Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-264/2022 18.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X14, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində dayısıoğlu X15 ilə telefonda sonuncunun onu aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün çağırması səbəbindən Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına getmiş, Ç.Vəlizadənin təyin etdiyi görüş yerinə gedərkən üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı, tiyəsinin uzunluğu 110 mm, dəstəyinin uzunluğu 120 mm olan bıçağı götürüb həmin vaxt əynində olan köynəyinin sol qol hissəsinə salıb gizlətmiş, qeyd olunan yerə, yəni sözügedən kanalın yaxınlığına çatıb, həmin gün saat 20 radələrində Çingiz Vəlizadə ilə onu telefonda söydükdən sonra nömrəsini bloka atdığı üçün mübahisə etmiş, Ç.Vəlizadə onu ağır söyüşlərlə təhqir etdiyi üçün yumruqla vuraraq sonuncu ilə dava etməyə başlamış, daha sonra dava daha da intensiz şəkil almış və Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd səthi kəsilmiş, deşilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Çingiz Vəlizadənin xəsarət aldıqdan sonra hadisə yerindən evlərinə gedən küçəyə doğru qaçıb getməsinə mane olmaq və onu öldürməkdən ibarət qəsdini başa çatdırmaq üçün sonuncunun arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq ona sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığın zədələnməsi ilə nəticələnən və kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 120.2.2-ci maddəsilə deyil, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Köçəsgər kəndində anası və atasıyla birlikdə yaşamışdır. Rəsmi qaydada nikah bağlamasa da evlidir və bir körpə övladı vardır. Günəmuzd qaydada yaşadığı kənddə və ətraf ərazilərdə 1 günü 10-20 AZN-ə fəhləlik edib ailəsini dolandırmışdır. X3 onun doğma dayısıoğlu olmuşdur. Çingizlə əvvəllər aralarında narazılıq olmasa da 2021-ci ilin dekabr ayının əvvəli, münasibətləri pisləşmişdir. Belə ki, 2021-ci il dekabr ayının əvvəli o dayısıoğlu Ədalətin əvəzinə, Ədalət xəstələndiyi üçün Ağstafa rayonunun Qırılı kəndinə su suvarmağa getmişdir. Çingizə də Qırılı kəndində 18 hektar suvarmağa başqa yer olduğunu, istəyirsə həmin torpağı suvara biləcəyini, ancaq həmin sahəni qismən suvardığına görə ona 20 manat pul verilməli olduğunu, uşağı xəstə olduğu üçün bu pula ciddi ehtiyacının olduğunu bildirmişdir. Çingiz isə ona ancaq 10 manat pul verəcəyinə söz vermişdir. Lakin onun tərəfindən qeyd olunan ölçüdə torpaq sahəsi suvarılsa da, Çingiz onun zəhmət haqqını yerin sahibindən alsa da ona verməmişdir. Səhərisi gün Çingiz pulu verməmək üçün bəhanə gətirmiş, sahəyə gedib baxdığını, lakin sahənin yaxşı suvarılmadığını demişdir. Təxminən 1 həftə ərzində o Çingizdən gördüyü işin zəhmət haqqını tələb etmiş, lakin sonuncu ona pul verməyəcəyini demişdir. Bu məsələyə görə Çingizlə mübahisə etmiş, ona ağır söz demiş və bir daha onu danışdırmamasını bildirmişdir. Bundan sonra Çingizin nömrəsini “whatsappda” da bloka atmışdır. Həmin vaxtdan sonra hadisə baş verən günə qədər Çingiz ona zəng etməyə çalışsa da sonuncunun nömrəsini bloka atdığı üçün Çingiz onununla danışa bilməmişdir. Lakin eşitmişdir ki, aralarında onun zəhmət haqqının verilməməsinə görə telefonda Çingizi söydüyünə görə, sonuncu onu hər yerdə axtarır. Nömrəsini bloka atması səbəbindən də Çingiz ona dəfələrlə cəhd etsə də ona zəng edə bilməmişdir. Hiss etmişdir ki, aralarında yaranmış sözlü mübahisənin üstündən bir xeyli keçsə də, Çingiz sakitləşmir. Onu söydüyü üçün mübahisəni davam etdirmək, onu etdiyi hərəkətə görə “sındırmaq” istəyir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Çingiz axşam saatlarında, həmkəndlisi və qohumu Nurlanla birlikdə heyvan otardığı vaxt onların birlikdə olduğunu öyrənib Nurlana zəng etmiş, və telefonda onun zəngini calaşdırmasını Nurlandan tələb etmişdir. Nurlan Çingizin aqressiv olduğunu bildiyi üçün telefonda onları calaşdırmamışdır. Lakin Çingiz onunla Nurlanın yenidən telefonda birləşdirməməsini görüb bu dəfə Ədalətin vasitəsi ilə telefonda konfrans edib onunla əlaqə saxlamağa çalışmışdır. O Ədalətin telefonunu açmış, Çingiz yenə ona söyüş söymüş və onu Ağstafa rayonunun Köçəsgər kəndində olan kanalın üstünə mübahisəyə aydınlıq gətirmək üçün çağırmışdır. O da bundan sonra Çingizə heç nə deməmişdir. Eyni zamanda həmin vaxt yeni dünyaya gələn uşağına ad qoyma üçün molla ilə danışması üçün Raufun maşını ilə getmək istəmişdir. Raufa bu barədə demək üçün zəng etmişdir. Lakin zəng edəndə bu haqda deməmişdir. Sadecə kanalın üstünə gəlməsini demişdir. Bundan sonra Rauf gələndən sonra Raufa molla ilə danışması üçün Raufun maşını ilə getmək istəməsi barədə deyəcəyini göstərmişdir. Lakin ona Çingizgil zəng etdiyi üçün artıq Raufun da gəlmədiyini görüb o Çingizin çağırdığı yerə, yəni kanalın üstünə Çingizgilin yanına getmişdir. Raufla molla danışmaq üçün gedə bilməmişdir. Raufun Çingizlə onun arasında olan mübahisədən xəbəri olmamışdır. O Çingizlə öz istifadəsində olan nömrə ilə danışmamışdır. Nurlan, Ədalət və Sərxan bu barədə bilib ondan qabaq Çingizlə onun arasında dava-dalaş olmasına icazə verməmək üçün Çingizin təyin etdiyi yerə getmişlər. Çingiz digər şəxslərin yanında söyüş qoyduğu üçün, işlətdiyi nalayiq ifadəyə görə əsəbiləşib evdən çıxıb piyada kanalın üstünə Çingizgilin evinə tərəfə gedən yolayrıcına gəlmişdir. O yolayrıcına çatanda Çingiz, digər dayısı oğlanları Nurlan və Ədalət, eləcə də sinif yoldaşı olan Sərxan kanalla üzbəüz olan qaz borusunun yanında dayanmışlar. O hadisə yerinə çatan kimi birinci Çingiz ona yumruq atmış, zərbə sol gicgah nahiyyəsindən dəymişdir. O da Çingizə yumruq atanda Çingiz ayağından tutub onu yerə yıxmış və ardıcıl çoxsaylı zərbələr vurmağa başlamışdır, həmin vaxt üzərində olan bıçağı yarıoturaq vəziyyətdə çıxardıb sağ əli ilə tutub Çingiz Vəlizadəyə sol budun arxa hissəsinə bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra Nurlan Çingizi ondan aralamağa çalışmışdır. Çingizin ondan aralanmadığını görüb bir zərbə də atmışdır. Həmin zərbə Nurlanın sağ əlinə dəymişdir. Nurlan zərbədən sonra “əlimi qan apardı” deyib qışqırmışdır. Çingiz xəsarət aldığını hiss etməmiş, onun artıq sındırdığını düşünüb evlərinə tərəf getməyə başlamışdır. Təxminən 30-40 metr sonra Çingizə çatıb gödəkçəsindən tutub geri çəkmişdir. Çingiz də geriyə dönüb onun yaxasından tutmuş və yenidən onun ünvanına nalayiq ifadə işlətmişdir. Ona yumruq atanda o Çingizi əliylə vurmaq istəyəndə, əlində bıçaq olduğunu bilmədən bıçağı Çingizin sinə nahiyyəsindən bir dəfə vurmuşdur. Bıçağı çıxarandan sonra Çingizin qəfil əllərinin boşaldığını görmüşdür. Zərbədən sonra Çingiz yerə çökmüşdür. Özü Çingizin yaxınına gedib köynəyini qaldırıb baxmışdır. Bıçağın ürək tərəfdən dəydini görmüş,bundan sonra Ədalət gəlib yanına çatmışdır. Həmin vaxt Ədalət qışqırıb Çingizin atası və qardaşını çağırmışdır. O bıçağı Çingizin atasıgil gəldiyi üçün son zərbəni Çingizə vurduğu yerdən təxminən 5-6 metr məsafədə getdiyi istiqmətdə sağ tərəfdə olan bağa tullamışdır. Orada heç kimə heç nə deməmişdir. Təxminən 1 saat sonra dayısıgilə polislər gəlib, onu Ağstafa rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Çingizlə ancaq bir dəfə hadisədən təxminən 10 gün əvvəl torpaq sahəsinin suvarılması ilə bağlı arasında mübahisə yaranmışdır. Həmin vaxtdan da onunla küsülü olmuşdur. O küsüb mübahisəni bitirsə də, Çingiz onu sözlü mübahisə zamanı işlətdiyi söyüşə gğrə “sındırmaq” üçün onunla müxtəlif yollarla əlaqə qurub telefon konfrans sistemi ilə 3-cü şəxslərin yanında onu söyüb təhqir etmiş və mübahisəyə aydınlıq gətirməyə çağırmışdır. Dediyi yerə gəlməyən şəxsə də 3 cü şəxslərin yanında söyüş qoymuşdur. Kənddə kompakt yaşadıqları üçün, səhv edib Çingizin dediyi yerə getmiş və sonu faciə ilə nəticələnən hadisə baş vermişdir. Çingiz Vəlizadəni öldürmək niyyəti olmamışdır. Özünü müdafiə edən zaman bilmədən Çingizi bıçaqla vurmuşdur. Tutduğu əməldən olduqca peşmandır. Ona xuliqanlıq motivi ilə irəli sürülən ittihamı qətiyyən qəbul etmir. Çingiz onun doğma dayısı oğlu, yaxın qohumu olmuşdur. Çingiz onun söydüyü söyüşə görə günlərlə sakitləşməyib onu digər şəxslərin yanında sındırmaq istədiyi üçün sözügedən faciə baş vermişdir. Buna görə bir daha hər kəsdən üzr istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X29 onun qardaşı olmuşdur. Təqsirləndirilən şəxs isə doğma bibisioğludur. Əligil onlardan bir qədər aralıda yaşamışdır. Bibisigillə və bibisioğlu ilə aralarında əvvəllər ədavət yaxud düşmənçilik olmamışdır. Qardaşı 2021-ci il aprel ayında hərbi xidmətdən qayıtdıqdan sonra ya onunla, ya da kənddə günəmuzd fəhləçilik edən digər şəxslərlə müxtəlif işlər görmüşdür. Çingiz və Əlinin münasibətlərinin korlandığını, aralarında inciklik olmasını hadisəyə qədər bilməmişdir. Hadisə ilə bağlı göstərmişdir ki, xx.xx.2021-ci ildə o qardaşıyla təxminən 19 radələrində evə gəlmişdir. Yemək yedikdən sonra Çingiz öz otağına gedib uzanmışdır. Həmin vaxt o, o biri otaqda televizora baxmış, atası heyvanlara yem verməyə getmiş, anası isə qab qacağı yumuşdur. Çingiz otağından çölə çıxıb 2 dəqiqəyə gələcəyini deyib kanalın üstünə uşaqlarla görüşməyə, Ədalət və Nurlanla danışmağa getdiyini demişdir. Demək olar onlar hər gün görüşüb danışmışlar. Çingiz xx.xx.2021-ci ildə təxminən axşam saat 20 radələrində həyətə düşmüşdür. Qapıdan çıxanda Çingizə tez qayıtmasını, sabah tezdən işə getməli olduqlarını demişdir. Təxminən yarım saat sonra aşağıdan, kanala aparan yol tərəfdən əmisioğlu Ədalətin “ay, Baba” deyə qışqırıq səsini eşitmişdir. Tez əynini geyinib kanala gedən yola tərəf qaçmışdır. O ora çatanda Çingiz sol tərəfdə qonşunun dəmir tor hasarının yanında arxası üstə, sol ayağı yan tərəfə uzanmış formada olmuşdur. X35 Çingizin başının üstündə durmuşlar. O gələndən sonra Əli olduğunu bildiyi bibisioğlu kanala tərəf qaçıb getmişdir. O qardaşına yaxınlaşıb başını qaldırıb dizinin üstünə qoymuş, qardaşının üzünə bir iki dəfə silllə vurub ayıltmaq istəmişdir. Amma qardaşı tərpənməmişdir. Həmin vaxt atası da gəlmişdir. Atası Çingizi bu vəziyyətdə görüb Ədalətə qışqıraraq “Bunu kim elədi, niyə durub baxırsınız, təcili yardıma zəng edin” demişdir. O atasına, “qoy Paşaya zəng edim” demişdir. Telefonu götürüb qonşuları Paşaya zəng edib “Tez gəl, küçənin başında Çingizi bıçaqlayıblar” demişdir. Həmin vaxt anası da hadisə yerinə gəlmişdir. Anası Çingizin xəsarətinin yüngül olduğunu bilmişdir. O Ədalətlə Nurlana və Sərxana kömək etmələrini desə də yaxına gəlib köməklik etməmişlər. Nurlanın əlindən qan axmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş Paşa ilə köməkləşib atasıyla qardaşını Paşanın maşınına qoyub xəstəxanaya gətirmişlər. Onlar Paşanın maşını ilə xəstəxanaya gedəndə Nurlan, Ədalət və Sərxan oradan yəni hadisə yerindən qaçıb getmişlər. O və atası dəfələrlə Nurlan, Ədalət və Sərxana kömək etmələrini Çingizi yerdən götürüb xəstəxanaya aparmaq üçün maşına qoymağa kömək etmələrini desə də heç biri yaxın durmamış və xəstəxanaya gəlməyib hadisə yerindən qaçmışlar. Xəstəxanaya gətirib içəri aparanda tibb bacıları müayinə edib qardaşının öldüyünü demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Çingiz Vəlizadə onun doğma əmisioğlu, Təqsirləndirilən şəxs isə doğma bibisioğludur. Onlarla və ailə üzvləri ilə aralarında ədavət, yaxud düşmənçilik yoxdur və olmamışdır. Çingiz və Əlinin münasibətləri əvvəl yaxşı olsa da, hadisədən təxminən 2 həftə pozulmuşdur. xx.xx.2021-ci ildə axşam işdən çıxandan sonra kəndə, evlərinə gəlmişdir. Avtobusdan düşəndən sonra Əliyə zəng etmiş, nə etdiyini soruşmuşdur. Özü təkrar zəng edib çöldə olduğunu heyvan otardığını bildirmişdir. Ondan harada olduğunu soruşanda avtobusdan düşüb evə getdiyini demiş, Əli ona yanına gəlməsini demişdir. Evə gedib çörək yeyəndən təxminən yarım saat sonra Əli təkrar zəng etmişdir. X36 avtomobil yolunun əks tərəfində heyvan, qoyun otarmışdır. Əli ilə hal-əhval tutmuşdur. Biraz ümumi söhbət edəndən sonra heyvanları evə aparmağa başlamışdır. Həmin vaxt Çingiz ona zəng etmişdir. Çingizlə hal əhval tutmuş, söhbət vaxtı Çingiz ondan yanında səsi gələnin Əlinin olub-olmaması barədə soruşmuşdur. Çingizə yanındakının Əli olduğunu demişdir. Çingiz Əlinin onunla danışmadığını, onun nömrəsini bloka atdığını bildirmiş, telefonu danışması üçün Əliyə verməsini demişdir. O telefonu Əliyə vermişdir. Əli ilə aralarında mübahisə düşmüş, Əli Çingizə məni danışdırma zəng etmə” deyib telefonu söndürmüşdür. Əli ilə ayrılıb evlərinə gəlmişdir. O yolda gələndə təkrar Çingizə zəng edib “Ay Çingiz hamımız qohumuq niyə belə edirsən demiş, Çingiz də ona “niyə mənimlə elə minnət qoya-qoya danışır. Sən onu xəttə qoşa bilərsənmi?” demiş, o isə ehtiyac olmadığını, bir birini incitməmələrini demişdir. Çingiz “yaxşı” deyib telefonu söndürmüşdür. Evə gəlmiş,. Təxminən yarım saat sonra ona digər əmisi oğlu Ədalət zəng etmişdir. Ədalət ona bayaq Çingizin zəng vurduğunu, ondan Əlini də danışığa qoşmağı Əliyə sözü olduğunu demişdir. Əliyə zəng edib xəttə qoşmuşdur. Danışarkən bir-birinin ünvanına nalayiq ifadələr söyüş söydüklərini görmüş, Çingiz Əlini kanalın üstünə mübahisəyə aydınlıq gətirməyə çağırdığı üçün dalaşacaqlarını bilmişdir. Onları dalaşmağa qoymamaq üçün kanalın yanındakı küçəyə tez gəlmişdir. O evdən tələsik çıxıb təxminən 20 radələrində kanalın yanına Çingizgilin küçəsinə getmişdir. O Tovuz tərəfdən kanalın qırağı ilə gələndə mərhum əmisioğlu Çingiz, əmisioğlu Şahid2 və Şahid3 orada olmuşdur. X28 ilə bir-birinlərini söymələri ilə bağlı irad bildirmişdir. Təxminən 5 dəqiqə sonra Əli də o gəldiyi tərəfdən ora gəlmişdir. Əlini görüb dalaşmasınlar deyə təxminən 5 metr qalmış Əlinin qabağına durmuşdur. Hər iki əliylə Əlini tutub “Sizə yaraşmaz” demişdir. Çingiz çatan kimi Əlini bir dəfə yumruqla baş tərəfindən vurmuşdur. Zərbədən sonra Çingizlə Əli bir-birini vurmağa, süpürləşməyə başlamışlar. X39, həm də o araya girib onları bir-birindən aralamağa çalışmışdır. Çingizi hər iki əliylə tutub Əlidən aralamaq istəyəndə qəfil sağ əlinin üst tərəfində ağrı və istilik hiss etmişdir. Qışqırıb kənara çəkilmişdir. Bundan sonra daha 2-3 dəfə Əli Çingizin istiqamətində əlini irəli geri hərəkət etdirmişdir. O Sərxana “deyəsən damarım kəsildi” deyə bildirmişdir. Onun səsindən sonra Çingiz evlərinə gedən yolla aşağıya doğru qaçmağa başlamışdır. Əli də Çingizin qaçdığını görüb onun arxası ilə həmin yolla qaçmışdır. Əmisioğlu Ədalət də onların arxası ilə getmişdir. Təxminən 1 dəqiqə sonra Ədalətin qışqırıq səsini eşitmişdir. O da Sərxanla biryerdə aşağıya, getdikləri yola tərəf qaçmışdır. O çatanda Çingiz böyrü üstə dəmir tor hasarın yanında yıxılıb hərəkətsiz yıxılıb qalmışdır. Qorxduğu üçün yaxınına gedə bilməmişdir. Ədalət yolun ortasında dayanıb üzünü Çingizgilin evinə tərəf tutub “ay baba” deyə qışqırmışdır. Əli isə Çingizin böyründə heçnə demədən səssiz dayanmışdır. Qısa müddət sonra əmisgil yəni Çingizin atasıgil hadisə yerinə gəlmişdir. Həmin vaxt artıq Əli orada olmamışdır. Çingizi qonşuluqda yaşayan dəmiryol polis işçisi olan Paşa digər şəxslərlə köməkləşib maşına qoyub xəstəxanaya aparmışdır. O da Sərxanla biryerdə öz evlərinə gəlmişdir. Hadisə barədə ailə üzvlərinə bildirmişdir. O əlini sarıyıb Çingizin arxası ilə anasıyla birlikdə Ağstafa rayonuna xəstəxanaya gəlmişdir. Xəstəxanaya çatanda artıq Çingizin öldüyünü demişlər. Hadisə xx.xx.2021-ci ildə təxminən saat 20 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində su kanalının yaxınlığında Çingizgilə gedən yolla kanal qırağı yolun kəsişməsində baş vermişdir. Hadisə vaxtı Əlidə bıçaq olmasını o xəsarət aldıqdan sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Çingiz Vəlizadə doğma əmisioğlu, Təqsirləndirilən şəxs isə doğma bibisioğludur. Əvvəllər onlar arasında mübahisə ədavət olmasını eşitməmişdir. Çingizlə Əli onun kimi güznəmuzd qaydada fəhləliklə məşğul olmuşlar. Onların münasibətinin pozulmasını, aralarında soyuqluq olmasını xx.xx.2021-ci ildə təxminən 19:30 radələrində bilmişdir. Həmin vaxt o kanalın əks tərəfində yerləşən evin yaxınlığında tanışı, bibisioğlu Əlinin sinif yoldaşı olan Sərxanla dayanıb söhbət etmişdir. Sərxana pul verəsi olmuşdur. Əlidən işə geyinməyə 10 manata çəkmə almışdır. Sərxana 5 manat vermiş, 5 manatı qalmışdır. Əli onun özünün Sərxana borcu olduğunu, Sərxanın yol pulusu olduğunu, pulu elə Sərxana verməsini demişdir. Buna görə kanalın yaxınlığında Sərxanla görüşmüşdür. Həmin vaxt istifadəsində olan nömrəyə əmisioğlu Çingizdən çağırış zəngi gəlmişdir. Çingizi geri yığmış, onunla haləhval tutandan sonra Çingiz bibisioğlu Əlini xəttə qoşa bilib-bilməməsini, onda kontur olmadığını demişdir. Təxminən saat 19:30 radələrində Əliyə zəng edib, Əlini xəttə qoşmuş, özü də danışığa qulaq asmışdır. Aralarındakı danışıq çox qısa müddətli olmuş, Çingiz alo dedikdən sonra Əlini ağır küçə söyüşləri ilə söyüb “kanalın üstünə gəlməyən peysərdir!” demişdir. Əli də Çingizi söyüb “peysər özünsən” demişdir. Bundan sonra Əli telefonu söndürmüşdür. O Çingizə təkrar zəng edib, nə məsələ olduğunu, niyə Əlini söydüyünü soruşmuşdur. Çingiz gedib Əlini öldürəcəyini demişdir. Səbəbini soruşanda aralarında suvarma ilə Əlinin onu söyüdüyünü və nömrəsini də bloka atdığını demişdir. Telefonda Çingizə “başını buraxın, bu nə məsələdir ki, buna görə dava edirsiz” demişdir. Çingiz əsəbi olmuş, telefonu söndürmüşdür. Sərxana “onlar dalaşacaqlar, gəl tez gedib onları dalaşmağa qoymayaq” demişdir. Bundan sonra əmisioğlu Nurlana da zəng edib tez Çingizgilə gedən küçənin su kanalın bitişən hissəsinə gəlməsini, bayaq telefonda Çingizlə Əlinin bir birini söyməsini, oraya gəlib dalaşacaqlarını demişdir. Sərxanla tez həmin yerə getmişdir. Onlar çatanda Çingiz öz küçələrinin başlanğıcında kanalın yanında tək dayanmışdır. Sərxanla gedib Çingizlə salamlaşmışdır. Çingizə “ayıbdır. Hər ikiniz qohumsuz” demişlər. Çingiz isə “gəlsin onu başa salacam” demişdir. Bundan sonra təxminən 2 dəqiqə sonra Nurlan da onlar gəldiyi tərəfdən gəlmişdir. Nurlan da gəlib Çingizə niyə dalaşmalarını irad tutmuşdur. Nurlandan təxminən 5 dəqiqə sonra onlar gəldiyi tərəfdən bibisioğlu Əli də gəlmişdir. Nurlan Əlini görüb qabağına qaçmış, əllərini açıb onu yaxına gəlməyə qoymamışdır. Əli Çingizə tərəf boylanıb “Mənəm Peysər?” deyib qəfil Nurlanın əlindən çıxıb Çingizə tərəf qaçmışdır. Bundan sonra Əli ilə Çingiz süpürləşməyə başlamışlar. Bir-birinə tərəf yumruq atmışlar. Nurlan gəlib araya girmişdir. Onlar da Sərxanla araya girib Çingizlə Əlini aralayıb sakitləşdirməyə çalışmışlar. Nurlan iki əli ilə Çingizi arxadan qucaqlayıb aralamaq istəyərkən qəfil Nurlan qışqırmış, Çingizi buraxıb arxaya çəkilmişdir. Həmin vaxt Əli sağ əli ilə Çingizə tərəf daha bir neçə dəfə irəligeri hərəkət etmişdir. Bundan sonra Nurlan Sərxana “deyəsən damarım kəsildi” demişdir. Həmin vaxt Çingiz geriyə evlərinə tərəf qaçmışdır. Əli də Sərxanla onun əlindən çıxıb Çingizn arxası ilə qaçmışdır. Sərxan Nurlanın yanında qalmışdır. O çatanda artıq Çingiz bayaq dalaşdıqları yerdən təxminən 30-40 metr sonra sağ tərəfdə, dəmir torun yanında böyrüüstə yarımoturaq vəziyyətdə olmuşdur. Əliyə qışqırıb “sən neynədin camaatın uşağına?!” demişdir. Özünü itirmişdir. Yolun ortasında dayanıb əmisini və əmisioğlunu ağlayıb “Baba”” Baba” deyə qışqırıb çağırmışdır. Əlinin həmin vaxt necə olduğunu bilməmişdir. Əmisi və oğlu gəlmişdir. Onlar gələndən sonra Nurlanı Sərxanla evlərinə aparmışlar. Nurlanın əlini bağlayandan sonra Nurlanla anası xəstəxanaya getmiş, o isə əvvəlcə öz evlərinə, oradan da Çingizgilə getmişdir. Onda bilmişdir ki, qonşuluqda yaşayan Paşa adlı polis əməkdaşı köməkləşib maşına qoyub xəstəxanaya aparmışdır. O da Sərxanla biryerdə öz evlərinə gəlmişdir. Hadisə barədə ailə üzvlərinə bildirmişdir. Nurlanın əlini sarıyıb o da Çingizin arxası ilə anasıyla birlikdə Ağstafa rayonuna xəstəxanaya gəlmişdir. Xəstəxanaya çatanda artıq Çingizin öldüyünü demişlər. Hadisə xx.xx.2021-ci ildə təxminən 20 radələrində Ağstafa rayonu Köçəsgər kəndində su kanalının yaxınlığında əmisioğlu Çingizgilə gedən yol ilə kanal qırağı yolun kəsişməsində olmuşdur. Hadisə vaxtı orda o, mərhum əmisioğlu Çingiz, Çingizi öldürən bibisioğlu Əli əmisioğlu Nurlan və qonşuluqda yaşayan Sərxan adlı şəxslər olmuşdur. xx.xx.2021-ci ildə Əli ilə Çingiz dalaşarkən Nurlan araya girib Çingizı onunla Sərxan isə Əlini, aralamışdır. Həmin vaxt ilk əvvəl Nurlan qışqırmış, əlinin kəsildiyini demiş, sonra Əli daha 2-3 dəfə Çingizə tərəf zərbə atmışdır. Qaranlıq olduğu üçün Əlinin əlində nə olduğunu görə bilməmişdir. Nurlan damarı kəsildiyini deyəndə, Çingiz evlərinə tərəf qaçmış, onun arxası ilə də Əli qaçmışdır. Görünür ki orada arxadan çatıb bıçaqla ürəyindən vurmuşdur. X37 aralayarkən yarıməyilmiş vəziyyətdə bir-biri ilə qarşı-qarşıya olmuşlar. Əli Çingizə zərbələri yarıməyilmiş vəziyyətdə atmışdır. Əlində bıçaq olduğunu Nurlan yaralanandan sonra bilmişdir. Hadisə vaxtı orada onlardan yəni 5 nəfərdən başqa kimsə olmamışdır.xx.xx.2021-ci ildə Əli Çingizə son zərbəni vurduğu yerə ilk o çatmışdır. Ondan sonra isə ora qışqırığını eşidən Nurlanla Sərxan gəlmişdir. O çatanda Əli Çingizdən yarım metr aralıda ayaqüstə dayanmışdır. Çingiz isə yarımoturaq vəziyyətdə olmuş, yanında qan gölməçəsi olmuşdur. Əliyə “Sən neynədin!?” deyə qışqırmışdır. Əli ona cavab verməmişdir. Qaranlıq olduğu üçün Əlinin əlində bıçaq olduğunu görə bilməmiş, qışqırıb Babanı çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, X29 onun doğma oğlu, Təqsirləndirilən şəxs isə doğma bacısı oğludur. Əligil ondan təqribən 250 metr aralıda kanalın o biri tərəfində yaşamışdır. Əlinin ailə üzvləri yəni bacısıgillə əvvəllər aralarında hansısa ədavət yaxud düşmənçilik olmamışdır. Oğlu 2021-ci il aprel ayında müddətli hərbi xidmətdən qayıtmış, qayıdandan sonra kənddə və ətraf kəndlərdə fəhləlik etmişdir. Çingiz və Əlinin münasibətləri əvvəl yaxşı olmuş, onların küsülü olmasını hadisəyə qədər bilməmişdir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2021-ci ildə təxminən saat 18 radələrində o xırdabuynuzlu heyvanlarını həyətdə yerbəyer edərkən Çingizlə qardaşı digər oğlu Baba evə gəlmişlər. Yeməyi yedikdən sonra Çingiz otağına uzanmaq adı ilə getmişdir. Otaqda olanda Ədalətlə danışdığını eşitmiş, fikir verməmişdir. Təxminən axşam saat 8-ə qalmış həyətə çıxmış, oradan da əmisioğlu Ədalətlə görüşmək adı ilə evdən çıxıb kanalın üstünə tərəf getmişdir. Hava açıq olduğu sakitçilik olduğu, aramızdakı məsafə 120 metr məsafə olduğu üçün orada Ədalətlə danışıqları eşidilmişdir. Evə girəndən təxminən 5 dəqiqə sonra çöldən Ədalətin “ay, Baba” deyə qışqırıq səsini eşitmişdir. Əvvəlcə oğlu Baba, Babanın arxası ilə isə o kanala gedən yola tərəf qaçmışdır. Baba birinci qaçmış, arxası ilə ayaqqabını axtardığı üçün qismən yubanmışdır. O gedəndə oğlu Çingiz sol kanala doğru istiqamətdə sol tərəfdə dəmir tor hasarın dibində arxası üstə uzanmış hərəkətsiz vəziyyətdə olmuş, çox zəif nəfəs almışdır. Çingizin ayağının sol tərəfində qan olmuş, sinəsini köynəyini qaldırıb baxanda orada xəsarət görmüşdür. Ayağa qalxıb yaxınlıqda dayanmış Ədalət, Nurlan, Kamranın oğlu sonradan adının Sərxan olduğunu bildiyi oğlana niyə dayanıb baxmalarını Çingizi xəstəxanaya aparmalarını demişdir. Qonşuluqda yaşayan dəmiryolu polisində işləyən Paşa adlı şəxsi isə oğlu Baba öz mobil telefonu ilə zəng edib çağırmışdır. Paşa öz maşını ilə gəlmiş, Çingizi Baba ilə maşına qaldırıb qoyanda Çingiz son dəfə nəfəs almışdır. Bundan sonra nəfəsi kəsilmişdir. Çingizi maşınla xəstəxanaya gətirəndə həkimlər müayinə edib artıq vəfat etməsini bildirmişlər. Sonradan bilmişdir ki, Baba gedəndə oğlunu öldürən Əli də orada olmuş, çöməlib oğluna baxmış, X32 vurduğunu deyəndən sonra isə hadisə yerindən qaçıb getmmiş, sonradan Ədalətin polis tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, X29 onun doğma oğlu, Təqsirləndirilən şəxs isə baldızı oğludur. Onlar arasında bacısıgillə əvvəllər aralarında hansısa ədavət yaxud düşmənçilik olmamışdır. Oğlu Çingiz 2021-ci il aprel ayında müddətli hərbi xidmətdən qayıtmış, qayıdandan sonra kənddə və ətraf kəndlərdə fəhləlik etmişdir. Çingiz və Əlinin münasibətləri əvvəl yaxşı olmuş, onların küsülü olmasını hadisəyə qədər bilməmişdir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2021-ci ildə təxminən saat 18 radələrində əvvəlcə əri heyvanları gətirib dama salıb yem vermişdir. Ondan sonra oğlanları Çingizlə Baba təxminən saat 19 radələrində evə gəlmişdir. Yemək yeyəndən sonra Baba televizoru baxmış, Çingiz isə öz otağında uzanmışdır. Təxminən yarım saat sonra kanalın üstünə getmək adı ilə Çingiz evdən çıxmış, qapıdan çıxanda oğlu Baba Çingizə tez qayıtmasını, sabah işə getməli olduqlarını demişdir. O da Çingizin arxası ilə gedib evə tez gəlməsini demişdir. Adətən Çingizin evə gec gəldiyini, qohumlarla oturub durduğunu demişdir. Əri Aslan da həyətdə olmuşdur. Oğlu gedəndən təxminən yarım saat sonra çöldən Ədalətin “ay, Baba” deyə qışqırıq səsini eşitmişdir. Əvvəlcə oğlu Baba, Babanın arxası ilə Aslan, arxaları ilə isə o qaçmışdır. O çatanda Çingiz yerdə uzanmış vəziyyətdə can verdiyini görmüşdür. Köynəyini qaldırıb baxanda Çingizin sinə nahiyyəsində 1 xəsarət olduğunu görmüşdür. O ağlayıb qışqırarkən, oğlu Baba telefonu ilə qonşuluqda yaşayan Paşa adlı şəxsə zəng edib köməyə çağırmışdır. Paşa öz maşını ilə gəlmişdir. Əriylə oğlu köməkləşib oğlunu maşına qoymuşdur. O elə bilmişdir ki, oğlunun xəsarəti yüngüldür, xəstəxanaya aparıb əməliyyat edib gətirəcəklər. Saat yarım sonra əri ilə oğlu evə gəlib Çingizin ölməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, Çingiz Vəlizadə doğma əmisioğlu, Təqsirləndirilən şəxs isə doğma bibisioğludur. Əvvəllər onlar arasında mübahisə, ədavət olmasını bilməmişdir. xx.xx.2021-ci ildə qardaşı Ədalətlə günəmuzd fəhləlikdən gəldikdən sonra qardaşı Ədalət Əlinin istəyi ilə borclu olduğu Sərxan adlı həmkəndlilərinə pul verməyə getdiyini deyib evdən çıxmışdır. Təxminən saat 19:15 radələri olmuşdur. Saat 20:30 radələrində isə Ədalət tənginəfəs şəkildə evə daxil olub Əli ilə Çingizin dava etdiyini, həmin vaxtı da Əlinin Çingizi bıçaqla vurduğunu, Çingizin atasıgil gələndən sonra Çingizi xəstəxanaya aparmaq üçün maşın axtarmaq üçün yola çıxsa da Çingizi Paşanın maşını ilə xəstəxanaya apardıqlarını demişdir. Onlar da ailəlikcə Çingizgilə getmişdir. Təxminən 1 saat sonra isə xəstəxanadan Çingizin ölməsi barədə xəbər gəlmişdir. Məlum hadisədən sonra Çingizin ailə üzvləri qardaşı Ədaləti qınayıb niyə Əli ilə Çingizin dalaşacağını bilib onlara məlumat vermədiyini demişdir. Ədalətdən o bu barədə soruşanda sonuncu ona bildirmişdir ki, hadisədən əvvəl Sərxanın yanında olanda Çingiz ona çağırış zəngi ataraq “Məni Əli ilə danışdır” dediyindən onları telefonda qoşmuş, Əli telefonu götürən kimi Çingiz ona “kanalın üstünə gəlməyən peysərdir” demişdir. Qarşı tərəf, yəni Əli isə “orada gözləməyən peysərdir” “deyib telefon danışığını bitirəndən sonra Ədalət onların dava edəcəklərini başa düşüb Nurlana zəng edib onları dava etməyə qoymamaqdan ötrü köməyə çağırmışdır. Əli gələndən sonra Əlini Çingizə yaxın buraxmamağa çalışsalar da əllərindən çıxıb Çingizin üstünə getmiş, yolayrıcında dava etmişlər. Həmin vaxtı da Əli Çingizi ayağından bıçaqlamış, onları aralamağa çalışan Nurlan da əlindən xəsarət almışdır. Nurlanın əli yaralananda qardaşıgil Əlinin əlində bıçaq olduğunu bilmişdir. Çingiz də bundan sonra evlərinə tərəf qaçanda Əli Çingizin arxası ilə qaçmış, orada yolda tutmuş, ürəyindən bıçaqla vurmuşdur. Bunu əmisigilə desə də, sonuncular Ədalətin onları çağırmalı olduğunu bildirmişdlər. Nəhayət, məsələyə o qarışıb əmisioğlu Babaya və əmisi Aslana, qardaşının günahı olmadığını demişdir. Hadisə günü Əli əvvəlcə Nurlanın yanında olmuşdur. Həmin vaxt Nurlan Çingizlə telefonla danışmış, Əlinin Nurlanın yanında olduğunu bilən kimi Çingiz telefonu Əliyə verməsini demişdir. Əli telefonu götürən kimi Çingizə “sən adda mənim dayımoğlu yoxdur, s.kd.r başımdan” demiş telefonu söndürmüşdür. Sonradan Çingiz özündə kontur olmadığına görə qardaşı Ədalət vasitəsilə Əli ilə danışmış, ona ifadəsində dediyi kimi söyüş söyüb kanalın üstünə gəlməyi demişdir. Bundan sonra hadisədən qısa müddət əvvəl Əli Nurlan vasitəsilə həmkəndlisi Rauf adlı şəxsə zəng edib, ad çəkmədən “aparıb onun ağzını. s.k.b, belə-belə edəcəm” demişdir. Həmin vaxt Raufun deməsinə görə yanında ailə üzvləri, qadınlar olduğuna görə Əlinin həmin söyüşünü eşidən kimi telefonu söndürmüşdür. Sonradan hadisə barədə eşidəndə isə Əlinin telefonda danışıq zamanı Çingizi nəzərdə tutduğunu başa düşmüşdür. Bütün bunları hadisədən sonra həmkəndliləri Rauf Ədalətə, sonuncu isə isə ona demişdir. O da sonradan Rafun özündən bu barədə soruşanda sonuncu yuxarıda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, Şahid1lə qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs isə bir qədər aralıda Tatlı stansiyası yaxınlığında yaşamışdır. Çingiz Vəlizadə isə doğma əmisi nəvəsidir. Onlar isə kanalın o biri tərəfində yaşamışlar. O kənddə günəmuzd fəhləlik etmiş, özünə məxsus “Vaz 2106” markalı, ** BA *** qeydiyyat nömrə nişanlı avtomobillə qonşu qohumlar xahiş edəndə onları rayon mərkəzinə yaxud digər yerlərə yol pulu vermək şərtilə aparmışdır. Çingiz və Əli ilə, eləcə də onların ailələri ilə əvvəl aralarında ədavət düşmənçilik yaxud inciklik olmamışdır. Əli ilə Çingiz arasında əvvəllər mübahisə olmasını da eşitməmişdir. Əli ilə Çingizi hadisədən 2 həftə maşınla keçəndə əvvəl kanalın üstündə biryerdə dayanmış halda normal söhbət edəndə görmüşdür. xx.xx.2021-ci ildə o təxminən 19:30 radələrində telefonumu elektrik qidalandırcısına qoşub otağında yatmışdır. Həmin gün dişi ağrımışdır. Anam onu telefonuna zəng gəldiyini çağırmışdır. Yataqdan qalxıb telefonun yanına getmişdir. Enerji ilə tam dolmadığı üçün qidalandırıcıdan ayırmamaq üçün telefonu səsucaldıcıya qoyub zəngi qəbul etmişdir. Zəng Nurlanın nömrəsindən gəlsə də danışan qonşusu Təqsirləndirilən şəxs olmuşdur. Ona telefonda “axşamın xeyir, kanalın üstünə çıx işim var”, demişdir. Təxminən 10 dəqiqə ərzində telefonu enerjidən ayırıb əyninə kurtkasını və ayaqqqabıları geyinib maşını işə salmış, Təxminən 10 dəqiqə ərzində telefonu enerjidən ayırıb əyninə kurtkasını və ayaqqqabılarını geyinib maşını işə salıb, kanalın üstünə tərəf gedib Əli ilə görüşüb niyə bayaq telefonda söyüş söydüyünü, həmin söyüşü anamın və bacımın eşitdiyini irad bildirmək istəmişdir. Elə həmin vaxt yola tərəf dönəndə Ədiş adı ilə tanıdığı Əlinin dayısıoğlu Ədalət öz nömrəsindən ona zəng edib həyəcanlı şəkildə “tez gəl Çingizgil tərəfə onu xəstəxanaya aparaq” bildirmişdir. Nə baş verməsini soruşanda “Əli Çingizi indicə bıçaqladığını, Gəl Çingizi tez xəstəxanaya aparaq” demişdir. O maşınla hadisə yerinə çatanda orada Ədalət olmuşdur. O artıq Çingizi qonşuluqlarında yaşayan Paşanın maşını ilə xəstəxanaya apardıqlarını bildirmişdir. O əmisiqızı Çingizin anası Mətanətgilə getmişdir. Evdə tək olmuşdur. Nə baş verməsini soruşanda qışqırıb “qolu qurusun Əlinin Çingizi bıçaqla vurub” demişdir. O dərhal qayıdıb olanları anasına Çingizgilə getməsin bildirmişdir. Həmin vaxt qonşuluqda olan Nurlanın anası Nurlanın da xəsarət aldığını, əlinin qanının dayanmadığını onu da xəstəxanaya aparmağını dedi. Nurlan və ailə üzvləri ilə birlikdə onları xəstəxanaya gətirmişdir. Onlar gələndən sonra o Çigizin vəziyyəti ilə maraqlanmaq üçün qəbul şöbəsinə getmişdir. Həmin vaxtı artıq Çingizin ölməsini meyitini morqa apardıqlarını demişdir. Təxminən 3 gün sonra Əlinin ona hadisədən qısa müddət 10 dəqiqə əvvəl zəng edib kanalın üstünə gəlməyi dediyini, həmin vaxt telefonda Əlinin sonradan Çingiz olduğunu bildiyi naməlum şəxsin ünvanına təhqiramiz ifadələr işlətdiyini demişdir. Bunu ondan sonralar Ədalətin qardaşı Alı da soruşmuş, Alıya da bu məzmunda bildiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. X29 isə qardaşı oğludur. Əli ilə Çingiz tez-tez küsmüşlər. Lakin nəyin üstündə küsdüklərini bilməmişdir. Əli, Çingizin onların evinə gəlməsinə icazə verməməyi demişdir. Lakin o Əliyə bununla bağlı irad bildirmişdir. Çingizin onlara doğma biri olduğunu, ona görə də gəlib getməsində heç bir problem olmadığını bildirmişdir. Axırıncı dəfə nəyə görə Əlinin Çingizlə küsməsinin səbəbini bilməmişdir. Lakin küsülü olmuşlar. Bundan başqa bildirmişdir ki, Çingiz hadisədən 15-20 gün əvvəl onlarda olan vaxt ona “Bir gün Əlini dost-tanış yanında elə edəcəm ki, Əliyə ölüm ondan yaxşı olacaq. Özüm də sözümü deyib kişi kimi öləcəm.” demişdir. O Çingizə bu söz-söhbətləri yığışdırmalarını demiş, Çingizin nə üçün belə dediyini bilməmişdir. Həmin vaxt Əli ilə Çingizin öz aralarında olan bir məsələ olmasını fikirləşmişdir. Buna görə də soruşmamışdır. 14 dekabr 2021-ci il tarixdə səhər 10 radələrində Əli ilə birlikdə bazara getmişdir. Həmin vaxt evdə əri Mübariz və gəlini Aynurə olmuşdur. Əli ilə o təxminən saat 14 radələrində bazardan evə qayıtmışlar. Evə gəldikdə o görmüşdür ki, aldığı yumurtanı yadından çıxıb marketdə qoymuşdur. Buna görə Əliyə gedib həmin yumurtanı götürüb gəlməsini demişdir. Əli tez yeməyini yeyib günorta saat 15:00-da Ağstafa rayonu Köçəsgər kəndindən şəhərə gələn avtobusa minib yumurtanı götürüb gəlmək üçün qayıtmışdır. Əli saat 16 radələrində evə gəlmişdir. Əli özü fəhləliklə məşğul olmuşdur. Bundan bir az sonra Əli çıxıb iş dalınca getmişdir. İşini qurtarıb axşam saat 18 radələrində evə gəlmişdir. Bundan sonra isə heyvanları otarmağa aparmışdır. O Əli evə çörək almadığına görə saat 19 radələrində evə gələndə çörək almasını demək üçün Əliyə zəng etmişdir. Həmin vaxt Əli telefonu açmamışdır. Daha sonra qardaşı oğlu Nurlanın istifadəsində olan nömrədən onun istifadəsində olan “***-***-**-**” nömrəyə zəng edib onunla danışmışdır. Bundan sonra isə telefonu Əliyə vermişdir. Əli telefonunda kontur olmadığını və ona nə üçün zəng etdiyini soruşmuşdur. Əliyə nə üçün evə çörək almadığını demişdir. Əli isə çörək aldığını, evə gəldiyini bildirmişdir. Bundan sonra Əli çörəyi evə gətirib qoymuş, həyətdə bir az işləmişdir. O həmin vaxt evdə nəvəsini saxlamışdır. Lakin Əlinin səsinin həyətdən gəldiyini eşitmişdir. Bundan sonra təxminən saat 19:30 radələrində Əli çıxıb getmişdir. Lakin Əli gedəndə görməmiş, Əli hara getdiyini də əvvəlcədən onlara deməmişdir. O Əliyə zəng etdikdə Əli indicə gələcəyini bildirmişdir. Bundan sonra saat 21 radələrində qardaşı oğlu Nurlan və Ədalət onlara gəlmişdir. X30 Çingizi vurduğunu demişər. O bundan sonra tez Çingizgilin evinə getmişdir. Çingizin anası Mətanətdən nə baş verdiyini soruşduqda Mətanət ona Çingizi vurduqlarını demişdir. O Mətanətə Əlinin vurduğunu demişdir. Bundan sonra Mətanət ona bildirmişdir ki, Çingiz evdən çıxanda evin qapısını bağlayaraq onların getməsinə icazə verməmişdir. O da Mətanətə nə üçün Çingizin dalınca getmədiyini demişdir. Bundan sonra onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Çingizi görməyə gəlmiş, xəstəxanada olan vaxt artıq Çingizin öldüyünü bilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, cinayət işi Ağstafa rayon prokuroru, kiçik ədliyyə müşaviri X21 tərəfindən 14 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas, xx.xx.1998-ci il tarixdə Ağstafa rayonu Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əvvəl məhkum olunmamış, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəllüdlü dayısıoğlu X15 ilə 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonu Köçəsgər kəndində ərazidən keçən su kanalının yaxınlığında aralarında baş vermiş şəxsi münasibətlər zəminində münaqişə zamanı yaşadığı evdən götürdüyü məişət təyinatlı bıçaqla sonuncunun sol sarğı nahiyyəsindən üç dəfə, ürək nahiyyəsindən isə bir dəfə bıçaqla vurması nəticəsində sonuncunun hadisə şahidləri tərəfindən rayon mərkəzi xəstəxanasına aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi ilə bağlı toplanmış ilkin yoxlama materialları olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RPŞ-nin 14 dekabr 2021-ci il tarixli, 133-19137-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayonu Köçəsgər kənd sakini xx.xx.2001-ci il təvəllüdlü Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan X9 qəsdən öldürməkdə şübhəli bilinən xx.xx.1998-cı il təvəllüdlü Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı kənddə müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 dekabr 2021-ci il tarixli və 17 mart 2022-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokollardan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayətin aləti olan 1 ədəd ağ-qırmızı zolaqları olan bıçaq Təqsirləndirilən şəxs, eləcə də anası X5 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs cinayəti həmin bıçaqla törətdiyini göstərmiş, X10 həmin bıçağın evlərində istifadə etdikləri bıçaq olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 16 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(015)-42/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax Rayon Psixiatriya xəstəxanasının 24 dekabr 2021-ci il tarixli 1830 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu Köçəsgər kənd sakinləri xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X4 qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının 27 dekabr 2021-ci il tarixli 675/g nömrəli məktubundan görünür ki, Ağstafa Rayonu Köçəsgər kəndində qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Əsgərov X19 Rayon Mərkəzi X7 Şəxsinin Poliklinika şöbəsinin psixo-nevroloji, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nin Köçəsgər kənd üzrə icra nümyəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Əsgərov X19 rayon Köçəsgər kənd sakinidir və Köçəsgər kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nin Köçəsgər kənd üzrə icra nümyəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əsgərov X19 rayon Köçəsgər kənd sakinidir və atası 23.04ş1971-ci il təvəllüdlü X16, anası xx.xx.1980-ci il təvəllüdlü X11, arvadı xx.xx.2001-ci il təvəllüdlü X17 və oğlu xx.xx.2021-ci il təvəllüdlü X18 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nin Köçəsgər kənd üzrə icra nümyəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Əsgərov X19 rayon Köçəsgər kənd sakinidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 yanvar 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə ilə təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X12 məxsus Samsung markalı 01 ədəd mobil telefona və Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı 01 ədəd mobil telefona baxış keçirilmişdir. X12 məxsus Samsung markalı 01 ədəd mobil telefona baxış zamanı “Nurlan” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:29-da 8 dəqiqə 15 saniyə, 19:38-də 2 dəqiqə 27 saniyə telefon danışıqları, “edalet” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:49-da 3 dəqiqə 47 saniyə, 19:56-da 29 saniyə telefon danışıqları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı 01 ədəd mobil telefona baxış zamanı “Nurlan” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 15:01-də 50 saniyə, 18:19-da 1 dəqiqə 7 saniyə, 18:43-də 3 dəqiqə 52 saniyə, 20:00-da 2 dəqiqə 18 saniyə, 20:08-də 21 saniyə telefon danışıqları, “edalet” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 18:29-da 4 dəqiqə 21 saniyə, saat 19:31-də 3 dəqiqə 39 saniyə, 19:40-da 8 dəqiqə 35 saniyə, saat 19:50-də 13 saniyə, saat 19:52-də 16 saniyə, saat 20:05-də 12 saniyə telefon danışıqları olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-lifli ekspertizanın 29 dekabr 2021-ci il tarixli, 6/5612 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs,X6 geyim paltarlarının üzərində və Təqsirləndirilən şəxs və Ç.Vəlizadənin əl dırnaq kəsiklərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 01 №-li cədvəlində göstərilmişdir.Həmin kənar lif mikrohissəciklərinin arasında Çingiz Vəlizadənin sviterinin üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Çingiz Vəlizadənin sviterinin tərkib liflərinə uyğun gəlirlər. Çingiz Vəlizadənin əl dırnaq nümunələrində Təqsirləndirilən şəxs məxsus geyim paltarlarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs əl dırnaq nümunələrində Çingiz Vəlizadəyə məxsus geyim paltarlarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd bıçağın üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs sviterinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə trasoloji-ballistik ekspertizanın 21 yanvar 2022-ci il tarixli 3/2106, 3/2113, 3/2114 nömrəli məhkəmə-trasoloji-ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri aşkar edilmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Həmin bıçağın üzərində sonradan təyinatını dəyişəcək hər hansı düzəliş edilməmişdir. Tədqiqata təqdim edilmiş X12 məxsus sviter, köynək, şalvar və tuman üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. X12 məxsus sviter, köynək, şalvar və tuman üzərində olan zədələr öz formasına, quruluşuna və s, ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetin bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının X12 məxsus ayaqqabı və bir cüt corab üzərində trasoloji zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 39/2022-MTBŞ saylı rəyindən görünür ki, X6 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqində olan cədvəlin 27-ci bəndində olan qan qrupunun “111 PLUS” olması barədə qeyd vardır. Bu qeydə əsasən müasir təsnifata görə onun qan qrupunun B(111)RH+ olmasını söyləmək olar.Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqində olan cədvəlin 27-ci bəndində olan qan qrupunun “1 PLUS” olması barədə qeyd vardır. Bu qeydə əsasən müasir təsnifata görə onun qan qrupunun 0(1)RH+ olmasını söyləmək olar.Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş X12 məxsus şalvarda, onun kəmərində, sviterdə, köynəkdə, trusikdə, bir cüt ayaqqabıda, onun sağ və sol əl barmaqlarının dırnaq kəsiklərində, həmçinin bıçağın tiyəsində, hadisə yerindən götürülmüş altı ədəd torpaq şəkilli maddələrdə və qurumuş yarpaqlar üzərində insan qanı ləkələri və maddə hissəcikləri aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «B» antigeni, paltarlarda aqqlyutininlər qismində həmçinin «alfa» aqqlyutinini də alındı. ABO sistemi üzrə «B» antigeni B(lll) qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu antigenin tək və ya «alfa» aqqlyutinini ilə birgə alınması qanın birmənalı olaraq ABO sistemi üzrə həmin qrupa aid olmasını göstərir. Bu halda göstərilən əşyalarda olan qan ləkələri və hissəcikləri həmin qruplu X12 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs sol əl barmaqlarından götürülmüş iki ədəd dırnaq kəsikllərində də insan qanı aşkar olundu. Qanın qrupu ABO sistemi təyin olunduqda qan qrupunu formalaşdıran antigenlər və aqqlyutininlər alınmadığı üçün bu dırnaq kəsiklərində olan qanın qrupu barəsində fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs şalvarı,jilet-gödəkçəsi, bir cüt ayaqqabısı, onun sağ əl barmaqların dırnaq kəsikləri, sol əl barmaqlarının digər dırnaq kəsiklərində,bıçağın tutacağında və tiyənin ucuna sarınmış skotç kəsiyində qan aşkar olunmadı. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynəkdə, X12 məxsus bir cüt corabda baxış zamanı qana şübhəli hər-hansı bir ləkə aşkar olunmadı. Maddi sübutlara baxış protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs məxsus köynək üzərindən səkkiz ədəd obyekt aşkar olunub götürülmüş və bu obyektlər insan bədəninin qısa( bədənin arxa səthinin və ətrafların) və uzun( döş, qarm) tüklərinə, X6 corablarından aşkar edilib götürülmüş yeddi ədəd obyekt isə bədənin qısa( ətraf) tüklərinə aiddir. Tüklərin tədqiqinə dair metodik tövsiyyəyə görə morfoloji əlamətlərinə görə müqayisəli tədqiqat eyni nahiyyə tükləri ilə aparıldığından bu tüklərin təqdim olunmuş tədqiqatı aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax Rayon Psixiatriya xəstəxanasının 02 mart 2022-ci il tarixli, 345 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu Köçəsgər kənd sakini xx.xx.1988-ci il təvəllüdlü X13 xx.xx.2019-cu il tarixdən X4 qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixioloji-psixiatrik ekspertizasının 13 yanvar 2022-ci il tarixli 22/11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, onun keçirdiyi emosional halın yaranmasına səbəb zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılllıq keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin altına düşmür və hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, istintaq zamanı əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs, X15, Şahid2, Şahid1 aralarında olmuş telefon danışıqları götürülmüşdür. Götürülmüş telefon məlumatlarına baxış zamanı sonuncuların ifadələrində göstərmiş olduğu xüsusatlar təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının 19 nömrəli rəyindən görünür ki, X6 meyiti üzərində sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığını zədələyən, sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin iki ədəd səthi kəsilmiş, deşilmiş yaraları, kəsici əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə sol döş qəfəsinin 1 ədəd boşluğa keçən ürək kisəsini, sağ qulaqcığını zədələyən bıçaq yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər –sol sağrının 1 ədəd, sol budun iki ədəd səthi kəsilmiş, deşilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. X6 ölümünün səbəbi kəskin qanaxma olmuşdur. X1 spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli əlavə məhkəmə-tibbi ekspertizasının 19 “a” nömrəli rəyindən görünür ki, X6 meyiti üzərində sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığını zədələyən, sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin iki ədəd səthi kəsilmiş, deşilmiş yaraları, kəsici əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə sol döş qəfəsinin 1 ədəd boşluğa keçən ürək kisəsini, sağ qulaqcığını zədələyən bıçaq yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər –sol sağrının 1 ədəd, sol budun iki ədəd səthi kəsilmiş, deşilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. X6 bədəni üzərində olan xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi. X2 döş qəfəsində olan yara kanalının istiqaməti öndən arxaya olmaqla 4-5 sm-dir. X6 bədəni üzərində olan xəsarətlər Təqsirləndirilən şəxs tərəfindən yetirilə bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsla Şahid1 üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək mübahisə zamanı birinci onun yumruqla Çingizi vurduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 mart 2022-ci il tarixli, 6/1419 nömrəli əlavə məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X20 tərəfindən təqdim edildiyi qeyd edilən ipin və elektrik naqili hissəsinin səthləri üzəribndən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və ya X12 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış cinayətin aləti olan 1 ədəd ağ-qırmızı zolaqları olan bıçaq, hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələri, zərərçəkmiş X12 məxsus qəhvəyi rəngli uzunqol boğazsız köynək, bənövşəyi rəngli qısaqol köynək, boz rəngli cins şalvar, kəmər, boz rəngli alt tumanı, 1 cüt parça materialdan olan ayaqqabı və 1 cüt qara rəngli corab, mərhumun əl dırnaq kəsintiləri, baş tükü nümunələri, Çingiz Vəlizadənin corablarından götürülmüş 07 ədəd tük nümunəsi, Təqsirləndirilən şəxs məxsus qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, boz rəngli cins şalvarı qara rəngli parçadan hazırlanmış idman ayaqqabısı, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta, Təqsirləndirilən şəxs köynəyi üzərindən götürülmüş 08 ədəd tük nümunələri rayon prokurorluğunda saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə Çingiz Vəlizadəni qəsdən öldürmək istəməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmiş, istintaq orqanı cinayət əməlinin xuliqanlıq niyyətilə törədilməsi qənaətinə gəlməklə səhvə yol vermişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin hadisəni xuliqanlıq niyyəti ilə törətməsi təsdiq olunmayaraq yuxarıda qeyd olunduğu kimi müəyyən edilmişdir ki, qeyd olunan hadisə zərərçəkmiş Çingiz Vəlizadənin təşəbbüsü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət- Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinə (hərəkətinə) nəzər saldıqda isə onunla X29 arasında sonuncu tərəfindən əmək haqqının ödənilməməsi səbəbinə görə mübahisə olduğu, Təqsirləndirilən şəxs münasibətdə mübahisənin sona çatması açıqdan açığa aydın görünür. Vurğulanmalıdır ki, tərəflər arasında əmək haqqının ödənilməməsinə görə mübahisə Təqsirləndirilən şəxs Çingiz Vəlizadəni telefonda söyməsi və nömrəsini blok etməsi ilə başa çatmışdı. Yəni əmək haqqının ödənilməməsinə görə mübahisə hadisədən on gün əvvəl yekunlaşmışdı. Bu yolla Təqsirləndirilən şəxs məlum səbəbə görə öz aqressiyasını “realizə” etmiş və özlüyündə mübahisəyə son vermişdir. Lakin qarşı tərəfin bu davranışını qəbul etməyən Ç.Vəzizadə 10 gün ərzində müxtəlif yollarla Təqsirləndirilən şəxs söydüyü söyüşə görə cəzalandırmaq və intiqam almaq istəmişdir. Bu məqsədlə digər şəxslərin telefonundan istifadə etməklə Təqsirləndirilən şəxsla əlaqə yaratmış, mübahisəyə aydınlıq gətirmək üçün sonuncunu Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına çağırmış, 3-cü şəxslərin yanında “gəlməyən peysərdi” deyib söyüş qoymuşdur. Yalnız bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan ünvana getmiş və orada Çingiz Vəlizadənin qəsdən öldürülməsi ilə nəticələnən hadisə baş vermişdir. Vurğulanmalıdır ki, sözügedən mübahisə zərərçəkmişin təşəbbüsü ilə başlanmış, münaqişənin intensiv şəkil alması isə zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin xuliqanlıq motivi ilə baş verməsi tamamilə inkar edilir. Məhkəmə öz qənaətini "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il-ci il tarixli qərarının tələbləri baxımından da düzgün hesab edir. Belə ki, qərarın 6-cı bəndində vurğulanır ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Bu səbəbdən məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif olunmalı, o qeyd olunan maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunda saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış cinayətin aləti olan 1 ədəd ağ-qırmızı zolaqları olan bıçaq, hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələri, mərhumun əl dırnaq kəsintiləri, baş tükü nümunələri, Çingiz Vəlizadənin corablarından götürülmüş 07 ədəd tük nümunəsi, Təqsirləndirilən şəxs köynəyi üzərindən götürülmüş 08 ədəd tük nümunələri məhv edilməli, zərərçəkmiş X12 məxsus qəhvəyi rəngli uzunqol boğazsız köynək, bənövşəyi rəngli qısaqol köynək, boz rəngli cins şalvar, kəmər, boz rəngli alt tumanı, 1 cüt parça materialdan olan ayaqqabı və 1 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, boz rəngli cins şalvarı, qara rəngli parçadan hazırlanmış idman ayaqqabısı qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta Ağstafa rayon Prokurorluğunda saxlanılmaldır. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 458 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 14 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunda saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış cinayətin aləti olan 1 ədəd ağ-qırmızı zolaqları olan bıçaq, hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələri, mərhumun əl dırnaq kəsintiləri, baş tükü nümunələri, Çingiz Vəlizadənin corablarından götürülmüş 07 ədəd tük nümunəsi, Təqsirləndirilən şəxs köynəyi üzərindən götürülmüş 08 ədəd tük nümunələri məhv edilsin, zərərçəkmiş X12 məxsus qəhvəyi rəngli uzunqol boğazsız köynək, bənövşəyi rəngli qısaqol köynək, boz rəngli cins şalvar, kəmər, boz rəngli alt tumanı, 1 cüt parça materialdan olan ayaqqabı və 1 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus qısaqol gödəkçə, tünd göy rəngli uzunqol köynək, boz rəngli cins şalvarı, qara rəngli parçadan hazırlanmış idman ayaqqabısı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta Ağstafa rayon Prokurorluğunda saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 458 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-264/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-264/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver