəlcədən məlumatı olmuşdur ki, Nicat Həsənov atası və digər ailə üzvləri ilə yola getmir və həmin evdən köçmək istəyir. Daha sonra Sahibin qızı Humay, Sahibin arvadı Ramute, o və arvadı X32 arasına girib onları ayırmağa çalışmışlar. Təqsirləndirilən şəxs Nicat Həsənovun evi dağıtmasından əsəbiləşərək onu vurmağa başlamışdır. Sahib Nicatın bədəninə və qarın nahiyəsinə doğru zərbələr vurmuşdur. Daha sonra isə özündən çıxmış halda yerdən qalxmış və evin sol tərəfdəki qapısını açıb içəri, yəni yatdığı otağa daxil olmuşdur. O, həmin vaxt Nicatı araladığı üçün Sahibin nə məqsədlə evə tərəf getdiyini müəyyən edə bilməmişdir, çünki o, Nicatın qarşısında dayanıb atası Sahibə tərəf hücum etməsinə imkan verməmişdir. Sahib evin qarşısında dayanmışdır. Sahibin qoşalüləli ov tüfəngini əlinə alıb Nicata tərəf atəş açdığını görmüşdür. Atəş Nicatın bədən səthinə dəyməmişdir. Lakin Nicatın baş nahiyəsinin üzərindən keçmişdir. Nicatın baş nahiyəsində qırma yarası xəsarəti alması barədə sonradan bilmişdir. Təqsirləndirilən şəxs əsas məqsədi oğlu Nicatı öldürmək olmuşdur. Sahib bu hərəkəti Nicatın anası Ramutenin, arvadı Səma Qasımovanın gözləri qarşısında etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ətrafda çoxsaylı şəxslərin, yəni qohuməqrabasının olmasını görmüş və həmin atəş nəticəsində digər şəxslərin də xəsarət ala biləcəyini dərk etmişdir. Bu vaxt o, Sahibin sağ tərəfində olmuşdur. Nicat Sahibin qarşısında dayanmış və Sahib ayaq üstü vəziyyətdə olmuşdur. 1-ci atəş açıldıqdan sonra Təqsirləndirilən şəxs silahı nizamlayaraq 2-ci dəfə ayaqüstü vəziyyətdə atəş açmışdır. Bu ərəfədə Sahibin Nicata 1-ci dəfə atəş açmasından hiddətlənmiş qohum-əqraba Nicatın ətrafında olmuşlar. Ona görə də Təqsirləndirilən şəxs 2-ci dəfə atəş açmasına heç kəs mane ola bilməmişdir. 2-ci atəş nəticəsində Təqsirləndirilən şəxs özü ilə təxminən 3-4 metrlik məsafədə üzbəüz dayanmış qızı Səma Qasımovanı qarın boşluğundan yaralamışdır. Qızı Səma yerə yıxılmış, bədənindən qan axmağa başlamışdır. X31cağına alaraq tez bir şəkildə avtomobilinə əyləşdirmişdir. O və arvadı Nəbati dərhal maşına əyləşmiş və o, avtomobili Şəmkir Mərkəzi rayon xəstəxanasına tərəf sürmüşdür. Bu zaman arxada Nicat Həsənovun qucağında yaralı vəziyyətdə olan qızı Səma əyləşmişdir. Qızı X37 rayon xəstəxanasına təxminən 10 dəqiqə ərzində çatdırmışdır. 08 avqust 2021-ci il tarixdə qızı X48 rayon xəstəxanasında əməliyyat olunmuş və həkimlər vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Bundan sonra qızı Səmanı 09 avqust 2021-ci il tarixdə məcbur olub X22 aparmışdır. Vəziyyətinin ağırlığı ilə əlaqədar X3 bildirilmişdir ki, Səmanı Bakı şəhərinə aparsın. Daha sonra X49 avtomobili ilə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərində 09 avqust 2021-ci il tarixdə qızı Səma əməliyyat olunmuş, həmin gün axşam saatlarında vəfat etmişdir. X50 rayonu, Yeni Həyat kəndinə gətirmişlər. 10 avqust 2021-ci il tarixdə isə Səmanı dəfn etmişlər. X17 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs qoşa lüləli ov tüfəngi ilə həm birinci dəfə, həm də ikinci dəfə atəş açan zaman ətrafda digər şəxs və ya şəxsləri öldürə biləcəyi ehtimalının olmasını tam dərk etmişdir. Təqsirləndirilən şəxs Nicatla mübahisə etdiyi üçün yüksək dərəcəli sərxoş olmağının təsiri ilə Nicatı və dolayı yolla məhz qızı Səmanı öldürmək niyyətində olmuşdur. Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngi ilə Nicat Həsənova tərəf atəş açmaq istədikdə qızı Səma Qasımova özünü tüfəngin qarşısına atmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs 2-ci dəfə ayaqüstü vəziyyətdə birbaşa onunla təxminən 3-4 metrlik məsafədə dayanmış qızı Səma Qasımovaya tərəf atəş açmaqla, qızının ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs atəş açan zaman qızı Səmanın Sahibin qarşısında olmasını görmüş və bu halı bilavasitə dərk etmişdir. Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngindən 2(iki) dəfə atəş açmışdır. Birinci atəş Nicata tərəf, 2-ci atəş isə bilavasitə qızı Səmaya tərəf açılmışdır. Birinci atəş nəticəsində Nicat Həsənov baş nahiyəsindən qırma xəsarəti almış, 2-ci atəş nəticəsində isə qızı yaralanaraq sonradan ölmüşdür. Bundan əlavə, kürəkəni Nicat Həsənov hadisə olan zaman yaşadığı fərdi yaşayış evinin 1-ci otağını, yəni öz yatdığı otağı dağıtmış və həmin otaqda olan əşya və ləvazimalar, o cümlədən, şkaf, lüstr, kamot və digər əşyalar qızının cehizlik əşyaları olmuşdur. Onun və ya arvadı Şahid9 həmin dağılmış və ya qırılmış əşya və ləvazimatlarla bağlı heç bir iddia və ya tələbi olmamışdır. O və arvadı Nəbati həmin ailənin heç bir üzvünü görmək istəməmiş və ya həmin ailənin üzvlərindən hər hansı cehizlik əşya və ya ləvazimat tələb etməmişlər.X19 bildirmişdir ki, hadisə 07 avqust 2021-ci il tarixdə, saat 23 radələrində baş vermişdir. Hadisə baş verən zaman o, yaşadığı fərdi yaşayış evində olmuşdur. Həmin gün saat 22 radələrində yaşadığı evdən təxminən 700-800 metr aralıda yerləşən, baldızı Səmanın yaşadığı evdən səs-küy gəldiyini və “Ay Səma, Ay Səma” qışqırığını eşitmişdir. Bundan sonra qayınanası Nəbati, qayınatası Vilayət, eltisi Nübar Qasımova və o, dərhal maşınla Səmanın yaşadığı evə getmişlər. Səmanın yaşadığı ev yaxında olduğundan qayınatası Vilayətin idarə etdiyi maşınla ora 2-3 dəqiqəyə çatmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə gəlib çatdıqda evin həyətində taxta və plastmas qırıntıları olduğunu görmüşlər. Çünki Səmanın əri Nicat həmin vaxt evin qonaq otağında və yataq otağında əşyaları qırıb tökmüşdür. Bundan sonra Səmanın qayınatası Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onları həyətdə qarşılamışdır. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşlar. Səmanın uca səslə, yəni qışqırtılı səslə çağırıldığını eşitdiklərini bildirmişlər. Sahib onlara tərəf , – “görmürsənmi, Nicat yenə içib evdə dava salır”, – demişdir. Bu zaman Təqsirləndirilən şəxs özü də tam sərxoş vəziyyətdə olmuşdur. X16 birlikdə evin həyətindəki stola tərəf gedib orada əyləşmişlər. Qayınanası, o və Nübar isə ayaq üstə həyətdə gözləmişlər. Təqsirləndirilən şəxs olanlar barədə qayınatası Vilayətə danışan zaman sərxoş vəziyyətdə və əsəbi olması açıq-aşkar müşahidə edilmişdir. Nicat evdən çıxaraq atası Sahiblə qayınatası Vilayətin oturduğu stolu aşırmışdır. Nicat qızarmış, əsəbi və gərgin vəziyyətdə olmuşdur. Nicatın nə üçün bu hərəkətlərə yol verməsi onlara məlum olmamışdır. Nicatın əynində üst geyimi, o cümlədən mayka olmamışdır. Stul aşmazdan əvvəl qayınatası stuldan qalxmış, lakin Sahib sərxoş olduğu üçün stuldan qalxa bilməyib yerə yıxılmışdır. Nicat da sərxoş halda olmuş və yıxılı halda yerdə uzanan atası Sahibin üzərinə hərəkət etməyə və onu vurmağa başlamışdır. Sahib də öz növbəsində Nicatı vurmağa başlamışdır. Nicat Həsənovun arvadı və uşaqları ilə birlikdə kirayə evə köçməsi ilə bağlı ailə üzvləri ilə aralarında ailə-məişət zəminində mübahisə baş vermişdir. Bu barədə onlar sonradan məlumat almışlar. O və qayınatasıgil əvvəlcədən bilmişlər ki, Nicat Həsənov atası və digər ailə üzvləri ilə yola getməmişlər. Həmçinin, Nicatla arvadı Səma həmin evdən köçmək istəmişlər. Daha sonra Sahibin qızı Humay, Sahibin arvadı Ramute, qayınatası Vilayət, qayınanası X32 arasına girib Nicatın atasını vurmaması üçün əllərindən gələni etmişlər. Təqsirləndirilən şəxs Nicat Həsənovun evi dağıtmasından əsəbiləşərək oğlunu vurmağa başlamışdır. Sahib Nicatın qarnına tərəf zərbələr yetirmişdir. Bundan sonra Sahib özündən çıxmış halda yerdən qalxmış və evin sol tərəfdə yerləşən qapısını açıb içəri, yəni yatdığı otağa daxil olmuşdur. Onlar Sahibin nə məqsədlə evə tərəf getdiyini müəyyən edə bilməmişlər. Sahibin qoşa lüləli ov tüfəngini əlinə alıb Nicata tərəf atəş açdığını görmüşdür. Onlar aralıda, Təqsirləndirilən şəxs sağ tərəfində dayanmışlar. Atəş Nicatın bədən səthinə dəyməmişdir. Lakin Nicatın baş nahiyəsindən üzərindən keçmişdir. Nicatın baş nahiyəsindən qırma yarası xəsarəti alması barədə sonradan bilmişlər. Təqsirləndirilən şəxs əsas məqsədi oğlu Nicatı öldürmək olmuşdur. Sahib bu hərəkəti Nicatın anası Ramutenin, arvadı Səma Qasımovanın gözləri qarşısında etmişdir. Sahib ətrafda çoxsaylı şəxslərin, yəni qohum-əqrəbasının olmasını görmüş və həmin atəş nəticəsində digər şəxslərin də xəsarət ala biləcəyini dərk etmişdir. Bu vaxt o və Nübar Təqsirləndirilən şəxs sağ tərəfində aralıda dayanmışlar. Nicat Sahibin qarşısında olmuş və Sahib ayaqüstü vəziyyətdə olmuşdur. 1-ci atəş açıldıqdan sonra Təqsirləndirilən şəxs silahı nizamlayaraq 2-ci dəfə ayaqüstü vəziyyətdə atəş açmışdır. O və Nübar olduqları yerdən tərpənməmişlər. Sağ tərəfdə aralıda dayanmışlar. Bu ərəfədə Sahibin Nicata 1-ci dəfə atəş açmasından heyrətlənmiş qohum-əqrəbası Nicatın ətrafında olmuşlar. Ona görə də, Təqsirləndirilən şəxs 2-ci dəfə atəş açmasına heç kəs mane ola bilməmişdir. 2-ci atəş nəticəsində Təqsirləndirilən şəxs özü ilə təxminən 3-4 metrlik məsafədə üzbəüz dayanmış Səma Qasımovanı qarın boşluğundan yaralamışdır. Təqsirləndirilən şəxs Səma Qasımovaya tərəf atəş açan zaman X36 yanında və ya qarşısında olmamış, ondan sol tərəfdə dayanmışdır. Səma Qasımova yerə yıxılmışdır. Səmadan qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngi ilə Nicat Həsənova tərəf atəş açmaq istədikdə Səma Qasımova özünü tüfəngin qarşısına atmamışdır. Təqsirləndirilən şəxs 2-ci dəfə ayaq üstü vəziyyətdə birbaşa onunla təxminən 3-4 metrlik məsafədə dayanmış Səma Qasımovaya tərəf atəş açmaqla, Səmanı vurmuşdur. X31cağına alaraq tez bir şəkildə qayınatası Vilayət Qasımovun avtomobilinə əyləşdirmişdir. X37 rayon xəstəxanasına təxminən 10 dəqiqə ərzində çatdırmışlar. 08 avqust 2021-ci il tarixdə X48 rayon xəstəxanasında əməliyyat olunmuş, həkimlər vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Bundan sonra Səmanı 09 avqust 2021-ci il tarixdə məcbur olub X22 aparmışlar. Vəziyyətinin ağırlığı ilə əlaqədar X13 bildirilmişdir ki, Səmanı Bakı şəhərinə aparsınlar. Bundan sonra qayınatası Vilayət və qaynı X38 Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərində 09 avqust 2021-ci il tarixdə Səma əməliyyat olunmuş və həmin gün axşam saatlarında vəfat etmişdir. Məhkəmə iclası şahid qismində dindirilmiş Şahid9 zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onunla 1980-ci ildə Litva Respublikasında tanış olmuşlar. Həmin vaxt Sahib Litva Respublikası, Pakrouysk rayonunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əri ilə 1981-ci il tarixdə Azərbaycan Respublikasında ailə həyatı qurmuşlar. Bu evlilikdən 5(beş) övladı olmuş, onlardan 3-ü qız, 2-si oğlandır. Onların ailədaxili münasibətləri yaxşı olmuşdur. Heç bir zaman aralarında mübahisə və ya münaqişə baş verməmişdir. Əksinə, onlar mehriban ailə olmuşlar. Sadəcə olaraq 2(iki) il bundan əvvəl oğlu Nicatla əri Sahib arasında münaqişəli vəziyyət yaranmağa başlamışdır. Səbəb Nicatın içkili vəziyyətdə evə gəlməsi, işləməməsi, öz ailəsinə diqqət ayırmaması olmuşdur. Sahib də haqlı olaraq Nicatı tənbeh edərək digər ailələr kimi mehriban olmağı, özünə iş-güc tapmasını məsləhət bilmişdir. Həmçinin, Sahib 2(iki) il bundan əvvəl “ketab” dərmanı içərək spirtli içki qəbul etməyə başlamışdır. Səbəb isə Sahibin ağrılarının çox olması və sakitləşə bilməməsi olmuşdur. Nicat işləmədiyindən Sahib də bu səbəbdən ona öyüd nəsihət edərək “pulun yoxdursa, nə üçün çay evinə gedirsən, nə vaxta qədər sənə kiminsə çay almasına icazə verəcəksən” deyə onu doğru yola dəvət etmişdir. 07 avqust 2021-ci il tarixdə oğlu Nicat dostunun toy məclisinə getmişdir. Nicat həmin gün səhər tezdən evdən çıxmış və gecə saat 22:30-da evə qayıtmışdır. Nicat toydan qayıtdıqdan sonra gəlini Səma ilə mübahisə edərək gəlinin üzərinə qışqırmağa başlamışdır. Səbəb isə Səmanın çimmək üçün su qoymaması olmuşdur. Nicat Səmadan “nə üçün çimmək üçün su qoymamısan” deyərək qışqırmağa və Səmanın arxasınca qaçmağa başlamışdır. Bundan sonra Səma məhlə tərəfə qaçaraq gözdən itmişdir. Nicat daha sonra məhlədən evə qayıtmışdır. Nicat öz otağında olan ləvazimatları, o cümlədən, stolu, şkafı və digər ləvazimatları sındırmağa başlamışdır. O, baş verənlərlə bağlı ərini yuxudan qaldırmış və Nicatın elədikləri barədə məlumat vermişdir. Sahib yuxudan qalxaraq qardaşı Zahidə zəng etmiş və olanlar barəsində məlumat vermişdir. Şahid6 mobil telefonla zəng edildikdən təxminən 5(beş) dəqiqə sonra hadisə yerinə gəlmişdir. O, Zahidlə məsləhətləşdikdən sonra polisə məlumat verməyi qərar vermişdir. Bu məqsədlə Zahidin avtomobilinə əyləşmiş və polis şöbəsinə doğru hərəkət etmişlər. Yolda qızı Humayı evinin çöl tərəfində oturduğunu görmüşdür. Qızı avtomobilə əyləşdirərək geri qayıtmağa qərar vermişdir. Geri qayıdan zaman görmüşdür ki, əri Sahib evin həyətində olan stulda əyləşmişdir. Nicat isə öz otağının qarşısında uzanıqlı vəziyyətdə olmuşdur. Nicatın əynində şalvar olmuşdur. Mayka və üst geyimi olmamışdır. Onlar artıq hadisə yerinə çatan zaman ev-eşik dağınıq vəziyyətdə olmuşdur. Çarpayı, lüstür, servant və əşyalar qırılmış, dağıdılmış vəziyyətdə olmuşdur. Onların arxasınca Səmanın valideynləri, anası Nəbati, atası Vilayət və gəlinləri İlahə ilə Nübar hadisə yerinə gəlmişlər. Səmanın anası Nəbati və gəlinləri “haradadır Səma” deyə soruşaraq “Səma, Səma” deyə qışqırmağa başlamışlar. O, evin məhlə hissəsini işarə edərək Səmanın məhlə tərəfə hərəkət etdiyini bildirmişdir. O da qızlarla birlikdə məhləyə tərəf getsə də Səma cavab verməmişdir. Onlar evin həyətinə qayıtmış və Nicatın ortalığı dağıtmasına şahidlik etmişlər. Bu zaman baldızının oğlu Aqillə arvadı Ahəstə hadisə yerinə gəlmişlər. X52 sakitləşdirməyə çalışsalar da nail ola bilməmişlər. Bundan sonra Nicat atasına tərəf yenidən hərəkət edərək Sahibi boğmağa çalışmışdır. Nicat Sahibi buraxmış və Sahib betonun üzərinə yıxılmışdır. Nəvəsı Gözəl babası Sahibinin üzərinə su tökərək babasını sakitləşdirməyə çalışmışdır. Saat təxminən 23:30 radələrində Aqil Nicata bildirmişdir ki, “gedək tibb bacısı gətirək Sahibə baxsın.” Bu ərəfdə, Sahib ayılmış və yataq otağına tərəf hərəkət etmişdir. Sahib çarpayının altında olan qoşalüləli ov tüfəngini çıxartmış və Nicatı qorxutmaq üçün Nicata tərəf atəş açmışdır. Heç kəs xəsarət almamışdır. Bundan sonra əri silahı nizamlayaraq 2-ci dəfə atəş açmışdır. O və digər qohumları ərinin atəş açmasına mane olmağa çalışsalar da buna nail ola bilməmişlər. Əri ayaqüstü vəziyyətdə atəş açaraq gəlini Səmanı yaralamışdır. Səma qarın boşluğundan atəş yarası xəsarəti almışdır. O, gəlini Səmaya tərəf gedən zaman Səmanın qarın boşluğundan qan axmışdır. Əri ayaqüstü vəziyyətdə 2(iki) dəfə atəş açmış, hadisə zamanı əri Sahib tüfəngdən atəş açan zaman X41dan təxminən 3 metr aralıda olmuşdur. Hadisə yerində olan qohumlar ərinə mane olaraq Sahibi yerə yıxmışlar. Silahı əlindən almışlar. Bundan sonra Nicat arvadını qucağına alaraq Vilayətin avtomobilinə əyləşdirmiş və xəstəxanaya getmişlər. O, silahı götürmüş və evin arxasına atmışdır. Əri Sahib evin həyətində stulda əyləşmişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları gələrək ərini Şəmkir rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları gələrək ilk öncə, silahın harada olmasını ondan soruşmuşlar. O, silahın yerini göstərək silahı təhvil vermişdir. Hadisədən 3(üç) gün sonra X41nın ölümü barədə eşitmişdir. Məhkəmə iclası şahid qismində dindirilmiş Şahid1 şahid X7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə 07 avqust 2021-ci il tarixdə, saat 23 radələrində baş vermişdir. Bu zaman o, yaşadığı fərdi yaşayış evində yatmışdır. Ona zəng gəlmiş və dayısı Təqsirləndirilən şəxs evində münaqişəli vəziyyət olduğu bildirilmişdir. Zəng edənin kim olmasını xatırlamamışdır. O, tez bir şəkildə arvadı Şahid7 ilə birlikdə idarə etdiyi “VAZ-2106” markalı, “**-XX-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hadisə yerinə doğru hərəkət etmişdir. Hadisə yerinə çatan zaman məlum olmuşdur ki, Nicatla atası Sahib arasında münaqişəli vəziyyət baş vermişdir. Belə ki, onlar hadisə yerinə çatana qədər olan müddət ərzində Nicat yatdığı otağı dağıdaraq servantı, güzgünü və stolları qırmışdır. Nicat həmin gün toydan gəldiyi üçün tam sərxoş vəziyyətdə olmuşdur. O və arvadı Ahəstə Nicatın atası Sahibi sonuncunun əynində olan maykası ilə boğmasına şahidlik etmişlər. O, tez bir şəkildə hərəkət edərək Sahibi Nicatın əlindən almışdır. Sahib artıq özündən getmiş vəziyyətdə olmuşdur. O, Nicatı birtəhər sakitləşdirərək idarə etdiyi avtomobilə əyləşdirmişdir. Həmin vaxt hadisə yerində arvadı Ahəstə, Sahibin arvadı Ramute xanım, mərhum Səmanın atası Vilayət, anası Nəbati, Vilayətin gəlinləri İlahə xanım, Nübar xanım, Sahibin qızı Humay, Humayın əri Müşfiq, o və digər dayısı Şahid6 olmuşlar. Adlarını qeyd etdiyi qohumlar Sahibin üzərinə su vuraraq ayıltdıqdan sonra Sahib yaşadığı evdən qoşalülə ov tüfəngini götürərək Nicatı öldürmək məqsədilə atəş açmışdır. Bundan sonra qohumlar Təqsirləndirilən şəxs mane olmağa çalışsalar da, o, tüfəngi nizamlayaraq 2-ci dəfə atəş açmış və X41nı yaralamışdır. Atəş açılan zaman Təqsirləndirilən şəxs ayaqüstü vəziyyətdə olmuşdur. O, 2-ci dəfə atəş açılmasına bilavasitə şahidlik etməmiş, sadəcə olaraq, atəş səsi eşitmişdir. Hava qaranlıq olmuş və ətrafda çox sayda insan olmuşdur. Bundan sonra Nicat Səmanı qucağına alaraq qayınatası Vilayətin avtomobilinə əyləşdirmişdir. Qarşı tərəf, yəni Vilayət, arvadı və gəlinləri Səmanı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O da arvadı ilə birlikdə xəstəxanaya getmişdir. Təxminən 3 gün sonra Səmanın ölməsi barədə məlumat eşitmişdir. Məhkəmə iclası şahid qismində dindirilmiş X4, Şahid4, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclası şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma babasıdır. Babası xaraktercə sakit, mədəni və heç kəslə münaqişəsi olmayan bir insan olmuşdur. Nicat Həsənov onun atası, mərhum Səma Qasımova isə anasıdır. Hadisə 07 avqust 2021-ci il tarixdə saat 23 radələrində baş vermiş, X53 evə spirtli içki qəbul edərək gəlmişdir. O, həmin gün evdə yatmışdır. Səs-küy eşitdiyi üçün qalxmış və atasının qışqıraraq həyətə tərəf anasının arxasınca hərəkət etdiyini eşitmişdir. X53 və anası Səma Qasımova arasında olan söhbətin məzmunu ona məlum olmamışdır. O, yuxudan qalxan zaman evi tam dağınıq vəziyyətdə görmüşdür. Qardaşı Ömər də səs-küyə yuxudan oyanmışdır. O, anası Səma Qasımovanın arxasınca məhləyə tərəf qaçmışdır. Səs-küyə digər babası Vilayət, nənəsi Nəbati, dayısı arvadları İlahə və Nübar hadisə yerinə gəlmişlər. Bu zaman, o və anası məhlədən geri qayıtmışlar. O, babası Sahiblə atası Nicatın dalaşdığını görmüşdür. Atası Nicat babası Təqsirləndirilən şəxs boğmağa çalışmışdır. Bundan sonra babası Təqsirləndirilən şəxs yatdığı otaqdan tüfəngi götürmüş və X53a tərəf atəş açmışdır. Daha sonra babası Təqsirləndirilən şəxs silahı nizamlamış və təxminən 3-4 məsafədən 2-ci dəfə atəş açaraq anası Səma Qasımovanı yaralamışdır. Bu ərəfədə, qohumları, o cümlədən X53 babası Təqsirləndirilən şəxs silahla atəş açmasına mane olmağa çalışsa da, buna nail ola bilməmişdir. Bundan sonra X53 anası Səma Qasımovanı qucağına alaraq babası Vilayət Qasımovun avtomobilinə əyləşdirmiş və xəstəxanaya getmişlər. O, nənəsi Ramute ilə birlikdə evdə qalmışdır. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları gələrək babası Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Həmin vaxt nənəsi Ramute silahın yerini polislərə göstərmişdir. Polis əməkdaşları silahı və babası Sahibi götürərək çıxıb getmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 4(076)-105/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Şəmkir rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 5(076)-110/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 120.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə- tibbi ekspertizasının keçirilməsi üçün X5 meyitinin dəfn olunduğu Şəmkir rayonu, Yeni Həyat kənd qəbiristanlığındakı qəbirdən çıxarılaraq müayinə üçün ekspertə təqdim edilməsi zərurəti ilə əlaqədar meyitin qəbirdən çıxarılması(ekshumasiya) istintaq hərəkəti məcburi qaydada həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq məhkəmə-tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, 1. X1 adına Şəmkir rayon Mərkəzi Xəstəxanasında tərtib olunmuş 2840 saylı xəstəlik tarixindən məlum olur ki, Səma Qasımova 07 avqust 2021-ci il tarixdə saat 23:28-də ağır vəziyyətdə cərrahiyyə şöbəsinə gətirilmiş, təcili əməliyyat olunmuş, 08 avqust 2021-ci il tarixdə Bakı şəhərinə aparılmışdır. Diaqnoz: qarın boşluğuna nüfuz edən odlu silha yaralanması. Qara ciyərin sağ payının, 12 barmaq bağırsağın , sağ böyrəyin, böyük piyliyin , nazik və yoğun bağırsaqların çoxsaylı zədələnməsi. Periton arxası hematoma. Böyük piyliyin zədələnməsi. Travmatik hemoragik şok lll-İV dərəcə. Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə institutunda tərtib olunmuş 148753 saylı xəstəlik tarixindən məlum olur ki, X18 09 avqust 2021-ci il tarixdə saat 03:20 kənar ağır vəziyyətdə xəstəxanaya daxil olmuşdur. Aparılan əməliyyata və göstərilən bütün reanimasion tədbirlərə vaxmayaraq xəstə 09 avqust 2021-ci il tarixdə saat 18:15-də ölmüşdür. Son klinik diaqnoz: Qarın boşluğuna sirayət edən odlu silah yaralanması. Qara ciyərin, öd kisəsinin, mədəaltı vazin, nazik bağırsaqların, cırılmış-didilmiş yaraları, nefrektomiya və nazik bağırsağın iki yerdə rezeksiyası və entero-entero anastamozu, sekostomanın qoyulmasından sonrakı vəziyyət. Davam edən yayılmış peritonit.
2. X1 meyitinin qarının sağ ön-yan səthində qarın və döş boğluğuna nüfuz edən kor odlu silah-qırma yarası aşkar edildi. Yara kanalının istiqaməti sağdan sola, öndən arxaya, qismən aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca dəri, dərialtı piy toxuması, qarının yumşaq toxumaları, böyük piylik, sağ böyrək, qara ciyər, mədəaltı vəz, nazik bağırsaq ilgəkləri, ağ ciyər toxuması zədələnmişdir. Qeyd olunan yaralar patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən qırmaların kompakt təsir etddiyi yaxın məsafədən açılmış bir atəş nəticəsində törənmişdir, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər.
3. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən 2(iki) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 01(bir) ədəd deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilə bilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, hər iki bazunun və qarının ön səthinin, sol əlin arxa səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər.
4. X1 qarın nahiyəsində aşkar edilmiş odlu silah yarasının giriş dəliyinin lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən onu demək olur ki, atəş açan şəxs zərərçəkmişin sağ ön-yan tərəfində ayaqüstü duruş vəziyyətində olması daha çox ehtimal olunur.
5. X1 ölümünə səbəb daxili orqanların (ağ ciyərin, qara ciyərin, öd kisəsinin, mədə altı vəzin, nazik bağırsaq ilgəklərinin, sağ böyrərin) çoxsaylı zədələnməsi nəticəsində həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Səma Qasımovanın ölümü meyitin müayinəyə başlanmasından 24-48 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq məhkəmə-tibbi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 991 nömrəli rəyindən görünür ki, X15 bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində sol təpə qabarı nahiyəsinin toxunub keçən əzilmiş-sıyrılmış odlu silah yarası patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tügəngindən açılmış atəş nəticəsində qırmanın təsirindən törənmişdir, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, qarının sağ ön-yan səthinin sıyrıqları və bel nahiyəsinin sol yarsınm qançırı isə KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 07 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində sol təpə qabarı nahiyəsinin əzilmiş-sıyrılmış odlu silah yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, qarının sağ ön-yan səthinin sıyrıqları və bel nahiyəsinin sol yarsınm qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq məhkəmə-tibbi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağının arxa səthinin sıyrığı və sağ budun aşağı üçdə birinin bayır səthinin yumuşaq toxumalarının ağrılı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 07 avqust 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq məhkəmə-ballistik ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3/1465; 3/1466 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah - 1954-cü ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “B” modelli, 26198-54 №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, o cümlədən, lüləsi və qundağı kəsilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə- etməklə, 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 mm, 300 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uça və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin gilizlərdən - “1” nömrəli giliz, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 26198-54 №-li qoşalülə ov tüfənginin sağ lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sol lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur və atəşə (istifadəyə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəş nəticəsində ayrılmış hissəsidir - “konteyner” tipli polietilen tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 26198- 54 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun atəş komponenti kimi təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən, həmin gilizlərin hansındansa və eləcə də, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 26198- 54 №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 16 kalibrli, “B” modelli, 26198- 54 №-li qoşalülə ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan atəş(lər) açılmışdır. Elmi metodika olmadığından açılan atəş(lər)in vaxtını və sayını müəyyən etmək mümkün deyildir. - Qərarda qoyulmuş “Zərərçəkmiş şəxs Səma Qasımovaya münasibətdə atəşin istiqaməti və məsafəsi müəyyən edilsin” sualı üzrə məhkəmə-ballistik ekspertizası təyin edilmişdir. Həmin şəxsin paltralarının ekspertizaya təqdim edilməsi üçün 30 avqust 2021-ci il tarixli ekspert vəsatəti verilmişdir. Həmin vəsatətə cavab olaraq Şəmkir rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubunda zərərçəkmiş şəxs Səma Qasımovanın paltarları olmadan məhkəmə-ballistik ekspertizası üzrə ekspert təhqiqatı apararaq ekspert rəyi verilməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən, qərarda qoyulmuş “Zərərçəkmiş şəxsə Səma Qasımovaya münasibətdə atəşin istiqaməti və məsafəsi müəyyən edilsin” sualını müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq əlavə məhkəməballistik ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 3/2116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 kalibrli, “B” modelli, 26198- 54 №-li qoşalülə ov tüfənginin lüləsi və qundağı kəsilməmişdir, detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, qundağı zavod üsulu ilə “B” modelli ov tüfənglərinin “yarımtapança” tipli qundaqlarının konstruksiyasında hazırlanmışdır, tüfəngin qundağı ilə digər detalları konstruktiv xüsusiyyətlərinə görə bir-birlərinə tam uyğundur, onun qundağında heç bir əlavə və ya dəyişiklik edilməmişdir, odlu silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edildiyinə görə, yəni hətta qundaq kəsilib qısaldılsa da, silahdan atəş açmaq mümkün olduğuna və silahın ballistik xüsusiyyətlərinə təsir etmədiyinə görə, qundaqda dəyişiklik edildiyi halda belə silahın təyinatında dəyişiklik yaranmır. - Həmin tüfəngin qundağının kustar, yaxud əldədüzəltmə üsulla sonradan düzəldilməklə deyil, zavod üsulu ilə hazırlanmış “B” modelli, lakin başqa nömrəli silahdan götürülərək, yaxud da eyni modelli ov tüfəngləri üçün zavod üsulu ilə hazırlanmış ehtiyat hissələrindən götürülüb həmin tüfəngə komplektləşdirilməsi mümkündür. - Ekspert-ballistin səlahiyyətinə aid olmadığı üçün, ekspertiza təyin edilməsi haqqında qərarda qoyulmuş: “6) Ekspertizaya təqdim edilmiş 26198-54 nömrəli, qoşalüləli ov tüfənginin qundağı kəsilmişdirsə və ya qundağın üzərində digər əlavə və ya dəyişiklik edilmişdirsə, bu, silahın odlu silahın təmir edilməsi hesab edilirmi?" sualına cavab verilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 489/2021-MTKŞ №-li rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqatına, qərarın təsviri hissəsində olan məlumatlara və göstərilən suallara uyğun nəticəyə gəlirəm: 1. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 2. Ekspertizaya təqdim edilmiş şahid X20 məxsus idman gödəkçə və idman şalvarı üzərində əhəmiyyəti kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq xx.xx.2021-ci il tarixli, 540/181 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranması səbəblərindən biri X42 mübahisəsi ola bilər. 3. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). 4. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Şəmkir rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı X29 tərəfindən 07 avqust 2021-ci il tarixdə saat təxminən 23:20-də hadisə yerinə çatdıqdan sonra ictimai təhlükəsizliyin təmin etmək məqsədilə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və istintaqa təqdim edilmiş ümumi uzunluğu 116 sm olan 26198 nömrəli qoşa lüləli ov tüfəngi, 01 ədəd patron və 02 ədəd boş giliz; Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən 10 avqust 2021-ci il tarixli, 02/787 nömrəli məktubla rayon prokurorluğuna təqdim edilmiş xəstənin əməliyyat zamanı qarın boşluğundan çıxan kapron material (predmet); 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli şalvar və açıq-bozumtul rəngli qısaqol köynək; 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X15 hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli idman şalvarı və açıq-bozumtul rəngli qısaqol köynək; bozumtul qırmızımtıl rəngli idman gödəkçəsi öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq meyitin qəbirdən çıxarılması (ekshumasiyası) istintaq hərəkətinin məcburi aparılması haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 07 fevral 1985-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində anadan olmuş X5 meyiti Şəmkir şəhər mərkəzindən cənub-şərq istiqamətdə 07 km məsafədə yerləşən Şəmkir rayonu, Yeni Həyat kənd qəbirstanlığında basdırılmışdır. Səma Qasımovanın dəfn olunduğu qəbirin üzərindəki daş lövhələr çıxarılaraq, daha sonra meyit qaldırılaraq qəbirdən çıxarılmışdır. Meyitin qarının ön divarında orta xətt üzrə kənarlarında tikişlər qoyulmuş 20 sm uzunluğunda laparotomiya kəsiyi vardır. Qarının sağ ön-yan səthində aşağı nahiyədə üzərində toxuma çatışmazlığı olan 4x3 sm ölçüdə odlu silah yaralanması vardır. Meyitin xarici müayinəsində başqa xəsarət aşkar edilməmişdir. Meyit məhkəmə-tibbi eksperti tərəfindən daxili və xarici müayinə edildikdən sonra yenidən kəfənə bükülərək çıxarıldığı qəbirə qoyulmuş və üstü torpaqla örtülmüşdür. Meyitinin qəbirdən çıxarılması (ekshumasiyası) zamanı «Nikon» markalı fotoaparatla Səma Qasımovanın qəbrinin və meyitinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Paltarlara baxış keçirilməsi və götürülməsi barədə 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş şalvar -solğun göy rəngli, uzunluğu 91 sm, eni 48 sm təşkil edir. Şalvarın bel nahiyəsində “Ft-EM” yazısı mövcuddur. Şalvarin ön və arxa tərəfində iki ədəd ciblik vardır. Şalvar ön tərəfdən bir ədəd zəncirbənd və bir ədəd düymə ilə bağlanır. Şalvarın arxa yuxarı nahiyəsində uzunluğu 3(üç) santimetr olan sökülmə zədəsi vardır. Şalvarın üzərində hər hansı zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Köynək- açıq-bozumtul rəngli qısaqol köynəyin uzunluğu 85 sm, eni isə 117 sm təşkil edir. Köynək ön tərəfdən 9 (doqquz) ədəd düymə ilə bağlanır. Köynəyin boyun nahiyəsinin üzərində “Paola Ganz” yazısı emblem mövcuddur. Köynəyin sol döş nahiyəsində 1(bir) ədəd ciblik vardır. Köynəyin üzərində hər hansı zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvar və solğun göy rəngli qısaqol köynək iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq paltarlara baxış keçirilməsi və götürülməsi barədə 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X11 götürülmüş solğun göy rəngli idman şalvarının uzunluğu 90 sm, eni 45 sm təşkil edir. Şalvarın hər iki yan tərəfindən 3 ədəd ağ cızıqları vardır. Şalvarın sağ ön yuxarı nahiyəsində üzərində “adidas” yazısı olan emblem mövcuddur. Şalvarın ön hissəsində zəcirbənd ilə bağlanan 2 iki ədəd ciblik vardır. Şalvar ön tərəfdən iölə bağlanır. Şalvar çirklidir və üzərində deşilmə izləri vardır. Gödəkçə- bozumtul qırmızımtıl rəngli idman gödəkçəsinin uzunluğu 70 sm, eni isə 172 sm təşkil edir. Gödəkçənin sinəsi qara rəngli olmaqla boğazlıq, bel və qol hissəsi boz rənglidir. Gödəkçənin hər iki qolunda qara və qırmızı rəngli zolaqlar vardır. Gödəkçənin sol döş nahiyəsində “umbro” yazısı vardır. Gödəkçə ön tərəfdən bir ədəd zəncirbənd ilə bağlanır. Gödəkçənin ön yan tərəfində zəncirbənd ilə bağlanan 2(iki) ədəd ciblik vardır. Gödəkçənin hər iki cibinin aşağı nahiyəsində 6x4 və 6x5 sm ölçülərdə söküntü izləri vardır. Hadisə zamanı X15 əynində olan solğun göy rəngli idman şalvarı və bozumtul qırmızımtıl rəngli idman gödəkçəsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci ildə, gecə saat 22 radələrində yaşadığı evin həyətində spirtli içki qəbul etdiyini, saat 23 radələrində oğlu Nicat Həsənovun yaşadığı evdə onunla mübahisə etdiyini, oğluna sakitləşməsi üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq sonuncunun onu eşitmədikdə evin digər yataq otağındakı yük çarpayısının altından qoşalüləli ov tüfəngini götürdüyünü, əli ilə göstərdiyi fərdi yaşayış evinin giriş qapısının qarşısında çoxsaylı insanların yığışdığını, əlində olan tüfənglə sərxoş halda 2(iki) dəfə atəş açdığını, 1-ci atəşi oğlu Nicatı öldürmək məqsədilə ona tərəf açdığını bildirmiş, oğlu Nicatdan qurtulmaq üçün sonuncunu vurmaq istədikdə X41nın özünü tüfəngin qarşısına atdığını, Səma Qasımovanın huşunu itirərək gözlənilmədən yerə yıxıldığı, bundan sonra əlində olan 3-cü patronu tüfəngə qoymağa çalışsa da, ərtrafda olan şəxslərin tüfəngi onun əlindən aldığını qeyd etmiş, bundan sonra yaralı vəziyyətdə olan X41nın valideynləri tərəfindən Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparıldığını əlavə etmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində onunla birgə hər hansı şəxsin iştirak etmədiyini bildirmişdir. İstintaq zamanı tərəfimdən ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 10 avqust 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq tüfəngə və patronlara baxış keçirilməsi barədə 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin törədilməsində istifadə edilmiş qoşalüləli ov tüfəngi, 01 ədəd patron və 02 boş giliz Şəmkir rayon prokurorluğunun inzibati binasında xidməti otağımda stolun səthi üzərinə qoyularaq müfəssəl baxışı aparılmışdır. Tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 116 sm, lüləsinin uzunluğu 72 sm, qundaq hissəsinin uzunluğu isə 44 sm-dir. Tüfəngin lüləsinin altında qəhvəyimtil rəngli, taxtadan lüləaltı qapaq vardır. Həmin lüləaltı qapağın ümumi uzunluğu 21 sm təşkil edir. Lüləaltı qapağı açdıqda iç tərəfində “26198-54” rəqəmləri həkk olunmuşdur. Qoşalüləli ov tüfəngi 1954-cü il istehsallıdır. Tüfəngin lüləlisi qismən paslı vəziyyətdədir. Bundan sonra tüfəngin lüləsi açılaraq lülə yuvalarına baxılmış və orada hər hansı bir əşya aşkar edilməmişdir. Lülə yatağının altındakı dəmir lövhə üəzərind “40K 16x20 LYM № 26198” rəqəmləri, qundağın dəmir səthində isə “26198-54” rəqəmləri həkk olunmuşdur. 2(iki) ədəd boş giliz və patronun ümumi uzunluqları fərqlidir, eni isə eynilik təşkil edir. Ümumi uzunluğu 2,9 sm olan boş giliz silindrik formalı olub dib hissəsinin səthi üzərində 2(iki) ədəd 16 rəqəmləri və “AC İTALY” sözləri həkk olunmuşdur. Ümumi uzunluğu 3 sm olan boş giliz silindrik formalı olub dib hissəsinin səthi üzərində 2(iki) ədəd 16 rəqəmləri və “CLEVER MİRAGE” sözləri həkk olunmuşdur. Ümumi uzunluğu 2,5 sm olan dolu patron silindrik formalı olub dib hissəsinin səthi üzərində 4(dörd) ədəd 16 rəqəmləri həkk olunmuşdur. Baxış zamanı «Nikon» markalı fotoaparat vasitəsi ilə tüfəngin və patronların fotoşəkiləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq əşyaya baxış keçirilməsi barədə 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən 10 avqust 2021-ci il tarixli, 02/787 nömrəli məktubdan görünür ki, xəstənin əməliyyat zamanı qarın boşluğundan çıxan kapron material (predmet) plastmasaoxşar materialdan hazırlanmış və silindrik formadadır. Kapron predmetin gövdəsi termiki təsir nəticəsində deformasiyaya uğrayaraq ilkin forma və ölçülərini nisbətən itirmişdir. Predmetin bir ucu dairəvidir, ilkin forması əsasən qalmış, digər ucunun ortası batıq, kənarları genişləndirilmiş, ucları qopmuş, yanlara yönəlmiş və əyilmişdir. Predmetin hündürlüyü 33 millimetrdir. Kapron predmetə baxış keçirilən zaman üzərində qanabəznər şübhəli ləkələr çox az miqdarda müşahidə edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq 25 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin hüquqi varisi Vilayət Qasımov arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Vilayət Qasımov istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 07 avqust 2021-ci il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə olduğunu və Nicat Həsənovla aralarında yaranmış mübahisə və dava-dalaş zamanı yaşadığı evin yataq otağından qoşa lüləli ov tüfəngini götürərək öldürmək məqsədilə sərxoş vəziyyətdə olan oğlu Nicat Həsənova tərəf atəş açdığını, atəş nəticəsində Təqsirləndirilən şəxs oğlu Nicatın baş nahiyəsində qırma yarası xəsarəti aldığını, daha sonra Təqsirləndirilən şəxs ətrafda çoxsaylı şəxslərin, yəni qohum-əqrabasının olmasını görərək və həmin atəş nəticəsində digər şəxslərin də xəsarət ala biləcəyini dərk edərək 2-ci dəfə atəş açaraq gözləri qarşısında Təqsirləndirilən şəxs 3-4 metrlik məsafədə üzbəüz dayanmış qızı Səma Qasımovanın qarın boşluğu nahiyəsindən yaraladığını, məqsədinin dolayısı yolla qızı Səma Qasımovanı öldürmək olduğunu bildirmiş, qızının hadisədən 3(üç) gün sonra, yəni 10 avqust 2021-ci il tarixdə vəfat etdiyini qeyd etmişdir. Vilayət Qasımovun üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Təqsirləndirilən şəxs tərəfindən inkar edilmiş və o, ümumiyyətlə, hadisəni xatırlamadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq 25 dekabr 2021-ci il tarixli üzləşdirləmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 07 avqust 2021-ci il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə olduğunu və X42 aralarında yaranmış mübahisə və dava-dalaş zamanı yaşadığı evin yataq otağından qoşa lüləli ov tüfəngini götürərək öldürmək məqsədilə sərxoş vəziyyətdə olan oğlu Nicat Həsənova tərəf atəş açdığını, atəş nəticəsində Təqsirləndirilən şəxs oğlu Nicat Həsənovun baş nahiyəsində qırma yarası xəsarəti aldığını, daha sonra Təqsirləndirilən şəxs ətrafda çoxsaylı şəxslərin, o cümlədən, arvadının, qudalarının və qızının yəni qohum-əqrabasının olmasını görərək və həmin atəş nəticəsində digər şəxslərin də xəsarət ala biləcəyini dərk edərək 2-ci dəfə atəş açaraq gözləri qarşısında Təqsirləndirilən şəxs 3-4 metrlik məsafədə üzbəüz dayanmış Səma Qasımovanın qarın boşluğu nahiyəsindən yaraladığını, məqsədinin dolayısı yolla Səma Qasımovanı öldürmək olduğunu bildirmiş, Səma Qasımovanın hadisədən 3(üç) gün sonra, yəni 10 avqust 2021-ci il tarixdə vəfat etdiyini qeyd etmişdir. Şahid1 üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Təqsirləndirilən şəxs tərəfindən inkar edilmiş və o, ümumiyyətlə, hadisəni xatırlamadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Şəmkir rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 190-24205-1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli, 07 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Şahid2 məhkəməyə təqdim etdiyi ərizəsindən göürünür ki, əri Təqsirləndirilən şəxs vəfat etməsi ilə bağlı onu təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş etmiş və o, həmin tarixdə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi Şahid2 məhkəməyə yazılı ərizə təqdim edərək hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29,120.2.7-ci maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla X12 qəsdən öldürüb, X15 isə xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş əməllərini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa catdıra bilməməklə iki şəxsi qəsdən öldürməyə cəhd etməsi, habelə X21 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə hədələməsi və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının müddüalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin həmin Qərarın 8-cü bəndinin izahından görünür ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin qeyd olunan Qərarın 11-ci bəndində təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki,Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən isə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır (həmin Məcəllənin 44.2.1-1-ci maddəsi). Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmçinin həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Pentensiyar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/36-2 1700/2023 məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hesabında olan COVİD-19 infeksiyasına qarşı xx.xx.2021-ci il tarixdə İ doza, xx.xx.2021-ci il tarixdə 8 doza vaksin olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə etapla 2 saylı istintaq təcridxanasından “Sol aşağı ətrafın diz nahiyəsinin irinləyəmn yarası” diaqnozu ilə müəssisənin İntensiv-terapiya şöbəsinə daxil olmuş, (cəzanın əvvəli: xx.xx.2021). Aparılan müalicə tədbirləri nəticəsində Təqsirləndirilən şəxs səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “Sol aşağı ətrafın diz nahiyəsinin irinləyən yarası? Fleqmona? Septiki toksiki şok?” diaqnozu ilə ölmüşdür. Meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası Patalo/i X14 rayon şöbəsinə göndəriləcəkdir. Faktla bağlı Nizami Rayon prokurorluğunda araşdırma aparılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm Haqqında Tibbi Şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “Sol aşağı ətrafın diz nahiyəsinin irinləyən yarası? Fleqmona? Septiki toksiki şok?” diaqnozu ilə ölmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaxın qohumlarına həmin şəxslərin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, mərhum təqsirləndirilən şəxsin yaxın qohumları qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onların hüquqi varis qismində tanınmaları barədə müvafiq istəklərini bildirmiş və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçilərinin də razılığı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4, 29,120.2. və 120.2.7-ci maddələri ilə təqsirli bilinib CPM-nin 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən təqsirli bilindiyi maddə ilə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 116 sm olan 26198 nömrəli qoşa lüləli ov tüfəngi, 01 ədəd patron və 02 ədəd boş gilizin qanuni sahibini müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən həmin ov tüfəngi və giliz məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, iş üzrə maddi sübular Şəmkir rayon prokurorluğundan saxlanılan Şəmkir rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı X29 tərəfindən ictimai təhlükəsizliyin təmin etmək məqsədilə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və istintaqa təqdim edilmiş ümumi uzunluğu 116 sm olan 26198 nömrəli qoşa lüləli ov tüfəngi, 01 ədəd patron və 02 ədəd boş giliz məcburi qaydada və əvəsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin mərkəzi bazasına təhvil verilməldir. İş üzrə maddi sübular Şəmkir rayon prokurorluğundan saxlanılan 02 ədəd boş giliz; Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən 10 avqust 2021-ci il tarixli, 02/787 nömrəli məktubla rayon prokurorluğuna təqdim edilmiş xəstənin əməliyyat zamanı qarın boşluğundan çıxan kapron material (predmet); 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli şalvar və açıq-bozumtul rəngli qısaqol köynək; 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X15 hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli idman şalvarı və açıq-bozumtul rəngli qısaqol köynək; bozumtul qırmızımtıl rəngli idman gödəkçəsi sahinə qaytarısın imtina etdikdə məhv edilmədir. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 301 manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının CPM-nin 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübular Şəmkir rayon prokurorluğundan saxlanılan Şəmkir rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı X29 tərəfindən ictimai təhlükəsizliyin təmin etmək məqsədilə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və istintaqa təqdim edilmiş ümumi uzunluğu 116 sm olan 26198 nömrəli qoşa lüləli ov tüfəngi, 01 ədəd patron və 02 ədəd boş giliz məcburi qaydada və əvəsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin mərkəzi bazasına təhvil verilsin. İş üzrə maddi sübular Şəmkir rayon prokurorluğundan saxlanılan 02 ədəd boş giliz; Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən 10 avqust 2021-ci il tarixli, 02/787 nömrəli məktubla rayon prokurorluğuna təqdim edilmiş xəstənin əməliyyat zamanı qarın boşluğundan çıxan kapron material (predmet); 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli şalvar və açıq-bozumtul rəngli qısaqol köynək; 08 avqust 2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X15 hadisə vaxtı əynində olmuş paltarlar- solğun göy rəngli idman şalvarı və açıq-bozumtul rəngli qısaqol köynək; bozumtul qırmızımtıl rəngli idman gödəkçəsi sahinə qaytarısın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 301 manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.