Məhkəmə qərarları › İş №1(100)-264/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-264/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-264/2025 21.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X3, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonu Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilmiş, Daşkəsən rayonu Çanaxçı kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Qızılca kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 mart 2024-cü ildə, saat 20:30 radələrində kürəkəni Şahid4 yaşadığı Göygöl rayonunun, Yeni Qızılca kəndi ərazisində VAZ-21011 markalı avtomobilin yük yerindən oğurluq etdiyi üçün Göygöl RPŞ-nin, X1 aparılan araşdırma ilə bağlı qızı Şahid2 ilə arasında yaranmış mübahisə zamanı yeznəsi Şahid4 nalayiq ifadələrlə söyüb təhqir etməklə boynundan tutaraq yerə yıxaraq döyməsi və sonuncuya dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan boyun nahiyyəsinin qançırları, sol said, sol diz nahiyyəsinin sıyrıqları xəsarətləri yetirməsi ilə bağlı ailə üzvlərinin verdiyi məlumat əsasında məsələni aydınlaşdırmaq üçün həmin gün, saat 21 radələrində yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən qızının yaşadığı evinə gedərkən qudası Zərərçəkmiş şəxs idarə etdiyi, “QAZ 24” markalı avtomobil yanından keçərkən onu görüb saxlamış, kürəkəni Şahid4 qızı Şahid2 ilə yaşadıqları evdə mübahisə etmələrini və oğlu Coşqunun onların ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı irad bildirdikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib, təhqir edərək qızının döyülməsinə haqq qazandırması, mübahisə zamanı yerdən daş götürüb ona atmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin ön səthinin sol hissəsinə, sol bazu nahiyyəsinə 2 iki ədəd sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən yara xəsarətləri, qarın nahiyəsinin ön səthində solda yerləşən, mədənin və köndələn cəmbər bağırsağın zədələnməsi ilə müşayiət edilən 2 ədəd insan həyatı üçün təhlükəli olan Ağır dərəcəli bədən xəsarətlərini yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, qızım Zərərçəkmiş şəxs gəlinidir. Mart ayının 7-i günü qudası yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs oğurluq etmiş, həmin işlə bağlı polisə çağırılmış, guya polis əməkdaşlarının gəlib bunlardan pul alması barədə Zərərçəkmiş şəxs müraciət etməsini tələb etmişdir. Xəyala qızını polisin üzünə qoymamağını demiş, bundan hirslənən kürəkəni atasının sözü ilə qıza xəsarətlər yetirmişdir. Qızı ona zəng edərək döydüklərini demiş, buna görə qızı gətirməyə gedərkən yolda Zərərçəkmiş şəxs maşını saxlayıb daşlamağa başlamış, sonra isə əlbəyaxa olub onu döymüşdür. Həmin vaxt üzərində olan bıçaqla Xəyala bir neçə dəfə zərbə vurmuş, qudasını bıçaqladıqdan sonra özü könüllü şəkildə Göygöl rayon polis şöbəsinə yaxınlaşıb olanları danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs əlbəyaxa dava zamanı onu yerə yıxdığı üçün baş və qol nahiyyəsindən xəsarətlər almış, usta olduğu üçün üstündə daima bıçaq olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra onu hadisə yerində qoyub oradan uzaqlaşmış, xəsarətləri sonuncuya yerdə uzanıqlı vəziyyətə vurmuşdur. İstintaq dövründə Xəyalla barışmış və müstəntiq vasitəsilə sonuncuya 2000 manat məbləğində pul vermiş, həmin pul müalicəsinə xərclənmişdir. Qızı ona zəng vurub onu polis üzünə qoyduqlarını demiş, qızı ordan aparmaq üçün gedərkən yolda Xəyalla rastlaşmış maşını saxlayıb onu daşlamış, sonra isə onu döymüşdür. Xəyal onu döydüyü üçün özünmüdafiə məqsədi ilə ona xəsarət yetirmişdir. Dalaşanda yanlarında heç kəs olmamış, ikisi olmuşlar. Etdiyi əməldən çox peşmandır, hadisədən sonra qızı boşansa da, sonradan ailə münasibətlərini bərpa etmiş, ağır xəstəlikdən əziyyət çəkən arvadı onun himayəsindədir. Ailə vəziyyətini nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə olan günü evdən zəng edib Pərvizin onlara gəlib dalaşdığını, nalayiq ifadələr işlətdiyini demiş, yolda Pərvizlə qarşılaşıb ondan nə olduğunu soruşdum. Pərviz isə onu söyməyə başlamışdır. Pərviz maşını daşlamağa başlamış, onunla əlbəayağa dava edəndə Pərviz əlindəki bıçaqla yan nahiyyəsindən bıçaqla vurmuşdur. Niyə vurduğunu soruşanda Pərviz fırlanıb əlindəki bıçaqla qabırğasından vurmuş və çıxıb getmişdir. Sonra atası səslərini eşidib yanına gəlmiş və onu maşınla təcili xəstəxanaya aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisədən əvvəl heç bir oğurluq etməmiş, Pərvizin qızı sinir xəstəsi olmuş, Pərviz dəfələrlə əlində bıçaqla qapımıza gəlib söyüşlər söymüşdür. Hadisə vaxtı Pərvizin əlində bıçaq olduğunu, Pərvizin oğlugilə gedib söyməyinin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxslə hadisədən sonra aralarında mübahisə və münaqişələr olsa da, sonradan Pərvizlə təkrar barışmış və ondan şikayət tələbi yoxdur. Pərvizin qızı azyaşlı nəvəsi ilə birlikdə yenidən evə qayıtmış və onlarla birlikdə yaşayır. Məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, hadisə yerində olmamışdır. Arvadı ilə hadisə günü dalaşmış, arada məişət zəminində problemlər yaranmışdır. Yoldaşı anasına zəng edib dalaşdığını demiş, təxminən 1 saat sonra isə atasının bıçaqlandığını eşidib xəstəxanaya getmişdir. Pərvizin atasını nə səbəbə bıçaqladığını bilməsə də, atası ilə qayınatam arasındakı dava arvadı ilə arasında olan mübahisəyə görə baş verdiyini ehtimal edir. Hal-hazırda yoldaşımla barışmış və ailə münasibətlərini bərpa etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, atası ilə ayrı evdə yaşamışdır. Hazırda da ayrı evdə yaşayırlar. Atası ilə qayınatası davanı bilib gələndə yolda təsadüfən qarşılaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs oğlumdur. Hadisə yerinə gələndə oğlunun yaralı olduğunu görüb onu Gəncə şəhərində yerləşən 2 nömrəli xəstəxanaya aparmış, lakin orada qəbul etmədikləri üçün məcbur qalıb oğlunu Abbas Səhhət adlanan xəstəxanaya aparmış, hazırda Xəyalla Pərvizin münasibətləri yaxşıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, baş verən hadisəni görməmişdir. Hadisə günü qızı Aytac zəng edərək, yoldaşı Coşqunla dalaşdığını demiş, əri Pərvizə zəng edib gələrkən qızı da gətirməsini demişdir. Pərviz avtobusla gedib götürəcəyini demişdir. Lakin sonra Pərviz evə gəlib, qızı gətirməyə gedəndə qudası Zərərçəkmiş şəxsla dalaşıb onu vurduğunu demiş, həmin müddətdə qızı Aytac yarı yolda olduğu üçün gedib qızını və nəvəsini yoldan götürüb evə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Aytacın yoldaşı ilə arasındakı problemin nə olduğunu bilməmiş, sonradan yoldaşı ilə arasında olan problemi ona danışmışdır. Pərviz gələndə Xəyalla nalayiq ifadələr işlətdiyi üçün onunla dalaşdığını demişdir, bıçaqla vurmasını isə sonradan öyrənmişdir. Qızı hal-hazırda yoldaşının yanındadır. Qızı özü hadisədən əvvəl dalaşdığı üçün yoldaşı evindən qaçsa da, sonradan barışmışdır. Qudası Xəyal da Pərvizlə barışmış, notariusda barışıq ərizəsi yazmışlar. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid4 ilə ailə qurub Göygöl rayonu Yeni Qızılca kəndində yaşamışdır. Əri Coşqun yaşadıqları kənddə oğurluq etdiyi üçün Polis Şöbəsinə getmiş, izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. O, Coşquna oğurluq etdiyi üçün irad bildirdikdə arasında narazılıq olmuşdur. 10 mart 2024-cü ildə yaşadıqları evdə yenidən aralarında mübahisə yaranmış, həmin vaxtı Coşqun onun valideynləri ünvanına nalayiq sözlər işlədərək boynundan tutub yerə yıxmışdır. Bundan sonra o, anası Şəhlaya bildirmiş, təxminən 1 saat keçmiş anası Şəhla gələrək onu və azyaşlı uşağı götürüb yaşadıqları evə aparmışdır. Sonradan atasıgil onu aparmağa gələndə qayanatsı ilə atası arasında mübahisə olduğunu, dalaşdıqlarını, atasının uzaqlaşdığını, qaynatası Xəyal isə atasının onu bıçaqla vurduğunu demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 21:10-da Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan özünü təqdim etməyən şəxs yaşadığı kənddə Təqsirləndirilən şəxs tərəfindən atasına bıçaqla xəsarət yetirilməsi barədə DİN “102” xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, həmin gün saat 22:30-da Gəncə şəhər X2 Şöbəsindən Göygöl RPŞ-yə Zərərçəkmiş şəxs döş qəfəsinin daxil nüfuz etməyən kəsilmiş deşilmiş yaraları diaqnozu ilə gətirilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən yarımtikili evin həyətyanı sahəsidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizanın xx.xx.2024-cü il tarixli, 192 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Bu yaralardan ikisi – daxilə nüfuz edən yaradır, qarın nahiyyəsinin ön səthində solda yerləşir, mədənin və köndələn çəmbər bağırsağın zədələnməsi ilə nəticələnir – dərəcəsinə görə hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İİİ deşilmiş-kəsilmiş yara döş qəfəsinin ön səthində solda, İV yara isə sol bazu nahiyyəsində yerləşir. Qeyd olunan yaralar daxilə nüfuz edən yaralar deyil, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur – dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli ağ-qara cizgili qolsuz köynək müalicə aldığı xəstəxanadan götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının 149 №li, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlər başın ənsə nahiyyəsinin və sol said nahiyyəsinin qançırları–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/801 nömrəli rəyindən görünür ki, köynəyin üzərində olan 03 ədəd “a”, “b” “c” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq bir alətin, yoxsa müxtəlif alətlərin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 516 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli ağ-qara cizgili qolsuz köynək iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Göygöl RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl RPŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 77/1-7529/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın əldə olunması, həmçinin baş vermiş hadisə zamanı küçədən keçən və hadisəni görə biləcək şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş tarixli tələbnamə və hökmün surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Daşkəsən rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.1, 177.2.3 maddələri ilə 03 il AME, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, xx.xx.2008ci ildə ACDİÜ Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmiş və məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədən tədqiq edilmiş Göygöl RPŞ-də qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində xx.xx.2024-cü ildə cinayət işinin başlanması rədd edilməklə inzibati icraat açılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın əvəzi olaraq 2000 (iki min) manat verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daşkəsən RİHB-nin Çanaqçı kənd İƏD üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli, 5-42-03/02-46/24 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli, 4984 saylı və Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli 4773 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, (100)-264/2025 saylı qərarından görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmişdir. Təqdim edilmiş və məhkəmə baxışında araşdırılmış xx.xx.2025-ci il tarixli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır, ondan şikayətçi deyil və cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daşkəsən RMX PHŞ-dən verilən göndərişdən görünür ki, təqsirləndirilən şəxsin arvadı Şahid1 Milli Onkologiya Mərkəzinə müayinə və müalicəyə göndərilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin onunla barışmasını CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, arvadının onkoloji xəstəlikdən əziyyət çəkməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan orta hədd azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, yaxud digər yüngül cəza növünün tətbiqi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. Müdafiə tərəfindən məhkəmə baxışında və yekun çıxışlarda hadisənin zərərçəkmiş şəxsi qeyri-əxlaqi (təqsirləndirilən şəxsi söyməsi) və qeyri-qanuni davranışları (törədilmiş oğurluq əməlinə görə məsuliyyət cəlb edilməmələri üçün araşdırma aparan təhqiqat orqanı əməkdaşlarının onlardan pul tələb etməsinə şahidlik etmək istəməyən qızını ərinin və ailə üzvlərinin təsirindən qurtarmaq üçün törətməsini) nəticəsində törədilməsi iddia edilsə də, məhkəmə qeyd edir ki, işin faktiki halları və ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, hazırki hadisə hər iki tərəfinin qarşılıqlı təhqir və dalaşmaları nəticəsində baş vermiş, iddia edilən qanunsuz əməllər sövq edilmə isə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin kürəkənin təsiri ilə edilməyə cəhd edilmişdir. Əks halda təqsirləndirilən şəxsə ittiham Cinayət Məcəlləsinin 126.1-ci maddə ilə deyil, CM-nin 126.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərəvurma) ilə verilməli, yaxud məhkəmə baxışında ittihamçı tərəfindən daha ağır ittiham verilməsi üçün vəsatət verilməli idi. Hadisənin zəruri müdafiə həddini aşmaqla törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hadisənin birtərəfli deyil və qarşılıqlı dava-dalaş zamanı törədilməsi, hadisədən əvvəl təqsirləndirilən şəxsin üzərində naməlum kəsici-deşici (alət) bıçağın olması işin mübahisəsiz halı olmaqla barabər zərərçəkmiş şəxsin hansısa alət və vasitədən (daş ağac parçası, dəmir predmet) istifadə etməməsi isə hadisə vaxtı zəruri müdafiə vəziyyətinin olmasını inkar edir. İşin faktiki halları (yolda rastlaşan tərəflərin əvvəlcə mübahisə etmələri, sonradan qarşılıqlı təhqirə keçərək əlbəyaxa dava etmələri) hadisənin məhz zərərçəkmiş şəxs tərəfindən edilmiş qeyri-qanuni və qeyri əxlaqi hərəkətlərin təsiri altına tödərilməsini inkar edir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmiş yüngülləşdirici hallar xüsusilə tərəflərin barışması və dəymiş ziyanın ödənilməsinin müstəsna hal kimi qiymətləndirilib təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi, yaxud CM-nin 62-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə əsas verməsi ilə bağlı müdafiə tərəfinin göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və dəymiş (vurulmuş) ziyanın ödənilməsi məhkəmənin üzərinə məhz həmin hallara görə şəxsə daha yüngül cəza təyini və ya təyin edilmiş cəzanın şərti tətbiq edilməsi öhdəliyi yaratmır. Qüvvədə olan cinayət qanunu həmin hallar mövcud olduqda işə baxan məhkəməyə (hakimə) ancaq təyin ediləcək cəzanın yuxarı həddi ilə bağlı məcburi imperativ öhdəlik müəyyən edir ki, bu da cəzanın yuxarı həddinin 3/4 hissəsidir. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunun tələbinə əsasən cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə təyin edilən cəza ilə bağlı müəyyən edilmiş aşağı və yuxarı həddlər əməlin ictimai təhlükəliliyi və törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla cəza təyininin işə mahiyyəti üzrə baxan məhkəməyə fərdiləşdirməyə imkan verir. Qanunvericinin müəyyən etdiyi tələblər əmələ görə məsuliyyət prinsipi əsasında formalaşmış və cinayət törətmiş şəxslərə eyni deyil, qeyd edilənlər əsas götürülməklə fərdiləşdirilmiş cəza təyinini mümkün edir. Bu da cinayət qanununun ədalət prinsipini əsasıdır. Hazırki iş üzrə cinayət əməlinin ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra daha yüngül -azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimalların, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının almaq üçün məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını rejim daxilində real çəkilməlidir. Nəzərdən qaçırılmamalıdır ki, təqsirləndirilən şəxs bundan əvvəl törətdiyi müxtəlif talama və qəsdən sağlamlığa ağır zərərvurma əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də məhkəmələr tərəfindən dövlətin adından təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini başa düşməmiş, dövlət tərəfindən ona tətbiq edilmiş humanizmi başa düşməmiş, ailə məişət zəminində yenidən eynixarakterli cinayət əməlini törətmişdir. Məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, şəxs əvvəl təyin edilmiş cəzaları real olaraq çəkmədiyindən islah olmamış, hazırki iş üzrə də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsindən sui-istifadə edərək məhkəmədən yayınmağa çalışmış, sonradan qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəməyə ünvanlandığı müraciətlərində və məhkəmədəki çıxışında ona məhz azadlıqlan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bütün bunlara baxmayaraq hazırki ailə vəziyyəti (xüsusilə arvadının ağır onkoloji xəstəlikdən əziyyət çəkməsi) nəzərə alınmaqla cəza çəkəcəyi müddətdə davranışı ilə real islah olacağını sübut edəcəyi təqdirdə onun qanunvericilikdə müəyyən edilmiş müddətdə cəzanı real çəkdikdən sonra cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi istisna edilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Elgiz Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 69.3-cü maddəsinə əsasən hesab edir ki, cəzaçəkmənin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin saxlanc yerində saxlanılan zərərçəkmiş şəxsə məxsus 1 ədəd göy rəngli ağ-qara cizgili qolsuz köynək Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 31, 50 (otuz bir manat əlli qəpik) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli barəsində “həbs” qətimkan tədbiri seçildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin saxlanc yerində saxlanılan zərərçəkmiş şəxsə məxsus 1 ədəd göy rəngli ağ-qara cizgili qolsuz köynək Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat (otuz bir manat, əlli qəpik) təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar