Məhkəmə qərarları › İş №1(100)-261/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-261/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-261/2022 07.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, X5 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-cı ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx kəndində daimi qeydiyyatda olmaqla Tovuz rayonunun Əyyublu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində, Tovuz rayonu, Əyyublu kəndində yerləşən yeməkxanada sərxoş halda tanışı Zərərçəkmiş şəxs ilə zarafat edərkən Zərərçəkmiş şəxs ona cavab qaytarmadığını bəhanə gətirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ünvanına söyüş söyüb baltadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs başından bir dəfə vuraraq sonuncuya sağ təpə ənsə nahiyəsinin sağ təpə sümüyünün qopmuş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və çapılmış yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaqla hamı tərəfindən qəbul olunmuş davranış, birgə yaşayış və əxlaq normalarını pozmaqla saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Əyyublu kəndində fəhləlik etməklə ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanıyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Əvəz də onun kimi fəhləlik etmişdir. 21 aprel 2021-ci il tarixdə saat 14 radələrində o Əyyublu kəndində Bakı Qazax avtomobil yolunun kənarında yerləşən Hakim adlı şəxsə məxsus kafeyə çay içməyə getmişdir. Orada tanışları olan Qənbər və Ümid kimi tanıdığı Tanrıverdinin eyni stolda əyləşib çay içdiklərini görmüdür.Onlara yaxınlaşıb stolda əyləşmişdir. Bir qədər sonra Əvəz də gəlib onların əyləşdiyi stolda əyləşmişdir. Birlikdə əyləşdikdən sonra içkili vəziyyətdə olduğundan Əvəzlə zarafat etməyə başlamışdır.O Əvəzlə zarafat etsə də Əvəz onunla zarafat etməmişdir. Əvəz onunla zarafat etmədikdə Əvəzə əsəbləşmişdir. Onlarla birlikdə əyləşmiş Tanrıverdi paltarını təmizləmək üçün stoldan qalxıb su olan istiqamətə getmişdir. Həmin vaxt Əvəzin stolun üzərində olan siqaret qutusu yerə düşmüş, Əvəz buna görə yerə əyilmişdir. O da həmin vaxt stolun üzərinə qoyduğu baltanın kəsici hissəsi ilə bir dəfə Əvəzin başından vurmuşdur. Əvəz başını qaldırmış və onu nə üçün vurduğunu soruşaraq qalxıb kafenin mətbəxinə getmiş, orada dəsmal götürüb başının arxasına qan axan yerinə sıxmışdır. Bundan sonra Əbülfət və Süleyman Əvəzin yanına gəlmiş, daha sonra onlar Əvəzə köməklik edib onu yolun kənarına çıxarmışlar. Orada yoldan keçən avtomaşınlardan birinə əyləşib Tovuz Mərkəzi Rayon xəstəxanasına getmişlər. İfadəsinə əlavə olaraq özünü CM-in 126.1-ci maddəsilə təqsirli bildiyini, Zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Əyyublu kəndində fəhləlik edib ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Onunla hər hansı düşmənçilik və ədavəti olmamışdır. Ağa da onun kimi fəhləlik etmişdir. 21 aprel 2021-ci il tarixdə saat 14 radələrində o Əyyublu kəndində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən Hakim adlı şəxsə məxsus kafeyə çay içməyə getmiş, orada tanışları olan Ağa, Qənbər və Ümid kimi tanıdığı Tanrıverdi ilə birlikdə əyləşib çay içmişlər. Həmin vaxt Ağa özünə məxsus təsərrüfat alətləri olan balta, mişar bağ qayçısını stolun üzərinə qoymuşdur. Ağa onunla zarafat etməyə və ona söz atmağa başlamışdır. O isə Ağanın sərxoş olduğunu görüb onunla mübahisə etməmişdir. Lakin Ağa onun səssiz qalmağından bir az da əsəbləşmiş və onu balta ilə vuracağını demişdir. O isə Ağaya əhəmiyyət verməmişdir. Ağanın onunla zarafat etdiyini düşünüb heç nə deməmişdir. Onlarla birlikdə əyləşmiş Tanrıverdi paltarını təmizləmək üçün stoldan qalxıb su olan istiqamətə getmişdir. Həmin vaxt onun stolun üzərində olan siqaret qutusu yerə düşmüş, buna görə yerə əyilmişdir. Bu vaxt başında şiddətli zərbə və ağrı hiss etmişdir. Başını qaldırdıqda Ağanın əlində balta ilə dayandığını görmüşdür. O qamətini düzəldib həmin yerdən kənarlaşmış, kafenin mətbəxinə getmiş və orada dəsmal götürüb başının arxasına, qan axan yerə sıxmışdır. O başına dəsmalı sıxıb gözləyərkən Qənbər qardaşına zəng edib onu kafeyə çağırmışdır. Qardaşı Əbülfət və dayısı oğlu Süleyman onun yanına gəlmiş, daha sonra ona köməklik edib onu yolun kənarına çıxarmışlar. Orada yoldan keçən avtomaşınlardan birinə əyləşib Tovuz Mərkəzi Rayon xəstəxanasına getmişlər. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və o bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Əyyublu kəndində fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Əvəz və Ağa ilə münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Əvəz və Ağa da onun kimi fəhləliklə məşğul olmuşlar. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o fəhlə yoldaşı Ümid ləqəbli X2 ilə işdən gəlmişlər. İşdən gəlib Əyyublu kəndində magistral yolun kənarında yerləşən Hakim adlı şəxsin işlətdiyi çayxanaya daxil olmuşlar. O Tanırverdiyə kafenin həyətində yerləşən stollardan birində orutub çay içməyi təklif etmiş, Tanrıverdi onunla razılaşmış və oturub çay sifariş vermişlər. Onlar çay içərkən Ağa əlində balta, mişar və bağ qayçısı ilə yanlarına gəlib stolda əyləşmişdir. Ağa haradansa işdən gəlmişdir. Ağanın hərəkətlərindən sərxoş olduğu hiss olunmuş, Ağa stolda əyləşdikdən sonra onlarla birlikdə çay içmişdir. Həmin vaxt Tanrıverdi işdən aldıqları 16 manat zəhmət haqqndan payına düşən 8 manat pulu ona vermişdir. Pulu ona verərkən Ağa Tanrıverdidən bir manat pul istəmiş, Tanrıverdi pula ehtiyacı olduğunu, ona verəcək pulunun olmadığını demişdir. Bir qədər sonra Əvəz də yanlarına gəmiş, Əvəz stolda onun yanında Ağa ilə üzbəüz əyləşmişdir. Əvəz stolda əyləşdikdən sonra Tanrıverdi paltarlarını yumaq üçün stoldan durub getmişdir. Ağa Əvəzlə söhbət etməyə başlamış, söhbət zamanı Ağa Əvəzə hər gün yeni paltar geyindiyini, maddi imkanının artdığını bildirmişdir. Əvəz Ağa sərxoş vəziyyətdə olduğu üçün Ağanı yola verərək köynəyi çıxarıb ona verə biləcəyini demişdir. Bundan sonra Ağa Əvəzə səni balta ilə vuraram demişdir. Əvəz yenə Ağanı yola vermək məqsədilə Ağaya “sağol” demişdir. Həmin vaxt Əvəzin siqaret qutusu yerə düşdüyü üçün əyilib siqaret qutusunu götürmək istəmişdir. Bu zaman Ağa anidən baltanı əlinə alıb kəsici tərəfi ilə Əvəzin başına bir dəfə vurmuşdur. Əvəz əlini başına aparmış, Əvəzin başı yarılıb qanamışdır. O Əvəzə kömək etmiş, daha sonra kafedən çıxıb Əvəzin qardaşı Əbülfətgilə getmişdir. Əbülfət evdə olmadığına görə ona zəng edib Ağanın Əvəzi balta ilə vurduğunu, təcili xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Kafeyə geri qayıdanda Ağanın yerində olmadığını görmüş, həmin vaxt Əbülfət oraya gəlmişdir. Əbülfət və dayısı oğlu Süleyman birlikdə Əvəzi xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olub ailəsini dolandırır. Tovuz rayonunun Əyyublu kəndində özünə məxsus “Ayxan Market” adlanan ərzaq mağazası və mağazanın yanında yerləşən yeməkxanası vardır. Həmin yeməkxananı o Hakim adlı Əyyublu kənd sakininə icarəyə vermişdir. 21 aprel 2021-ci il tarixdə Ağa adlı şəxslə Əvəz adlı şəxs arasında baş vermiş dava zamanı orada olmamışdır. O hadisə barədə sonradan, yəni hadisədən bir gün sonra eşitmişdir. O hadisə barədə eşidib maraqlandıqda bilmişdir ki, 21 aprel 2021-ci il tarixdə saat 14 radələrində kafedə olarkən Ağa, Qənbər və Əvəz oturub çay içmişlər. Həmin vaxt Ağa sərxoş olmuş, baltanı götürərək bir dəfə Əvəzin başından vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər Ağanı həmin yerdən kənarlaşdırmışlar. Əvəz isəxəstəxanaya aparılmışdır. O hadisə barədə öyrəndikdən sonra Əvəzlə və Ağa ilə maraqlanmış, onların harada olmalarını soraqlamış, Əvəzin xəstəxanada olduğunu Ağanın isə qaçıb gizləndiyini öyrənmişdir. Hadisədən təxminən 10-15 gün sonra evdə olarkən ona Bəşir adlı qonşusunun baltasını istəməyə gəldiyini demişlər. O isə Bəşirdən balta almadığını bildirmiş, həmin vaxt ona arvadı X10 evdə iş görərkən lazım olduğu üçün baltanı özünün aldığını demişdir. Ağa onların yaşadığı evdə balta ilə ağacları budamışdır. Həmin budama 21 aprel 2021-ci il tarixdən əvvəl baş vermişdir. Ruhiyyə ona baltanı Bəşirə qaytarmaq barədə dedikdə o Ağanın hadisədən sonra həmin baltanı hara qoyması barədə maraqlanmışdır. Öyrənmişdir ki, Ağa baltanı hadisədən sonra kafenin arxa hissəsində yerləşən avtomobil təmiri sexinə aparıb qoymuşdur. O da baltanı həmin yerdə müəyyən edib yaşadığı evə aparmışdır. Evdə tapşırmışdır ki, Bəşir gələrsə baltanı ona versinlər. Lakin həmin baltanı Bəşir gəlib aparmadığı üçün yaşadığı evdə qalmış, bundan sonra isə baltanı təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi”nin Tovuz rayon şöbəsi tərəfindən təqdim edilmiş 22 aprel 2021-ci il tarixli, 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət-sağ təpə-ənsə nahiyəsinin sağ təpə sümüyünün qopmuş sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və çapılmış yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni balta ilə vurulma nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi baltanı könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 24 iyun 2021-ci il tarixli “polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş 17 mart 2022-ci il tarixli, 16/257 nömrəli məhkəmə ballistik ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd balta kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasına dair 04 aprel 2022-ci il tarixli, 179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri ) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bildiyini, əməlinin CM-in 126.1-ci maddəsilə tövsif edilməsini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəyə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir. Onun təqsiri həm özünün məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin221-ci maddəsilə tövsüf olunmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, yəni CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nə saxlanışa verilmiş bir ədəd balta sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 7 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nə saxlanışa verilmiş bir ədəd balta sahibinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar