Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-263/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Qazax rayonu, Məzəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Məzəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qardaşı Şahid3 425253 №-li qeydiyyat şəhadətnaməsi ilə məxsus olan «VAZ 21074» markalı, ** KA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetməni sürücülük vəsiqəsi əsasında həyata keçirmədən həmin avtomaşını idarə edərək Qazax-Quşçu Ayrım avtomobil yolunun 14-cü kilometrliyində rayonun Abbasbəyli kəndi ərazisindən keçən hissəsində Qazax şəhəri istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq avtomobili idarə etməklə və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələblərinə riayət edilməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə almalı olduğu halda qeyd edilən yol hərəkəti qaydalarına əməl etməyərək ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yolun asfalt beton hərəkət zolağından sağ kənarına çıxartmaqla yolun kənarında olan piyada Qazax rayonu, Abbasbəyli kənd sakini X5 avtomobilin arxa sol tərəfi ilə vuraraq sonuncuya “sol döş qəfəsinin 3-4-5-6-7-ci qabırğalarının yerdəyişməli sınıqları, sol ağciyərin cırılması və sol döş boşluğuna daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin küt travması, alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsi ilə bağlı döş qəfəsinin qapalı küt travması zamanı baş vermiş travmatik-hemorragik şok nəticəsində ehtiyatsızlıqdan Faiq Mərdanovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, bir azyaşlı uşağı var. Özü əvvələr hərbiçi işləmiş, 2021-ci ilin təxminən avqust ayında hərbi xidmətdən tərxis olunmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. O, lazım olduqda qardaşına məxsus “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qohumu Pərviz Alıyevin nişan mərasimi üçün onların yaşadıqları evə yığışmışlar. Nişana həyat yoldaşı Şahid2 ilə birlikdə getmişdir. Həmin gün saat təxminən 12:30 radələrində təxminən 5-6 maşın olmaqla Pərvizgilin yaşadıqları evdən maşınlara əyləşib Quşçu-Ayrım-Qazax avtomobil yoluna çıxmışlar. Maşın kortecindən ən arxada gedirmiş. Qabaqda olan maşınların arxası ilə hərəkət edib Qazax rayonu, Abbasbəyli kəndi ərazisinə daxil olmuşlar. Kənd arası asfalt yolda təxminən 60-70 km/saat sürətlə hərəkət edirmiş. Kənd arası yolda polis məntəqəsinə çatmağa təxminən 200 metr qalmış yolun sağ tərəfində qarşıda olan yolun əyilməsi nişanı var imiş. Həmin nişanın yanından keçib yolun əyilən hissəsinə çatmışdır. Maşınında o və həyat yoldaşı olmuşdur. Əmisi Şahid1 idarə etdiyi markasını və nömrəsini dəqiq olaraq bilmədiyi avtomobillə onun qabağı ilə hərəktə edirmiş. Həmin döngəyə çatana yaxın qabaqda olan maşınlar onlardan uzaqlaşmışlar. Əmisinin qabaqda olan döngəyə girənə yaxın tormoz verdiyini görmüş, o da ayağını maşının əyləcinə atıb ki, döngəyə daxil olanda maşının hərəkətini tənzimləyə bilsin. Döngəyə nisbətən sürətlə daxil olduğu və əyləcdən istifadə etdiyi üçün maşının arxası sürüşmüş və maşının idarəetməsini itirməyə başlamışdır. Əyləcdən istifadə edəndə maşının arxası tam olaraq sürüşüb yolun sağ istiqamətinə doğru getmişdir. Təxminən tormoz verdiyi yerdən 10-15 metr sürüşüb yol kənarında yerləşən su artezianınına doğru getmişdir. Həmin yol kənarı çökək olduğu üçün maşını saxlaya bilməmiş və maşının sağ tərəfi axaraq yol kənarında olan dərəyə doğru istiqamətlənmişdir. Həmin vaxt bir nəfər tanımadığı və adının sonradan Faiq olduğunu bildiyi qoca yaşlarında olan şəxs dərədə su artezianının yanında dayanmışdır. Maşını saxlaya bilməmiş və maşının arxa sol tərəfi ilə onu vuraraq təxminən 1-2 metr kənara atmışdır. Maşınla onu vurduqdan sonra maşının qabaq tərəfi yolun hərəkət hissəsinə doğru istiqamətlənmiş və maşın dayanmışdır. Tez maşından düşüb arxa tərəfinə keçmiş və həmin şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşanda hələ sağ imiş. Həmin şəxs ona deyib ki, “kömək et qalxım”. Həmin vaxt həyat yoldaşı da maşından düşüb yanlarına gəlmişdir. Əmisi idarə etdiyi maşınla qəza törətdiyini görüb geriyə yanına qayıtmışdır. Əmisi Nəriman və həyat yoldaşı Gülüstanın köməkliyi ilə Faiqi yerdən qaldırıb idarə etdiyi “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf sərnişin oturacağına əyləşdirmişdir. Həyat yoldaşı isə arxada oturacaqda əyləşmiş, maşını idarə edib su artezianının yanından yola çıxarmışdır. Hadisənin baş verdiyi yerdən Faiq adlı şəxslə birlikdə Qazax rayon MDM-nə gəlmişdir. Orada Faiqə ilkin tibbi yardım göstərilmişdir, lakin Faiq Mərdanov avtoqəza nəticəsində almış olduğu bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 20 il əvvəl Qazax rayonu, Abbasbəyli kəndindən köçüb, Qazax şəhərinə yaşayır. İmkan olduqca kəndə gedib orada yaşayan atası və anasına baş çəkirmiş. X3 artıq ahıl yaşlarında imiş, yəni onun 84 yaşı var imiş. 16 dekabr 2021-ci il tarixdə saat 13 radələrində kənddə yaşayan tanışlarından bir nəfər ona zəng edib atası Faiq Mərdanovu yaşadıqları kənd ərazisindən keçən asfaltbeton örtüklü yolda, kənddəki polis məntəqəsinin yaxınlığında “VAZ-2107” markalı tanımadığı avtomobilin sürücüsünün atasını maşınla vurduğunu, atası Faiqin xəsarət aldığını və onun Qazax rayon MDM-nə gətirdikləri barədə məlumat vermişdir. O da tez Qazax rayon MDM-nə yollanmışdır. Xəstəxanaya çatandan təxminən 5 dəqiqə sonra adını sonradan bildiyi “VAZ-21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Elçin adlı şəxs, onun həyat yoldaşı və Nəriman adlı əmisi atası Faiqi xəstəxanaya çatdırmışlar. Xəstəxanada atasına ilkin tibbi yardım göstərilsə də, təxminən 2-3 saatdan sonra atası xəstəxanada dünyasını dəyişmişdir. O, hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qohumu Pərviz Alıyevin nişan mərasimi üçün onların yaşadıqları evə yığışmışlar. Nişana həyat yoldaşı Təqsirləndirilən şəxs ilə getmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs qaynı Şahid3a məxsus “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Həmin gün saat təxminən 12:30 radələrində 5-6 maşın olmaqla Pərvizgilin yaşadıqları evdən maşınlara əyləşib Quşçu-Ayrım-Qazax avtomobil yoluna çıxmışlar. Maşın kortecində Elçin ən arxada hərəkətdə imiş. Elçin kənd arası asfalt yolda avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edirmiş. Kənd arası yolda polis məntəqəsinə çatmağa təxminən 200 metr qalmış yolun sağ tərəfində qarşıda olan yolun əyilməsi nişanı var imiş. Həmin yol nişanının yanından keçib yolun əyilən hissəsinə çatmışlar. O, arxa oturacaqda əyləşmişdir. Maşında onlardan başqa heç kim yox imiş. Elçinin əmisi Şahid1 idarə etdiyi avtomobillə qabaqla hərəkət edirmiş. Həmin döngəyə çatana yaxın qabaqda olan maşınlar onlardan uzaqlaşmışlar. Elçin döngəyə nisbətən sürətlə daxil olmuş, yolun kənarından ortaya doğru hind toyuqları qaçmışlar. Elçin əyləcdən istifadə etdiyi üçün maşının arxası sürüşmüş və Elçin avtomobilin idarəetməsini itirmişdir. Sonra maşının arxası tam olaraq sürüşüb yolun sağ istiqamətinə doğru, yəni yol kənarında yerləşən su artezianına doğru getmişdir. Həmin yol kənarı çökəklik olduğu üçün Elçin maşını saxlaya bilməmiş və maşın sağ tərəfi ilə axaraq yol kənarında olan dərəyə doğru istiqamətlənmişdir. Həmin vaxt bir nəfər tanımadıqları və adının sonradan Faiq olduğunu bildikləri qoca yaşlarında olan bir nəfər şəxs dərədə su artezianının yanında dayanıbmış, Elçin maşını saxlaya bilməmiş və maşının arxa sol tərəfi ilə həmin şəxsi vuraraq təxminən 1-2 metr kənara atmışdır. Maşınla həmin şəxsi vurduqdan sonra maşının qabaq tərəfi yolun hərəkət hissəsinə doğru istiqamətlənmiş və maşın dayanmışdır. Tez maşından düşüb maşının arxa tərəfinə keçmişlər və həmin şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Faiq adlı şəxsə yaxınlaşanda hələ sağ imiş. Faiq onlara deyib ki, “kömək edin qalxım”. O, Elçinlə Faiqin yanında olanda Elçinin əmisi Nəriman idarə etdiyi maşınla Elçinin qəza törətdiyi yerə qayıtmışdır. Elçinin əmisi Nəriman və o, birlikdə Faiqi yerdən qaldırıb Elçinin idarə etdiyi “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf sərnişin oturacağına əyləşdirmişlər. Arxa oturacaqda əyləşmiş, Elçin maşını idarə edib su artezianının yanından yola çıxarmışdır. Hadisənin baş verdiyi yerdən Faiq adlı şəxslə birlikdə Qaxaz rayon MDM-nə gəlmişlər. Orada Faiqə ilkin tibbi yardım göstərilmişdir, lakin Faiq avtoqəza nəticəsində almış olduğu bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən bir neçə ay əvvəl qardaşı ilə birlikdə gündəlik olaraq ailə ehtiyaclarını ödəmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı üçün onun adına “VAZ-21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin avtomobili o və qardaşı Elçin lazım olduqca istifadə edirmişlər. Elçinin sürücülük vəsiqəsi olmadığı üçün o, bəzi yerlərə onunla birlikdə gedib-gəlirmiş. 16 dekabr 2021-ci il tarixdə saat 12 radələri idi, qardaşı Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid2 ilə birlikdə Abbasbəyli kəndində yaşayan qohumlarının keçirdiyi nişan mərasiminə getmişlər. Avtomobili qardaşı Elçin idarə edirmiş. Onlar getdikdən təxminən bir saat sonra Elçin onunla əlaqə saxlayıb avtomobillə Abbasbəyli kəndi ərazisində qəza törətdiyini və həmin kəndin sakini Faiq adlı şəxsi vuraraq ona xəsarət yetirdiyini və onu Qazax rayon MDM-nə apardıqlarını bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qazax Rayon Polis X7 bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində xidmət etdiyi Qazax rayonu, Abbasbəyli kəndi ərazisindən keçən kəndarası yolda yerləşən keçid məntəqəsinin yaxınlığında imiş. Məzəm kəndi istiqamətindən 4-5 avtomobil gəlib yanından keçmişdir. Həmin maşınlar keçdikdən sonra bir az arxada ağrəngli “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin polis məntəqəsinin qabağında keçən asfalt örtüklü yolda olan sərt döngəyə daxil olanda idarəetməni itirdiyini və yolun sağ tərəfində olan su artezianının yerləşdiyi çökəkliyə doğru getdiyini görmüşdür. Sonra hadisənin baş verdiyi yerə baxış zamanı məlum olmuşdur ki, avtomobili idarə edən Qazax rayonu, Məzəm kənd sakini Təqsirləndirilən şəxsdur. O, avtomobillə törətdiyi qəza nəticəsində idarə etdiyi avtomobillə Qazax rayonu, Abbasbəyli kənd sakini X5 vuraraq ona xəsarət yetirmişdir. Bu barədə polis şöbəsinə məlumat vermişdir. Sonra həmin avtomobillə X13 rayonu MDM-nə aparmışlar, sonradan məlum olmuşdur ki, ona ilkin tibbi yardım göstərilsə də, həmin günü Faiq Mərdanov xəstəxanada dünyasını dəyişmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, üzürlü səbəblərlə əlaqədar məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qohumu Pərviz Alıyevin nişan mərasimi üçün yığışmışlar. Nişana ailə üzləri ilə getmişdir. Həmin gün saat təxminən 12:30 radələrində 5-6 maşın olmaqla Pərvizgilin yaşadıqları evdən maşınlara əyləşib Quşçu-Ayrım-Qazax avtomobil yoluna çıxmışlar. Maşın kortecində ən arxadan ikinci maşın imiş. Orada adam sayı az olduğu üçün idarə etdiyi “Reno Azsamad” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək imiş. Onun arxasında isə öz həyat yoldaşı ilə birlikdə qardaşı oğlu Təqsirləndirilən şəxs öz qardaşına məxsus “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlirmişlər. Qabaqda olan maşınların arxası ilə hərəkət edib Qazax rayonu, Abbasbəyli kəndi ərazisinə daxil olmuşlar. Kənd arası asfalt yolda təxminən 50-60 km/saat sürətlə hərəkət edirmiş. Kənd arası yolda polis məntəqəsinə çatanda yolun sərt döngəsinə çatmış, həmin vaxt yol kənarında əvvəlcədən tanıdığı Faiq Mərdanov yolun sağ kənarında olan su artezianının yanında çökəklikdə dayanmışdır. O, döngəyə daxil olan əyləcdən istifadə edib maşının sürətini qismən azaltmış və döngəyə daxil olanda mərhum Faiq Mərdanova maşının siqnalı ilə salam verib yanından keçib getmişdir. O, çatana yaxın yola hind quşları çıxmağa başlamışlar. Faiq Mərdanovun yanından keçib gedən zaman arxa güzgüdə baxıb ki, Təqsirləndirilən şəxs idarə etdiyi maşınla idarəetməni itirdiyi üçün maşın fırlanaraq su artezianının yerləşdiyi yol kənarında olan çökəkliyə doğru gedir. Maşını kənara verib saxlamış və maşından düşmüşdür. Tez Elçinin maşınla düşdüyü çökəkliyə tərəf qaçmış, çatanda maşın artıq həmin çökəklikdə qabağı yola tərəf olan istiqamətdə dayanmışdır. Onun yanına çatanda görmüşdür ki, Elçin özü maşından düşüb maşının arxasında yerdə uzanıqlı vəziyyətdə olan Faiq Mərdanovun yanındadır. Elçinin həyat yoldaşı Gülüstan da maşından düşüb yanına gəlmişdir. Üçü birlikdə Faiq Mərdanova kömək edib onu yerdən qaldırmışlar. Elçin ona demişdir ki, idarəetməni itirib yol kənarına çıxdığı üçün maşının arxası ilə Faiqi vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Elçin idarə etiyi “VAZ-2107” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib dərədən yuxarı asfalt yola çıxarmışdır. Özü də yanlarına qayıdıb Faiq Mərdanovu birlikdə maşına aparmışlar. Onu qabaq sürücü oturacağında əyləşdirib Qazax rayon MDM-nə ilkin tibbi yardım göstərilməsi üçün yola düşmüşlər. Elçin öz maşını ilə, o da öz maşını ilə birlikdə xəstəxanaya getmişlər. X14 ilkin tibbi yardım göstərilsə də, onu xilas edə bilməmişlər və Faiq Mərdanov xəstəxanada dünyasını dəyişmişdir (iş vərəqə: cild İ, səh.77-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 dekabr 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Quşçu- Ayrım-Qazax avtomobil yolunun Abbasbəyli kəndi ərazisindən keçən hissəsində yerləşir. Həmin avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla düz profilli, quru vəziyyətdədir. Yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətlidir. Yolun hərəkət hissəsinin ümumi eni 06 metr olmaqla yolun hərəkət hissəsi hərəkət zolaqlarına bölünmüşdür. Yolun hərəkət hissəsi avtomobilin hərəkət istiqamətinə nəzərən sağ və sol tərəfləri kənd tipli yaşayış evləri ilə əhatə olunur. Avtomobilin yoldan çıxaraq yol kənarında olan piyadanı vurduğu yerdən piyadanın düşdüyü yerə qədər olan məsafə 15 metrdir. Piyadanın düşdüyü yerdən yolun kənarına qədər olan məsafə isə 4 metr təşkil edir (iş vərəqə: cild İ, səh. 5-13). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 16.12.2021-ci il tarixli, 91 saylı aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 18.01.2022-ci il tarixli, 8/74 nömrəli rəyindən görünür ki, “VAZ 21074” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21074” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: cild İ, səh. 107-110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Hüquqi Şəxsin məhkəmə-tibbi ekspertizasının 16.12.2021-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol döş qəfəsinin 3-4-5-6-7-ci qabırğalarının yerdəyişməli sınıqları, sol ağciyərin cırılması və sol döş boşluğuna daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin küt travması, alın nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, X1 ölümündən bir qədər əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdi. X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması zamanı baş vermiş travmatikhemorragik şok olmuşdur (iş vərəqə: cild İ, səh. 116-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 21.01.2022-ci il tarixli, 16/18 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları və “VAZ-21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq oturacaq hissəsinin üzlüyünün kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, “VAZ-21074” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq oturacaq hissəsinin üzlüyünün səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild İ, səh. 119-123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının 07.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh. 103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon Polis Şöbəsinin 15.03.2022-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat sisteminə əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Həmin vətəndaşın adı sürücülük hüququndan məhrum edilənlərin siyahasında yoxdur (iş vərəqə: cild İ, səh. 145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh. 99-100). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16.12.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18.12.2021-ci il tarixli qərardan görünür ki, 18.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qazax RPŞ-nin X8 azad edilmişdir (iş vərəqə: cild İ, səh. 71-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01.04.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ-21074” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3 16.12.2021-ci il tarixdə özünə məxsus avtomobili idarə etmək üçün bilə-bilə sürücülük vəsiqəsi olmayan qardaşı Təqsirləndirilən şəxs verdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ DYP-nə göndərilmiş, bundan başqa “VAZ-21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının çexolu, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 (bir) ədəd qara rəgli cins şalvar, 1 (bir) ədəd qara rəngli gödəkcə və “VAZ-21074” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax Rayon Polis Şöbəsində saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh. 173-181). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Başçısının X17 İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 132). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayonu İcra Hakimiyyəti Başçısının X17 İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 20.05.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi onkoloji xəstə olan 25.02.1963-cü il təvəllüdlü anasından, bir azyaşlı uşağından və həyat yoldaşından ibarətdir, bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs 1937-ci il təvəllüdlü ahıl yaşlı nənəsi və həbs edilmiş qardaşı Şahid3 həyat yoldaşı və iki azyaşlı uşaqları təqsirləndirilən Təqsirləndirilən şəxslə birlikdə yaşayır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin qardaşının həbsdə olması nəticəsində həm sonuncunun ailə üzvlərinin, həm öz ailə üzvlərinin, həmçinin onkoloji xəstə olan anasının və ailəsinin digər üzvlərinin onun himayəsində olmasını və həmin ailənin yeganə qazanc gətirəni olmasını, əməlindən səmimi peşmanlığını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını- onun zərərçəkmiş şəxsi hadisədən dərhal sonra xəstəxanaya apararaq ilkin tibbi yardım göstərilməsini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 132,40 (yüz otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli gödəkçə sahibi Təqsirləndirilən şəxs oğluna qaytarılmalı, **-KA-*** dövlət nömrə nişanlı, “VAZ 21074” markalı avtomobil və həmin avtomobilin sürücü oturacağının çexolu sahibi Şahid3 və ya onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 16 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli gödəkçə sahibi Təqsirləndirilən şəxs oğluna qaytarılsın, **-KA-*** dövlət nömrə nişanlı, “VAZ 21074” markalı avtomobil və həmin avtomobilin sürücü oturacağının çexolu sahibi Şahid3 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 132,40 (yüz otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-263/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-263/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver