Məhkəmə qərarları › İş №1(100)-260/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-260/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-260/2023 21.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonu, Aşağı Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdar, yəni ümumi təmiz çəkisi 4665 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi VAZ 21099 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla daşımış, 13 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bərdə rayonu, Hacallı kəndində müəyyən edilərək idarə etdiyi həmin avtomobil ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasının həyətində idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən daşıdığı üzəri yapışqanlı lentlə möhkəm sarınmış 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ümumi təmiz çəkisi 4665 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə saat 16 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə tanışı Şahid5 ***-***-**-** nömrə ilə WhatsApp mobil tətbiqi vasitəsi ilə zəng edərək Bərdə rayonu, Lənbəran kəndində yerləşən kafenin qarşısında paket veriləcəyini deyib götürərək gətirməsini və bu xidmətin qarşılığında 50 manat pul verəcəyini demişdir. O, Elməddinlə razılaşıb evdən çıxaraq etibarnamə ilə idarə etdiyi VAZ-21099 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu, Lənbəran kəndinə getmişdir. Yolda Elməddin ona zəng edərək İran İslam Respublikası vətəndaşı olan Tural adlı şəxsin ona zəng edəcəyini bildirmişdir. Deyilən yerə çatıb gözlədikdən sonra Tural adlı şəxs istifadəsində olan +**********49 mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə WhatsApp mobil tətbiqi ilə zəng edib Elməddinin dediyi paketin Bərdə rayonu, Hacallı kəndində yolun kənarında istifadə olunmayan avtomobillərin yuyulması məntəqəsində olduğunu deyərək həmin ərazinin yerləşdiyi yerin şəklini konum edib paketin olduğu yerlərin şəklini çəkərək ona göndərmişdir. O, həmin yeri konum vasitəsilə tapıb Turalın ona dediyi paketləri götürmüş və avtomobilin yük yerinə qoyub avtomobilə əyləşdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları narkotik vasitələrin saxlanılmasında və alqı-satqısında şübhəli olduğu üçün onu avtomobili ilə birlikdə Bərdə rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış zamanı üzərindən pul əsginaslarından başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı onun idarə etdiyi avtomobilin yük yerindən polis əməkdaşları tərəfindən iki ədəd qara rəngli sellofan bükümlər aşkar edərək götürülmüşdür. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, bükümün bir ədədinin çəkisinin 2,69 kq, digərinin isə 2,66 kq olduğunu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, marixuananı İran vətəndaşı Tural adlı şəxsdən WhatsApp mobil tətbiqi vasitəsi ilə əldə etmiş, Tural adlı şəxsi tanımamış, marixuananın satışı ilə məşğul olmamış, avtomobildə anası Şahid6 da olmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman qəfildən qaçmağa başladığı üçün yerə yıxılmış və sol gözü yerdə olan beton parçasına dəydiyi üçün sifət nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiqlərə məruz qalmamış, polis əməkdaşları ona hər hansı xəsarət yetirməmişlər. Tanışı Şahid5 hadisə günü ona zəng etməmiş, gedib narkotik vasitəni götürməsini bildirməmiş, ümumiyyətlə Elməddinin bu hadisəyə aidiyyəti olmamış, o, sadəcə qorxduğu üçün Şahid5 adını çəkmiş, ona görə də sonuncunun ifadəsində göstərdiyi xüsusatlar doğru olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi VAZ-21099 markalı avtomobilində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu, Hacallı kəndində saxlanılmış və idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə birlikdə Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı pul əsginaslarından başqa digər qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı avtomobilə baxış keçirilmiş və avtomobilin arxa yük yerindən iki ədəd qara rəngli sellofana bükülmüş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkisi 2.66 kiloqram və 2.69 kiloqram olması müəyyən edilmişdir. Həmin kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və qaçan zaman sifəti üstə yerə yıxılaraq üz nahiyyəsindən xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid4 və KTQ-nun ekspertkriminalisti Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, Təqsirləndirilən şəxs tanımış və sonuncu ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. İran vətəndaşı Tural adlı şəxsi tanımamış və sonuncu ilə aralarında heç bir danışıq olmamışdır. 13 avqust 2022-ci il tarixdə Elmiri Ağcabədi rayonunda görməmiş və sonuncuya mobil nömrə ilə zəng etməmişdir. Elmirin dediklərini yalan və böhtan olmuş, Elmirin avtomobilindən aşkar edilmiş narkotik vasitədən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu bilməmiş və görməmişdir. 13 avqust 2022-ci il tarixdə Elmir ilə içməli su gətirmək üçün Ağcabədidə yerləşən “Plafaktoriya” deyilən ərazidən su gətirməyə getmişdir. Yolda bir nəfər şəxs Elmirin idarə etdiyi avtomaşını saxlatdırmış, Elmir avtomaşından düşüb həmin şəxsə yaxınlaşaraq söhbət etdikdən sonra qayıdıb avtomaşına əyləşmiş, “Gedək Bərdə rayonu Lənbəran kəndinə orada əşya var onu götürək, sonra su gətirməyə gedərik. Bu tanışım Elməddindir, qarşılığında mənə pul verəcək” demişdir. Yolda Elmir telefonla kimləsə danışıb həmin əşyanın yerini dəqiqləşdirmişdir. Hacallı kəndinin girişinə çatdıqdan sonra Elmir avtomaşından düşərək həmin əşyanı götürməyə getmişdir. Elmir avtomobilə əyləşdikdən sonra polis əməkdaşları onları saxlamışlar və avtomobildə narkotik olduğunu bildirmişlər. Elmir isə polis əməkdaşlarına həmin əşyanın Elməddinə məxsus olduğunu və taksi kimi gəlib həmin əşyanı götürərək Elməddinə aparacağını demişdir. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. Şöbədə oğlunun avtomobilindən narkotik vasitə aşkar olunduğu üçün Elmir şübhəli şəxs kimi tutulmuşdur. O da polis şöbəsindən çıxıb yaşadığı Ağcabədi rayonuna getmiş və Elmirin narkotik götürməyindən xəbəri olmamışdır. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman oğluna qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiqlərə məruz qalmamış, polis əməkdaşları oğluna hər hansı xəsarət yetirməmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Elmir qəfildən qaçmağa cəhd etdiyi üçün yerə yıxılmış və sifət nahiyəsindən xəsarət almışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X4 xx.xx.2022-ci il tarixli, 16/965 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə möhkəm sarılmış polietilen torbadakı, üzəri yapışqanlı lentlə möhkəm sarılmış 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ümumi təmiz çəkisi 4665 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd ümumi təmiz çəkisi 4665 qr, tədqiqata sərf edildi - 0,4qr (hər obyektə 0,2 qr), qalıq- 4664,6 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1278 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 991 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kitabçasında onun tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər - sol göz qapağında qançır, sol gözün alt nahiyəsində qançır və çapılmış yara, sol saiddə və sağ baldırda sıyrılmış qərtmək bağlamış yaralar müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində törənə bilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterik xüsusiyyətləri göstərilmədiyindən həmin xəsarətlərin müddətini dəqiq müəyyən etmək mümkün deyildir. Lakin xx.xx.2022-ci il tarixdə törənə bilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Bərdə RPŞ-də müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərindən pul əsginaslarından başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı avtomobilinə baxış zamanı isə arxa yük yerindən iki ədəd qara rəngli torbada marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 10 markalı mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Samsung Galaxy A 10 markalı mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, WhatsApp business sosial şəbəkəsinə daxil olduqda Tural adlı şəxsin +**********49 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, həmçinin Tural adlı şəxsin +**********49 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrə arasında yazışmaların olması müəyyən edilmişdir. Belə ki, Tural 16 iyun 2022-ci il tarixdən Təqsirləndirilən şəxs ilə Whatsapp sosial şəbəkəsində yazışaraq münasibət qurmuş və səsli mesajlaşmış, 12 avqust 2022-ci il tarixdə Tural Elmirə səsli mesaj ataraq narkotik vasitənin Yevlax rayonu ərazisinə qoyacağını və Elmirdən oradan götürməsini xahiş etmiş, Elmir Turala səsli mesaj göndərərək yolda polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə apardıqları üçün həmin narkotik vasitəni götürə bilməyəcəyini bildirmişdir. 13 avqust 2022-ci il tarixdə saat 11 radələrindən Elmir Tural ilə səsli mesajlarla danışmış, Tural Elmirə səsli mesaj ataraq malın miqdarının 5 kiloqram olduğunu bildirmiş və narkotik vasitəni haradan götürəcəyi yerin şəkilini və konumunu atmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Bərdə rayonu, Hacallı kəndində hadisə yerini və baş vermə şəraitini, o cümlədən narkotik vasitə marixuananı götürdüyü yeri göstərməklə, törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmədə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 İran vətəndaşı Tural adlı şəxsi tanımadığını və sonuncu ilə aralarında heç bir danışıq olmadığını, 13 avqust 2022-ci il tarixdə Elmiri Ağcabədi rayonunda görmədiyini və sonuncuya mobil nömrə ilə zəng etmədiyini, Elmirin dediklərini yalan və böhtan olduğunu, Elmirin avtomobilindən aşkar edilmiş narkotik vasitədən xəbərsiz olduğunu və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilmiş 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ümumi təmiz çəkisi 4665 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4664,6 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin “maddi sübutların saxlanması otağı”na saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edərək saxlaması, qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi **-CC-*** dövlət nömrə nişanlı VAZ- 21099 markalı avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edərək saxlamasında, qanunsuz dövriyyəsi ilə məşğul olmasında, həmçinin narkotik vasitələri idarə etdiyi VAZ 21099 markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilində saxlamasında kifayət qədər əsaslar olduğu üçün üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(021)-164/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Bərdə RPŞ NMQ-nun baş əməliyyat müvəkkili X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsi və vətəndaşın şöbəyə gətirilməsi haqqında” protokoldan görünür ki, əməliyyat qrupunun üzviləri Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib idarə etdiyi avtomobilində, həmçinin üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirib Bərdə rayon polis şöbəsinə getməyi təklif etdikdən sonra Təqsirləndirilən şəxs qəfildən qaçmağa başlamış və onlardan təxminən bir neçə metr aralıda yerə yıxılmışdır. Əməliyyat qrupunun üzvləri yerdən qaldıran zaman Təqsirləndirilən şəxs cibindən telefon yerə düşmüşdür. Qeyd edilən telefon maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs qaldıran zaman yerə yıxıldığı üçün sifət nahiyəsindən xəsarət aldığı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobili ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 20.20-də Bərdə rayonu, Hacallı kəndində saxlanılaraq saat 21.00-da Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, əməliyyat tapşırığı əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması, xx.xx.2022-ci il tarixdə sonuncunun etibarnamə ilə idarə etdiyi avtomaşından aşkar edilmiş qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmişdir. Ancaq, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən edərək istintaq təqdim etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Tural adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri nəticəsində Şahid5 Ağcabədi rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılması və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi aparılması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Eminov X3 RMX-nin Poliklinika şöbəsində nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağcabədi RİH başçısının Aşağı Avşar KİƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.2003-cü il təvəllüdlü X2 və oğlu – xx.xx.2021-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il təvəllüdlü İlkin Eminov adlı oğlu vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Şahid5 ***-***-**-** nömrə ilə WhatsApp mobil tətbiqi vasitəsi ilə zəng edərək Bərdə rayonu, Lənbəran kəndində yerləşən kafenin qarşısında paket veriləcəyini deyib götürərək gətirməsini və bu xidmətin qarşılığında 50 manat pul verəcəyini dediyini, Elməddinlə razılaşıb evdən çıxaraq etibarnamə ilə idarə etdiyi VAZ-21099 markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu, Lənbəran kəndinə getdiyini, yolda Elməddin ona zəng edərək İran İslam Respublikası vətəndaşı olan Tural adlı şəxsin ona zəng edəcəyini bildirdiyini, marixuananı tanışı Elməddinə aparmalı və qarşılığında sonuncudan 50 manat pul almalı olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün qismən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5 həm ifadəsində, həm də ki Təqsirləndirilən şəxsla aralarında keçirilmiş üzləşdirmə zamanı İran vətəndaşı Tural adlı şəxsi tanımadığını və sonuncu ilə aralarında heç bir danışıq olmadığını, 13 avqust 2022-ci il tarixdə Elmiri Ağcabədi rayonunda görmədiyini və sonuncuya mobil nömrə ilə zəng etmədiyini, Elmirin dediklərinin yalan və böhtan olduğunu, Elmirin avtomobilindən aşkar edilmiş narkotik vasitədən xəbərsiz olduğunu göstərmişdir. Həmçinin Bərdə RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportunda da Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı Şahid5 göstərişi əsasında gedərək Bərdə rayonu, Hacallı kəndindən götürməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış zamanı Şahid5 xx.xx.2022-ci il tarixdə WhatsApp mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs zəng etməsi öz təsdiqini tapmamışdır. Halbuki Təqsirləndirilən şəxs ifadəsində 13 avqust 2022-ci il tarixdə saat 16 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə tanışı Şahid5 ***-***-**-** nömrə ilə WhatsApp mobil tətbiqi vasitəsi ilə ona zəng edərək Bərdə rayonu, Lənbəran kəndində yerləşən kafenin qarşısında paket veriləcəyini deyib götürərək gətirməsini və bu xidmətin qarşılığında 50 manat pul verəcəyini dediyini göstərmişdir. O cümlədən davam edən məhkəmə baxışı zamanı keçirilmiş növbəti məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışı Şahid5 hadisə günü ona zəng etməmiş, gedib narkotik vasitəni götürməsini bildirməmiş, ümumiyyətlə Elməddinin bu hadisəyə aidiyyəti olmamış, o, sadəcə qorxduğu üçün Şahid5 adını çəkmiş, ona görə də sonuncunun ifadəsində göstərdiyi xüsusatlar doğru olmuşdur. Bundan başqa iş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol göz qapağında qançır, sol gözün alt nahiyəsində qançır və çapılmış yara, sol saiddə və sağ baldırda sıyrılmış qərtmək bağlamış yaralar aşkar edilmişdir. Bununla belə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman qəfildən qaçmağa başladığı üçün yerə yıxıldığını və sol gözü yerdə olan beton parçasına dəydiyi üçün sifət nahiyəsindən xəsarət aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilmədiyini və psixoloji təzyiqlərə məruz qalmadığını, polis əməkdaşlarının ona hər hansı xəsarət yetirmədiyini göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid1, Şahid2 və Şahid4 da ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilmədiyini və psixoloji təzyiqlərə məruz qalmadığını, polis əməkdaşlarının sonuncuya hər hansı xəsarət yetirmədiyini, saxlanılan zaman Təqsirləndirilən şəxs qəfildən qaçmağa cəhd etdiyi üçün yerə yıxıldığını və sifət nahiyəsindən xəsarət aldığını göstərmişlər. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 991 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində də Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yıxılma nəticəsində törənə bilməsi inkar olunmadığı göstərilmişdir. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdar təşkil edən, yəni ümumi təmiz çəkisi 4665 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi VAZ 21099 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunun və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ümumi təmiz çəkisi 4665 qram bitki mənşəli kütlələr narkotik vasitə - qurudulmuş marixuanadır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş və o, Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “həbsdə” saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 144 (bir yüz qırx dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilmiş 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 4664,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1278 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “həbsdə” saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 02 (iki) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 21 iyun 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 144 (bir yüz qırx dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilmiş 2 (iki) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2365 qram və 2300 qram olmaqla, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 4664,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkolоji kabinetdə profilaktiki qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar