Məhkəmə qərarları › İş №1(100)-267/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-267/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-267/2022 11.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağstafa rayon Aşağı Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayon Aşağı Kəsəmən kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 25 dekabr 2021-ci il tarixdə saat 20-21 radələrində Ağstafa rayonu, Muğanlı kəndində yerləşən dayısı Şahid4 Suleyman oğlunun evinin həyətində təşkil edilmiş toy məclisində, toy məclisinə gəlmiş şəxsiyyətləri istintaqa məlum olmayan kənd sakinləri ilə mübahisə etdiyini görə, toy məclisində iştirak edən Ağstafa rayon Muğanlı kənd sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq mübahisəni sakitləşdirmək və dava-dalaşın baş verməsinin qarşısını almaq məqsədi ilə onu itələyib hadisə yerindən uzaqlaşdırmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan müvazinətini itirərək yerə yıxılmış və Zərərçəkmiş şəxs ona qarşı etmiş olduğu hərəkəti özünə qarşı təhqir hesab edib şəxsiyyətini digərlərinin fövqündə qoyaraq əsaslı səbəb olmadan, şəxsiyyətinə qarşı təhqir kimi qiymətləndirdiyi cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə ona qəsdən ağır xəsarət yetirmək məqsədi ilə dərhal yerdən qalxaraq masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçaq ilə mübahisənin qarşısnı almaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs kürək nahiyəsindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol arxa hissəsinin daxilə keçən iti alət yarası, hemoragik şok İV dərəcə, dalağın zədələnməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 Suleyman oğlu dayısıdır, Zərərçəkmiş şəxs da əvvəllər tanımış, ləqəbi “Mosu”-dur, nə dayısı ilə nə də Həmidlə əvvəllər heç bir ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə dayısı Ramazan yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmiş, həmin sünnət toyuna onu bütün ailəsi ilə birlikdə dəvət eləmişdir. Həmin gün saat 12-13 radələrində o ailəsilə, yəni qardaşları Ələsdin, Sənan, anası Sərmayə, bibisi Səadət və qardaşının arvad uşaqları ilə birlikdə toya getmişdir. Həmin gün saat 19-20 radələrinə qədər toyda hər şey öz qaydasında getmiş, heç bir münaqişə dava-dalaş baş verməmiş, o da qohumlarla və tanışlarla yeyib içmiş və yeməklə birlikdə bir qədər spirtli içki olan araq qəbul etmişdir. Saat 19 radələrində qardaşı Ələsdin mahnı sifariş vermiş və ailə üzvlərilə birlikdə o da oynamışdır. Oynadıqdan sonra o məclisdən dayısı Ramazanın evinin otağına daxil olmuş, daxil olduqda anası Sərmayənin Bakı şəhərində yaşayan xalası Hekayətin mobil telefonu ilə kiminləsə danışdığını görmüşdür. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan anasının telefonla danışmağını istəməmiş və buna etirazını bildirmişdir. Bu zaman xalası Hekayət ona irad bildirmiş və aralarında mübahisə yaranmışdır. O xalası ilə mübahisə edə-edə evin həyətinə çıxmış, bu zaman həyətdə olan dayısı Ramazan ona irad bildirmiş və həmin vaxt toyda yeməklərə və içkilərə də nəzarət edən anasına da niyə ona çox araq verdiyini deyərək iradını bildirərək acıqlanmışdır. Bu zaman o Ramazanın anasına acıqlanmasından əsəbləşərək dayısı ilə mübahisə etməyə başlamışdır. Bu zaman dayısı Ramazan yerdən şüşə butulka götürərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, amma butulkanı ona atmamışdır. Bu vaxt o dayısı Ramazanın üzərinə gedərək Ramazanı bir dəfə əlilə vurmuş, dayısı yerə yıxılmış, o da müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Həmin vaxt dayısı qışqırmağa başlamış və Ramazan kömək məqsədi ilə ətrafa adamlar toplaşmışlar. Həmin vaxt dayısının arvadı Tünzalə də oraya yaxınlaşmış və onu sifətindən ayağı ilə vurmuşdur. Bu zaman orada olanlar onu və Ramazanı yerdən qaldırmışlar. O ayağa qalxan kimi kəndin cavanlarının onu döyəcəyini fikirləşərək oradan həyətdə olan və altına qab-qacaqlar yığılmış çardağın altına qaçmışdır. Kəndin cavan uşaqları və Tünzalə də əsəbi halda arxasınca gəlmişlər. Çardağın altında olan zaman “Mosu” ləqəbli Həmid hirsli olan kəndin cavanları ilə onun arasına keçmiş və onu əli ilə vurub kənara itələmişdir. O müvaziətini saxlaya bilməyərək yıxılmış, Həmid üzünü kəndin uşaqlarına tərəf çevirərək “dağılışın, gedin” deməyə və uşaqları da itələməyə başlamışdır. Həmin vaxt o özünü toplyıb ayağa qalxmış, qalxanda sağ tərəfində olan stolun künc hissəsində qara rəngli bıçaq olduğunu görmüş və həmin vaxt kəndin cavanlarının onu döyəcəyini fikirləşərək bıçağı sağ əli ilə götürərək sağa-sola fırlatmağa başlamışdır. Həmin vaxt Həmidin arxası ona tərəf olmuşdur. Kəndin cavan uşaqları bıçağı onun əlində görüb bir qədər qorxmuşlar. Bu vaxt kimsə “Mosu bıçaqlandı” demişdir. Həmin vaxt Tünzalə də “qablarımı qırmayın” deyə qışqırmışdır. O isə bıçağın Həmidə dəydiyini görməmiş, eyni zamanda qardaşı Ələsdin haradansa yanına gələrək ona irad bildirmiş və bıçağı onun əlindən çəkib alaraq çardağın altından həyətə tərəf tullamışdır. Bundan sonra Ələsdin onu avtomobilinə gətirərək digər ailə üzvlərilə birlikdə yaşadığı evə gətirmişdir. O da polis əməkdaşları yaşadığı evə gəldikdən sonra bilmiş ki, Həmidi bıçaqla vurmuşdur. O, Həmidə bıçaqla xəsarət yetirdiyini özü də bilməmiş, həmin vaxt yaxınlıqda arxası ona tərəf olan Həmid və kəndin tanımadığı cavanları olmuşdur. Tünzalə çardağın altında olmuş, birdə qardaşı Ələsdin kənardan gələrək bıçağı onun əlindən çəkib alaraq kənara tullamış, bir qədər aralıda olan şəxsləri kimlər olduğunu isə havanın qaranlıq vaxtı olduğundan, həm də özü sərxoş olduğudan görməmişdir. Onun ümumiyyətlə Həmidə bıçaqla zərbə vurmaq fikri olmamış, onun üzərinə gələn cavan uşaqları qorxutmaq, özündən aralamaq məqsədi ilə bıçaq götürmüş, Həmid isə davadalaş baş verməsinin qarşısını almaq üçün aralamaq məqsədi ilə cavan uşaqlarla onun arasına keçmiş, həmin vaxt bıçaq Həmidə dəymişdir. Bıçağı sayca çox olan cavanlara gücü çatmayacağını fikirləşərək onları qorxutmaq, həmçinin özünü müdafiə etmək üçün götürmüş, Həmidi, yaxud da kimisə öldürmək və ya ağır xəsarət yetirmək məqsədi olmamış, kimisə vurmaq fikri olsa idi, imkanından istifadə edərək qardaşı Ələsdin gəlib bıçağı ondan alana kimi Həmidə növbəti zərbələri də vura bilərdi yaxud da əlində bıçaqla cavan uşaqların üzərinə gedərək onlara da xəsarətlər yetirə bilərdi. Həmidi vurmağına isə özü də peşman olmuş, Həmidin onunla heç bir mübahisəsi olmamış, aralarında xətir hörmət olmuş, əvvəllər onun yanında işləmişdir. Həmidi vurduğundan xəbəri olmasa da onun əlində həmin vaxt bıçaq olmuşdur. Kəndin cavan uşaqları Ramazan dayısına kömək eləmək, Ramazana tərəf çıxmaq üçün onun üzərinə gəlmişlər. Həmiddən üzr istəmiş, barışmışlar və hazırda da münasibətləri yaxşıdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə həmkəndlisi Ramazan kənddə yaşadığı evin həyətində oğluna sünnət toyu təşkil etmişdir. Ramazan həmin toya onu dəvət etməmiş, lakin kəndin toy adətinə görə toy axşamı “mağar” təşkil edilir və həmin “mağara” kim istəsə gedir. Həmin gün saat təxminən 19 radələrində o evdən çıxaraq birbaşa Ramazangilə “mağara” getmiş, əvvəlcə Ramazanın yaşadığı evin həyətində durub bir qədər kənardan “mağara” yəni oynayanlara baxmağa başlamışdır. Sonra çardağın altına keçib, orada qoyulmuş stolların birində oturub oynayanlara baxmağa davam eləmişdir. Bu zaman evin həyətindən səs-küy gəldiyini eşidib həyətə çıxmış, həyətə çıxanda Ələkbərin dayısı Ramazanla dalaşdığını görmüşdür. Ramazan da “ay camaat kömək edin” deyə qışqırmışdır. Bu vaxt Ramazan yerə yıxılmış və necə olmuşdursa Ələkbər də Ramazanın üstünə yıxılmışdır. O, yaxınlaşaraq Ramazanla Ələkbəri aralamış, Ramazan qalxdıqdan sonra kənara çəkilərək polisə zəng etmək istəmişdir. Bu zaman Ələkbərin balaca qardaşı Sənan Ramazan yaxınlaşaraq “polisəmi zəng edirsən” demiş və sillə ilə Ramazanın üzünə vurmuşdr. Bu zamano yaxınlaşaraq Sənanla Ramazanı da aralamışdır. Bundan sonra o həyətə qayıdanda Ələkbərin həyətdə olan çardağın altında olduğunu, xalaları Hekayətlə mübahisə etdiyini, kəndin cavanlarının hirsli şəkildə Ələkbərin üzərinə getdiklərini görmüşdür. Bu zaman o çardağın altına gedərək əli ilə Ələkbəri vurub kənara itələmiş, Ələkbər sərxoş olduğundan müvazinətini itirərək yıxılmış, sonra arxasını Ələkbərə çevirərək kəndin cavan uşaqlarına “dağılış, gedin dağılışın” demiş və əli ilə itələyərək hamısını çardağın altından çıxarmışdır. Eyni zamanda Ramazanın arvadı Tünzalədə gələrək “dağılışın, qablarımı qırmayın” demişdir. Bu zaman o arxaya çevriləndə Ələkbərin əlində bıçaq olduğunu görmüş, amma heç bir ağrı olmadığı üçün onu bıçaqla vurmağı ağlına gəlməmidir. Onun qolu tez-tez çıxdığına görə həmin vaxt qolu çıxmış və çardağın altında olan divanda əyləşmişdir. Tünzalə sözü deyən vaxt Ələkbərin digər qardaşı Ələsdin Ələkbərə nəysə irad bildirərək, bıçağı əlindən alıb çardağın altından kənara tullamış və Ələkbəri çardağın altından aparmış, digər adamlar da getmişlər. Bu zaman o Tünzaləyə “ay bibi deyəsən qolumu qırdılar” demiş və çıxmış qolunu yerinə salmışdır. Bundan sonra həyətdən səs gəldiyi üçün Tünzalə də çıxıb getmiş, o isə oturduğu yerdə qalmışdır. Bundan sonra tanımadığı bir nəfər onu avtomobili ilə yaşadığı evə gətirmiş, evə gələndən sonra arxa tərəfindən qan axdığını görmüşdür. Ələkbəri kiminsə vurduğunu görməmiş, Ələkbəri o itələmiş, Ələkbər də yerə yıxılmış, həmçinin Ramazanla da dalaşanda yerə yıxılmış, özü də çox sərxoş imiş, ola bilsin xəsarətləri yıxılanda almışdır. Çardağın altında olarkən və Ələkərin əlində bıçaq olan vaxt yaxınlıqda cavan uşaqlar olmuş, onların kim olduqlarına fikir verməmiş, qolu da çıxdığı üçün öz hayına qalmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış hazırda ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Suleyman oğlu ifadəsində göstərdi ki, Ağstafa rayon Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs bacısı oğludur, əvvəllər aralarında heç bir ədavət olmamışdır. Zərərçəkmiş şəxs da tanıyır, həmkəndlisidir,əvvəllər Həmidlə də aralarında heç bir ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə o yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmişdir. Həmin gün saat 19-20 radələrinə qədər toyda hər şey öz qaydasında getmiş, heç bir münaqişə dava-dalaş baş verməmişdir. Saat 19 radələrində tamada olan Əfqan onun yanına gəlmiş və ona bacısıoğlu Ələkbərin bezdirdiyini demiş və xəbərdarlıq etməyini istəmişdir. Əfqanın sözündən sonra o məclisə gələrək mikrofonu götürmüş və qohum qonşulardan Əfqanı incitməməyi, sözünə qulaq asmalarını xahiş etmişdir. Sonra həmkəndlisi və dostu Şahid9 ona yaxınlaşaraq “bacın oğlanları bacınla münaqişə edir” demişdir. Bu zaman o həyətə gələndə bacısıoğlu Ələkbərin böyük qardaşı Ələsdinin həyətdə olduğunu görüb yaxınlaşaraq iradlarını bildirmiş, qardaşları Sənanla Ələkbəri aparmasını istəmişdir. Bu zaman Ələkbərin kiçik qardaşı Sənan boynundan tutaraq çəkmiş, yumruqla sağ qaşının üstünə dalbadal bir neçə yumruq vurmuş və onu arxası üstə yerə yıxmışdır. Yıxılan vaxt necə olmuşsa Ələkbər də onun üstünə yıxılmışdır. Bu zaman o yerdən qalxa bilməmiş, Sənan da o yerdə olan zaman təpiklə qarnına və ayaqlarına vurmudur. Bu vaxt orada olan xatırlamadığı adamlar və həmkəndlisi Həmid Sənanı ondan aralamışlar, Ələkbərlə onu da yerdən qaldırmışlar. O, yerdən qalxan kimi bir qədər aralanmış, aralanıb mobil telefonunu çıxarıb polisə zəng vurmaq istəyən zaman Sənan yenə ona yaxınlaşmış və “polisəmi zəng edirsən” deyərək sillə ilə üzünə və təpiklə qarnına vurmuşdur. O da “edəcəyəm” demiş, bu zaman Həmid yenə gəlib oraya çıxmış və onu Sənandan aralamışdır. O bundan sonra bir qədər də aralanıb bir neçə dəqiqə sonra yenidən həyətə gəlmişdir. Gələndə görmüş Sənanla Ələkbər bacısı Hekayətlə yenə münaqişə edirlər. O yenə onların arasına girmək istəyən zaman Ələkbər onu vuraraq yerə yıxmış, bu zaman bacısının böyük oğlu Ələsdin gəlib Ələkbəri ondan aralamış və Sənanla Ələkbəri avtomobilinə mindirib aparmışdır. Bundan sonra arvadı Tünzalə ona yaxınlaşaraq Həmidin “ay bibi qolumu qırdılar” dediyini demişdir. Bundan sonra məclisdə heç kimin qalmadığını görmüş və o sonradan bilmiş ki, Ələkbər Həmidi bıçaqla vurmuşdur. O, Ələkbərin Həmidi vurduğunu görməmiş, lakin o yerdən qalxaraq polisə zəng etmək istəyirmiş ki, təxminən 15-20 metr aralıda həyətdə yerləşən çardağın altında dava-dalaş olduğunu, bacısı oğlu Ələsdinin əlində bıçaq olduğunu, bacısının böyük oğlu Ələsdinin isə ortancıl qardaşı Ələkbərin əlindən bıçağı alıb kənara tulladığını görmüşdür. Ələkbərin Həmidi vurması barədə o sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs isə bir həmkəndlisi kimi tanımış, əvvəllər Həmidlə də aralarında heç bir ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə qonşusu Şahid4 yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmişdir. Həmin sünnət toyuna onu da dəvət etmişlər. Həmin gün saat 14 radələrində o toya getmiş və toy təşkil olunmuş çardağın altına daxil olan kimi Ramazan da onu görən kimi onu “toy babası”, yəni tamada təyin etmişdir. O da Ramazanla razılaşaraq tamadalıq etməyə başlamışdır. Həmin gün saat 19-20 radələrinə qədər toyda hər şey öz qaydasında getmiş, heç bir münaqişə dava-dalaş baş verməmişdir. Saat 19 radələrində Ramazanın bacısı uşaqları Ələkbər, Sənan və Ələsdin ona yaxınlaşaraq mahnı sifariş vermək istəmişlər. Eyni zamanda həmin vaxt tort da kəsilirmişdir. Buna baxmayaraq Sənan tort kəsilməsini istəməyərək oynamaq istəmişdir. O da Ramazanın bacısı uşaqlarına bir söz deməmiş və tort kəsilməsini dayandıraraq mahnını ifa etdirmişdir. Mahnı sədaları altında Ələsdin, Ələkbər, Sənan, anaları Sərmayı və adını bilmədiyim bibiləri ilə “ana” mahnısını oynamışlar. Oynadıqdan sonra ortalıqdan çıxmışlar. Bundan sonra Ələkbər ona yaxınlaşaraq qulağına “mən 10 dənə mahnı oynayacağam” demişdir. Bu vaxt o fikirləşmiş ki, 10 mahnı uzun vaxt aparacaq, ona görə də bu barədə Ramazana demək qərarına gəlmişdir. Bu məqsədlə mal damında heyvanları sulayan Ramazanın yanına getmiş, Ramazanı damdan çağıraraq bacısı oğlu Ələkbərin 10 dəfə mahnı sifariş verib oynamaq istədiyini demişdir. Bundan sonra Ramazan onunla birlikdə çardağın altına gəlmiş və mikrofonu götürərək “burda hamı Əfqanı eşitsin” demişdir. Ramazan bu sözü dedikdən sonra Ramazan çardaqdan həyətə çıxmış, Ramazan həyətə çıxdıqdan sonra Ələkbər Ramazanı yumruqla vurmuş, Ramazan yumruğun zərbəsinin təsirindən yerə yıxılmış, bundan sonra ara qarışmış və o belə hadisələrdən qorxduğu üçün Ramazanın evindən çıxaraq öz yaşadığı evə gəlmişdir. O, Ələkbərin Həmidi vurduğunu görməmiş, ümumiyyətlə o həmin gün Həmidi görməmişdir. Ələkbərin Həmidi vurması barədə o sonradan bilmişdir. O, həmin vaxt Ələkbəri kiminsə vurduğunu görməmiş, xəsarətlər almasın barədə də heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs isə bir həmkəndlisi kimi tanımış, əvvəllər Həmidlə aralarında heç bir ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə həmkəndlisi Şahid4 yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmiş, həmin sünnət toyunda iştirak etmişdir. Saat 19-20 radələrinə qədər toyda hər şey öz qaydasında getmiş, heç bir münaqişə, dava-dalaş baş verməmişdir. Saat 19 radələrində o toy məclisi təşkil edilən çardağın altında oturub, oynayanlara baxmış, həmin vaxt, Ələkbər, qardaşları, anası, xalası və bir qadınla birlikdə 5-6 mahnı sifariş verib oynamışlar. Oynayandan sonra ortalıqdan çıxmışlar, çıxdıqdan sonra tort kəsməyə hazırlaşırmışlar, bu vaxt Ələkbər Əfqana yaxınlaşaraq qulağına nə isə demişdir. Bundan sonra Əfqan gedib Ramazanı çağırmış, Rmazan da mikrofonu götürüb qonaqlardan və qohumlardan Əfqana qulaq asmağı və Əfqanı incitməməyi xahiş edib yenidən çıxıb getmişdir. Bu zaman Ələkbərin balaca qardaşı gələrək musiqini dayandırmış və çardaqdan həyətə çıxmışlar. X18 xalaları və anaları ilə münaqişə yaratmışlar. Bu zaman o çardağın altından oturduğu yerdən görmüş ki, Ələkbərdən Sənandan hansısa biri Ramazanı vurmuş, Ramazan isə yerə yıxılmışdır. Bundan sonra çaxnaşma düşmüş, bir neçə dəqiqə sonra orada olanlar Ramazanı aralamışlar. Bundan sonra o toy məclisindən çıxaraq yaşadığı evə getmiş, bundan sonra o eşitmiş ki, Ələkbər həmkəndlisi Həmidi bıçaqla vurmuşdur. O, Ələkbərin Həmidi vurduğunu görməmiş, o Həmidi dava-dalaş düşməmişdən əvvəl həyətdə dayanıb oynayanlara baxdığını görmüşdür. Ələkbəri kiminsə vurduğunu görməmiş, xəsarətlər alması barədə də heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Suleyman qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur, Zərərçəkmiş şəxs da tanıyır, əvvəllər Həmidlə də arasında heç bir ədavəti olmamışdır. Şahid4 Suleyman oğlu isə qardaşıdır. xx.xx.2021-ci il tarixdə qardaşı Ramazan yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmiş, həmin sünnət toyuna 3 gün qabaqdan gedib, müxtəlif işlərə köməklik etmişdir. Toy məclisi xx.xx.2021-ci il tarixdə saat 14 radələrində başlamış, toya oğlanları Ələsdin, Ələkbər və Sənan da toya saat 13 radələrində gəlmişlər. Toy məclisi vaxtı qardaşı toyda verilən soyuq halda yeməklərə və bütün içkilərə nəzarəti ona həvalə etmişdir. Həmin gün saat 14 radələrində başlayan toy məclisi saat 19-20 radələrinə qədər öz qaydasında getmiş, heç bir münaqişə dava-dalaş baş verməmişdir. Saat 19 radələrində oğlanları onu və digər yaxın qohumlarını oynamağa dəvət etmiş və o da onlarla birlikdə oynamışdır. Oynadıqdan sonra o böyük oğlu Ələsdinə “siz hazırlaşın, mən də paltarlarımı yığım” gedək demişdir. Həmin vaxt ortancıl oğlu Ələkbər sərxoş olduğu üçün də narahat olmuş və toydan tez getmək istəmişdir. Bu zaman qardaşı Ramazan ona yaxınlaşaraq “sən oğluna nə içki daşıyan çıxmısan” demiş, o da “oğluma heç bir içki verməmişəm, özü stolda içib” demişdir. Bundan sonra Ramazanla arasında mübahisə olmuş, mübahisələrini Ələkbər kənardan görmüş və ona Ramazanı işarə edərək “o səndən nə istəyir” demişdir. O da Ramazanın sözünü olduğu kimi Ələkbərə demiş, bu zaman Ələkbər Ramazanın üzərinə getmiş, Ramazan da Ələkbəri təhqir eləmiş, Ələkbər bir də Ramazanın üzərinə gedəndə toyda olan kəndin cavan uşaqları Ramazanı çəkib kənara aparmışlar. Bu zaman Ramazan yerdən butulka götürərək Ələkbərin ünvanına nalayiq ifadələr işlətmiş, ancaq butulkanı Ələkbərə tərəf atmamış və yaxınlıqda olanlar butulkanı Ramazanın əlindən almışlar. Bu zaman Ələkbər yenə Ramazanın üzərinə gedəndə ayağı ilişmiş və yerə yıxılmışdır. Yıxılan zaman yaxınlıqda olan cavan uşaqlar Ələkbərin üzərinə getmişlər. Bu zaman toyda olan baldızı Səadət özünü Ələkbərin üzərinə atmış ki, Ələkbəri döyməsinlər. Bundan sonra Səadət Ələkbəri yerdən qaldıraraq avtomobilə tərəf aparmaq istəmiş, lakin Ələkbər Səadətin əlindən çıxaraq Ramazanın evinin həyətində olan və altına qab qacaq yığılmış köhnə çardağın altına getmişdir. Səadət və kəndin cavan uşaqları da Ələkbərin arxasınca getmişlər. Bu zaman onun ürəyi sıxılmış və özünü yaxşı hiss etməmişdir. Bundan da bir qədər sonra ailəliklə yaşadıqları evə gəlmişlər. Evdə olan zaman isə onun xəbərim olmadan Ələkbər Ələsdinə “deyəsən kimisə bıçaqla vurdum” demiş, həmin sözdən sonra Ələsdin ona yaxınlaşaraq “deyəsən, nəysə olub” demişdir. Ələkbərin Həmidi vurduğunu görməmişdir. O oğlu Ələkbərin əlində bıçaq olduğunu görməmişdir. Ələkbər ayağı ilişib yerə yıxılan vaxt üzərinə gələn kəndin cavan uşaqları vurmuşlar. Ramazan yerə yıxılmamış, orada olanlar Ramazanı kənara aparmışlar, Ələkbərin bıçaqla Həmidi vurduğu deyilən yerdə baldızı Səadət, birdə kəndin cavan uşaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, belə ki, Ələkbər müəyyən vaxtlarda Muğanlı kəndində yaşayan dayısı Şahid4gilə gəlib-gedib, Zərərçəkmiş şəxs da bir həmkəndlim kimi tanımış, ləqəbi Mosudur, əvvəllər Həmidlə də arasında heç bir ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə həmkəndlisi Şahid4 yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmiş, həmin sünnət toyuna onu da dəvət etmişlər. Həm də toyun çəkilişini aparmaq üçün videooperator kimi çağrılırmışdır. Həmin gün saat 10 radələrində o toya getmiş və çəkilişlərini etməyə başlamışdır. Toy məclisi həmin gün saat 14 radələrində başlamış, həmin gün saat 19 radələrinə qədər toy məclisində hər şey öz qaydasında getmişdir. Heç bir dava-dalaş və münaqişə olmamışdır. Saat təxminən 18- 19 radələrində Təqsirləndirilən şəxs, qardaşları Sənan, Ələsdin, anası Sərmayə və bibiləri Səadlət mahnı sifariş verib oynamışlar. Oynadıqdan sonra çardağın altından çıxmışlar. Çıxdıqdan sonra o Ramazanın arvadı Tünzaləyə yaxınlaşaraq “gəlin tortunuzu kəsin, toyu qurtaraq, hava da soyuqdur” demişdir. Bu zaman Tünzalə “Ramazan heyvanlara ot verməyə gedib, gəlsin tortu kəsək” demişdir. O da bir söz demədən gözləməyə başlamış, ona kimi bir-iki mahnı oynamışlar. Bu zaman həyətdən səs-küy gəlməyə başlamış, o da videoçəkilişi dayandırmış və musiqiçilərə aparatlarını yığmağa köməklik eləməyə başlamışdır. O musiqiçilərlə birlikdə toy məclisi olan yerdən çıxanda ev sahibi Ramazan və bir neçə nəfər adam qalmışdır. O kənarda siqaret çəkən Ramazana yaxınlaşaraq “ay Ramazan nə məsələdir” demiş, bu zaman Ramazan “bacım uşağı Ələkbər Mosunu bıçaqla vurdu” demişdir. Ramazanın bu sözündən sonra o oradan çıxaraq yaşadığı evə getmişdir. O Ələkbərin Həmidi bıçaqla vurduğunu görməmiş, ümumiyyətlə o həmin gün Həmidi görməmiş, ona bu barədə Ramazan demişdir. Bundan başqa o dava-dalaş vaxtı kimin kimi vurduğunu görməmiş, həmçinin dava-dalaş düşən vaxt hava qaranlıq olduğundan həyət tam görsənmişdir. O məclisdə olduğu üçün dava-dalaş olan yerdə neçə nəfər olduğunu, kimlərin olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı oğludur, münasibəti çox yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. xx.xx.2021-ci il tarixdə qardaşının qaynı Ramazan yaşadığı evin həyətində, həyətdə olan çardağın altında oğlu Eltaca sünnət toyu təşkil etmiş, həmin sünnət toyunda iştirak etmişdir. Toy məclisi saat 19- 20 radələrinə qədər öz qaydasında getmiş, heç bir münaqişə dava-dalaş baş verməmişdir. Saat 19 radələrində qardaşı oğlanları hər üçü onu, anaları Sərmayəni oynamağa dəvət etmiş və birlikdə oynamışdır. Oynadıqdan sonra o otağa keçərək Ələsdin və Sənanla sobanın kənarına yaxın yerdə oturmuş, bir qədər sonra həyətdən səs küy gəldiyini eşidib həyətə çıxmışdır. Çıxanda görmüş həyətdən keçən su kanalının yaxınlığına bir xeyli adam toplaşıb. Həmin yerə yaxınlaşanda yerdə yıxılı vəziyyətdə olanın Ələkbər olduğunu, Ramazanın da Ələkbərin ayaq tərəfində dayanıb nalayiq sözlər dediyini, Ramazanın arvadı Tünzalənin isə Ələkbərin baş tərəfində durub təpiklə Ələkbərin başına vurduğunu görmüşdür. O “niyə vurursunuz” demiş, lakin onun sözünün eşidilmədiyini görüb özünü Ələkbərin üzərinə yıxmış ki, Ələkbəri döyməsinlər. Kənarda olanlar onu görüb Ələkbərdən aralanmışlar. Bundan sonra o Ələkbəri yerdən qaldıraraq avtomobilə tərəf aparmaq istəmiş, lakin Ələkbər də sərxoş olduğu üçün onun sözünü eşitməyərək onu itələmiş və əlindən çıxaraq Ramazanın evinin həyətində olan, altına qab qacaq yığılmış köhnə çardağın altına tərəf getmişdir. O da Ələkbərin arxasınca getmiş, lakin o çardağın altına çatana yaxın qardaşının böyük oğlu Ələsdinin Ələkbəri gətirdiyini görmüşdür. Bundan sonra Ələsdin avtomobilin qapısını açaraq Ələkbəri avtomobilinə əyləşdirmiş, bundan da bir qədər sonra ailəliklə yaşadıqları evə gəlmişlər. Evdə olan zaman isə Ələkbərin polis şöbəsinə aparılması xəbərini almış, bundan da bir qədər sonra ona məlum olmuş ki, Ələkbər Həmid adlı şəxsi bıçaqla vurmuşdur. O Ələkbərin Həmidi vurduğunu görməmişdir. O, Ələkbərin əlində bıçaq olduğunu görməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayon Muğanlı kəndində yaşayan Şahid4 Suleyman oğlunun yaşadığı evin həyətidir. Hadisə yerinə baxış zamanı hadisə yerindən bir ədəd qara rəngli dəstəyi olan və qatlanmayan bıçaq müəyyən edilərək götürülmüş bu barədə protokol və fotocədvəl tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir “Götürmə və baxış aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə, 1 ədəd cins şalvar və 1 ədəd jaketi təqdim etmiş və təqdim edilmiş paltarlar baxış keçirilərək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. “Götürmə və baxış aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və 1 ədəd uzunqol köynəyi təqdim etmiş və təqdim edilmiş paltarlar baxış keçirilərək götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,1 ədəd qara rəngli dəstəyə malik qatlanmayan bıçağa baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bıçağı xatırladığını və həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmiş, bu barədə protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-cu il tarixli protokoldan görünür ki, Şahid4 Suleyman oğlu və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı toy məclisi təşkil etmiş olduğu yaşadığı evin həyətində Ələkbərin onun bacısı Hekayətlə mübahisə etdiyini, Ələkbərə irad bildirdiyini, bu səbəbdən də Ələkbərin onu vurduğunu, bundan sonra həyətin kənarında mobil telefonla polisə zəng edərək məlumat vermək istəyən zaman Ələkbərin qardaşı Sənanın polisə zəng etməsinə etiraz edərək mobil telefonu ondan almaq istədiyini və Sənanın sillə ilə üzünə vurduğunu, həyətə qayıdan zaman Ələkbərin çardağın altında olduğunu, təxminən 15 metr aralıdan çardağın altında dava-dalaş olduğunu, Ələkbərin əlində bıçaq olduğunu, bacısının böyük oğlu Ələsdinin isə qardaşı Ələkbərin əlindən bıçağı alıb kənara tulladığını gördüyünü demişdir. Üzləşmə zamanı X14 Qabulovun üzünə qarşı Ramazanın onun anası ilə mübahisə etdiyini, bu səbəbdən də Ramazana yaxınlaşaraq onu vurduğunu, kənd camaatının Ramazana köməyə gəldiyini, onu vurduqlarını, o oradan uzaqlaşaraq həyətdə olan çardağın altına gəldiyini, orada yıxıldığını, yerdə olan vaxt stolun üzərində bıçaq olduğunu, yerdən qalxaraq həmin bıçağı götürdüyünü, özünü qorumaq üçün və kəndin camaatını qorxutmaq məqsədi ilə bıçağı sağa-sola hərləməyə başladığını, həmin vaxt Həmidin oraya gələrək arxası ona tərəf camaata “dağılışın, gəlin dağılışın” dediyini, həmin vaxt bıçağın Həmidə dəydiyini, eyni zamandan qardaşı Ələsdinin yaxınlaşaraq bıçağı onun əlindən alıb çardağın kənarına tulladığını demişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-cu il tarixli protokoldan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 14 radələrində toy məclisinin başladığını və 19-20 radələrinə qədər toyda hər şeyin öz qaydasında getdiyini, heç bir münaqişə dava-dalaş baş vermədiyini, saat 19 radələrində Ələkbərlə Sənanın “ana” mahnısı sifariş edərək qardaşları Ələsdin, anaları Sərmayə və bibiləri ilə oynadıqlarını, oynayıb qurtardıqdan sonra Ələkbər toyda tamadalıq edən Əfqana nə isə dediyini, bu zaman o evin otağına keçdiyini, bu vaxt mikrofonda Ramazanın “qohumlar, qonşular, Əfqan toy babasıdır, Əfqanı incitməyin, qohumlar da oynasın, qonşular da oynasın” dediyini eşitdiyini, bundan sonra Ramazanın otağa onun yanına gəldiyini, o Ramazana tort kəsilməli olduğunu bildirdiyini, Ramazan da heyvanları rahatlayıb 5-10 dəqiqəyə gələcəyini dediyini, Ramazan otaqdan çıxandan 5 dəqiqə sonra evin həyətindən səs-küy gəldiyini eşidib, həyətə çıxdığını, çıxanda həyətdə olan şəxslərdən nə baş verdiyini soruşduğunu, bu zaman baldızı oğlu Ələkbərin xalası Hekayətlə münaqişə etdiyini dediklərini, o baldızı Hekayətin Ələkbərlə münaqişə etdiyini gördüyünü, bu vaxt yaxınlıqda olanların Ələkbərlə Hekayəti araladıqlarını, Hekayəti də evin otağına apardıqlarını, bu zaman otaqda olan və dişi ağrıyan qonşusu Şahid9 Ramazanı çağırmağa getdiyini, bundan da 1-2 dəqiqə sonra bayırdan “Ramazanı öldürdülər” deyə səs gəldiyini, o bu səsi eşidən kimi tez həyətə qaçdığını, həyətə çıxanda Ramazanın yerə yıxıldığını, Ələkbərin də Ramazanı təpiklədiyini gördüyünü, bundan sonra oraya yığılmış camaatın onları aralyıb Ramazanı yerdən qaldırdıqlarını, qaldıranlardan birinin də Həmid olduğunu, Həmidi şəxsən gördüyünü, Ramazan yerdən qalxdıqdan sonra harasa getdiyini, o da narahat olaraq Ramazanı axtarmağa başladığını, Ramazanı tapmayıb həyətdə olan digər çardağın altına gəldiyini, oraya çatanda Ələkbərin kəndin cavanları ilə münaqişə yaratdığını gördüyünü, bu zaman çardağın altında yığmış olduğu qab-qacaqları qırmasınlar deyə, qışqıraraq “qablarımı qırmayın, prokatdır, qabları xışdamayın” dediyini, bu zaman onun qablarından bir neçəsinin qırıldığını, bu vaxt o oradakıları yavaşca kənara itələdiyini, undan sonra çardağın altında Ələkbərin əlində bıçaq olduğunu gördüyünü və eyni zamanda Ələkbərin qardaşı Ələsdinin bıçağı Ələkbərin əlindən aldığını və həyətə doğru atdığını gördüyünü, bundan sonra Həmidin “ay bibi” deyə onu çağırdığını eşitdiyini, Həmidə yaxınlaşmaq istədiyini, bu zaman Həmid “ay bibi qolumu qırdılar” dediyini, baxmaq üçün yaxınlaşan zaman həyətdən baldızı Hekayətin qızı Cəmilənin “ay mama, mamamı öldürürlər qoymayın” deyə qışqırdığını eşitdiyini, buna görə də Həmidə yaxınlaşmayaraq səs gələn tərəfə getdiyini, gedəndə Ələkbərlə Ramazanın mübahisə etmək istədiyini gördüyünü və Ələsdin Ələkbəri qolundan tutaraq avtomobilinə mindirərək oradan apardığını, bundan sonra Həmidin də həyətdə olmadığını gördüyünü və bir qədər sonra Ələkbərin Həmidi bıçaqla vurduğunu eşitdiyini, o, Ələkbərin Həmidi bıçaqla vurduğunu görmədiyini, lakin həyətdə olan çardağın altında Ələkbəri əlində bıçaqla olduğunu gördüyünü, Ələkbər Ramazanı vuran zaman o da Ələkbəri vurduğunu ki, əri Ramazandan aralansın, sonra Ələkbərin aralanaraq çardağın altına getdiyini, orada kəndin cavanları və Həmidlə münaqişə zamanı Həmidi bıçaqla vurduğunu, əri Ramazanı Ələkbər döyən vaxt Ələkbəri vurduğunu demişdir. xx.xx.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər-üst dodağın iç selikli qişasında qançır və əzilmiş yara küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitd, yəni xx.xx.2021-ci il tarixdə əllə,yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 41 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol arxa hissəsinin daxilə keçən iti alət yarası, hemoragik şok İV dərəcə, dalağın zədələnməsi kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir və həmin xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilər. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 36/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupuqan qrupu – AB(İV). /şəxsiyyət vəsiqəsinin kserosürətlərin əsasən/ Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs 01 ədəd cins şalvar və 01 ədəd köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alındı. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 30-MTKŞ/2022 saylı rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynəyin arxa səthində, solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədən küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Elspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində zədə və zədə izləri aşkar olunmadı.Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə, jaket və şalvarın üzərində zədə və zədə izləri aşkar olunmadı.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üzulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 04 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən onun qanının qrup göstəricisi AB (İV) Rh—dir.Təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkədə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB (İV) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/289R saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayonu Muğanlı kəndində yerləşən vət. Təqsirləndirilən şəxs dayısı Şahid4 Suleyman oğlunun yaşadığı evdə keçirilən toy məclisi nəticəsində Zərərçəkmiş şəxs bıçaqlanması faktı ilə hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd qatlanmayan bıçağın üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri aşkar edilmədi.Tədqiqata təqdim edilmiş 01 ədəd qatlanmayan bıçağın üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığından DİN-in KTİ-nin X1 Sisteminin məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/295 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarıın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib lifləri yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 73 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs əvvəlcə Ağstafa rayon Muğanlı kəndində dayısı Şahid4 Suleyman oğlunun yaşadığı evin həyətində yerləşən çardağın altında bıçağı götürdüyü və Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri və xəsarət yetirməkdə istifadə etdiyi bıçağı qardaşı Şahid1 əlindən alaraq tulladığı istiqaməti əyani olaraq göstərmişdir. Ağstafa rayon Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Aşağı Kəsəmən kəndində atası X6, anası Şahid3, qardaşları Şahid1, X7 və Şahid2 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ № 18425639 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. Ağstafa rayon Mərkəzi Xəstəxanası konsultativ polislinikasının arayışından görünür ki, X5 şəkərli diabet xəstəsidir. AO № ******* saylı, hərbi biletin surətindən görünür ki, Abdullayev X8 Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında işitirak etmişdir Qazax Rayon Psixiatriya Xəstəxansının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxansında qeydiyyatda yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1, 228.4 və 221ci maddələrinin tərkibi olmadığından ona həmin maddələr ilə ittiham olunması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid5 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması rədd edilmiş, iş üzrə maddi sübut kimi götürülmüş Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə, 1 ədəd cins şalvar və 1 ədəd jaket, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və 1 ədəd uzunqol köynək, həmçinin hadisə yerindən götürülmüş 1 ədəd qatlanmayan bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Ağstafa Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaq istəmədiyini, bıçağı götürməkdə məqsdəinin istintaqa məlum olmayan şəxsləri qorxutmaq və özünü müdafiə etmək olduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, anasının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, qardaşının müharibə iştirakçısı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, anasının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, qardaşının müharibə iştirakçısı olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasını və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvfaiq maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Ağstafa Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə, 1 ədəd cins şalvar və 1 ədəd jaket, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və 1 ədəd uzunqol köynək, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilsin, eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 dekabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Ağstafa Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkcə, 1 ədəd cins şalvar və 1 ədəd jaket, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və 1 ədəd uzunqol köynək, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar