Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-263/2021 01.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Abdullayev Asif Saleh oğlunun iştirakları ilə xx xxxxxxx 1971-ci ildə Ermənistan Krasnosel rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinli yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 06 may 2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 25 ədəd çətənə (kannabis) bitkisinin toxumunun 8 ədədini Ağstafa rayonu Həsənsu kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin bağ sahəsindəki fındıq ağaclarının arasında 8 ədəd kiçik ölçülü plastik stəkanın içərisində, 17 ədədini bağ sahəsində quru ağac budaqlarının yığıldığı yerin yanında torpağa basdırıb ümumi təmiz çəkisi 30 qram olan, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən 3-cü siyahıya əsasən külli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan 25 ədəd çətənə (kannabis) bitkisini becərməklə qanunsuz olaraq kultivasiya etmiş, 06.05.2021-ci il tarixdə saat 17 radələrində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu Həsənsu kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində qanunsuz olaraq əkib-becərməklə kultivasiya etdiyi, hündürlükləri 7 santimetrdən 25 santimetrədək, ümumi çəkisi 30 qram olan 25 ədəd çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu Həsənsu kəndində yerləşən atası X9 adına olan olan fərdi yaşayış evində həyat yoldaşı X10, oğlu X11 ilə birlikdə yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir. Musiqi fəaliyyəti ilə məşğul olur. Başında olan ağrılar ilə əlaqədar olaraq təxminən 2-3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Belə ki, təxminən 1 ay ərzində təxminən 1-2 dəfə narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Təxminən 4 il bundan əvvəl Ağstafa rayon Həsənsu kəndi ərazisində keçən “Həsənsu” çayının kənarında yabanı halda bitmiş çətənə bitkisinin bir budağını qırıb evində qurutmuşdur. Yarpaqlarını siqaretə qatıb çəkmiş, görmüşdür ki, özünü yaxşı hiss etmiş, başının ağrısı kəsmişdir. Həmin çətənə bitkisinin toxumlarını isə siqaret kağızına büküb evdə saxlamış, lakin sonradan toxumları saxladığı yer yadından çıxmışdır. 2021-ci ilin aprel ayında Ağstafa rayonu Həsənsu kəndində yaşadığı evin alətlərini saxladığı arxa otağında olan zaman siqaret kağızına büküb saxladığı həmin toxumlar əlinə keçmişdir. O qərara gəlmişdir ki, Ağstafa rayonu Həsənsu kəndində yaşadığı evin bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək üçün əkib-becərsin. Təxminən 02 aprel 2021-ci il tarixdə səhər saatlarında siqaret kağızına büküb saxladığı 25 ədəd toxumdan 8 ədədini 8 ədəd balaca plastik stəkanın içərisində torpağa basdırıb yaşadığım evin həyətyanı bağ sahəsində olan fındıq ağaclarının orta hissəsinə qoymuşdur. Həmin toxumların 17 ədədini isə yaşadığı evin həyətyanı bağ sahəsində yığılmış quru ağac budaqlarının yanında torpağa basdırmışdır. Bundan sonra basdırdığı toxumlara su verib quluq etməyə başlamışdır. Əkdiyi vaxtdan indiyənədək həmin toxumlar cücərib boy atmışdır. 06.05.2021-ci il tarixdə təxminən saat 17 radələrində o yaşadığı evdə olan zaman kiminsə onu səslədiyini eşitmişdir. Bundan sonra o evdən çıxaraq darvazaya yaxınlaşmış və darvazanın giriş qapısını açmışdır.Darvazanı açdıqda görmüşdür ki, darvazanın qarşısında mülki geyimli tanımadığı şəxslər var. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə bitkisi əkməyi barədə məlumat aldıqlarını ona bildirdikdə o bağ sahəsində istifadə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkdiyini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun və aqronomun iştirakı ilə evinin həyətyanı bağ sahəsinə baxış keçirtmiş, baxış zamanı özü əkib-becərdiyi çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun və dəvət olunmuş aqronomun iştirakı ilə bağ sahəsinin ayrı-ayrı yerlərində əkdiyi 25 ədəd çətənə bitkisinin hər biri kökündən çıxararaq bağ sahəsində yerə düzülmüş, onun, aqronomun, polis əməkdaşlarının iştirakı ilə yenidən sayılmış və 25 ədəd çətənə bitkisi orada 1 ədəd kisədə, 8 ədəd plastik qab 1 ədəd kisədə qablaqlaşdırılmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirilməli olduğunu bildirdikdə o evində heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmiş və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evin otaqlarına baxış keçirmiş, baxış zamanı heç bir narkotik vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları onu və 1 ədəd kisədə qablaşdırılaraq götürülmüş 25 ədəd çətənə bitkisini, 1 ədəd kisədə qablaşdırılmış 8 ədəd plastik qabı Ağstafa RPŞ-yə aparmışlar. Ağstafa rayon polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmişdir. Yaşadığı evin həyatyanı yanı bağ sahəsində 25 ədəd çətənə bitkisini əkib-becərməyi barədə ailə üzvlərinin, eləcədə digər tanışlarının heç bir məlumatı olmamışdır.Tutduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06.05.2021-ci il tarixdə Ağstafa rayonu Həsənsu kənd sakini Təqsirləndirilən şəxs Ağstafa rayonu Həsənsu kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində tərkibində tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz olaraq əkibbecərməsi barədə Ağstafa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi polis mayoru Şahid2 raportla Ağstafa RPŞ-nin rəhbərliyinə məruzə etmiş, RPŞ-nin rəhbərliyi həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə ona göstəriş vermişdir. Bundan sonra o əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsində iştirak etmək üçün aqronom dəvət edilmişdir. O əməliyyat qrupunun üzvlərini keçiriləcək tədbir barədə təlimatlandırdıqdan sonra həmin gün saat 17 radələrində əməliyyat qrupunun üzvləri və aqronomla birlikdə Ağstafa rayonu Həsənsu kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs izah etmişdir ki, evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkibbecərdiyi barədə məlumat daxil olub, həmin məlumatı yoxlamaq üçün evinin bağ sahəsinə, evinə baxış keçirilməlidir və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə evin yaşıl rəngli boya ilə boyanmış dəmir darvasından həyətə daxil olub baxış keçirməyə başlamışlar. Baxış zamanı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs ağac budaqlarının yığıldığı yeri əli ilə göstərərək narkotik tərkibli çətənə bitkilərini həmin yerdə əkdiyini bildirmişdir. Həmin yerə baxış zamanı üst-üstə yığılmış ağac budaqlarının yanında düz xətt boyunca 17 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkinin əkildiyi, bitkilərin ətraflarının digər otlardan təmizləndiyi aşkar edilmişdir. Aqronom həmin bitkilərə baxış keçirdərək həmin bitkilərin çətənə bitkisi olduğun bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bağ sahəsinin digər yerlərində çətənə bitkilərini əkib-əkməməsini soruşmuş, Təqsirləndirilən şəxs isə yaxınlıqda yerləşən fındıq ağacları olan yeri göstərərək həmin yerdə qutularda çətənə bitkilərini əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi fındıq ağaclarının ortasına baxış zamanı torpağa düzülmüş 8 ədəd kiçik ölçülü ağ rəngli plastik stəkanda əkilmiş 8 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Aqronom həmin bitkilərə baxış keçirdərək həmin bitkilərin çətənə bitkisi olduğun bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək üçün təxminən 15-20 gün əvvəl əkdiyini, bağ sahəsinin digər yerlərində çətənə bitkiləri əkmədiyini bildirmişdir. Bundan sonra bağ sahəsində aşkar edilmiş 25 ədəd narkotik tərkibli çətənə bitkisi kökündən çıxarılmaqla bağ sahəsində yan-yana düzülmüş, bitkilərin hündürlükləri xətkeşlə ölçülmüşdür. Aşkar edilmiş 25 ədəd çətənə bitkisi bir ədəd kisədə, qablaşdırılmış, üzəri möhürlə möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs içərisində 8 ədəd çətənə bitkisi əkdiyi 8 ədəd kiçik ölçülü ağ rəngli plastik stəkan isə bir ədəd başqa kisədə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı evdə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, narkotik vasitə, qanunsuz saxlanılan digər əşya aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolla Təqsirləndirilən şəxs, aqronom, o və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışdırlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs və aşkar edilib götürülmüş 25 ədəd çətənə bitkisinin və 8 ədəd plastik stəkanın qablaşdırıldığı 2 ədəd kisəni Ağstafa RPŞ-yə aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiki, Ağstafa RPŞ-nin ictimai təhlükəsilik bölməsinin rəisi vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 06.05.2021-ci il tarixdə Ağstafa rayonu Həsənsu kənd sakini Təqsirləndirilən şəxs Ağstafa rayonu Həsənsu kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə mənə məlumat daxil oluşdur. Bundan sonra o raportla Ağstafa RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsində iştirak etmək üçün aqronom X5 mütəxəssis kimi dəvət edilmişdir. Həmin gün saat 17 radələrində Ağstafa rayonu Həsənsu kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi barədə məlumat daxil olduğunu, həmin məlumatı yoxlamaq üçün evinin bağ sahəsinə, evinə baxış keçirilməli olduğunu izah etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə evin yaşıl rəngli boya ilə boyanmış dəmir darvasından həyətə daxil olub baxış keçirməyə başlamışlar. Baxış zamanı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs bağ sahəsinin orta hissəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs qurumuş ağac budaqlarının üst-üstə yığıldığı yeri əli ilə göstərərək narkotik tərkibli çətənə bitkilərini həmin yerdə əkdiyini bildirmişdir. Həmin yerə baxış zamanı ağac budaqlarının yanında düz xətt boyunca 17 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkinin əkildiyi, əkilmiş bitkilərin ətrafının digər otlardan təmizləndiyi aşkar edilmişdir. Aqronom bitkilərə baxış keçirdərək həmin bitkilərin çətənə bitkisi olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bağ sahəsinin digər yerlərində çətənə bitkilərini əkib-əkmədiyini soruşan zaman Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən fındıq ağacları olan yeri göstərərək həmin yerdə qutularda çətənə bitkilərini əkdiyini demişdir. Onlar Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə bağ sahəsində düzünə hərəkət edib ayaqyolunun yanından sola dönmüş, ayaqyolundan təxminən 3-4 metr məsafədə yerləşən fındıq ağaclarının ortasına baxış zamanı torpağın üstünə qoyulmuş 8 ədəd kiçik ölçülü ağ rəngli plastik materialdan olan stəkanda əkilmiş 8 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Aqronom həmin bitkilərə baxış keçirdərək həmin bitkilərin çətənə bitkisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək üçün təxminən 15-20 gün əvvəl əkdiyini bildirmişdir. Meman Abbasov həmin bitkilərdən başqa bağ sahəsinin digər yerlərində çətənə bitkiləri əkmədiyini demişdir. Bundan sonra bağ sahəsində aşkar edilmiş 25 ədəd narkotik tərkibli çətənə bitkisi kökündən çıxarılmaqla bağ sahəsində yan-yana düzülmüş, bitkilərin hündürlükləri xətkeşlə ölçülmüşdür. Aşkar edilmiş 25 ədəd çətənə bitkisi bir ədəd kisədə, qablaşdırılmış, üzəri möhürlə möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs içərisində 8 ədəd çətənə bitkisi əkdiyi 8 ədəd kiçik ölçülü ağ rəngli plastik stəkan isə bir ədəd başqa kisədə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı evdə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, narkotik vasitə, qanunsuz saxlanılan digər əşya aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolla Təqsirləndirilən şəxs, aqronom, o və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 06.05.2021-ci il tarixli qərardan görünür ki,Ağstafa rayonu Həsənsu kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsi ilə bağlı yaşadığı evin həyatyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dairqərar qəbul olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 5(015)-35/2021 saylı qərarından görünür ki, Ağstafa rayonu Həsənsu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvvəkili polis kişik leytenantı X2 06.05.2021-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. “Baxış keçirilməsi haqqında” 06.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki,baxış keçirilən ev Ağstafa rayonu Həsənsu kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evdir. Evin girişi dəmir konstruksiyalı darvazadan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərkibində narkotik madddələr olan çətənə bitkilərin əkib-becərilməsində şübhəli olduğu bildirilmiş, əgər həmin bitkiləri əkib becərmişdirsə əkdiyi yeri ilkin olaraq könüllü olaraq göstərməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı bağ hsaəsində bostan bitkiləri əkib-becərdiyi sahənin yanında əkdiyi 17 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlavə olaraq həyətyanı bağ sahəsində olan fındıq ağaclarının arasında plastik materialdan olan stəkanlarda əkdiyi 8 ədəd tünd yaşıl rəngli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Bundan sonra həmin stəkanlar olduğu yerdən götürülərək digər çətənə bitkilərinə oxşar bitkilərin yanına aparılmışdır. Orada əkilmiş vəziyyətdə olan bitkilərin ətrafının ot-alaqdan təmizləndiyi, suvarıldığı, bitkilərə qulluq olunduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əkdiyi 17 ədəd çətənə bitkisinə oxşar bitki kök hissəsi ilə birlikdə torpaqdan çıxarılmış, boyları ölçülmüşdür. Həmin bitkilərin hündürlükləri müvafiq olaraq 11 santimetr, 21 santimetr, 10 santimetr, 12 santimetr, 19 santimetr, 21 santimetr, 19 santimetr, 20 santimetr, 24 santimetr, 25 santimetr, 18 santimetr, 23 santimetr, 12 santimetr, 14 santimetr, 20 santimert, 12 santimetr və 13 santimetr təşkil etmişdir. Baxış zamanı iştirak edən aqronom Çingiz Məmmədov həmin bitkilərə baxış keçirdərək aqrotexniki qaydada qulluq edildiyini bildirdi. Bundan sonra plastik materialdan olan stəkanlara əkilmiş tünd yaşıl rəngli çətənə bitkisinə oxşar bitkilər kök hissələri ilə birlikdə torpaqdan çıxarılmış, boyları ölçülmüşdür. Həmin bitilərin hündürlükləri 15 santimetr, 12 santimetr, 13 santimetr, 9 santimetr, 19 santimetr, 14 santimetr, 9 santimetr, 10 santimetr təşkil etmişdir. Bundan sonra aqronom Çingiz Məmmədov həmin bitkilərə də baxış keçirdərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, həmçinin baxış keçirdiyi bütün bikilərin ləng inkişaf etdiyini qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibləri bitkiləri öz istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini demişdir. Bundan sonra aşkar edilmiş tərkibində narkotik maddələr olan bitkilər yan-yana düzülmüş, bir daha sayılmış, cəmi 25 ədəd bitki olduğu müəyyən edilmişdir. Həmin bitkilərin hamısı 1 ədəd sintetik kisədə, dibçək kimi istifadə edilmiş 8 ədəd plastik stəkan içərəsində olan torpaqla birlikdə digər 1 ədəd sintetik kisədə qablaşdırılmış, hər iki kisənin üzərinə DİN-in “Arayışlar üçün №88” mətninə malik möhür əksi vurulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində qanunla qadağan edilmiş maddə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş 25 ədəd çətənə bitkisi və 8 ədəd dibçək kimi istifadə olunmuş plastik stəkan iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Baxış zamanı Ağstafa rayon X3 Tədqiqatlar Qrupunun baş inspektoru polis kapitanı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış və baxış zamanı çəkilmiş videogörüntü 1 ədəd CD diskə yazılaraq prokola əlavə edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və bədənində narkotik vasitələrə oxşar kütlə, qanunsuz saxladığı əşya aşkar olunmadı. X21 İnkişaf Mərkəzinin 06.05.2021-ci il tarixli rəyindən görünür ki, Ağstafa rayonu Həsənsu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı bağ sahəsinə baxış keçirilərkən aşkar olunmuş 25 ədəd bitki kolu narkotik tərkibli çətənə bitkisinə aiddir və həmin bitkilər əklimiş, aqrotexniki qaydada yetişdirilmivə bitkilərin hər birinə qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07.05.2021-ci il tarixli 16/432 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sintetik kisədə, ümumi sayı 25 (iyirmi beş) ədəd, ümumi təmiz çəkisi 30 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli 645 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsrkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.05.2021-ci il tarixli 252 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs cinayət əməlini törtməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və yaonu idarə edə bilməkiqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 06.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 may 2021-ci il tarixdən hesablanmışdır. AZ-İ № 443948 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında 07.11.2008-ci il tarixdə nikah bağlanmışdır. AZ-T № 106225 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 oğlu 12.06.2003-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. AZ-İİ № 172501 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 oğlu 17.11.2006-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. Ağstafa rayon Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.06.2021-ci il tarixli 399/9 saylı arayış və xasiyyətnaməsindən görünür ki,Abbasov X13 rayonu Həsənsu kəndində həyat yoldaşı X10, övladları X22 oğlu və X11 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” 17.06.2021-ci il tarixli qərardan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış tərkibində narkotik maddələr olan 25 ədəd çətənə (kannabis) bitkisinin qalığını, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kisədə qablaşdırılmış 8 ədəd kiçik ölçülü plastik stəkan Ağstafa RPŞ-də məsul saxlanışa verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində dibçəklərdə əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinllik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Ağstafa Rayon Polis Şöbəsində saxlanılan,“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış tərkibində narkotik maddələr olan 25 ədəd çətənə (kannabis) bitkisinin qalığını, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kisədə qablaşdırılmış 8 ədəd kiçik ölçülü plastik stəkan məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Ağstafa Rayon Polis Şöbəsində saxlanılan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış tərkibində narkotik maddələr olan 25 ədəd çətənə (kannabis) bitkisinin qalığını, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 X14 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kisədə qablaşdırılmış 8 ədəd kiçik ölçülü plastik stəkan məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-263/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-263/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver