Məhkəmə qərarları › İş №1(100)-267/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-267/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-267/2025 28.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11 və Kərimova Samirə Səbuhi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bərdə rayon məhkəməsinin 1 (021)-86/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla Bərdə rayonu Qaradağlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olaraq əlaqə saxladığı, şəxsiyyəti istintaqa məlum olmayan «Maqa» ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin, həşiş və psixotrop maddə olan metamfetamini birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra 14 may 2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Cobalt» markalı **-LM-*** qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Ağstafa rayonuna gəlmiş və məlum olmayan şəxs tərəfindən, naməlum tarixdə və mənbədən əldə edilib Ağstafa rayonunun Saloğlu qəsəbəsində, Ağstafa- Böyükkəsik avtomobil yolunun alt hissəsindən keçən beton borunun içərisinə qoyulmuş qara rəngli idman çantanın içərisində olan 1 ədəd polietilen torbada təmiz çəkisi 120,518 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd polietilen torbada təmiz çəkisi 331,61 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan həşiş və 1 ədəd polietilen torbada təmiz çəkisi 277,680 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini həmin gün saat 16 radələrində, həmin yerdən əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə saxlamaqla daşımış, 14 may 2024-cü il tarixdə saat 16:35-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa-Böyükkəsik avtomobil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Cobalt» markalı **-LM-*** qeydiyyat nişanlı avtomobillə saxlanılmış və polis əməkdaşları tərəfindən avtomobilə həmin gün saat 16:35-dən 17:18-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həmin narkotik vasitələr və psixotrop maddə avtomobilin ön sərnişin oturacağının ayaqaltısında olan 1 ədəd qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olaraq əlaqə saxladığı, şəxsiyyəti istintaqa məlum olmayan «Maqa» ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə etmək məqsədi ilə 14 may 2024-cü ildə, saat 16 radələrində tanışı, odlu silaha, onun komplekt hissəsinə və döyüş sursatına münasibətdə məlumatı olmayan Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Cobalt» markalı **-LM-*** qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Ağstafa rayonuna gəlmiş və istintaqa məlum olmayan şəxs tərəfindən, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edilib Ağstafa rayonunun Saloğlu qəsəbəsində, Ağstafa-Böyükkəsik avtomobil yolunun alt hissəsindən keçən beton borunun içərisinə qoyulmuş qara rəngli idman çantanın içərisində olan texniki cəhətdən saz, atəş üçün yararlı olan zavod üsulu ilə hazırlanmış E-07457 nömrəli, PA-63 modelli 9 mm kalibrli, yivli odlu silah olan olan tapaçanı, istifadəyə və atəş üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş, 9X18 mm kalibrli olmaqla Makarov(PM), Steçkin(APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 04 ədəd patronu və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 07 ədəd 9X18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş PA-63 modelli odlu silahın komplekt hissəsi olan darağı həmin gün saat 16 radələrində, həmin yerdən qanunsuz olaraq əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə gəzdirməklə daşımış, 14 may 2024-cü il tarixdə saat 16:35-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Ağstafa-Böyükkəsik avtomobil yolunun Saloğlu qəsəbəsindən keçən hissəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Chevrolet Cobalt» markalı **-LM-*** qeydiyyat nişanlı avtomobillə saxlanılmış və həmin gün saat 16:35-dən 17:18-dək keçirilmiş baxış zamanı həmin odlu silah, onun komplekt hissəsi və döyüş sursatları avtomobilin ön sərnişin oturacağının ayaqaltısında olan 1 ədəd qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 göstərdi ki, Turalla çox yaxın, qardaş kimi olmuş biryerdə böyümüşlər. Özü narkotik vasitə istifadəçisidir. İnstagram sosial şəbəkəsi üzərindən İranlı vətəndaşla tanış olub narkotik vasitələrlə bağlı danışmış, İranlı ona narkotik vasitəni Ağstafaya qoyacağını demişdir. Turalla birlikdə onun maşını ilə Ağstafaya narkotik vasitəni götürməyə gedərkən polis əməkdaşları onları yolda saxlamışlar. Tural əvvəlcə narkotik vasitənin arxası ilə gedəcəklərini bilməmişdir. Polis əməkdaşları əllərində dəmirlə maşının qarşısını kəsib onları saxlamış, maşına zərər vurmağa dayandırmağa çalışmışlar. Həmin gün yağış yağdığı üçün maşın sürüşərək dərəyə düşmüş, Turalla ikisi maşın palçıqda hərəkət edə bilmədiyi üçün düşüb qaçmışlar. Lakin arxadan silahla atəş açıldığı üçün dayanmışlar. Maşına geri qayıdanda isə çantamızın olduğunu dedilər. Geri qayıdanda polis əməkdaşları onları saxlayıb Ağstafa RPŞ-yə aparmışlar. Orada polis əməkdaşları ilə 5 qrama kokosla (heroinlə) razılaşmış, lakin polislər ona 500 qramdan çox narkotik vermiş əlavə olaraq boynuma qoyaraq silah da qoyub ittiham vermişlər. Bununla bağlı şikayət də etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, İranlı vətəndaşla instagram sosial şəbəkəsində tanış olmuş, söhbət vaxtı sonuncu ona narkotik vasitə verəcəyini demişdir. İlk dəfə imiş ki ondan narkotik vasitə alırmış, İranlı vətəndaşla təxminən 15-20 gün danışmış, 5 qram kakosa razılaşıb, 70 manat da sonuncuya pul göndərmişdir. Bərdə rayonunda yaşayır, rayondan narkotik vasitə tapa bilmədiyi üçün 5 qrama 70 manat verməyə razılaşmışdır. İranlı vətəndaş ona Ağstafaya çatanda konumu atmış və həmin yerə konumla getmişdir. Turalın əvvəlcə narkotik vasitə arxası ilə getməyindən xəbəri olmamış, sonradan az miqdar birlikdə istifadə edəcəklərini demişdir. Turalın maşınına 50 manat benzin tökəcəyini, yol pulu verəcəyini demişdir. Turala Ağstafaya gəzməyə gedəcəyini demişdir. İranlı ona danışıq vaxtı şəkil atmamış, şəkili konuma çatanda atacağını demişdir. Ağstafa rayonuna çatanda şəkili atıb narkotik vasitənin həmin yerdə bağlamada olduğunu demiş, həmin əraziyə çatıb narkotik vasitəni axtarsa da tapa bilməmiş, geri qayıtmaq istəyəndə isə dəmiryol keçidindən polis əməkdaşları onları saxlamışlar. Tural axtarmamış, özü isə maşından düşüb narkotik vasitəni axtarmışdır. Çəkiliş vaxtı nalayiq ifadələr işlətdikləri üçün onlarla məcburiyyət qarşısında razılaşmışlar. Polis əməkdaşları onlara qarşı qeyri-etik davransalar da bu barədə sanksiyaya çıxanda demişdir. Çantanı maşına qoyulandan sonra görmüşdür. Maşını saxlayanda düşüb qaçmış, əvəlcə düşüb ərazini gəzəsə də tapmamışdır. Geri qayıdıb maşına əyləşmiş, maşınla gedəndə polis əməkdaşları qarşılarını kəsmişlər. Maşından düşüb qaçanda çanta maşında olmasa da polis əməkdaşları onları saxlayıb maşının yanına gətirəndə çanta maşında olmuşdur. Saxlanıldığı gün üzərində telefon olmuş, qaçanda telefon cibindən düşüb qırılmışdır. Bildiyi qədəri ilə telefonu sonradan açılmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 göstərmişdir.....Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə alüdəçisidir. Mütamadi narkotik vasitə qəbul edir. ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonları var, hər iki nömrədə Whatsapp var. Təqsirləndirilən şəxs2 dostudur. Təxminən 15-20 gün əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Maqa ləqəbli şəxslə tanış olmuş, onunla « Whatsapp » sosial şəbəkəsində danışmışlar. Maqa ona ümumilikdə 5-6 qram narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini 70 manata satacağını bildirmiş, ona məkan göndərmiş, həmin vaxt Bərdə rayonu Qaradağlı kəndində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuş, Turala bu barədə deyib narkotiki gətirməkdə köməklik etməyi qarşılığında ona ümumilikdə 2 qram narkotik vasitə və psixotrop maddə verəcəyini avtomobilinə 50 manat benzin tökəcəyini demiş, Tural da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan çıxıb «Maqa» ləqəbli şəxsin ona atdığı konumla Ağstafa rayonu Saloğlu qəsəbəsinə getmiş Saloğlu qəsəbəsinə çatanda saat 16 olmuşdur. Konum atılan yerə çatdıqda Tural avtomobili saxlayıb gözləmiş və o isə avtomobilədən düşərək Ağstafa-Böyükkəsik yolunun alt hissəsindən keçən beton borunun içərisində bir ədəd qara rəngli idman çantasını götürüb avtomobilin içinə, yəni əyləşdiyi qabaq sərnişin oturacağının ayaqaltı hissəsinə qoymuşdur. Tural avtomobili işə salıb Saloğlu qəsəbəsindən Ağstafa istiqəmətində hərəkətə başlamış, 1-2 dəqiqə sonra Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən dəmiryol keçidinin yanında qarşılarında hərəkət edən yük avtomobili dayanmış, Tural da avtomobili saxlamış və bu zaman mülki geyimli şəxslər onlara tərəf yaxınlaşmışdır. Həmin şəxslərin polis əməkdaşları olduqlarını güman etdikləri üçün Tural avtomobili sol tərəfdəki dərəyə tərəf sürmüş, avtomobil isə yer palçıq oluğu üçün hərəkət edə biməmiş, o və Tural avtomobildən düşüb qaçmağa başlamışdır. Bir neçə metr sonra mülki geyimli şəxslər çatıb onları saxlamış, o, qaçan zaman içərisində « Whatsapp» yazışmaları olan özünə məxsus “Redmi Note 9” markalı mobil telefonunu yerə vurub sındırmışdır. Polis əməkdaşları onlara avtomobildə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımağında şübhəli olduqları üçün saxladıqlarını demiş, bundan sonra Turalın idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön sərnişin oturacağının ayaqaltında olan qara rəngli idman çantasının içindən 1 ədəd selofan bükümdə 0,225 kq narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd selofan bükümdə 0,315 kq pisixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd sellofan bükümdə 0,360 kq narkotik vasitə olan marixuanaya bənzər kütlə, 1 ədəd sellofan bağlamada üzərində “PA 63E07457” yazısı həkk olunmuş tapança, həmin tapançaya aid sandıq və sandığın üzərində 4 ədəd həmin tapançaya aid patron aşkar edilərək müvafiq qaydada kütlələr elektron tərəzidə çəkilməklə qablaşdırılıb götürülmüşdür. Sonra polis əməkdaşları onları Ağstafa RPŞ-yə aparmışlar.... Orada vəkillə təmin edilmiş, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, kapitalbank bank kartı, market kartları, 1 manatlıq əskinas olan qara rəngli pul kisəsi götürülmüş, protokol tərtib edilmişdir. O, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmur...qara rəngli idman çantasında narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bilmiş, patron və silahdan xəbərsizdir. İşini aparan müstəntiq ona daha yüngül maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün 15000(on beş min) manat pul istəmiş, eyniməzmunlu təklifi Turala da etmişdir. Amma ona hansı məbləğ deməsini bilmir. Müstəntiq həm də onu aldadıb yazdıqlarına imza etdirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 göstərdi ki, Surxayla bir-birilərini uşaqlıqdan tanımış, rayonda bir yerdə böyümüşlər. Saxlanıldığı gün Surxay ona taksi kimi yaxınlaşıb Ağstafaya getmək istədiyini və maşına 50 manat benzin tökəcəyini, onu aparmağımı xahiş etmişdir. Surxayla razılaşmış, birlikdə Ağstafaya getmişlər. Heçnədən xəbəri olmamışdır. Ağstafanın Salaoğlu qəsəbəsinə çatanda Surxay düşüb ayaqyoluna gedəcəyini demiş, Surxay qayıdanda kiminləsə telefonla danışmışdır. Telefondakı şəxs Surxaya çox gəldiklərini demiş, geri qayıdanda dəmir yolunun üstündə 5-10 nəfər adam olmuş, adamlardan biri maşının üstünə qaçmış, onun da ağlına başqa şey gəlmiş, düşünmüşdür ki, Surxay subay oğlandı bəlkə qız arxası ilə gəlib, ona görə kimsə üstülərinə hücum çəkir. Maşını saxlamamış, həmin gün yağış yağdığı üçün yol sürüşkən olduğuna görə yol kəsildiyi üçün maşın torpaq sahəyə dərəyə sürmüş, lakin maşını palçıqda sürmək mümkün olmamışdır. Maşın dayandıqdan sonra hər ikisi düşüb biryerdə təxminən 20-30 metr aralıya qaçmışdır. Həmin şəxslərin əlində dəmir və digər əşyalar olmuşdur. Onlar maşından düşüb uzaqlaşanda havaya xəbərdarlıq atəşi açılmış, ancaq bundan sonra arxları ilə gələnlərin polis əməkdaşı olduğunu bilmişlər. Silah səsindən sonra dayanmışlar. Polislər onları saxlayıb hansısa maşına əyləşdirmiş, təxminən bir neçə saat kimisə gözləmişlər. Sonradan həmin şəxs gəlmiş və üzərlərinə çəkiliş etmişlər. Aşkar olunan çantanı da çəkilişdən əvvəl polislər özləri maşına yerləşdirmişlər. Polis əməkdaşları maşında ona videoda yaxşı danışmalı olduğunu demiş, onlara taksi sürücüsü kimi gəldiyini desə də qulaq asmamışlar. Sonra polis əməkdaşları çəkilişdən əvvəl sərnişin qapısını açıb ona çantanı göstərmiş və hər ikisinə həm ona həm də Surxaya qarşı nalayiq ifadələr işlətmiş, aprılan videoçəkilişdə çantanın arxası ilə gəldiyini deməyə məcbur etmişlər. Çantanın içində silah da olmuş, həmin silahı da boyunlarına qoymuşlar. Polislər onlara söyüş qoyduqları üçün Surxay da, o da məcbur qalıb onların dediklərini bildirmişlər. Onları saxlayan şəxslərdən heç biri iş üzrə şahid kimi dindirilməmiş, məhkəmədə gəlib ifadə verən digər şəxslər olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əvvəllər digər narkotik vasitə istifadə eləmiş, içkili olanda nəşə kimi tanıdığı maruxiana çəkmişdir. Surxayın əvvəllər məhkum olunduğunu bilməmiş başqa nəsə istifadə etdiyini görməmişdir. Surxayla bir yerdə ancaq məclislərdə arada nəşə (marixuana) istifadə etmişlər. Saxlanılan gün də Surxay ona Qazaxda əsgərlikdə olduğunu, orada tanışı ilə görüşəcəyini demiş, buna görə taksi kimi onunla birlikdə getmişdir. Surxay olmasa başqası olsa yol haqqı müqabilində yenə gedəcəkmiş. Surxay benzin pulunu vermişdir. Narkotik vasitə götürməyə gəldiklərini boynuna alsa da çəkilişdə hər şeyi polis əməkdaşları dediyi kimi təkrar etmişdir. Narkotikə görə maşın sürməmiş, hadisədən isə xəbəri olmamışdır. Surxay ona qayıdanda 50 manat pul verəcəyini demiş, gedəndə isə maşına 20 manatlıq benzin tökmüşdür. Surxay ona rayona getmək lazım olduğunu deyəndə onunla gedə biləcəyini demiş, əvvəllər Surxayla heç yerə getməmişlər. Usta işlədiyi üçün əksər vaxt rayondan çıxa bilmir. Surxayla səhər saatlarında Bərdə rayonundan çıxmış təxminən günorta saat 2-də Ağstafaya çatmışlar. Yolu düzgün tanımadığı, gedəcəklərini yeri səhv saldığı üçün gedəcəkləri yerə də gec çatmışlar. Surxayın yolda kimləsə danışmasını bilməmişdir. Ağstafaya çatıb yolun kənarında konum göstərdiyi yerdə maşını saxlamış, Surxay maşından düşüb yerdə telefonla danışmışdır. Surxaydan kimlə danışdığını soruşsa da sonuncu ona kiminlə danışmasını deməmiş, çox gəldiklərini və geri qayıtmalı olduqlarını demişdir. Yol uzaq olduğu üçün geri qayıtmış, geri qayıdanda dəmir yolunun üzərində 5-10 nəfər adam olmuşdur. Üzərlərində sarı jilet olmuşdur. Dəmiryolunun işçisi onları saxlamış, kənardan maşına kimsə daş atmış, mülki geyimli adamların üstlərinə gəldiklərini görəndə qorxudğu üçün maşınla sürüb uzaqlaşmaq istəmiş, lakin torpaq yolda maşın sürüşərək dərəyə düşmüşdür. Surxayla təxminən 5-10 metr qaçsa da polis əməkdaşları silahla atəş açıb dayanmalarını tələb etmişlər. Hər ikisinin üzərində mobil telefon olmuş, Surxayın narkotik vasitə dalıyca gəlməsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmir. ünvan 1 ünvanında qeydiyyatdadır. 2 ay əvvəl Bərdə rayonu Qaradağlı kəndində qohumlarıgilə gəlib orda yaşamışdır. ***-***-**-** nömrəli mobil telefon işlədir, fərdi əməklə məşğuldur, narkotik vasitə istifadəçisidir, mütəmadi qəbul edir. Bərdə rayon sakini Təqsirləndirilən şəxs1 dostudur, saxlanılmamışdan təxminən 15-20 gün əvvəl dostu Surxayla yaşadıqları Bərdə rayonunun Qaradağlı kəndində birlikdə olanda Surxay ona “instagram” sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Maqa” ləqəbli şəxslə tanış olub, «Whatsapp» sosial şəbəkəsində danışdığını, Surxaya ümumilikdə 5-6 qram narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini 70 manata satacağını bildirmiş və o da “Maqa” ilə razılaşmışdır. Bundan sonra Maqa Surxaya «Whatsapp» nömrəsinə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini qoyduğu yeri atmış, həmin vaxt özü də Surxayın yanında olmuşdur....Surxay həmin narkotik vasitələri və psixotrop maddəni gedib gətirməkdə ona köməklik etməyini qarşılığında ona da 1-2 qram narkotik vasitə və psixotrop maddə verəcəyini, avtomobilinə 50 manat benzin tökəcəyini demişdir. Razılaşdıqdan sonra xx.xx.2024-cü ildə saat 13-14 radələrində Turalla birlikdə ona məxsus idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan çıxıb həmin gün saat 16 radələrində Maqa adlı şəxsin atdığı konum ilə Ağstafa rayonu Saloğlu qəsəbəsinə çatmış, dəmir yolu keçidini keçib təxminən 2-3 kilometr sonra həmin yerə çatmışlar. Avtomobili saxladıqdan sonra Surxay düşərək yolun alt hissəsindən keçən beton borunun yanına gedib oradan bir ədəd qara idman çantasını götürüb avtomobilin içərisinə, əyləşdiyi qabaq sərnişin oturacağının ayaq altı hissəsinə qoymuşdur. Bundan sonra avtomobili işə salmış və Saloğlu qəsəbəsindən Ağstafa rayonuna geri qayıtmışlar. Dəmiryol keçidinin yanından keçəndə qarşıda gedən yük avtomobili dayanmış, o da avtomobili saxlamış və bu zaman mülki geyimli şəxslər onlara tərəf yaxınlaşmışlar. Həmin şəxslərin polis əməkdaşı olduğunu düşünüb avtomobillə oradan qaçmaq istəmiş, sol tərəfdəki dərəyə oxşar yola sürmüş, avtomobil yol palçıqlı olduğu üçün hərəkət edə bilməmiş və məcbur dayanmışlar. Bundan sonra o və Surxay maşından düşüb qaçmağa başlamış, mülki geyimli şəxslərin onlara çatacağını görüb Surxay özünə məxsus “Redmi Note 9” markalı mobil telefonu yerə vurub sındırmışdır. Bir neçə metr qaçdıqdan sonra mülki geyimli şəxslər ona çatıb saxlamış, polis əməkdaşları olduğunu demiş, avtomobildə qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduqları üçün saxlamışlar və onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyini demişlər. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön sərnişin otracağının ayaqaltısında olan qara rəngli idman çantasının içindən heroinə metamfetamin marixuanaya bənzər kütlələrlə yanaşı “PA 63E07457” yazısı həkk olunmuş tapança, həmin tapançaya aid sandıq və sandığın üzərində 4 ədəd həmin tapançaya aid patron aşkar edilərək müvafiq qaydada kütlələr elektoron qablaşdırılıb götürülmüşdür....Ona vəkil çağırılmış, üzərinə şəxsi axtarış keçirilsə də qadağan olunmuş, hər hansı əşya aşkar edilməmişdir. Üzərində olan “Redmi” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. O narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. Qara rəngli idman çantasının içində ümumilikdə 5-6 qram narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu düşünmüşdür. Həmin çantada göstərilən miqdarda narlkotik vasitə və silah olduğunu bilməmiş, özləri qəbul edəcəkləri üçün götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, 14 may 2024-cü il tarixdə Bərdə rayonu Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs1 və Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 “Chevrolet Cobalt” markalı ** LM *** qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu ərazisində külli miqdarda qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və odlu silah gəzdirmələri və daşımaları barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə 14 may 2024-cü il tarixdə saat 16 radələrində Ağstafa rayonu Saloğlu qəsəbəsinə getmişlər. Həmin qəsəbədə dəmir yol xəttinin üstündə olan keçid məntəqəsində qeyd olunan avtomobilin Ağstafa şəhəri istiqamətində gəldiyini görüb həmin avtomobilə dayanmasını desələr də avtomobili sürən şəxs hərəkətini davam etdirib yoldan çıxaraq dərəyə tərəf istiqamətlənmiş, palçıq olduğu üçün avtomobilidərədə saxlamış, özü və Surxay avtomobildən düşüb qaçmağa cəhd göstərmişlər. Surxay avtomobildən düşəndə əlindəki telefonu qırıb yerə atmışdır. Hər iki şəxs saxlandıqdan sonra avtomobilin yanına dəvət olunaraq onlara barələrində çıxarılmış qərar elan olunmaqla həmin avtomobilə baxış keçrilmişdir. Video çəkilişlə keçirilən baxış zamanı avtomobilin ön sərnişin otracağının ayaqaltısında olan qara rəngli idman çantasının içərisindən müxtəlif bükümlərdə olan narkotik vasitələr və odlu silah sandıqça və patronlar aşkar edilib götürülmüşdür. Avtomobilin yük yerindən çantanın içindən Təqsirləndirilən şəxs2 məxsus mobil telefon və Surxayın qırdığı telefonlar götürülmüşdür. Şifahi sorğu-sual zamanı Surxay narkotik vasitələri 10-15 gün əvvəl “instaqram” sosial şəbəkəsində tanış olduğu Məhəmməd adlı İran vətəndaşının qoyduğu yerdən göndərilmiş məkanla tapıb götürdüklərini həmin narkotik vasitələri özləri istifadə etmək üçün əldə etdiklərini, çantada odlu silah olması barədə isə xəbəri olmadığını demişdir. Həmin şəxsləri Ağstafa RPŞ-yə gətirmişlər, avtomobilə keçirilən baxışla bağlı prokol tərtib olunmuş və imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin polis əməkdaşları X7, Şahid4, Şahid2 və Şahid5 Şahid3 və Şahid1 və Mansırlı X6 Cəfər Yaşar oğlu və X1 Toğrul Asif oğlu ilə eyni məzmunlu ifadə vermişvə onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilən Şahid1 göstərmişdir ki, Ağstafa RPŞ-nin ƏİÜ rəis müavini vəzifəsində işləyir. Bərdə rayonu Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs1 və Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 “Chevrolet Cobalt” markalı ** LM *** qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu ərazisində külli miqdarda qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və odlu silah gəzdirmələri və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, yaradılmış əməliyyat axtarış qrupuna rəhbərliyi isə özü etmişdir. 14 may 2024-cü il tarixdə saat 16 radələrində Ağstafa rayonu Saloğlu qəsəbəsinə getmiş, dəmir yol xəttinin üstündə olan keçid məntəqəsində həmin qeyd olunan avtomobilin Ağstafa şəhəri istiqamətində gəldiyini görüb “saxla” əmri vermişlər. Avtomobili idarə edən Tural hərəkətini davam etdirib avtomobili yoldan çıxararaq dərəyə tərəf istiqamətlənmiş, əlverişsiz yol olduğu üçün avtomobili idarə edə bilməyib dərədə saxlamışdır. Tural və qabaq oturacaqda oturmuş, Surxay avtomobildən düşüb qaçmağa cəhd göstərsələr də saxlanılmışlar. Surxay avtomobildən düşəndə əlində olan mobil telefonu qırıb yerə atmışdır. Hər iki şəxs saxlanıldıqdan sonra avtomobilin yanına aparılmış, barələrində çıxarılmış qərar elan olunmaqla həmin avtomobilə baxış keçiriləcəyi izah olunmuşdur....Video çəkilişlə keçirilən baxış zamanı avtomobilin ön sərnişin otracağının ayaqaltısında olan qara rəngli idman çantasının içərisindən 1ədəd selofan bükümdə 0,225 kq narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd selofan bükümdə 0,315 kq pisixotrop maddə metamfetamin bənzər kütlə, 1 ədəd selofan bükümdə 0,360 kq narkotik vasitə olan sıxılmış marixuanaya bənzər kütlə, 1 ədəd selofan bağlamanı içərisində üzərində “PA 63E07457” yazısı həkk olunmuş odlu silah tapança, həmin tapançaya aid sandıq və sandığın üzərində 4 ədəd həmin tapançaya aid patron aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Həmçinin avtomobilin yük yerindən çantanın içərisindən Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Lenova” markalı mobil telefon aşkar olunmuş, həmin telefon və Surxayın qırdığı telefon müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə, psixotrop maddə və odlu silahı 10-15 gün əvvəl “instaqram” sosial şəbəkəsində tanış olduğu Məhəmməd adlı İran vətəndaşı tərəfindən Ağstafa rayonu ərazisinə qoyduğu yerdən götürüb əldə etdiklərini, həmin məkanın istifadəsində olan mobil telefona atıldığını, həmin narkotik vasitələri özləri istifadə etmək üçün əldə etdiklərini, çantada olan odlu silah barədə Məhəmmədin ona məlumat vermədiyini bildirmişdir. Sonra həmin şəxsləri Ağstafa RPŞ-yə gətirmiş, baxışın prokolu tərtib edilmiş və imzalanmışdır. Polis şöbəsində həmin şəxslər təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Onlar narkotik vasitə, psixotrop maddə və odlu silahı satış məqsədi ilə əldə edib daşımışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən 14 may 2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Cobalt” markalı ** LM *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön sərnişin otracağının ayaqaltısında olan qara rəngli idman çantasının içərisindən 1ədəd selofan bükümdə 0,225 kq narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd selofan bükümdə 0,315 kq pisixotrop maddə metanfetamin bənzər kütlə, 1 ədəd selofan bükümdə 0,360 kq narkotik vasitə olan sıxılmış marixuanaya bənzər kütlə, 1 ədəd selofan bağlamanın içərisində üzərində “PA 63E07457” yazısı həkk olunmuş tapança, həmin tapançaya aid sandıq və sandığın üzərində 4 ədəd həmin tapançaya aid patron aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 15 may 2024-cü il tarixli 16/558 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Chevrolet Cobalt markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ sərnişin tərəfdən aşkar edilmiş qara rəngli idman çantasının içərisində olan kütlələr.....” yazılar və imzalar olan sintetik kisədəki 1(bir) ədəd qara rəngli idman çantasında: 1(bir) ədəd üzəri sarı rəngli yapışqan lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 120,518 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1(bir) ədəd üzəri sarı rəngli yapışqan lentlə sarınmış şəffaf rəngli polietilen torbada təmiz çəkisi 277,680 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1(bir) ədəd üzəri sarı rəngli yapışqan lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 331,61 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1049 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 01 ədəd E-07457 nömrəli silah Macarıstan dövlətində zavod üsulu ilə istehsal olunmuş PA-63 modelli 9 mm kalibrli tapançadır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, 9X18 mm kalibrli olmaqla Makarov(PM), Steçkin(APS)konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, PA-63 modelli silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 07 ədəd 9X18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli 1205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli 1206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş xx.xx.2024cü il tarixli tələbnamə və Bərdə rayon məhkəməsinin 1 (021)-86/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bərdə rayon İcra və Probasiya Şöbəsindən verilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli, 3-16-35-35/2- 123467/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixə 9 (doqquz) ayını, 1(bir) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün hissəsi isə qalıq qalmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RİHB Güloğlular Kənd İƏd üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli 743 saylı arayışdan görünür ki Təqsirləndirilən şəxs1 qeyd edilən ünvanda qardaşı ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı Şəhər İcra Hakaimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Deoartamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrfüfat Birliyi 145 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 325 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 2, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsini hadisə yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsini hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:20-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin arixdə saat 18:20-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(015)-14/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(015)-15/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(015)-36/2024 saylı qərarından görünür ki, Ağstafa RPŞ-nin X3 baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinə dair müraciət üzrə məhkəmə baxışına xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, 173- 6236/2024 saylı əməliyyat tapşırığına cavab olaraq verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan İran vətəndaşından əldə etməsi müəyyən edilmiş, hər ikisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, Təqsirləndirilən şəxs2 göndərilmiş çantada əvvəlcədən odlu silah olması barədə məlumatının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 25.07.224-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan CD diskən görünür ki, X12 və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrələrlə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli cinayət işinin yarılması və icraata götürülməsi haqqında qərardan görünür ki, narkotik vasitlərin və silah sursatın əldə edilmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.41, 234.4.3-cü maddələri iilə digər cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan məhkəmədə araşdırılan Ağstafa rayon MƏhkəməsnin 5(015)- 55/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağstafa RPŞ-də qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. Dövlət ittihamçısı tərəfindən təqdim edilən və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 fiziki zorakılığa məruz qalması ilə müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən aparılmış araşdırma zamanı cinayət işinin başlanması xx.xx.2025-ci il də Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmiş, həmin qərardan isə nə təqsirləndirilən şəxs, nə də müdafiəçiləri tərəfindən hər hansı şikayət verilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 120,318 qram narkotik vasitə heroin, 277,480 qram psixotrop maddə metamfetamin, 331,41 qram narkotik vasitə həşiş, 1 ədəd selofan bağlamanı içərisində üzərində “PA 63E07457” yazısı hək olunmuş yivli odlu silah tapança, həmin tapançaya aid sandıq və 1 ədəd həmin tapançaya aid patron, 1 ədəd idman çantası və 1 ədəd «Redmi Noti 9S» markalı mobil telefon Ağstafa RPŞ-nin anbarına təhvil verilmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin istintaqın sonrakı dövrü və məhkəmə baxışında göstərdikləri narkotik bükümlər olan çantanı götürməmələri, geri qayıdarkən qarşılarından polis əməkdaşı olduğunu bilmədikləri mülki avtomobildə olan mülki geyimli şəxslər tərəfindən kəsilməsinə görə olduqları avtomobili torpaqlı sahəyə sürüb orda batıb qalmaları, sonradan isə qaçmaq istəyəndə havaya atəş açdıqları üçün dayandıqlarını, tələb etməsinə görə dayanmaları və fiziki zorakılığa döyülməyə məruz qaldıqdan sonra avtomobilin yanına gətirilmələri, həmin çantanın avtomobildən çıxması və baxış keçirilməsinə dair ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin qeyd edilən cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı ilkin olaraq tam və sonrakı dövründə və məhkəmə istintaqı zamanı özlərinin qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə” avtomobilə baxış keçirilməsi haqqında” protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilmişdir. Həmin hallar digər sübutlarla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 göstərdiyi fiziki zorakılığa məruz qalması ilə bağlı müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən aparılmış araşdırma zamanı cinayət işinin başlanması xx.xx.2025-ci ildə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmiş, həmin qərardan isə nə təqsirləndirilən şəxs, nə də müdafiəçisi tərəfindən hər hansı şikayət verilməmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilən DVD diskdən isə təqsirləndirilən şəxslər keçirilən əməliyyat axtarış tədbiri zamanı hər hansı qeyri psixo-emosional halda olmasını göstərən hal aşkar edilməmiş, onlara qarşı edilməsini iddia edilən zorakılıq əlamətləri (şəxslərin gözlə görünən açıq bədən səthləri üzləri əlləri boyun boğaz hissələrində olan qızartı, sıyrıq, açıq yara, yaxud sair zorakılığa məruz qalması göstərən hallar) aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, özünümüdafiə təbii instinkt olmaqla yanaşı situasiyadan asılı olaraq müxtəlif formalarda təzahür etdiyindən, hər dəfə yaranmış yeni hallar görə şəxs(lər)in əvvəl bildirdiklərini qəsdən və ya məcburiyyət üzündən inkar etməyə, əvvəl verdiyi ifadələri və göstərdikləri ilə bilmədən əks məzmunlu ifadələr verməyə sövq edir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərdiyi narkotik vasitələrin arxası ilə gəlsə də qeyd edilən çəkidən məlumatsız olması, digər Təqsirləndirilən şəxs2 isə əvvəl ümumiyyətlə narkotik vasitə arxası ilə gəlməsindən məlumatsız olması, sonradan şəxsi istifadəsi üçün ona narkotik vasitə veriləcəyini deməsinə görə razılaşması və hər iki təqsirləndirilən şəxsin göndərilməsi ehtimal edilən bağlamada ümumiyyətlə silah və sursat olmasını bilməmələrini onların özünümüdafiə üçün gətirdiyi dəlil kimi qəbul edərək rədd edir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı nə təsdiq nə də inkar edilməsə də məhkəmə qeyd edir ki, şəxslərin ibtidai istintaqın ilkin mərhələsində göstərdiyi narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində “daşıyıcı” kuryer fəaliyyəti göstərmələri və bunun müqabilində gəlir yaxud şəxsi istehlakları üçün narkotik vasitə və ya psixotrop maddə əldə etmə cəhdləri işin mübahisəsiz haldır. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini sübut kimi qəbul edərək, sonrakı ibtidai araşdırmasın son dövrü və məhkəmə baxışı zamanı göstərdiklərini qeyd edilən hissədə özünümüdafiə hüququnun həyata keçirmə kimi qəbul edərək rədd edir. Nəzərdən qaçırılmamalıdır ki, hər iki təqsirləndirilən şəxs məhkəmə baxışında və ilkin ifadələrində aşkar edilən çəki ilə müqayisədə kifayət qədər az miqdar təxminən 5-6 qram narkotik vasitə və (ya) psixotrop maddə arxası ilə gəldiklərini, narkotik vasitələrin arxası ilə gəlmələrinin şəxsi istehlak üçün narkotik vasitə əldə etmə müqabilində olduğunu göstərmişlər ki, həmin halın özü də narkotik vasitə və psixotrop maddələrin külli miqdarı (2 qramı) keçən çəkisini əhatə etməklə hazırki maddənin tərkibini yaradaraq, cəza təyinini labüd edir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini iş üzrə digər obyektiv sübutlar - xüsusilə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərlə müqayisə etdikdə hesab edir ki, həmin sübutlar digər sübutlara münasibətdə daha üstün və kənar müşahidəçinin nəzərində obyektiv olmaqla yanaşı, hər hansı qanunsuzluğa məruz qalan (qaldığını iddia edən) şəxs öz etirazını bildirmək üçün kifayət qədər imkana (fürsətə) malik olur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin Bərdə rayonundan Ağstafa rayonu Saloğlu qəsəbəsinə qədər gediş-gəliş məsafəsinin təxminən 300 km olması nəzərə alınmaqla onların qeyd etdikləri miqdar 5-7 qram narkotik vasitə (demələrinə görə heroin) arxası ilə gəlmələri, həmin yolu qət etmək üçün mövcud olan DYP-nin 4 stasionar postunu 2 dəfə keçmələri, yola sərf edilən vaxt və yanacaq nəzərə alınarsa “səmərəsiz” olmaqla yanaşı, Təqsirləndirilən şəxs1 əvvəl eynixarakterli cinayət əməlinə görə məhkum olunaraq mənfi təcrübəyə malik olması onda tanımadığı rayon ərazisində kifayət qədər potensial “təhlükər” ilə qarşılaşacağını bilməsi (ifşa edilmək təhlükəsinin yüksək olması) tələb olunurdu. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon yararsız vəziyyətə düşdüyündən narkotik vasitə və psixotrop maddələrin əvvəlcədən razılaşdırılmış çəki və növünü nə ibtidai istintaqda, nə də məhkəmədə müəyyən etmək dəqiq mümkün olmasa da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz külli miqdar çəkidə narkotik vasitə və psixotrop maddə arxası ilə gəlmələri daha ağlabatan və inandırıcıdır. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında göstərdiyi ilkin olaraq Surxayın narkotik vasitə arxası ilə gəlməsini bilməməsi inkar edilməsə də, öz ifadəsinə görə sonradan (Ağstafa rayonu ərazisində olarkən Surxayın telefonla narkotik vasitələri göndərmiş şəxslə danışığı əsasında) öyrənməsi və şəxsi istifadəsi üçün götürüləcək narkotik vasitədən ona 1-2 miqdar verilməsi müqabilində razılaşması onun hazırki cinayət hadisəsini birgə iştirakçılıqla götürməsini təsdiq edir. Cinayət hadisəsi törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin eləcə də psixotrop maddə olan metamfetmainin külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi 2 qram, həşişin külli miqdarının aşağı həddi isə 100 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin - heroin və marixuananın külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış marixuanının əvvəlcədən ayrılmış və xüsusi olaraq qablaşdırılmış narkotik vasitə və psixotrop maddələ münasibətdə 2, 3 və 9 ədəd bükümdə olması və cinayət işinin digər materialları nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satış məqsədi (kuryerlik edərək qazanc əldə etmə ) məqsədilə qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3 maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir , döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır, odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 14 iyun 2024-cü il tarixli 8 №li qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası qərarının 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Cinayət hadisəsi törədilən vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 228.2.1ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hər bir halda şəxsə qanunçuluq prinsipinə əsasən cinayət törədildiyi vaxt qüvvədə olan maddənin dispozsisiyasına uyğun sanksiya həddində cəza təyin etməsinə baxmayaraq aşkar edilmiş narkotik vasitələrin bir neçə növdə və külli miqdar çəkilərdə ayrı-ayrı bağlamalarda olması (kifayət qədər ciddi çəki və külli miqdar dəyərə malik olmasını) şəxsə təyin edilən cəzanın miqdarına təsirinin olacağını qeyd edir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladları olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, hər iki təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunması yalnız onların cəmiyyətdən təcrid olunması ilə mümkündür. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 əvvəl törətdiyi eyni xarakterli narkotik vasitələrin dövriyyəsi ilə bağlı olan az ağır cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq cəzaçəkmə müddətində yenidən bu dəfə daha ağır cinayət əməlini maddi maraq müqabilində iştirakçılıqla törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Həmçinin cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsi nəzərə alınmaqla (şəxsiyyəti məlum olmayan İran vətəndaşı olması ehtimal edilən şəxslə narkotik vasitələrin, odlu silah və sursatın əldə edilməsi ilə bağlı danışıqların sosial şəbəkə üzərindən onun tərəfindən və özünə məxsus sonradan yararsız hala salınmış mobil telefonla aparılması) Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın Təqsirləndirilən şəxs2 münasibətdə daha ciddi olmasını şərtləndirən amillərdir. Törədilmiş cinayət əməlinin xarakteri (ağır) cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxslərin cinayət hadisəsinə qədərki (narkotik vasitələrin əldə edilməsində marağını) və törədildiyi andakı davranışları, əməllərin ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitə və psixotrop maddələrin növü, külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region və respublika üzrə dövriyyəsində “əhəmiyyətli rola” malik olması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın sanksiyası həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə maddənin sanksiyanda nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddə, yaxud ona yaxın təyinini istisna edir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə hər iki təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli onun tutulduqları xx.xx.2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1. maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə ekspert rəyinə əsasən hesab edir ki, məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olan və Ağstafa rayon Polis Şöbəsində saxlanılan - ekspertriza tədqiqatından sonra qalıq çəkiləri 120,318 qram olan narkotik vasitə heroin, 277,480 qram psixotrop maddə olan metamfetamin, 331,41 qram narkotik vasitə olan həşiş və 1 ədəd idman çantası məhv edilməli, -üzərində “PA 63E07457” yazısı həkk olunmuş yivli odlu silah tapança, həmin tapançaya aid sandıq və 1 ədəd patron dövlət nəfinə müsadirə edilərək Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilməli, 1 ədəd «Redmi Note 9S» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. -“baxış keçirilməsi”, “şəxsi axtarış keçirilməsi və götürmə” istintaq hərərkətlərinin görüntüləri olan 3 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,40 manat (otuz iki manat qırx qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç ) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-86/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə qalıq qalmış 1 (bir) il, 8 (səkkiz) ay 26 (iyirmi altı) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7 (yeddi) il 6 altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Ağstafa rayon Polis Şöbəsində saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 120,318 qram olan narkotik vasitə heroin, 277,480 qram psixotrop maddə olan metamfetamin, 331,41 qram narkotik vasitə olan həşiş və 1 ədəd idman çantası məhv edilsin. Üzərində “PA 63E07457” yazısı həkk olunmuş yivli odlu silah tapança, həmin tapançaya aid sandıq və 1 ədəd patron dövlət nəfinə müsadirə edilərək Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilsin. 1 ədəd «Redmi Note 9S» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. -“baxış keçirilməsi”, “şəxsi axtarış keçirilməsi və götürmə” istintaq hərərkətlərinin görüntüləri olan 3 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) ekspertiza xərci müştərək qaydada - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,40 manat (otuz iki manat qırx qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar