Məhkəmə qərarları › İş №1(100)-260/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-260/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-260/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X20 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun nümayəndəsi X11, Təqsirləndirilən şəxs müdafiəçisi – Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazdə oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri İcra Hakimiyyəti DOST iş mərkəzində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası ƏN PX-in 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində spirtli içki qəbul etdikdən sonra evdə olan qaz və odun sobasının ətrafında X7nun yerləşdirdiyi odun qalıqlarını və palıd qozalarını təmizləyərkən sonuncunun otağa daxil olaraq onu təhqir etməklə əsəbi şəkildə hansı səbəbdən odun qalıqlarını yığışdırdığını deyərək onu yenidən nalayiq ifadələrlə təhqir etdiyi, o, yataq otağına getdiyi halda Azad Məmmədovun ora da gəlib təhqir etməyə davam etdiyi və onun iradlarına məhəl qoymadığı üçün atası Azad Məmmədovun dediklərini şəxsiyyətinə sığışdırmayıb şərəf və ləyaqətinin alçalması kimi qiymətləndirərək sonuncunu qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməklə Azad Məmmədovdan qisas almaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 13 radələrində sonuncunu yerə yıxıb özünün Azad Məmmədovun üstünə düşməsi nəticəsində sonuncuya döş qəfəsinin sol tərəfində İİİ, İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların orta qoltuqaltı xətt üzrə, İV qabırğanın ön qoltuqaltı xətt üzrə, Vİ qabırğanın isə orta körpücük xətt üzrə sınıqları kimi sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirərək Azad Məmmədovun müqavimətini qırdıqdan sonra qolları ilə boyun nahiyəsindən arxadan tutub sıxaraq boğması zamanı ölümünə səbəb olan boyunun yumşaq toxumalarına qırtlaq ətrafında qansızmalar, dilaltı sümükdə sınıq, sol ağciyərin plevrası altına və ürəyin xarici qişası altına nöqtəvari qansızmalar, ürək boşluqlarında maye qanın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Azad Məmmədovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasınada özünü təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “ünvan 2 ünvanında ailə üzvləri atası və anası ilə birgə yaşamışdır. Evin birinci mərtəbəsində bir otaqda atası, digər otaqda o, evin ikinci mərtəbəsində bir otaqda anası, digər otaqlarında isə 3-4 nəfər kirayəçi qismində tələbələr yaşamışdır. X7 ruhi xəstə və dispanser qeydiyyatında olmaqla, Azərbaycan Dövlət Aqrar Universitetində bağban işləmişdir. Anası Şahid1 fərdi əməklə məşğul olaraq, restoranlarda qabyuyan işləmişdir. Atası Azad işindən əlavə yaşadığı evin birinci mərtəbəsində yerləşən gül mağazasını işlətmişdir. O və anası da boş vaxtlarında həmin gül mağazasında satıcılıq etmişlər. Subaydır. 2020-ci ilin yanvar ayında X14 ilə evlənmiş lakin, xasiyyətləri tutmadığından 2021-ci ilin yanvar ayında boşanmışlar. Əvvəllər məhkum olunmamışdır. Torpaqlarımızın azadlığı uğrunda baş vermiş döyüşlərdə iştirak etmiş və Suqovuşanın azad olunmasına görə medal ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixdə səhər yuxudan oyandıqdan sonra evdə heç kim olmamışdır. Səhər yeməyini yedikdən sonra, gül mağazasına keçmiş, saat 10 radələrində evdə yarımçıq olan yarım litrlik arağı götürərək öz yataq otağında içməyə başlamışdır. O, mütəmadi olaraq spirtli içkilər qəbul etmişdir. Belə ki müharibədən qayıtdıqdan sonra, əsəbləri korlanmışdır. Hər xırda mübahisə üstündə əsəbləşmişdir. Səhər 11 radələrində atası işdən evə qayıdaraq, həyətyanı sahədə olan odunları doğramışdır. Saat 13 radələrində atasına yaxınlaşaraq, 20 manat xərcləmək üçün pul istədikdə, atası ona 30 manat pul verərək, 10 manatını qaz kartına vurmağa, 20 manatını isə xərcləməyi üçün vermişdir. Daha sonra o evə daxil olaraq, həm odunla həm də qazla işləyən sobanın kənarındakı odun və palıd qozasının qalıqlarını təmizləməyə başlamışdır. Bu zaman atası içəri daxil olaraq, özünün sobanın kənarına qoyduğu odun və palıd qozasının qalıqlarını nə səbəbə təmizləməyini əsəbi formada və onu təhqir edərək, soruşduqda, o da sobanın kənarını təmizlədikdən sonra yenidən oraya odun yığacağını dedikdə, yenə onu söyərək, təhqir etməyə başlamışdır. Bu zaman o, təhqirlərə dözməyib, öz yataq otağına keçərək, yatağında uzanmış, lakin atası arxası ilə gələrək, yenə də onu təhqir etməkdə davam etmişdir. O, atasına yanından çıxıb getməsini dedikcə atası onu söyməyə davam etmişdir. Daha sonra atası otaqdan çıxaraq söyə söyə yatdığı öz yataq otağına tərəf getdikdə, artıq o dözməyərək, atasının arxasıyla yataq otağına gedərək, itələşərək, atasından söyüş söyməsinə son verməsini tələb etdikdə, atası özünü haqlı hesab etdiyini deyərək onu özündən çıxartmış və o da sərxoş olduğundan atası ilə süpürləşərək, atasına badalaq vurub yerə yıxmış, atası Azadın arxası ona tərəf, atasının üzü aşağı olmaqla, o, atasının üstünə düşdükdə sağ qolu ilə atasının boğazından sol qolu ilə isə sağ qoluna dəstək verərək, boğmağa başlamışdır. 2-3 dəqiqə o vəziyyətdə qalmışlar, atası müqavimət göstərməyə çalışsa da, o, əsəbi və sərxoş olduğundan, öz hərəkətini davam etdirərək, daha da sıxmışdır. Bir müddət sonra atası Azad hərəkət etmədiyindən qolunu boşaltmış və atasını əli ilə yoxladıqda artıq atasının öldüyü ona məlum olmuşdur. Atasını öldürdükdən sonra döşəmədə atasının burnundan gələn qan ləkələrini görmüşdür. Daha sonra meyiti və izlərini itirmək üçün onu yandıraraq, basdırmağı düşünmüş və evdən çölə çıxaraq, göy rəngli böyük atasının universitetin həyətindən qurumuş yarpaqları yığıb gətirmək üçün istifadə etdiyi torbanı götürüb, atasının meyitini özü həmin torbaya qoyaraq, sulu dəsmalla döşəmədə olan qan ləkəsini təmizləyib, həmin dəsmalı da torbaya tullayaraq, torbanı müəyyən yerlərdə sürüyüb, müəyyən yerlərdə qaldıraraq, həyətyanı sahənin küncündə olan boşluğa aparıb qoymuşdur. Meyiti yandırmaq fikri ona müharibə vaxtı bir hərbi qulluqçunun avtomobildə yanaraq, ölməsindən əmələ gəlmişdir. Daha sonra həyətyanı sahədən bel götürərək, atasının meyitini yandırmaq üçün çuxur qazmağa başlamışdır. 1 saat ərzində çuxuru qazdıqdan sonra həyətdə olan ağac və qozaları çuxura tökərək, atasının meyitini torba ilə birlikdə çuxura atıb, yenə ağac və qozaları torbanın üstünə tökərək, evdə olan 1 litrlik plastik şüşələrdə olan ağ neft və benzini gətirib, çuxura tökərək, yandırmışdır. Daha sonra çuxurda meyit, ağac və qozaları yanılı vəziyyətdə qoyaraq, şəhərə getmək məqsədilə evə gedib, üzərində olan qara rəngli idman geyimlərini dəyişib, marşrutla mərkəzi univermağa yollanmışdır. Univermağa getməkdə məqsədi sevgilisi Türkan Məmmədovaya qızıl qolbaq almaq olmuşdur. Univermaqda Raqif adlı qızıl satandan məsləhət alaraq, Raqifin yanındakı qızılsatandan 150 manata qızıl qolbaq alıb, marşrutla Atatürk prospekti ilə, A.Ziyadxanov küçəsinin kəsişməsinə gedərək, Türkana aldığı qızıl qolbağı verib, Türkana atasını öldürməyilə bağlı heç bir məlumat vermədən, taksi ilə yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqda, evdə heç kimin olmadığının şahidi olduqdan sonra yemək yeyərək, təkrarən evdə olan spirtli içkini içib, gedib yandırdığı çuxura baxdıqda, meyitin tam yanmadığını görmüş və yenidən onun üzərinə benzin tökərək, yandırmışdır. Bu zaman çuxuru qazdığı bel ilə meyiti və üzərindəki kömürləri qarışdırmışdır. Hava qaralmağa doğru getmiş və çuxurdakı ocaq söndükdən sonra yataq otağındakı qırmızı rəngli ədyalı götürərək, aparıb çuxurdakı kömürləşmiş meyit qalığının üstünə ataraq, meyiti götürüb, ağ rəngli torbaya qoyaraq, həyətin küncündəki nar ağacının yaxınlığında başqa bir çuxur qazaraq, torbanı oraya basdırmışdır. Lakin tam basdıra bilməmiş, torbanın bir qismi bayırda qaldığından, torbanın üzərini qurumuş ağac yarpaqları ilə basdırmışdır. Daha sonra meyiti yandırdığı çuxura gələrək, çuxurun içindəki kömürləşmiş qalıqları bellə (lapatka) qara rəngli torbaya yığıb, üzərinədə həyətdəki zibillərdən yığaraq, münasib vaxtda zibil qabına atmaq üçün həyətdəki əl arabasına qoymuşdur. Artıq gecə olduğundan gedib otağında yatmışdır. Səhər yuxudan durduqdan sonra, anasının evdə olduğunu görərək, heç nə olmamış kimi davranmışdır. Səhər gedib əl arabasına baxdıqda arabanın yerində olmadığını görüb, anasından bu barədə soruşduqda, anası qonşu Amalya ilə zibilləri atdığını bildirmişdir. Saat 16 radələrində anası ilə birlikdə evdən çıxaraq, anası işə getmiş, o isə mərkəzi univermağın yaxınlığında sevgilisi Türkana borcu olan Turqut adlı oğlanla görüşərək, birlikdə Gəncə şəhəri, Ozan küçəsindəki 23 saylı məktəbin arxasına mübahisə etmək üçün getmişdir. Orada əlbəyaxa olaraq, Turqutu döymüşdür. Bu zaman polis əməkdaşları gələrək onları ayıraraq, polis idarəsinə aparmışlar. Polis idarəsində heç kimə atasını öldürməyilə bağlı həmin gün məlumat verməmişdir. Onu həmin gün evə buraxdıqdan sonra o, evə gedərək, yatmışdır. Səhəri gün yuxudan durduqdan sonra, anası ondan atasını maraqlandıqda, anasına atasını sonuncu dəfə dekabrın səkkizi gördüyünü, işlərinin olacağını, haradadırsa gələcəyini bildirmiş, anası ona atasını gedib iş yerindən maraqlanmağını xahiş etdikdən sonra, atasının iş yerinə gedərək, iş yoldaşı komendant olan Elxandan maraqlandıqda, Elxan dekabrın səkkizində sonuncu dəfə atasını gördüyünü bildirmişdir. Daha sonra evə gələrək anasına atasının işə getmədiyini dedikdən sonra anası narahat olmuşdur. O, da öz əməlini gizlətmək üçün həmin gün yəni dekabr ayının 10-da axşam saat 20 radələrində Nizami rayon polis idarəsinə gələrək, atasının dekabr ayının 8-dən itkin düşdüyünü bildirib bu barədə ərizə yazmışdır. Dekabr ayının 11-də Nizami rayon polis idarəsinin əməkdaşları gələrək, evə baxış keçirib getmişlər. Dekabr ayının 12-də polis əməkdaşları təkrarən gələrək, ev və həyətyanı sahəyə ətraflı baxış keçirərək, şübhəli bir şey aşkarlanmadan getmişlər. Polis əməkdaşları getdikdən sonra bibisioğlu Şahid3 içərisində atasının meyiti olan torbanı həyətyanı sahədən taparaq, evdə olan anası, bibisi Təranə və ona məlumat verdikdən sonra, o, Səməd adlı polis əməkdaşına zəng edərək meyit barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmişlər”. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, dörd bacı və bir qardaşı olmuşdur. X6 qardaşı olaraq, ata yurdu olan Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 85-də ailəsi-arvadı Şahid1 və oğlu Məhəmməd ilə birlikdə yaşamışdır. O, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının, Moskva şəhərində olmuşdur. Belə ki, 2021-ci ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasının, Moskva şəhərinə getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında oğlu Səbuhi Əliyev ona zəng edərək, qardaşı Azadın itkin düşməsini bildirmişdir. O, dərhal qardaşı Azadın oğlu Məhəmmədə zəng edərək, məsələnin nə olduğunu aydınlaşdırmaq istədikdə, Məhəmməd ona atası Azadın 2-3 gündürki harada olmasını bilmədiklərini bildirib, hazırda Məhəmmədi polis idarəsinə dəvət etdiklərini deyərək onunla sağollaşmışdır. Bir neçə saat sonra qardaşı Azadın meyitinin yanaraq kömürləşmiş qalıq hissələrinin yaşadığı evin həyətindən tapılması ona məlum olmuşdur. O, bu xəbərdən sonra xx.xx.2021-ci il tarixdə təyyarəyə bilet alaraq, həmin tarixdə də Azərbaycana qayıtmışdır. Gəncəyə qayıtdıqdan sonra qardaşı Azadın oğlu Məhəmməd tərəfindən xx.xx.2021-ci il tarixdə öldürüldüyünü və meyitinin qalıqlarını yaşadıqları evin həyətyanı sahəsində basdırdığını, daha sonra polisə ərizə ilə müraciət edərək, atasının itkin düşdüyü barədə məlumat verməsini öyrənmişdir. Qardaşı Azad 1987-ci il tarixdən psixonevroloji dispanserdə qeydiyyatda olmuşdur. Qardaşı Azad adətən əsəbi olmuş və ilk dəfə 2020-ci ilin əvvəllərində, sonuncu dəfə isə dəqiq xatırlamadığı tarixdə nevroloji problemlərinə görə təzyiqi qalxaraq insult keçirmişdir. Azad ona məlum olduğu qədər çox əsəbi olmuş, belə ki, hər xırda məsələ üstündə dediyini yerinə yetirmədikdə əsəbləşərək özündən çıxmışdır. Məhəmmədi müharibədə iştirak etdikdən sonra görməmişdir. X34 Aqrar Universitetində bağban işləmişdir. Qardaşı arvadı Şahid1 isə son vaxtlar restoranda qabyuyan işləmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X18 onun yoldaşı olmuşdur. Onlar 1995-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 1996cı il təvəllüdlü Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Azad uzun illər Gəncə Poçtunda poçtalyon işləmişdir. Oradan işdən ayrıldıqdan sonra Azərbaycan Dövlət Aqrar Universitetində bağban kimi işləməyə başlamışdır. Yaşadıqları evin birinci mərtəbəsində yerləşən, üzü yol istiqamətində olan otaqda gül satmaqla məşğul olmuşlar. Yaşadıqları ev qəbristanlığın yanında olduğu üçün uzun müddətdir ki, bəzən o, bəzən mərhum Azad, bəzən də oğlu Məhəmməd orada dayanıb təbii və süni gül satmışlar. O, hazırda Gəncə şəhərində yerləşən İmperial şadlıq sarayında işə başlamışdır. Restoranda o qab yuyan kimi işləmişdir. O, axırıncı dəfə Azadı 08 dekabr 2021-ci il tarixdə səhər saatlarında görmüşdür. Belə ki, həmin vaxt o və Azad ikisi də evdən çıxaraq hərəsi öz işini həll etmək üçün getmişdir. Həmin günün axşamı o, gecə saat 12 radələrində evə qayıdanda adəti üzrə 2-ci mərtəbəyə qalxaraq orada yatmışdır. Oğlu və Azad birinci mərtəbədə yatdıqlarından və həmin vaxt da işığın sönülü olduğunu görüb onların yatdığını düşünərək, o da yatmışdır. 09 dekabr 2021-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb özünə çay qoyub çıxıb gül satdıqları mağazanı açmışdır. Mağazanı açdıqdan sonra bir iki nəfər də müştəri gəlmiş və onlara da gül satmışdır. Sonra evin birinci mərtəbəsinə düşərək, Azadın yatdığı otağa baxdıqda çarpayının yığılı olduğunu görərək, zənn etmişdir ki, Azad iş yerinə, yəni Aqrar universitetinə getmişdir. 09 dekabr 2021-ci il tarixdə günorta saat 15 radələrində o, oğlu Məhəmmədlə birlikdə oturub çörək yeməyə başlamışdır. Məhəmməd çörək yeyərkən Məhəmmədin içkili olduğunu hiss etmişdir. Məhəmməd, yemək yeyərkən işlətdiyi mobil telefonuna zəng gəlmiş və telefonda tanımadığı biri ilə danışaraq, görüş təyin etmişdir. O, həmin vaxt saata baxıb işə gecikdiyini görərək, tələsməyə başlamışdır. Məhəmməd isə ona tələsməməyi, özünün də Gəncə şəhərinin mərkəzində bir nəfər dostu ilə görüşəcəyini, birlikdə taksi ilə gedəcəklərini təklif etmişdir. O da Məhəmmədlə razılaşdıqdan sonra taksiyə zəng edərək taksi sifariş etmişlər. Bundan sonra taksi gəlmiş və o, Məhəmmədlə birlikdə taksiyə oturmuşdur. X22 şəhərində yerləşən Univermaq adlanan yerdə maşından düşmüş, o isə İmperial şadlıq sarayına iş yerinə getmişdir. Bir müddət keçdikdən sonra o, Məhəmmədə telefonla zəng edərək harada olduğunu, atasından bir xəbəri olub-olmadığını soruşduqda Məhəmməd, dostu ilə dalaşdığını və Nizami rayon Polis idarəsində olduğunu bildirmişdir. O, Məhəmmədə nə üçün dalaşdığını soruşduqda Məhəmməd, sözünün çəp gəldiyini dostu ilə mübahisə etdiyini bildirmişdir. 09 dekabr 2021-ci il tarixdə o, gecə saat 24 radələrində evə gələrək, Məhəmməddən atasından bir xəbər olub-olmadığını soruşduqda Məhəmməd hələ də atasından bir xəbər olmadığını bildirmişdir. O da Məhəmmədə sabaha kimi gözləməyi, sabah da bir xəbər çıxmasa artıq polisə müraciət edilməli olduğunu demişdir. Səhərisi gün, yəni 10 dekabr 2021-ci il tarixdə səhər saatlarında yenə yuxudan duraraq, bəlkə Azadın halının pisləşdiyini, həyətdə harasa yıxıldığını düşünüb həyətə baxmış lakin heç nə tapa bilməmişdir. Həmin günün axşamı isə oğlu ilə birlikdə Polis idarəsinə gedib Azadın itkin düşməsi ilə bağlı ərizə yazmışlar. 12 dekabr 2021-ci il tarixdə isə Azadın bacısı oğlu Rəhim gəlib həyəti axtaran zaman evin həyətindən Azadın yanmış və kömürləşmiş halda meyitini tapmışdır. Bundan sonra polis işçiləri evə gəlmişlər. O, ifadəsində bildirdi ki, ümumiyyətlə həyətlərində yığılan zibilləri mütəmadi olaraq, o, zibil qabına aparıb atmışdır. 9.12.2021-ci il tarixdə səhər saatlarında həyətlərində incil ağacının yaxınlığında əl arabasında olan zibilləri gördükdən sonra, onları yaşadıqları evin yaxınlığında yəni, Ə.Məmmədov küçəsi ilə, İsmət Qayıbov küçəsinin kəsişməsində yerləşən zibil qutularına küçədə rastlaşdığı qonşusu Amalya ilə gedərək, onun köməkliyi ilə əl arabasında olan zibilləri atmışlar. Əl arabasında qara rəngli un çuvalında olan zibillər və əl arabasına atdığı özünün evdən yığdığı zibillər olmuşdur. O, zibil atmaq üçün evdən çıxdıqda oğlu Məhəmməd evdə yatmışdır. O, zibili atıb qayıtdıqdan sonra, Məhəmməd ondan haradan gəldiyini soruşduqda, Məhəmmədə həyətdəki əl arabasında olan zibilləri qonşu Amalya ilə birlikdə zibil qabına atıb qayıtdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Dövlət Aqrar Universitetin Torpaqşünaslıq və Aqrokimya fakültəsində eyni adlı ixtisasın tələbəsidir. Gəncə şəhəri, Ə.Məmmədov küçəsi 85 nömrəli fərdi yaşayış evində 26 sentyabr 2021-ci il tarixdən yaşamışdır. Yaşadığı mənzil 2 mərtəbədən ibarətdir. Həmin 2 mərtəbəli mənzilin 2-ci mərtəbəsində o, Aqrar Universitetinin 4-cü kurs tələbələri Samir, Ramin və Fərid yaşamışlar. 2-ci mərtəbə 4 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarətdir. Həmin otaqlardan 2-sində o və adlarını yuxarıda qeyd etdiyi digər tələbələr, birində isə ev sahibi Azad Məmmədovun arvadı Şahid1, birinci mərtəbədə isə ev sahibi Azad Məmmədov və oğlu Təqsirləndirilən şəxs yaşamışdır. 8.12.2021-ci il tarixdə saat 8:30-da dərsi başladığından Universitetə getmişdir. Həmin gün evə qayıtdıqda saat təxminən 13:45 olmuşdur. Həmin vaxt çay qoymaq üçün evin balkonuna çıxaraq çaydana su doldurmuşdur. Həmin balkondan birbaşa olaraq evin həyəti görünmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs həyətdə quyuyabənzər qazıntı işlərini apardığını görmüşdür. Bu zaman həyətdə qurumuş ağac yarpaqları çoxluq təşkil etdiyindən, həmin yarpaqların yandırılması üçün quyu qazıldığını düşünmüşdür. Buna görə də əhəmiyyət verməyərək içəri keçmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs əlində bel olmaqla torpaq qazmaq üçün ondan istifadə edirdi. Aralarında məsafə olduğundan bundan başqa üzərində hər hansı bir vasitə olmasından məlumatı olmamışdır. O, sadəcə Təqsirləndirilən şəxs torpaq qazmasını görmüş, bundan sonra olan proseslərlə bağlı məlumatı olmamışdır. Həmin ünvanda yaşadıqları vaxtlarda tez-tez aşağı mərtəbədən aralarında olan münaqişədən dolayı səslər gəlmişdir. Lakin hadisənin baş verdiyi gün, yəni 8 dekabr 2021-ci il tarixdə saat 13:45 radələrində evə gəldiyindən bundan əvvəl münaqişə olması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hərbi hissədə MAHHXHQ vəzifəsində, çavuş rütbəsində çalışır. X6 onun dayısıdır. Hərbi hissə komandirinin 9.12.2021-ci il tarixli əmri ilə 5 günlük növbəti məzuniyyətə buraxılmışdır. 9.12.2021-ci il tarixdə məzuniyyətə çıxdığı vaxt ailəsinin yaşadığı Gəncə şəhərinə yollanmışdır. Təxminən ailəsi ilə birlikdə 1-2 gün vaxt keçirdikdən sonra 11 dekabr 2021-ci il tarixdə ona xalası oğlu Əli zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra xalası oğlu Əli onun yaşadığı ünvana gələrək onunla və anası X16 ilə söhbətə başlamışdır. Əli danışıq zamanı dayısı Azad Məmmədovun qonşularının zəng edərək A.Məmmədovun itkin düşməsi barədə məlumat verdiyini bildirib bununla bağlı onlara gəldiyini söyləmişdir. Onların ailəsinin dayısı Azad Məmmədov və onun ailəsi ilə elə də isti münasibəti olmadığından onlarla tez-tez əlaqə saxlayıb ünsiyyət qurmamışdır. Xalası oğlu Əlinin onlara bu barədə məlumat verdiyindən xx.xx.2021-ci il tarixdə o, anası Təranə Aslanova və xalası oğlu Əli ilə birlikdə dayısı Azad Məmmədovun yaşadığı ünvana yollanmışlar. X27 həyat yoldaşı Sənəm kimi çağırdıqları qadının və oğlu Məhəmmədin qonşularla birlikdə evdə olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları dayısının ailə üzvlərinin izahatlarını almışdır. Polis əməkdaşları ailə üzvlərinin izahatlarını aldıqdan sonra əyləşib dayısı Azad Məmmədovun hara getməsi ilə bağlı söhbət etməyə başlamışlar. Dayısının həyat yoldaşı Sənəm onlara 8.12.2021-ci il tarixdə Azad Məmmədovun işə getdiyini, özünün isə evdən çıxaraq işə getdiyini, həmin gün saat 23 radələrində evə qayıtdığını, lakin həyat yoldaşı Azad Məmmədovun evdə olub-olmamasını bilmədiyini onlara bildirmişdir. X23 həyat yoldaşı Sənəm ayrı-ayrı otaqlarda yaşamışlar. Dayısı oğlu Məhəmməd isə atasının 8.12.2021-ci il tarixdə ona 10 AZN pul verərək kommunal xərci ödəməyi bildirdiyini, özünün isə evdən çıxıb getdiyini onlara bildirmişdir. Bundan sonra onların arasında bu barədə danışıq olmamışdır. Növbəti gün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində anası Təranə Aslanova ilə birlikdə dayısı Azad Məmmədovun yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə yalnız A.Məmmədovun həyat yoldaşı Sənəm olmuşdur. Onlar müddət söhbət etdikdən sonra Gəncə şəhəri, Nizami RPİ-nin əməkdaşları həmin evə gəlmişlər. Polis əməkdaşları evə baxış keçirəcəklərini bildirərək ondan köməklik etməyini xahiş etmişlər. Təxminən 1 saat evin ərazisinə baxış keçirsələr də heç bir əhəmiyyət kəsb edən əşya əldə edə bilməmişlər. Daha sonra polis əməkdaşları getsələr də o, həyətə düşərək gəzişməyə başlamışdır. Həmin vaxt evin həyətyanı sahəsində olan xəzan yarpaqlarını ayağı ilə tərpətmışdır. Bu zaman o, həmin həyətyanı sahədə torba görmüşdür. Torba onun diqqətini cəlb etdiyindən o, bel adlanan aləti götürərək onun ətrafını qazmışdır. Torbanın alt hissəsi yerə basdırılmışdı. Ətrafı qazıldıqdan sonra belin uc hissəsi ilə torbanı qaldırmaq istəsə də torbanın ağır olduğunun şahidi olmuşdur. Bundan sonra gedib evdən qayçı götürərək yenidən həmin yerə qayıtmışdır. Torbanın baş hissəsini kəsən zaman torbanın içərisində örtük olduğunu görmüşdür. Daha sonra torbanı əli ilə tutub silkələməyə başlamışdır. Torbanı çəkən zaman torba çıxsa da, örtük yerdə qalmışdır. Daha sonra örtüyü qaldırdıqda, bu zaman örtüyün arasından nə olduğunu bilmədiyi bir əşya yerə düşmüşdür. Həmin vaxt örtüyün arasında olan, oxşada bilmədiyi əşyanın nə olduğunu fikirləşmək üçün evin həyətyanı sahəsindən çölə çıxaraq, anası Təranəyə zəng edib çölə çıxmasını bildirmişdir. Bu zaman anası çölə çıxanda yanında Məhəmməd və anasının olduğunu görmüşdür. O, Məhəmmədə dərhal yaxınlaşaraq polis əməkdaşlarına məlumat verməsini, həyətyanı sahədə bir əşya tapdığını bildirmişdir. Daha sonra o, Məhəmməd, anası Təranə və Sənəm ilə birlikdə həmin tapdığı əşyanın yanına getmişlər. Oradakılar həmin tapdığı əşyaya əl vurmaq istəyən zaman o, oradakılara etiraz edərək, əl vurmamaqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək həmin tapdığı əşyanın insan meyiti olduğunu bildirərək ərazidən kənarda qalmaqlarını bildirmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, mərhum Azad Məmmədov onun qardaşıdır. Onun mərhum qardaşı Azad Məmmədovla əvvəllər münasibəti yaxşı olmuş, son illər isə onunla bacı-qardaş münasibətləri və get-gəlləri olmamışdır. Ümumiyyətlə bacılar yəni, Təranə, o və Məlahətin mərhum qardaşları Azadla münasibətləri olmamış və qardaşları ilə münasibətlərinin soyuması məlum hadisədən çox qabaq olmuşdur. Qardaşı Azad bir neçə il əvvəl insult xəstəliyinə tutulmuş, həmin ərəfələrdə qardaşı oğlu Məhəmmədin nişanlanma məsələsi olmuşdur. O, həmin vaxt qardaşı Azadla oğlu Məhəmmədin arasında münasibətin mehriban olduğunu görmüşdür. O, axırıncı dəfə qardaşının evinə iki il bundan qabaq getmişdir. Məhəmməd həmişə həmin evi satıb Mingəçevir şəhərinə köçmək fikri olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, mərhum Azad Məmmədov onun qardaşıdır. Onun qardaşının evinə gediş-gəlişi olmadığı üçün qardaşının oğlu ilə münasibətinin necə olmasını bilməmişdir. Buna baxmayaraq o, qardaşının səhhətində problem olduğunu, onun insult keçirdiyini bilmişdir. O, qardaşı Azadın oğlu Məhəmməd tərəfindən öldürüldüyünü eşidəndə inanmamış, ona sonradan evmülk üstündə Məhəmmədlə atası Azadın arasında mübahisə olması məlum olmuşdur. Belə ki, qardaşı Azad itkin düşən zaman o, bacıları ilə birlikdə qardaşı Azadın evinə getmişdir, evdə olduqları vaxt Azadın yoldaşı heçnə olmamış kimi bacısı Məlahətə onların evindən nəyə görə qeydiyyatdan çıxmamasını soruşmuş və Məlahətin evdən qeydiyyatdan çıxmamasının ata ilə oğul arasında söz-söhbətə səbəb olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 dekabr 2021ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri – ünvan 1 ünvanıdır. Həmin ev ünvan 3nda yerləşir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və X28 Hüquqi şəxsin 12 dekabr 2021-ci il tarixli, 2025 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alın, burun və hər iki göz nahiyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 2-3 gündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 10 yanvar 2022-ci il tarixli, 14/07 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı postravmatik stress pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.1987-ci il tarixli 95/87 saylı ambulator xəstənin tibbi kartası, xx.xx.2021-ci il tarixli 1904/2021 saylı ambulator karta, 44 saylı arayış, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 323 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, yaddaşının pozulmaması, təfəkkürünün adi tempində olması, mülahizə və mühakimələrində bir qədər səthilik müşahidə edilməsi, hövsələsiz, acıqlıdır və kobud olması, bütün müayinə boyu əl və ayaqlarında əsmə müşahidə edilməsi, diqqət mərkəzində olmağa çalışması, onda simulyativ davranışa meyillik aşkar edilməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və nevrotik səviyyədə olması səbəbində o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə tarixdə Gəncə şəhər Psixonevroloji Dispanserində ambulator şəraitdə müayinə olunaraq kliniki diaqnozun dəqiqləşdirilməsi üçün Gəncə şəhər Psixiatriya xəstəxanasında göndəriş verilməsi, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olmaması, xx.xx.2021-ci il tarixdən sonra tibbi yardım üçün Gəncə şəhər Psixonevroloji Dispanserinə müraciət etməməsi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.1987-ci il tarixli 95/87 saylı ambulator xəstənin tibbi kartası, xx.xx.2021-ci il tarixli 1904/2021 saylı ambulator karta, 44 saylı arayış, Gəncə şəhər Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 323 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozuntularının (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, yaddaşının pozulmaması, təfəkkürünün adi tempində olması, mülahizə və mühakimələrində bir qədər səthilik müşahidə edilməsi, hövsələsiz, acıqlıdır və kobud olması, bütün müayinə boyu əl və ayaqlarında əsmə müşahidə edilməsi, diqqət mərkəzində olmağa çalışması, onda simulyativ davranışa meyillik aşkar edilməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi 28 dekabr 2021-ci il tarixli, 6/5611-6/5616 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş meyitin üzərindən götürülmüş parça hissəsi tünd qəhvəyi rəngli pambıq tərkibli liflərindən ibarətdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sol əl dırnaqlarında tünd qəhvəyi rəngli pambıq tərkibli lif mikrohissəcikləri vardır. Həmin lif mikrohissəcikləri və meyitin üzərindən götürülmüş parça hissəsinin tərkib lifləri cinsi əlamətlərinə görə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş kül nümunəsinin və meyitin üzərindən götürümüş parça hissəsinin üzərlərində tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Buxarlanma prossesinin nəticəsində yüngül fraksiyalar uçduqdan və yüksək temperatura məruz qaldığından əsaslı dəyişiklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 12 yanvar 2022-ci il tarixli, 83 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: bədən səthinin baş, boyun, döş qəfəsi, qarın, yuxarı və aşağı ətrafların ümumi bədən səthinin 90 %-ni əhatə edən daxili orqanların və əksəriyyət skelet sümüklərinin yanıb kömürləşməsi ilə müşaiyət olunan İİİ-İV dərəcəli termiki yanığı. Bu xəsarətlər yüksək hərarətin, alovun təsirindən yanma nəticəsində əmələ gəlmişdir. Yuxarı tənəffüs yollarında hiss çöküntülərinin olmamasına və meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı qanda karbooksihemoqlobinin aşkar edilməməsinə əsasən belə nəticəyə gəlirəm ki, qeyd edilən yanıq xəsarətləri A.X.Məmmədovun ölümündən sonra əmələ gəlmişdir. X2 meyitinin bədənində yuxarıda göstərilən yanıq xəsarətlərindən başqa döş qəfəsinin sol tərəfində İİİ, İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların orta qoltuqaltı xətt üzrə, İV qabırğanın ön qoltuqaltı xətt üzrə, Vİ qabırğanın isə orta körpücük xətt üzrə sınıqları kimi xəsarətlər də aşkar edildi. Bu xəsarətlər həyatidir, A.X.Məmmədovun ölümündən az qabaq bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. A.X.Məmmədovun döş qəfəsi sağ yarısı qabırğalarla, ağciyərlə birlikdə yanıb-kömürlşdiyi üçün qeyd olunan qabırğalardakı sınıqların sağlamlığa zərərvurma dərəcəsini dəqiq təyin etmək mümkün deyil. Lakin bu sayda qabırğaların sınıqları canlı şəxslərdə ən azı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurma kimi qiymətləndirilir. X3 meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. X3 meyitinin müayinəsi zamanı aşkar edilmiş boyunun yumşaq toxumalarına, qırtlaq ətrafında qansızmaların olması, dilaltı sümükdə sınığın olması, sol ağciyərin plevrası altına, ürəyin xarici qişası altına nöqtəvari qansızmaların olması; ürək boşluqlarında maye qanın olması əlamətlərinə əsasən və Təqsirləndirilən şəxs da ifadəsini nəzərə alaraq, A.X.Məmmədovun ölümünə səbəb boyunun küt əşya ilə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və X28 Hüquqi şəxsin 07 fevral 2022-ci il tarixli, 15/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X12 ABO sistemi üzrə qan qrupu V /İİİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/- dir. Ekspertizaya təqdim edilmiş ədyal üzərində olan ləkələrdə zəif intensivliyində qan aşkar edildi. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. Hüceyrə elementləri (insan toxumaları və ya sümüklər) aşkar olunmadı, Ekspertizaya təqdim edilmiş çuval, ədyal, kömürləşmiş qalıqlar üzərində olan ləkələrdə qan və hüceyrə elementləri (insan toxumaları və ya sümüklər) aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş iki ədəd dəsmal üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş iki ədəd bel üzərində qanda şübhəli ləkə, insan toxumaları və ya sümüklərə oxşar obyekt aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 fevral 2022-ci il tarixli 22/145R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qabırğa sümüyü fraqmenti, Təqsirləndirilən şəxs bioloji atasına məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanasının 5 yanvar 2022-ci i tarixli 323 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixo-Nevroloji Dispanserin 21 yanvar 2022-ci il tarixli 95\87 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixdə dispanserə müraciət edib “Kəllə-beyin travmasının mnestik pozğunluqlarla, psixopatabənzər davranış” diaqnozu qoyulmuşdur. Sonuncu dəfə xx.xx.2013-cü ildə dispanserə müraciət etmiş, bundan sonra bir daha müraciət etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixo-Nevroloji Dispanserin 26 yanvar 2022-ci il tarixli 44 nömrəli məktubundan görünür ki, İİ Qarabağ döyüşlərinin iştirakçısı Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə sahə poliklinikasının göndərişinə əsasən Gəncə şəhər Psixonevroloji Dispanserinə müraciət etmiş, əsəbilikdən, yuxusuzluqdan şikayətləri olmuş, ilkin müayinə zamanı onda asteno-nevrotik əlamətlər müəyyən edilmiş və xəstənin ətraflı müayinə və müalicəsi üçün Gəncə şəhəri Psixiatriya xəstəxanasına göndəriş yazılmışdır. Təqsirləndirilən şəxs dispanserə müraciət etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Gəncə şəhər Narkoloji Dispanserin 27 yanvar 2022-ci il tarixli 318 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası nakoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 15 dekabr 2021-ci il tarixli, 671 nömrəli arayışndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Təlim Toplanışa cəlb edilərək xx.xx.2020-ci il tarixə Tərtər rayon istiqamətində gedən döyüşlərdə iştirak edib xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılıb və xx.xx.2020-ci il tarixdən HXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 04 aprel 2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, meyitdən götürülmüş 1 (bir) ədəd qabırğa sümüyü fraqmenti, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd qara rəngli idman gödəkçəsi, hadisə yerindən və meyitin üzərindən götürülmüş kül və kömürləşmiş parça hissələri, Təqsirləndirilən şəxs götürülmüş qan və ağız suyu nümunələri, Təqsirləndirilən şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, X12 qurudulmuş qan nümunəsi, hadisə yerindən götürülmüş 1 (bir) ədəd çəhrayı rəngli ədyal, 1 (bir) ədəd ağ rəngli çuval, 2 (iki) ədəd taxta saplı dəmir başlıqlı bel maddi sübut qismində tanınaraq Gəncə şəhər prokurorluğunun inzibati binasında maddi sübutlar otağında saxlanılır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 763 nömrəli arayışından və 762 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 12 yanvar 2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 12 dekabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan və 14 dekabr 2022-ci il tarixli Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin ibtidiai istintaq zamanı tam etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin etiraf edici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs X7nun yerləşdirdiyi odun qalıqlarını və palıd qozalarını təmizləyərkən sonuncunun otağa daxil olaraq onu təhqir etməklə əsəbi şəkildə hansı səbəbdən odun qalıqlarını yığışdırdığını deyərək onu yenidən nalayiq ifadələrlə təhqir etdiyi, o yataq otağına getdiyi halda Azad Məmmədovun ora da gəlib təhqir etməyə davam etdiyi və onun iradlarına məhəl qoymadığı üçün sonuncunu yerə yıxıb özünün Azad Məmmədovun üstünə düşməsi nəticəsində sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirərək Azad Məmmədovun müqavimətini qırdıqdan sonra qolları ilə boyun nahiyəsindən arxadan tutub sıxaraq boğması zamanı ölümünə səbəb olan xəsarətlər yetirməsini iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, zərərçəkmiş X9 ilkin olaraq odun qalıqlarını hansı səbəbdən yığışdırmasını bildirərək onu nalayiq ifadələrlə təhqir etmiş, sonradan təqsirləndirilən şəxs digər otağa getməsinə baxmayaraq zərərçəkmiş Azad Məmmədov ora gəlib yenidən nalayiq ifadələrlə onu təhqir etmiş və nəticədə zərərçəkmiş şəxsin nalayiq ifadələrlə təhqirləri nəticəsində təqsirləndirilən şəxs onu qəsdən öldürmüşdür. Məhkəmə həmin nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin arasında ataoğul olmaqla yaxın qohumluq münasibətinin olmasını, zərərçəkmiş şəxsin valideyn statusundan çıxış edərək etdiklərinin əksinə Azərbaycan Respublikası Konstitusiyası ilə də təsbit edilən uşağını tərbiyə etmək vəzifəsinin olmasını da nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, İİ Qarabağ Müharibəsinin işirakçısı olmaqla döyüşlərdə iştirak etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət əməlindən sonrakı zaman ərzində davranışını, yəni cinayət əməlinə tənqidi münasibətini, əməlindən peşman olmasını onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 12 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər prokurorluğunun inzibati binasında saxlanılan meyitdən götürülmüş 1 (bir) ədəd qabırğa sümüyü fraqmenti zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd qara rəngli idman gödəkçəsi, hadisə yerindən və meyitin üzərindən götürülmüş kül və kömürləşmiş parça hissələri, Təqsirləndirilən şəxs götürülmüş qan və ağız suyu nümunələri, Təqsirləndirilən şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, X12 qurudulmuş qan nümunəsi, hadisə yerindən götürülmüş 1 (bir) ədəd çəhrayı rəngli ədyal, 1 (bir) ədəd ağ rəngli çuval, 2 (iki) ədəd taxta saplı dəmir başlıqlı bel hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz ön dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər prokurorluğunun inzibati binasında saxlanılan meyitdən götürülmüş 1 (bir) ədəd qabırğa sümüyü fraqmenti zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli idman şalvarı və 1 (bir) ədəd qara rəngli idman gödəkçəsi, hadisə yerindən və meyitin üzərindən götürülmüş kül və kömürləşmiş parça hissələri, Təqsirləndirilən şəxs götürülmüş qan və ağız suyu nümunələri, Təqsirləndirilən şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, X12 qurudulmuş qan nümunəsi, hadisə yerindən götürülmüş 1 (bir) ədəd çəhrayı rəngli ədyal, 1 (bir) ədəd ağ rəngli çuval, 2 (iki) ədəd taxta saplı dəmir başlıqlı bel məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar