Məhkəmə qərarları › İş №1(100)-265/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-265/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-265/2025 09.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1976-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli olmaqla himayəsində beş azyaşlı uşağı olan, ikinici qrup əlil, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 43, mənzil 13-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində 19 mart 2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbi və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 17:50-də ünvan 2 ünvanda yerləşən “Azəriqaz” istehsalat birliyinin X13 İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti, 165A ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 17 mart 2024-cü il tarixdə saat 18:45-dən saat 20:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd qəhvəyi rəngli parça torbacıqda 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həb və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, axşam saat 5 radələrində yol ilə gedərkən Rəfail adlı şəxs ona onunla siqaret almaq üçün birlikdə getməyi təklif etmişdir. O, qaz idarəsinin yanına getmiş və orada polis əməkdaşları onun başına nəsə keçirərək avtomobilə əyləşdirmişlər. O, baş vermiş hadisə ilə bağlı orada olan polis əməkdaşlarından Murad adlı polis əməkdaşını tanımışdır. O avtomobildə olarkən onun baş nahiyyəsindən vurmuşlar. Hadisə payız aylarında baş vermişdir. O, avtomobildə olarkən Fəxri adlı polis əməkdaşı onun pencəyinin cibinə nəsə qoyaraq onun əynində olan pencəyin ağzını bağlamışdır. Bundan sonra onu polis əməkdaşları polis şöbəsinə aparmışlar. O polis şöbəsində olarkən polis əməkdaşları onun hər iki qolunu tutaraq videoçəkiliş aparmaq istəmişlər. Həmin vaxt ilk dəfə çəkilən videoçəkiliş alınmamışdır. O, polis əməkdaşları tərəfindən hədə-qorxu və təzyiqlərə məruz qalmışdır. Şöbədə polis əməkdaşı Murad adlı şəxs tərəfindən narkotik vasitə onun cibinə qoyulmuşdur. Sonra polis əməkdaşları onu müvəqqəti saxlama yerinə aparmışlar. O, 2 (iki) gün müvəqqəti saxlama yerində qalmış, daha sonra onu məhkəməyə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının 7-də ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin qanunsuz daşınması qeyd olunmuşdur. Əməliyyat qrupu yaradılmış, Qazax şəhəri “Əhməd Seyidov” küçəsində yerləşən qaz idarəsinin yaxınlığında Mircəfər və adı sonradan ona məlum olan Rəfail adlı şəxs saxlanılmışlar. Onlar Mircəfər və Rəfailə yaxınlaşmış, özlərini təqdim etmişlər. Mircəfərə narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı şübhəli şəxs olduğunu bildirilmişlər. Mircəfər və Rəfail onlar tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Təhqiqatçı ilə birlikdə Mircəfərin üzərinə baxış keçirilmiş, Mircəfərə üzərində hər hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs cibindən kiçik bir torba çıxarmış və dostu Murad tərəfindən qoyulduğunu demişdir. Həmin torbanın içərisindən 2 ədəd büküm çıxmış, 1(bir) bükümdən kapsulalar, dərmanlar, digər bükümdən isə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlənin çəkisi 10,18 qram olmuşdur. Aşkar olunmuş maddə qablaşırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə onlara əməliyyat məlumatı daxil olmuş və istintaq qrupu yaradılmışdır. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 17 mart 2024-cü ildə 2 (iki) nəfər, yəni Mircəfər və Rəfail adlı şəxs “Əhməd Seyidov 26” ünvanda saxlanılmışlar. Bundan sonra Mircəfər və Rəfail Qazax rayon polis şöbəsinə gətirilmiş və onlar şöbənin növbətçi hissəsinə məsul şəxsə təhvil verilmişlər. Həmin vaxt vəkil təyin olunmuş və təhqiqatçı dəvət olunmuşdur. Bunda sonra təhqiqatçının iştirakı ilə Mircəfər və Rəfail adlı şəxsin üzərinə baxış keçirilmişdir. Mircəfər adlı şəxs üzərində torbada bükülmüş olan, qanunsuz narkotik maddəni təqdim etmişdir. 2 (iki) bükümdən ibarət olan metamfetamin və dərmanlar onlar tərəfindən hal şahidlərinin iştirakları ilə sənədləşdirilmiş və ekspertizaya göndərilmişdir. Mircəfər narkotik vasitənin onun üzərinə kiminsə tərəfindən qoyulduğunu ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə onlara əməliyyat məlumatı daxil olmuşdur. 6 (altı) nəfərdən ibarət əməliyyat qruu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsində şübhəli şəxs olduğu bildirilmişdir. Onlar 2(iki) avtomobillə birlikdə “Əhməd Seyidov” küçəsinə getmişlər. Onlar qaz idarəsinin yaxınlığında olarakən oraya 2(iki) nəfər şəxs gəlmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs tanıdığını, lakin digər şəxsi tanımadığını bildirmişdir. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər isə heç bir tabesizlik göstərməmişlər. Onların saxlanılması səbəbləri izah edildikdən sonra, həmin şəxslər onlarla birlikdə Qazax rayon Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs yanında olan Rəfail adlı şəxs digər polis əməkdaşları tərəfindən saxlanmış və şöbəyə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Şübhəli şəxs vəkil ilə təmin olunmuş və təhqiqatçı ilə birlikdə üzərinə baxış keçirilmişdir. Şübhəli şəxsə ilk olaraq üzərində hər hansı bir qanunsuz maddə varsa təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs pencəyinin iç cibindən narkotik maddəni özü çıxararaq təhqiqatçıya təqdim etmişdir. Şübhəli şəxs tərəfindən çıxarılmış narkotik maddə parçaya bükülmüş halda olan iki bükümdən ibarət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında polis əməkdaşı Şahid1 məlumat daxil olmuşdur. Həmin vaxt əməliyyat qrupu yaradılmış, o da həmin qrupda olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli şəxs olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yanındakı digər şəxs onlara qarşı heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Rəfail adlı şəxs onunla birlikdə Qazax rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Mircəfərin ziyarətgahı olmuşdur. O, mediada oprator kimi işlədiyindən ziyarətgaha gedib oranı çəkmişdir. O, çəkdiyi çəkilişi “youtube” platformasında paylaşmışdır. Məhkəmədə tədqiq edilmiş 17 mart 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli “Üzləşdirmə” haqqında protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb avtomobilə əyləşdikdən sonra bir yanında özü, digər yanında Şahid3 əyləşdiyini, nə o, nə də digər polis əməkdaşı onun əynindəki qış gödəkçəsini başına keçirmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı demiş,Təqsirləndirilən şəxs vurmamış,sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni cibinə qoymamışlar, şəxsi axtarış zamanı təkrar videoçəkiliş aparılmamışdır. O, Fəxri Aslanovun adını çəkməmişdir. Müdafiəçinin sualına cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etməmiş və onun tərəfindən cibinə qoyulmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid1 üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə onu saxlayan polis əməkdaşlarından yalnız Şahid1 tanımış, saxlanılan zaman əynində olan qış gödəkçəsi başına çəkilmiş, müəyyən edə bilmədiyi şəxs tərəfindən başına bir neçə dəfə şillə vurulmuş, onu avtomobilə əyləşdirən zaman Şahid1 diqqətini yayındırmaq üçün əvvəllər Qazax rayon Polis Şöbəsində işləmiş Fəxri Aslanovun adını çəkərək “Fəxri müəllim lazım deyil” demişdir. Onun üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olammış, avtomobildə gələn zaman Şahid1 narkotik vasitə və psixotrop maddəni cibinə qoymuşdur. Qazax rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman videokamera xarab olduğu üçün videoçəkiliş dayandırılmış, daha sonra videokamera təmir edilərək videoçəkiliş yenidən başlanılmışdır Məhkəmədə tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı deyərək göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb Qazax rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəni və psixotrop maddəni cibindən çıxarıb təqdim etmiş, narkotik vasitəni və psixotrop maddəni hansısa polis əməkdaşı onun cibinə qoymamışdır. Şəxsi axtarış iki dəfə yox, bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı şillə ilə vurmamışdır. O hər hansı polis əməkdaşına “Siz gəncədənmi gəlibsiniz?” sualını verməmiş, Təqsirləndirilən şəxs saxlanılmasında yalnız Qazax rayon Polis Şöbəsinin əməkdaşları iştirak etmişdir. Müdafiəçinin sualına cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etməmişdir, kim tərəfindən onun cibinə qoyulmasını deməsini xatırlamır. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid2 üzünə qarşı demişdir ki, onu Qazax rayon Polis Şöbəsinə gətirildikdən sonra görmüşdür, Qazax rayon X11 Hacıyev başında idman papağı olan polis əməkdaşına “Siz gəncədənmi gəlibsiniz?” sualını vermişdir. 17 mart 2024-cü il tarixdə saxlanılmasında Şahid2 iştirak edib-etmədiyini bilmir, saxlanılan zaman əynində olan qış gödəkçəsini başına keçirdikləri üçün polis əməkdaşlarının heç birinin üzünü görməmişdir. Saxlanılan zaman hansısa polis əməkdaşı bir neçə dəfə şillə ilə başına vurmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır, onları cibinə Şahid1 qoymuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə aparılmışdır. Məhkəmədə tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb avtomobilə əyləşdikdən sonra bir yanında özü, digər yanında Şahid1 əyləşmiş, nə o, nə də digər polis əməkdaşı onun əynindəki qış gödəkçəsini başına keçirməmiş, Təqsirləndirilən şəxs vurmamış və hər hansı formada fiziki zor tətbiq etməmiş, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni cibinə qoymamışlar, şəxsi axtarış zamanı narkotik vasitəni və psixotrop maddəni cibindən çıxarıb təqdim etmiş, şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə yox, bir dəfə aparılmışdır. Müdafiəçinin sualına cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etməmiş və Şahid1 tərəfindən cibinə qoyulmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid1 üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə saxlanılmasında və üzərində şəxsi axtarış aparılmasında Şahid3 iştirak edib-etmədiyini xatırlamır, saxlanılan zaman əynində olan qış gödəkçəsini başına keçirdikləri üçün polis əməkdaşlarının heç birinin üzünü görməmişdir. Saxlanılan zaman hansısa polis əməkdaşı başına bir neçə dəfə şillə vurmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır, onları cibinə Şahid1 qoymuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə aparılmışdır. Məhkəmədə tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, şahid X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı İlkin İsgəndərov ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb Qazax rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəni və psixotrop maddəni cibindən çıxarıb təqdim etmiş, narkotik vasitəni və psixotrop maddəni hansısa polis əməkdaşı onun cibinə qoymamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə yox, bir dəfə aparılmışdır. Müdafiəçinin sualına cavab olaraq İlkin İsgəndərov bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etməmiş və Şahid1 tərəfindən cibinə qoyulmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək İlkin İsgəndərovun üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə saxlanılmasında və üzərində şəsi axtarış aparılmasında Şahid3 iştirak edib-etmədiyini xatırlamır, saxlanılan zaman əynində olan qış gödəkçəsini başına keçirdikləri üçün polis əməkdaşlarının heç birinin üzünü görməmişdir. Saxlanılan zaman hansısa polis əməkdaşı başına bir neçə dəfə şillə vurmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır, onları cibinə Şahid1 qoymuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə aparılmışdır. Məhkəmədə tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılıb Qazax rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəni və psixotrop maddəni cibindən çıxarıb təqdim etmiş, narkotik vasitəni və psixotrop maddəni hansısa polis əməkdaşı onun cibinə qoymamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə yox, bir dəfə aparılmışdır. Müdafiəçinin sualına cavab olaraq İlkin İsgəndərov bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını etiraf etməmiş və Şahid1 tərəfindən cibinə qoyulmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək İlkin İsgəndərovun üzünə qarşı demişdir ki, 17 mart 2024-cü il tarixdə saxlanılmasında və üzərində şəsi axtarış aparılmasında Şahid3 iştirak edib-etmədiyini xatırlamır, saxlanılan zaman əynində olan qış gödəkçəsini başına keçirdikləri üçün polis əməkdaşlarının heç birinin üzünü görməmişdir. Saxlanılan zaman hansısa polis əməkdaşı başına bir neçə dəfə şillə vurmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır, onları cibinə Şahid1 qoymuşdur. Şəxsi axtarış zamanı videoçəkiliş iki dəfə aparılmışdır. məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1582 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 64-li dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki,1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,518 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 10 (on) ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli kapsullara aiddir və 10 ədəd kapsuldan ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,5 qramdır (bir kapsulda 0,050 qram tramadol hidroxlorid olmaqla), üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həbdir və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır,28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir,tramadol hidroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısına daxildir. Məhkəmədə tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 aprel 2024-cü il tarixli 232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin paranoid pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.0” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs “şəxsiyyətin paranoid pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.0” xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən onda anlaqlılığı istinsna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 22-ci maddəsinin təsiri altında düşmür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli, 651 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş təkrar məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 17 mart 2024-cü il tarixdə saat 18:45-dən saat 20:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialından hazırlanmış qış gödəkçəsinin sol iç cibindən 1 ədəd tünd qəhvəyi rəngli torbacıqda 1 ədəd şəffaf rəngli polietilen bükümdə 1 ədəd dərman həbi, 10 ədəd kapsul, digər 1 ədəd şəffaf rəngli polietilen bükümdə çəkisi 10,18 qram təşkil edən ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş 1 ədəd dərman həbin, 10 ədəd kapsulun və psixotrop maddəyə oxşar kütlənin ona məxsus olmadığını, onların kimsə tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Məhkəmədə tədqiq olunmuş Məhkəmə-tibb ekspertizasının 18 mart 2024-cü il tarixli, 73 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2024-cü il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********97 və **********94 saylı nömrələrin xx.xx.2024-cü il tarixdə Qazax rayonu ərazisində anten dairəsində olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, yəni xeyli miqdar təşkil edən 1 ədəd həbi və təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, tərkibində tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edən 10 ədəd kapsulunu şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, onun hər hansı şəxsə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr satması barədə hər hansı məlumat əldə edilməmişdir. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübutlar - təmiz çəkisi 9,418 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin qalığı və əsas təsiredici maddəsi narkotik vasitə metadon üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbin ½ hissəsi Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanışa verilmişdir. Məhkəmədə tədqiq edilmiş Qazax rayon məhkəməsinin 06 aprel 2019-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qeyri-könüllü Qazax rayonlararası Ruhi Xəstəxanasına yerləşdirilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası "Tibbi Əərazi Bölmələrini İdarə etmə Birliyi" Publik Hüquqi şəxsin "Qazax Rayon Mərkəzi Xəstəxanası" X10 18 fevral 2025-ci il tarixli, 18-1-51/2-N-60-xx-xx/2025 saylı tibbi arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə dispanser qeydiyyatındadır. Dz: Postravmatik ensfalopatiya kəllə daxili hipertenziya tez-tez baş verən vegetativ damar krizləri ilə qabarıq asteno-nerotik sindrom. Sol böyrəyin hidronefrozu və daşı. Öd daşı xəstəliyi. Laparoskopik xolisistektomiya və sol böyrəyin üst qutbunun rizeksiya və daşının çıxarılması əməliyyatı icra olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Qazax rayon Psixiatriya Xəstəxanasının 31 may 2024cü il tarixli, 1170 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi X1 “F 60.0 Mərkəzi sinir sisteminin xəstəliyindən sonrakı paranoid şəxsiyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Lakin, Təqsirləndirilən şəxs narkoloji qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilmiş AA3545531, AA0959310, AA6184716, AA0164949, AA6068390 şəxsiyyət vəsiqələrindən görünür ki, xx.xx.2017-ci il təvəllüdü Mirfatimə Hüseynzadənin, xx.xx.2014-cü il təvəllüdü Mirhüseyn Hüseynzadənin, xx.xx.2019-cu il təvəllüdü Mirsəkinə Hüseynzadənin, xx.xx.2012-ci il təvəllüdü Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il təvəllüdü Mirzeynəb Hüseynzadənin atası Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq edilmiş DSMF-nin Sabunçu rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qurp əlilik verilmişdir. Məhkəmədə tədqiq edilmiş Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 20 may 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən döymə, fiziki zorakılıq və digər qanunsuz hərəkətlərə məruz qalması barədə anası X3 Ombudsman Aparatına ünvanladığı müraciətinə əsasən Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və Təqsirləndirilən şəxs Qazax RPŞnin əməkdaşları tərəfindən döymə, işgəncə, təhqir, təzyiq və qeyri insani davranışa məruz qalması xüsusatları təsdiqini tapmadığından, Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə olan metadon təsiredici maddəsinin və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzləşdirmə protokolu, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 20 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbi və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmdə təqsirləndirlən şəxsin narkotik vasitə və psixotrop maddəni kiməsə satması ilə bağlı heç bir möhtəbər sübut müəyyən etmək mümkün olmamışdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, həmin narkotik vastədən və psixotrop maddədən hər hansı şəxsə satmasına dair sübut əldə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 9,418 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və əsas təsiredici maddəsi narkotik vasitə metadonu , üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbin ½ hissəsini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi, ,istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, 2-ci qrup əlil olmasını isə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş narkoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyatda alınmasına ehtiyac vardır. Həmçinin iş materiallarında olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qeyd olunan qərara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, verilmiş rəyə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Qazax Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 9,418 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin qalığı və əsas təsiredici maddəsi narkotik vasitə metadon, üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbin ½ hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Qazax Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 mart 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Qazax Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 9,418 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalığı və əsas təsiredici maddəsi narkotik vasitə metadon , üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbin ½ hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Qazax Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar