Məhkəmə qərarları › İş №1(100)-262/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-262/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-262/2023 24.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxx 1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,işləməyən,Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 177.1, 234.1 və 66.2-ci maddələri 10 ay azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuş, həbsdə və ev dusataqlığında olduğu müddət nəzərə alınaraq cəzasınıçəkib qurtarmış hesab edilmiş, məhkumluğu ödənilməmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 237.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş,ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixində Şəmkir şəhərinin inzibati ərazisində yerləşən su arxının kənarından təmiz çəkisi 2051,06 qram külli miqdarda narkotik vasitə olan marixuananı tapıb satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində daşıyıb yaşadığı evdə saxlamış, 30 avqust 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Natavan küçəsindəşübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinəşəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarın sol cibindəki kibrit qutusunun içərisindən kustar üsulla hazırlanmış 6,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana (kannabis) aşkar edilərək götürülmüş, həmin tarixdəəməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altından 1 ədəd sintetik torbada, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni tərkibli və eyni xassəli kustar üsulla hazırlanmış 2045 qram çəkidə narkotik vasitə marixuana (kannabis), ümumilikdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda təmiz çəkisi 2051,06 qram narkotik vasitə marixuana (kannabis) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç bir yerdə rəsmi olaraq işləmir. Narkotik vasitə istifadəçisidir və təxminən 10-15 il olar ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitənin marixuana növündən mütamadi olaraq istifadə edir, əvvəllər AR CM-in 221.1.1, 186.1-ci maddələri, AR CM-in 177.1 və 234.1-ci maddələri, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hökmü ilə AR CM-in 237.1-ci maddəsi ilə məhkum olunmuşdur. 30 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı küçədə olan zaman Şəmkir rayon PŞ-nin polis əməkdaşı Bəhruz müəllim və yanında olan 2 nəfər şəxslə ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmiş, onlara heç bir etiraz etməyib polis şöbəsinə getməyi bildirmiş, polis şöbəsinin inzibati binasında Bəhruz müəllim onun 450 qram narkotik vasitə boynuna almağı bildirmiş, həmin vaxt polis şöbəsinin CAB-nin rəisi Vüqar müəllim onun yanına gələrək yaşadığı evdə 2(iki) kq marixuana gizlətdiyini bildirmiş, o, yaşadığı evdə heç bir narkotik vasitə olmadığını bildirmişdir.Bundan sonra ona hədə-qorxu gəlinmiş, həmin narkotik vasitənin və evindən aşkar olunacaq narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini bildirmişlər. O qorxusundan polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Sonra Bəhruz müəllim kibrit qutusunda olan marixuananı ona təqdim edərək cibinə yerləşdirməyi və videoçəkiliş zamanıözünün olduğunu deməsini bildirmiş, o da həmin kibrit qutusunu götürərək cibinə yerləşdirmişdir.Sonra Şəmkir rayon polis şöbəsinin inzibati binasında müdafiçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görüntü vasitəsi iləüzərindəşəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, masaya doğru yaxınlaşıb əynində olan tünd-boz rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində marixuana olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, onun təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirildikdə həmin 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 01 (bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə ilkin çəkisi 9,44 qram olduğu müəyyən edilmiş, qeyd edilən 01 ədəd içərisində marixuanaya bənzər kütlə olan kibrit qutusu ekepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış vəüzəri möhürlənmişdir. Onun üzərindəşəxsi axtarış zamanı 2 ədəd bir manatlıq əskinazlar da aşkar edilmiş vəözünə qaytarılmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütləninözünə aid olduğunu və təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş vəüzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa polis əməkdaşlarının ona dedikləri kimi öz yaşadığıünvan 2 ünvanında olan yaşayış evlərinin özü yatdığı yataq otağında çarpayının alt hissəsinə narkoik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ilə birlikdə evə baxış keçirməyə getmiş, o, yaşadığı evə baxış keçirilməsi ilə bağlı heç bir etrazının olmaması barədəərizə yazmışdır. Ondan ərizə alındıqdan sonra müdafiəçisinin, polis əməkdaşlarının və atasıİsa Cəfərovun iştirakı ilə onun yatdığı otağa baxış keçirilmiş, baxış zamanı yataq otağında olan çarpayımın alt hissəsində gizlətdiyi içərisində marixuanaya bənzər kütlə olan ağ rəngli torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kütlə polis əməkdaşları tərəfindən götürülmüş və elektron tərəzidəçəkilən zaman 2 kiloqram 75 qram təşkil etmişdir. Sonra polis əməkdaşları onun yanında həmin ağ rəngli torbada olan marixuanaya bənzər kütləni ekspertizaya təqdim etmək üçün qablaşdırılmış vəüzəri möhürlənmişdir. Ona başqa əlavə və suallarının olduğu təklif edilmiş, sonra tərtib edilmiş protokola başqa iştirakçılar kimi o,da imza etmiş və videoçəkiliş dayandırılmışdır. Eynir zamanda, özü narkotik vasitə olan marixuandan istifadə etsə də heç vaxt narkotik vasitə satmamış, ona polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı fiziki zor zor tətbiq edilməmiş, qeyd etdiyi kimi ona hədə-qorxu gəlinmiş, o da narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiki, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 30 avqust 2022-ci il tarixdəünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması, evində vəüzərində narkotik vasitə saxlaması barədəəməliyyat məlumatı daxil olmuşdur. Şəmkir rayon PŞ-nin NMQnun başəməliyyat müvəkkili, polis kapitanı Şahid2 bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 16 radələrindəpolis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Natəvan küçəsində saxlanılaraq ona narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib onlarla birlikdəŞəmkir rayon polis şöbəsinə getməli olduğunu vəüzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdəŞəmkir rayon polis şöbəsinə getmiş, Şəmkir rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli, tünd yaşıl rəngli quru bitki hissəcikləri aşkar olunmuş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Şəmkir şəhəri ərazisində su arxının kənarından tapdığını vəözü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidəçəkildikdə 9,44 qram olmuşdur. Aşkar olunmuş kütlə işüçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki manat, bir manatlıq əskinaz aşkar edilmiş vəözünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxlaması barədə məlumatları olmuşdur. Buna baxmayaraq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edlmiş narkotik vasitədən başqa onda narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs öz yaşadığı evdə narkotik vasitə olan marixuana saxladığını bildirmiş, yuxarıda adlarıçəkilən polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiçisi ilə birlikdə onun ünvan 2 ünvanına getmişlər. Təhqiqatçı tərəfindən evinə baxış keçirilməsi ilə bağlıərizə alınmış və Veleh Cəfərov evinə baxış keçirilməsi ilə bağlıərizəsində heç bir etrazının olmamasını bildirmişdir. Ona təhqiqatçı tərəfindən CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ünvan 2-da Təqsirləndirilən şəxs yaşadığı evəözünün, müdafiəçisinin, polis əməkdaşlarının və ev sahibi atasıİsa Cəfərovun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin giriş qapı iləüzbəüz olan yataq çarpayısının alt hissəsində ağ rəngli polietilen torbada yaşıl rəngli, kəskin iyli nrkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidəçəkilən zaman ümumi çəkisi 2,075 qram müəyyən olunmuş, aşkar edilmiş kütlə ekspertiza üçün qablaşdırılaraq üzəri DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağına və X8 evinə baxış davam etdirilmiş, lakin aşkar edilən kütlədən başqa hər hansı narkotik vasitə və dövriyyəsi qadağan edilmişəşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı video çəkilişdən başqa foto şəkillər çəkilmiş, daha sonra təhqiqatçı tərəfindən baxış və onun nəticələri barədə protokol tərtib olunmuş, həmin protokola imza edərək bununla da baxış başa çatdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını, onun üzərinə və evinə narkotik vasitə qoyulmadığını və həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün heç bir fizii və ya psizi zor tətbiq edilməmiş və buna görə hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs atası İsa Cəfərov da oğlunun narkotik vasitə istifadə etdiyini, evlərinə baxış keçirilərkən evdə də narkotik vasitə saxladığını onlara bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X7 və Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ailəüzviləri ilə birlikdə Şəmkir şəhəri, Natavan küçəsi ev 49-da yaşayır. Özü fərdi əməklə məşğul olur. Narkotik vasitələrdən istifadə etmir, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Onunla qardaş kimi münasibət normal olmuş, heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin istintaqında könüllü olaraq ifadə verərək bildirir ki, Valeh narkotik vasitə istifadəçisidir, təxminən 4-5 ildir ki, Valehin narkotik vasitə istifadə etməsini bilmiş və qardaşı narkotik aludəçisi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Qardaşı Təqsirləndirilən şəxs gündəlik xərclərini o və atasıİsa Cəfərov qarşılamışdır. Təqsirləndirilən şəxs imkanı yaxşı olmadığıüçün mobil telefonu olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu narkotik vasitə istifadəçisi olmuşdur. Yaşadıqları evin həyətində olan metal tullantıları yığdığı yerdən materillar yoxa çıxmışdır. Sonradan bilmişdir ki, Valeh onları satıb narkotik vasitə alır. O, küçədə gördüyü polis əməkdaşlarına oğlunun narkotik vastə istifadəçisi olduğunu deyib oğlunu polis şöbəsinə aparıb qorxutmalarını istəmişdir. Bir neçə gün sonra Valehi küçədə görüb polis əməkdaşı Bəhruza zəng edib Valehin küçədəki bulağın yanında olduğunu demişdir. Sonra görmüşdür ki, polislər Valehin qoluna girib aparmışlar. Bir qədər sonra polislər onlara gəlib evlrinə baxış keçirmək üçün ondan icazə istəmişlər o, yazılı ərizə ilə icazə verdikdən sonra evə baxış keçirmişlər. Yataq otağındakı çarpayının altından içərisində narkotik vasitə olan kisə aşkar olunmuşdur. O, polislərdən sadəcə oğlunu qorxutmalarını istəmiş, fikirləşmişdir ki, oğlu qorxub narkotik vasitə istifadə etməz. Onun heç ağlıma da gəlməzdi ki, polsilər onların evlərinı narkotik vasitə qoyub oğlu Valehi narkotik vasitə saxlamaqda ittiham edəcəklər. Bu hadisədən əvvəl Valeh dibcəkdə 6 ədəd çətənə bitkisi əkmişdi, onda da o özü polisə şikayət etmişdi. Həmin vaxt polis əməkdaşı Vüqar çətənə kolların kiçik olduğunu bildirib, böyüyəndə xəbər verməyimi demişdir.Valehi şikayət etməkdə məqsədi oğlunun qorxub narkotik vasitədən əl çəkməsi olmuşdur. Valeh qardaşı ilə bir otaqda yatır, həmin otaq hər gün yoldaşı və qızı tərəfindən təmizlənir, orada narkotik vasitə olmamışdır. Valehi birinci dəfə də o şikayət etmişdi, evdən pulu itmiş, sonradan bilmişdir ki, Valeh evdən gizlin pul götürüb narkotik vasitə alır, ona görə oğlunu polisə şikayət etmişdir. Evə baxış keçirilərkən video çəkiliş olmuşdur. Polis əməkdaşlarının onların evlərinə narkotik vasitə qoymasını görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Çaykənd kəndində qeydiyyatda olsa da, Şəmkir şəhərində kirayədə qalır. Hadisə günü günorta saatlarında o, kirayədə qaldığı evin sahibi Nübarla küçədə, evin qarşısındakı ağacın altında oturmuşdu. Sonra polis əməkdaşlarının əllərində qara sellofan torba ilə qonşuları İsagilin yaşadıqları evə girdiklərini görmüşdü. Sonra nə baş verdiyini bilməmişdir. O,polis əməkdaşları evə girəndə İsa kişini görməmişdir. Dəqiq sayını xatırlamır, bir neçə avtomobil var idi.Avtomobillərdən düşən şəxslərdən biri polis formasında idi, qalanları isə mülki formada idi. Polislər gəlib evə girdikdən sonra o evə getmiş, sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, həmin gün günorta evində kirayə qalan Ayna ilə birlikdə küçədə, evlərinin qarşısında olan ağacın altında oturmuşlar. Bir neçə avtomobil gəlib qonşuları İsagilin yaşadığı evin qarşısında dayandığını görmüşdür. Avtomobildən düşən şəxslərdən biri polis formasında, qalanları isə mülki geyimdə idilər. Polis əməkdaşları İsəgilin evlərinə girəndə əllərində qara rəngli sellofan torba var idi. Sonra nə baş verdiyini bilməmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarıştədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardangörünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, saxlaması və satışı barədə məlumat daxil olmuş, həmin məlumatı yoxlanılması məqsədilə əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(076)-219/2022 saylı qərarından görünür ki, Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarın sol cibindəki kibrit qutusunun içərisindən 9,44 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana (kannabis) aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altından 1 ədəd sintetik torbada, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni tərkibli və eyni xassəli kustar üsulla hazırlanmış 2,075 qram çəkidə narkotik vasitə marixuana (kannabis), aşkar edilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılamsı haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1038 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlnmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan sintetik torbada, təmiz çəkisi 2045 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 744 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətini dərk etmək, ölçüb biçmək və hərəkətlərinə nəzarət etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1178 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan kanabbinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30.08. 2022-ci ildən hesablanmışdır. Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyata dayanmır.xx.xx.2022-ci il tarixdən “Həşiş Narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə dispanse qeydiyyatında dayanır. Şəmkir şəhərinzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki,Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 332.1-ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 186.1, 221.2.1-ci maddəlləri ilə 11 ay islah işləri 20% və 200 manat cərimə cəzasina məhkum olunmuş, 200 manat cərimə cəzasını tam ödəmiş və AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən islah işləri cəzasından azad edildiyindən qeydiyyatdan çıxarılmışdır.Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 177.1 və 234-ci maddələri ilə təqsirli bilinib 10 ay azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuşdur.Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 237.1-ci maddəsi ilətəqsirli bilinib02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd ədəd bükümdə olan 6,01 qram çəkidə narkotik vasitə olan marixuana və yaşadığı Şəmkir şəhəri, Natavan küçəsi ev 49 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd bükümdə olan cəmi 2044,95 qram çəkidə narkotik vasitə olan marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilməsi nəzərə alınmışdır. Eləcə də 02 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki,220800172 saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 23080040 saylı cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək narkotik vasitənin ona aid olmadığını, əlavə şahid qismində dindirilmiş X12 ifadəsində polis əməkdaşlarının evinə narkotik vasitə qoymalarını, əlavə şahtd qismində dindirilmiş X4 və X3 isə ifadələrində İsa Cəforovun evinin qarşısında olan polis əməkdaşının əlində qara torba olmasını bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əlavə şahidlərin isə yaxın qohum və qonşu olmalarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdirki, 2022-ci ilin avqust ayının sonlarında o, Şəmkir şəhəri ərazisindən keçən su arxının yaxınlığından keçərkən seloffan büküm görüb həmin sellofan bükmün yaxınlığına yaxınlaşaraq götürmüş, həmin vaxt sellofan bükümü açan zaman uzun müddət narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə həmin bükümün içərisindəki kütlənin marixuana olduğunu görmüşdür. Həmin seloffan bükümün içərisidəki narkotik vasitə olan marixuananı heç kim görmədən yaşadığıünvan 2 ünvanına gətirmiş vəöz otağında gizlətmişdir. Həmin sellofan bükümün ağzını açıb içərisində olan marixuanaya bənzər kütlədən kibrit qutusuna yerləşdirib istifadə etmək üçün cibinə yerləşdirmiş, kibrit qutusunda olan marixuananı cibinə yerləşdirdikdən sonra qalanını isə yatdığıçarpayının altında saxlamışdır. 30 avqust 2022-ci il tarixdə saat 16:00 radələrindəŞəmkir şəhəri Natəvan küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu saxladıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Şəmkir rayon polis şöbəsinin inzibati binasında müdafiçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görüntü vasitəsi iləüzərindəşəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, masaya doğru yaxınlaşıb əynində olan tünd-boz rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində marixuana olan kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, onun təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirildikdə həmin 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 01 (bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə ilkin çəkisi 9,44 qram olduğu müəyyən edilmiş, qeyd edilən 01 ədəd içərisində marixuanaya bənzər kütlə olan kibrit qutusu ekepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış vəüzəri möhürlənmişdir. Onun üzərindəşəxsi axtarış zamanı 2 ədəd bir manatlıq əskinazlar da aşkar edilmiş vəözünə qaytarılmışdır. Yuxarıda üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütləözünə aiddir və təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş vəüzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa öz yaşadığıünvan 2 ünvanında olan yaşayış evlərinin özü yatdığı yataq otağında çarpayının alt hissəsinə narkoik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ilə birlikdə evə baxış keçirməyə getmiş, o, yaşadığı evə baxış keçirilməsi ilə bağlı heç bir etrazının olmaması barədəərizə yazmışdır. Ondan ərizə alındıqdan sonra müdafiəçisinin, polis əməkdaşlarının və atasıİsa Cəfərovun iştirakı ilə onun yatdığı otağa baxış keçirilmiş, baxış zamanı yataq otağında olan çarpayımın alt hissəsində gizlətdiyi içərisində marixuanaya bənzər kütlə olan ağ rəngli torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kütlə polis əməkdaşları tərəfindən götürülmüş və elektron tərəzidəçəkilən zaman 2 kiloqram 75 qram təşkil etmişdir. Sonra polis əməkdaşları onun yanında həmin ağ rəngli torbada olan marixuanaya bənzər kütləni ekspertizaya təqdim etmək üçün qablaşdırılmış vəüzəri möhürlənmişdir. Ona başqa əlavə və suallarının olduğu təklif edilmiş, sonra tərtib edilmiş protokola başqa iştirakçılar kimi o,da imza etmiş və videoçəkiliş dayandırılmışdır. Eyni zamanda, özü narkotik vasitə olan marixuandan istifadə etsə də heç vaxt narkotik vasitə satmamış, onun üzərində saxladığı narkotik vasitə barəsində və ya istifadə etməyi barədə ailəüzvlərindən kiminsə xəbəri olmamış, o, 15 ildir ki, nakotik vasitə olan marixuanadan istifadə etmiş, ona polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu qəti cəza təyin edilməli,cəzaçəkmənin əvvəli hazırkı iş üzrə tutulduğu 30 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halın olmasını və CM-nin 65.2-ci maddəsinin tələblərini cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(076)-9/2021 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 12 aprel 2020-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə o, cəzasını cəkib qurtarmış hesab edilərək, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs həmin hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş olsa da o, azadlıqdan məhrum etmə növündə cəzasını cəzaçəkmə müəssəsində çəkməmişdir. Ona görə də o, Cinayət Məcəlləsirin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi relimli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd ədəd bükümdə olan 6,01 qram çəkidə narkotik vasitə olan marixuana və yaşadığı Şəmkir şəhəri, Natavan küçəsi ev 49 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd bükümdə olan cəmi 2044,95 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 012 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx)qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 30 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd ədəd bükümdə olan 6,01 qram çəkidə narkotik vasitə olan marixuana və yaşadığı Şəmkir şəhəri, Natavan küçəsi ev 49 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd bükümdə olan cəmi 2044,95 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 012 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx)qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar