Məhkəmə qərarları › İş №1(100)-265/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-265/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-265/2020 26.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X18 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bərdə şəhəri, ünvan 4 mənzil 20də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən qeyri-rəsmi usta köməkçisi işlədiyi Şahid6 istifadəsində olan “Ümid” adlı bərbərxanada iş yoldaşı X3 ona “evlən, arvad al, evini əxlaqsızlıq yuvasına çevirək” kimi söz atmasını özünə qarşı təhqir hesab edib sonuncu ilə sözlü mübahisə etdikdən sonra Ceyhun Məmmədovu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin bərbərxananın yaxınlığında yerləşən Şahid6 məxsus yaşayış evindən soyuq silah hesab edilməyən, kəsici-deşici xassəyə malik mətbəx bıçağını götürüb şalvarının arxa hissəsində gizlədərək bərbərxanaya qayıtmış, həmin gün saat 12:48-də Ceyhun Məmmədovun qeyd edilən bərbərxanada divanın üzərində yatmasından, yəni onun hərəkətlərinə qarşı hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edərək, üzərindəki bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vuraraq Ceyhun Məmmədova sağ ümumi qalça arteriyasının və venasının zədələnməsi, bağırsağın yarası ilə qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə Ceyhun Məmmədovu qəsdən öldürmüş, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən bərbərxanada qeyri-rəsmi usta köməkçisi işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, Ceyhun və Sənan bərbərxanada üçü bir yerdə olarkən Ceyhun onunla etikadan kənar zarafat edərək “Get özünə bir arvad al, evinizi də Şirvangöl elə“ sözlərini demişdir. O, “Şirvangöl” adlanan obyektin əxlaqsız yuvası olduğunu bildiyinə görə Ceyhunun bu sözlərindən çox əsəbləşmiş və Ceyhundan hansı səbəbdən ona belə dediyini soruşduqda Ceyhun ona cavab verməmişdir. Ceyhunun sözü ona çox pis təsir etmiş və Ceyhunu cəzalandırmaq qərarına gəlmişdir. Bu söhbətdən təxminən 5-10 dəqiqə sonra o, bərbərxananın yaxınlığında yerləşən Vüsalın yaşadığı evə getmiş, Vüsalın anası Şəhla onu qarşılamışdır. O, Şəhlaya ona bıçaq lazım olduğunu demiş və Şəhladan ona bıçaq verməsini xahiş etmişdir. Şəhla isə gümüşü rəngli mətbəx bıçağını ona vermişdir. Onun həmin bıçağı götürməkdə məqsədi Ceyhunu vuraraq sonuncuya xəsarət yetirmək və dediyi sözə görə Ceyhunu cəzalandırmaq olmuşdur. O, bıçağı cibinə qoyaraq özü ilə birlikdə salona gətirmiş, həmin zaman Sənanla Ceyhun salonda olmuşlar. Bıçağı gizlin şəkildə mətbəxdə yerləşən stəkanların arxasına qoyaraq gizlətmiş və bundan sonra yenidən bərbərlərin yanına qayıtmışdır. Təxminən 1 saat sonra o, mətbəxə gedərək bıçağı götürüb şalvarının arxa hissəsinə qoyaraq gizlətmiş və yenidən Ceyhun ilə Sənanın yanına qayıtmışdır. Həmin vaxt Ceyhun salonun giriş qapısından sol tərəf istiqamətdə yerləşən divanda uzanmış, o isə təxminən 3-4 dəqiqə Sənanla söhbət etdikdən sonra Sənan salonun qapısından bayıra çıxmış, Ceyhun isə hərəkətsiz şəkildə divanda uzanmağa davam etmişdir. Sənan bayıra çıxdıqdan təxminən 1 dəqiqə sonra salonda Ceyhunla təklikdə qalmağından istifadə edərək gizlətdiyi bıçağı çıxararaq divanda uzanmış Ceyhunun qarın nahiyəsinə qəflətən bir dəfə zərbə endirmişdir. O, Ceyhuna zərbə endirdikdən sonra Ceyhun, başını divandan qaldırmış, o isə həyəcanlı olduğundan qapını açaraq salonu tərk etmişdir. Qapını açıb salondan qaçarkən qapıda Sənan ilə qarşılaşmış və o, Sənana heç bir söz deməmiş, qaça-qaça “Bolmart” supermarketinin yanına gedərək orda dayanmış ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı taksiyə əyləşərək Bərdə şəhəri Bakı küçəsində yerləşən evlərinə tərəf getmişdir. Onun mobil telefonunda kontur olmadığından dostu Camalın evinə gedərək atasına zəng etmək üçün Camaldan mobil telefonunu tələb etmiş, lakin həmin vaxt Camala baş verənlər barədə bir söz deməmişdir. O, Camalın mobil telefonundan atasına zəng edərək, onunla birlikdə salonda işləyən Ceyhunla dalaşdığını demiş, atası ondan Ceyhunun mobil telefon nömrəsini istəmiş, təxminən 30 dəqiqə sonra atası binalarının qarşısına gəlmiş, həmin müddətdə o, binanın qabağında əyləşərək Camal ilə söhbət etmişdir. Bıçaq da onun üzərində olmuş, atası binanın qabağına gələrək ona xəstəxanaya Ceyhunun yanına gedəcəyini bildirmiş və atası xəstəxanaya getdikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşı onların məhləsinə gəlmişdir. Polis əməkdaşı onun mobil telefon nömrəsinə zəng edərək, evə gəlməsini xahiş etmiş, o da polis əməkdaşının yanına getmişdir. Polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O, üzərində olan bıçağı polis əməkdaşlarına təqdim etdikdən sonra Bərdə rayon polis şöbəsinə getmişlər. O, daha sonra ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Cehun Məmmədov yatmamış, sadəcə gözünü yumub uzanaraq istirahət etmişdir. Bundan başqa, onun Cehun Məmmədovu öldürmək niyyəti olmamışdır. Ceyhun onun ünvanına əxlaqsız sözlər dediyinə və bu sözlərlə onu təhqir etdiyinə görə əsəbləşib Ceyhunu bıçaqla vurub xəsarət yetirməklə cəzalandırmaq istəmişdir. Təqsirləndirilən şəxs son sözündə isə törətdiyi cinayət əməlindən peşman olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, mərhum oğlu Ceyhun dostu Vüsalın Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən “Ümid” adlı kişi salonunda işləməyə başlamış, həmin kişi salonunda Vüsaldan və oğlu Ceyhundan başqa Sənan adlı bərbər də işləmiş və onlar üçlükdə yoldaşlı şəkildə işləməklə dolanışıqlarını təmin etmişlər. Təqsirləndirilən şəxs isə oğlu Ceyhun həmin kişi salonunda işləməyə başladığı vaxtdan tanımışdır. xx xxxx 2020-ci il tarixdə o, işi ilə əlaqədar Ağcabədi şəhərində olan zaman təxminən saat 12:55-də Vüsal onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, oğlu Ceyhuna Raul tərəfindən qayçı ilə xəsarət yetirildiyini və buna görə də Ceyhunun yaralı vəziyyətdə olmasını bildirmişdir. O, Ceyhunu təcili şəkildə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmasını Vüsaldan xahiş etmiş, daha sonra qardaşı Şahid2 mobil telefonuna zəng edərək, Ceyhunun işlədiyi kişi salonunda qayçı ilə xəsarət alması barədə məlumat vermiş və dərhal özünü həmin yerə çatdırmasını demişdir. Bundan sonra yenidən Vüsala zəng edərək harada olduqlarını soruşmuş, Vüsal isə hələ də salonda olduqlarını ona bildirmiş, buna görə də o, yenidən qardaşının mobil telefonuna zəng edib Ceyhunun hələ salonda olması barədə məlumat vermiş və dərhal özünə məxsus olan “VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhərindən Bərdə rayon mərkəzi xəstəxanasına gəlmək üçün yola çıxmışdır. Yolda olan zaman qardaşı Şahid2 ona zəng edərək Bərdə rayon mərkəzi xəstəxanasında olduqlarını bildirmişdir. O, xəstəxanaya çatdıqdan sonra qardaşı ona bildirmişdir ki, Ceyhunun işlədiyi kişi salonuna getdikdən bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobilinin gəlib Ceyhunu xəstəxanaya çatdırmışdır. Həmin gün oğlu Ceyhun təxminən saat 18:00 radələrində əməliyyat zamanı dünyasını dəyişmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2018-ci il tarixdən Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən bərbərxanada usta köməkçisi işləmişdir. Raul sakit təbiətli və tərbiyəsi yerində olan bir uşaq olmuş, hadisəyə qədər onun qanunsuz hərəkətlərinin şahidi olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən günorta vaxtı oğlu Təqsirləndirilən şəxs Camal adlı dostunun mobil telefonu ilə ona zəng edərək, bər-bər salonunda birlikdə işlədiyi Ceyhunla dalaşdığını demişdir. O, dərhal yaşadığı binanın həyətinə gəlmiş və həmin vaxt Raul ona bildirmişdir ki, həmin gün səhər Ceyhun onun ünvanına nalayiq ifadələr işlədib təhqir etdiyinə görə əsəbləşmiş və bu səbəbdən də bıçaqla Ceyhunun qarın nahiyəsinə bir dəfə zərbə vurmaqla ona xəsarət yetirmişdir. O, Ceyhunun Bərdə rayon mərkəzi xəstəxanasına aparılmasını öyrəndikdən sonra xəstəxanaya getmişdir. Orada olan zaman məlum olmuşdur ki, Ceyhun təxminən saat 18:00 radələrində əməliyyat zamanı dünyasını dəyişmişdir. O, daha sonra ifadəsində mərhum Ceyhun Məmmədovun dəfn və yas mərasimlərinə maddi köməklik etmək istəsə də zərərçəkmişin atası və yaxın qohumları qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı oğlu, mərhum X19 şəhəri H.Aslanov küçəsində yerləşən “Ümid” adlı kişi salonunda işləmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12:55-də o iş yoldaşı Şahid3 ilə birlikdə işdən qayıdan zaman qardaşı Hüsü Məmmədov mobil telefonla zəng edərək Ceyhuna nəsə olduğunu, buna görə də Bərdə rayon mərkəzi xəstəxanasına getməyini bildirmiş, telefon danışığı başa çatdıqdan bir neçə dəqiqə sonra isə qardaşı Hüsü Məmmədov yenidən onun mobil telefonuna zəng edərək ondan xəstəxanaya deyil, Ceyhunun işlədiyi Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən kişi salonuna getməyini demişdir. O da dərhal avtomobil ilə həmin kişi salonuna getmiş, həmin yerə çatıb içəri daxil olarkən Ceyhunun giriş qapısından sol tərəfdə qoyulmuş divanın üzərində uzanıqlı vəziyyətdə olduğunu, huşunun özündə olmadığını görmüşdür. Həmin vaxt orada olan Vüsaldan nə baş verdiyini soruşduqda, Vüsal ona salonda işləyən köməkçinin Ceyhuna qayçı vasitəsilə xəsarət yetirdiyini demişdir. O, dərhal təcili tibbi yardım xidmətinə zəng edərək avtomobil çağırmış, bundan bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili kişi salonunun önündə dayanmış və tibb işçiləri həmin avtomobillə Ceyhunu xəstəxanaya aparmışlar. Bundan sonra özü də idarə etdiyi avtomobillə xəstəxanaya yollanmışdır. Xəstəxanaya çatdıqdan bir qədər sonra qardaşı Hüsü Məmmədova mobil telefon vasitəsilə zəng edərək, Ceyhunu Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmaqları barədə xəbər vermiş, təxminən yarım saat sonra qardaşı Hüsü xəstəxanaya çatmışdır. Həmin gün qardaşı oğlu Ceyhun Məmmədov təxminən saat 18 radələrində əməliyyat olunmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış, əməliyyat zamanı dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bərdə şəhəri Həzi Aslanov küçəsində yerləşən bərbərxanada bərbər kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun köməkçisi və X9 isə onun iş yoldaşı olmuşlar. Ceyhunun və Raulun münasibətlərinin həmişə normal olmuşdur. Raul ondan və Ceyhundan yaş etibarı ilə kiçik olduğundan həmişə onların hörmətini saxlamışdır. Ceyhun Məmmədov xaraktercə şən adam olmuş, zarafat etməyi çox xoşlamışdır. xx xxxx 2020-ci il tarixdə evdə ustaları olduğu üçün o, saat təxminən 12:50-də bərbərxanadan eve getmiş, həmin vaxt Raul və Ceyhun salonda olmuşlar. Evə getdikdən təxminən 3-5 dəqiqə sonra Sənan Ceyhunun mobil telefonu ilə onu yığaraq dərhal iş yerinə gəlməyi demiş, o isə qaçaraq iş yerinə getdikdən sonra Ceyhunu divanda yaralı vəziyyətdə görmüş, dərhal TTY-ni yığmış, arxasınca da Ceyhunun atası Hüsünün mobil telefonunu yığaraq hadisə haqqında məlumat vermişdir. Az sonra X22 ilə Fazil bərbərxanaya gələrək Ceyhunu huşsuz vəziyyətdə görərək bir daha TTY-ni yığmışlar. Vəli ilə Fazilin bərbərxanaya gəlmələrindən təxminən 5 dəqiqə sonra TTY-nin tibb işçiləri hadisə yerinə gəlib Ceyhunu xərək üzərində salondan çıxarıb xəstəxanaya aparmışlar. Xəstəxanada həyata keçirilmiş tibbi tədbirlərə baxmayaraq Ceyhunun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında oğlu Şahid6 ailəsi ilə birlikdə yaşayır. Adının Şahilə olmasına baxmayaraq tanıyan hər kəs onu “Şəhla” deyə çağırmışdır. Oğlu Şahid6 2018-ci ildən etibarən yaşadığıqları evin yaxınlığında yerləşən obyekti icarəyə götürərək həmin obyekti bərbərxana kimi işlətmişdir. Vüsalla birlikdə Ceyhun, Sənan və Raul adlı şəxslər də həmin bərbərxanada işləmişlər, həm Ceyhunu, həm də Raulu tanımışdır. Belə ki, Raul tez-tez onların evinə gəlib müxtəlif qida məhsullarını verərək yemək bişirməyi xahiş etmiş, eləcə də ondan digərlərinə yemək yemələri üçün qab-qacaq, bıçaq və digər ləvazimatlar verməyini xahiş etmişdir. Oğlu Vüsal həmin şəxslərlə birlikdə işlədiyinə görə sözlərini yerə salmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs onların həyətinə daxil olaraq bərbərxanada meyvə yediklərini bildirmiş və ondan meyvətərəvəz doğramaq üçün bıçaq istəmişdir. O, mətbəxdən Raula mətbəx bıçağı vermiş və bıçaq ona lazım olduğu üçün Rauldan bıçağı tez gətirməsini xahiş etmişdir. Raul bıçağı götürüb getdikdən təxminən 2 saat sonra o, oğlu Vüsal ilə birlikdə evdə olarkən Vüsalın mobil telefonuna Sənan adlı iş yoldaşı zəng etmiş, telefon zəngindən sonra oğlu Vüsal həyəcanlı şəkildə duraraq evi tərk etmişdir. Lakin Vüsal, nə baş verdiyini və hara getdiyini ona deməmiş, təxminən 1 saat sonra o, narahat olaraq bərbərxanaya getdikdə bərbərxananın giriş qapısının açıq olduğunu görmüş, həmin vaxt ətrafa yığılmış insanlar ona Raulun Ceyhunu bıçaqla vurması barədə məlumat vermişlər. Məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı meyitin bədənində aşağıdakı xəsarətlər-sağ ümumi qalça arteriyasının və venasının zədələnməsi, “S” bənzər bağırsağın tikilmiş yarası ilə qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər həyatı olub ölümdən az vaxt əvvəl deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yaralanması nəticəsində sağ ümumi qalça arteriyasının və venasının zədələnməsi ilə baş vermiş kəskin qanitirmə olmuşdur. Məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekpertizasının xx xxxx 2020-ci il tarixli 482/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X3 ABO sistemi üzrə qan qrupu-A beta/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd pambıq tampon, C.H.Məmmədova məxsus köynək, alt mayka, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri A beta /İİ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Tədqiqata təqdim olunan 01 ədəd bıçaq üzərində qan, C.Məmmədova məxsus şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilən məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 305/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus bir ədəd mayka və bir ədəd köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə kafi itilikli, ülgüclü, qabırğaları özünü zəif birüzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin ucu kəskin deformasiyaya uğramış vəziyyətdə olduğu üçün mərhum X5 məxsus paltarların üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi ilə əmələ gəlməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus bir ədəd şalvar və bir ədəd tuman üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd kəsilmiş zədə aşkar edildi. Bu zədə iti kənarı olan hər hansı bir kəsici alətin təsirindən yarana bilərdi. Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən “Ümid” adlı kişi salonudur. Hadisə yerində qana bənzər ləkələr aşkar edilmiş və 01 ədəd pambıq tamponda qana bənzər nümunələr götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli raportdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri ünvan 2 mənzil 20 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis şöbəsinə aparılmışdır. Məhkəmədə tədqiq edilən götürmə və baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan bir ədəd bıçaq istintaq orqanı tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilən götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd köynək götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli meyitə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 hadisə vaxtı əynində olmuş 01 ədəd, şalvar, 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd alt paltarı götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli protokolundan görünür ki, bərbər salonunda olan 3 nəfər şəxsin söhbət etməsi aşkar olunmuşdur. Videogörüntülərə əsasən, üzərində göy rəngli köynək olan şəxsin bir qədər sakit və soyuqqanlı hərəkətlər etməsi müşahidə edilmişdir. Videoyazının 43-cü dəqiqəsində üzərində göy rəngli köynək olan şəxsin bərbər salonunun arxa hissəsində olan otağa keçməsi və bir neçə saniyə sonra həmin otaqdan çıxaraq salona qayıdıb giriş qapısının qarşısında dayanması aşkar edilmişdir. Şəxs qapının qarşısına gəldikdən bir neçə dəqiqə sonra üzərində qara rəngli qısaqol köynək olan şəxsin giriş qapısından çıxaraq salonu tərk etməsi, üzərində göy rəngli qısaqol köynək olan şəxsin qapının qarşısında dayanmağa davam etməsi, üzərində açıq mavi rəngli köynək olan şəxsin giriş qapısından sol tərəfdə yerləşən divanın üzərində uzanması aşkar edilmişdir. Baxış zamanı üzərində göy rəngli qısaqol köynək olan şəxsin salonun giriş qapısından sağ tərəf istiqamətdə yerləşən kiçik ölçülü masanın üzərində yerləşən avadanlığı götürərək divanın qarşısında yerləşən masanın üzərinə qoyması, bundan bir neçə saniyə sonra isə qəflətən üzərindən çıxardığı alətlə divanda uzanmış vəziyyətdə olan üzərində açıq mavi rəngli qısaqol köynək olan şəxsin qarın nahiyəsinə bir dəfə vurması aşkar edilmişdir. Şəxs zərbə endirdikdən dərhal sonra üzərində qara rəngli qısaqol köynək olan şəxsin salonun giriş qapısından içəri daxil olması, zərbə vuran şəxsin isə qaçaraq salonun giriş qapısından çıxması aşkar edilmişdir. Zərbədən sonra üzərində açıq mavi rəngli köynək olan şəxsin qarın nahiyəsini tutaraq divanda oturması, daha sonra eyni vəziyyətdə ayağa duraraq gəzməsi, daha sonra bir daha divana oturması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ona təqdim olunmuş 1,2,3 və 4 nömrə ilə nömrələnmiş vəziyyətdə olan bıçaqları nəzərdən keçirib hadisə zamanı 3 nömrəli bıçaqla X6 oldürdüyü bıçağı tanımış və əyani surətdə göstərmişdir. Məhkəmədə tədqiq edilən edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə eilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü onun iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 695 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə müvafiqdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və həmin hadisələri düzgün təsvir etmək imkanına malikdir. Komisiyyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Bərdə RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-cil tarixli, 5/230 saylı arayış, X25 Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, onda qavrama, yaddaş, emosiya, təfəkkür və intillekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomotika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas vermişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(021)- 55/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni-Həyat kənd X15 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 3081 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 4 mənzil 20 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə zamanı X3 əynində olmuş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar və bir ədəd tuman, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd bıçaq, bir ədəd qan nümunəsi, hadisənin görüntürülərini özündə əks etdirən disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Bərdə prokurorluğunun maddi sübutlar otağında saxlanca verilmişlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları, hadisənin baş vermə anının videogörüntüləri və digər istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş X3 hadisə baş verən zaman yatmamasını, eləcə də onu öldürmək məqsədinin olmaması, ona bıçaqla xəsarət yetirib cəzalandırmaq niyyətində olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmadığından və digər sübutlarla təsdiq edilmədiyindən həmin ifadəni inandırıcı hesab eməyib özünümüdafiə xarakterli uydyrulmuş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmədə nümayiş etdirilməklə tədqiq edilmiş hadisənin baş vermə anını özündə əks etdirən videogörüntülərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ceyhun Məmmədovu əvvəlcədən özü ilə götürdüyü bıçaqla vurub xəsarət yetirən zaman və bundan əvvəl sonuncu həmin bərbərxanada divanın üzərində yatmış vəziyyətdə, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı hər hansı bir müqavimət göstərmək iqtidarında olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə yanaşı iş materialları ilə də birmənalı şəkildə sübut olunur ki, zərərçəkmiş Ceyhun Məmmədovun ona “evlən, arvad al, evini əxlaqsızlıq yuvasına çevirək” kimi söz atmasını özünə qarşı təhqir hesab edib sonuncu ilə sözlü mübahisə etdikdən sonra, ünvan 1 ünvanına gedib Şahid4 meyvə doğramaq adı altında kəsici-deşici xassəyə malik mətbəx bıçağını alması, əvvəl bərbərxanada, daha sonra isə şalvarının arxa hissəsində gizlədərək fürsət gözləməsi, Ceyhun Məmmədovun qeyd edilən bərbərxanada divanın üzərində yatmasından, yəni onun hərəkətlərinə qarşı hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə edərək, üzərindəki bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vuraraq Ceyhun Məmmədovun həyat üçün vacib orqanına xəsarət qetirməsi, təqsirləndirilən şəxsin özünün də qeyd etdiyi kimi Ceyhuna zərbə endirdikdən sonra sonuncu başını divandan qaldırdığına görə həyəcanlanıb hadisə yerindən qaçması, məhkəmədə isə son sözündə baş vermiş nəticədən aslı olmayaraq törətdiyi cinayət əməlindən peşman olmadığını bildirməsi məhz onun zərərçəkmişi qəsdən öldürmək, yəni həyatdan məhrum etmək niyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və baş vermiş cinayət hadisəsinə istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, cinayət hadisəsi məhz təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, qeyd olunan cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 85.5-ci maddəsinin imperativ tələbinə əsasən azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində Bərdə rayon prokurorluğunun maddi məsul saxlanc yerində saxlanılan hadisə zamanı X3 əynində olmuş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar və bir ədəd tuman zərərçəkmişin hüquqi varisi X10, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar isə onun qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməli, həmçinin bir ədəd bıçaq və bir ədəd qan nümunəsi yararsız olduğundan məhv edilməlidir. İş materiallarına əlavə edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi Bərdə şəhər Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. İttiham aktının arayışından görünür ki, ibtidai istintaq zamanı vəkil X11 təqsirləndirilən şəxsə 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 vəkil işlədiyi Bərdə şəhər Vəkil Bürosunun hesabına 150 manat məbləğində, məhkəmə istintaqı zamanı göstərilmiş cəmi 21 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-ciu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində Bərdə rayon prokurorluğunun maddi məsul saxlanc yerində saxlanılan hadisə zamanı X3 əynində olmuş bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar və bir ədəd tuman zərərçəkmişin hüquqi varisi X10, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar isə onun qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməli, həmçinin bir ədəd bıçaq və bir ədəd qan nümunəsi yararsız olduğundan məhv edilsin. İbtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Bərdə şəhər Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X18 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar