Məhkəmə qərarları › İş №1(100)-264/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-264/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-264/2023 24.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bərdə rayonu, Yeni Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatda olan və ünvan 3-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən təmiz çəkisi 0,351 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 25 iyul 2022-ci il tarixdə saat 21:00 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhər B.Hacıyev küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati banasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib saxladığı 01 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,12 qram olmaqla ümumi təmiz çəkisi 0,46 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən təmiz çəkisi 0,471 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında 5 manat nağd pul müqabilində tanışı Şahid4 qanunsuz olaraq satmış, həmin gün saat 19 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4, Bərdə rayonu Əliyanlı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman Şahid4 üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə onun Şahid4 satdığı təmiz çəkisi 0,471 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,038 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 0,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin 1 ədəd soyuq silah hesab edilən və onun qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağını qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanında saxlamış, 29 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə onun iştirakı ilə baxış keçirilən zaman həmin ünvandan, yəni yaşadığı evin qonaq otağında olan masanın üzərindən satış məqsədi ilə əldə edib saxladığı 1 (bir) ədəd ağ kağız bükümdə və 1 ədəd yaşıl rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram və 0,359 qram olmaqla, ümumi təmiz çəkisi 0,453 qram olan boz-qəhvəyi rəngli, toz şəkilli və kristal şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd ağ kağız bükümdə və 1 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,773 qram və 0,812 qram olmaqla, ümumi təmiz çəkisi 2,585 qram olan ağ rəngli, kristal şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd salfet kağızı kəsiyində təmiz çəkisi 0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin yaşadığı evin qonaq otağında karton qutunun içərisindən isə 1 ədəd soyuq silah hesab edilən və onun qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Yeni Daşkənd kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən evdə yaşamışdır. Tutulmamışdan əvvəl narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 2022-ci ilin iyul ayında Yevlax rayonun getmiş, orada olan zaman yerdən bir ədəd siqaret qutusu tapmış, siqaret qutusunu götürüb içərisinə baxdıqda, qutunun içərisində yarım kəsilmiş vəziyyətdə olan kibrit qutusunda iki ədəd kağız bükümdə qurudulmuş marixuana və bir ədəd kağız bükümdə metamfetamin olmasını görmüşdür. Qutunu cibinə qoyub şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 25 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərinə təqdim etmiş, ona narkotik vasitələrin qəbulunda və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmasını bildirmişlər. Polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində ona vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən üzərində gəzdirdiyi bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olmasını bildirmişdir. Vəkilin iştirakı ilə onun üzərindən aşkar edilən bir ədəd siqaret qutusunun içərisinə baxış keçirilmiş, qutunun içərisində yarım kəsilmiş vəziyyətdə olan kibrit qutusunda iki ədəd kağız bükümdə qurudulmuş marixuana və bir ədəd kağız bükümdə metamfetamin aşkar olunmuşdur. Aşkar edilən qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş, lakin çəkilərinin hansı miqdarda olması yadında qalmamışdır. Aşkar edilən iki büküm qurudulmuş marixuana və bir büküm metamfetamin bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri imzalandıqdan sonra möhürlənib ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra əynində olan şalvarın sağ cibində saxladığı elektron tərəzini çıxarıb təqdim etmiş və elektron tərəzini istifadə etdiyi narkotik vasitəni çəkmək üçün saxladığını bildirmişdir. Həmin tərəzi də qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Onun üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, üzərindən əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunan qurudulmuş marixuana və metamfetamini şəxsi istifadəsi üçün saxlamışdır. Həmin fakt üzrə istintaq olunan cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuşdur. Bundan başqa o, Bərdə şəhərində yaşayan Şahid4 tanımış, onunla əvvəllər ədavəti və ya düşmənçiliyi olmamışdır. Özü narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etmiş, lakin heç vaxt narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin satışını həyata keçirməmişdir. 02 sentyabr 2022-ci il tarixdə yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsində Şahid4 ilə görüşməmiş, Şahid4 5 manat pul qarşılığında bir bükümdə metamfetamin satmamışdır. Bundan başqa o, narkotik vasitələrdən istifadə etdiyi üçün Yevlax rayonunda tanımadığı yerdən tapdığı narkorik vasitə və psixotrop maddəni yaşadığı evə gətirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Eyni zamanda narkotik vasitə və psixotrop maddəni yaşadığı evdə elektron tərəzidə çəkib şəxsi istifadəsi üçün kağız bükümlərdə saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşadığı evin qarşısında çıxıb dayanmış, həmin vaxt ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış, ona gələn şəxslə xidməti vəsiqələrini göstərib Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr saxladığını və üzərində gəzdirməsini demiş və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Baxış üçün razılıq ərizəsi yazıb verdikdən sonra videçəkiliş edilməyə başlamış, bu müddətdə polis əməkdaşları ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə suallar vermiş, polis əməkdaşlarının narkotik vasitələrdən məlumatı olduqlarını düşünüb suallara doğru cavab vermişdir. Polis əməkdaşlarına yaşadığı evin qonaq otağında stolun üzərində narkotik vasitələr olmasını demiş və könüllü olaraq narkotik vasitələri təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları stolun üzərində olan narkotik vasitələri və psixotrop maddələri götürüb baxış keçirmiş, baxış zamanı aşkar edilən dörd bükümdə psixotrop maddə olan metamfetamin, bir bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunan bükümlər elektron tərəzidə çəkilib zərflərdə qablaşdırılmış, zərflərin üzərinə yapışdırılacaq yazı uca səslə oxunduqdan sonra tərəflərindən imzalanmışdır. Qablaşdırılan zərflərin üzərinə yazılar yapışdırıldıqdan sonra möhürlənmişdir. Bundan sonra onun yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilərkən otaqda olan qutunun içərisindən bir ədəd süngü bıçaq və 105 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının təklifi ilə heç bir etiraz etmədən onlarla birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Ona polis şöbəsində dövlət hesabına hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib edilmiş, həmin sənədləri doğru olduğundan imzalanmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, onun üzərindən şəxsi axtarış zamanı narkotik vasitə və ya qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmişdir. Bu barədə tərtib edilən protokol oxunmuş, protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Evindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni Yevlax rayonu ərazisindən tapmış və özü istifadə etmək məqsədi ilə bükümlərə ayırmişdir. Onun hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmaq niyyəti olmamışdır. Yaşadığı evdən aşkar olunan bir ədəd süngü bıçaq ona hədiyyə olunmuş və hədiyyə olduğu üçün yaşadığı evdə saxlamış, bıçağı saxlamaqda başqa niyyəti olmamışdır. Özü narkotik vasitələrdən istifadə etdiyi üçün evdə bir ədəd elektron tərəzi saxlamışdır. Ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməmiş, yaşadığı evdə narkotik vasitələr olmasını könüllü demişdir. Sol qol nahiyyəsindən xəsarət almış, həmin xəsarətləri polis əməkdaşları onu saxlayanda qaçıb getmək istəyərkən yıxılıb almışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək yaşadığı evdə, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icratına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bunun üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında X2 dövrüyyəsi ilə məşğul olmaqda, narkotik vasitəni yaşadığı ünvanda saxlamaqda və satmasında şübhəli olması bildirilmiş və ona yaşadığı ünvana video çəkiliş vasitəsilə baxış keçiriləcəyi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına video çəkilişlə baxış keçirilməsinə razı olmasını və etirazının olmamasını bildirib bu barədə ərizə yazıb təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir narkotik vasitə olub-olmaması soruşulmuş və ona əgər vardırsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs öz istifadəsi üçün yaşadığı evdə patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş və yerini göstərmək üçün evin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin sol birinci otağına keçmiş, Təqsirləndirilən şəxs həmin otağın sol tərəfində yerləşən masanın üzərində kiçik sellofan torbada olan beş ədəd bükümləri təqdim etmiş, içərisində şüşə, yəni metamfetamin olduğunu bildirmişdir. Müstafa Nəsibovun iştirakı ilə bükümlərə baxış keçirilmiş, dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə, bir ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, içərisində metamfetaminə bənzər kütlə olan bükümlərin ayrı-ayrılıqda çəkilərinin 2,22 qram, 0,86 qram, 0,29 qram və 0,56 qram olmaqla ümumi çəkisinin 3,94 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bükümün çəkisinin isə 0,44 qram olması müəyyən edilmişdir. Aşkar edilən bükümlər ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən baxış keçirilən zaman həmin otaqda masanın üzərindən bir ədəd elektron tərəzi, 105 manat məbləğində pul, otağın sağ küncündəki karton qutunun içərisindən isə bir ədəd süngü bıçaq aşkar edilmişdir. Bundan sonra aşkar edilən elektron tərəzi və süngü bıçaq ayrı-ayrılıqda zərflərdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Evin otaqlarına baxış keçirilən zaman əlavə olaraq saxlanması qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra ona seçimi ilə dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı Yevlax rayonundan tapdığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmuşdur və qazanc əldə etmək üçün Şahid4 psoxotrop maddə metamfetamin satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bərdə şəhəri 866 saylı qəsəbə bina 5, mənzil 40-da yaşayan Şahid4 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən 02 sentaybr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Şahid4 02 sentyabr 2022-ci il tarixdə saat 19:25 radələrində Bərdə rayonu, Əlyanlı kəndində olan zaman saxlanılmış və Bərdə RPŞnin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Şahid4 təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmişdir. Sonra Şahid4 narkotik vasitələri qanunsuz üzərində gəzdirməkdə şübhəli olması deyilmiş və onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Şahid4 könüllü üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Əvəz əynində olan göy rəngli cins şalvarın sağ cibindən çıxartdığı sellofan bükülünü könüllü masanın üzərində qoymuşdur. Həmin sellofan bükümün içərisində psixotrop maddəyə bənzər kütlə olmuş, sellofan büküm elektron tərəziyə qoyularaq çəkilmiş, sonra isə həmin büküm zərfə qoyularaq üzəri möhürlənmişdir. Şifahi sorğu zaman Şahid4 həmin psixotrop maddə olan metamfetamini Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan Mustafadan 5 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan başqa Şahid4 üzərindən qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 həmin psixotrop maddə olan metamfetamini Mustafadan 5 manat pula aldığını bildirmişdir. Həmçinin Bərdə şəhəri, B. Hacıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 25 iyul 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz üzərində gəzdirməkdə şübhəli olması deyilmiş və video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən çıxartdığı siqaret qutusunu könüllü masanın üzərində qoymuşdur. Siqaret qutusnun içərisində 3 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarın sağ cibindən 1 ədəd elektron tərəzi çıxardaraq masanın üzərinə qoymuş və narkotik vasitələri həmin elektron tərəzi vasitəsi ilə çəkdiyini bildirmişdir. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı Yevlax rayonunda tapdığını və üzərində saxladığını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onlara həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan marixuananı Yevlax rayonundan tapdığını demişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, Şahid6, Şahid2 və Şahid3 şahidlər Şahid5 və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, toylarda video operator kimi xidmət göstərir, narkotik maddə olan patı, yəni metamfetamin qəbul edir. 02 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində o, Bərdə şəhərində adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 5 (beş) manata patı, yəni metamfetamin almış, öz şəxsi istifadəsi üçün üzərində saxlamış, bundan sonra saat təxminən 19:00 radələrində Bərdə rayon Əliyanlı kəndinə aldığı metamfetamini heç kimin olmadığı bir yerdə qəbul edən zaman polis əməkdaşları ona yaxınlışaraq özlərini təqdim etdikdən sonra narkotik maddələrin qanunsuz saxlaması ilə bağlı şübhəli olduğunu, polis şöbəsinə gətirilib üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetamin aşkar olunduğunu bildirmişdir. O həmin narkotiki vasitəni tanımadığı şəxsdən aldığını bildirmiş, polis əməkdaşları həmin şəxsin adının Mustafa olduğunu və mustafadan aldığını demələrini bildirdikləri üçün metamfetamini tanışı Mustafadan aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, üzərində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtaış keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. «Baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs razılığı əsasında, onun iştirakı ilə yaşadığı ünvan 4 nömrəli evə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəf birinci otağının sol hissəsində yerləşən masanın üzərindən bir ədəd kiçik sellofan torbada beş ədəd büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs iştirakı ilə bükümlərə baxış keçirilən zaman dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə, bir ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, içərisində mütamfetaminə bənzər kütlələr olan bükümlərin ayrı-ayrılıqda çəkiləri 2,22 qram, 0,86 qram, 0,29 qram, 056 qram olmaqla ümumi çəkisinin 3,94 qram, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümün çəkisinin isə 0,44 qram olması müəyyən edilmiş, otağa baxış zamaın həmin masa üzərindən bir ədəd elektron tərəzi, 105 manat məbləğində pul, otaqda olan karton qutudan isə bir ədəd süngü bıçaq aşkar olunmuş, baxış zaman aşkar olunan beş ədəd bükümlər, bir ədəd elektron tərəzi, bir ədəd süngü bıçaq qablaşdırılıb üzərinə Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurularaq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı əlavə olaraq şübhəli əşya aşkar edilməmişdir. «Şəxsi axtarış aparılması, və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki,həmin gün saat 22:00-dan başlayaraq saat 22:30-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X7 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində özünə məxsus narkotik vasitə olmasını bildirmiş, siqaret qutusu açıldıqda içərisində olan bir ədəd kəsilmiş kibrit qutusunda üç ədəd bükümlər aşkar edilmiş, üç ədəd bükümlər aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan salfet kağızı bükümünün çəkisinin 1,09 qram, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan qara rəngli siqaret kağızı bükümünün çəkisinin 0,21 qram və bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan siqaret kağızı bükümünün çəkisinin 0,39 qram olması müəyyən müəyyən edilmiş və bükümlər iki ədəd zərfdə qablaşdırılıb üzəri möhürlənib, imzalandıqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, tərəzidən narkotik vasitələri çəkmək üçün istifadə etməsini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi bir ədəd zərfdə qablaşdırılıb üzəri möhürləndikdən və imzalandıqdan sonra götürülmüşdür. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin gün saat 20:15-dən başlayaraq saat 20:33-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Şahid4 müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Şahid4 üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb stolun üzərinə qoymuş, Şahid4 bükümdə olan psixotrop maddə metamfetamini Mustafa adlı şəxsdən 5 manata almasını bildirmiş, Şahid4 aşkar edilən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş, bükümün ümumi çəkisinin 0,65 qram olması müəyyən edilmiş və bir ədəd zərfdə qablaşdırılıb üzəri möhürlənib, imzalandıqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. «Şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin gün saat 15:22-dən başlayaraq saat 15:36-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 02 ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X7 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb stolun üzərinə qoyması, siqaret qutusu açıldıqda içərisində olan bir ədəd kibrit qutusunda üç ədəd bükümlərin aşkar edilməsi, üç ədəd bükümlərin aşkar olunduğu qaydada elektron tərəzidə çəkilməsi, bükümlərdə aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin, eləcə də Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd elektron tərəzinin zərflərdə qablaşdırılıb götürülməsi müşahidə edilir. Diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs razılığı əsasında, onun iştirakı ilə ünvan 4 nömrəli evə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsi və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəf birinci otağının sol hissəsində yerləşən masanın üzərindən bir ədəd kiçik sellofan torbada beş ədəd büküm aşkar edilməsi, Təqsirləndirilən şəxs iştirakı ilə bükümlərə baxış keçirilən zaman dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə, bir ədəd bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin müəyyən edilməsi, bükümlərin ayrı-ayrılıqda elektron tərəzidə çəkilməsi, içərisində mütamfetaminə bənzər kütlələr olan bükümlərin ayrı-ayrılıqda çəkilərinin 2,22 qram, 0,86 qram, 0,29 qram, 056 qram olmaqla ümumi çəkisinin 3,94 qram, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümün çəkisinin isə 0,44 qram olmasının müəyyən edilməsi, otağa baxış zamaın həmin masa üzərindən bir ədəd elektron tərəzi, 105 manat məbləğində pul, otaqda olan karton qutudan isə bir ədəd süngü bıçağın aşkar olunması, baxış zaman aşkar olunan beş ədəd bükümlərin, bir ədəd elektron tərəzinin, bir ədəd süngü bıçağın qablaşdırılıb üzərinə Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurularaq ekspertizaya təqdim edilməsi üçün götürülməsi, polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı əlavə olaraq şübhəli əşya aşkar edilməməsi müşahidə edilir. Diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 02 ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülməsi müşahidə olunur. Diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, diskdə olan görüntülərdə Şahid4 müdafiəçisi X3 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Şahid4 üzərində şəxsi axtarış aparılması, həmin vaxt Şahid4 əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb stolun üzərinə qoyması, Şahid4 bükümdə olan psixotrop maddə metamfetamini Bərədə şəhəri, B.Hacıyev küçəsində yaşayan Mustafa adlı şəxsdən 5 manata aldığını bildirməsi, Şahid4 aşkar edilən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümün elektron tərəzidə çəkilməsi, bükümün ümumi çəkisinin 0,65 qram olması müəyyən edildikdən sonra bir ədəd zərfdə qablaşdırılıb götürülməsi müşahidə edilir. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Şahid4 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə ondan 02 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə 5 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin almasını demişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid4 dediklərini təkzib etmiş, Şahid4 5 manat müqabilində bir bükümdə psixotrop maddə metamfetamin (şüşə) satmadığını bildirmişdir. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 25 iyul 2022-ci il tarixdə aşkar olunan 02 bükümdə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd bükümdə aşkar edilən psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə yaşadığı evdən aşkar edilən dörd ədə bükümdə külli miqdarda psixotrop maddə metamfetamini və bir bükümdə narkotik vasitə qurudulmuş marixuananı satış niyyəti ilə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə qazanc əldə etmək üçün Şahid4 bir bükümdə 0,471 qram çəkidə psixotrop maddə metamfetamin satmışdır. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni, onun kiminləsə qrup təşkil edib narkotik vasitələrin və ya psixotrop maddələrin satışını hayata keçirməsini müəyyən etmək mümkün olmamışdır. Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin satışını hayata keçirməmişdir. 02 sentyabr 2022-ci il tarixdə Şahid4 0,471 qram çəkidə psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs əldə etmişdir. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd salfet bükümündə və bir ədəd qara kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,12 qram, ümumi təmiz çəkisi 0,46 qram bitki mənşəli kütlələr, tərkibində narkotik narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikə bənzər kütlə” sözləri və imzalar olan zərfdəki bir ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0,351 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd tərəzi” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində metamfitamin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqatını aparmaq mümkün deyil. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi 0,46 qram, tədqiqata sərf edildi -0,04 qram, qalıq 0,42 qram.Metamfetamin təmiz çəkisi 0,351 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,301 qram. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/1351 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki bir ədəd ağ kağız bükümdə və bir ədəd yaşıl kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,359 qram, ümumi təmiz çəkisi 0,453 qram olan boz qəhvəyi rəngli, tozşəkilli və kristalşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər.1 ədəd ağ kağız bükümdə və 1 ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,773 qram, 0,812 qram, ümumi təmiz çəkisi 2,585 qram olan ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddələr kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş 1 və 2 nömrəli metamfetaminlər ilə 3 və 4 nömrəli metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-si siyahısının İİ bəndinə daxildir. 1 ədəd salfet kağızı kəsiyində təmiz çəkisi 0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. Metamfetamin ümumi təmiz çəkisi 3,038 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 2,958 qram.Marixuananın təmiz çəkisi 0,15 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq 0,13 qram. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/1059 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Bərdə rayon 866 saylı qəsəbə bina 5 mənzil 40-da yaşayan Şahid4 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü kağızda kütlə” yazılar və imzalar olan zərfdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,471 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin ümumi təmiz çəkisi 0,471 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,421 qram. Materialların məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli, 16/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” Sözləri və imzalar olan zərfdəki metamfetamin ilə, üzərində “Bərdə rayon 866 saylı qəsəbə bina 5 mənzil 40-da yaşayan Şahid4 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli kağızda olan kütlə.” Yazılar və imzalar olan zərfdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-ballistik ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/1352 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilən 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş təyinatlı (Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngübıçaqdır və soyuq silah hesab edilir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfitamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatındadır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 noyabr 2022-ci ildən hesablanmışdır. Bərdə rayon Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır və ünvan 3-də anası X10 və 2020-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 02 ədəd Samsung markalı mobil telefon və 105 manat pul Təqsirləndirilən şəxs anası X4 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum edilmiş, 24 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad olunmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» 06.03. 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş bir ədəd salfet bükümündə və bir ədəd qara kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,12 qram, ümumi təmiz çəkisi 0,46 qram ekspertiza tədqiqatından sonra qalıq 0,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0,351 qram ekspertiza tədqiqatından sonra qalıq 0,301 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd salfet kağızı kəsiyində təmiz çəkisi 0,15 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,773 qram, 0,812 qram, ümumi təmiz çəkisi 2,585 qram, ekspertiza tədqiqatından sonra qalıq 2,545 qram, iki ədəd elektron tərəzi və 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş təyinatlı (Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaq cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç kimə narkotik vasitə satmağıdığını, Şahid4 məhəkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs almadığını bildirsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində o, Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayan tanışı Mustafa adlı şəxsdən öz şəxsi istifadəsi üçün 5 (beş) manata patı, yəni metamfetamin almış, öz şəxsi istifadəsi üçün üzərində saxlamış, bundan sonra saat təxminən 19:00 radələrində Bərdə rayon Əliyanlı kəndinə aldığı metamfetamini heç kimin olmadığı bir yerdə qəbul edən zaman polis əməkdaşları ona yaxınlışaraq özlərini təqdim etdikdən sonra narkotik maddələrin qanunsuz saxlaması ilə bağlı şübhəli olduğunu, polis şöbəsinə gətirilib üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetamin aşkar olunduğunu, həmin metamfetamini tanışı Mustafadan aldığını bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə aparılmış, Şahid4 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə ondan 02 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə 5 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin almasını demişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-90/23 saylı hökmünün surətindən görünür ki, Şahid4 təmiz çəkisi 0,471 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri B.Hacıyev küçəsində 5 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Şahid4 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.2, 234.4.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş bir ədəd salfet bükümündə və bir ədəd qara kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,12 qram, ümumi təmiz çəkisi 0,46 qram ekspertiza tədqiqatından sonra qalıq 0,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0,351 qram ekspertiza tədqiqatından sonra qalıq 0,301 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd salfet kağızı kəsiyində təmiz çəkisi 0,15 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,773 qram, 0,812 qram, ümumi təmiz çəkisi 2,585 qram, ekspertiza tədqiqatından sonra qalıq 2,545 qram, ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş təyinatlı (Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaq isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 189 (yüz səksən doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 29 noyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş bir ədəd salfet bükümündə və bir ədəd qara kağız bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,12 qram, ümumi təmiz çəkisi 0,46 qram ekspertiza tədqiqatından sonra qalıq 0,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0,351 qram ekspertiza tədqiqatından sonra qalıq 0,301 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd salfet kağızı kəsiyində təmiz çəkisi 0,15 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,773 qram, 0,812 qram, ümumi təmiz çəkisi 2,585 qram, ekspertiza tədqiqatından sonra qalıq 2,545 qram, ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş təyinatlı (Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaq isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 189 (yüz səksən doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar