Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-265/2021 08.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxs X3, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Şahid1 iştirakları ilə 01 avqust 2003-cü il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində Bərdə rayonu Arabaçılar kəndinin ərazisində yerləşən qəbiristanlıqda Bərdə rayonu Hacılar kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib əynində olan yaşıl rəngli qolsuz gödəkçənin sağ yan cibində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gələn, soyuq silah hesab edilməyən bıçaq ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona sağ kürək üstü nahiyəsinin kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yarısının daxilə yaralanması, sağ tərəfli hemopnevmatoraks, sol bazunun orta 1/3-nin ön səthinin kəsilmiş-deşilmiş yaraları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci ildə G.Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbinin Xİ sinfini bitirmişdir. 2020-ci ilin may ayında Bərdə rayonu Hacılar kənd sakini, 2004-cü il təvəllüdlü Aytəkin Nəcəfovanı tanımağa başlamış və həmin qız ilə aralarında sevgi münasibətləri yaranmışdır. Belə ki, o, tanış olmağa başladıqdan sonra mütəmadi olaraq Aytəkin ilə əlaqə saxlamış və bəzən kənd ərazisində müxtəlif yerlərdə görüşmüşlər. Aytəkin ilə arasında olan sevgi münasibətlərini hətta onların ailələri də bilmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində o, Aytəkin ilə yaşadığı kənd ərazisindəki mağazalardan birinin qarşısında görüşmüşdür. Onların görüşünün məqsədi Aytəkinin mərhum anasının Bərdə rayonu Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqdakı məzarını birlikdə ziyarət etmək istəmələri olmuşdur. Bu məqsədlə əvvəlcədən tanıdığı, Bərdə rayonu Hacılar kənd sakini Mirov adlı şəxsin idarə etdiyi qırmızı rəngli, “VAZ-21074” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı minik avtomobili ilə Bərdə rayonu Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlığın yanına gəlmişlər. Avtomobildən düşdükdən sonra Aytəkin ilə birlikdə mərhum anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa daxil olmuşdur. Aytəkinin anasının məzarını ziyarət edən zaman onlardan təxminən 50-60 metr aralı məsafədə tanımadığı bir nəfər şəxsin dayandığını görmüş, ancaq həmin şəxsə bir o qədər də əhəmiyyət verməmişdir. Məzarı ziyarət edib geri qayıtmış və Aytəkinin yaşadığı kənd özünün yaşadığı kənd ilə əks istiqamətlərdə yerləşdiyindən Aytəkin taksi avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. O, piyada şəkildə yolun kənarı ilə yaşadığı kəndə doğru getməyə başlayan zaman bir qədər əvvəl görüb əhəmiyyət vermədiyi həmin şəxs onu çağırmış, o da həmin şəxsin dayandığı yerə gedərək salamlaşmışdır. Bu zaman sonradan adının Elnur olmasını bildiyi şəxs ondan kim olduğunu və hansı məqsədlə qəbiristanlığın ərazisinə qız ilə gəldiyini soruşmuşdur. O isə öz növbəsində həmin şəxsdən adını söyləməsini istəmiş və yalnız bundan sonra öz adını deyəcəyimi bildirmişdir. Daha sonra həmin şəxs ondan qız ilə arasında hansı münasibətin olduğunu soruşmuşdur. O, qızın sevgilisi olduğunu bildirərkən, Elnur adlı həmin şəxs qızın və özünün valideynlərinin qəbiristanlığa gəlmələri barədə məlumatları olub-olmadığını xəbər almışdır. Bunun ardınca Elnur cibindən mobil telefonunu çıxararaq Aytəkinin valideynlərinə zəng edəcəyini demişdir. Ancaq o, buna ehtiyac olmadığını, belə ki, Aytəkinin həm atasının, həm də xalasının bu barədə məlumatlı olduqlarını söyləmişdir. Onlar birlikdə qəbiristanlığın içərisinə doğru bir qədər irəlilədikdən sonra Elnur adlı şəxs ondan qız ilə orada nə iş gördüyünü soruşmuşdur. Bu suala cavab olaraq qızın mərhum anasının məzarını ziyarət etmək məqsədilə qəbiristanlığa gəldiklərini bildirdikdə, həmin şəxs “Başqa bir iş görməmisiniz?” sualını vermişdir. O, yalnız Aytəkinin əllərindən tutduğunu, bir-birlərini qucaqladıqlarını və bir dəfə qızı üzündən öpdüyünü söyləmişdir. Bundan sonra Elnur adlı şəxs ondan qıza başqa nə isə edib-etmədiyini soruşmuş, lakin o, Aytəkin ilə arasında başqa heç nəyin yaşanmadığını qeyd etmişdir. Bu zaman Elnur ona gözləri ilə gördüyünə şahidlik etdiyini deyib guya Aytəkin ilə qəbiristanlığın ərazisində “başqa işlər” ilə məşğul olduqlarına eyham vurmuş və ünvanına “bacı söyüşü” söymüşdür. Daha sonra Elnur sağ əli ilə onun sol üzündən bir dəfə möhkəm şillə vurmuşdur. O, bundan bərk əsəbiləşib əynində olan yaşıl rəngli qolsuz gödəkçənin sağ yan cibindəki bıçağı çıxarıb Elnurun sağ kürək nahiyəsindən bir dəfə qəsdən zərbə endirmişdir. Elnur onun bıçaq zərbələrini davam etdirəcəyindən qorxaraq bir qədər kənarlaşmış və məzarların ətrafında dolanmağa başlamışdır. Məhz bu vaxt tanımadığı, ucaboy, saçının alın nahiyəsi bir qədər tökülmüş, 25-30 yaşlı bir nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxs onlardan nə üçün dalaşdıqlarını soruşduqda, o, həmin şəxsə heç nə deməmişdir. Bundan sonra adını söyləməyən həmin şəxs Elnuru ondan kənarlaşdırmış, o isə bıçağı cibinə qoyaraq qəbiristanlıqdan yaşadığı kəndə doğru getməyə başlamışdır. Bu zaman Elnur arxasınca “var-yox söyüşü” söyüb getməsinə mane olmağa çalışsa da, o, arxasınca gələsi şəxsin ünvanına söyüş söyüb uzaqlaşmağı davam etdirmişdir. Bundan başqa o, hadisə zamanı heç bir xəsarət almadığını, hadisədən əvvəl Elnurun yalnız bir dəfə onun üz nahiyəsindən şillə vurduğunu, Elnura ona əl qaldırması və ünvanına “bacı söyüşü” söyməsi səbəbindən bıçaqla xəsarət yetirdiyini, Elnura bıçaqla xəsarət yetirən zaman niyyətinin yalnlz və yalnız qorxutmaq məqsədi daşıdığını, Elnuru öldürmək istəməsindən söhbət belə gedə bilməyəcəyini, hadisənin təxminən 15-20 dəqiqə ərzində baş verdiyini, Elnura bıçaqla xəsarət yetirərkən ətrafda ikisindən başqa heç kimin olmadığını, hadisəni törətməzdən əvvəl Elnurun söyüşlərinə cavab verməkdən başqa heç bir nalayiq ifadə işlətmədiyini, hər hansı ictimai qaydanın pozulmasına yol vermədiyini, hadisəni törətdiyi bıçağın əvvəllər atası Zakirə məxsus olduğunu və həmin bıçağı təxminən 1 il əvvəl yaşadığı evdən götürdüyünü, bıçağın dəstəyi metal və qəhvəyi rəngli, iki ədəd pərçimlə dəstəyə bərkidilən taxta materialdan hazırlanmış, kiçik ölçülü, qatlanan tipli bıçaq olduğunu bildirmiş və həmin bıçağı könüllü surətdə istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Bərdə rayonu Hacılar kəndindən qonşu kənd olan Arabaçılar kəndinə getmişdir. Arabaçılar kəndi yaxınlıqda olduğu üçün qəbiristanlığın içərisindən keçən yol ilə piyada şəkildə hərəkətdə olmuşdur. Qəbiristanlığın giriş qapısından içəri daxil olaraq üst yol ilə təxminən 150 metr məsafə qət etmişdir. Yol ilə zaman orada atasının məzarına baş çəkmiş və sinə daşının üzərində olan gülləri düzəltmişdir. Daha sonra aşağı tərəfə gedən zaman qəbirlərin yanında bir oğlan və bir qızın dayandığını görmüşdür. O, oğlan və qızın öpüşdüyünü görmüşdür. Onlar onu görən kimi əyinlərini düzəldib ayağa durmuş, oradan çıxıb qəbiristanlığın yuxarısına tərəf getmişlər. O, həmin oğlan və qızın dayandıqları yerə doğru getmiş və oradakı qəbirin qonşuları Nizaminin arvadının qəbri olduğunu müəyyən etmiş, qızın Nizamının qızı Aytəkin olduğunu bilmişdir. Daha sonra sonradan adının Məhəmmədəli olmasını bildiyi oğlanın və Aytəkinin arxasınca gedərək hər ikisinin şəhidlərin dəfn edildiyi tərəfdə olduqlarını görmüşdür. Həmin yerə çatanda həmkəndlisi Mirova məxsus “VAZ-2107” markalı avtomobili görmüş, yaxınlaşanadək Aytəkin həmin avtomobilə minərək oradan uzaqlaşmışdır. Məhəmmədəli isə qəbiristanlığın aşağı tərəfinə gedərək özünün yaşadığı Mustafaağalı kəndi istiqamətində irəliləmişdir. O, Məhəmmədəlini səsləmiş və dayanmasını demişdir. Məhəmmədəli dayanaraq onu gözləmiş, o da yaxınlaşıb Məhəmmədəlidən kim olduğunu soruşmuşdur. Bu zaman Məhəmmədəli qızın sevgilisi olduğunu bildirmişdir. Daha sonra o, Məhəmmədəliyə “Adam istədiyi qızı qəbiristanlığa gətirib belə edir?” sualını ünvanlamış, qəbiristanlıqda qızla öpüşdüyü üçün bir dəfə şillə ilə Məhəmmədəlinin sifətindən vurmuşdur. Məhəmmədəli ona “Əmi, niyə elə danışırsan? Qızın atası da bilir, dayısı da bilir” sözlərini söyləmişdir. Həmin vaxt o, qızın həm atasının, həm də dayısının mobil nömrələrinə zəng edəcəyini, onların bundan xəbəri olduğunu, yoxsa yalan dediyini dəqiqləşdirəcəyini bildirmişdir. Əsas məqsədi Məhəmmədəlini kəndə aparmaq olduğu üçün tanışlarından birinə zəng edib qəbiristanlığa çağırmaq istəmişdir. Ancaq həmin tanışına zəng etsə də, zəngə cavab verilməmişdir. Bir neçə saniyə sonra onun mobil telefonuna zəng gəlmiş, o üzünü geriyə döndərib zəngə cavab verəndə Məhəmmədəli onu arxadan bıçaqla vurmuşdur. Dönüb sol əlini qarşıya uzatdıqda Məhəmmədəlinin vurduğu ikinci bıçaq zərbəsi onun sol qoluna dəymişdir. Daha sonra o, Məhəmmədəliyə mane olmuş, dostu Namiqin mobil nömrəsinə zəng edərək qəbiristanlıqda bıçaqla vurulması barədə məlumat vermiş və Namiqdən təcili qəbiristanlığa gəlməsini xahiş etmişdir. Bunun ardınca Məhəmmədəlini özündən kənarlaşdırmaq istəmiş, lakin Namiq təcili şəkildə oraya gələrək Məhəmmədəlini uzaqlaşdırmışdır. Məhəmmədəli qəbiristanlıqdan uzaqlaşaraq qaçmış, Namiq də ona kömək edərək əlindən tutmaqla onu qəbiristanlığın kənarına çıxarmışdır. Daha sonra Namiq tanışı Murada zəng edərək onun bıçaqlandığını və xəstəxanaya çatıdırılmalı olduğunu demişdir. Bir qədər sonra Murad adının sonradan Abdulla olmasını bildiyi şəxsin idarə etdiyi “Opel” markalı avtomobil ilə qəbiristanlığın aşağı tərəfinə gəlmişdir. Murad ondan nə baş verdiyini soruşanda, o, tanımadığı şəxsin onu bıçaqla vurub qaçdığını söyləmişdir. Bundan sonra onu avtomobilin arxa oturacağına əyləşdirib Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan başqa o, Məhəmmədəlinin onun Aytəkinin atasına və dayısına zəng edəcəyini zənn edib biabır olacağını düşünməsi səbəbindən onu bıçaqladığını, ikinci bıçaq zərbəsini vurduqdan sonra Məhəmmədəlinin qaçıb getdiyini, hadisə zamanı oraya başqa heç kəsim toplaşmadığını, Məhəmmədəlinin ona xəsarət yetirdiyi bıçağın dəstəyi qəhvəyi rəngli, kiçik bıçaq olduğunu və hadisənin təxminən 2-3 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 01 avqust 2003-cü il təvvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış və 2020-ci ildə orta məktəbi bitirmişdir. Məhəmmədəli xarakter etibarilə daim sakit təbiətli, sözəbaxan, böyük-kiçik yeri bilən bir övlad olmuş, indiyədək yaşadığı kənd sakinlərindən oğlu barəsində heç bir şikayət eşitməmişdir. Təxminən 2-3 il əvvəl Bərdə şəhərində yerləşən bazardakı mağazalardan birindən qatlanan tipli cib bıçağı almışdır. Həmin bıçağı almaqda məqsədi gündəlik işlər zamanı istifadə etmək üçün üzərində gəzdirmək olmuşdur. Təxminən 1 il əvvəl oğlu evdə olan zaman həmin bıçağa ehtiyacı olduğunu bildirərək evdən götürmüşdür. Ancaq həmin vaxtdan bıçağı ona geri qaytarmamışdır. Həmin bıçaq dəstəyi metal və qəhvəyi rəngli, iki ədəd pərçimlə dəstəyə bərkidilən taxta materialdan hazırlanmış, kiçik ölçülü, qatlanan tipli cib bıçağı olmuşdur. 24 mart 2021-ci il tarixdə saat 20:00 radələrində polis əməkdaşları yaşadığı evə gəlib oğlu Məhəmmədəlinin cinayət hadisəsi törətdiyini bildirərək Bərdə rayon polis şöbəsinə aparacaqlarını demişlər. O, oğlunun cinayət hadisəsi törətdiyini məhz həmin vaxt bilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs özünü tanımasa da, atası Sahibi tanıdığını, ancaq əvvəllər nə özü, nə də ailə üzvlərindən hər hansı biri ilə Zərərçəkmiş şəxs ailəsi arasında hər hansı düşmənçilik və ya ədavət olmadığını, hadisə baş verən gün oğlunun evdə olan zaman cinayət hadisəsi törətməsi barədə ona heç bir məlumat vermədiyini və Məhəmmədəli evə gəldikdən təxminən 15-20 dəqiqə sonra polis əməkdaşlarının gəlib oğlunu Bərdə rayon polis şöbəsinə aparacaqlarını söylədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 Adıgözəl oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 Adıgözəl oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il əvvəl tanımağa başlamışdır. Onunla Elnur arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət yaşanmamışdır. 24 mart 2021-ci il tarixdə saat 18:20 radələrində dayısı oğlu Şahid3 ilə birlikdə “Opel Astra” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığından keçmişdir. Dayısı oğlu Abdulla ilə birlikdə həmin kəndə yollanmaqda məqsədləri qısa müddət əvvəl vəfat etmiş mərhum əmisi Nemət Abdıyevin məzarını ziyarət etmək olmuşdur. Onlar avtomobil ilə qəbiristanlığın içərisindən keçən torpaq örtüklü yol ilə gedərkən qəflətən tanışı Elnurun tək şəkildə onlara doğru gəldiyini görmüşlər. Elnurun gəlişindən təntimiş vəziyyətdə olduğunu və yavaş-yavaş yeridiyini görüb dərhal Abdulla ilə birlikdə avtomobildən düşmüşdür. Elnura yaxınlaşıb nə baş verdiyini xəbər alan zaman Elnur tanımadığı şəxs tərəfindən bıçaqlandığını, bıçaqlayan şəxsin isə hadisəni törətdikdən sonra çıxıb getdiyini bildirmişdir. Həmin vaxt Elnurun əynində qara rəngli gödəkçə olmuşdur. Elnurun kürək nahiyəsinə baxarkən həqiqətən də xəsarət aldığını görüb Abdullaya Elnuru dərhal xəstəxanaya çatdırmaq lazım gəldiyini söyləmişdir. Daha sonra o, Abdulla ilə köməkləşib Elnuru avtomobilin arxa oturacağına yerləşdirmiş və Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Xəstəxanada həkimlər tərəfindən Elnura ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edilmişdir. Bundan başqa o, Elnura rast gələrkən ona və Abdullaya hansənin kim tərəfindən və hansı səbəbdən törədilməsi barədə heç bir məlumat vermədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 Adıgözəl oğlunun bildirdiklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Elnuru uşaqlıqdan tanıyır. 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində Elnur istifadəsində olan mobil nömrədən ona məxsus olan mobil nömrəyə zəng edərək Alaçadırlı kəndinin ərazisindəki qəbiristanlıqda olduğunu, bir nəfər şəxs tərəfindən bıçaqlandığını demişdir. O, Elnurdan kim tərəfindən bıçaqlandığını soruşan zaman Elnur həmin şəxsi tanımadığını söyləmişdir. Elnur zəng edərkən qəbiristanlığa yaxın məsafədə yerləşən çayxananın yanında olmuşdur. Buna görə də dərhal həmin yerdən qəbiristanlığa qaçmış və oraya çatanda Elnur və adının sonradan Məhəmmədəli olmasını bildiyi şəxsin bir-birilə əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Məhəmədəlinin bir əlində bıçaq, digər əlində isə daş olmuşdur. Onlara yaxınlaşaraq Elnuru tutmuş, bu zaman belindən qan axdığını görmüşdür. Məhəmmədəli isə oradan uzaqlaşmışdır. Daha sonra Elnura kömək edib xəstəxanaya aparmaq istəmişdir. Təxminən 30 metr hərəkət etdikdən sonra Elnurun daha gedə bilməyəcəyini hiss etmişdir. Buna görə də qohumu Murada zəng edərək Elnurun bıçaqlandığını və qəbiritsanlıqda olduğunu demişdir. Murad isə təxminən 1-2 dəqiqə sonra dayısı oğlu Abdulla ilə birlikdə “Opel” markalı avtomobil ilə həmin yerə gələcəklərini söyləmişdir. Murad və dayısı oğlu avtomobil ilə qəbiristanlığa gəldikdən sonra onlar Elnuru avtomobilin arxa oturacağına yerləşdirmiş, özü Elnurun yanında, Murad isə avtomobilin sağ qabaq oturacağında otumuşdur. X15 rayon Mərkəzi Xəstəxanasına aparmış və Elnurun həyatı xilas edilmişdir. Bundan başqa o, Məhəmmədəlinin Elnuru bıçaqlamasını görmədiyini, qəbiristanlığa çatanda Məhəmmədəlinin əlində bıçaq və daş olmasını gördüyünü, Elnurun Məhəmmədəlinin bıçaq zərbəsindən yayınmaq üçün əlini qarşıya uzatdığını, Elnur və Məhəmmədəlini ayırdıqdan sonra Məhəmmədəlinin qaçaraq uzaqlaşdığını, onları ayırarkən Məhəmmədəliyə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus olan “VAZ- 21074” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər iki şəxs ilə münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs, Şahid6 və sonuncunun adını bilmədiyi azyaşlı bacısını Bərdə rayonu Boyəhmədli kəndinə repetitor hazırlığına aparıb-gətirmişdir. O digər kənd sakinləri kimi Məhəmmədəlinin Aytəkini ailə qurmaq məqsədilə sevdiyini bilmişdir. 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində Məhəmmədəli, Aytəkin və bacısı hazırlıqdan çıxdıqdan sonra onun avtomobilinə əyləşmişlər. Həmin vaxt Məhəmmədəli avtomobilin sağ qabaq oturacağında əyləşərək ondan Bərdə rayonu Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlığın yanından keçərkən Aytəkinin anasının məzarını ziyarət etmələri üçün avtomobili saxlamasını xahiş etmişdir. Bu məqsədlə o, idarə etdiyi qırmızı rəngli, “VAZ-21074” markalı avtomobil ilə Bərdə rayonu Arabaçılar kəndinin ərazisində yerləşən qəbiristanlığın yanına gəlmiş, Məhəmmədəli və Aytəkin avtomobildən düşdükdən sonra sonuncunun mərhum anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa daxil olmuşlar. Lakin Aytəkinin kiçik bacısı avtomobildə qalmışdır. O da oğlunun məzarını ziyarət etmək üçün qəbiristanlığa daxil olmuş, bu zaman təxminən 30 metr aralı məsafədə Aytəkinin Məhəmmədəli ilə birlikdə qızın anasının məzarının yanında dayandıqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onlardan təxminən 30-40 metr aralı məsafədə dayanaraq siqaret çəkmişdir. O, qəbiritsnalıqdan tez çımış və gedib avtomobilində əyləşmiş və Aytəkinin bacısı ilə birlikdə Məhəmmədəli və Aytəkini gözləməyə başlamışlar. Təxminən 5 dəqiqə keçmçəmiş onların hər ikisi avtomobilə tərəf gəlmiş, Aytəkin avtomobilə əyləşmiş, Məhəmmədəli isə çantasını götürüb gedəcəyini söyləmişdir. O, avtomobili işə salıb kənd istiqamətində hərəkət etməyə başlamışdır. Daha sonra Aytəkin ilə bacısını gətirib evlərinin qarşısında düşürmüş və öz evinə getmişdir. Təxminən 10 dəqiqə sonra Aytəkinin atası Nizami onu səsləmiş və o, Nizaminin evinə getmişdir. Həmin vaxt Nizami ona qəbiristanlıqdan gəldikdən sonra Məhəmmədəlinin Elnur ilə dalaşdığını demiş, o da Nizamiyə bundan xəbəri olmadığını söyləmişdir. Bundan 1-2 gün sonra isə qəbiristanlıqda Elnurun Məhəmmədəlini vurduğunu, bu səbəbdən Məhəmmədəlinin ona bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 qızı ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu Qaradırnaq kənd tam orta məktəbinin Xİ sinfini bitirmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında tanımağa başlamışdır. Məhəmmədəli onun hazırlıq kursunda yoldaşı olmuş, Məhəmmədəli ilə arasındakı tanışlıq münasibəti sonradan sevgi münasibətinə çevrilmişdir. O, hazırlığa həmkəndlisi Mirovun avtomobili ilə getdiyi üçün Məhəmmədəli də bəzən həmin avtomobilə sərnişin qismində əyləşmişdir. Həmin vaxtlarda kiçik bacısı Aytən də onların yanında olmuşdur. X7 2010-cu ildə vəfat etmiş və Bərdə rayonu Arabaçılar kəndinin ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. 24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində o, kənd ərazisində yerləşən mağazanın qarşısında Məhəmmədəli ilə görüşmüş və anasının məzarını ziyarət etmək məqsədilə həmkəndlisi Mirova məxsus olan qırmızı rəngli, “VAZ-21074” markalı avtomobil ilə qəbiristanlığa getmişlər. Qəbiristanlığa çatıb anasının məzarını ziyarət etdikdən sonra geri qayıtmış və Məhəmmədəlinin yaşadığı kənd onun yaşadığı kənd ilə əks istiqamətdə yerləşdiyinə görə Məhəmmədəli piyada şəkildə oradan çıxıb getmişdir. O isə Mirovun avtomobilinə əyləşərək yaşadığı evə yollanmışdır. Anasının məzarını ziyarət edib qayıdarkən Məhəmmədəli onun əlindən tutmuş, qucaqlamış və bir dəfə üzündən öpmüş, həmin vaxt aralarında başqa heç nə yaşanmamışdır. Əvvəllər də Məhəmmədəli ilə arasında heç bir yaxınlıq olmamışdır. Zərərçəkmiş şəxs qonşusu kimi tanısa da, 24 mart 2021-ci il tarixdə Elnuru qəbiristanlıqda görməmişdir. Buna görə də qəbiristanlıqdan çıxıb getdikdən sonra orada nələrin baş verdiyini bilməmişdir. Sonradan Məhəmmədəli və Elnur arasında mübahisə yarandığını, Məhəmmədəlinin Elnuru bıçaqladığını eşitmiş, ancaq hadisəni gözləri ilə görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli Bərdə RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Vəkil Əsgərovun və Bərdə RPŞ-nin məsul növbətçisi, polis karitanı Firəddin Raqublunun raportlarından görünür ki, 24 mart 2021-ci il tarixdə saat 18:40 radələrində “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 Bərdə RPŞ-nə Bərdə rayonu Hacılar kəndində yaşayan 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol qol və sağ körpücük nahiyələrindən kəsilmiş-deşilmiş yara xəsarətləri alaraq xəstəxanaya gəlməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Arabaçılar kəndinin ərazisində yerləşən qəbiristanlıqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 mart 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd uzunqol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2021-ci il tarixli 148 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, atası Şahid1 və anası X4 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2021-ci il tarixli 147 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 aprel 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı hadisə zamanı ona iki dəfə bıçaq zərbəsi endirdiyini bildirməklə sonuncunu ifşa etmiş, Təqsirləndirilən şəxs isə iki dəfə bıçaq zərbəsi endirdiyini etiraf etmiş və əlavə olaraq bıçaq zərbəsi endirsə də, həmin zərbələrin Zərərçəkmiş şəxs dəymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1/498 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1/498 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Bərdə rayon şöbəsinin 30 aprel 2021-ci il tarixli 277 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ kürək üstü nahiyəsinin kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yarısının daxilə yaralanması, sağ tərəfli hemopnevmatoraks, sol bazunun orta 1/3-nin ön səthinin kəsilmiş-deşilmiş yaraları deşici-kəsici təsir göstərə bilən iti alət (alətlər), ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti 24 mart 2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlardan hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 08 may 2021-ci il tarixli 204-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd və sol qolun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunda olan deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qolunda olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Eyni zamanda Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində olan deşilmiş-kəsilmiş zədə ilə onun bədəninin sağ körpücük nahiyəsindəki deşilmiş-kəsilmiş xəsarətin arasında yerləşmələrinə görə uyğunsuzluq müəyyən olunmuşdur. Bu da paltarın bədənə nisbətdə yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 31 may 2021-ci il tarixli 278/78 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur və bu vəziyyətin əmələ gəlmə səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmamış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçağın, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd uzunqol köynəyin saxlama müddəti ərzində saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentybar 2021-ci il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 390 saylı tələbə biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olmasını, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanın ödənilməsini, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 24.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixədək, bu iş üzrə bir gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, dəymiş maddi ziyanın ödənilməsini, nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Bununla bağlı məhkəmə vurğulayır ki, 19 may 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaqhüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 19 may 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində isə göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 120 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd uzunqol köynək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd uzunqol köynək qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixədək bu iş üzrə cəmi 1 (bir) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış, təhsil və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 120 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd uzunqol köynək qanuni sahibinə qaytarısın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-265/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-265/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver