Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-266/2023 11.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 və Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,645 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 sentaybr 2022-ci il tarixdə saat 13:30 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Xalikov küçəsində saxlanılaraq Gəncə şəhəri Atatürk prospekti 41 ünvanında yerləşən DİNin BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmiş və barəsində şəxsi axtarış istintaq hərəkəti icra edilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan kəsiyi bükümündə təmiz çəkisi 6,645 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Əvvəllər oğurluq etdiyinə, odlu silahı talamağa görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Gəncə Şəhər Kəpəz rayon məkəməsinin 16 may 2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hər iki hökm üzrə cəzasını tam çəkib qurtarmış və cəzanın sonu ilə həbsxanadan azad edilmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman 7 nəfər mülki geyimli polis əməkdaşı yaşadığı evə gələrək onun narkotik vasitəni qanunsuz əldə etməkdə şübhəli olduğunu demişlər. O paltarlarını dəyişib, polis əməkdaşları ilə birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına getmiş, orada onun şəxsi axtarışı aparılmışdır. Belə ki, orada Seymur adlı polis əməkdaşı onu öz otağına aparmış, həmin vaxt oraya 3 nəfər əlavə polis əməkdaşları da gəlmişdr. Seymur adlı polis əməkdaşı ona demişdir ki, onun cibinə narkotik vasitə qoyacaqlar, üzərinə şəxsi axtarış keçiriləcək və həmin vaxt o, həmin narkotik vasiətənin ona məxsus olmasını təsdiqləməlidir. Şəxsi axtarışdan qabaq Seymur adlı polis əməkdaşı sellefona bükülü içərisində ona məlum olmayan maddə olan bükümü verərək, əynində olan qara rəngli cins şalvarın sağ ön cibinə qoymağını demişdir. O, da həmin bükümü ondan alıb şalvarının sağ ön cibinə qoymuşdur. Bundan sonra vəkil olan otağa getmiş və orada şəxsi axtarışı zamanı əynində olan qara rəngli cins şalvarın cibndə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilmir, özünün CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, narkotik maddə aludəçisidir. O, şübhəli şəxs qismində dindirilərkən və təqsirləndirilən şəxs qismində cəlb olunan zaman ilkin ifadələrində təxminən iki ildir ki, narkotik vasitə heroin istifadə etdiyini, bir gün bundan əvvəl yaşadığı küçədə zibilliyin yanında, yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapıb əldə edərək həmin bükümü özününün istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhəri Xəlikov küçəsində, yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq narkotik vasitəni satmağında və üzərində saxlamağında şübhəli olduğumu bildirərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdiklərini, onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getdiyini, polis şöbəsinin inzibati binasında dövlət hesabına dəvət edilmiş müdafiəçi X8 iştirakı və video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini cibindən çıxarıb stolun üzərinə qoyduğunu, həmin bükümün çəkisinin 8,90 qram olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Gəncə şəhəri, Xəlikov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 06 sentyabr 2022ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nə ünvan 1-da yaşayan Mirzəxan adlı şəxsin üzərində külli miqdarda narkotik vasitə saxlaması, üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, DİN-nin BNMİ-nin QBRŞ-nin sürücü polis nəfəri polis baş serjantı Şahid2 ilə birlikdə adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Xaliqov küçəsində saxlayaraq DİN-nin BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirmişlər. Bundan sonra DİN-nin BNMİ-nin QBRŞ-nin təhqiqatçısı polis mayoru X12 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəzi üzrə Regional Şöbəsinə dəvət edilmiş və şöbənin inzibati binasında xidməti otaqların birində dövlət hesabına dəvət edilmiş müdafiəçi, 1 saylı Vəkillər Bürosunun vəkili X8 iştirakı və videoçəkilişlə X1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd siqaret qutusunu çıxarıb stolun üzərinə qoyub təqdim edərək həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd sellofan bükümə baxış keçirərkən bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 8,90 qram olduğu müəyyən edilmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 72 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamış, ancaq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi ilə bağlı məlumatları vardır. Təqsirləndirilən şəxs yalan deyir, DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, saxlamasında və daşımasında sübhəli olduğu üçün xx.xx.2022-ciil tarixdə Gəncə şəhəri Xəlikov küçəsində saxlayıb Gəncə şəhəri Atatürk prospekti 41 ünvanında yerləşən Polis Şöbəsinə gətirdikdən sonra onun hüquqlarının müdafiəsi üçün Gəncə şəhər 1 saylı vəkillər Bürosunun vəkili Rövşən Mehdiyev dəvət olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs onun barəsində dedikləri ağ yalandır. nə o nə də ki, digər polis əməkdaşları onu döyməmiş, hər hansı təzyiq etməmişdir. Aşkar olunan narkotik vasitə heroin də Mirzəxanın özünə məxsus olmuşdur. Sözügedən narkotik vasitənin onun tərəfindən Mirzəxana verilməsi absurd və gülüncdür. Hesab edir ki, Mirzəxan məsuliyyətdən yaxa qurtarmaq üçün bu kimi ifadələrdən istifadə edir. Vurğulayır ki, bu Mirzəxanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, hətta ağır cinayət törətməsi ilə bağlı ilk cinayət əməli deyil. Mirzəxan əvvəllər də bir neçə dəfə analoji cinayət əməllərini törətməyə görə, hətta ağır cinayət törətməyə görə məhkum olunmuş və barəsində məhkəmələr tərəfindən ittiham hökmləri çıxarılmışdır. Hətta hazırki cinayət əməlini törətdiyinə görə hazırda istintaq təcridxanasında saxlanılan zaman atası tərəfindən ona qanunsuz olaraq narkotik vasitə keçirilməsinə cəhd edilmiş, Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı, peşəkarlığı nəticəsində sözügedən əməlin qarşısı alınmış bununla bağlı hüuq-mühafizə orqanlarına müvafiq materiallar göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. X4 doğma oğludur və oğlu ilə münasibəti yaxşıdır. Oğlu Mirzəxan narkotik vasitə olan heroinin aludəçisi olduğunu bilmiş, ancaq oğlu Mirzəxan nə onun nə də yoldaşının yanında narkotik vasitə istifadə etməmişdir. Oğlu Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 228.1, 232.2.1 və 232.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il üddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə üzərində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Oğlu Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə heroin saxladığı üçün 06 sentyabr 2022-ci il tarixdə DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən tutulmuş və hazırda 2 saylı istintaq təcridxanasında saxlanılır. Oğlu Təqsirləndirilən şəxs özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 06 noyabr 2022-ci il tarixədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri 06 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri 06 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 16/1071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,645 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 16/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi üzərində qəhvəyi ləkə olan kağız parçası...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzərində qəhvəyi rəngli ləkə olan ağ rəngli kağız parçasının üzərində narkotik vasitərləin izləri aşkar edilmədi, həmin izlər mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan çəkisi müəyyən olunmur və müqaisəli tədqiqatını aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 1613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNnin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.11.2-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən hökümlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində qəti 01 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 6,545 qram çəkidə narkotik vasitə heroin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublika Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılan zaman atası Suliddin Abdullayevin gətirdiyi sovqata baxış keçirilən zaman ağ rəngli sellofan paketin içərisində olan qara rəngli maykanın yuxarı hissəsində xüsusi üsulla hopdurulmuş narkotik maddəyə bənzər kütlə aşkar edilərk götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində üzərindən aşkar olunan heroinin ona məxsus olmadığını, onun üzərinə həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, sözügedən xüsusat iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı dəfələrlə vermiş olduğu ifadələri, çoxsaylı istintintaq hərəkətlərinin protokolları və.s sübutlarla tamamilə təkzib edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3, 93.11.2-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində qəti 01 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq qəti 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə məhkum olunduğu sözügedən hökm üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 1613 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin eilməli və o, aşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6.545 qram narkotik vasitə heroin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə heroin isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz tədqiqatdan sonra qalıq qalmış 6.545 qram olan narkotik vasitə-heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X15 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X14 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 210 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən X2 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin anbarına saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6.545 qram narkotik vasitə heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X11 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-266/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-266/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver