Məhkəmə qərarları › İş №1(100)-267/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-267/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-267/2024 17.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və X10, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X15 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18 küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məzirli kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı İmişli rayon sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 7718 qram çəkidə, 01 ədəd sintetik kisədəki, üzəri yapışqanlı lentlə sarınmış 04 ədəd yaşıl rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1760 qram, 1995 qram, 1985 qram, 1978 qram, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 03 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Bəcirəvan kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada 04 avqust 2023-cü il tarixdə saat 00:25 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 01(bir) ədəd sintetik kisənin içərisindən üzəri yapışqanlı lentlə sarınmış 04(dörd) ədəd yaşıl rəngli polietilen torbalarda satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1760 qram, 1995 qram, 1985 qram, 1978 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 7718 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bərdə rayonu Bəcirəvan kəndinə heyvan almaq üçün getmiş, heyvan bazarına girib-çıxdıqdan sonra çayxanaya getmişlər. Məhəmməd şirniyyat almaq üçün yaxınlıqdakı mağazaya getmiş, o isə tualetə getmişdir. Tualetin qabağında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis İdarəsidə polis əməkdaşları ona narkotik vasitə olan bükümlər verib boynuna almasını demişlər, etiraz etdikdə isə onu döyərək təzyiq etmiş, dişlərini tökmüş və belinə kötüklə vurmuşlar. O, təzyiq altında qalaraq məcbur olub polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotik vasitənin özünə məxsus olmasını etitaf etmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs2 onun qonşusu olduğunu, sonuncunu kömək üçün yanında apardığını, İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsi tanımadığını, heç kimə narkotik vasitə götürməklə bağlı məlumat vermədiyini, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə tanışı Məhəmməd ona Bərdə rayonuna getməyi, İran vətəndaşı olan tanışının “whatsapp” sosial şəbəkəsinə “konum” atacağını və narkotik vasitəni götürüb Bakı şəhərinə geri qayıdacağını bildirmişdir. O, əvvəlcə etiraz etsədə Məhəmmədin israrından sonra ona inandığı üçün razılaşmışdır. Məhəmməd ona narkotik vasitəni götürüb qayıdandan sonra sürücülük vəsiqəsi alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə onlar birlikdə Məhəmmədin telefonuna göndərilən ünvana, yəni ünvan 5ildən düşdükdən sonra göstərilən ünvanı axtarmağa başlamışlar. Həmin ərazini axtaran zaman o, Çinar ağacının dibində bağlama olduğunu götürüb götürərək oradan uzaqlaşanda bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb Bərdə RPŞ-nin əməkdaşları oldqlarını demiş və onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2 il əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etsə də sonralar narkotik vasitələrdən istifadə etməmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1la birlikdə qoyun almaq üçün Bərdə rayonuna gəlmişdir. Mal bazarının yaxınlığında yerləşən “Qızıl balıq” restoranının yanında olarkən İlqar tualetə getmiş, o da çay sifariş edib İlqarın arxasınca getmək istəmişdir. Bu zaman 7-8 nəfər mülki geyimli şəxsin İlqarı döydüklərini görüb qorxmuş və oradan uzaqlaşmışdır. Həmin hadisədən 2-3 gün sonra Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və Bərdə RPŞ-ə gətirilmişdir. Polis şöbəsində onu döyüb fiziki təzyiq göstərərək Təqsirləndirilən şəxs1 hər şeyi etiraf etdiyini deyib, onun da eyni məzmunlu ifadə verməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 İran vətəndaşına zəng etmiş və iradını bildirərək nə səbəbə 02 avqust 2023-cü il tarixdə narkotik vasitəni göndərmədiyini bildirmişdir. Həmin vaxt İran narkotik vasitəni çatdırıcaq kuryer tərəfindən problem olduğunu, buna görə də narkotik vasitəni göndərə bilmədiyini, hazırda Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində ümumilikdə 4 kiloqram qurudulmuş marixuana olduğunu, kuryer tərəfindən 500 qram narkotik vasitənin çəkilərək kənara qoyulacağını və 303 manat pulun qarşılığında həmin 500 qram narkotik vasitə qurudulmuş marixuananı götürməyini, qalıq 3500 qramı isə Bakı şəhərinə çatdırmağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 birlikdə Bərdə rayonuna getməyi, İran vətəndaşı olan tanışının «WhatsApp» sosial şəbəkəsinə «konum» atacağını və narkotik vasitəni götürüb Bakı şəhərinə geri qayıdacaqlarını və qayıtdıqdan sonra ona avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi alacağını bildirmişdir. O, isə ilk olaraq ona etirazını bildirib polis əməkdaşları tərəfindən tutulacaqlarını bildirsə də lakin, İlqar ona israrla narahat olmamağı, heçnə olmayacağını və birlikdə götürüb geri qayıdacaqlarını bildirmişdir. O, da İlqara inandığı üçün ilqarla razılaşmışdır. Həmin gün Bərdə rayonuna yola düşmüşlər. Yolda olarkən Təqsirləndirilən şəxs1 mobil telefonunda internet olmadığı üçün İlqar ona məxsus ***-***-**-** saylı mobil telefonun «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı İran İslam Respublikasının adını və mobil nömrəsini xatırlamadığı vətəndaşı ilə əlaqə saxlayıb Bərdə rayonuna yola düşdüklərini bildirmişdir. Həmçinin, yolda olarkən o, da İran vətəndaşı ilə əlaqə saxlayıb yolda olmaqları barədə məlumat vermişdir. Onlar birlikdə İlqarın əlaqə saxladığı «WhatsApp» sosial şəbəkəsinə göndərilən ünvana yəni, ünvan 6 tualetə getmək üçün İlqardan kənarlaşmış, İlqar isə göstərilən ünvanı axtarmağa başlamışdır. İlqar həmin ərazini axtaran zaman «Çinar» ağacının dibində bağlama olduğunu və narkotik vasitəni tapdığını bildirmişdir. Onun İlqarla ara məsafəsi təxminən 6-7 metr olmuşdur. Həmin vaxt o, İlqarın əlində 1 ədəd bağlama olduğunu görmüşdür. O, isə geri çevrilib gəlmiş olduqları avtomobilə tərəf gedərkən atəş səsinin gəldiyini və İlqara “yerə uzan” deyilməsini eşitmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, polis əməkdaşları qeyd olunan əraziyə gəlmişdir. O, qorxduğu üçün avtomobilə əyləşib Bakı şəhəri istiqamətində yola düşmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, habelə sübut xarakterli digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Bəcirəvən kəndi ərazisində, yolun kənarında saxlanılmış, saxlanılan zaman İlqarın əlində ağ rəngli kisə olmuşdur. Onlar Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman yolun əks tərəfində bir avtomobilin hərəkətə başlayaraq oradan uzaqlaşdığını görüb onun tək olmadığını təxmin etmişlər. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs1 əlindəki kisənin içərisindən təxminən 7 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Şifahi Sorğu zamanı İlqar ara bir marixuanadan istifadə etdiyini, İnstagram sosial şəbəkəsində tanımadığı bir nəfərlə danışıb narkotik vasitəni Bərdə rayonu ərazisindən götürüb Bakı şəhərində başqa bir yerə atmaq qarşılığında pul alacağını bildirmişdir. Digər təqsirləndirilən şəxs X2 ilə Təqsirləndirilən şəxs1 oğlu arasında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 polis bölməsinə şikayət etmiş və sonuncu Bakı şəhəri Binəqədi rayonu 6-cı polis bölməsi tərəfindən saxlanılmışdır. Sonradan Bakı şəhəri Binəqədi rayonu 6-cı polis bölməsi tərəfindən onlara məlumat verilmiş və Bakı şəhərinə gedib Məhəmmədi Bərdə RPŞ-ə gətirib təhqiqata təhvil vermişlər. Bundan başqa o, ifadəsində saxlanılan zaman Təqsirləndirilən şəxs1 onlara heç bir müqavimət göstərmədiyini, ona qarşı heç bir fiziki və psixoloji təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və üzləşdirməni əks etdirən video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı onun İran İslam Respublikasının vətəndaşı ilə danışaraq narkotik vasitə götürmək üçün Bərdə rayonuna getməyi təklif etdiyini, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 üzünə qarşı onun İran İslam Respublikasının vətəndaşı ilə danışıb narkotik vasitə almaq üçün razılaşdığını, həmin şəxsin istifadəsində olan plastik bank kartına 303 manat məbləğində pul köçürdüyünü və narkotik vasitəni götürmək üçün birlikdə Bərdə rayonuna gəldiklərini bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 16/783 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bağlamanın içərisində olan 04 ədəd bağlma“ sözləri və imzalar olan sintetik kisədəki, üzəri yapışqanlı lentlə sarınmış 04 ədəd yaşıl rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 1760 qram, 1995 qram, 1985 qram və 1978 qram, ümumi təmiz çəkisi 7718 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən qara rəngli portmanet içərisində olan 13 ədəd bir manatlıq əskinas, bir ədəd 10 manatlıq əskinas, bir ədəd 1 ABŞ dolları, Kapital Bank, Paşa Bank, ATB Bank, Umico və Leobank kartları, şalvarın sol yan cibindən Samsung A7 markalı qara rəngli mobil telefonu təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərində olan bağlamaya baxış keçirilən zaman ağ rəngli torbanın içərisindən 04 ədəd yaşıl rəngli sellofan paketlərə bükülmüş bağlamalar aşkar edilərək götürülmüşdür. Həmin bağlamalar elektron tərəzidə çəkilmiş və 2.085 kq, 1.865 kq, 2.045 kq və 2.75 kq çəkidə olmaları müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X1 Cavadova məxsus 01 ədəd Samsung markalı mobil telefonu, 13 ədəd 1 manatlıq pul əskinasları, 01 ədəd 10 manatlıq əskinası, 01 ədəd 1 ABŞ dollarını, Kapital Bank, Paşa Bank, ATB Bank, Umico və Leobank plastik kartlarını, qəpikləri və 01 ədəd qara rəngli cibliyi Bərdə RPŞ-dən təhvil almışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-167/2023 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-171/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Cavadov X7 rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə CM-nin 83.4, 226-1.1, 38 və 55-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xx.xx.1997-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1807 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan olan kannaboiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan olan kannaboiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən AR TƏBİB PHŞ İmişli rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 18-1-46/2-1002/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən İmişli RİH başçısının Mərzəli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 906 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayon Mərzəli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri, Binəqədi RİH başçısının Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeri yaşayış massivində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən şəxsiyyət vəsiqələrinin və nikahın pozulması haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə boşanmış və onun xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki övladı var. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 1(bir) ədəd sintetik kisədəki, üzəri yapışqanlı lentlə sarınmış 4(dörd) ədəd yaşıl rəngli polietilen torbalarda ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 1759,9 qram, 1994,9 qram, 1984,9 qram, 1977,9 qram, ümumi qalıq təmiz çəkisi 7717,6 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut qismində tanınaraq Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında təhvil verilmiş, şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin onlara məxsus olmadığını, Bərdə rayonuna narkotik vasitə götürmək üçün deyil, qoyun almaq üçün gəldiklərini, ibtidai istintaq zamanı təzyiq altında qalaraq etirafedici ifadələr verməyə məcbur olduqlarını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin qeyd olunan ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri onların öz hüquqlarından istifadə edərək özlərini müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir, onların ifadələrinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, eyni zamanda aralarında keçirilmiş üzləşdirmə protokolu ilə də təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı onun İran İslam Respublikasının vətəndaşı ilə danışaraq narkotik vasitə götürmək üçün Bərdə rayonuna getməyi təklif etdiyini, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 üzünə qarşı onun İran İslam Respublikasının vətəndaşı ilə danışıb narkotik vasitə almaq üçün razılaşdığını, həmin şəxsin istifadəsində olan plastik bank kartına 303 manat məbləğində pul köçürdüyünü və narkotik vasitəni götürmək üçün birlikdə Bərdə rayonuna gəldiklərini bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Gəncə rayonlararası Narkoloji Dispanserin rəylərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 1(bir) ədəd sintetik kisədəki, üzəri yapışqanlı lentlə sarınmış 4(dörd) ədəd yaşıl rəngli polietilen torbalarda ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 1759,9 qram, 1994,9 qram, 1984,9 qram, 1977,9 qram, ümumi qalıq təmiz çəkisi 7717,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçlərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi2 15 iş saatı həcmində, Təqsirləndirilən şəxs2a vəkil Müdafiəçi3 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi2 və Müdafiəçi3 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda müvafiq olaraq 90 manat və 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs1nа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs2nа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınıb Bərdə BPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, 1(bir) ədəd sintetik kisədəki, üzəri yapışqanlı lentlə sarınmış 4(dörd) ədəd yaşıl rəngli polietilen torbalarda ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 1759,9 qram, 1994,9 qram, 1984,9 qram, 1977,9 qram, ümumi qalıq təmiz çəkisi 7717,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32 manat 40 qəpik məbləğində ekspertiza xərci bərabər qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X15 və Müdafiəçi2 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda müvafiq olaraq 90 manat və 60 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar