Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-262/2024 17.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilib və cəzasını çəkdiyi üçün cəzadan azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Gəncə şəhəri, X12 küçəsi, dalan 4, ev 4-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi, Məhsəti küçəsi, 4-cü küçədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsində “11-in astanovkası” adlanan ərazidə olarkən tanışı Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə musiqiyə yüksək səs verib küçədən keçdiyi üçün onun sonuncuya musiqinin səsini azaltmasını bildirməsi səbəbindən Zərərçəkmiş şəxs avtomobildən düşüb onun yanına gələrək “sən kimsən ki mənə o sözü deyirsən?” cümləsini işlədib tanışlarının yanında ona sifət nahiyəsindən yumruqla zərbə vurması və onun yerə yıxılması nəticəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə aydınlıq gətirmək üçün o, elə həmin gün saat 20 radələrində Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən “SPAR Market” adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində olan küçədə qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxsla yenidən görüşüb mübahisə edən zaman ibtidai istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurub qarnın piylik eventrasiyası və mədənin yaralanması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı qəsəbədə “Oba” marketin yanında dayanan zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə keçərkən avtomobildə musiqinin səsi yuxarı olduğu üçün o, avtomobili saxladaraq musiqinin səsini azaltmasını demişdir. Zərərçəkmiş şəxs da onun sözünə əhəmiyyət verməmiş və aralarında buna görə mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmuş, daha sonra ətrafdakı adamlar toplaşmağa başladığı üçün o, kənara çəkilmiş, Elşad isə getmişdir. Həmin gün o, söhbəti aydınlaşdırmaq üçün Elşada zəng etmiş və Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdə görüşmək qərarına gəlmişlər. Yolda qəsəbə sakinlərindən Nurlanı görüb sonuncudan avtomobili ilə onu görüş yerinə aparmasını xahiş etmiş, lakin o, həmin vaxtı tanışlarına nə baş verdiyini deməmişdir. Nurlan ilk olaraq işi olduğunu demiş, həmin vaxtı avtomobildə Fərid və Aydın da olmuş, o, təkrar olaraq xahiş etdikdə Nurlan onu aparacağını bildirmişdir. Yolda olarkən sonuncular ondan nə baş verdiyini soruşsalar da, o heç nə deməmişdir. Görüş yerinə çatdıqdan sonra avtomobildən düşmüşdür. Ətrafda yaşayış olmamış və o, moykanın yanından içəri tərəfə keçmişdir. Görüşəcəkləri yerə birinci Elşad çatmışdır. İlk olaraq Elşadla bıçaqsız dalaşmış, sonra Elşadın əlindən yerə bıçaq düşmüşdür. O, ibtidai istintaqda bıçağın ona məxsus olduğunu Elşadın məsuliyyətə cəlb olunmaması üçün demişdir. Dalaşan vaxtı o, cəld tərpənib bıçağı yerdən götürmüş, yıxılanda isə yerdə bıçaqla Elşadı vurmuşdur. Daha sonra bıçağı oradakı ağacın dibinə atmış, Elşad da ona getməsini dediyi üçün o, hadisə yerindən uzaqlaşmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Elşadın fiziki olaraq ondan güclü olmasına baxmayaraq mübahisəni aydınlaşdırmaq üçün görüşə gedən zaman üzərində bıçaq götürməmişdir. Elşadla ikinci görüşdə ilk olaraq zərbəni o vurmuş, daha sonra Elşad əlini bıçağa atmış, lakin bıçaq yerə düşmüş, Elşad onun üzərinə gələn vaxt həqiqətən də ayağı daşa ilişmiş və o, yıxıla-yıxıla Elşadı vurmuşdur. O, Elşadla görüşəcəyi yerə “Opel Astra” markalı avtomobillə getmiş, uşaqlar avtomobildən düşməmiş və onların davasını görməmişlər. Elşad avtomobildə yüksək səslə musiqi dinləyəndə içkili olmamış, o, Elşada musiqinin səsini azaltmasını dedikdə sonuncu azaltmayacağını bildirmiş, o isə elə etməli olduğunu demiş, nəticədə mübahisə düşmüş, sonuncu onu vurmuş və o, yerə yıxılmışdır. Onu vurduqdan təxminən 5-10 dəqiqə sonra Elşada zəng etmiş, yolda Nurlanı görmüş və onu aparmasını xahiş etmiş, Nurlan ilk olaraq işi olduğunu desə də, sonra onu aparmış, avtomobildə Fərid və Aydın da olmuşdur. Yolda olanda uşaqlar ondan nə baş verdiyini soruşsalar da, o heç nə deməmiş, hadisədən sonra Elşadın bıçağı atmağını görüb-görmədiyini bilməmiş, müstəntiqə bıçağı atdığı yeri göstərmiş, ancaq bıçaq orada olmamışdır. Onlar görüşdüyü yerdə ən yaxın yaşayış yeri 100 metr kənarda olmuş, ikinci görüş zamanı Elşadla mübahisə edərkən yanlarında heç kim olmamış, dalaşanda kənardan onları heç kim ayırmamış, dava vaxtı yaxud ondan əvvəl bir-birlərinə qarşı nalayiq ifadələr işlətməmiş, əsas asfalt yoldan da dava etdikləri yerə qədər olan məsafə çox olmuşdur. Avtomobildən düşdükdən sonra Nurlangilə gözləməmələrini deməmiş, əvvəl də məhkum olunduğu üçün Nurlangilin onu gözləyəcəyi təqdirdə sonuncuların da məsuliyyət daşıyacağını bilmiş, ona görə də avtomobildən düşdükdən sonra onlara getmələrini söyləmiş, hadisə də hazırda dediyi formada baş vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 16- 17 radələrində o, yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində “11-in astanovkası” adlanan yerdə olarkən Zərərçəkmiş şəxs dövlət qeydiyyat nişanını bilmədiyi “VAZ 2106” markalı avtomobillə oradan keçərkən avtomobildə musiqiyə çox səs verdiyindən o, sonuncudan musiqini aşağı etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs da avtomobili saxlayıb onun yanına gəlmiş və söhbət əsnasında sonuncu ilə aralarında mübahisə düşmüş, mübahisə zamanı da Elşad ona yumruqla bir dəfə sifətindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Elşad ondan bədəncə daha cüssəli və idmançı olduğu üçün o, sonuncuya gücü çatmayacağını bilmiş və buna görə Elşadla mübahisəni davam elətdirmək istəməyərək həmin yerdən uzaqlaşmışdır. Daha sonra isə Elşaddan qisas almaq məqsədi ilə Rusiya Federasiyasına məxsus xatırlamadığı bir nömrə ilə “WhatsApp” mobil tətbiq proqramında Elşadın istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edib onunla görüşmək istədiyini demiş, sonuncu da ona “İmamzadə yolu” adlanan yerdə olduğunu və ora gəlməsini bildirmişdir. O, piyada olduğundan Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən “11-in astanovka” adlanan yerdə “PlayStation” oyun klubunun qarşısında tanışı Şahid1 qəsəbə uşaqları Aydın və Fəridlə birlikdə dayanıb söhbət etdiklərini görmüşdür. Nurlan özünə məxsus “Opel Astra” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Nurlandan onu Samux rayonu ərazisində yerləşən “İmamzadə yolu” adlanan yerə aparmasını xahiş edərək, zəhmət haqqını sonra verəcəyini demişdir. Nurlan isə ona avtomobildə adam olduğunu deyən zaman, o, yenə sonuncudan təcili işi olduğu üçün onu aparmasını xahiş etmişdir. Nurlan da razılıq vermiş və yanında olan Aydınla Fəridə onunla birlikdə gedib-gəlmələrini demişdir. Bundan sonra o, Nurlanın idarə etdiyi avtomobil ilə Aydın və Fəridlə birlikdə Samux rayonu, “Aznixinin kruqu” adlanan yerə getmişdir. Artıq saat 18 radələri olmuşdur. “Aznixinin kruqu” adlanan dairəvi təşkil edilmiş yolayrıcını düzünə keçib yolun sağ tərəfində olan avto-yuma məntəqəsinin qarşısından geriyə dönərkən həmin avto-yuma məntəqəsinin sağ tərəfində torpaq örtüklü küçədən Elşadın piyada təkcə üzü avtomobil yoluna tərəf gəldiyini görüb Nurlandan avtomobili saxlamasını xahiş etmişdir. Nurlan avtomobili tam saxlayana qədər o, avtomobildən düşüb həmin küçəyə girərək Elşadla üzbəüz gəlmişdir. Bu zaman o, üzərində, yəni bel nahiyəsində kəmərin arasında olan qulpu taxtadan, tiyəsi isə metal rəngli olan mətbəx bıçağını sağ əlinə götürüb biləyinin arxasında gizlətmiş və Elşada çatan zaman sağ əlində saxladığı həmin bıçağı sonuncunun qarın nahiyəsinə bir dəfə qəsdən vurmuşdur. Elşad onun bıçaqla vurduğunu görüb yerindən tərpənməmiş, o isə Elşadı vurmuş olduğu bıçağı həmin küçədə yolun sağ tərəfində olan hasarın dibinə ataraq Nurlangilin yanına gedib onu Sevinc qəsəbəsinə düşürtməsini xahiş etmişdir. Bundan sonra o, Sevinc qəsəbəsinə getmiş, yolda Nurlan ondan nə olduğunu bir neçə dəfə soruşsa da o, sonunculara sadəcə olaraq “salamatçılıqdır, bir az işim var idi, sür getdik” demişdir. Həmin gündən, yəni xx.xx.2023-cü il tarixdən o, məsuliyyətdən yayınmaq üçün qaçmış, həm də işlərini bir qədər həll edib təslim olmağı fikirləşmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisənin baş verməsinə səbəb xx.xx.2023-cü il tarixdə axşam saat 16-17 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən “11-in astanovkası” adlanan yerdə Elşada musiqini aşağı eləməsini deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun camaatın içərisində onu sifətindən yumruqla vurması və zərbənin təsirindən onun yerə yıxılması olmuş, həmin vaxtı aralarındakı mübahisə 5-10 dəqiqə davam etmişdir. İkinci dəfə aralarında dava-dalaş isə Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə olmuş və mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə bir anın içərisində olmuş, o, Elşadı yenidən vurmaq imkanına malik olsa da bunu etməmiş, çünki Elşad onu yaşadığı qəsəbədə pisikdirdiyi üçün sadəcə sonuncudan qisas almaq istəmişdir. Mübahisə olarkən bıçaq üstündə olmuş, bıçaq evdə istifadə edilən mətbəx bıçağı imiş və həmin bıçağı evdən götürmüş, Zərərçəkmiş şəxs onun yenə döyə biləcəyini və özünün sonuncu ilə bacara bilməyəcəyini düşündüyü üçün də bıçağı üzərində götürmüşdür. Zərərçəkmiş şəxs xəsarəti yetirəndən sonra isə bıçağı hadisə yerində daş kubikli hasarın dibinə atmışdır. Hadisə baş verən zaman orada o və Elşad olmuş, qəsəbə tanışları Nurlan, Aydın və Fəridin hadisəni görüb-görmədiklərini dəqiq bilməmiş, o, Elşada bıçaqla xəsarət yetirən zaman ancaq ikisi olmuş, başqa heç kim olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaqda hadisəni törədərkən istifadə etdiyi bıçağın ona məxsus olmasını, əlində saxlamağını, ümumilikdə ifadəsindəki ziddiyyətləri Zərərçəkmiş şəxs məsuliyyətdən yayındırmaq üçün demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla dalaşmışlar və o, sonuncunu vurmuş, daha sonra o, bıçaq çıxarmış və bıçağı yerə düşmüşdür. Sahib də bıçağı yerdən götürüb özünü qoruyan zaman o, Sahibin üzərinə getmiş, sonuncunun ayağı daşa ilişib yıxılmış, o isə Sahibin üzərinə getdiyi üçün bıçaq ona dəymişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, avtomobilini musiqi dinləyərək idarə edəndə Sahib onu saxlayıb musiqinin səsini azaltmasını demiş, buna görə sonuncu ilə aralarında mübahisələri yaranmış, həmin vaxtı bir-birlərini vurmamışlar, sonraya saxlamışlar, daha sonra isə elə həmin gün Sahiblə zəngləşib görüşmüşlər. O, kimin kimə zəng eləməsini xatırlamamışdır. Hadisə baş verən yerdə Sahiblə görüşən zamanı orada ikisindən başqa heç kim olmamış, həmin vaxtı sözləri düz gəlməmiş və yenə dalaşmışlar. Birinci o, Sahibi yumruqla vurmuş, lakin sonuncu onu vurmamışdır. Yumruqla vurduqdan sonra əsəbi olduğundan bıçaq çıxartmışdır. Fiziki cəhətdən Sahibdən güclü olmağına baxmayaraq həmin vaxt əsəbi olduğundan bıçaq çıxartmış, Sahibdə isə bıçaq olmamışdır. Bıçağı cibindən çıxaran zaman bıçaq əlindən yerə düşmüş, Sahib də ondan cəld hərəkət edib bıçağı götürmüş, çünki həmin vaxtı Sahib ayaq üstə olmuş, bıçağı götürəndən sonra isə sonuncu onu vurmamış, əlində bıçaq geriyə doğru hərəkət etmiş, o da əsəbi halda Sahibin üzərinə getmiş, sonuncunun ayağı daşa ilişmiş, o da Sahibin üzərinə doğru getdiyindən bıçaq ona dəymiş, həmin vaxtı Sahib qaçmamış, kömək etmək istəmiş, o isə sonuncuya getməsini demişdir. Ona bıçaq dəyəndən sonra Sahibin üzərinə getməmiş, çünki qan görüb sakitləşmişdir. İbtidai istintaq zamanı müstəntiqə də hazırda dediyi kimi danışmışdır. Avtomobili idarə edərkən mahnıya tam səs vermiş, Sahib ona musiqinin səsini azaltmağını demiş, o isə etməyəcəyini bildirmişdir. O, Sahibə musiqinin səsini azaltmayacağını dedikdən sonra mübahisələri düşmüş, kənardakı adamların toplaşdığını görüb söhbətlərini sonraya saxlamışlar, həmin vaxtı Sahibi vurmamış, lakin ikinci dəfə görüşəndə Sahibin başından yumruqla vurmuşdur. Söhbəti aydınlaşdırmaq üçün Sahiblə görüşəndə sonuncu ondan nə üçün yüksək səslə musiqi dinlədiyini soruşmuş, o isə bunun ona aidiyyəti olmadığını və yaxşı etdiyini demişdir. O da birinci Sahibi vurmuşdur. Söhbəti aydınlaşdırmaq üçün Sahiblə görüşəndə yanlarında başqa heç kim olmamış, həmin vaxt bir-birlərinin ünvanına nalayiq ifadələr işlətməmiş, mübahisə etdikləri yerdə heç kim olmamış, səs-küyləri heç kimi narahat etməmiş, bıçaq da onun olmuşdur. Söhbəti aydınlaşdırmaq üçün görüşən vaxt davalarının müddəti təxminən 40 saniyə olmuşdur. Onun bıçaqla xəsarət alma anı ilə bağlı ifadələrindəki ziddiyyətlə bağlı onu deyə bilər ki, Sahib bıçağı əlində tutmuş, o da sonuncunun üzərinə getmiş, elə bu vaxt da bıçaq ona dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, onlar birlikdə Sevinc qəsəbəsində yaşamışlar və o, sonuncu ilə qəsəbədə təsadüfən tanış olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. 06 iyul 2023-cü il tarixdə günorta saat 17 radələrində o, Sevinc qəsəbəsində yerləşən “Al Market” adlanan mağazanın qarşısında özünə məxsus “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə musiqi ilə keçən zaman Sahib ona əsəbi halda “musiqini aşağı elə” deyən zaman o, idarə etdiyi avtomobili saxlayaraq Sahibə “sən kimsən ki, mənə o sözü deyirsən” demişdir. Bunun üstündə aralarında söz mübahisəsi düşmüş, o, Sahibi bir dəfə qəsdən yumruqla vurmuş, zərbənin təsirindən də sonuncu yerə yıxılmış, qəsəbə sakinləri toplaşdığına görə o, oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Elə həmin günü o, avtomobili satmış, çünki əvvəldən avtomobilin behini almışdır. Avtomobili satıb evinə qayıtdıqdan sonra bir qədər keçmiş evdə olarkən Sahib öz istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla bayaqki söhbəti davam etdirmək üçün görüşmək istədiyini demiş, o da “harada istəyirsənsə görüşək” demişdir. Onlar telefonda Samux rayonu ərazisində “Aznixinin kruqu” adlanan yerdə görüşmək barədə razılaşmışlar. Bundan sonra o, həmin yerə yol taksisi ilə getmişdir. Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində “Kənanın moykası” adlanan avto-yuma məntəqəsinin yanında olan küçədə o, təkcə Sahibi gözləmişdir. Həmin vaxt artıq saat 20 radələri olmuşdur. Bir qədər keçmiş dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel Astra” markalı avtomobilin avto-yuma məntəqəsinin yanında dayandığını və Sahibin avtomobildən düşdüyünü görmüşdür. Sahib avtomobildən düşəndən sonra bir qədər yerində dayanmış ki, özü ilə birlikdə gələn uşaqlar da düşsün. Uşaqlar düşən zaman o, sonuncuları tanımış, həmin uşaqlar qəsəbə uşaqları Aydın, Nurlan və onların tanışı Fərid olmuşdur. O, Aydın və Nurlanı çoxdan tanımış, Fəridi isə tanımamışdır. Sahib birinci olaraq ona yaxınlaşmış və onlar əlbəyaxa dalaşmağa başlamışdır. Sonra Sahib bıçaq çıxartmış, o, sonuncunun bıçağı haradan çıxartdığını görməmiş, Sahib ona bıçaqla xəsarət yetirmək istəyən zaman o, geri çəkilərək özünü müdafiə etməyə başlamışdır. Bu zaman Sahib əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurmuşdur. Ona bıçaqla xəsarət yetirən zaman o, ağrı hiss etmiş və əli ilə qarnını tutmuşdur. Onun xəsarət aldığını görən Sahib avtomobilə tərəf qaçmış və gəldiyi avtomobilə minib getmişdir. O da xəstəxanaya getmək üçün həmin ərazidə qalan dostu Mehtiyə zəng etmiş və telefonda danışıb sonuncudan kömək istəmişdir. Bir qədər keçmiş Mehti piyada onun yanına gəlmiş və yoldan keçən tanımadığı bir avtomobil saxlatdırıb onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, aralarında olan mübahisəyə səbəb onun xx.xx.2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində özünə məxsus avtomobillə həmin qəsəbədə yerləşən “Al Market” adlanan mağazanın qarşısından yüksək səslə musiqi ilə keçən zaman Sahibin ona irad tutması olmuşdur. Təqsirləndirilən şəxs onun yanına qəsəbə sakinləri Nurlan, Aydın və Fəridlə gəlsə də, o, sonuncu ilə dalaşarkən tək olmuşlar, adları çəkilən şəxslər aralıda avtomobilin yanında dayanmışlar və onların yanına gəlməmişlər. Yalnız Sahibin onunla mübahisə etdiyini görəndən sonra həmin şəxslər qaçaraq gəlib Sahibi tutmuşlar, ona görə də nə Nurlan, nə Aydın, nə də ki, Fərid onunla mübahisə etməmiş, dalaşmamış, əksinə Sahibi mübahisə olan zaman tutub aralayaraq aparmışlar. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ona bir neçə bıçaq zərbəsi endirmək imkanına malik olmuş, ancaq sonuncu bunu etməmiş, qaçıb getmişdir. Təqsirləndirilən şəxsla dalaşan zaman bıçaq sonuncunun sağ əlinin içində olmuşdur. Ona xəsarət yetirəndən sonra Sahib bıçağı özü ilə aparmış, buna görə də o, bıçağın harada olduğunu bilmirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, bıçağın tutacağı taxtadan “dəmir” rəngi olmuş və o, bıçağın harada olmasını bilməmişdir. Elan olunan ifadə onun sözləri ilə doğru yazılmamış, latın qrafikli əlifbanı sərbəst oxuya bilmiş və elan edilmiş ifadədəki imza ona məxsus olmuşdur. Elan olunmuş ifadədə Sahibi “ilk görüşümüzdə yumruqla vurmaq” xüsusatı ilə bağlı qeyd etmiş ki, Sahibi ikinci dəfə söhbəti aydınlaşdırmaq üçün görüşəndə vurmuş, birinci dəfə vurmamışdır. Söhbəti aydınlaşdırmaq üçün onun, yaxud Sahibin birinci zəng etməsini xatırlamamış, ifadədə qeyd olunmuş “bıçağın Sahibə məxsus olması, bıçağı Sahibin çıxarması, əlinin içərisində saxlaması” xüsusatları yalan olmuş və onun sözləri ilə doğru yazılmamış, bıçaq onun əlində olmuş və əlindən yerə düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiqliklə tarixini xatırlamamışdır. “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, yaşadığı Sevinc qəsəbəsində “Playstation”-ın yanında dostları Fərid və Aydınla söhbət edən vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb “Türklər qəsəbəsi” tərəfə aparmağını xahiş etmişdir. O da tək getməmək üçün Aydın və Fəriddən onunla getmələrini xahiş etmiş, sonuncular da razılaşmışdır. Onlar birlikdə Sahibi aparıb düşürmüş, o, sonuncunu düşürdüyü yerdən bir qədər getdikdən sonra avtomobilini hərləyib yenidən Sevinc qəsəbəsinə qayıdanda Sahib onu aparmaqlarını xahiş etmiş, onlar da Sahibi qəsəbəyə qaytarmışlar. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun avtomobilindən düşdükdən sonra o, sonuncunun kiminlə görüşəcəyini və dava edəcəyini bilməmiş, hadisənin necə baş verdiyini də görməmiş, lakin Sevinc qəsəbəsinə çatanda Sahib Elşadın onu bıçaqla vurmaq istəyərkən bıçağın yerə düşdüyünu, özünün də bıçağı yerdən götürüb Elşadı vurduğunu demişdir. O, avtomobili “Aznixinin kruqu” adlanan yerdə saxlamış, Sahib avtomobildən düşmüş və xeyli aralaşmış, o, avtomobildən düşdükdən sonra Sahibin getdiyi yeri görməmiş, avtomobildən düşdükdən sonra da sonuncu onu gözləmələrini deməmişdir. Ona görə də o, avtomobildən düşdükdən sonra Sahibi gözləməmiş, sadəcə avtomobilini prospektin yuxarısından hərləyib qayıdanda Sahib qarşılarına çıxmışdır. Avtomobilini hərləyib qayıtmağı təxminən 10-15 dəqiqə çəkmiş, buna görə də Sahiblə Elşadın mübahisə etdiklərini görməmiş, həmin vaxtı da yanında Aydın və Fərid olmuşdur. Sahiblə Elşadın mübahisə etmələri ilə bağlı oraya kənar şəxslərin toplaşmasını görməmiş, avtomobili hərləyib qayıdanda yalnız Sahib qarşılarına çıxıb onu aparmaqlarını xahiş etmiş, sonuncu avtomobildən düşdükdən sonra arxasınca heç kim gəlməmişdir. Onlar avtomobildə “Türklər qəsəbəsi” adlanan yerə gedərkən Sahib yolda sadəcə Elşadın ona telefonda söyüş söydüyünü və Elşadla görüşəcəyini demişdir. Sahib “Moyka” sözünün yazıldığı avtomobil yuma məntəqəsinin yanına çatdıqda avtomobili dayandırmasını demiş, bundan sonra Sahib avtomobildən düşüb getmiş, onlar da Sahibi gözləməyib getmişlər. Sahib həmin vaxt Elşadla görüşəcəyini demədiyi üçün onlar sonuncunu gözləməyib oradan uzaqlaşmışlar. Daha sonra o, avtomobili küçənin başında saxlamış, Sahib də düşüb küçəyə girmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq göstərilməmiş, o, Sahibin avtomobildən düşdükdən sonra sonuncunu gözləməklərini deməyini eşitməmiş, ola bilsin Sahib gözləmələrini demiş, lakin o eşitməmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən o, Sahib düşdükdən sonra gözlədiklərini xatırlamamış, hadisəni hazırda xatırladığı kimi danışmışdır. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 həmin ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə günorta saatlarında o, özünə məxsus avtomobillə Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən “11-in astanovkası” adlanan yerdə “PlayStation” oyun klubuna getmiş, klubda dostları Fərid və Aydınla görüşmüşdür. Adətən də o, uşaqlarla klubda görüşmüşdür. Fərid və Aydınla klubun qarşısında küçədə dayanıb söhbət edən zaman saat 17-18 radələri olmuşdur. Həmin vaxtı Sahib mobil telefonla danışa-danışa onların yanına gəlmiş və görüşdükdən sonra ondan təcili özünü Samux rayonu ərazisi tərəfdə “Türklər qəsəbəsi” adlanan yerə aparmasını xahiş etmişdir. O da tək getməmək üçün Fərid və Aydına birlikdə getməyi təklif etdikdə sonuncular razılaşmışlar. Daha sonra onlar hamısı onun avtomobili ilə “Türklər qəsəbəsi” adlanan yerə getmişlər. Fərid avtomobilin qabaq sağ tərəfində, Aydın və Sahib isə arxa tərəfdə oturmuşdur. Yolboyu Sahib həyəcanlı olmuş və heç nə danışmamış, o da sonuncunun həyəcanlı olduğunu görüb nə olduğunu soruşan zaman Sahib “işim var, məni tez düşürt” demişdir. O, Samux rayonu, “Aznixinin kruqu” adlanan dairəvi təşkil olunmuş yolayrıcına çatan zaman Sahib ona “düz sür” demiş, o da dairəvi təşkil edilmiş yolayrıcından düzünə keçmiş və təxminən 200-300 metr qabağa getmişdir. Sahib ona “dayan, dayan” deyib avtomobilin qapısını açaraq düşmüş, o da sonuncunun düşdüyünü və yolu sağ tərəfdən sol tərəfə keçdiyini görüb avtomobili yenidən geriyə döndərərək üzü Gəncə şəhəri istiqamətinə baxdıqda asfalt yolun sağ tərəfində “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin qarşısında saxlamışdır. Artıq saat 20 radələri olmuş, hava hələ qaralmamış, bir qədər ala-toranlıq olmuşdur. O, avtomobili saxlayıb düşən zaman onunla bərabər Aydın və Fərid də düşmüşdür. O, avtomobildən düşüb Sahibin hara getdiyini bilmək üçün ətrafa baxanda həmin avto-yuma məntəqəsinin sağ tərəfində olan torpaq küçənin ortasında Sahibin tanımadığı bir şəxslə qabaq-qabağa dayandığını və mübahisə etdiklərini görmüşdür. O, sonuncuları aralamaq üçün uşaqlarla tez onların yanına qaçmışdır. Sahibgilə çatmağa təxminən 2-3 metr qalmış Sahibin əlində bıçaq olduğunu və həmin bıçaqla tanımadığı şəxsin qarın nahiyəsinə bir dəfə qəsdən vurduğunu, həmin şəxsin bıçaq xəsarəti alandan sonra əli ilə qarın nahiyəsini tutaraq geriyə çəkildiyini, Sahibin isə sonuncunun üstünə getmədiyini görmüşdür. O, uşaqlarla Sahibi tutmuşdur. İlk əvvəl o, Sahibin dalaşdığı şəxsi tanımamış, ancaq sonradan yaxınlaşan zaman tanışı Elşad olduğunu görmüşdür. Elşadı bıçaqla vurandan sonra Sahib ona “məni qəsəbəyə düşürdün” demişdir. O, həmin an yerində donub qalmış, nə edəcəyini bilmədiyi üçün oradan uzaqlaşmağı fikirləşmişdir. Buna görə də birlikdə hamısı yenidən avtomobilə minib oradan uzaqlaşmışlar. O, yolboyu Sahibin özünə və bədəninə baxmış ki, birdən onun da xəsarəti ola bilər. Sonra o, Sahibdən nə üçün Elşadı bıçaqla vurduğunu soruşan zaman sonuncu ona “Elşad məni əvvəldən mobil telefonda danışanda ailə üzvlərimə söyüş söymüşdür, mən onu vurmasa idim, o, məni vuracaqdır” demişdir. Bundan sonra o, Sahibi götürdüyü yerdə, yəni Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən “Oba market” adlanan mağazanın yanında düşürmüşdür. Düşən zaman Sahib ona “narahat olmayın, təslim olacam, mən etmişəm hər şeyi, gördünüz ki, mən onu vurmasa idim, o, məni vuracaqdır” demişdir. O, Sahibdən məsələnin necə olacağını soruşan zaman sonuncu ona polisə təslim olacağını demişdir. Təqsirləndirilən şəxs hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxsla dalaşacağını və sonuncunu bıçaqla vuracağını deməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə qəsdən bıçaqla vurandan sonra yenidən vurmaq imkanı olsa da vurmamış, çünki onlar çatana qədər Sahib Zərərçəkmiş şəxs başqa yerlərinə də bıçaqla xəsarət yetirə bilərdi. O, Təqsirləndirilən şəxs əlində olan bıçağı tam görə bilməmiş, uc hissəsi metallik rəngli, iri bıçaq olmuşdur. Həmin bıçağı Təqsirləndirilən şəxs özü ilə götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəsini müstəntiq öz sözləri ilə yazmış, müstəntiqə hadisəni hazırda danışdığı kimi demiş, sonuncunun nə üçün bu formada qeyd etdiyini bilməmiş, o, Elşadı tanımış, əgər sonuncunun xəsarət aldığını görsə idi öz avtomobili ilə xəstəxanaya aparardı. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 doğru danışmış, onlar Sahibi düşürdükdən sonra orada dayanmış, sonuncu düşdükdən sonra onu gözləmələrini deməmiş, onlar Sahibin Elşadla görüşməyə getdiyini bilməmiş, Sahib sadəcə yolda Elşadla aralarında olan narazılıqdan danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nurlan və Fəridlə Sevinc qəsəbəsində “Playstation”-un qarşısında söhbət edən zaman Sahib onlara yaxınlaşaraq Nurlandan avtomobili ilə onu “Türklər qəsəbəsi” adlanan yerə aparmasını xahiş etmiş, sonuncu da Sahiblə razılaşmışdır. Daha sonra Nurlan ona və Fəridə özü ilə birlikdə getməyi və Sahibi dediyi yerə düşürüb qayıtmağı təklif etmişdir. Onlar da Nurlanla razılaşmış və sonuncunun idarə etdiyi avtomobili hərləyib geri qayıdanda Sahib Nurlana avtomobili saxlamasını, qarşıdan avtomobili hərləyib qayıtmaqlarını və dostu ilə görüşüb qayıdacağını demişdir. Sahib avtomobildən düşdükdən sonra onlar avtomobillə bir qədər irəliyə hərəkət edib 6-7 dəqiqə gözləmiş, daha sonra Sahib yanlarına qayıtmışdır. Həmin vaxtı onlar Sahibin davadan gəldiyini hiss etməmişlər. Sadəcə qəsəbəyə çatanda Sahib onlara dalaşdığını və cinayət törətdiyini demişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, avtomobillə “Türklər qəsəbəsi” adlanan yerə gedərkən Sahib sadəcə Elşadla aralarında olan mübahisə barədə danışmışdır. O, Zərərçəkmiş şəxs tanımış, Sahibin Elşadla mübahisə etmək üçün “Türklər qəsəbəsi” adlanan yerə getdiyi hiss olunmamış, Sahib də onlara Elşadla görüşməyə getdiyini deməmişdir. Onlar “Aznixinin kruqu” adlanan yeri təxminən 100 metr keçdikdən sonra Sahib Nurlana avtomobili saxlamasını demiş, Sahibin avtomobildən düşdüyü yerdə xatırladığı qədəri ilə yaşayış yeri yox obyektlər olmuş, obyektlərdən də sadəcə avtomobil yuma məntəqəsi olmasını xatırlamışdır. Sahib avtomobildən düşdükdən sonra sonuncunun hansı tərəfə getdiyini görməmiş, çünki Sahib avtomobildən düşən kimi onlar avtomobili hərləyib Gəncə şəhəri istiqamətində dayanmış, 5-6 dəqiqə sonra da Sahib gəlib avtomobildə əyləşmişdir. Sahib avtomobilə qayıdan zaman sonuncunun arxası ilə heç kim gəlməmiş, o, Sahibin kiminləsə dalaşdığını da görməmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid2 həmin ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, elan edilmiş ifadəsi onu sözləri ilə doğru yazılmamış, ifadəni oxumadan imza etmiş, hazırda danışdığı kimi hadisənin şahidi olmuşdur. Sahib avtomobildən düşdükdən sonra onlar 10-15 metr irəli hərəkət edərək avtomobili hərləyib üzü Gəncə şəhəri istiqamətində dayanmışlar, amma bunu səhv də xatırlaya bilər. Sahib avtomobildən düşdükdən təxminən 6-7 dəqiqə sonra qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Sevinc qəsəbəsinə xalası oğlugilə qonaq getmişdir. “Playstation”-un qarşısında xalası oğlunu gözləyən vaxtı Nurlan və Aydın yanına gəlmişlər. Sonuncular ona Sahibi birlikdə Nurlanın avtomobili ilə “Türklər qəsəbəsi” deyilən əraziyə düşürüb qayıtmaqlarını demiş, o da razılaşmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə görmüşdür. Bundan sonra onlar Sahibi “Türklər qəsəbəsi” deyilən əraziyə düşürüb qəsəbəyə qayıtmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Sahib onlara gözləmələrini deməmiş, sonuncu düşdükdən sonra onlar avtomobili hərləyib geri qayıdanda Sahib avtomobilə əyləşib onu da qəsəbəyə aparmaqlarını demişdir. Onlar avtomobili Sahibi düşürdükləri yerdən hərləyib qayıtmışlar. Sahib avtomobildən düşdükdən təxminən 5-10 dəqiqə sonra geri qayıtmışdır. Sahibi “Türklər qəsəbəsi” deyilən əraziyə düşürüb 5-10 dəqiqə gözləmişlər. Sahib “Türklər qəsəbəsi” deyilən əraziyə gedərkən və qayıdarkən nə məqsədlə oraya getdiyini deməmişdir. O, avtomobildə oturduğu üçün Sahibin düşdükdən sonra haraya getməsini yaxud nə etməsini görməmişdir. Nurlan onun dostu olmuş, Sahib avtomobildən düşdükdən sonra nə üçün gözlədiklərini bilməmiş, Sahib avtomobildən düşdükdən sonra onlar təxminən 200 metr qabaqda 5 dəqiqə sonuncunu gözləmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir Zərərçəkmiş şəxs tanımış, sonuncu ilə əvvəllər Gəncə şəhərində eyni ərazidə yaşamış, sonradan o, köçmüş, Elşad da Gəncə şəhəri Sevinc qəsəbəsinə köçmüş, buna baxmayaraq aralarında münasibət qalmış və aradabir zəngləşib hal-əhval tutmuşlar. 06 iyul 2023-cü il tarixdə axşam saat 20 radələrində o, evdə olan zaman Elşad onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifdəsində olan ***-***-**-** mobil nömrə ilə bir neçə dəfə zəng etmiş, ancaq o, sonuncunun zəngini bir qədər gec görüb təkrar Elşada zəng etmişdir. Telefonda Elşad hal-hazırda onun yaşadığı ev tərəfdəki kənd arasında “Kənanın moykası” adlanan avto-yuma məntəqəsinin yanında olduğunu bildirib təcili onun yanına gəlməsini xahiş etmişdir. O, Elşaddan mobil telefonda nə olduğunu soruşanda sonuncu sadəcə olaraq onun olduğu yerə gəlməsini xahiş etmişdir. O da evdən çıxaraq piyada Elşadın dediyi yerə getmişdir. Çatan zaman Elşadın vəziyyətinin pis olduğunu görüb nə baş verdiyini soruşmuş və Elşadın əli ilə qarın nahiyəsini tutduğunu görmüşdür. Diqqətlə baxan zaman qarın nahiyəsindən qan axdığını görüb artıq Elşadın kiminləsə dalaşdığını və kiminsə sonuncuya bıçaqla xəsarət yetirdiyini bilmişdir. Həmin vaxt Elşad ona təcili xəstəxanaya çatdırmasını demişdir. Onların olduğu yer avtomobil yolunun kənarı olduğundan o, yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli bir taksi olan sovet maşınına əl eləyərək saxlatdırmış və Elşadı həmin avtomobilə mindirərək Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya aparmışdır. Yolboyu o, Elşaddan nə baş verdiyini və necə xəsarət aldığını soruşsa da sonuncu “sonra deyərəm, indi danışa bilmirəm” demişdir. Xəstəxanaya çatan kimi Elşada ilkin tibbi yardım göstərilmiş və sonuncunu əməliyyat etmişlər. O da bir qədər gözlədikdən sonra əməliyyt gec qurtardığı üçün evinə getmişdir. Ona görə də o, Zərərçəkmiş şəxs kimin bıçaqla xəsarət yetirməsinin şahidi olmamış, sonuncunu xəstəxanaya aparan zaman Elşad yol boyu özündə olmadığı üçün heç nə deməmiş, hadisənin hansı səbəbə baş verdiyini və konkret olaraq harada baş verdiyini də bilməmişdir. Sonradan Samux Rayon Polis Şöbəsində olarkən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs adlı şəxs arasında əvvəldən mübahisə olduğunu, daha sonra onların Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində görüşərək dalaşdıqlarını, dava zamanı da Sahib adlı şəxsin Elşada bıçaq xəsarəti yetirdiyini öyrənmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Samux rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 112 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, piylin eventrasiyası, mədənin yaralanması - kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 620 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətləri ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır, onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir - praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Emosional halından asılı olaraq o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, o, yalan danışmağa və özündən uydurmağa meyilli deyildir, o, hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi keçirdiyi emosional halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/991 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunan köynəyin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ittiham elan edilməli olan şəxsin axtarışa verilməsi və tutulması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində tutularaq Samux RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “SPAR Market” adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan avtoyuma məntəqəsinin sağ tərəfində olan küçədə yerləşir. Həmin küçə torpaq örtüklüdür, sağ və sol tərəflərində yaşayış məntəqələri yerləşir, küçəyə tərəf baxdıqda sol tərəfdə “Moyka” sözü yazılan avto-yuma məntəqəsi, sağ tərəfdə isə yaşayış məntəqəsi yerləşir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqdim edilmiş paltarlara baxış və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd kişi cinsinə məxsus qara rəngli, düyməli, boyun hissəsində “MARRAKECH Premium” yazısı olan uzunqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri Sevinc qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfinin daxilə keçən deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər A.Səhhət adına xəstəxanasına daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində xəstəxanadan Samux RPŞ-ya məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “SPAR Market” adlanan mağazanın qarşısında tanışı Təqsirləndirilən şəxs mübahisə zamanı özündə olan bıçaqla xəsarət yetirməsi, daha sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçması, sonuncunun hadisə yerinə fərdi taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Opel Astra” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mübahisə zəminində özündə olmuş bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra cinayətin predmeti olan bıçağı özü ilə aparmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş; Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilmiş və cəzasını çəkdiyi üçün cəzadan azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə qismən birləşdirilməklə o, qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayonu “Evlər üçlüyünün” xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası – xx.xx.1960-cı il təvəllüdlü X4 və anası – xx.xx.1958-ci il təvəllüdlü X2 ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Fuad Həsənov adına 3-cü küçədə yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd kişi cinsinə məxsus qara rəngli, düyməli, boyun hissəsində “MARRAKECH Premium” yazısı olan uzunqol köynək maddi sübut kimi tanınaraq saxlanılması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən “SPAR Market” adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində olan küçədə Zərərçəkmiş şəxs ilə görüşən zaman onun üzərində hər hansı bir bıçağın olmadığını, cinayətin aləti olan bıçağın Zərərçəkmiş şəxs məxsus olduğunu, dalaşmağa başlayan vaxtı sonuncunun bıçaq çıxartdığını, daha sonra bıçağın yerə düşdüyünü, özünün cəld tərpənərək həmin bıçağı yerdə götürdüyünü, həmin vaxtı arxaarxa getdiyini və ayağı daşa ilişdiyini üçün yerə yıxıldığını, Zərərçəkmiş şəxs isə onun üzərinə gəldiyi üçün yıxılan zaman sonuncuya bıçaqla xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunmaması üçün ibtidai istintaq zamanı bıçağın özünə məxsus olduğunu qeyd etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində birinci dəfə Təqsirləndirilən şəxsla mübahisə edən zaman sonuncunu yumruqla vurmadığını, lakin ikinci dəfə görüşüb aralarındaki məsələyə aydınlıq gətirən zaman Təqsirləndirilən şəxs başından bir dəfə yumruqla zərbə vurduğunu, hadisə vaxtı cinayətin aləti olan bıçağın ona məxsus olduğunu və onun üzərində olduğunu, bıçağı çıxardan zaman əlindən yerə düşdüyünü, Təqsirləndirilən şəxs ondan cəld tərpənərək bıçağı yerdən götürdüyünü, daha sonra sonuncunun ayağının daşa ilişdiyini və Təqsirləndirilən şəxs üzərinə gedən zaman bıçağın təsadüfən ona dəydiyini göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən “SPAR Market” adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan avtoyuma məntəqəsinin sağ tərəfində olan küçədə düşürdükdən sonra həmin yerdən uzaqlaşdıqlarını və 5-6 dəqiqə sonra qeri qayıtdıqda Təqsirləndirilən şəxs düşürdükləri yerdə götürdüklərini göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində xx.xx.2023-cü il tarixlərdə axşam saat 16-17 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən “11-in astanovkası” adlanan yerdə Zərərçəkmiş şəxs musiqini aşağı eləməsini deməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək ona yaxınlaşıb camaatın içərisində əcəb etdiyini dediyini, daha sonra isə sonuncunun camaatın içərisində onu sifətindən yumruqla vurduğunu və zərbənin təsirindən onun yerə yıxıldığını, həmin vaxtı aralarındakı mübahisənin 5-10 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs ondan bədəncə daha cüssəli və idmançı olduğunu üçün sonuncuya gücü çatmayacağını düşündüyünü və buna görə Zərərçəkmiş şəxsla mübahisəni davam elətdirmək istəməyərək həmin yerdən uzaqlaşdığını, Zərərçəkmiş şəxs onu yaşadığı qəsəbədə pisikdirdiyi üçün sonuncudan qisas almaq istədiyini, bu məqsədlə Zərərçəkmiş şəxs zəng edib görüşə dəvət etdiyini, görüş yerinə gedərkən Zərərçəkmiş şəxs onu yenə döyə biləcəyini və özünün sonuncu ilə bacara bilməyəcəyini düşündüyü üçün üzərində mətbəxdə istifadə olunan bıçaq götürdüyünü, ikinci dəfə aralarında dava-dalaşın Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə baş verdiyini, mübahisənin təxminən 1-2 dəqiqə davam etdiyini, hadisənin bir anın içərisində olduğunu, üzərində, yəni bel nahiyəsində kəmərin arasında olan qulpu taxtadan, tiyəsi isə metal rəngli olan mətbəx bıçağını sağ əlinə götürüb biləyinin arxasında gizlətdiyini və Zərərçəkmiş şəxs çatan kimi sağ əlində saxladığı həmin bıçaqla sonuncunun qarın nahiyəsinə bir dəfə qəsdən vurduğunu etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan sözügedən ifadələrdən və “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hər iki istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs müdafiəçisi yanında olmuş və o, ifadələri ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair protokolu heç bir qeyd vermədən imza etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan da görünür ki, nə təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi cinayət işinin materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin doğru yazılmadığını qeyd kimi göstərməmişlər. Əksinə müdafiəçi ilə təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra hər hansı bir vəsatət, etiraz və şikayətlərinin olmadığını göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 620 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinədən keçirilərkən ekspert komissiyası tərəfindən ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə vurduğunu göstərmişdir. Habelə Zərərçəkmiş şəxs da ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla oxşar məzmunlu ifadə verərək xx.xx.2023-cü il tarixdə axşam saat 16-17 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən “11-in astanovkası” adlanan yerdə sonuncunun ona musiqinin səsini aşağı eləməsini bildirməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı camaatın içərisində Təqsirləndirilən şəxs sifət nahiyəsində bir dəfə yumruq vurduğunu və sonuncunun yerə yıxıldığını, ikinci dəfə Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avtoyuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə görüşən zaman isə cinayətin aləti olan bıçağın Təqsirləndirilən şəxs məxsus olduğunu, sonuncu ilə üzbəüz dayanan vaxtı Təqsirləndirilən şəxs bıçaq çıxartdığını və ona bıçaqla xəsarət yetirmək istəyən zaman geri çəkilərək özünü müdafiə etməyə başladığını, bu zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurduğunu, sonuncunun ona bıçaqla xəsarət yetirən zaman ağrı hiss etdiyini və əli ilə qarnını tutduğunu, hadisə yerindən uzaqlaşan zaman da Təqsirləndirilən şəxs bıçağı özü ilə apardığını göstərmişdir. Eyni ilə təqsirləndirilən şəxs kimi Zərərçəkmiş şəxs da ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda ibtidai istintaq zamanı verdiyi ifadələrinin doğru yazılmadığını qeyd kimi göstərməmiş, əksinə Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra hər hansı bir vəsatət, etiraz və şikayətinin olmadığını göstərmişdir. Hətta məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, elan olunan ifadə onun sözləri ilə doğru yazılmasa da, o, latın qrafikli əlifbanı sərbəst oxuya bilmiş və elan edilmiş ifadədəki imza ona məxsus olmuşdur. Eləcə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 112 nömrəli məhkəmə-tibb ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərkən ekspert tərəfindən verilmiş suallara cavab olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrindən Yeni Nəbiağalı qəsəbəsində küçədə kim olduğunu bilmədiyi şəxsin onu bıçaqla qarın nahiyəsindən vurduğunu göstərmişdir. Ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs mübahisə zamanı bıçağın ilk əvvəl onda olduğu və Təqsirləndirilən şəxs həmin bıçağı yerdən götürüb onu təsadüfən vurduğunu qeyd etməmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Gəncə şəhəri istiqamətinə baxdıqda asfalt yolun sağ tərəfində “Moyka” sözü yazılan avtoyuma məntəqəsinin qarşısında idarə etdiyi avtomobili saxladığını, Təqsirləndirilən şəxs avtomobildən düşərək torpaq küçəyə girdiyini, o, avtomobili saxlayıb düşən zaman onunla bərabər Aydın və Fəridin də düşdüyünü, o, avtomobildən düşüb Sahibin hara getdiyini bilmək üçün ətrafa baxanda həmin avto-yuma məntəqəsinin sağ tərəfində olan torpaq küçənin ortasında Sahibin tanımadığı bir şəxslə qabaq-qabağa dayandığını və mübahisə etdiklərini gördüyünü, sonuncuları aralamaq üçün uşaqlarla tez onların yanına qaçdığını, Sahibgilə çatmağa təxminən 2-3 metr qalmış sonuncunun əlində bıçaq olduğunu və həmin bıçaqla tanımadığı şəxsin qarın nahiyəsinə bir dəfə qəsdən vurduğunu, həmin şəxsin bıçaq xəsarəti alandan sonra əli ilə qarın nahiyəsini tutaraq geriyə çəkildiyini, Sahibin isə sonuncunun üstünə getmədiyini, çatan kimi uşaqlarla Sahibi tutduğunu, Zərərçəkmiş şəxs bıçaqla vurandan sonra Təqsirləndirilən şəxs ona “məni qəsəbəyə düşürdün” dediyini, həmin an yerində donub qaldığını, nə edəcəyini bilmədiyi üçün oradan uzaqlaşmağı fikirləşdiyini və buna görə də birlikdə hamısı yenidən avtomobilə minib oradan uzaqlaşdıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı ifadə verərkən ona təzyiq göstərilmədiyini bildirmiş, hətta məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatların həqiqət olduğunu təsdiq etməklə, Şahid1 Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilindən düşdükdən sonra sonuncunu bir qədər gözlədiklərini də fakt olaraq etiraf etmişdir. Şahid2 da ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Şahid1 ifadəsində göstəridiyi xüsusatları təsdiq etməklə sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini yoxlayaraq, məhkəmə istintaqı zamanı ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidlər Nurulan Quluzadə ilə Şahid2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmalarını, təqsirləndirlən şəxsin isə cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Belə olan halda məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, eləcə də Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini bir-biri ilə qarşılıqlı formada müqayisə edib, o cümlədən həmin ifadələri iş materiallarında olan istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, eləcə də Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, eyni zamanda təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs, həm də iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə təsdiq olunur ki, 06 iyul 2023-cü il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində “11-in astanovkası” adlanan yerdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədən keçərkən avtomobildə musiqiyə çox səs verdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs musiqini aşağı etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da avtomobili saxlayıb Təqsirləndirilən şəxs yanına gələrək “sən kimsən ki, mənə o sözü deyirsən?” demiş, nəticə etibarı ilə sonuncular arasında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs mübahisə zamanı orada olan şəxslərin yanında Təqsirləndirilən şəxs sifət nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmış, Zərərçəkmiş şəxs ondan bədəncə daha cüssəli və idmançı olduğu üçün Təqsirləndirilən şəxs sonuncuya gücü çatmayacağını düşünüb mübahisəni davam elətdirmək istəməyərək həmin yerdən uzaqlaşmış, daha sonra elə həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu yaşadığı qəsəbədə pisikdirdiyi üçün sonuncudan qisas almaq qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs zəng edərək görüşə dəvət etmiş, görüş yerinə gedərkən Zərərçəkmiş şəxs onu yenə döyə biləcəyini və özünün sonuncu ilə bacara bilməyəcəyini düşündüyü üçün üzərində mətbəxdə istifadə olunan bıçaq götürmüş, Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə Zərərçəkmiş şəxsla görüşərkən ikinci dəfə aralarında dava-dalaş baş vermiş və Təqsirləndirilən şəxs üzərində olan ibtidai istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurmuş, həmin vaxtı Təqsirləndirilən şəxs ikinci zərbəni də vurmağa imkanı olduğu halda sonuncu bunu etməyərək cinayətkar əməllərini dayandırıb cinayətin aləti olan bıçaqla hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs ikinci dəfə görüşə dəvət etməkdə məqsədi bir qədər əvvəl sonuncu onu yaşadığı qəsəbədə camaat içərisində yumruqla vurub yerə yıxmaqla pisikdirdiyi üçün Zərərçəkmiş şəxs qisas almaq istəməsi olmuşdur. Həmçinin həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələrindən görünür ki, Samux rayonu, “Aznixinin kruqu” adlanan yerdən bir qədər aşağıda “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində yerləşən torpaq küçədə ikinci dəfə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə bıçaqla zərbə vurduqdan sonra yenidən zərbə vurmaq imkanına malik olsa da, bunu etməmiş və cinayətkar niyyətini dayandırıb oradan uzaqlaşmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada təbdir görülməsi üçün material ayrılaraq Samux RPŞ-nin İTB-nə göndərilmişdir. Göründüyü kimi zərərçəkən Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində məhz elə onun təşəbbüsü ilə başlanmış mübahisə səbəbindən təqsirləndirilən şəxslə aralarında gərgin münasibət yaranmış, həmin münasibətlər fonunda Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ona musiqinin səsini aşağı eləməsi ilə bağlı irad bildirməsini qəbul etməyərək, əksinə sonuncunun yaşadığı ərazidə camaat içərisində Təqsirləndirilən şəxs qəfildən sifət nahiyəsindən yumruqla vurub onu yerə yıxmasının, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən kütlə dairəsində alçatmasının nəticəsinin davamı olaraq Təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə sonradan məlum cinayət hadisəsini törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qeyri-etik hərəkətlərinə görə sonuncu ilə mübahisə edib ona qəsdən sağlamlığa ağır zərər vurmasından ibarət cinayətin “heç bir əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi məlum baş vermiş hadisədən bir qədər əvvəl təqsirləndirilən şəxsin yaşadığı ərazidə camaat içərisində yumruqla vurub yerə yıxması nəticəsində başlanmış mübahisənin davamı olaraq təzahür etməsi Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Həm Təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs, həm də iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs ikinci dəfə görüşüb mübahisə etdikləri yerə ən yaxın yaşayış yeri 100 metr kənarda yerləşmiş, ikinci görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə edərkən yanlarında heç kim olmamış, dalaşanda kənardan onları heç kim ayırmamış, dava vaxtı yaxud ondan əvvəl bir-birlərinə qarşı nalayiq ifadələr işlətməmiş, əsas asfalt yoldan da dava etdikləri yerə qədər olan məsafə çox olduğu üçün səs-küyə həmin ərazidə yaşayan hər hansı bir şəxs gəlməmiş və açıq formada narahatlığını bildirməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən xuliqanlıq cinayətinə dair irəli sürülmüş ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, eləcə də pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. Həmçinin ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə, yəni vətəndaşların sıx məskunlaşdığı Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən “SPAR Market” adlanan mağazanın qarşı tərəfindəki “Moyka” sözü yazılan avto-yuma məntəqəsinin sağ tərəfində olan küçədə törədilməsinə istinad edilsə də, həmin hallara dair müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə) məhdudlaşdırılmışdır. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamda “özünü cəmiyyətin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirməklə, ətrafda olan şəxslərə məhəl qoymayıb” göstərilsə də, qeyd edilən hallarla bağlı cinayət işinin materiallarında münaqişə tərəfləri olan təqsirləndirilən və zərərçəkmiş şəxsdən başqa hadisə baş verən ərazidə yaşayan kənar insanlardan bir nəfərin belə müəyyən edilərək dindirilməsi təmin edilməmiş, məlum hadisənin gecə vaxtı baş verməsini nəzərə alaraq insanların istirahət hüququnun pozulub-pozulmadığını araşdırılmamışdır. O cümlədən iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşə gedən zaman avtomobildə Şahid1, Şahid2 və Şahid3 zərərçəkmiş şəxslə aralarında bir qədər əvvəl baş vermiş mübahisə barədə məlumat verməmiş, kiminlə və nə üçün görüşə getdiyini deməmiş, hətta hadisə yerinə çatdıqdan sonra avtomobildən düşərkən belə şahidlərə onu gözləməsini deməmiş, Təqsirləndirilən şəxsla Elşad Rəsulvoun mübahisə etdikləri yerdə sonunculardan başqa heç kim olmamış, onlar özləri belə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsə yaxınlaşmamış, sonuncular təklikdə mübahisə etmişlər, kənardan hər hansı bir şəxs də səs-küyə hadisə yerinə gəlməmişdir. İbtidai istintaq orqanı da Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasına, o cümlədən onun hərəkətlərinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, sadəcə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda CM-in 221.1-ci maddəsinin dispozisiyasında göstərilən obyektiv cəhətinin əlamətlərini formal olaraq sadalamaqla kifayətlənmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlini məhz şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisaq almaq məqsədi ilə törətməsi, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması, o cümlədən hərəkətlərinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməsi təsdiq olunmadığı halda onun əməli xüsusilə qərəzli xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan halların mövcudluğu Təqsirləndirilən şəxs törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin motivinin xuliqanlıq niyyəti olmasını, o cümlədən onun əməllərində xüsusilə qərəzli xuliqanlıq əməlinin olmasını inkar edir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı”, o cümlədən “Yanoseviç İsveçə qarşı” iş üzrə Qərarlarında formalaşdırılmış presedent hüququna görə təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. CPM-in 28.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq (CPM-in 28.4.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq (CPM-in 28.4.3-cü maddəsi) kimi vəzifələri yerinə yetirməlidirlər. CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər (CPM-in 33.1-ci maddəsi). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.2-ci maddəsi). Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPM-in 33.3-cü maddəsi). CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM-in 351.3.1-ci maddəsi); bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-in 351.3.2-ci maddəsi); məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPMin 351.3.3-cü maddəsi); təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-in 351.3.4-cü maddəsi) sübuta yetirilmiş hesab edilə bilər. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda barəsində bəraət hökmü çıxarılır. CPM-in 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 58-ci bəndində göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilmiş və cəzasını çəkdiyi üçün cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi isə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzadan azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkumluğu ödənilsə də, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkumluğu xx.xx.2025-cü il tarixdə başa çatır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o ittiham olunduğu əməli 06 iyul 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkib azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablamaqla altı il keçməmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd kişi cinsinə məxsus qara rəngli, düyməli, boyun hissəsində “MARRAKECH Premium” yazısı olan uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 344-347, 349, 350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 avqust 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd kişi cinsinə məxsus qara rəngli, düyməli, boyun hissəsində “MARRAKECH Premium” yazısı olan uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-262/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-262/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver