Məhkəmə qərarları › İş №1(100)-260/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-260/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-260/2025 30.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X32 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhər, Kəpəz rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından etibarən Azərbaycan Respublikası ərazisində iğtişaşlar təşkil edilməsi, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri edilməsi yolu ilə şəriət qanunları ilə idarə edilən dini dövlətin yaradılması məqsədilə özü ilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplamaq üçün Gəncə şəhəri ərazisində həmin şəxslərə müraciət edərək Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilərək dini dövlətin yaradılması barədə təbliğat aparmaqla, eyni məqsədlə onlara silahlı təlimlər keçməyə hazırlaşmaqla dini radikalizm zəminində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətlərini qəsdən törətmiş, lakin 16 yanvar 2024-cü il tarixdə Dövlət Təhlükəsiziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 28,278.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o verilmiş ittihamda özünü təqsirli bilmir. Onun hadisələrdən xəbəri olmamışdır. O evdə olan zaman onu evindən aparmışlar. İttiham aktında və cinayət işinin materiallarında olan yazılardan onun xəbəri yoxdur. O dövlətinə, cənab Prezidentə, Ulu Öndərin davamçısına sadiq olmuşdur. 44 günlük Vətən Müharibəsində hərbi hissələrə N min manat dəyərində yardım göstərmişdir. Bunları təsdiq edəcək şəxs Araz Məmmədovdur. O heç bir vaxt dövlətinə xəyanət etməmiş, habelə elə şeyləri belə ağlından keçirməmişdir. Onun övladları ali təhsillidir. Onun telefon işlətməkdən belə başı çıxmır, onun üçün maraqlı olan sadəcə zəngin gəlib getməsidir. Onun heç bir şəxslərlə və heç bir başqa dövlətin nümayəndələri ilə danışıqları olmamışdır. O İlham adlı şəxsi tanımış, İlhamla hüzür yerlərində rastlaşmışdır. O İlhamı namaz qılan bir yoldaş kimi tanımışdır. Onun İlhamla görüşməsi, bəzi hallarda İlhama yeşik düzəltdirməklə olmuşdur. İlham öz ailəsini dolandıra bilmədiyi üçün, ona köməklik etmiş və İlhama arı yeşikləri düzəltdirmişdir. O Şahid2 dindar şəxs kimi tanımışdır. Onun Şahid2la heç bir söhbəti olmamışdır. Onun dövlət haqqında heç bir söhbəti olmamışdır. Rəşad və Rasim adlı şəxsləri tanımır. O həcc ziyarətində olmuş, həcc ziyarətində hacılar çox olmuşdur. Onun tanımadığı şəxslərlə hər hansı bir söhbəti olmamışdır. O Şahid5 tanıyır, Şahid5 Gəncə hadisələri ilə bağlı həbs olunmuşdur. Şahid5 həbsdən azad olunduqdan sonra Samirin yanına gedərək “göz aydınlığı” vermişdir. Şahid1 onun qonşusudur, həmçinin Ziya dindardır. O Ziyanın müstəntiqə hansı ifadə verməsindən bixəbərdir, Ziyanın ona qarşı pis fikirləri olmamışdır. Onun Ziya ilə heç bir söhbəti olmamışdır. O 2011 və ya 2013-cü illərdə ziyarətdə olmuşdur. X55 və Yusif Ələkbərovla tanışlıq münasibətləri olmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, «…o, 1961-ci ildə Daşkəsən rayonunda anadan olmuş, hazırda Samux rayonunda arıçılıqla məşğul olmuşdur.1998-ci ildən İslam dininin şiə qoluna ibadət etmişdir. 2005-ci ildə o, Gəncə şəhərində “Azərittifaq”ın qarajında mühərrik ustası işləmişdir. X42 müdir vəzifəsində olmuş və onu qarajda işilə bağlı sıxışdırmaqla maddi təminatını kəsmişdir. O, daha sonra isə öyrənmişdir ki, əmək kitabçasına iş saatları az yazılmışdır. Yusifli Hüseyn hazırda dünyasını dəyişmişdir. Sonuncunun oğlu Yusifli Yusif isə hazırda X46 yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən Azərittifaqın qarajında avtoservisin rəhbəridir. O, nə qədər Gəncə şəhərində polis, prokurorluq, məhkəmə orqanlarına, icra hakimiyyətinə müraciət etsə də şikayətinə baxan olmamışdır. Bu hadisələr onun Azərbaycanda olan mövcud hakimiyyətə qarşı nifrət hisslərini yaratmışdır. O, ziyarət məqsədilə 2013-cü ildə, 2016-cı ildə İran İslam Respublikasına getmişdir. Həmin ölkədə olanda o, Qum və Məşəd şəhərində ziyarətlərdə olmuşdur. Orada 2013-cü ildə olanda Gəncə şəhərindən əvvəllər tanıdığı dindar qardaşlar - Qum şəhərində yaşayan Ramiz Sarıyev və Yusif Ələkbərovla görüşmüşdür. Onlarla ümumi dini mövzularda söhbətlər etdikdən sonra Ramiz və Yusif ona bildirmişdir ki, Azərbaycanda onların barəsində sürgün qərarı çıxmışdır. O, Ramiz və Yusifə sual verəndəki onlara niyə sürgün qərarı çıxmışdır? Sonuncular ona demişdir ki, onlar İranda təhsil alırlar və onların dini baxışları Azərbaycandakı siyasətlə düz gəlmədiyi üçün onları sürgün etmişlər. Bundan sonra O, Kərbəla ziyarətini tamamlamış və Azərbaycana qayıtmışdır. 2016-cı ildə O, yenidən İrana ziyarət məqsədilə getmişdir. Orada yenədə Qum şəhərində yaşayan Ramiz Sarıyev və Yusif Ələkbərovla görüşmüşdür. Sonuncular yenə də ona sürgündə olduqlarını, axtarışda olduqlarını Azərbaycanda hakimiyyətin islamı sıxışdırdığını bildirərək onda hakimiyyətə qarşı olan nifrəti daha da artırmışlar. Bundan sonra o, sosial şəbəkələrdə və platformalarda Hüseyniyyun təşkilatının üzvləri Orxan Məmmədov, Tohid İbrahimbəylini izləmişdir. Bundan başqa İranda yaşayan və Tohidin qaynatası olan Rufulla Axundzadə ilə “X37” qrupunda “whatsapp” mobil tətbiqində tanış olmuşdur. Həmin şəxslərin sosial şəbəkələrdə danışıqları Azərbaycan Respublikasında Kərimə dini dövlətinin qurulması ilə bağlı olmuşdur. O, İranda olanda orada olan ədaləti, gözəl idarə etməni görüb həmin dini dövlət qaydalarına uyğun dövlətin Azərbaycanda da qurulmasını istəmişdir. Buna görə də Orxan və Tohidin danışıqları onu təsirləndirmiş və o, belə qərara gəlmişdir ki, Azərbaycanda İslamı qüvvətləndirmək, müsəlmanlar arasında vahid birlik yaratmaq və vaxtı gəldikdə Azərbaycan hakimiyyətinə qarşı çıxaraq çevriliş edib dini qaydalarla idarə edilən dövlət yaratmaq lazımdır.Bunun üçün o, Gəncədə müxtəlif şəxslərlə danışığı zamanı həmin ideyaları təbliğ etməyə başlamışdır. Belə ki, 2023-cü ilin aprel ayından etibarən Şahid5, Şahid1, Şahid3, Şahid2 və Şahid4la danışıqlarında Azərbaycanda 2025-ci ildə Xomenei ağanın göstərişi ilə hakimiyyətin dəyişəcəyini, dindarların ayağa kütləvi şəkildə qalxaraq hakimiyyəti devirəcəklərini, dini dövlətin qurulacağını, ölkə başçısının hakimiyyətinin rəhbərlikdən gedəcəyini, İranda Xomenei ağanın yetişdirdiyi 3000 dindar alimin gəlib Azərbaycanı idarə edəcəyini və şəriət qanunlarını tətbiq edəcəklərini bildirmişdir. Bundan başqa Samirlə danışığında sonuncuya Gəncədə poçtavoy adlanan ərazidə yaşayan uşaqlara silahla təlim keçmək istədiyini, qoşa lülə tüfəngi olduğunu bildirmişdir. Bu isə hakimiyyətin etdiyi zülmlərə qarşı hazırlıqlı olmaqla bağlı olmuşdur. Bundan başqa adamları təlim keçmək istəsə də bu ideyaları onlara təbliğ etsə də onlar razılaşmamışlar. O, İlham, Samir, Elsevər, Ramin və Ziyaya heç olmasa gedib tirdə atıb silah atmağı öyrənməyi desə də ona qulaq asan olmamışdır. Bundan başqa o, Ziya ilə danışığında Gəncədə yaşayan və hazırda həbsdə olan Hasil adlı şəxsə məktub yazdığını və Hökümət evinin qarşısına Kərbəla ziyarətindən gələnləri oraya mitinqə yönəltməyi tapşırdığını bildirmişdir. Lakin Hasil ona camaatın balasın qırğına verməməyi demişdir. Bundan başqa Şahid2la danışığında Azərbaycanda yeni tətbiq ediləcək dini dövlət texnologiyasının artıq hazır olduğunu bildirmişdir. İlhamla danışığında ona bildirmişdir ki, müsəlmanların elə ayağa qalxmasını istəyir ki, hökümət onun qarşısında aciz qalsın. Bundan başqa Şahid6 adlı Həcc ziyarətində tanış olduğu şəxslə də danışığında ona 2025-ci ilədək Azərbaycanın müstəqil dövlət olmayacağını, hakimiyyət çevrilişinin bir nöqtədən idarə olunmalı olduğunu, əvvəllər İranda olanda bu mövzunu müzakirə etdiyini bildirmişdir. Sumqayıt TİR parkında Seymurla da bu məzmunlu danışıqlar aparmışdır. Belə ki, ona kütləvi şəkildə ayağa qalxıb hakimiyyətin axırına çıxmalı olduqlarını demiş, elə bir şəxsin hakimiyyətə gətirilməli olduğunu bildirmişdir ki, onları dinlə idarə etsin. Adamların olduğunu, hazır olduqlarını bildirmişdir. Lakin onlardan da müsbət cavab almamışdır.Şahid2la danışığında qeyd etdiyi “hakimiyyətin yeni texnologiyasının olması” dedikdə dini qaydalarla idarə edilən sistemin hökümətdə yaradılmasından nəzərdə tutmuşdur.Təqsirləndirilən şəxs əməliyyat-axtarış fəaliyyətinin nəticəsində barəsində əldə edilmiş səs yazıları ilə bağlı istintaqa verdiyi etirafedici ifadəsində bildirmişdir ki, Şahid6 ilə apardığı danışığında “Belə demə, özünü ifşa etmə, burada casus çoxdur. Burada söz danışma. Özünüzü saxlayın inqilaba, 2025-ci ilə kimi Azərbaycan müstəqil dövlət olmayacaq. 3500 alimimiz, şeyximiz var. Onlar elə-belə oturmayıb orada. Ağa elə belə oxutmayıb onları. Hacı Əlikramla fəaliyyətimiz olub (Azərbaycan İslam Partiyasının sədri olmuş, 2011-ci ildə vəfat etmiş X11 nəzərdə tutulur). İslam partiyasını biz qurmuşuq. Hacı Yusiflə (X4 nəzərdə tutulur) Gəncədə islamın maariflənməyinə, maliyyələşməsinə pul qoymuşam. X43 gəlib qonağımız olub. Əlikram birbaşa prezident idi. Hacı Şahini niyə hazırladılar. Bu işdən ötrü gedib İranda oturub söhbət etmişəm ki, bu iş sakit getməlidir. Elə hazırlanmalıdır ki, bir nöqtədən idarə olunub bir gün ərzində Azərbaycanda çevriliş olmalıdır. Bunu hazırlayın. Buna hazırlıq gedir” ifadələrini işlətmişdir. O, Rasimi həcc ziyarətinə gedəndə tanımışdır. Rasimlə göstərilən danışıqları aparmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlətin qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır.Şahid7 ilə apardığı danışığında “Kütləvi şəkildə ayağa qalxıb hakimiyyətin axırına çıxmalıyıq. Bunun qarşısını qanımızla, qeyrətimizlə almalıyıq. Hər sözü deyə bilmirəm, hazır olmalıyıq. Söhbət edilib, bir kəlmə ilə işini at çıx ortaya. Bunun üçün ayıq olmaq lazımdır. Biz o adamı hakimiyyətə gətirməliyik, bizi dinlə idarə etsin. Adamlar var hazırdırlar. 3000 nəfərdir. Oxuyublar, ayətullahdır, müctehiddir. Onların arxası ilə getməliyik. Həbs edilənlər mücahiddir. O işlə fəxr edirlər” ifadələrini işlətmişdir. O, Seymurun işlədiyi Sumqayıt Tır parkına gedərək onunla qeyd edilən məzmunda danışmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlət qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır. Şahid5 ilə apardığı danışığında “İki gündür gəlmək istəyirdim mücahidlə görüşə. Çox adamlarla oturub durma. Sənin etibarlı sandıqlarının çoxu ziddi vilayət olub. Bizə lazım olsa deyəcəm sənə gəl dayan yanımda. Başını salamat saxla, lazım gələndə işarə gələcək. Biz burdayıq, işarəni gözləyirik. Elə iş görəsən ki, ümmət üçün xeyirli olsun. X38 (Şahid3 nəzərdə tutulur) və Poladov Samir (keçmiş AİP Gəncə şəhər təşkilatının üzvü, iranyönümlü dindar X25 nəzərdə tutulur) da gələcək. Payızda İrana gedəcəyəm, qurbanlarım var. Sən həbsdə olanda mənə zəng edirdin. Fikir verirdin? Telefon aparata qoşulurdu, səni və özümü qorumaq üçün çox suallardan qaçırdım. Düşmən qulaq asır hər sözü danışmaq olmur. Mənim əsas işim arxadan idarə etmək idi. Çaşqınlıq yarandı, Gəncə hadisələrində dövlət öz adamları ilə təşviş yaratdı. Orxanın atasını danlamışam. İki gün ona təbliğ etmişəm ki, oğlu haqq yolundadır. Bakıya gedəndə başa salırdım. Belə deyin kanallara. Elmar Vəliyevin bütün iç üzlərini açıb tökdüm. Şərəfsizi bura icra başçısı qoydu şərəfsiz İlham Əliyev. Yunis (Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı E.Vəliyevə qarşı terror aktı həyata keçirmiş X26 nəzərdə tutulur) mücahiddir, qeyrətli oğuldur, onun dərsini verdi. Hansı məhkəməyə mən gedirdimsə polislər deyirdi bunların ağsaqqalı gəlib. Gəncə uşaqlarının məhkəməsində polislər çox olurdu. Kameralarda görürdülər məni qorxurdular ki, hansısa hadisə baş verər məhkəmədə. Kiminlə edim? Ətrafımda “talkovıy” uşaqlar yoxdur. Məhbusu qaçırdacaq, döyüşəcək adamlar gərək ola. Yığırdım “poçtavoyun” (Poçt qəsəbəsi nəzərdə tutulur) uşaqlarını. Gedək Kürün qırağında təlim keçək. Silah verim, mənim qoşa lüləm var, qeydiyyatlıdır. Atmağı öyrənək, qarşıda bəlalı günlər var” ifadələrini işlətmişdir. O, Samirin yaşadığı Gəncədəki evinə gedərək onunla qeyd edilən məzmunda danışmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlət qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır. Bundan başqa danışıqda keçdiyi kimi onun qoşa lülə tüfəngi vardır. Tüfənglə müsəlman şiələrə təlimlər keçmək istəmişdir ki, onlar hazır olsunlar gələcəkdə Azərbaycanda çevriliş olanda, inqilab olanda silahdan istifadə etməyi bilsinlər.Şahid2 ilə apardığı danışığında “Bu günləri görməliyik, qarşıdan yeni hakimiyyət gəlir. Rəhbər (İranın ali dini lideri Xomeneyi nəzərdə tutulur) yetişdirib Azərbaycanın 3000 alimini, gəlib elə gözəl idarə edəcəklər, yeni dövlət proqramının texnologiyası da hazırdır. Sevinmək lazımdır, bunlara, narahat olanlara izah edin. Hacı Taleh həbs ediləndə rəhbərə xəbər verildi ki, ədalətsizlik olub. Rəhbər bildirdi ki, narahat olmayın, 2025-ci ilədək həbsdə qalacaq, həmin il hakimiyyət yerlə-yeksan ediləcək” ifadələrini işlətmişdir. O, Elsevərin yaşadığı Gəncədəki evinə gedərək onunla qeyd edilən məzmunda danışmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlət qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır. Həmçinin 2025-ci ildə çevriliş olacağını qeyd etmişdir.Şahid1 ilə apardığı danışığında “Hasilə yazdım ki, ziyarətdən qayıdanları istiqamətləndirsin Bakıya. Mən də uşaqlardan bir neçə nəfəri götürüm gedim “Hökumət Evi”nin qarşısında mitinq edək. Hasil cavab olaraq bildirmişdir ki, İmamverdi camaatın balalarını qırğına vermək istəyir. Mitinq verilmiş əmrin geri götürülməsi ilə bağlı olacaqdı. Bunların günahı nədir? Kərbəlaya ziyarətə gedənlərə sürgün qərarı vermək nə dərəcədə düzgündür. 5000-6000 adam gəlir. Bakıya istiqamətləndirmək nə deməkdir?”.“Gedək qardaşlara azadlıq istəyək. Qərar ləğv edilməli idi. Hökumət gördü biz qorxağıq, qeyrətimiz yoxdur söz deməyə. Onlar görsəydi ki, biz sözümüzü deməyi bacarırıq, ehtiyat edərdilər. Bu günlər kəskin qərarlar verilməyəcək. Əgər bir olsanız çox iş görərsiniz. Gözləyirik ki, kimsə bizim yerimizə iş görsün. Mömin Səbuhi idi (İİR XXO ilə əlaqədə təqsirli bilinərək həbs edilmiş və həbsdə vəfat etmiş Yasamal rayon sakini X22 nəzərdə tutulur), etirazını etdi, şəhadət məqamına çatdı ifadələrini işlətmişdir. O, Ziyanın yaşadığı Gəncədəki evinə gedərək onunla qeyd edilən məzmunda danışmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlət qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır. O, bildirmişdir ki, Hasilə məktub yazmışdır ki, Kərbəladan ziyarətdən gələn şəxslər yönəlsinlər hökümət evinin arxasına ki, aksiya olsun və İrana ziyarətə gedən şəxslər mömin şiələr mövcud hakimiyyət tərəfindən sıxışdırılmasın.X27 ilə apardığı danışığında “biz təbliğ etməliyik ki, İrana qarşı atəş açmaq olmaz. İran ordusu haqq ordusudur, Azərbaycan ordusu batil ordu. Atəş açmayan şəxslər həbs olunmaqdan qorxmamalıdırlar ifadələrini işlətmişdir. O, Murazla yas mərasimində qeyd edilən məzmunda danışmışdır. Ona İranmeyilli təbliğat aparmaqla İrandakı dini qaydalarla idarə edilən dövlətin daha gözəl olduğunu bildirmişdir.Şahid3 ilə apardığı danışığında “sən o vaxt şəfahətçi olarsan ki, mənimlə birlikdə meydana çıxasan, sözümüzü deyək və birlikdə şəhadətə ucalaq”. “Şahinin (cari ildə DİN tərəfindən həbs edilmiş Gəncə şəhər sakini, iranyönümlü dindar X8 nəzərdə tutulur) anası gəlmişdi. Biraz təsəlli verdim. Dövlətə xəyanətlə tutulub. Bizim də elə pulumuz yoxdur. Ona ümumilikdə 85 manat vermişəm. Samirin yanına gedə bilmədim. Hər kəs üstümə gəlir, məndən məsləhət alır, imdad istəyir. 1990-cı ildən İslam yolunda çox yardımlar etmişəm, pullar xərcləmişəm. Mən heç kəsdən pul yığmadım, cibimdən xərcləmişəm. O qədər pullar xərclədim. Bilirdim ki, bizim aqibətimiz yaxşı olmayacaq. Bu goruna lənət olmuş gəldi, islamın 1 nömrəli düşmənidir. Mənim planlarım Gəncədə islamın güclənməsi, birlik, vəhdət olması idi. İslam, müsəlman ayağa qalxanda hökumət də onun qarşısında aciz qalmalıdır. Mən çox çalışdım dedilər ki, İman kişi camaatın balasını qırğına verir”. “o tərəflə danışırsan?” “Qardaşınla (X4 nəzərdə tutulur), həm də uşaqlarla danışıram, niyə danışmıram ki? “WhatsApp”la danışıram. Sən danışmırsan? Qorxursan?” ifadələrini işlətmişdir. O, İlhamın yaşadığı Gəncədəki evinə gedərək onunla qeyd edilən məzmunda danışmışdır. O, Azərbaycanda çevriliş olaraq dini qaydalarla idarə edilən dövlət qurulmasını istəmişdir. Buna görə də ətrafında onunla eyni fikirlərdə olan insanların olmasını istəmişdir ki, müsəlman şiələr vəhdət olsunlar və aralarında birlik yaransın. Ona görə də bu danışıqları aparmışdır. Həmçinin bildirmişdir ki, İlhamın qardaşı X23maqla axtarışda olan şəxsdir. Onunla da İranda görüşmüşdür. Onunla İranda görüşəndə Azərbaycanda İslami dövlətin qurulması ilə bağlı söhbət etmişdir. O, bildirmişdir ki, İlham qardaşı Yusiflə həbs olunmaqdan qorxduğu üçün danışmır. O da İlhama qorxmamağını Yusiflə əlaqə saxlamağını bildirmişdir». Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onun İmamverdi ilə söhbəti olması yadında qalmışdır. O İmamverdi ilə birgə DTX-nə dəvət olunmuş və dindirilmişdir. Onun İmamverdi ilə heç bir söhbəti olmamışdır. İmamverdi ona “namaz qılanları tuturlar, gedək polis idarəsinin qabağına etiraz edək ki, bu qədər adamları niyə tutursuz” kimi sözlər danışmışdır. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Şahid1 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, « …O, xx xxxx 1980cı ildə Gəncə şəhərində doğulmuşdur. O, 2001-ci ildən İslam dininin şiə məzhəbinə uyğun olaraq ibadətlə məşğul olur. İbadətini əsasən evdə, ara-sıra isə tanışları ilə birlikdə “Cümə” və digər əlamətdar “dini” günlərdə Gəncə şəhərində yerləşən “Şahsevən” və “İmamzadə” kimi tanınan məscidlərdə etmişdir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, onun qonşuluğunda yaşayır. Məhəllə camaatı arasında Təqsirləndirilən şəxs “İman kişi” kimi tanınmışdır. Təqsirləndirilən şəxs da onun kimi İslam dininin şiə məzhəbinə uyğun olaraq ibadət etmişdir. “Cümə” və digər əlamətdar “dini” günlərdə o, yuxarıda qeyd etdiyi məscidlərə gedərkən Təqsirləndirilən şəxs da onlara qoşulmuşdur. Təqsirləndirilən şəxsla münasibətlər yaxşı olmuşdur. Fəhləliklə məşğul olduğu üçün İmamverdi evində hər hansı bir fəhlə işi olduqda onu çağırmış, o da müəyyən pul vəsaiti qarşılığında gedərək işlərinə köməklik göstərmişdir. İmamverdi ilə görüşləri olan zaman Təqsirləndirilən şəxs çox vaxt mövcud hakimiyyəti bəyənmədiyini, həkimiyyəti “lənətlədiyini” bildirmiş, İran İslam Respublikasında olduğu kimi Azərbaycanda da “dini” dövlətin yaradılması barədə söhbətlər aparmışdır. Həmçinin İmamverdi söhbət əsnasında dini mərasimlərə dövlət tərəfindən qoyulan bir sıra məhdudiyyətlərin düzgün olmadığını, İran İslam Respublikasında olan dövlətin idarə olunması formasının düzgün olduğunu, hakimiyyətə müsəlmanların gəlməsini istədiyini vurğulamışdır. Təqsirləndirilən şəxs ciddi qəbul etmədiyi üçün, sonuncunun danışdığı söhbətlərə əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs silahlı təlimlərlə bağlı olan danışıqlarını xatırlayır, lakin onu ciddiyə qəbul etmədiyi üçün danışıqlarına əhəmiyyət verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, İmamverdinin avtomobilinin mühərrikini təmir edən zaman İmamverdi onun yanında söhbətlər etmiş və həmin vaxtlar İmamverdi telefon vasitəsi ilə paylaşımlar etmişdir. İmamverdi ona mobil telefon və “youtube” üzərində olan videoları göndərmişdir. O isə həmin paylaşımlara cavab verməmişdir. İmamverdi həmin vaxt zidd fikirlər söyləmişdir. O İmamverdi ilə yazışmamış və hökümətə qarşı hər hansı bir ifadələr işlətməmişdir. İmamverdi onun istifadəsində olan mobil telefona “hacı Talehə azadlıq şuarı altında” video göndərmiş o isə həmin videolara cavab verməmişdir. Onun belə şeylərə aidiyyəti olmamışdır. Ümumiyyətlə, o İmamverdi ilə hər hansı bir söhbət etməmişdir. İmamverdi huşunu itirmiş adam olduğundan o İmamverdidən uzaq gəzmişdir. Həmin vaxt İmamverdi ağlına gələni dilinə gətirmişdir. İmamverdinin çağrışlar etməsini eşitmiş, amma ki, o ona məhəl qoymamış və ondan uzaq gəzmişdir. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Şahid2 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, «…. o, 1979-cu ildə Gəncə şəhərində doğulmuşdur. İmamverdi adlı şəxsi Gəncə şəhərindən “İman dayı” olaraq tanımışdır. Belə ki, təxminən 10 ildir ki, İman dayı ilə Gəncə şəhərində Şahsevənlər adlanan ərazidə məsciddə tanış olmuşdur. İmamverdi arıçılıqla məşğuldur. Təqsirləndirilən şəxsla adətən cümə namazlarında məsciddə, bəzən isə müxtəlif tədbirlərdə təsadüfən rastlaşmışdır. Təqsirləndirilən şəxsla rastlaşdığı bütün məclislərdə Azərbaycanda dini hakimiyyətin qurulacağı, hazırkı dünyəvi hakimiyyətin dindarlar tərəfindən ələ keçiriləcəyi barədə söhbətləri sonuncu aparmışdır. O, belə mövzulardan çəkindiyi üçün adətən İmamverdi ilə bu mövzuda heç bir söhbət aparmamışdır. Gəncədə İmamverdi ilə münasibəti olan hər kəs bilir ki, o bütün danışıqlarında Azərbaycanda hakimiyyətin nəyin bahasına olursa olsun dindarlar tərəfindən ələ keçirilməsi, eləcə də İran dini hakimiyyətinə xüsusilə ayətullah Xomneyiyə xüsusi məhəbbəti barədə söhbətlər aparır. 2023-cü ilin aprel ayında Gəncə şəhərində yas mərasimində İmamverdi ilə rastlaşmışdır. Yas mərasimində ümumi söhbət zamanı Təqsirləndirilən şəxs dindarların həbslərindən məlumatlı olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona cavab olaraq Xomeneyinin 3000 şiə alimini məhz Azərbaycanı idarə etmək üçün yetişdirdiyini, həmçinin dövlət idarəçiliyinin nəzəriyyəsinin belə hazır olduğunu, yaxın zamanlarda Azərbaycani idarə edəcəklərini bildirərək dindarların buna sevinməli olduğunu bildirmiş, sonuncu həmçinin “Müsəlman hərəkatı” partiyasından həbsdə olan Hacı Talehin həbsində haqsızlıq olduğunu Xomenyiyə çatdırıldığını, Xomneyinin isə cavabında 2025-ci ilədək Hacı Talehin həbsdə olacağını daha sonra isə Azərbaycanda hazırkı dünyəvi hakimiyyətin yerlə-yeksan olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlərindən təsirlənmiş, onun cümlələrində Azərbaycana qarşı, daha doğrusu hazırkı dünyəvi hakimiyyətə qarşı olan xüsusi nifrəti hiss etmişdir. O, Təqsirləndirilən şəxs cavab olaraq etirazını bildirmişdir. Azərbaycanın heç vaxt İrandan gələcək şəxslər tərəfindən idarə olunmayacağını demişdir. Daha sonra yas yerindən ayrılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o İmamverdi ilə birgə DTX-nə dəvət olunmuş və o da dindirilmişdir. Onun İmamverdi ilə heç bir söhbəti olmamışdır. İmamverdi ona “namaz qılanları tuturlar gedək polis idarəsinin qabağına etiraz edək ki, bu qədər adamları niyə tutursuz” kimi sözlər demişdir. O İmamverdini tanıyır və onun İmamverdi ilə münasibəti olmuşdur. İmamverdinin “Kərimə dövlətinin qurulması ilə bağlı” təklifi olmuşdur. Həmçinin İmamverdinin onunla yaxın münasibəti olmuşdur. Onlar məsciddə və evdə bir yerdə olmuşlar. İşarələrin gözlənilməsi ilə bağlı onun hər hansı bir məlumatı olmamışdır. O bu tipli işlərdən uzaqdır. O imkan verməmişdir ki, kimsə onunla o söhbəti etsin. O ifadə verərkən ona heç bir təyziqlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanıyır, onun qonşusudur. İmamverdi ona mesaj göndərdiyi üçün onu da aparmışlar. İmamverdi ona məsələnin İsrail ilə bağlı olduğunu, İsrail dövlətinin müsəlmanları öldürdüyünü söyləmişdir. O İmamverdiyə ona belə tipli mesajların göndərilməməsini, həmin mesajların ona aidiyyəti olmadığını, həmçinin İmamverdiyə siyasət ilə maraqlanmadığını bildirmişdir. O 2019-cu ildə 10 gün müddətində Məşədi- Kərbəlayi ziyarətində olmuşdur. X56 Respublikasında olarkən aralarında heç bir söhbət olmamışdır. Onlar arasında silah öyrənmək, atış etmək kimi danışıqlar olmamışdır. İmamverdinin “youtube” üzərində paylaşımları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanıyır. O həbsdən azad olunduqdan sonra İmamverdi onun yanına gəlmişdir. İmamverdinin gəlişi axşam saatlarında olmuş yəni yatmağa yaxın vaxt olmuşdur. Həmin vaxt İmamverdi danışaraq onlardan çıxıb getmişdir. Ondan sonra onun İmamverdi ilə danışığı və ya münasibəti olmamışdır. O 2018-ci ildə həbs olunmuşdur. Həmin vaxt İmamverdi onlarda 30 dəqiqə oturduqdan sonra çıxıb evinə getmişdir. İmamverdi danışarkən o İmamverdini yola vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o Bakı şəhərində yaşayır. Məlum hadisədən 2 gün qabaq atası Gəncə şəhərinə gəlmişdir. Onun atası onunla birgə yaşamışdır. Onun özü də təəccüblənmişdir. O il ərzində 1 və ya 2 dəfə Gəncə şəhərinə gəlmişdir. Onun Gəncə şəhərində heç kəslə əlaqəsi olmamışdır. O DTXdə ifadə verərkən Rəşad adlı şəxsin tanımadığını bildirmişdir. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Şahid3 istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, «….02 fevral 2024-cü il tarixli ifadəsində bildirmişdir ki, o, 1987-ci ildə Gəncə şəhərində doğulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs onun atasıdır. Atası 2000-ci ildən etibarən İslam dininin şiə qolu üzrə ibadətlə məşğul olur. Atasının İranda yaşıyan tanışlarından yalnız Rəşad adlı şəxsi tanıyır. Rəşad uzun müddətdir ki, İranda yaşayır. Onun barəsində başqa məlumatı yoxdur. Atası Samux rayonu ərazisində arıçılıq təsərrüfatı ilə məşğul olur. Bundan başqa Şahid7 ona verilən suallar üzrə Təqsirləndirilən şəxs onunla söhbət zamanı “Kütləvi şəkildə ayağa qalxıb hakimiyyətin axırına çıxmalıyıq. Bunun qarşısını qanımızla, qeyrətimizlə almalıyıq. Hər sözü deyə bilmirəm, hazır olmalıyıq. Söhbət edilib, bir kəlmə ilə işini at çıx ortaya. Bunun üçün ayıq olmaq lazımdır. Biz o adamı hakimiyyətə gətirməliyik, bizi dinlə idarə etsin. Adamlar var hazırdırlar. 3000 nəfərdir. Oxuyublar, ayətullahdır, müctehiddir. Onların arxası ilə getməliyik. Həbs edilənlər mücahiddir. O işlə fəxr edirlər” ifadələrini işlətməsini təsdiq edərək bildirmişdir ki, atası ilə aralarında olan bu danışıq zamanı Təqsirləndirilən şəxs belə söhbətlər etməməsini, özünü də bizi də çətin vəziyyətə salacağını bildirmişdir. O, bunların təhlükəli sözlər olduğunu atasına bildirmişdir. Atasına bundan əvvəl də dəfələrlə bildirərək mübahisə etmişdir ki, belə danışıqlar aparmasın. Atasının bu danışıqlarının yeganə səbəbini onun beyninin sosial şəbəkələrdə İrandan çıxışlar edən şəxslərin paylaşımları ilə yuyulmasıyla əlaqələndirmişdir. Atası belə videomateriallara baxaraq beyni tamamilə yuyulmuşdur. 16 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Səbail rayon məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müdətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmışdır. 16 yanvar 2024-cü il tarixli DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olan CD diskdəki Təqsirləndirilən şəxs məxsus səs yazılarına baxış zamanı aşağıdakı məlumatlar müəyyən edilmişdir: İmamverdi “Həcc” ziyarətində olarkən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Şahid6 (tel.:+**********5) ilə tanış olmuş və xx.xx.2023-cü il tarixdə, saat 00:28 radələrində tərəflər arasında əməliyyat baxımından maraq kəsb edən danışıq qeydə alınmışdır. Belə ki, söhbət zamanı obyekt Rasimə SEPAH Qüvvələrinin sabiq generalı Qasim Süleymaninin ölümü ilə əlaqədar 2020-ci ilin yanvar ayında Gəncə şəhərindən çox sayda insanın baş sağlığı vermək məqsədilə Bakıdakı İran səfirliyinə səfərini təşkil etdiyini bildirmişdir. O, səfirlik əməkdaşları tərəfindən çox isti qarşılandıqlarını, səfirliyin önündə çıxış edərək Qasim Süleymaninin Azərbaycan xalqı üçün çoxsaylı xidmətlərinin olduğunu diqqətə çatdırdığını və çıxışı zamanı diplomatik korpus əməkdaşları tərəfindən çəkilişlər aparıldığını Rasimə bildirmişdir. Söhbət əsnasında Rasim SEPAH ordusunun İranın ali dini lideri Ayətullah Xomneyiyə bağlı olduğunu söyləmiş, davamında İmamverdi Rasimə “Belə demə, özünü ifşa etmə, burada casus çoxdur. Burada söz danışma. Özünüzü saxlayın inqilaba, 2025-ci ilə kimi Azərbaycan müstəqil dövlət olmayacaq. 3500 alimimiz, şeyximiz var. Onlar elə-belə oturmayıb orada. Ağa elə belə oxutmayıb onları. Hacı Əlikramla fəaliyyətimiz olub (Azərbaycan İslam Partiyasının sədri olmuş, 2011-ci ildə vəfat etmiş X11 nəzərdə tutulur). İslam partiyasını biz qurmuşuq. Hacı Yusiflə (X4 nəzərdə tutulur) Gəncədə islamın maariflənməyinə, maliyyələşməsinə pul qoymuşam. X43 gəlib qonağımız olub. Əlikram birbaşa prezident idi. Hacı Şahini niyə hazırladılar. Bu işdən ötrü gedib İranda oturub söhbət etmişəm ki, bu iş sakit getməlidir. Elə hazırlanmalıdır ki, bir nöqtədən idarə olunub bir gün ərzində Azərbaycanda çevriliş olmalıdır. Bunu hazırlayın. Buna hazırlıq gedir. Bu hakimiyyət şərəfsizdir. Prezidentin biqeyrət olduğunu qoyuram ortaya. Dəlil, sübutlarla ortaya qoymaq lazımdır. Sən saf adamsan, imanlısan, bunlarla söhbət etmə özünü yandırarsan. Özünü saxla. Bir vaxt gələr mənimlə ürəklə görüşərsən” deyə bildirmişdir. - xx.xx.2023-cü il tarixdə, saat 09:59-da İmamverdi oğlu Seymurun işlədiyi Sumqayıt şəhəri (Yeni Sumqayıt yaşayış massivi) ərazisində yerləşən “TİR” parkında olan şəxslərlə söhbəti zamanı siyasi hakimiyyət və idarəetmə barədə kəskin radikal fikirlər səsləndirərək “Kütləvi şəkildə ayağa qalxıb hakimiyyətin axırına çıxmalıyıq. Bunun qarşısını qanımızla, qeyrətimizlə almalıyıq. Hər sözü deyə bilmirəm, hazır olmalıyıq. Söhbət edilib, bir kəlmə ilə işini at çıx ortaya. Bunun üçün ayıq olmaq lazımdır. Biz o adamı hakimiyyətə gətirməliyik, bizi dinlə idarə etsin. Adamlar var hazırdırlar. 3000 nəfərdir. Oxuyublar, ayətullahdır, müctehiddir. Onların arxası ilə getməliyik. Həbs edilənlər mücahiddir. O işlə fəxr edirlər” deyə bildirmişdir. - İmamverdi xx.xx.2023-cü il tarixdə, saat 19:58-22:00 radələrində 2018-ci il Gəncə hadisələri zamanı həbs edilmiş və xx.xx.2023-cü il tarixdə əfv edilərək azadlığa çıxmış xidməti ərazi sakini - ünvan 3 ünvanında qeydiyyatda olan, Samux rayonun İnstitut qəsəbəsində yaşayan, xx.xx.1973-cü il təvəllüdlü Şahid5 yaşadığı ünvana getmiş və onunla təklikdə görüşmüşdür. Görüş zamanı İmamverdi Samirə “İki gündür gəlmək istəyirdim mücahidlə görüşə. Çox adamlarla oturub durma. Sənin etibarlı sandıqlarının çoxu ziddi vilayət olub. Bizə lazım olsa deyəcəm sənə gəl dayan yanımda. Başını salamat saxla, lazım gələndə işarə gələcək. Biz burdayıq, işarəni gözləyirik. Elə iş görəsən ki, ümmət üçün xeyirli olsun. X38 (Şahid3 nəzərdə tutulur) və Poladov Samir (keçmiş AİP Gəncə şəhər təşkilatının üzvü, iranyönümlü dindar X25 nəzərdə tutulur) da gələcək. Payızda İrana gedəcəyəm, qurbanlarım var. Sən həbsdə olanda mənə zəng edirdin. Fikir verirdin? Telefon aparata qoşulurdu, səni və özümü qorumaq üçün çox suallardan qaçırdım. Düşmən qulaq asır hər sözü danışmaq olmur. Mənim əsas işim arxadan idarə etmək idi. Çaşqınlıq yarandı, Gəncə hadisələrində dövlət öz adamları ilə təşviş yaratdı. Orxanın atasını danlamışam. İki gün ona təbliğ etmişəm ki, oğlu haqq yolundadır. Bakıya gedəndə başa salırdım. Belə deyin kanallara. Elmar Vəliyevin bütün iç üzlərini açıb tökdüm. Şərəfsizi bura icra başçısı qoydu şərəfsiz İlham Əliyev. Yunis (Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı E.Vəliyevə qarşı terror aktı həyata keçirmiş X26 nəzərdə tutulur) mücahiddir, qeyrətli oğuldur, onun dərsini verdi. Hansı məhkəməyə mən gedirdimsə polislər deyirdi bunların ağsaqqalı gəlib. Gəncə uşaqlarının məhkəməsində polislər çox olurdu. Kameralarda görürdülər məni qorxurdular ki, hansısa hadisə baş verər məhkəmədə. Kiminlə edim? Ətrafımda “talkovıy” uşaqlar yoxdur. Məhbusu qaçırdacaq, döyüşəcək adamlar gərək ola. Yığırdım “poçtavoyun” (Poçt qəsəbəsi nəzərdə tutulur) uşaqlarını. Gedək Kürün qırağında təlim keçək. Silah verim, mənim qoşa lüləm var, qeydiyyatlıdır. Atmağı öyrənək, qarşıda bəlalı günlər var” kimi radikal fikirlər söyləmişdir. - xx.xx.2023-cü il tarixdə, saat 20:50 radələrində Təqsirləndirilən şəxs Poçt qəsəbəsi, 2-ci paralel küçəsindəki Reyhan adlı şəxsin yaxınının yas mərasimində iştirak etmiş və bu zaman onun xətt üzrə İdarənin icraatındakı 7161 saylı “Sürücü” ƏYİ obyekti, iranyönümlü radikal dindar Şahid2 ilə maraq kəsb edən danışığı qeydə alınmışdır. Belə ki, söhbət zamanı Elsevər son vaxtlar ölkədə dindarların həbs edilməsi məsələsinə toxunaraq, bundan öz narahatlığını ifadə etmiş, cavabında obyekt “Bu günləri görməliyik, qarşıdan yeni hakimiyyət gəlir. Rəhbər (İranın ali dini lideri Xomeneyi nəzərdə tutulur) yetişdirib Azərbaycanın 3000 alimini, gəlib elə gözəl idarə edəcəklər, yeni dövlət proqramının texnologiyası da hazırdır. Sevinmək lazımdır, bunlara, narahat olanlara izah edin. Hacı Taleh həbs ediləndə rəhbərə xəbər verildi ki, ədalətsizlik olub. Rəhbər bildirdi ki, narahat olmayın, 2025-ci ilədək həbsdə qalacaq, həmin il hakimiyyət yerlə-yeksan ediləcək” kimi fikirlər səsləndirmişdir. - İmamverdi xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Samux rayonu, Çobanabdallı kəndində yaxın əlaqəsi, xətt üzrə İdarənin icraatındakı 7251 saylı “Simasız” ƏYİ obyekti Şahid1 ilə söhbəti zamanı, “Azbarit” adlanan ərazidə yaşayan, adı açıqlanmayan şəxs vasitəsilə Hasilə (cari ilin fevral ayında DİN Gəncə ŞBPİ tərəfindən həbs edilmiş - xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan X28 olması ehtimal edilir) məktub göndərdiyini bildirərək “Hasilə yazdım ki, ziyarətdən qayıdanları istiqamətləndirsin Bakıya. Mən də uşaqlardan bir neçə nəfəri götürüm gedim “Hökumət Evi”nin qarşısında mitinq edək. Hasil cavab olaraq bildirmişdir ki, İmamverdi camaatın balalarını qırğına vermək istəyir. Mitinq verilmiş əmrin geri götürülməsi ilə bağlı olacaqdı. Bunların günahı nədir? Kərbəlaya ziyarətə gedənlərə sürgün qərarı vermək nə dərəcədə düzgündür. 5000-6000 adam gəlir. Bakıya istiqamətləndirmək nə deməkdir?” deyə fikirlər səsləndirmişdir. Bundan başqa, İmamverdi Ziyaya “Gedək qardaşlara azadlıq istəyək. Qərar ləğv edilməli idi. Hökumət gördü biz qorxağıq, qeyrətimiz yoxdur söz deməyə. Onlar görsəydi ki, biz sözümüzü deməyi bacarırıq, ehtiyat edərdilər. Bu günlər kəskin qərarlar verilməyəcək. Əgər bir olsanız çox iş görərsiniz. Gözləyirik ki, kimsə bizim yerimizə iş görsün. Mömin Səbuhi idi (İİR XXO ilə əlaqədə təqsirli bilinərək həbs edilmiş və həbsdə vəfat etmiş Yasamal rayon sakini X22 nəzərdə tutulur), etirazını etdi, şəhadət məqamına çatdı” deyə bildirmişdir. Qeyd etmək lazımdır ki, obyekt Şahid1 və Samux rayon sakini X15 özü ilə birlikdə X9 dəfn mərasimində iştirak etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə aparmışdır. - İmamverdi xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində əvvəllər İİR-də qeyrirəsmi dini təhsil almış və tərəfimizdən 915 saylı Fİ çərçivəsində yoxlanılan - xx.xx.1970-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid3 evinə getmiş və sonuncu ilə görüşərək söhbətləşmişdir. Söhbət əsnasında onlar Şahid3 kürəkənləri (qeyd etmək lazımdır ki, Şahid3 kürəkənlərindən biri X5 İİR XXO ilə əlaqədə şübhəli bilinərək, xx.xx.2023-cü il tarixdə tərəfimizdən DTX İstintaq baş idarəsi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış və Bakı şəhərinə aparılmışdır) haqqında danışmış və sözügedən məqam əməliyyat baxımından maraq kəsb etməklə, obyektin məqsədyönlü şəkildə mövcud vəziyyəti öyrənmək, məsələ ilə bağlı mümkün məlumatlar əldə etmək məqsədilə Şahid3 evinə getməsinə dair şübhələr yaranmışdır. Eyni zamanda söhbət zamanı obyektin Şahid3 sakit dayanmasına görə tənqid etməsi və “sən o vaxt şəfahətçi olarsan ki, mənimlə birlikdə meydana çıxasan, sözümüzü deyək və birlikdə şəhadətə ucalaq” kimi sözlər deməsi diqqət çəkmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə, saat 22:58-də İmamverdi yenidən Şahid3 evində qonaq olmuşdur. Söhbət zamanı İmamverdi “Şahinin (cari ildə DİN tərəfindən həbs edilmiş Gəncə şəhər sakini, iranyönümlü dindar X8 nəzərdə tutulur) anası gəlmişdi. Biraz təsəlli verdim. Dövlətə xəyanətlə tutulub. Bizim də elə pulumuz yoxdur. Ona ümumilikdə 85 manat vermişəm. Samirin yanına gedə bilmədim. Hər kəs üstümə gəlir, məndən məsləhət alır, imdad istəyir. 1990-cı ildən İslam yolunda çox yardımlar etmişəm, pullar xərcləmişəm. Mən heç kəsdən pul yığmadım, cibimdən xərcləmişəm. O qədər pullar xərclədim. Bilirdim ki, bizim aqibətimiz yaxşı olmayacaq. Bu goruna lənət olmuş gəldi, islamın 1 nömrəli düşmənidir. Mənim planlarım Gəncədə islamın güclənməsi, birlik, vəhdət olması idi. İslam, müsəlman ayağa qalxanda hökumət də onun qarşısında aciz qalmalıdır. Mən çox çalışdım dedilər ki, İman kişi camaatın balasını qırğına verir” deyə bildirmişdir. Davamında İlham obyektə İranı nəzərdə tutaraq “o tərəflə danışırsan?” deyə sual ünvanlamış, cavabında İmamverdi “Qardaşınla (X4 nəzərdə tutulur), həm də uşaqlarla danışıram, niyə danışmıram ki? “WhatsApp”la danışıram. Sən danışmırsan? Qorxursan?” söyləmişdir. - İmamverdi xx.xx.2023-cü il tarixdə, saat 15:30-16:30 radələrində Gəncə Ağır Cinayətlər Məhkəməsində X8 və Alim adlı şəxsin məhkəmə prosesində iştirak edən zaman təqsirləndirilən şəxslərin vəkili Elçin Saqıdovla tanış olmuşdur. Söhbət zamanı İmamverdi İran-Azərbaycan arasında olan münasibətlər mövzusunda fikir mübadiləsi apararaq İranın lehinə fikirlər səsləndirmişdir. Elçin Sadıqov təqsirləndirilən şəxslərin Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasında həbslərinə etiraz olaraq aclıq aksiyası keçirmək niyyətində olduqlarını söyləmişdir. Eyni zamanda vəkil həbs olunan şəxslərin yaxınlarına da öz etirazlarını bildirməyi tövsiyə etmiş və cəmiyyətdə formalaşan “İran agenti” fikrinin aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Bundan əlavə, İmamverdi xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Poçt qəsəbəsində yaşayan Şahin Verdiyevin anası Semnarə Cəfərova və sonuncunun qızı Nigar Verdiyeva ilə görüşmüşdür. S.Cəfərova oğlu Şahinin həbsi ilə bağlı “Youtube” kanallarında özünün və qızı Nigarın çıxışı ətrafında İmamverdi ilə fikir mübadiləsi aparmışdır. Söhbət əsnasında İmamverdi Semnarə və Nigara “O qızı təkrar başa sal de ki, siz məni düz başa düşmədiniz. Mənim qardaşım heç bir ziyarətdə olmayıb. Polislərin səriştəsizliyidir. Azərbaycan vətəndaşına böhtan atırlar. O, heç vaxt xarici ölkədə olmayıb, xarici ölkə vətəndaşı ilə görüşməyib, ünsiyyəti olmayıb. Necə casus oldu bu? Açıqlama verməklə danışmaq daha yaxşıdır. Onda inzibati orqan işçilərinin iç üzlərini qoyursan ortaya. Sübut edə bilərsən? İnsanların haqqına girmə. Özlərinin qeyrətsiz, şərəfsiz olduğunu deyə bilərsən, lakin analarına demə. Dini cəhətdən də olmaz. Sən o sözü niyə danışırsan? Sən de ki, mənim oğlumu Gəncə hadisələrində aparıb döydülər, ruhi xəstə etdilər, fəsadları davam edir, insult keçirib. Hazırda iş qabiliyyətini itirib. Taksidə işləyirdi, günlük 5-10 manat çörək pulu qazanırdı. Qəsdən deyərsən bu sözləri. Qızımın ailəsinə də mən baxıram, həyat yoldaşı Rusiyada işləyir, kirayədə yaşayırıq, bu təsir edici sözdür. Bu vicdansız polislərə mən bunu izah etdim, bunlar başa düşmədi. Bu sifarişdir. Bu dövlət ingilisin, Amerikanın, yəhudinin sifarişi ilə hərəkət edirsə, bu xalqı haqsız həbs edirsə, bu dövlət deyil, Prezident deyil. Bu şəkildə de, qorxma. Bu günahsız, ədalətsiz, namaz qılan, pak, Allah yolunda olan adamı tutursa, bu dövlət də, rəhbərlik də ədalətsizdir” deyə bildirmişdir. Davamında İmamverdi “Mən özümdən qorxmuram, 2-3 dəfə aparıblar məni. Mənimlə danışa bilməyiblər. Çünki mən onlarla savadlı danışıram, özlərini biabır edirəm” deyə söyləmişdir. Söhbət əsnasında S.Cəfərova Şahinin xahişi ilə “Cinayət Məcəlləsi” kitabını istintaq təcridxanasına keçirmək istədiyini İmamverdiyə söyləmiş, obyekt isə cavabında “Get “Qlavnı”ya. Kitabı tap, mənə zəng et, univermaqda olan uşaqlara deyəcəm alıb verəcəklər sənə” demişdir. xx.xx.2023-cü il tarixdə, saat 21:28 radələrində İmamverdi öz evində Semnarə Cəfərova ilə yenidən görüşmüşdür. Söhbət zamanı S.Cəfərova 2018-ci il Gəncə hadisələri zamanı həbs edilmiş X16, X12 və Şahid5 azad edilmələrini İmamverdiyə bildirmişdir. İmamverdi Semnarəyə “Qorxma, qələt edirlər. Axıra kimi get, sənin bu getdiyin yoldan ötrü hər kəsi qataram bir-birinə. Sənin bu qeyrətli addımına görə arxanda dayanmışam” deyə bildirmişdir. - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Samux rayonunun Nəbiağalı qəsəbə sakini, iranyönümlü radikal dindar, xx.xx.1977-ci il təvəllüdlü X13 qardaşının yas mərasimində iştirak etmiş və orada söhbət zamanı yenidən AR Prezidenti haqqında təhqiramiz ifadələr işlətmiş, Rusiyadan 20.000 yəhudi əsilli ailənin Azərbaycana köçürüləcəyi ilə bağlı planın olduğunu, onların Quba, Ağsu, Şamaxı rayonlarında, həmçinin Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə məskunlaşdırılacağını qeyd etmişdir. Dəhlizin açılacağı təqdirdə İranın blokadaya düşəcəyini və bunun məqsədli şəkildə İranın ticarət yolunun bağlanmasına hesablandığını bildirmişdir. İranın Zəngəzurla bağlı nümayiş etdirdiyi siyasətin haqlı olduğunu söyləmişdir. O, həmçinin “biz təbliğ etməliyik ki, İrana qarşı atəş açmaq olmaz. İran ordusu haqq ordusudur, Azərbaycan ordusu batil ordu. Atəş açmayan şəxslər həbs olunmaqdan qorxmamalıdırlar” deyə bunu təbliğ etməyin vacibliyini vurğulamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 25 aprel 2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-4/270 saylı məhkəmə-fonoskopik ekspertizanın rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur və tədqiqata təqdim olunmuş danışıqların məzmunu baxış protokolundakı məzmuna uyğundur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 25 aprel 2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-4/269 saylı məhkəmə-linqvistik ekspertizanın rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş materiallarda Təqsirləndirilən şəxs məxsus səs yazılarında dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətləri ilə bağlı məlumatlar mövcuddur. 16 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “WhatsApp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********23 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazılmışdır. “Whatsapp” mobil tətbiqində dini-radikal kontekstdə xarici ölkələrin mobil operatoruna məxsus olan +**********80 saylı mobil nömərinin sahibi tərəfindən yaradılmış “Sual-cavab sahar TV” qrupunda olan X40 adlı +**********17 saylı, Rezajafari adlı +**********76 saylı, Seyedreza.karimi adlı +**********52 saylı, +**********43 saylı, X57 313 adlı +**********3 saylı, +**********5, İntizarınsonu_313 adlı +**********6 saylı, +**********3 saylı, +**********2 saylı, +**********79 saylı, +**********6 saylı, Ali adlı +**********2 saylı, +**********36 saylı, +**********3 saylı, Asim Bayramov 1982 adlı +**********4 saylı, Askernadzhafov50 adlı +**********6 saylı, Ataarkyan adlı +**********47 saylı, Behestihüseyn +**********94 saylı, Elnur adlı +**********46 saylı, Erdem Hasan adlı +**********11 saylı, +**********2 saylı, Əli Əlizadə adlı +**********62 saylı, Əminə Hüseynova adlı +**********89 saylı, Fatma Bilge adlı +**********76 saylı, Gahraman adlı +**********3 saylı, Qalib Quluzadə adlı +**********82 saylı, Gedemgah adlı +**********90 saylı, Gulos adlı +**********85 saylı, Hanım adlı +**********93 saylı, HeydəriKərrarAxırZaman313 adlı +**********9 saylı, +**********79 saylı, +**********9 saylı, +**********4 saylı, +**********3 saylı, +**********2, Mohəmmədrza adlı +**********43 saylı, Muzaffer Öztürk adlı +**********36 saylı, Narmina adlı +**********2 saylı, Nevruz Erdogan adlı +**********94 saylı, Rəşad Mürsəlov adlı +**********88 saylı, X51 adlı +**********79 saylı, Siasergej adlı +**********9, +**********5, Təmas Hacıbəyli adlı +**********31 saylı, +**********72, +**********7 saylı, Kamil adlı +**********0 saylı, Mahir adlı +**********8 saylı, Nurəddin adlı +**********1 saylı, Rəşad adlı +**********2 saylı, Sahib adlı +**********26 saylı, Üzeyir adlı +**********38 saylı, +**********05 saylı, +**********0 saylı, +**********98 saylı, +**********2 saylı, +**********02 saylı, +**********43 saylı, +**********64 saylı, +**********7 saylı, +**********8 saylı, +**********9 saylı, +**********3 saylı, +**********6 saylı, +**********5 saylı, +**********0 saylı, +**********1 saylı, +**********0 saylı, +**********6 saylı, +**********7 saylı, +**********33 saylı, +**********35 saylı, +**********98 saylı, +**********56 saylı, +**********02 saylı, +**********47 saylı, +**********41 saylı, +**********12 saylı, +**********91 saylı, +**********64 saylı, +**********62 saylı, +**********92 saylı, +**********34 saylı, +**********04 saylı,+**********45 saylı, +**********10 saylı, +**********63 saylı, +**********53 saylı, +**********39 saylı,+**********99 saylı, +**********59 saylı, +**********87 saylı, +**********84 saylı,+**********45 saylı, +**********57 saylı, eləcə də Azərbaycan Respublikası mobil operatoruna məxsus ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, Abbaszadə Rəşad adlı ********** saylı, Ağabala Qasımov64 adlı ********** saylı, Ənə Rafiziyyun adlı ********** saylı, ********** saylı, ********** saylı, Hacı İlqar adlı ********** saylı, ********** saylı, Hussain adlı ********** saylı, İbrahim Məcidzadə adlı ********** saylı, ********** saylı, Mübariz adlı ********** saylı, Raman Ağayev adlı ********** saylı, Ramin adlı ********** saylı, Samir adlı ********** saylı, Teymurhuseyinov222 adlı ********** saylı, ********** saylı, ********** saylı, Üzeyir Qasımov adlı ********** saylı, ********** saylı, ********** saylı, Yusif adlı ********** saylı, Zahir Əhmədov adlı ********** saylı, ********** saylı, Zühur_intizarda_313 adlı **********, Zühur Əsri313 adlı ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı,********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı, ********** saylı və ********** saylı nömrələr müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonunun kontaktlar bölməsinə baxış zamanı “Hacı Yusif” adı ilə qeyd edilmiş +**********62 saylı mobil nömrə, “İsmət Qum” adı ilə qeyd edilmiş +**********81 saylı mobil nömrə, “Elnur Yetim” adı ilə qeyd edilmiş +**********16 saylı mobil nömrə, “Hacı Abuzər” adı ilə qeyd edilmiş +**********76 saylı mobil nömrə və +**********62 saylı mobil nömrə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs telefonunda müəyyən edilən mobil nömrələrlə əlaqədar olaraq 22 yanvar 2024-cü il tarixdə DTX İİ baş idarəsinə əməliyyat tapşırığı göndərilmişdir. 30 aprel 2024-cü il tarixli əməliyyat tapşırığının cavabında qeyd edilən nömrələr üzrə müəyyən edilmiş şəxslərin eləcə də Təqsirləndirilən şəxs radikal dini kontingentin nümayəndələri olmaları müəyyən edilmişdir. Həmin əməliyyat tapşırığının cavabında qrup üzvlərindən bəzilərinin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxslər olmaları müəyyən edilmişdir. Göstərilən hallar üzrə dindirilən Təqsirləndirilən şəxs qrup üzvləri ilə əlaqəsinin olmamasını, onlarla sadəcə “Whatsapp” mobil tətbiqində “Sual-cavab sahar TV” qrupunda birlikdə olduğunu və onları şəxsən tanımadığını, həmin qrupa şiə yönümlü dini radikal qrup olduğu üçün daxil olduğunu və oradakı şəxslərlə fikirlərinin üstüstə düşməsi səbəbindən qrupu izlədiyini bildirmişdir. 16 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Kəpəz rayonu ünvan 7 ünvanına baxış zamanı sonuncuya məxsus olan “TOZ-B” markalı 2 lülə 16 çaplı № X-11271-59 nömrəli ov tüfəngi və 48 ədəd patron aşkar edilərək götürülmüşdür. 08 avqust 2024-cü il tarixli DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, “TOZ-B” markalı 2 lülə 16 çaplı № X-11271-59 nömrəli yivsiz ov tüfəngidir və yivsiz silahların DİN KTİ-də qeydiyyatı aparılmadığından kartatekada qeydiyyatının, o cümlədən hər hansı cinayətin törədilməsində istifadə edilibedilməməsinin yoxlanılması mümkün olmamışdır. Ov tüfəngi və 48 ədəd patronlar Təqsirləndirilən şəxs Şahid5 apardığı danışıq zamanı qeyd etdiyi hallar ilə əlaqədar olaraq 08 avqust 2024-cü il tarixdə maddi sübut qismində tanınmış və DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 16 yanvar 2024-cü il tarixli DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olan əməliyyat məlumatından görünür ki, İran islam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən xx.xx.1961-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı, AR vətəndaşı, ailəli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və arıçılıq təsərrüfatı ilə məşğul olan Təqsirləndirilən şəxs Azərbaycanda İran İslam Respublikasının timsalında dini dövlət quruluşunun (“Kərimə” dövlətinin) yaradılması istiqamətində aktiv pozuculuq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının konstitusiya quruluşunun və hakimiyyətin zorla dəyişdirilməsi, eləcə də hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq görmüş, habelə bu yöndə hazırlıq görmək üçün əlaqələrini (Şahid5, Şahid2, Şahid1, Şahid3, X17, Şahid4) təlimatlandırmış, eyni məqsədlə İranda naməlum şəxslə görüşərək Azərbaycanda hakimiyyət çevrilişinin sakit şəkildə, bir nöqtədən idarə olunması və qısa müddət ərzində həyata keçirilməsi ilə bağlı razılığa gəldiyini əlaqələrinə bildirmişdir. Onun konstitusiya quruluşunun və hakimiyyətin zorla dəyişdirilməsi, o cümlədən hakimiyyətin zorla ələ keçirilməsi üçün ətrafda, xüsusən də insanların çoxluq təşkil etdiyi məclislərdə açıq çağırışlar etməsi, qeyd olunan məqsədlə ayrı-ayrı şəxsləri kütləvi etiraza və İİR-in ali dini liderinin tərəfinə keçməyə dəvət etməsi, gələcəkdə ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət hakimiyyət orqanları tərəfindən qəbul ediləcək qərarlara təsir göstərilməsi, hakimiyyət nümayəndələrinə, dövlət və ictimai xadimlərin həyatlarına qarşı terror aktı törədilməsi və bu yöndə silahlı mübarizə təşkil edilməsi məqsədilə Gəncə şəhəri, Poçt qəsəbəsində yaşayan radikal dindarları Samux rayonu ərazisinə apararaq, orada onlara özünə məxsus odlu silahla (ov tüfəngi ilə) təlim keçməsi, habelə gələcəkdə silahlı qiyam və terror aktları həyata keçirmək niyyəti ilə əvvəllər məhkumluq həyatı yaşamış, kriminal iranyönümlü dindarları ətrafına toplaması, İrandan tapşırıq gələn kimi həmin şəxsləri AR-də terror-təxribat əməlləri törətməyə hazırlaması, bu məqsədlə onlarla gizli təkbətək görüşlər keçirərək həmin şəxsləri təlimatlandırması, 2018-ci il məlum Gəncə hadisələrini arxadan idarə etməklə bağlı tapşırıq alması və 2015-ci il məlum Nardaran hadisələri zamanı dövlət hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərara təsir göstərmək məqsədilə İranda, o cümlədən Gəncə şəhərində yaşayan radikal yönümlü dindarları Bakı şəhərində hakimiyyət əleyhinə etiraz aksiyasına cəlb etməyə cəhd göstərməsi, hətta hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərara təsir etmək məqsədilə İİR-də olan iranyönümlü dindarları aksiyaya cəlb etmək üçün həmin ölkədə olan şəxslərə gizli yolla məktub göndərməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun hazırda əlaqələrini heç bir dini aktivlik göstərməmək və 2025-ci ili (növbəti Prezident seçkilərini) gözləməklə bağlı təlimatlandırması, bu təlimatın İİR-in ali dini lideri tərəfindən verilməsini və məhz həmin il Azərbaycanda hakimiyyət çevrilişinin baş tutacağını, bunun üçün hazırlıqların başa çatmasını vurğulaması, əvvəllər Gəncə şəhərində Azərbaycan İslam Partiyasının yerli təşkilatının yaradılması istiqamətində sabiq AİP sədri, Sabunçu rayonunun Nardaran qəsəbəsindən olmuş X11 ilə birgə fəal iş aparması, bu məqsədlə xeyli maliyyə vəsaiti xərcləməsi, İİR XXO ilə əlaqəli, hazırda AR CM-nin 214 (“Terrorçuluq”), 274 (“Dövlətə Xəyanət”), 277 (“Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd”) və 278- ci (“Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama”) maddələri ilə axtarışda olan Astara rayon sakini, keçmiş AİP-in Astara rayon təşkilatının sədri X7, eləcə də rəqib XXO ilə əlaqədə şübhəli bilinən Gəncə şəhər sakinləri X6 (keçmiş AİP Gəncə şəhər təşkilatının sədridir), X29 (İİR XXO tərəfindən yaradılmış “Vahid Ümmət" təşkilatının ilk rəhbəri olmuşdur) və X30 (İlahi nur təşkilatının rəhbəri), həmçinin İİR XXOnun nəzarəti altında Suriyada qanunsuz döyüş təlimləri və silahlı münaqişələrdə iştirak etməsi ilə əlaqədar barələrində beynəlxalq axtarış elan edilmiş Gəncə şəhər sakinləri X14 və (rzayev Rəşad Rafiq oğlu ilə əlaqələrinin mövcud olması, onlardan Y.Ələkbərov və R.Sarıyevə bank kartı vasitəsilə pul vəsaiti göndərməsi, həbs edilən iranyönümlü dindarların ailə üzvləri ilə görüşlər keçirməsi, həmin şəxslərin məhkəmə proseslərində yaxından iştirak etməsi və məhkumların ailələrini idarə edərək onları radikallığa, hakimiyyət orqanları ilə mübarizəyə yönəltməsi, bu prosesdə onlara maddi və mənəvi dəstək nümayiş etdirməsi, hərəkətlərində xüsusi ehtiyatlı davranması və konspirativliyə ciddi riayət etməsi, hətta bu məqsədlə telefon danışıqlarında şərti ifadələrdən istifadə etməsi, kütləvilik faktoru müşahidə edilən məkanlarda davamlı olaraq, qəsdən AR dövlət qurumlarının nümayəndələrinin şərəf və ləyaqəti əleyhinə ifadələr işlətməsi, övladı Şahid7 xx.xx.2022-ci il tarixdə dini qaydalara uyğun keçirilmiş toy mərasimində “Dini etiqad azadlığı haqqında” AR Qanununun tələblərini pozaraq şadlıq sarayına qara və yaşıl rəngli dini bayraqlar gətirməsi, bununla da AR İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə əsas olacaq qanunazidd hərəkətlərə yol verməsi, söhbətlərində Azərbaycan ordusunu “batil” ordu adlandırması və Azərbaycan torpaqlarının guya İİR-in əzəli torpaqları olması yönündə təxribat yönümlü çıxışlar etməsi, irqi və dini zəmində nifrət və ya düşmənçiliyin salınması, ölkə rəhbərinə, hakimiyyət nümayəndələrinə qarşı inamsızlıq hisləri yaradılması məqsədilə açıq mənbələrdən götürdüyü qərəzli informasiyaları “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqələri arasında yayması və davamında sonunculara “həqiqətlərdən agah olmaları” ilə bağlı səsli mesajlar göndərməsi, iranyönümlü sosial bazanın genişləndirilməsi istiqamətində aktiv təbliğat aparması, sabiq SEPAH generalı Qasim Süleymaninin vəfatı ilə əlaqədar baş sağlığı vermək adı altında Gəncə şəhərindən çox sayda şəxsi xüsusi formada təlimatlandırmaqla 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə aparması, sonuncularla birlikdə İranın ölkəmizdəki səfirliyini ziyarət etməsi, orada səfirlik əməkdaşları ilə görüşərək onlara Q.Süleymani ilə bağlı müsahibə verməsi və səfirlik əməkdaşları tərəfindən həmin tədbirin videoçəkilişinin aparılması barədə məlumatlar daxil olmuşdur. Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2024-cü il tarixli 629 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməllər barəsində anlaqlı hesab edilməlidir. Həmçinin o, AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək onun heç bir vaxt dövlətinə xəyanət etməməsi, habelə elə şeyləri belə ağlından keçirməməməsi,onun telefon işlətməkdən belə başı çıxmaması, onun üçün maraqlı olan sadəcə zəngin gəlib getməsinin olması, onun heç bir şəxs və şəxsləlrə, heç bir başqa dövlətin nümayəndələri ilə danışıqlarının olmamısı ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, , istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, şahid ifadələri 16 yanvar 2024-cü il tarixli DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olan CD diskdəki Təqsirləndirilən şəxs məxsus səs yazılarına baxış zamanı müəyyən edilən məlumatlar, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 25 aprel 2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-4/270 saylı məhkəməfonoskopik ekspertizası rəyi,Təqsirləndirilən şəxs məxsus səs yazılarında dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 25 aprel 2024-cü il tarixli 3-16-16/2-4/269 saylı məhkəmə-linqvistik ekspertizası rəyi ilə,16 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs mobil telefonuna baxış protokolunda olan Telefonun “WhatsApp” ani mesajlaşma sistemində olan çoxsaylı telefon danışıqları və SMS-lərlə tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 28,278.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, o şəriət qanunları ilə idarə edilən dini dövlətin yaradılması məqsədilə özü ilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplamaq üçün Gəncə şəhəri ərazisində həmin şəxslərə müraciət edərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilərək dini dövlətin yaradılması barədə təbliğatı aparması, eyni məqsədlə onlara silahlı təlimlər keçməyə hazırlaşması,lakin cinayət işi üzrə ayrı-ayrı şəxslərin sonuncunun təklifi ilə razılaşmamaları səbəğindən Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri yalnız hazırlıq mərhələsində qalmış, Konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn hərəkətlərə cəhd oluna bilməmiş, eləcə də 16 yanvar 2024-cü il tarixdə DTX-nin əməkdaşları tərəfindən saxlandığı üçün iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməməsi cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28,278.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, həmçinin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.1.maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayət Məcəlləsinin 63.3-cü maddəsnə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.Cinayət Məcəlləsinin 63.4-cü maddəsnə əsasən isə cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və eləcə də yuxarıda qed olunan Cinayət Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 278.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin (20 il azadlıqdan məhrum etmənin) yarısı həddində ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 16 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhəkəmə kollegiyası hesab edir ki, CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ona təyin olunmuş cəza müddətinə daxil edilməli olduqdan onun həbsdə saxlanma müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmalıdr. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bıçaq məhv edilməli, 1 ədəd «Realme» markalı mobil telefon, 1 ədəd qobur, mobil telefondakı 20 manat dəyərində +**********32 saylı nömrə və 20 manat dəyərində +**********71 saylı nömrə, 1 ədəd pul qabı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********172819 nömrəli birbank kartı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********457551 nömrəli debüt kartı, 1 ədəd Unibanka məxsus **********132835 nömrəli plastik leo kartı, 1 ədəd AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınmaldır. DTX İstintaq baş idarəsinin maddi sübutlar saxlancında saxlanılan 16 yanvar 2024cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Kəpəz rayonu ünvan 7 ünvanına baxış zamanı sonuncuya məxsus olan “TOZ-B” markalı 2 lülə 16 çaplı № X-11271-59 nömrə ov tüfəngi və 48 ədəd patron Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. DTX İstintaq baş idarəsinin maddi sübutlar otaqında saxlaılan 16 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs İmamverdi öhmədovun yaşadığı Gəncə şəhəri Kəpəz rayonu ünvan 7 ünvanına baxış zamanı sonuncuya məxsus olan “TOZ-B” markalı 2 lülə 16 çaplı № X-11271-59 nömrə ov tüfəngi və 48 ədəd patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar