Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-260/2024 05.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şamil oğlunun iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Tərtər şəhəri H.Əliyev prospekti bina 83 mənzil 30-da qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 19 radələrində Tərtər rayonunun Xoruzlu kəndi ərazisində yerləşən ictimai yer hesab edilən kənd İcra nümayəndəliyinin inzibati binasının qarşısında sərxoş halda Zərərçəkmiş şəxs1 iki il öncə onun ünvanına nalayiq sözlər deməsini bəhanə edərək Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib aralarında olan məsələyə aydınlıq gətirmək məqsədi ilə onu Xoruzlu kəndində kənd İcra nümayəndəliyinin inzibati binasının qarşısına çağıraraq Tərtər rayonunun Xoruzlu kəndinə getmiş, həmin yerdə ətrafda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyət normalarına qarşı saymazlıq göstərməklə, həmçinin vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozub Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq sözlər işlətməsini əsas tutaraq öz etdiyi əmələ kölgə salmaq və ətrafdakı insanları buna inandırmaq üçün onunla mübahisə etmiş, mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə vurub ona üzün sol yarısının diş səthinin əzilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt üzərində əvvəlcədən gətirdiyi silah qismində istifadə etdiyi istintaq tərəfindən növü və təyinatı müəyyən edilməmiş cib bıçağı ilə X6 ilə onun arasında baş verən dava-dalaşın qarşısını ictimai borcunu yerinə yetirərək almaq istəyən Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona sağ əlin 1-ci barmağının 1-ci falanqasının ovuc səthinin səthi kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmçinin səs-küy eşidib hadisə yerinə gələn Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən bıçaqla vuraraq ona döş qəfəsinin sol ön yan divarının daxilə keçən kəsilmiş deşilmiş yarası, diafraqmanın, mədənin, dalağın zədələnməsi, sol tərəfli hemopnevmatoraks, sol bel nahiyəsinin kəsilmişdeşilmiş yarası ilə müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Tərtər rayonu Xoruzlu kənd sakini kimi tanıyır. Onunla təxminən 5-6 il əvvəl tanış olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, Məmməd onun ünvanına nalayiq sözlər danışdığı üçün onunla münasibətləri korlanmış və bunun nəticəsində əlaqələri kəsilmişdir. 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefona zəng edərək, ondan harada olduğunu soruşmuş, Məmməd ona Xoruzlu kəndində yerləşən meşədə dostları ilə birlikdə qəlyan çəkdiyini bildirmişdir. Bundan sonra onların görüşməli olduqlarını diqqətə çatdıraraq, onunla görüşmək istədiyini bildirmişdir. Məmməd ilə görüşmək istəyən zaman onun dava etmək məqsədi olmamışdır. Sadəcə həmkəndlilərindən onun ünvanına nalayiq ifadələr işlətməsini eşitdiyi üçün, bu məsələyə aydınlıq gətirmək istəmişdir. Bundan sonra Xoruzlu kəndinə gedib, Məmmədə zəng edərək onunla görüşmüş, zaman Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə yaranmış, sözügedən mübahisə nəticəsində əsəbiləşərək yumruqla Məmmədin sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Məmməd yerə yıxılmışdır. Bu vaxt Mansurla Yavər onu tutub aralaşdırmışdır. O, da avtomobilə tərəf getməyə başlamışdır. Həmin vaxt kənd camaatının əlində ağac və daşla ona tərəf gəldiklərini görmüş və bunun nəticəsində qorxub özünü itirərək nizamsız olaraq zərbələr endirmişdir. Üzərinə çox adam gəldiyi üçün onu vuracaqlarını zənn edərək, Zərərçəkmiş şəxs2 və Mansuru vurmuş, lakin hadisə zamanı onları vurduğunu bilməmiş sonradan məlumatı olmuşdur. Orxan və Mansurun ona qarşı hər hansı bir hərəkətlər etməsini görməmiş, adamlar çox olduğu üçün kimə zərbə endirdiyini bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Əvvəllər Təqsirləndirilən şəxsla dostluq münasibətləri olmuş, sonradan aralarında mübahisə yaranmış, onlar bir-birlərini təhqir etmişlər və buna görə də münasibətləri pozulmuşdur. Həmin hadisədən sonra onların əlaqələri kəsilmiş, və üzərindən 4-5 il keçdikdən sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, da Turana kənd ərazisində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona illər öncə aralarında yaranmış məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Bu vaxt O, Təqsirləndirilən şəxsla görüşə etiraz etməmiş, onlar Tərtər rayonunun, Xoruzlu kəndində kənd İcra Nümayəndəliyinin binasının qarşısında görüşmüşlər. Daha sonra onlar aralarında söhbət edən zaman o, Təqsirləndirilən şəxs əvvəl bağlanmış məsələni niyə açdığını bildirmiş və bundan sonra Turan onu qəflətən yumruqla ağız nahiyyəsindən bir dəfə vurmuşdur. O, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aralarında əvvəllər narkotik vasitə istifadəsi ilə bağlı bir məsələ olmamışdır. 4-5 il ərzində heç bir əlaqələri olmamış, anidən Turan ona zəng edərək əvvəllər olan məsələni yenidən açmışdır. O, Turanın bildirdiyi yerə gedib, Turanla görüşən zaman Turanın yanında bir neçə şəxs olmuşdur. Onunla yalnız Turan dava etmiş bundan sonra həmin yerdə kənd camaatı da olmuş və kənd camaatı toplanaraq onları aralaşdırmışdır. Kənd camaatının bəzilərinin əlində ağac olmuş, lakin daş olanı olduğunu görməmiş, həmçinin kənd camaatı o, tək olduğu üçün onu müdafiə etmək istəmişlər. Sözügedən hadisə axşam saat 7-8 radələrində baş vermiş və hava qaranlıq olduğu üçün həmkəndlisi Zərərçəkmiş şəxs2 bıçaqlanmasını hadisədən sonra bilmiş və onu dərhal maşına qoyub xəstəxanaya aparmışdır. Vurulduğunu bilmiş və digər şəxslərin də xəsarət aldığını hadisədən sonra bilmişdir. Həmin hadisə vaxtı ətrafda olan həmkəndlisi Mənsur da olmuş və o da araya girib onları aralaşdırmışdır. Onların Turan ilə aralarında əvvəllər qıza görə münaqişə yarandığını istintaq zamanı utanıb deyə bilmədiyi üçün istintaq zamanı 4-5 il bundan əvvəl guya Turanın ona narkotik vasitə olan marixuna verməsi, onun da Turanın ünvanıma nalayiq sözlər deməsini qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonunun Xoruzlu Kənd İcra nümayəndəliyinin inzibati binasının yaxınlığında olan zaman kənd sakinlərinin toplaşdığını görüb bir neçə şəxsin arasında mübahisə olmasını eşitmiş, lakin hadisə axşam saatlarında baş verdiyi üçün qaranlıq olmuş, ətrafda baş verənlər açıq-aydın görünməmişdir. Bundan sonra o, anidən bıçaqlanmışdır. O, bıçaqlandıqdan sonra komaya düşmüş, bundan sonra hadisə zamanı baş verənlər təfərrüatlı şəkildə yadında qalmamış və necə bıçaqlanmasını da xatırlamır. O, Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Tərtər rayonu Xoruzlu kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs qiyabi olaraq həmkəndlisinin qohumu kimi tanımışdır. 31 iyul 2023-cü il tarixdə yaşadığı kəndin ərazisində icra nümayəndəliyinin qarşısında xeyli sayda insan toplaşdığını və Təqsirləndirilən şəxs həmkəndlisi Məmmədlə mübahisə etdiyini görmüş, yaxınlaşaraq onları sakitləşdirib söhbət etməklə, Turandan kənddən çıxıb getməsini xahiş etmişdir. Onlar biraz aralaşdıqdan sonra yenidən mübahisə qızışmış, Məmməd və Turan dava etməyə başlamışlar. Onlar da Turangilə yaxınlaşıb mübahisə etmələrinin qarşısını almaq istəmişlər. Bundan sonra Turan qəflətən Məmmədin sifətinə bir dəfə yumruqla vurmuş və Məmməd yerə yıxılmışdır. Onlar yenidən Turan ilə Məmmədi sakitləşdirib aralaşdıırmışdır. Bu vaxt Turan və yanında gələn təxminən 4-5 nəfər şəxs gəldikləri “VAZ-2107” markalı, göy rəngli avtomobilə tərəf getmişlər. Lakin həmin vaxt yenidən Turanla qaranlıq olduğu üçün görə bilmədiyi şəxsin arasında mübahisə olduğunu o, yenidən Turana yaxınlaşaraq ona iradını bildirib sakitləşməsini bildirmiş, lakin Turan buna məhəl qoymamış və mübahisəyə davam etmişdir. O Təqsirləndirilən şəxs kənarlaşdırmaq istəyən zaman sağ əlinin baş barmağını bıçaq kəsmişdir. Həmin vaxt əlini bıçaq kəsməsini hiss etməmişdir. Bundan sonra Turan və həmin tanımadığı şəxslər gəldikəri avtomobilə tərəf gedib maşına oturmuşlar. O, əlinin qanını yuduqdan sonra Orxanın da bıçaqla vurulduğunu eşitmişdir. Məmməd həmin vaxt Orxanı xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və ondan başqa heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Xoruzlu kəndində yaşayır. 31 iyul 2023-cü il tarixdə dostları ilə birlikdə kəndlərində yerləşən meşədə çay içmişlər. Daha sonra meşədə dostu Məmmədin istifadəsində olan mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs Məmmədə onunla işinin olmasını və buna görə də kənd icra nümayəndəliyinin binasının qarşısında onu gözlədiyini bildirmişdir. Bundan sonra Məmməd onlara işinin olduğu üçün getməli olduğunu bildirmiş və onlar Məmmədin avtomobili ilə kənd ərazisinə doğru yola düşmüşlər. Daha sonra Məmməd onları İcra Nümayəndəliyinin qarşısında düşürmüş onlar kənd ərazsində olan çayxanaya getmişlər. Məmməd isə işi olduğunu bildirərək getmişdir. Bundan sonra kənddə olan şəxslər dava olduğunu eşitmişlər və Məmmədin dalaşması barədə sonradan məlumatı olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisəni görməmiş, dava-dalaş zamanı orada olmamış və sözügedən davada iştirak etməmişdir. Məmmədə kimin zəng etməsi barədə məlumatı olmamış və Məmməd telefonda danışdığı şəxslə normal şəkildə səs-küysüz danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə saat 18 radələrində çay içmək üçün yaşadığı evdən çıxaraq piyada Tərtər şəhər H.Əliyev prospektində yerləşən «Heydər» parkına getmişdir. Daha sonra o dostları ilə birlikdə çay içdikdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs Xoruzlu kəndində bir nəfər tanışı ilə görüşməyə getdiyini və onunla birlikdə getmələrini təklif etmişdir. Onlar taksi sürücüsü ilə birlikdə 5 nəfər birlikdə Xoruzlu kəndinə getmişlər. Xoruzlu kəndinə çatdıqdan bir qədər sonradan adını sonradan öyrəndiyi Məmməd adlı şəxs avtomobili ilə yanlarına gəlib maşından düşmüş, onlara yaxınlaşaraq, Turanın qolundan tutub kənara çəkmişdir. Onlar söhbət edərkən Turanla Məmməd adlı şəxs mübahisə etməyə başlamış və kənd sakinləri onlara tərəf gəlmişlər. Turan Məmmədlə mübahisə edərkən ilkin olaraq Məmmədə yumruqla zərbə vurmuş və bundan sonra Mansur adlı şəxs gələrək, onları sakitləşdirməyə çalışmışdır. Onlar ətrafda olan kənd sakinlərinin sayının çox olmalarını və acıqlı olmalarını və əllərində ağac olduğunu görüb bir-birlərinə qışqıraraq «avtomobilə oturun buradan gedək» demişlər. Bu sözləri dedikdən sonra kimsə “bir nəfəri bıçaqladılar” deyə qışqırmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs dostudur. X10 kəndinə dava etmək üçün getdiyini bilməmişlər, Turan onlara Xoruzlu kəndində tanışı ilə görüşəcəyini bildirmişdir. Mübahisə zamanı onlar dava-dalaşa qarışmamışlar, kənd camaatının yığışdığını görüb oradan kənarlaşmışlar. Hadisə zamanı Turanın Zərərçəkmiş şəxs2 necə bıçqala vurmasını hadisə axşam saatlarında olduğu üçün görmək mümkün olmamışdır. Hadisə zamanı onlar xəsarət almamışlar və həmçinin Təqsirləndirilən şəxs da heç kəs xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Kəngərli kəndində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Tərtər rayonunda yerləşən bazarın qarşısında adını sonradan bildiyi Turan adlı şəxs və onun yanında olan əlavə bir nəfər şəxs müştəri qismində avtomobilinə əyləşmiş, daha sonra «Heydər» parkının yaxınlığında olan daha 3 nəfər şəxsi maşına minmişdir. Təqsirləndirilən şəxs onları Xoruzlu kəndinə aparacağını bildirmiş, o da həmin şəxslə razılaşdıqdan sonra avtomobili Xoruzlu kəndi istiqamətində idarə etmişdir. Xoruzlu kəndində şəhid bulağının yanında olanda həmin şəxslər avtomobili saxlamasını bildirmişlər. O, da avtomobili saxlamışdır. Bundan sonra həmin şəxslər avtomobildən yerə enib yolun sol tərəfinə getmişlər. Bir qədər keçdikdən sonra həmin şəxslər avtomobilə əyləşmişlər, avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs adam bıçaqladığını bildirmişdir. Daha sonra avtomobildə əyləşən şəxslər avtomobili idarə etməsini bildirmişlər. O, da avtomobili idarə edib avtomobilinə müştəri qismində minən şəxsləri Bərdə rayonuna məcburi köçkünlər üçün tikilmiş qəsəbəyə aparmışdır. Daha sonra polisə müraciət edərək müştərisi olan şəxslərdən birinin adam bıçaqladığını bildirmişdir. Maşında olan zaman səs gəlmiş ancaq maşına ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə Tərtər şəhərində yerləşən mərkəzi bazarın qarşısında olan zaman tanışı Turan onun avtomobilinin qabaq sağ oturacağından yerə enib onun yanına gəlmişdir. Salamlaşdıqdan sonra Turan ona çay içməyə getmək istədiyini bildirmiş, bundan sonra Turanın istifadəsində olan mobil telefona zəng gəldikdən sonra Xoruzlu kəndinə getməyə qərar vermişdir. O, da Turandan Xoruzlu kəndinə nə səbəbə getdiyini soruşanda Turan orada bir nəfər tanışı ilə işinin olduğunu və onunla görüşüb qayıdacağını bildirmişdir. Bundan sonra birlikdə Xoruzlu kəndinə getmişlər. Xoruzlu kəndində şəhidlər bulağının yanında sürücü avtomobili saxlamışdır. Bundan sonra avtomobildən yerə enmişlər. Bir qədər sonra Turan adını sonradan bildiyi Məmməd adlı şəxslə görüşmüş və daha sonra Məmməd adlı şəxs mübahisə etməyə başlamışdır. Kənd sakinləri də onlara tərəf gəlmişlər. Onlar ətrafda olan kənd sakinlərinin sayının çox olmalarını və görüb bir-birlərinə qışqıraraq «avtomobilə oturun buradan gedək» demişlər. Bundan sonra dava-dalaş düşmüş və onlar həmin ərazidən kənarlaşmışlar. Əlavə olaraq bildirmişdir ki, onlar davada iştirak etməmişlər, hava qaraldığı üçün hadisəni görməmişdir. Ona xəsarət yetirən olmamışdır. Kəndin mərkəzi olduğu üçün ətrafa kənd camaatı yığılmış, onlar da maşına oturub getmişlər. Turanın vurduğu şəxsi görməmiş, sadəcə Turan maşına əyləşdikdən sonra bıçaqla adam vurdğunu bildirmişdir. Onlara xəsarət yetirən olmamış onlar da davaya qarışmamışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, heç bir rəsmi yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamışdır. Onlarla aralarında ədavət və düşmənçiliyi olmamışdır. 31 iyul 2023-cü il tarixdə saat 18 radələrində Tərtər şəhəri mərkəzi bazarın qarşısında olan zaman tünd rəngli Vaz- 2107 markalı taksi yanında saxlamışdır. Həmin vaxt tanıdığı Turan avtomobilin qabaq sağ oturacağından yerə enib yanına gəlmişdir. Salamlaşdıqdan sonra Turan onunla Xoruzlu kəndinə getməyi xahiş etmişdir. O, da Turandan Xoruzlu kəndinə nə səbəbə getdiyini soruşanda Turan orada bir nəfər qohumu ilə işinin olduğunu və onunla görüşüb qayıdacağını bildirmişdir. Bundan sonra onunla razılaşmış və avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt avtomobilin arxa oturacağında tanıdığı Nahid də oturmuşdur. Avtomobilə əyləşdikdən sonra «saatın dairəsi» istiqamətində hərəkətdə olmuşlar. Heydər parkının yanında olan zaman Turan tanışıları Fəridin Axundov küçəsinin qarşısında olduğunu görüb avtomobili saxlatmış və avtomobildən enib Fəridin yanına getmişdir. Bir qədər sonra həm Turan həm də Fərid gəlib avtomobilə əyləşmişlər. Bundan sonra Nizami küçəsi istiqamətində hərəkətə davam edərək parkın digər giriş hissəsində Rüfətin parkdan çıxıdığını görmüşlər. Turan avtomobili saxlatmış və avtomobildən yerə enib Rüfətlə danışdıqdan sonra hər ikisi avtomobilə əyləşmişlər. Turan avtomobilin qabaq oturacağında o, Rüfət, Nahid və Fərid isə avtomobilin arxa oturacağında əyləşdikdən sonra birlikdə Xoruzlu kəndinə getmişlər. Xoruzlu kəndində şəhidlər bulağının yanında sürücü avtomobili saxlamışdır. Bundan sonra avtomobildən yerə enmişlər. Bir qədər sonra tanımadığı iki nəfər 35-40 yaşlı şəxs onlara yaxınlaşdıb nə baş verdiyini soruşmuşlar. Həmin vaxt Turan onlara «heç bir problem yoxdur, kənddə yaşayan bir nəfər şəxslə görüşməyə gəlmişik» demişdir. Həmin iki nəfər şəxs Turana «aranızda nə problem varsa bizə bildirin biz aranızda olan məsələni həll edək, siz də onunla görüşmədən barışıb gedərsiniz» demişdir. Turan da onlara «narahat olmayın biz dava etməyə gəlməmişik, həmin şəxslə görüşüb çay içdikdən sonra aramızda olan məsələyə aydınlıq gətirib gedəcəyik» deyə cavab vermişdir. Bir qədər sonra adını sonradan öyrəndiyi Məmməd adlı şəxs avtomobili ilə yanlarına gəlmişdir. O, avtomobildən düşərək onlara yaxınlaşaraqa «istəyirsinizsə gedək meşədə aramızda olan məsələni həll edək» demişdir. Onlar da Məmmədə meşəyə getməyə ehtiyac olmadığını bildirmişlər. Sonra həmin şəxslə Turan kənara çəkilib İcra Nümayəndəliyinin inzibati binasının yanında söhbət etmişlər. Həmin vaxt o, Fərid, Rüfət və Nahidlə birlikdə onlardan təxminən 5-10 metr yola tərəf yerdə, kənd sakinləri də ətrafda dayanmışlar. Bu vaxt Turanla sonradan adını öyrəndiyi Məmməd adlı şəxs mübahisə etməyə başlamışlar. Kənd sakinləri də onlara tərəf gəlmişlər. Onlar da kənd sakinlərinin qarşısına çıxaraq onlara «Turanla Məmmədin işinə qarışmayın, icazə verin aralarında olan anlaşılmazlığı özləri həll etsin» demişlər. Həmin vaxt bir neçə nəfər şəxs onlara tərəf gəlib «siz kimsiniz ki, bu kəndə davaya gəlmisiniz» deyə bildirəndə onlar ətrafda olan kənd sakinlərinin sayının çox olmalarını və acıqlı olmalarını görüb bir-birlərinə qışqıraraq «avtomobilə oturun buradan gedək» demişlər. Bu sözləri dedikdən sonra ilk olaraq avtomobil olan tərəfə qaçıb avtomobilə əyləşmişdir. Sonra digər yoldaşlarının gəlmədyini görüb yenidən onları səsləmişdir. Həmin vaxt orada olan şəxslərdən kimsə qışqıraraq «bir nəfəri bıçaqladılar bura polis çağırın» bildirmişdir. Bundan sonra Fərid, Nahid, Rüfət və Turan də gəlib avtomobilə oturmuş və sürücü avtomobili Bərdə rayonu istiqamətində idarə etmişdir. Yolda olan zaman Turan hadisə yerində olan bir nəfər şəxsi bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra onlar Turana iradlarını bildirib «niyə bizi də problemə saldın» demişlər. Turan da onlara «artıq gecdir orada olan bir nəfər şəxs mənə yumruq atdığı üçün onu bıçaqladım» demişdir. Bərdə rayonu ərazisində avtovağzalın yaxınlığında olan zaman avtomobili saxladıb taksi ilə Bakı şəhərinə getmişdir. 01 avqust 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhərində avtovağzalda avtomobildən enib Bakı şəhərində tələbə olan qardaşı Cavidin yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsinə yaşadığı evə getmişdir. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra atası Elbrus ona zəng edərək Tərtər rayonuna gəlməsini bildirmişdir. O, da Tərtər rayonua gələrək ifadə vermək üçün Tərtər RPŞ-nə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ağır dərəcəli bədən xəsarətləri yetirməsindən məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Xoruzlu kəndində yaşayım. Ailəlidir, heç bir rəsmi yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə qiyabi olaraq həmkəndlisinin qohumu kimi tanıyır. 31 iyul 2023-cü il tarixdə saat 20 radələrində kəndin mərkəzində yerləşən şəhidlərin şəkillərinin vurulduğu yerin yanında oturmuşdur. Bir qədər sonra həmkəndlisi Mansur da bərbərxanadan çıxıb onun yanına gəlmişdir. Birlikdə söhbət edən zaman «Vaz-2107» markalı avtomobil yolun digər tərəfində şəhidlər bulağının yanında saxlamış və avtomobildən 5 nəfər şəxs yerə enmişdir. Sonra orada səs-küy gəldiyini görüb Mansurla birlikdə onlara yaxınlaşmışdır. Onlardan nə baş verdiyini soruşanda sonradan adını öyrəndiyi Turan adlı şəxs onlara «2 il bundan əvvəl Məmməd adlı şəxs mənim ünvanıma nalayiq sözlər işlətdiyinə görə gəlmişəm onunla bu məsələni araşdırım» deyə cavab vermişdir. O, Mansurla Turanı sakitləşdirib dava etməməyi bildirmişdir. Bundan sonra Mansur onunla qohum olduğunu bildirib onu sakitləşib getmələrini xahiş etmişdir. Həmin şəxs də onlarla razılaşmışdır. Həmin vaxt Məmməd avtomobili ilə yanlarına gəlmişdir. Bundan sonra Turan Məmmədə «2 il bundan əvvəl sən mənə zəng edib telefonda nəşə istəmisən, mən də sənə nəşə vermişdim, sən isə sonradan mənim ünvanıma nalayiq sözlər işlətmisən» demişdir. Məmməd də Turana «mən səninlə bu barədə heç vaxt danışmamışam və sənin ünvanına heç bir yerdə nalayiq sözlər işlətməmişəm» deyə cavab vermişdir. Həmin vaxt Turan yumruqla Məmmədin sifət nahiyəsinə vurmuş və Məmməd yerə yıxılmışdır. Bundan sonra o, Mansurla onları aralaşdırmışlar. Sonra Turan və yanında olan şəxslər gəldikləri avtomobilə tərəf gedəndə yenidən mübahisə yaranmışdır. Bu vaxt həmkəndlisi Orxanın bıçaqlanmasını eşitmişdir. X13 avtomobilinə mindirib onu Tərtər RMX-na apamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin 4 (061)-27/2023 saylı 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Tərtər rayonu Xoruzlu kəndi ərazisndə yerləşən kənd icra nümayəndəliyinin inzibati binasnın qarşısında baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs cinayətin predmeti olan bıçağı haradan əldə etməsini və hadisədən sonra bıçağı harada saxlamasının yerini müəyyən etmək məqsədi ilə Tərtər RPŞ-nə əməliyyat tapşırığı verilmiş, daxil olmuş, 05 avqust 2023-cü il tarixli ********* nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs cinayətin predmeti olan bıçağı haradan əldə etməsini və hadisədən sonra bıçağı harada saxlamasının yerini müəyyən etmək məqsədi ilə bir sıra əməliyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 02 noyabr 2023-cü il tarixdə Tərtər rayonu Xoruzlu kəndində müdafiəçi X2 iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək 31 iyul 2023-cü il tarixdə Tərtər rayonu Xoruzlu kəndində yerləşən İcra nümayəndəliyinin inzibati binasının yanında Zərərçəkmiş şəxs2 bıçaqla vurduğu yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertin 05 avqust 2023-cü il tarixli 234 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üzün sol yarısının diş səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertin 05 avuqst 2023-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertin 07 avuqst 2023-cü il tarixli 237 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər- sağ əlin 1-ci barmağının 1-ci falanqasının ovuc səthinin səthi kəsilmiş yarası kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertin 26 sentyabr 2023-cü il tarixli 279 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər- döş qəfəsinin sol ön yan divarının daxilə keçən kəsilmiş deşilmiş yarası, difraqmanın, mədənin, dalağın zədəlnməsi, sol tərəfli hemopnevmatoraks, sol belnahiyəsinin kəsilmiş-deşilmiş yarası deşici kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertin 11 oktyabr 2023-cü il tarixli 652 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Epilepsiya, davranış pozuntuları (Psixoaktiv maddələr qəbulu ilə fəsadlaşmış) ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi aşkar olunur. Onun hal-hazırda ruhi xəstəliyə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Hüseynov X4 və davranış pozuntuları (Psixoaktiv Maddələr qəbulu ilə fəsadlaşmış) ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, törətmiş olduğu cinayət əməlinə cavab verə bilmək iqtidarına malik olmuşdur, yəni həmin əməli törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əvvəllər hazırda ləngimə və əqli cəhətdən geri qalma halları müşahidə olunmamış və hal-hazırda da olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 avqust 2023-cü il tarixli 23 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhər H.Əliyev prospekti bina 83 mənzil 30-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 07 avqust 2023-cü il tarixli PHŞ/6 75-2-732/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci iltarixdən «Opioidlərin qəbulu nəticəsində asteniq sindrom» diaqnozu ilə Tərtər RMX-ın poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında dayanır. xx.xx.2020-ci il tarixdən «RAM qəbulu nəticəsində davranış pozuntusu» diaqnozu ilə Tərtər RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır. Hər hansı bir xəstəliklə bağlı Tərtər RMX-na müraciət etməyib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsindən daxil olmuş 09 avqust 2023-cü il tarixli 3-43-59/2-708/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə SHXÇDX-nin Tərtər rayon çağırış komissiyası tərəfindən «Hərbi həkim ekspertizası haqqında Əsasnamə»-nin «Xəstəliklər cədvəli»-nin 1-ci qrafasının 21-ci maddəsinin «b» bəndinə əsasən «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 16 may 2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ondan heç bir tələb və şikayətlərinin olmadıqlarını bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində onun xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qəsdən vurmamasına ətrafdan olan şəxslərin onların əllərində olan kənd təsərrüfat təyinatlı alətlər ilə üzərlərinə gəldikləri üçün onu vuracaqlarını zənn edərək qorxduğu və özünü müdafiə etmək məqsədi ilə nizamsız olaraq zərbələr endirməsinə dair xüsusatlarla bağlı qeyd edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar ekspert rəyləri, zərərçəkmiş şəxs, şahid ifadələri, əməliyyat tapşırığına cavab və işdə olan digər protokollar və s. sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir. Məhkəmə sözügedən xüsusatları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulan cəzanı yüngülləşdirən hal mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 11 ilin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin 4 (061)-27/2023 saylı 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Tərtər rayon vəkil bürosunun vəkili X5, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi Şamil oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X2 işlədiyi Tərtər rayon vəkil bürosunun hesabına 108 manat, Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi Şamil oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 126.2.4-cü maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin başlanğıcı 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X2 işlədiyi Tərtər rayon vəkil bürosunun hesabına 108 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi Şamil oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-260/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-260/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver