Məhkəmə qərarları › İş №1(100)-261/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-261/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-261/2020 12.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X5 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 95-də qeydiyyatda olmaqla Bərdə rayonu, Kürdborakı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mehdiyev Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 1701,443 qram təkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yaşadığı Bərdə rayonu, Kürdborakı kəndində yerləşən evə daşıyaraq həmin narkotik vasitə marixuananı 2,629 qram, 3,504 qram, 3,269 qram, 3,386 qram, 3,974 qram, 3,875 qram, 3,853 qram, 4,239 qram, 3,622 qram, 4,007 qram, 4,022 qram, 3,502 qram, 3,850 qram, 3,865 qram, 3,190 qram, 2,836 qram və 3,820 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda on yeddi ədəd kibrit qutusunda və 1640 qram çəkidə olmaqla bir ədəd polietilen torbada qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evin yataq otağında və üzərində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Bərdə rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mehdiyev həmin gün saat 14:40 radələrində Bərdə rayonu, Kürdborakı kəndinin ərazisində saxlanılaraq Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən üç ədəd kibrit qutusunda təmiz çəkiləri 2,629 qram, 3,504 qram, 3,269 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün yaşadığı Bərdə rayonu, Kürdborakı kəndində yerləşən evə baxış keçirilərkən yataq otağındakı çarpayının üzərindəki döşəyin alt hissəsindən üç ədəd kibrit qutusunda təmiz çəkiləri 3,386 qram, 3,974 qram, 3,875 qram və həmin otağa girişdən sağ tərəfdə paltarların arasından on bir ədəd kibrit qutusunda təmiz çəkiləri 3,853 qram, 4,239 qram, 3,622 qram, 4,007 qram, 4,022 qram, 3,502 qram, 3,850 qram, 3,865 qram, 3,190 qram, 2,836 qram, 3,820 qram və bir ədəd polietilen torbada təmiz çəkisi 1640 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, 2018-ci ildən qohumu X3 məxsus Bərdə rayonu, Kürdborakı kəndində yerləşən evdə yaşayır. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, tutulmamışdan bir neçə ay əvvəldən heç bir narkotik vasitədən istifadə etmir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində evdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları onu evdən çağırıb, özlərini təqdim edib rayon polis şöbəsinə getməli olduğunu demişlər. O, heç bir etiraz etmədən onlarla getmişdir. Şöbədə onu hansısa bir otağa salıb, orada tanımadığı polis əməkdaşı onun şalvarının sol cibinə 3 kibrit qutusu qoymuşdur. O, dərhal həmin kibrit qutularını cibindən çıxarıb otaqda olan stolun üstünə atmışdır. Həmin vaxt orada olan polis əməkdaşları həmin naktotik vasitənin ona məxsus olduğunu bildirmişlər. O, həmin qutuların ona məxsus olmadığını bildirdikdə isə orada olan polis əməkdaşları yumruq-təpiklə qarın, sinə, sifət və bədəninin digər nahiyyələrindən vurub həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməli olduğunu demişlər. Etiraz etsə də, təsirə məruz qaldığından məcbur qalıb həmin narkotik vasitələrin guya ona məxsus olduğunu etiraf etməli olmuşdur. Bundan sonra onu yaşadığı Bərdə rayonu, Kürdborakı kəndində yerləşən evə aparmışlar, onu evin yaxınlığında avtomobildə saxlayıb özləri evə baxış keçirmək üçün avtomibildən düşüb evə getmişlər. Bundan bir neçə dəqiqə sonra onu avtomobildən düşürüb evə aparmışlar və evdən ona məxsus kibrit qutusunda və sellofan paketdə narkotik vasitə marixuana aşkar edildyini bildirmişlər. O, isə həmin narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən həmin yerə qoyulduğunu bildirməsinə baxmayaraq orada fotoaparat vasitəsilə şəkillər çəkmişlər. Bundan sonra onu yenidən polis şöbəsinə aparmışlar və orada polis əməkdaşları tərəfindən məcbur edildiyindən üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Tutulmasından təxminən on gün əvvəl yaşadığı Kurdboraki kəndində, yol kənarından bir ədəd sellofan kisədə kilo yarımdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tapmış, özü marixuananı siqaretə doldurub çəkmək yolu ilə istifadə etdiyi üçün həmin qurudulmuş marixuananı özündə saxlayıb sonradan hissə-hissə istifadə etmək qərarına gəlmiş, buna görə də tapdığı sellofan kisədəki qurudulmuş marixuananı yaşadığı evə, yəni bibisi Mətanət və sonuncunun əri Zabilə məxsus Kurdboraki kəndindəki evə aparmış və həmin qurudulmuş marixuananın bir hissəsini özü istifadə etmək məqsədi ilə iyirmiyə yaxın kibrit qutusuna yığmış, qurudulmuş marixuananın çox hissəsini isə sellofan torbada saxlamışdır. Bundan sonra qurudulmuş marixuana qablaşdırdığı kibrit qutularından altı ədədini götürüb həmin qutuların üçünü yaşadığı evdəki otaqda olan yatdığı çarpayının döşəyinin altında gizlətmiş, qalan sellofan torbadakı və kibrit qutularında olan qurudulmuş marixuananı isə evin girişinin sağ tərəfindəki paltarının arasına qoyub gizlətmişdir. Bundan sonraki, müddətdə o, kibrit qutusundakı qurudulmuş marixuanadan bir qədərini istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə çarpayısında gizlətdiyi altı ədəd kibrit qutusundakı qurudulmuş marixuananın üç ədəd kibrit qutusunu götürüb əynində olan şalvarın sol yan cibinə qoymuş və həmin gün saat 14:10 radələrində evdən çıxmışdır. Təxminən 10 dəqiqəlik yol qət etmişdir ki, bu zaman mülki geyimdə olan əvvəllər tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşaraq Bərdə Rayon Polis Şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşımasında, saxlamasında və həmçinin yaşadığı evdə gizlətməsində kifayət qədər məlumatları olduqlarını bildirib bu əsasla üzərində baxış keçiriləcəyini bildirib onu bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Orada onu müdafiəçi ilə təmin edib sonra şübhəli şəxs kimi tutulduğunu elan etmişlər. Bundan sonra polis əməkdaşları üzərində narkotik vasitə, psixotrop maddə və digər qanuni dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmadığını soruşub əgər varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, o da öz növbəsində artıq ifşa olunduğunu, üzərinə baxış keçiriləcəyi təqdirdə üzərində saxladığı üç ədəd kibrit qutusundakı qurudulmuş marixuananın aşkar olunacağını görüb özünü səmimi göstərmək üçün əynindəki şalvarın cibində saxlaladığı üç ədəd kibrit qutusundakı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı təqdim etdiyi hər üç kibrit qutularına baxış keçirmiş və bundan sonra içərisində qurudulmuş marixuana olan kibrit qutularını bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və o, ptorokolla tanış olduqdan sonra orada qeyd edilənlərin düzgünlüyünü imzası ilkə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ondan əlavə olaraq yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuş, o da evində kilo yarıma yaxın narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Bərdə rayonu Kürdboraki kəndindəki bibisi Mətanət və sonuncunun əri Zabillə birlikdə yaşadığı evə getmişlər və evə baxış zamanı polis əməkdaşları çarpayısında gizlətdiyi üç kibrit qutusunda və həmçinin paltarının arasında gizlətdiyi sellofan kisədəki qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. Bundan sonra götürülmüş qurudulmuş marixuana kağız zərflərdə qablaşdırılaraq möhürlənmiş, bununla bağlı müvafiq protokol tərtib edilmiş və müdafiəçisinin iştirakı ilə protokolla tanış olub doğurluğunu imzası ilə təsdiq etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayon, Kürdborakı kənd sakini Mehdiyev Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz dövriyyəsi ilə, yəni həm istehlakı, həm də satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etdikdən sonra bu barədə Bərdə rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul olunaraq Şöbənin və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilərindən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Mehdiyevin olduğu yerin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində Təqsirləndirilən şəxs Mehdiyev yaşadığı Bərdə rayonu Kürdborakı kəndinin ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Orada araşdırmanın aparılması Şöbənin Təhqiqat Bölməsinə həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs Mehdiyev şübhəli şəxs qismində tutulmuş və dərhal fotoçəkilişdən istifadə edilməklə iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs Mehdiyevin üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Axtarış zamanı edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs Mehdiyev özü səmimi olaraq əyninə olan şalvarın sol yan cibindən üç ədəd kibrit qutusu çıxardıb təqdim etmiş və həmin kibrit qutusunda «nəşə», yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda oradan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsi aşkar olunmuşdur. Həmin kibrit qutuları iştirakçıların yanında elektron tərəzidə çəkilmiş, sonra həmin kibrit qutuları zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş, o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı bibisinə məxsus Kürdborakı kəndindəki evdə qanusuz narkotik vasitə saxlaması barədə məlumatları olduğundan Təqsirləndirilən şəxs Mehdiyevlə birlikdə Bərdə rayonu Kürdborakı kəndinəki evə gedilmiş, Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı evə ev sahibi olan bibisinin əri Zabil Səfiyevin razılığı ilə baxış keçirilmiş və baxış zamanı evin yataq otağındakı yataq dəstinin altından üç ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutularının içərisi açıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsi aşkar olunmuş, bundan sonra həmin kütlə də elektron tərəzidə çəkilərək kibrit qutuları zərfə qoyulub möhürlənmişdir. Bundan sonra baxış davam etdirilərkən otağın girişdən sol divarın küncündə əşyaların arasında tünd göy rəngli sellofan paket aşkar olunmuş, həmin sellofan paketin içərisini açan vaxt paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin sellofan torbanın içərisindən başqa bir sellofan torba çıxmışdır ki, həmin sellofan torbanın da içərisində on bir ədəd kibrit qutusu olduğu müəyyən olunmuş, həmin kibrit qutuları da açıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin kibrit qutuları və sellofan paketdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkinin təxminən bir kiloqram 700 qrama qədər olmasını müəyyən edilmişdir. Həmin kütlələrin hər biri qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı evin digər otaqlarına da baxış keçirilmiş, evdən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra təhqiqatçı tərtib etdiyi protokolu iştirakçılarla tanış etmiş, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və X9 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayon, Kürdborakı kənd sakini Mehdiyev Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz dövriyyəsi ilə, yəni həm istehlakı, həm də satışı ilə məşğul olması, yəni əldə edib həm üzərində, həm də yaşadığı mənzildə saxlaması və həm Bərdə rayon, həm də ətraf rayonların ərazilərində satması barədə əməliyyat əldə edildikdən sonra bu barədə Bərdə rayon Polsi Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq DİN-in Baş narkotiklərlə Mübarizə İdarəsinin və Şöbəsinin əməkdaşları ilə birgə əməliyyataxtarış tədbirləri başlanılmışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində Təqsirləndirilən şəxs Mehdiyev yaşadığı Bərdə rayonu Kürdborakı kəndinin ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Orada araşdırmanın aparılması Şöbənin Təhqiqat Bölməsinə həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs Mehdiyev şübhəli şəxs qismində tutulmuş və dərhal fotoçəkilişdən istifadə edilməklə iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs Mehdiyevin üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Axtarış zamanı edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs Mehdiyev özü səmimi olaraq əyninə olan şalvarın sol yan cibindən üç ədəd kibrit qutusu çıxardıb təqdim etmiş və həmin kibrit qutusunda «nəşə», yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda oradan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsi aşkar olunmuşdur. Həmin kibrit qutuları iştirakçıların yanında elektron tərəzidə çəkilmiş, sonra həmin kibrit qutuları zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş, o və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı bibisinə məxsus Kürdborakı kəndindəki evdə qanusuz narkotik vasitə saxlaması barədə məlumatları olduğundan Təqsirləndirilən şəxs Mehdiyevlə birlikdə Bərdə rayonu Kürdborakı kəndinəki evə gedilmiş, Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı evə ev sahibi olan bibisinin əri Zabil Səfiyevin razılığı ilə baxış keçirilmiş və baxış zamanı evin yataq otağındakı yataq dəstinin altından üç ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutularının içərisi açıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsi aşkar olunmuş, bundan sonra həmin kütlə də elektron tərəzidə çəkilərək kibrit qutuları zərfə qoyulub möhürlənmişdir. Bundan sonra baxış davam etdirilərkən otağın girişdən sol divarın küncündə əşyaların arasında tünd göy rəngli sellofan paket aşkar olunmuş, həmin sellofan paketin içərisini açan vaxt paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin sellofan torbanın içərisindən başqa bir sellofan torba çıxmışdır ki, həmin sellofan torbanın da içərisində on bir ədəd kibrit qutusu olduğu müəyyən olunmuş, həmin kibrit qutuları da açıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik yaşıl rəngli quru bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin kibrit qutuları və sellofan paketdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkinin təxminən bir kiloqram 700 qrama qədər olmasını müəyyən edilmişdir. Həmin kütlələrin hər biri qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı evin digər otaqlarına da baxış keçirilmiş, evdən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra təhqiqatçı tərtib etdiyi protokolu iştirakçılarla tanış etmiş, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində taksilik fəaliyyəti ilə məşğul olduğu VAZ 21011 markalı avtomobili ilə Bərdə şəhəri, Babək küçəsində yerləşən Bərdə Rayon Polis Şöbəsinin qarşısından keçərkən tanımadığı polis əməkdaşı avtomobilini saxlatdırıb Polis Şöbəsində üzərində narkotik vasitə olması barədə şübhəli bildikləri bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirib həmin baxışda iştirak etməsini ona təklif etmiş, o da təklifi qəbul edərək Bərdə Rayon Polis Şöbəsinə getmişdir. Şöbəyə getdikdən sonra bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək şöbəyə gətirildiyini, həmin şəxsin üzərində axtarış aparacaqlarını, həmin axtarışda o və digər şəxsin hal şahidlik etmələrini bildirmişlər. O və digər şəxs də buna etiraz etməmişlər. Daha sonra onlara adının Təqsirləndirilən şəxs olduğunu bildiyi əvvəllər tanımadığı bir nəfər şəxsi göstərib həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşlar, o da həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra onun, digər hal şahidinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə axtarışa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs özü səmimi olaraq əynində olan şalvarın sol yan cibindən üç ədəd kibrit qutusu çıxardıb təqdim etmiş və həmin kibrit qutusunda «nəşə» olduğunu bildirmişdir. Polis əməkdaşları həmin kibrit qutusunun içərisini açdıqdan sonra kibrit qutusunda xüsusi iyə malik yaşıl rəngli quru bitki kütləsinin olmasını görmüşdür. Polis əməkdaşı həmin kibrit qutularını iştirakçıların yanında elektron tərəzidə çəkmiş və ümumi çəki təxminən 18-19 qram olmuşdur. Daha sonra polis əməkdaşları həmin kibrit qutularını zərfə qoymuş və möhürləmişlər. Daha sonra onlar birlikdə Bərdə rayonu Kürdborakı kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı evin yataq otağında yataq dəstinin altında üç ədəd kibrit qutusu aşkar olunmuşdur. Növbəti otağa keçirilən baxış zamanı otağın girişdən sol divarın küncündə əşyaların arasında tünd göy rəngli sellofan paket aşkar olunmuşdur. Polis əməkdaşı həmin sellofan paketi açdıqdan sonra orada yaşıl rəngli quru bitki kütləsinin olmasının şahidi olmuşdur. Həmin selofanın içərisindən başqa bir sellofan da çıxmışdır ki, həmin sellofanın da içərisində on bir ədəd kibrit qutusu olmuşdur. Polis əməkdaşı həmin kibrit qutularını da açmış, kibrit qutularının içərisində yaşıl rəngli quru bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin kibrit qutuları və sellofan paketdə olan bitki kütlələri hər biri qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra evin digər otaqlarına da baxış keçirilmiş, evdən başqa heç bir qeyri-qanuni əşya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Adıgözəl oğlu Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Bərdə rayonu, Kürdborakı kəndində yaşayan Mehdiyev Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi və alqı-satqısı ilə məşğul olması və qohumu X2 yaşadığı Bərdə rayonu, Kürdborakı kəndində yerləşən yaşayış evində satış məqsədilə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və fotoşəkillərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:40-da Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında Mehdiyev Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən üç ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs Mehdiyevin yaşadığı Bərdə rayonu Kürdborakı kəndindəki evinə baxış keçirilərkən evin yataq otağının giriş hissəsində yerləşən çarpayının arasında içərisində bitki mənşəli yaşıl rəngli kəskin iyə malik kütlə olan üç ədəd kibrit qutusu, evin digər təmirsiz otağının giriş qapısından sağ tərəfdə Təqsirləndirilən şəxs Mehdiyevə məxsus paltarlara baxış keçirilən zaman içərisində kəskin iyi olan quru yaşıl rəngli kütlə və on bir ədəd içərisində qoxulu quru yaşıl rəngli kütlə olan kibrit qutularının yığıldığı bir ədəd sellofan torba qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evin mülkiyyətçisi, təqsirləndirilən şəxsin bibisinin əri X7 evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin CABnın əməliyyat müvəkkili, polis kapıtanı Şahid3 xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1301 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Mehdiyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri yazılmış zərfdə 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2,629 qram, 2) 3,504 qram və 3) 3,269 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi - 9,402 qramdır.Tədqiqata təqdim olunmuş üzərində «Mehdiyev Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» sözləri yazılmış kağız bükümdə 14 (on dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 3,386 qram, 2)3,974 qram, 3) 3,875 qram, 4) 3,853 qram, 5) 4,239 qram, 6) 3,622 qram, 7) 4,007 qram, 8) 4,022 qram, 9) 3,502 qram, 10) 3,850 qram, 11) 3,865 qram, 12) 3,190 qram, 13) 2,836 qram və 14) 3,820 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi-52,041 qramdır.Tədqiqata təqdim olunmuş skoçla bağlanmış, ağ kağız üzərində «Şübhəli şəxs Mehdiyev Təqsirləndirilən şəxs yaşadığı Bərdə r/n Kürdborakı kəndindəki evdən aşkar edilərək götürülmüş...» sözləri yazılmış polietilen torbada təmiz çəkisi 1640 qram (1 kq 640 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir zərfdə, bir ədəd kağız bükümdə və bir ədəd polietilen torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx xxx 2020-ci il tarixli 1224 nömrəli rəyindən görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş üç ədəd paketdə qablaşdırılmış halda 1701,443 qram narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 1700,543 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli xx/xx- 2324 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan marixuananın ona məxsus olmamasına dair ifadəsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları ilə, habelə yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə həmin ifadəni cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ilkin ifadəsi, iş üzrə olan şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 3-cü bəndinə əsasən, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında, (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və sair) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən halları, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmaqla külli miqdarda olmasına, evdən çıxarkən narkotik vasitələri özü ilə götürməsinə, 17 kibrit qutusunda olmaqla xırda bağlamalarda olmasına əsasən təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığı qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Mehdiyev Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2006-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, yuxarıda şərh edilənlərini nəzərə alaraq hesab edir ki, Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Mehdiyev Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx xxx 2020-ci il tarixli 1224 nömrəli rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsi ilə Mehdiyev Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan üç ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 1700,543 qram narkotik vasitə olan qurudulmuş marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bərdə Rayon Vəkil Bürosunun vəkili X6 ümumilikdə 4 (dörd) saat, Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili X10 ümumilikdə 50 (əlli) saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan üç ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq 1700,543 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Mehdiyev Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X1 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat, X4 vəkil işlədiyi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Mehdiyev Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X11 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar