Məhkəmə qərarları › İş №1(100)-265/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-265/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-265/2024 07.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 5,143 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 fevral 2023-cü il tarixdə saat 22:45 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində yerləşən Gəncə şəhər 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində olmaqla kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda və ümumilikdə külli miqdarda, yəni müvafiq olaraq 2,838 qram və 2,305 qram olmaqla, ümumilikdə 5,143 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda dini nifrət və düşmənçiliyin salınmasına yönələn, forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ etməkdən ibarət olan, üzərində “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin təsvirləri əks olunmuş və “X14: Hüseyniyyun ordusu əmrini gözləyir!!!” yazıları olan 01 ədəd plakatı, üzərində Yunis Səfərovun təsviri əks olunmuş və “Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq” yazıları olan 01 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə 04 fevral 2023-cü il tarixdə saat 13:50-dək, yəni Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən evinə axtarış aparılıb aşkar edilənədək, yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə axşam saat 11-ə qalmış Gəncə şəhərində “Dımbış” ləqəbi ilə tanınan Şakirin dönərxanasında əlində əlcək, başında papaq, əynində isə önlük işləyib ət hazırlayarkən polis əməkdaşları ona yaxınlaşıb şöbəyə getməli olduğunu demişlər. O da sonuncularla birlikdə polis şöbəsinə getmişdir. Şöbəyə aparılan zaman polis əməkdaşları ona qarşı hər hansı xoşagəlməz hərəkət etməmişlər. Şöbədə adı qeydiyyata alındıqdan sonra onu rəisin otağına aparmışlar. Orada gödəkçənin önünü bağlamağını demişlər. Həmin vaxt hava soyuq olduğu üçün o, polis əməkdaşlarının onu fikirləşib belə dediklərini düşünmüşdür. Lakin gödəkçəsinin önünü bağladıqdan sonra rəislə birlikdə 8 nəfər polis əməkdaşı onu döymüşdür. O, nə üçün vurduqlarını soruşduqda polislər ona “sən bilirsən” demişlər. Bunun nəticəsində qulağı partlamış, sümüyü qırılmış və 50 günə yaxın qan ifraz etmişdir. Sonra ona qarşı ləyaqəti alçaldan hərəkətlər etmək istəyən zaman o, polislərə “nəyə desəniz qol çəkəcəm” demişdir. Bundan sonra şöbədəki kompyuter otağında adını bilmədiyi hündür və göy rəngli gözü olan polis əməkdaşı iki konfet formasında bərk sıxılmış bükümü onun əynində olan gödəkçəsinin sol cibinə qoyub özünün olduğunu deməsini istəmişdir. Bu məsələlər barədə anlayışı olmadığı üçün həmin vaxt narkotik vasitə istifadəçisi olduğunu deyəcəyi halda qısa müddət sonra azadlığa çıxacağını düşündüyü üçün o, videoçəkiliş zamanı cibinə qoyulmuş narkotik vasitəni təqdim edəndə bükümlərdən birini təqdim etmiş, digəri isə cibində qalmışdır. Polis əməkdaşları ondan digər bükümün harada olmasını soruşaraq seyfdən başqa büküm gətirmələrini demişdir. Bu zaman o, digər bükümün cibində olduğunu demişdir. Sonra aparılmış çəkilişə baxmaq üçün görüntünü notbukda nümayiş etdirmişlər. Səs gəlsə də görüntü olmamışdır. O da polislərə “Allah da istəmir, nə üçün belə edirsiniz” demişdir. Daha sonra polislər ondan İranda olub-olmadığını soruşmuşlar, o isə gözündə astiqmatizm olduğu üçün bir neçə dəfə müayinə, bir dəfə isə əməliyyat olunmaq üçün İran İslam Respublikasında olduğunu demişdir. Bu sözlərindən sonra polislər ona “elə ona görədir, bizə tapşırıq gəlib, narahat olma” demişlər. Həmin gün gecə saat 2-də anası xəstə olduğu üçün xalasına zəng edib baş verənləri danışmış və sabah da bu barədə anasına deməsini xahiş etmişdir. Bundan sonra onu müvəqqəti saxlama yerinə, oradan da 2 saylı istintaq təcridxanasına aparmışlar. Hər iki quruma daxil olarkən, həmçinin məhkəmə-tibbi ekspertizasından keçirilən zaman xəsarətləri yazılmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş, sadəcə siqaret çəkmişdir. İbtidai istintaq zamanı fiziki təzyiq və ləyaqəti alçaldan hərəkətlərə görə etiraf ifadələri vermişdir. Polis şöbəsində döyüldükdən sonra ağzı quruduğu üçün polislərdən su istəmişdir. Tanımadığı polis əməkdaşı da əli əsərək ona su vermişdir. O, həmin suyu içəndə duz daddığını hiss etmiş, lakin döyüldüyü üçün ağzının dadı olduğunu düşünərək içmiş və əl-üzünü yumuşdur. Bundan sonra gözləri yanmış, üç gün yata bilməmişdir. Ola bilsin ki, həmin vaxt narkotik vasitəni suyun içərisinə qatmışlar, ona görə də qanında narkotik vasitə aşkar edilmişdir. Onun yaşadığı evdə sadəcə Qafqaz Müsəlmanlar İdarəsinin təsdiq etdiyi bir neçə dini kitablar və İranla əlaqəsi olmayan İraq aliminin dini kitabı olmuşdur. Digər aşkar edilmiş plakat, fotoşəkillər və köynəklər onun evində olmamışdır. Fotoşəkillərdəki Tohid adlı şəxsin araqarışdıran olduğunu hesab etmişdir. Köynəklər isə onun ölçüsünə uyğun olmamışdır. Bir sözlə onun yaşadığı evdə iş materiallarında qeyd edilənlər olmamış, polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Onun bədənində olan xəsarətlərin müvəqqəti saxlama yerinə və 2 saylı istintaq təcridxanasına daxil olarkən, həmçinin məhkəmə-tibbi ekspertizasında qeyd edilməməsinin səbəbini izah edə bilməmişdir. Polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərardan heç nəyi sübut edə bilməyəcəyi üçün şikayət verməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, kokos kimi tanıdığı narkotik vasitə olan heroindən təxminən iki il əvvəldən istifadə etməyə başlamış və hal-hazırda da ara-sıra istifadə edir. O, kokosu siqaret kağızında qızdırıb tüstüsünü iyləməklə istifadə etmişdir. 02 fevral 2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhər 1 nömrəli tam orta məktəbin yaxınlığında olarkən yerdə ağacın dibindən sellofan büküm diqqətini cəlb etdiyindən onu yerdən götürüb içərisinə baxanda toz şəklində, qəhvəyi rəngli kokos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin maddənin istifadəçisi olduğu üçün nə olmasını asanlıqla başa düşmüş və öz istifadəsi üçün həmin bükümü götürüb içərisində olan maddəni iki hissəyə ayıraraq əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bir qədər həmin ərazidə gəzişdikdən sonra saat təxminən 22-23 radələrində mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda, daşımaqda, istifadə etməkdə və satmaqda şübhəli olmasını bildirmişlər. Həmin vaxt polis əməkdaşları onu özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində müdafiəçi ilə təmin olunduqdan sonra sonuncu ilə təklikdə söhbət edərək üzərində narkotik vasitə olduğunu, ancaq satmaq məqsədi ilə yox, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bir qədər sonra onun üzərində xidməti otaqlardan birində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşının təklifindən sonra o, etiraz etmədən əynindəki gödəkçəsinin sol yan cibindən həmin 2 ədəd sellofan bükümdəki kokos kimi tanınan narkotik vasitə olan heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisindəki maddələrin toz şəklində, qəhvəyi rəngli, yəni heroin olması oradakı şəxslərə də məlum olmuşdur. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilən maddənin heroin olduğunu, həmin maddəni tutulduğu gün axşam saatlarında 1 nömrəli məktəbin yaxınlığında yerdən tapdığını, satmaq niyyətində olmadığını, heç kimə satmadığını, heç kimə vermədiyini, öz istifadəsi üçün və rahat olsun deyə iki yerə ayırıb üzərində saxladığını, saxlanılan zaman və üzərində şəxsi axtarış aparılan vaxt polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, baxış zamanı müdafiəçi ilə təmin olunduğunu və üzərində baxışın qanuni şəkildə aparıldığını bildimrişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri 3 qram və 2,49 qram təşkil etmişdir. Bundan sonra həmin bükümlər zərfin içərisinə qoyulub qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi əlavə etirafedici ifadəsində göstərmişdir ki, Gəncə şəhərində mərhum Şeyx Şahindən, qısa müddət Hacı Etibardan və mərhum Seyid Həsən adlı şəxslərdən Əxlaq, Əqaid, Tohid, Əhkam və Fəlsəfə elmlərindən dini təhsil almışdır. Gəncə Şəhər Məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarına əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidəki fərdi yaşayış evində aşkar olunun kitabları Gəncə şəhərində dini mövzulardan yarışlar keçirilərkən qalib olduğu üçün verilən kitablar olmuşdur, qalanlarını isə Gəncə şəhərində yerini xatırlamadığı dini mağazalardan almışdır. Həmin kitablar, DVD disklər dini məzmunda olmuş və həmin kitabları özü mütəmadi olaraq oxumuş, DVD disklərə də baxmışdır. Dəftərçələrdə dini mövzular barədə qeydlər aparmışdır. Yaşadığı evdən aşkar edilmiş köynəkləri Gəncə şəhərində tanımadığı şəxsdən geyinmək üçün almışdır. Təxminən 2007-ci ildən 2017-ci ilədək ziyarət etmək və gəzmək üçün İran İslam Respublikasının Ərdəbil, Qum və Məşhəd şəhərlərində olmuşdur. Yaşadığı evdən aşkar edilmiş Ayətulla Xomeyninin, Yunis Səfərov, Tohid İbrahimbəyli, Hacı Talehin şəkilləri və həmin şəkillərin üzərində dini çağırışları Gəncə şəhərində xatırlamadığı vaxtda və yerlərdən almışdır. Zənn etmiş ki, dini alim kimi qəbul etdiyi Ayətulla Xomeyninin şəkilləri vardır, istifadə etmədiyi üçün digər şəxslərə məxsus şəkillərin orada olmasını bilməmişdir. Bütün sosial şəbəkələrdə “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkələrdən istifadə etmişdir. “WhatsApp” ani mesajlaşma proqramında “Kişilər Əhkam” Qrupunun üzvü olmuş və orada dini mövzularda verilən sualları izləmişdir. Ancaq dini çağırışları təbliğ edən qrupun üzvü olmamışdır. “WhatsApp” ani mesajlaşma proqramında “status” yerində ölkədə İran İslam Respublikasına dəstək və onları təbliğ edən videolar paylaşmışdır. Heç kəsə yaşadığı evdən aşkar edilmiş dini kitablardan, disklərdən və plakatlardan təbliğat məqsədi ilə verməmiş və bu barədə də bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün etiraf ifadələri vermiş və təzyiq altında olduğu üçün aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları Şahid7, Şahid2 və Şahid1 onu döyənlərin arasında olmamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə satması, üzərində saxlaması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Gəncə şəhər 1 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. Şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən sadəcə Təqsirləndirilən şəxs üzərindən 2 büküm narkotik vasitə aşkar edildiyini xatırlamış, bükümlərin çəkisini dəqiq xatırlamamışdır. Əməliyyat məlumatı idarəyə daxil olmuş və əməliyyat qrupuna kimin rəhbərlik etməsini xatırlamamışdır. Əməliyyat tədbirində ondan başqa Şahid7 da iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər 1 nömrəli məktəbin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs da üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını demişdir. Sonuncunun üzərinə narkotik vasitə qoyulmamış, Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və fiziki təsir göstərilməmişdir. İbtidai istintaq zamanı ifadəsini hadisənin üzərindən qısa müddət keçdikdən sonra verdiyi üçün bütün xüsusatları dəqiqliklə qeyd etmiş, ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, o da həmin qrupda iştirak etmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər 1 nömrəli orta məktəbin yanında saxlayaraq idarəyə gətirmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 ədəd sellofan büküm kütlə aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, əməliyyat məlumatı narkotik vasitəni satması, üzərində gəzdirməsi və saxlaması ilə bağlı olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrə baxış keçirdikdən sonra onların narkotik vasitə olan heroinə bənzədiyini bildirmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin ümumi çəkisi 5 qram olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı nə dediyini xatırlamır. Onlar Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə axşam saat 11-ə qalmış Gəncə şəhər 1 nömrəli orta məktəbin yaxınlığında “Dınbışın mağazası” tərəf deyilən ərazidə saxlamışlar və həmin vaxtı sonuncu tək olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir psixoloji və fiziki təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAB-ın kiçik əməliyyat müvəkkili Şahid2 Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞnin İTB-nin sahə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, sadəcə olaraq sonuncuya məxsus evin axtarışında iştirak etmişdir. O, hal şahidləri ilə birlikdə evə yaxınlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs evində anası və həyat yoldaşı olmuşdur. Axtarış nəticəsində evdən dini kitablar və digər dini məzmunlu predmetlər aşkarlanmışdır. Aşkarlanan predmetləri protokolda imzaları ilə təsdiq etmişlər. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, kitablardan əlavə “313” rəqəmi yazılmış köynəklər də aşkar edilmişdir. Qəbul etdiyi tibbi vasitələr onda yaddaş zəifliyi yaratadığından Təqsirləndirilən şəxs evindən aşkar edilənlərin hamısını xatırlamamışdır. Hal şahidləri qonşular olmuşdur. O, iştirakçılarla bir yerdə axtarışda iştirak etmiş və axtarışda iştirak edənlərin hamısı bir yerdə evə daxil olmuşdur. Axtarışda ondan əlavə əməliyyatçılar, müstəntiq, hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs yoldaşı və anası iştirak etmişdir. Təqsirləndirilən şəxs yoldaşı və anası axtarış aparılmasına etiraz etməmişlər, sadəcə hadisədən təsirlənib ağlamışlar. Evdən aşkar edilənlərdən yadında qalan “313” rəqəmi qeyd edilmiş köynəklər və dini kitablar olmuşdur. Şəxsi avtomobilinin qeydiyyat nömrəsi “333” olduğundan “3” rəqəmi ilə olan ədədlər yaddaşında qalmış və ona görə də o, “313” rəqəmi yazılmış köynəyi xatırlamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞnin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı evində keçirilmiş axtarışda iştirak etmişdir. Axtarışda təxminən 10-12 nəfər iştirak etmişlər. O, axtarış zamanı qonaq otağında olmuş və oradan bir şey çıxmamışdır. Həmin vaxt Cahandarın mətbəxdə yoldaşının qışqırıq səsini eşitmiş, Cahandarın yoldaşı demiş ki, “bunlar bizdə olan şey deyil”. Oradan diyəsən şəkil və plakat kimi şeylər götürmüşlər. O, şəxsən evdən nəsə aşkar etdiklərini görməmişdir. O, sonda şəkil və kitab görsə də, həmin əşyaların haradan götürüldüyünü yaxud çıxarıldığını bilməmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, axtarışda iştirak etmək üçün onu qonşu dəvət etmişdir. Digər hal şahidi də qonşu olmuşdur. O, mətbəxdən Günelin qışqırıbağladığını və “bizdə belə şey olmayıb” dediyini eşitmişdir. Axtarışda polislərdən başqa iki qonşu, Günel və Cahandarın anası iştirak etmişlər. O, qeyd etdiyi predmetlərin evdən aşkarlanması yaxud çıxarılması anını görməmişdir. Yekunda stolun üzərində 1-2 ədəd şəkilli köynək, broşür və kitab olmuşdur. Cahandarın anası da etiraz edərək stolun üzərində olanların özlərinə aid olmadığını demişdir. Yekunda protokol tərtib edilmiş və onlar da protokolu imza etmişlər. Polislər evə ondan əvvəl girməmişlər. Orada sadəcə aşkar edilmiş predmetlərin dini məzmunlu olduğunu demişlər. O, hazırda nəyin şahidi olmuşsa onu da danışmışdır. Şəkillərin haradan çıxmasını görməmişdir. Cahandarı dini qruplaşmaya qoşulmuş bir şəxs kimi tanımamışdır. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamışdır. 04 fevral 2023-cü il tarixdə saat 13:15 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində axtarış aparacaqlarını bildirib onun axtarış keçirilən zaman hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Polis əməkdaşlarına etiraz etmədikdən sonra ona hüquq və vəzifələri izah olunmaqla Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan fərdi yaşayış evində axtarışa başlanmışdır. Həmin axtarışda Təqsirləndirilən şəxs özü iştirak etməsə də vəkili və anası iştirak etmişdir. Polis əməkdaşları tərəfindən axtarış zamanı evin yataq otağından və mətbəxindən çoxlu sayda dini kitablar, DVD disklər, Ayətullah Xomeynenin”, “Hacı Talehin”, “Yunis Səfərovun” və “X5” şəkilləri əks olunmuş plakatlar aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş dini məzmunlu materiallar və kitablar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, evə polislərlə birlikdə daxil olmuş, evə daxil olarkən polis əməkdaşlarının əlində hər hansı plakat, kitab, o cümlədən çanta görməmiş, kitabların necə aşkarlandığını da bilməmişdir. Axtarış nəticəsində tərtib olunmuş protokolu görmə qabiliyyəti zəif olduğundan oxumadan imza etmişdir. Plakatları stolun üzərinə polis işçiləri yığmış, bununla belə o, polislərin plakatları haradan gətirdiklərini görməmiş, o, axtarış aparılarkən evin yalnız qonaq otağında olmuş, bir də yataq otağının qapısının qarşısında dayanmışdır. Həmin müddətdə isə heç nə aşkar edilməmişdir. Digər otaqda və mətbəxdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuş və bir qonşu kimi yaxşı münasibəti olmuşdur. O, evdə olarkən Günel onu çağırıb onlara gəlməsini xahiş etmişdir. O da Cahandarın anasının ağrıdığını düşünüb sonuncuların evinə getmişdir. Onların evinə çatanda orada 5-6 polis əməkdaşı olduğunu görmüşdür. O, içəri keçdikdən sonra qapını bağlayıb çölə çıxmamağını demişlər. O, hələ ki nə baş verdiyini başa düşməmişdir. O, polislərə öz evinin qapısını açıq qoyub gəldiyini desə də, sonuncular ona burada gedən proseslərin şahidi olmasını demişlər. Polis əməkdaşları otaqları axtarmışlar. Bu zaman onlar kənardan baxmışlar. Polislərdən biri yataq otağında uşaq çarpayısının içərisini axtarmışdır. Bu zaman arxadakı polislərdən biri uşaq çarpayısını axtaran polis əməkdaşına “sən yaxşı axtarmırsan, keç mən axtarım” demişdir. Digər polis əməkdaşı uşaq çarpayısının yanına keçən zaman Günelin qışqıraraq “bu bizdə yoxdur, nə üçün buraya qoydun” demişdir. Onlar söhbətin nədən getdiyini bilməmiş, sadəcə kənardan baxmışlar. Günel qışqırandan sonra ona məlum olmuş ki, Günel üzərində dini yazılar olan koftaları nəzərdə tutmuşdur. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, axtarışdan sonra protokol tərtib edilmiş, o, bir az tərtib edilmiş protokolu oxumuş, bu zaman ona “nə üçün oxuyursunuz, gördüklərinizdir, imzalayın” demişlər. O da imza etmişdir. Polis əməkdaşları üzərində dini yazılar olan koftaları çıxaran zaman Günel qışqıraraq “bu bizdə yoxdur, nə üçün buraya qoydun” demişdir. Polislərin əlində evi axtarmaq üçün keçəndə heç nə olmamışdır. O, ibtidai istintaq zamanı ifadə verməmiş, sadəcə protokolu imzalamışdır. O, Cahandarın dini qruplaşmaya qoşulmuş bir şəxs kimi tanımamışdır. O, Cahandarı yaxşı qonşu kimi tanımışdır. Dini məzmunlu kitab və şəkilləri sonradan polisin əlində görmüşdür. O, Cahandarın evinə gələndə polislərin əlində heç nə görməmişdir. O, axtarışdan sonra aşkar edilənləri görmüşdür. Gəlin və anası “bunu siz etdiniz” deyə qışqırıb-ağlamışlar. Hər hansı bir polis əməkdaşının evdəkilərə qarşı təhqir etmə və ya döymə kimi hərəkətləri olmamışdır. Şahid6 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid6 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamışdır. 04 fevral 2023-cü il tarixdə saat 13:15 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində axtarış aparacaqlarını bildirib onun axtarış keçirilən zaman hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Polis əməkdaşlarına etiraz etmədikdən sonra ona hüquq və vəzifələri izah olunmaqla Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan fərdi yaşayış evində axtarışa başlanmışdır. Həmin axtarışda Təqsirləndirilən şəxs özü iştirak etməsə də vəkili və anası iştirak etmişdir. Polis əməkdaşları tərəfindən axtarış zamanı evin yataq otağından və mətbəxindən çoxlu sayda dini kitablar, DVD disklər, Ayətullah Xomeynenin”, “Hacı Talehin”, “Yunis Səfərovun” və “X5” şəkilləri əks olunmuş plakatlar aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş dini məzmunlu materiallar və kitablar polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindəki imza ona məxsusdur, həmin ifadəsində qeyd edilmiş kitabların hamısını çıxarıb stolun üzərinə qoymuşlar və o, həmin kitabların hamısını görmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/185 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə..” sözlər və imzalar kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,838 qram və 2,305 qram olmaqla, ümumi təmiz çəkisi 5,143 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi) razılıq tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 5,143 qr., tədqiqata sərf edildi - 0,2 qr. (hər bir ob. 0,1 qr.), qalıq – 4,943 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/867 saylı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəyli və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların və onların üzərindəki yazıların (“X14: Hüseyniyyun ordusu əmrini gözləyir!!!; Gələcəyin ordu generalı, xalq qəhrəmanı Yunis Səfərova azadlıq”) forma və məzmunu Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ etməkdən ibarətdir; 2) Təqdim olunmuş materiallar linqvistik və dinşünaslıq baxımından təhlil edildikdə Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilməsinə və ya ərazi bütovlüyünün parçalanmasına yönələn açıq çağırışlar aşkarlanmamışdır; 3) Ekspertizaya təqdim edilmiş ədəbiyyat nümunələrindən “Şövqididar” kitabı və “Ürək oxşayanlar” adlı bədii filmdən ibarət DVD disk istisna olmaqla, digər ədəbiyyat nümunələri və məlumat materialları dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X23 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir:

1. X20 Əzimi. “X15 həyat və kəramətləri”;

2. X25. “Dinlərin insanlara xidməti”;

3. X7. “X16 həyatı”;

4. Mürtəza Mütəhhəri. ”İslamda qadın haqları”;

5. X24. “İzahlı şəriət məsələləri”;

6. X18 ibn Cəfər ən-Numani. “Kitabul-geybə” (Geybəti-Numani”);

7. Cəfər Sübhani. “İslamda əqidə əsasları”;

8. X26 ibn Sina. “Görüntülər”; Ekspertizaya təqdim olunmuş 4 (dörd) ədəd fotoda əks olunmuş 4 (dörd) ədəd plakat qanunvericiliyin tələblərinə zidd olaraq (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi), X23 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmişdir. Misbah Yəzdinin “Nəhcül-bəlağə prizmasından ən yaxşılar və ən pislər” kitabının X23 üzrə Dövlət Komitəsinin müvafiq razılığı əsasında çap və ya idxal olunduğunu müəyyən etmək mümkün olmamışdır; 4) Təqdim edilmiş dini materiallardan “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin və Yunis Səfərovun fotoşəkillərindən ibarət plakatlarda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin əlamətləri vardır; 5) Ekspertizaya təqdim edilmiş dini ədəbiyyat nümunələri ölkə nəşriyyatında çap olunmuşdur; 6) Ekspertizaya təqdim edilmiş Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın təbliğatı mahiyyəti daşıdığından dini ekstremist material sayılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 511 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 166 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə həmin tarixdə saat 22:45-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 2 ədəd sellofan bükümünü çıxarıb təqdim edərək içərisində kokos kimi tanınan narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümlər açıldıqda içərisindəki kütlənin tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olmaları və elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 3 qram və 2,49 qram olmaları müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Xiaomi” markalı mobil telefon və 1 ədəd siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümlər və mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmadığını, təqdim etdiyi kütlənin kokos kimi tanınan narkotik vasitə heroin olduğunu, əsəblərini sakitləşdirmək üçün heroindən qəbul etdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsaslı olduğundan təmin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə özünün iştirakı olmadan müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidəki ünvansız fərdi yaşayış evində axtarış aparılan zamanı dini məzmunlu kitablar, DVD disklər, plakatlar, Tohid İbrahimbəylinin və Yunis Səfərovun təsvirləri əks olunmuş plakatların üzərində olan yazılarda (X14: Hüseyniyyun ordusu əmrini gözləyir!!!; Gələcəyin ordu generalı xalq qəhrəmanı Yunis Səfərova azadlıq) forma məzmunlu Azərbaycan Respublikasında vilayəti-fəqih ideologiyalarına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal dini-ekstremist ideyaları təbliğ edən materiallar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAB-ın əməliyyat müvəkkili Şahid7 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələri qəbul etməsində, üzərində gəzdirməsində və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, narkotik vasitələrin qəbulunda, satışında və üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:45-də Gəncə şəhərində 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyini və tarixini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, eləcə də onun narkotik vasitələr satmış şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun icraatında olmuş 529 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı daxil olmuş material əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Gəncə şəhər prokurorluğunun müstəntiqi X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,943 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılan zaman yaşadığı evin yataq otağından və mətbəxindən aşkar edilərək götürülmüş dini məzmunlu kitablar, üzərində dini yazıları olan vərəqələr, 17 ədəd DVD disklər, üzərində Hacı Taleh adlı şəxsin şəkli olan və köynəyin arxa hissəsində “313” rəqəmi və qılınc təsviri həkk olunmuş qara rəngli 3 ədəd qısaqol köynəklər, dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat, habelə üzərində dini yazılar olan digər plakatlar iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş “tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə qəbul olunan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1 xx.xx.2016-cı il təvəllüdlü Qamət Aslanov, xx.xx.2019-cu il təvəllüdlü Əbəlfəzl Aslanov və Fatimə Aslanova adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində dini baxışlarına görə saxlanıldığını, saxlanılan zaman üzərində narkotik vasitə olan heroinin olmadığını, polis əməkdaşlarının onu döyərək cibinə narkotik vasitə olan heroini qoyduqlarını, ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyini, ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün etirafedici ifadələr verdiyini və təzyiq altında olduğu üçün aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, yaşadığı evdən aşkar edilmiş plakatların, fotoşəkillərin və köynəklərin ona aid olmadığını, həmin əşyaları yaşadığı evə polis əməkdaşlarının qoyduqlarını, onun bədənində olan xəsarətlərin müvəqqəti saxlama yerinə və 2 saylı İstintaq Təcridxanasına daxil olarkən, həmçinin məhkəmə-tibbi ekspertizadan keçirilən zaman aşkar edilməməsinin səbəbini izah edə bilmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, o cümlədən digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs dini baxışlarına görə deyil, məhz narkotik vasitələrin qəbulunda, satışında və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanılaraq polis idarəsinə gətirilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş iki bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, o cümlədən yaşadığı evindən aşkar edilmiş dini ekstremist material sayılan iki ədəd plakatın və digər dini kitabların özünə məxsus olduğunu, həmin plakat və kitabları Gəncə şəhərində xatırlamadığı vaxtda və yerlərdən aldığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin ifadələrində saxlanılan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə, o cümlədən fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçisinin iştirakı ilə alınmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb təqdim edərək içərisində kokos kimi tanınan narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmadığını, təqdim etdiyi kütlənin kokos kimi tanınan narkotik vasitə heroin olduğunu, əsəblərini sakitləşdirmək üçün heroindən qəbul etdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib aşkar olunan narkotik vasitə olan heorinin özünə məxsus olduğunu, əsəblərini sakitləşdirmək üçün heroindən qəbul etdiyini, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid7 və Şahid2 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, üzərindən aşkar olunan narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından və Gəncə şəhər BPİ-dən daxil olmuş məktublarda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 166 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulduqdan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 511 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ekspertizadan keçirilən zaman verilmiş suallara cavab olaraq narkotik vasitə olan heroindən istifadə etdiyini və aşkar edilmiş narkotik vasitəni tapdığını etiraf etmişdir. Eyni zamanda Gəncə şəhər prokurorluğunun icraatında olmuş 529 C-23 nömrəli ilkin yoxlama materialında olan xx.xx.2023-cü il tarixli, 2288 məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, Gəncə şəhər prokurorluğunda aparılan araşdırma materialı üzrə məhkəmə-tibbi müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması aşkar edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2023cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi elə məhkəmə istintaqı zamanı onun hüquqlarını müqavilə əsasında müdafiə edən eyni vəkil, yəni Müdafiəçi2 olmuş və həmin müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin özünə məxsus olmadığını və həmin maddəni onun üzərinə psixi təzyiq altında polis əməkdaşlarının qoyduğunu bildirdiyi üçün ibtidai istintaqı aparan müstəntiq bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı daxil olmuş material əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Gəncə şəhər prokurorluğunun müstəntiqi X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti rəsmi qaydada Cahahdar Aslanova göndərilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı müraciəti üzrə Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Əksinə həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərardan heç nəyi sübut edə bilməyəcəyi üçün şikayət vermədiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bir tərəfdən polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılığa yol verdiklərini göstərsə də, digər tərəfdən məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş materiallarında olan sənədlərə əsasən onun saxlanmasında və üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətində iştirak etmiş polis əməkdaşları Şahid7, Şahid2 və Şahid1 onu döyən şəxslər arasında olmadıqlarını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi haqqında protokolda, o cümlədən şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə və “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş materiallarında olan sənədlərə əsasən onun saxlanmasında və şəxsi axtarış istintaq hərəkətində iştirak etmiş polis əməkdaşları Şahid7, Şahid2 və Şahid1 onu döyən şəxslər arasında olmadıqlarını göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs yaşadığı evində keçirilmiş axtarışda iştirak etdiyini, evin mətbəxində Təqsirləndirilən şəxs arvadının qışqırıq səsini eşitdiyini və sonuncunun “bunlar bizdə olan şey deyil” bildirdiyini, axtarış zamanı dindi kitabların və plakatların evdən aşkarlanması yaxud çıxarılması anını görmədiyini, yekunda stolun üzərində 1-2 ədəd şəkilli köynək, broşür və kitab gördüyünü göstərsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, evə polislərlə birlikdə daxil olmuş, evə daxil olarkən polis əməkdaşlarının əllərində hər hansı plakat, kitab, o cümlədən çanta görməmiş, plakatları stolun üzərinə yekunda polis işçiləri yığmışdır. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaq zamanı ifadə vermədiyini, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş axtarışda iştirak etdiyini, axtarış zamanı Təqsirləndirilən şəxs arvadı Günel Aslanovanın qışqıraraq “bu bizdə yoxdur, nə üçün buraya qoydun” dediyini göstərsə də, məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid6 ifadəsində evi axtarmaq üçün içəri daxil olan zaman polis əməkdaşlarının əllərində heç nə olmadığını, axtarış zamanı hər hansı bir polis əməkdaşının evdəkilərə qarşı təhqir etmə və ya döymə kimi hərəkətlərə yol vermədiyini, axtarışa dair tərtib edilmiş protokolu oxuduğunu və imza etdiyini, axtarış zamanı Təqsirləndirilən şəxs evindən dini kitabların və plakatlar aşkar edildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsindəki imzanın ona məxsus olduğunu, həmin ifadəsində qeyd edilmiş kitabların hamısının çıxarılıb stolun üzərinə qoyulduğunu gördüyünü, ibtidai istintaq zamanı verdiyi ifadəsini də oxuduğunu göstərmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş axtarışda anası X11 və arvadı X8 iştirak etmişlər, baxış zamanı evdən dini ekstremist materiallar aşkar edilmiş, yekunda axtarışa dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən, yəni Qətibə Tağıyeva, Günel Aslanova, eləcə də hal şahidi kimi Şahid5 və Şahid6 tərəfindən hər hansı bir etiraz və ya qeyd verilmədən imza olunmuşdur. O cümlədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadəsində yaşadığı evindən aşkar edilmiş dini ekstremist material sayılan iki ədəd plakatın və digər dini kitabların özünə məxsus olduğunu, həmin plakat və kitabları Gəncə şəhərində xatırlamadığı vaxtda və yerlərdən aldığını etiraf etmişdir. Belə olan halda məhkəmə tərkibi Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs qonşuları olmalarını nəzərə alaraq onların məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən dini ekstremist materialların aşkar edilməsi hissəsində verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri obyektiv ifadələr kimi qəbul edir və ittihamın həllində adları qeyd edilən şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı evindən dini ekstremist materialların aşkar edilməsi hissəsində Şahid5 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində, o cümlədən məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müqavilə əsasında müdafiəçisi Müdafiəçi2 məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. O cümlədən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı müraciəti üzrə Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə özünün, nə də ki müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən yaşadığı evə keçirilmiş axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, dini ekstremist materiallarını əldə edərək gələcəkdə yayma məqsədi ilə yaşadığı evində saxlamasına münasibətdə Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 167-3.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitəyə münasibətdə onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, o cümlədən digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə daxil olduğu göstərilsə də, elə iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyini və tarixini, həmçinin onun narkotik vasitələri satmış şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid7 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktı ilə bağlı məlumatın əldə edilməsinin mümkün olmadığını, Təqsirləndirilən şəxs özünün də saxlanılan zaman narkotik vasitədən heç kimə satmadığını və alqı-satqısı ilə məşğul olmadığını bildirdiyini göstərmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə aludəçisi olmasa da əsəblərini sakitləşdirmək üçün heroindən qəbul etdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, heç kimə narkotik vasitə satmadığını və vermədiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixdə yaşadığı evində aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış və ya satış məqsədi ilə əldə etməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olmuş disklərə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 511 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, xüsusilə də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və aşkar edilmiş heroinin iki bükümdə olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, həmçinin hər hansı şəxs və ya şəxslərə narkotik vasitə olan heroini satmasını, o cümlədən heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin iki bükümdə olması ilə bağlı da Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə aludəçisi olmasa da əsəblərini sakitləşdirmək üçün heroindən qəbul etdiyini, öz istifadəsi üçün rahat olsun deyə iki yerə ayırıb üzərində saxladığını bildirmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə, cinayət işinin materiallarında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq təqdim edilməsi və məhkəmə nəzarəti qaydasında yoxlanılması öz təsdiqini tapmır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi və heroinin iki bükümdə olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/185 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 5,143 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 262 (iki yüz atmış iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,943 qram narkotik vasitə olan heroin məhv edilməli, bir ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılan zaman yaşadığı evin yataq otağından və mətbəxindən aşkar edilərək götürülmüş dini məzmunlu kitablar, üzərlərində dini yazıları olan vərəqələr, 17 ədəd DVD disklər, üzərində Hacı Taleh adlı şəxsin şəkli olan və köynəyin arxa hissəsində “313” rəqəmi və qılınc təsviri həkk olunmuş qara rəngli 3 ədəd qısaqol köynəklər, dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat, habelə üzərində dini yazılar olan digər plakatlar məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinə dair 01 ədəd disk və telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 511 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 fevral 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,943 qram narkotik vasitə olan heroin məhv edilsin. Bir ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bağ evləri adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılan zaman yaşadığı evin yataq otağından və mətbəxindən aşkar edilərək götürülmüş dini məzmunlu kitablar, üzərlərində dini yazıları olan vərəqələr, 17 ədəd DVD disklər, üzərində Hacı Taleh adlı şəxsin şəkli olan və köynəyin arxa hissəsində “313” rəqəmi və qılınc təsviri həkk olunmuş qara rəngli 3 ədəd qısaqol köynəklər, dini ekstremist material hesab edilən Tohid İbrahimbəylinin fotoşəkillərindən ibarət plakat və Yunis Səfərovun fotoşəkili əks olunmuş plakat, habelə üzərində dini yazılar olan digər plakatlar məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinə dair 01 ədəd disk və telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar