Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-262/2020 11.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X21 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamınm Müdafiəsi üzrə X13 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X18 və onun nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu, Ağamalıoğlu kəndində daimi qeydiyyatda olmaqla Gəncə şəhəri, Z.Məmmədov küçəsi, döngə 2, ev 19A-da yaşayan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(066)-21/2020 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X21 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin İ bəndinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «QAZ 2410» minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Göygöl- Toğanalı avtomobil yolunun Göygöl rayonu, Aşıqlı kəndi ərazisindən keçən hissəsi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman həmin maddənin İ hissəsinin İİİ bəndinin tələblərini pozmaqla, yəni yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda bunu etməyib, həmçinin həmin qanunun 50-ci maddəsinin İİ hissəsinin İ bəndinin tələblərini pozmaqla, yəni avtomobili yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olan sürətlə idarə edib avtomobil üzərində idarəetməni itirdiyindən avtomobil yolun kənarında olan səkiyə çırpılmış, daha sonra səkini keçib enişli küçəyə daxil olaraq yolun kənarında dayanmış Zərərçəkmiş şəxs3 məxsus, «Daewoo nexia» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə avtomobildə olan sərnişinlərdən 1991-ci il təvəllüdlü X15 aldığı döş qəfəsinin küt travması, hər iki ağciyərin və qaraciyərin cırılması nəticəsində daxili qanitirmə ilə müşayət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər almaqla ehtiyatsızlıqdan sonuncunun ölümünə, avtomobildə olan digər sərinişinlər 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün diafizində, sağ dirsək sümüyünün diafizində yerdəyişmiş, çoxsaylı, qəlpəli və mil sümüyü diafizində natamam sınıqlar ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərər vurmaya aid xəsarətlər, habelə 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol bazu sümyünün orta 1/3 hisəsəsinin yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərər vurmaya aid xəsarətlər almasına, eləcə də «Daewoo Nexia» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs3 150 manat dəyərində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük hüququ olmadan bacanağı Rövşən və qohumu Elfaq ilə birlikdə onlara məxsus avtomobillərlə səyyari şəkildə meyvətərəvəz alqı-satqısı ilə məşğul olmuşdur. O, mütəmadi olaraq Elfaqa məxsus “Qaz-2410” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməklə həmin avtomobillə səyyari şəkildə meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olmuşdur. Elfaq və Rövşən də özlərinə məxsus avtomobillərlə onun kimi meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olmuş və günün sonunda onlar qazanclarını öz aralarında bölmüşlər. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində bacanağı Rövşənlə əlaqə saxlayıb sonuncunun özünə məxsus “Qaz-31” markalı avtomobili Gəncə şəhərində “Taksimatornu” deyilən ünvanda təmir etdirdiyini öyrəndiyindən, Rövşənlə görüşmək üçün idarə etdiyi «Qaz 2410» markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin ünvana getmiş, bacanağı Rövşən və onun yanında olan qohumu Elfaqla görüşmüşdür. Onlarla hal-əhval tutub 15-20 dəqiqə söhbət etmiş, həmin vaxt arvadı Dürdanə ona zəng vurub istirahət etmək üçün onları Göygöl rayonuna Almalıq bağı adlanan ünvana aparmağı xahiş etmişdir. Saat 17 radələrində yaşadığı ünvanda istirahatə getmək üçün arvadı Dürdanə, qaynanası Gülnaz, qohumu Turanə, Dürdanənin övladları Sara və Ayxan idarə etdiyi avtomobilə əyləşmişlər. Gülnaz avtomobildə ön oturacaqda, Dürdanə, Turanə və övladları isə arxa oturacaqda əyləşmişlər. Onlar birlikdə Göygöl rayonu ərazisində Almalıq deyilən ünvanda çəmənlik sahədə yemək yemiş və saat 20 radələrində həmin ünvandan yaşadığı Gəncə şəhərinə qayıtmaq üçün Göygöl-Toğanalı avtomobil yoluna çıxmışdır. O, Göygöl şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olmuş, sərt döngəyə daxil olduğunu görüb əyləci sıxanda tormozlanma olmadığını hiss edib sükanı tam sağa fırlatmış və idarəetməni itirmişdir. Avtomobil yolun solunda, əks istiqamətdə olan səkiyə çırpılmış, daha sonra səkidə ki, işıq dirəyini qırıb enişli küçəyə daxil olmuş, həmin küçədə dayanmış “Daevoo Nexia” markalı avtomobilin arxa hissəsinə çırpılıb dayanmışdır. O, dərhal avtomobildən düşmüş, Dürdanənin avtomobildən kənara düşdüyünü və yerdə can verdiyini görmüşdür. Həmin vaxt ətrafa toplaşmış kənd sakinlərinin köməyi ilə digər sərinişinlər də avtomobildən çıxarılmışdır. Dürdanəni sürücüsünü tanımadığı, markasını xatırlamadığı bir avtomobilə yerləşdirib xəstəxanaya aparmaq istəsələr də, Dürdanə yolda olarkən vəfat etmişdir. O, təcili tibbi yardım avtomobili ilə Göygöl Rayon Mərkəzi xəstəxanasına aparılmış, xəstəxanada xəsarət aldığı üçün ona da tibbi yardım edilmişdir. O, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, idarə etdiyi “Qaz-2410” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisənin baş verməsinə səbəb avtomobilin əyləc sistemində nasazlığın yaranması olmuşdur. Hazırda baş verən hadisədən çox peşmandır, məhəkəmədən ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, kürəkəni Elməddinin xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Göygöl rayonu, Aşıqlı kəndində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı qızı Dürdanə Namazovanın öldüyünü, arvadı Zərərçəkmiş şəxs1 və gəlini Zərərçəkmiş şəxs2 isə bədən xəsarətləri aldığını sonradan bilmişdir. Hadisənin şahidi olmamış, gəlini Turanənin sözlərindən Elməddinin Göygöl rayonu, Aşıqlı kəndində Göygöl şəhəri istiqamətində hərəkətdə olduğu zaman avtomobili yüksək surətlə idarə etməsini, sərt döngəyə daxil olduqda idarəetməni itirdiyini, avtomobilin yolun əks istiqamətdə olan səkiyə çırpıldıqdan sonra səkidə olan işıq dirəyini qırıb həmin küçədə olan avtomobilə çırpılaraq dayandığını, nəticədə qızı Dürdanənin hadisə yerində vəfat etdiyini bilmişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Elməddin xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlib onları istirahət etmək üçün Göygöl rayonu, Almalıq bağı adlanan ünvana aparacağını bildirmişdir. Onlar saat 17 radələrində yaşadıqları ünvandan qızı Dürdanə, gəlini Turanə, azyaşlı nəvələri Sara və Ayxanla birlikdə Elməddinin idarə etdiyi avtomobilə əyləşmişlər. O, avtomobildə ön oturacaqda, Dürdanə, Turanə və nəvələri isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Onlar birlikdə Göygöl rayonu, Almalıq deyilən ünvanda çəmənlik sahədə yemək yedikdən sonra, saat 20 radələrində həmin ünvandan yaşadıqları Gəncə şəhərinə geri qayıdan zaman Elməddin avtomobili sürətlə idarə etmişdir. O, Elməddinə avtomobili yavaş idarə etəməyini xahiş etsə də, sonuncu ona məhəl qoymamış avtomobili daha da sürətlə idarə etmişdir. Elməddin Göygöl rayonu, Aşıqlı kəndi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olduğu zaman öndəki sərt döngədə idarəetməni itirmiş, avtomobili yolun əks istiqamətində olan səkiyə çırpmış, daha sonra isə səkidə olan işıq dirəyini qırıb enişli küçəyə daxil olub həmin küçədə dayanmış avtomobilin arxa hissəsinə çırpılıb dayanmışdır. Bundan sonra həmin yerə toplaşan insanların köməyi ilə o, avtomobildən çıxarılmış, xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Sonradan qızının hadisə yerində vəfat etdiyini bilmişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun məzmunlu ifadə verərək təqstirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsin məhəkəmədən xəhiş etmişdtir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə özünə məxsus “Daevo Nexia” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Göygöl rayonu, Aşıqlı kəndində yaşadığı evin qarşısında saxlamışıdır. Həmi gün saat 20 radələrində evin həyətində olarkən Aşıqlı yolundan toqquşma səsinə küçəyə çıxmış, «Qaz-2410» markalı avtomobilin idarəetməni itirib küçənin yuxarı hissəsindən gəldiyini görüb kənara çəkilmişdir. Həmin vaxt «Qaz-2410» markalı avtomobil ona məxsus yolun kənarında dayanmış “Daevo Nexia” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpılıb dayanmışdır. Sonra sürücünün avtomobildən düşməsini və avtomobilin arxa oturacağından bir nəfər yarımdüşülü vəziyyətdə yerə yıxılan qadınının isə avtomobildən çıxardığını görmüşdür. Həmin vaxt hadisə yerinə toplaşan kənd sakinlərinin köməyi ilə sürücü və avtomobildə olan sərnişinlərin digər avtomobilə mindirib xəstəxanaya aparılmasına koməklik edilmişdir. Sonradan Dürdanə adlı şəxsin yolda vəfat etdiyini bilmişdir. Hadisə nəticəsində onun avtomobilinin arxa hissəsi zədələndiyi üçün ona təxminən 150 manat həcmində dəymiş maddi ziyanı tələb etmir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, dostu Rövşən və onun qohumu Elməddin ilə birlikdə avtomobillərlə səyyari şəkildə meyvətərəvəz alqı-satqısı ilə məşğul olmuşdur. xx xxxx 2019-cu il tarixdə meyvə-tərəvəz daşımaq üçün Şəmkir rayon sakini X4 məxsus “QAZ-2410” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə almışdır. Həmin avtomobili mütəmadi olaraq dostu Rövşən idarə etsə də, bəzi hallarda meyvə-tərəvəzin alqı-satqısını təşkil etmək üçün Elməddinin sürücülük hüququ olmadığını bilsə də, birlikdə işlədikləri üçün ona istifadəsində olan “QAZ-2410” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili işləmək üçün vermişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində dostu Rövşənə məxsus “Qaz-31” markalı avtomobili Gəncə şəhərində “Taksimatornu” deyilən ünvanda təmir etdirən zaman Elməddin onlarla görüşmək üçün həmin yerə idarə etdiyi “QAZ-2410” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəlmişdir. Onlarla hal-əhval tutub 15-20 dəqiqə söhbət etdikdən sonra Dürdanə zəng vurduğundan evə getmişdir. Bundan sonra Elməddinin Göygöl-Toğanalı avtomobil yolunda yol-nəqliyyat hadisəsi törətdiyini, nəticədə arvadı Dürdanənin vəfat etdiyini eşitmişdir. Elməddinin törətdiyi yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Rövşən və onun qohumu Elməddin ilə bir ilə yaxın müddətdir ki, meyvə-tərəvəz alqısatqısı ilə məhğul olmaqla şərikli işləmişlər. Bu səbəbdən Elməddinə istifadəsində olan avtomobili işlətmək məqsədilə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 83 saylı protokoldan görünür ki,“sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə” Təqsirləndirilən şəxs Ramiz oğlu sərxoş olub-olmaması barədə tibbi müayinədən keçirilmiş, hadisə zamanı onun ayıq vəziyyətdə olması müəyyən olunmuşdır. ( cild 01, İ.v. 17) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Ramiz oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 44) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Göygöl RPŞ-nin Dövlər Yol Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 163-12058-1220 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatın MİS-də yoxlanması zamanı sürücülük hüqununun olmadığı müəyyən edilmişdir.(İş vərəqə: 56) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının MTE və PA birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 40 №-li rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın orta təpə nahiyəsinin yarası-bərk küt əşyanın təsirindən törənib, törənmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci uyğundurlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid edilir. Vət.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür. (İş vərəqə: 78-79) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(066)-21/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (C.1. i.v 88-89). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AD N 411596 saylı Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “QAZ-2410” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. (C.1. i.v 126). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ƏN-İ № 577379 saylı “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında”xx xxxx 2019 cu il tarixli etibarnamədən görünür ki, X6 “QAZ-2410” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək,bağışlamaq,ipoteka qoymaq,onun üzərində sərəncam vermək,qeydiyyatdan çıxarmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək,digər hərəkətlər etmək üçün Şahid xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir. (C.1. i.v 127). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (cild 01, bax İ.v. 128-129) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının MTE və PA birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 02 №-li rəyindən görünür ki,X2 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Başın açıq küt travması. Başın sol alın-təpə və sol gicgah nahiyələrinə yayılmış şəkildə qansızma. Döş qəfəsinin qapalı küt travması: hər iki ağciyərin və qaraciyərin cırılması, döş qəfəsinin sağ tərəfdə İİ-Vİİİ, sol İİİ-X qabırğaların sınıqları. Sınıq ətrafı yumşaq toxumalara qansızma, döş boşluğunda 500 ml maye və laxta halında qanın olması. Kəskin daxili qanitirmə. Sol bilək oynağı sümüklərinin və sol çanaq sümüklərinin qapalı-qəlpəli sınığı, sınıq ətrafı yumşaq toxumalarına qansızma. Başın təpə və sol alın nahiyələrinin, sol saidin, sol bazunun sıyrıqları, bel nahiyəsinin qançırları.Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, ölümün müddəti onun müayinəsindən 2-4 saata uyğun gəlir, meyitin müayinəsi (xx.xx.2020-ci il tarixdə saat 21:30-da) aparılmışdır.X2 ölümünə səbəb döş qəfəsinin küt travması, hər iki ağciyərin və qaraciyərin cırılması nəticəsində daxili qanitirmə olmuşdur.X9 bədənində müəyyən edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində də yarana bilər.X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirtli aşkar edilməmişdir. ( İş vərəqə: 144-148) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının MTE və PA birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 126 №-li rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər- sağ bazu sümüyünün diafizində, sağ dirsək sümüyünün diafizində yerdəyişmiş, çoxsaylı, qəlpəli və mil sümüyü diafizində natamam sınıqlar bər küt əşyanın(əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə əmələ gəlməyə uyğundurlar, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. (İş vərəqə: 149-151) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının MTE və PA birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 136 №-li rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər- sol bazu sümüyünün orta 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı küt mexanizmdən, bərk küt əşyanın(əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə əmələ gəlməyə uyğundurlar, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər.(İş vərəqə: 152- 153) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks Məhkəmə-yol nəqliyyat və trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1402 №-li rəydən görünür ki, 1. “QAZ-2410” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq təkərlərininin işçi tormoz sistemi nasaz vəziyyətdədir və “QAZ-2410” markalı avtomobil hadisədən qabaq uzun müddət ərzində qabaq təkərlərin işçi tormoz sistemi texniki cəhətdən nasaz vəziyyətdə istismar edilmişdir. Hərəkət hissəsində aşkar edilmiş təkər diski izi “QAZ-2410” markalı avtomobilin qabaq sol təkərinin diskindən qalmağa uyğundur. «QAZ-2410» minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü banədinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs QAZ-2410 markalı avtomobili sürücü vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci banədinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs QAZ-2410 markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(İş vərəqə: 173-178) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 119 saylı evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 şəhəri Z.Məmmədov küçəsi döngə 2, ev 19A-da yaşayır, Goranboy rayonu Ağamalıoğlu kəndində daimi pasport qeydiyyatındadır. (cild 01, bax İ.v. 171) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, «QAZ 2410» minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili maddi sübut kimi tanınmışdır. (İş vərəqə: 179-187) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 119 saylı evlər üçülüyü tərəfindən xx.xx.2020-ci il tarixdə və Goranboy rayon İcra Hakimiyyəti Başçısının X19 X24 Nümayəndəliyinin xx.xx.2020-ci il tarixdə verdiyi xasiyyətnamələrdən görünür ki, X12 müsbət səciyyələndirilmişdir. (C.İ. i.v.172). Beləliklə, X7 cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X7 əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X7 yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən X10 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası X7 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. X7 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-in 45.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən X12 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X12 əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, X10 əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut Göygöl Rayon Polis Şöbəsində saxlanılan “QAZ-2410” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qaytarılmalıdır. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X8 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs X12 maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsə alındığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. X10 əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Göygöl Rayon Polis Şöbəsində saxlanılan “QAZ-2410” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qayatrılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində ekspertiza təqsirləndirilən şəxs X8 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. X7 müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X21 Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-262/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-262/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver