Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-261/2023 28.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədirlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram, 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram olmaqla ümumi təmiz çəkisi 3,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində üzərində saxladığı ayrı-ayrı bükümlərdə külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram olmaqla ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq 250 manata satmış, 11 noyabr 2022-ci il tarixdə saat 23:40 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, üzərində saxlama və satışı ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirilərək 12 noyabr 2022-ci il tarixdə saat 01:20 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram olmaqla, ümumi təmiz çəkisi 0,790 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi da vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçi və təqsirləndirilən şəxs vəsatətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə işin faktiki hallarına uyğun olmayan qeyrimüəyyən ittiham verilmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, o cümlədən CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində üzərində saxladığı ayrı-ayrı bükümlərdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq 250 manata satmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun satış məqsədilə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlaması, daha sonra isə tanışı kimi təqdim edilən öz-özünə satması göstərilmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı Şahid4 satmışdır. Qeyd edilən xüsusatlar Təqsirləndirilən şəxsla Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri və digər istintaq materialları ilə tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış zamanı Şahid4 üzərindən cəmi 16 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cəmi 4 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Şahid4 ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində aşkar edilmiş 16 büküm narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İbtidai istintaqı aparan orqan tərəfindən ibtidai istintaqın yekununda Təqsirləndirilən şəxs həm Şahid4 satdığı 16 büküm, həm də öz üzərindən aşkar edilmiş 4 büküm, yəni cəmi 20 büküm narkotik vasitə olan heroinin satışı ilə bağlı ittiham vermişdir. Bununla belə, ittiham aktının nəticəvi hissəsindəki ittihamın təsvirində, yəni əməlin təsvirin yuxarı hissəsində Təqsirləndirilən şəxs 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram, 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram olmaqla ümumi təmiz çəkisi 3,81 qram (cəmi 20 büküm) kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlaması göstərilsə də, 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində tanışına satdığı bükümlərin sayı 16 deyil, məhz 15 büküm, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram olan bükümlər göstərilmişdir. Göründüyü kimi verilmiş ittihamda Təqsirləndirilən şəxs tanışına içərisində 0,117 qram heroin olan bükümü satması göstərilməmişdir. Halbuki həm Təqsirləndirilən şəxs, həm də ki Şahid4 ifadələri, eyni zamanda “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, həmçinin iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyləri və digər istintaq materialları da təsdiq edir ki, Təqsirləndirilən şəxs Şahid4 15 büküm deyil, məhz 16 büküm narkotik vasitə olan heroin satmışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1289 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər ilə üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazısı olan kağız paketdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Bu hal Təqsirləndirilən şəxsla Şahid4 üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin tərkibinin eyni olmasını təsdiq edir. Bundan başqa, ittiham aktının nəticəvi hissəsindəki ittihamın təsvirində Təqsirləndirilən şəxs tanışına satdığı 15 büküm, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram olan heroinin ümumi təmiz çəkisi 3,02 qram göstərilsə də, faktiki olaraq ittihamın təsvirində 1 büküm, yəni 0,117 qram heroin göstərilmədiyindən Təqsirləndirilən şəxs verilmiş ittihamda 15 bükümün çəkisi 3,02 qram deyil, məhz 2,903 qram göstərilməli idi. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1288 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazı və imzalar olan kağız paketi açıldıqda içərisindəki 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd polietilen paketdə 16 (on altı) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0, 131 qram, 0,117 qram, ümumi təmiz çəkisi 3,02 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Göründüyü kimi müstəntiq səhvə yol verərək Təqsirləndirilən şəxs verilmiş ittihamda onun tanışına 15 büküm olan narkotik vasitə heroini satmasını göstərsə də, faktiki olaraq ittihamda 1 büküm, yəni 0,117 qram heroini göstərmədiyi halda qeyd edilən bükümü də çəkiyə daxil edərək yekunda ümumi çəki kimi 16 büküm heroinin çəkisini, yəni 3,02 qramı göstərmişdir. Halbuki müstəntiq verilmiş ittihamda 15 büküm ümumi çəkisi kimi 2,903 qram göstərilməli idi. Müstəntiq Təqsirləndirilən şəxs 16 bükümlə bağlı ittiham vermiş olduğu halda heroinin ümumi çəkisi kimi 3,02 qram göstərməli idi. Bundan başqa, ittiham aktının həm təsviri əsaslandırıcı, həm də ki nəticəvi hissəsindəki ittihamın təsvirində Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə saat 23:40 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Qaradəmirçi kəndində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, üzərində saxlama və satışı ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirildiyi göstərilmişdir. Lakin iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 01.05-də şübhəli kimi tutulmuş və tutulmanın əvvəli azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 12 noyabr 2022-ci il tarixdə saat 00.15-dən hesablanmışdır. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da həbs etmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Hətta Təqsirləndirilən şəxs da şübhəli şəxs kimi müdafiəçisinin iştirakı ilə verdiyi izahatında 12 noyabr 2022-ci il tarixdə saat 00.15-də saxlanıldığını göstərmişdir. Göründüyü kimi müstəntiq kobud pozuntuya yol verərək Təqsirləndirilən şəxs şübhəli kimi saxlanıldığı vaxtı və tarixi səhv, yəni 12 noyabr 2022-ci il saat 00.15 əvəzinə, 11 noyabr 2022-ci il saat 23.40 göstərmişdir. Yuxarıda qeyd edilən ittihamın təsvirindəki narkotik vasitə olan heroinin bükümlərinin sayı ilə bağlı pozuntu, heroinin ümumi çəkisi ilə bağlı pozuntu, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni kimə satması ilə bağlı pozuntu, həmçinin Təqsirləndirilən şəxs saxlanılma vaxtı və tarixi ilə bağlı kobud pozuntular ittiham aktının həm nəticəvi hissəsində, həm də təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir. Həmçinin qeyd edilən pozuntular “cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın, “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərarın, “vəsatətin rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın, həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin xx.xx.2022-ci il tarixli vəsatətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun həmin tarixli təqdimatının, həbs qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının, “məhkəmə-narkoloji ekspertiza təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının, telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsinə dair müstəntiqin xx.xx.2022-ci il tarixli vəsatətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun həmin tarixli təqdimatının, “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın, “cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın və vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində də təkrarlanmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsə verilmiş ittiham qeyri-müəyyən olmaqla, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni kimə satması, hansı miqdarda və bükümdə satması, satdığı narkotik vasitənin ümumi çəkisinin nə qədər olması, həmçinin Təqsirləndirilən şəxs hansı tarixdə və saatda saxlanılması dəqiq göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Bundan başqa, ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, ittiham aktının ikinci vərəqində həbs qətimkan tədbiri ilə bağlı Bərdə Rayon Məhkəməsinin qərarının iş materiallarının 141-ci vərəqində olması göstərilsə də, qeyd edilən vərəqdə “şəxs barəsində məlumatlar əks etdirən sənədləri və digər materialları əldə edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldur. Məhkəmə qərarı isə iş materiallarının 142-146 vərəqlərindədir. Həmçinin ittiham aktının beşinci vərəqində iş üzrə Şahid4lə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolunun iş materiallarının 196-cı vərəqində olması göstərilsə də, qeyd edilən vərəqdə Şahid4 ifadəsidir. Üzləşdirmə protokolu isə iş materiallarının 98-99-cu vərəqlərindədir. Habelə ittiham aktının yeddinci vərəqində Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videoçəkiliş olan diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun iş materiallarının 29-cu vərəqində olması göstərilsə də, qeyd edilən vərəqdə Şahid4 izahatıdır. Adı çəkilən protokol ümumiyyətlə iş materiallarında yoxdur. Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1288 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazı və imzalar olan kağız paketi açıldıqda içərisindəki 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd polietilen paketdə 16 (on altı) ədəd sellofan bükümlərdə olan heroinin ümumi təmiz çəkisi 3,02 qramdır və tədqiqata 0,8 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalığı 2.22 qramdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1289 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümlərdə olan heroinin ümumi təmiz çəkisi 0,790 qramdır, tədqiqata 0,6 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalığı 0,670 qramdır. Eyni zamanda həmin rəydə göstərilmişdir ki, “Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazısı olan kağız paketdəki heroinlərin ümumi təmiz çəkisi 2.22 qramdır, tədqiqata 0,6 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalığı 1.74 qramdır. Bununla belə, iş materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ayna Nəsirliyə maddi sübut kimi Şahid4 üzərindən aşkar olunmuş 16 büküm narkotik vasitə heroilərin qalıq çəkisi kimi birinci ekspertiza tədqiqatından sonra qalan 2.22 qram çəkidə heroin təqdim edilmişdir. Halbuki 12 noyabr 2022-ci il tarixli, 16/1289 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şahid4 üzərində aşkar edilmiş 16 büküm narkotik vasitə heroinin ekspertizaya təqdim edilən çəkisi 2.22 qram olmuş, tədqiqata 0,6 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalığı 1.74 qram qalmışdır. Göründüyü kimi müstəntiq tanış olmaları üçün 1.74 qram olan heroini maddi sübut kimi təqdim etməli olduğu halda, bunu etməyərək və kobud səhvə yol verərək mövcud olmayan çəkidə, yəni 2.22 qram heroinin tanış olmaları üçün təqdim edildiyini protokolda yazmışdır. Eyni zamanda müstəntiq tanış etmə istintaq hərəkəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə raportla rəhbərliyə müraciət edərək Şahid4 üzərində aşkar edilmiş 16 büküm narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalıq çəkisi olan 2.22 qram narkotiki anbara təhvil verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi müstəntiq bir daha səhvə yol verərək narkotik vasitə olan heroinin qalıq çəkisini səhv göstərmişdir. Maddi sübutun qalıq çəkisinin səhv göstərilməsi gələcəkdə onun barəsində məsələ həll olunarkən kifayət qədər problemlər yaradacaqdır. Azərbaycan Respublikası CPM-nin 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Bundan əlavə “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 02 mart 2023-cü il tarixli protokolunda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Ayna Nəsirlinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə hər hansı bir qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası CPM-nin 286.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Bundan əlavə “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 02 mart 2023-cü il tarixli protokolda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ayna Nəsirliyə iş materiallarında olan Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarışla bağlı video görüntünü əks etdirən iki ədəd DVD disklər, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışı əks etdirən video görüntü olan bir ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş iki ədəd CD disklər tanış olmaları üçün təqdim edildiyi yazılsa da, qeyd edilən informasiya daşıyıcısı olan disklərin nümayiş etdirilməsi barədə hər hansı bir qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası CPM-nin 285.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Qeyd edilən maddədən görünür ki, müstəntiq təqsirləndirlən şəxsin və onun müdafiəçisinin xahişi ilə çəkiliş lentləri nümayiş etdirir. Bununla belə, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 02 mart 2023-cü il tarixli protokolda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ayna Nəsirlinin qeyd edilən informasiya daşıyıcı olan disklərlə tanış olmaqdan imtina etmələri barədə hər hansı bir qeyd yoxdur. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə də hazırki iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı bir sıra prosessual pozuntulara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs dövlət hesabına təqdim olnumuş vəkil X1 adına tərtib olunmuş 676 nömrəli vəkil orderində orderin tarixi xx.xx.2022-ci il tarix göstərilsə də, ondan aşağıdakı qrafada qərarın tarixi kimi xx.xx.2022-ci il yazılmışdır. Halbuki iş materiallarında olan “müdafiəçi təyin etmək haqqında” qərardan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmçinin qeyd edilən vəkil orderində vəkilin imzası olan qrafada müdafiəçisi Ayna Nəsirlinin imzası da yoxdur. Bundan əlavə iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişə baxış keçirilməsi haqqında 12 noyabr 2022-ci il tarixli protokolda 12 noyabr 2022-ci il tarixdə saat 00.40-da Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığı yazılmışdır. Halbuki iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 12 noyabr 2022-ci il tarixdə saat 01.20-dən 01.40-dək aparıldığı göstərilmişdir. Bundan əlavə iş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 noyabr 2022-ci il tarixli qərarın ikinci vərəqində, yəni qərarın Təqsirləndirilən şəxs elan edilməsi haqqında qeydlər yazılmış hissədə onun müdafiəçisi kimi X2 göstərilmişdir. Halbuki iş materiallarında olan xx.xx.2022-ci il tarixli 676 nömrəli vəkil orderindən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X3r. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin əsli cinayət işinin materiallarına əalvə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 155.6-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatətləri təmin edilməli, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır.s Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 13 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 12 mart 2023-cü ildən 27 mart 2023-cü ilədək uzadılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-261/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-261/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver