Məhkəmə qərarları › İş №1(100)-268/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-268/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-268/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X27 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurou İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər X14 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1998-cı ildə Şəmkir rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 2 saylı İstintaq təcridxanasında saxlanılan X5 xx.xx.1996-cı ildə Şəmkir rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Hərbi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Hərbi Məhkəməsinin 22 noyabr 2021ci il tarixli qərarına əsasən 19 sentyabr 2016-cı il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab edilmiş, Şəmkir rayonu, Mahmudlu kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və X14 20 aprel 2021-ci il tarxdə, saat 03 radələrində tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə pəncərədən qanunsuz daxil olaraq silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək yataq otağında yatan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən əvvəl Müsahib Miskinli silah qismində istifadə etdiyi ağac dəyənək ilə qəsdən üç dəfə zərbə vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, onun ardınca isə Təqsirləndirilən şəxs1 üzərində olan tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu 123 mm və ümumi uzunluğu 220 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını silah qismində tətbiq etməklə qəsdən bir dəfə zərbə vurub Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, həmin vaxt evin digər otağından səs-küyə gələn Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən Müsahib Miskinli əlindəki ağac dəyənəklə iki dəfə qəsdən vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti, Təqsirləndirilən şəxs1 isə yuxarıda qeyd edilən bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs1 qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən və insan həyatı üçün təhlükəli olan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ucadan qışqıraraq qonşuları köməyə çağırması səbəbindən onlar evdən hər hansı əmlakı ələ keçirə bilməyib hadisə yerindən qaçmaqla quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu Əliyaqublu kəndində Günay adlı qadının olduğunu və pulla başqa oğlanlarla görüşərək cinsi əlaqədə olduğunu eşitmişdir. Təxminən 2021-ci il mart ayının əvvəllərində həmkəndlisi olan Tağı ilə söhbət etdiyi zaman Tağıdan görüşmək üçün qız nömrəsi istəmişdir. Tağıda ona Günayın mobil telefon nömrəsini verərək əvvəllər özünün Günayla görüşdüyünü, lakin daha Günayın yanına getmədiyini bildirmişdir. O, Tağıdan nömrəni götürdükdən sonra özünə məxsus olan mobil nömrə ilə Günayın mobil telefonuna zəng etmişdir. Günay telefona cavab verəndə onunla görüşmək istədiyini bildirmişdir. Lakin Günay onu təhqir edərək telefonu söndürmüşdür. Həmin vaxtdan sonra o, nə vaxtsa Günayı görərək Günaydan dediyi sözün əvəzini çıxacağını fikirləşmişdir. Həmin vaxtdan sonra Günayla heç bir əlaqəsi olmamışdır. O, Günayın yaşadığı evi maraqlanmış və Əliyaqublu kəndində magistral yoldan aşağı küçədə qaldığını öyrənmişdir. Lakin evinin yerini dəqiq bilməmişdir. O, Günayın evinin yerini öyrənib heyfini almaq istəmişdir. 19 aprel 2021-ci il tarixdə o, Şəmkir şəhərinə gəldiyi zaman həmkəndlisi “Müsü” kimi tanıdığı Müsahibi görmüşdür. Onlar birlikdə Şəmkir şəhərinə gəlmiş, şəhərdə gəzmişlər. Şəmkir şəhərində kafelərin birində oturub dönər yediyi zaman Müsahibdən Əliyaqublu kəndində olan Günay adlı qadını tanıyıb tanımamasını soruşmuşdur. Müsahib nəyə görə maraqlandığını soruşduqda o, Müsahibə Günayın onu təhqir etməsini bildirmişdir. Ona görə Günaydan heyfini çıxmaq istədiyini demişdir. Müsahib ona Günayı tanıdığını, bir dəfə də Günayla görüşüb cinsi əlaqədə olduğunu bildirmişdir. Eyni zamanda başqalarından 25 manat alıb cinsi əlaqədə olduğu zaman ondan 100 manat aldığını demişdir. Onlar orada Günayın evinə getməyi və Günaydan qisas almağı planlaşdırmışlar. Onlar Günayın evində çoxlu pul olmasını təxmin etmişlər. Buna görə də Günayın evinə girib evində olan pulları götürməyi, eyni zamanda Günaydan qisas ala biləcəklərini fikirləşmişlər. Bundan sonra onlar Şəmkir şəhərindən piyada şəkildə Günayın yaşadığı küçəyə gəlmişlər. Onlar həmin yerə çatdığında artıq hava qaralmışdır. Onlar Günayın evinin yuxarı tərəfində olan tikintisi qurtarmamış evin həyətinə daxil olmuş, Günayın evinin arxa tərəfinə keçərək orada gözləməyə başlamışlar. Bir qədər sonra avtomobil gəlməsini görmüşlər. Çıxıb baxdıqda ağ rəngli VAZ 21015 markalı avtomobil olmasını görmüşlər. Avtomobildən düşən şəxslər Günayın evinə daxil olmuşlar. Onlar yenə gözləməyə başlamışlar. Gözlədikləri zaman evin içərisindən Günayın həmin şəxslərlə cinsi əlaqədə olan səsini eşitmişlər. Bir qədər sonra avtomobil getmişdir. Həmin vaxtı Günayın evinin işıqlarının hamısı yanırmış. Eyni zamanda qonşulardan da səs gəlirmiş. Gecə saat təxminən 3 radələrində ətrafda tam sakitlik olduqdan sonra onlar otaqların birinə baxdıqda həmin otaqda bir oğlan uşağının yatmasını görmüşlər. Bilmişlər ki, evdə oğlan vardır. Həmin vaxta qədər onlar evdə oğlanın olmasını bilməmişlər. Ev alçaq olduğundan zal otağın pəncərəsini yerdən duraraq açıq və ya bağlı olmasını rahatlıqla yoxlaya bilmişlər. Pəncərə bağlı olmuşdur. Lakin onlar plastik pəncərəni yuxarısından, ortasından və aşağı tərəfindən eyni vaxtda zərblə itələyərək asanlıqla açmışlar. Həmin vaxtı evin bütün işıqları yanırmış. Birinci onlar oğlan olan otağa daxil olmuşlar. Həmin otaqda pul olub olmamasını yoxlamaq istədiyi zaman oğlanın yerindən tərpənməsini görmüşlər. Bu zaman Musahib oğlanın ayıldığını zənn edərək həyətdən götürdüyü ağac parçasını oğlanın baş nahiyyəsindən üç dəfə vurmuşdur. Oğlan ayağa qalxaraq “Ay mama öldüm” deyərək qışqırmağa başlamışdır. Onlar oğlanı yenidən vurduğu zaman Günay otağa girərək siz kimsiniz deyərək qışqırmağa başlamışdır. Günay onların üzərinə gəldiyi zaman Müsahib əlində olan ağacla Günayın başından zərbə endirmişdir. Zərbədən sonra Günay dal-dala gedərək yıxılmışdır. Yenidən ayağa qalxaraq onların üzərinə gəlməyə başlamışdır. Bu vaxtı Musahib Günayın başından yenidən ağacla vurmuş, o isə Günayın sifətinə yumruq vurmuşdur. Günay səndələyəndə o, cibində olan cib bıçağını çıxardaraq Günayın qarın nahiyyəsindən vurmuşdur. Bıçağın kəsici hissəsi tamami ilə Günayın bədəninə daxil olmuşdur. O, Günayı qışqırmaması üçün vurmuşdur. O, bıçaq vurduqdan sonra Günay arxaya doğru getdikdə Müsahib Günayı arxadan tutmuş və əlindəki ağacla başına vurmağa başlamışdır. O da, əli ilə Günayın başına vurmuşdur. Günay isə dayanmadan var gücü ilə qışqırmışdır. Həmin vaxtı çöldən kişi səsi eşitmiş və kiminsə gəldiyini düşünərək ələ keçməmək üçün oradan qaçıb evin içərisinə daxil olduqları pəncərədən evin arxa tərəfinə düşmüş, bağdan keçərək yola çıxmış və öz yaşadığı kənd istiqamətində getməyə başlamışlar. Onları görən şəxslər olmaması üçün gizlin yerlərlə getmişlər. Onlar kənddə çatdığı zaman artıq hava işıqlaşmışdır. Kənddə onlar ayrılmış və həmin gündən sonra bir birini görməmişlər. Günay barəsində də heç kimdən heç nə maraqlanmamışlar. 23 aprel 2021-ci il tarixdə yaşadığı kənddə olduğu zaman polis əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Günayın evindən heç nə oğurlamamışlar. Günay qışqırdığı üçün qonşuların gələcəyindən ehtiyat edərək oradan qaçıb getmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hərbi xidmətdə olduğu zaman bir dəfə bir il müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdən çıxdıqdan sonra yaşadığı kənddə fərdi əməklə məşğul olmuşdur. 2020-ci ildə “Vətən müharibəsi” başlayanda səfərbərliklə onu da hərbi xidmətə çağırmışlar. Onlar ehtiyat qüvvə kimi qaldığından döyüşlərdə iştirak etməmişdir. 2021-ci ilin yanvar ayında o, ordudan təxris olunaraq kəndə qayıtmışdır. Kəndə qayıtdıqdan sonra sinif yoldaşı İsmayılla görüşdüyü zaman İsrafilə qızla görüşmək istədiyini bildirmiş və tanıdığı qızın nömrəsi olub olmadığını soruşmuşdur. İsmayıl ona Günay adlı qadının nömrəsini vermişdir. O, həmin nömrəyə zəng edərək mobil nömrəni İsmayılın verdiyini bildirmiş və Günay ona görüşə biləcəyini demişdir. O, Günayla danışdığı zaman Günay ona 25 manata görüşə biləcəyini demişdir. Həmin vaxtı o, 3 saat Günayla bir yerdə olmasını 100 manata danışmışdır. O, yol keçən taksi ilə Günayın yaşadığı evin yaxınlığına getmişdir. Günay yola çıxaraq onu qarşılamışdır. O, Günayın qaldığı evə getdiyi zaman Günay evdə olmuşdur. O, Günayın evinə daxil olan kimi Günay pulu əvvəlcədən alacağını deyərək ondan 100 manat pul almışdır. O, Günayla bir dəfə hamam otağında cinsi əlaqədə olmuşdur. Bir qədər sonra yenidən cinsi əlaqədə olmaq istəsə də Günay ona imkan verməyərək onu evdən qovmuşdur. O da, Günaya heç bir söz demədən evdən çıxıb getmişdir. Həmin vaxtdan sonra o, Günayla heç bir əlaqə saxlamamışdır. 19 aprel 2021-ci il tarixdə o, əvvəllər işlədiyi Şəmkir rayonu Əliyaqublu kəndində olan yeşik sexinə gedən zaman kəndə həmkəndlisi olan Amili görmüşdür. Amil ona Şəmkir şəhərinə getdiyini bildirmişdir. Onlar Şəmkir rayon İcra hakimiyyətinin yaxınlığında olan parka oturub söhbət etdiyi zaman Amil ona Əliyaqublu kəndində olan Günay adlı qadını tanıyıb tanımadığını soruşmuşdur. O da, Amilə tanıdığını bildirərək onu aldatdığını demişdir. Həmin vaxtı onlar Günayın evinə gedərək pulunu oğurlamağı məsləhətləşmişlər. Günayın hər yanına gələn müştərilərdən çoxlu pul aldığını və evində pul ola biləcəyini düşünmüşlər. Bundan sonra onlar piyada şəkildə Günayın yaşadığı kəndə getmişlər. O, Günayın evinə gündüz vaxtı getdiyindən Günayın evini tanımışdır. Onlar Günayın evinin yaxınlığına çatanda axşam saat 23 radələri olmuşdur. Onlar bir qədər küçədə dala qabağa getmişlər. Bir qədər sonra ağ rəngli VAZ 21015 markalı avtomobil gəlmiş və avtomobildə olan şəxslər Günayın evinə daxil olmuşlar. Onlar da Günayın evinin arxa tərəfinə gedib gözləmişlər. Təxminən bir saat sonra həmin avtomobil getmişdir. Onlar fikir verəndə görmüşlər ki, qonşuların səsi gəlir. Ona görə də yenə gizlənib gözləmişlər. Gecə saat təxminən 3 radələrində kənddə tam sakitlik olandan sonra onlar evə daxil olmağı qərara almışlar. Onlar pəncərədən baxanda bir nəfərin televizor olan otaqda yatdığını görmüşlər. Yatan şəxsi oğlana oxşatmışlar. O, Günayın qonşulugunda olan yeni tikilidən ağac parçası götürmüşdür. Arxa tərəfdən plastik pəncərəni ikisi birlikdə basıb açmışlar. Birinci Amil içəri daxil olmuş, Amilin arxasınca da o, içəri girmişdir. Oğlanın yatdığı otağa daxil olaraq oraya baxdıqda orada heç nə olmadığını görmüşlər. Həmin vaxtı oğlan yerinin içərisində başını tərpədəndə oğlanın ayılmasını zənn etmişlər. O, əlində olan ağac parçasını oğlanın başına vurmuşdur. Oğlan yerindən qalxanda Amil əlində olan bıçağı oğlanın belindən vurmuşdur. Oğlan isə “Ay mama” deyərək qışqırmışdır. Bu vaxtı Günay otağa daxil olaraq “siz kimsiniz” deyib qışqıran zaman o, əlində olan ağac parçası ilə Günayın başından vurmuşdur. Günay zərbədən dal-dala gedərək yıxılmışdır. Yenidən yerindən qalxaraq üzərinə gəlmək istədikdə Amil Günayın qarın nahiyyəsindən bıçaqla vurmuşdur. Günay çox bərk qışqırdığından onlar tez içəri daxil olduğu pəncərədən çıxaraq qaçmışlar. Qonşu həyətə keçərək oradan yola çıxmış və qaçmağa başlamışlar. Bu zaman Günay yola çıxaraq onlara kimsiniz deyə qışqırmışdır. Onlar da, arxaya baxmadan qaçıb getmişlər. Səhərə yaxın yaşadığı kəndə çatmış və ayrılaraq hərə öz evinə getmişdir. Ondan sonra Günay barəsində maraqlanmamışdır. Daha sonra polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində oğlu Şəhriyarla birlikdə yaşayır. Maddi vəziyyəti pis olduğundan pul müqabilində kişilərlə görüşərək cinsi əlaqədə olmuşdur. Adətən tanıdığı şəxslərlə görüşmüşdür. 19 aprel 2021-ci il tarixdə həmkəndlisi olan İbiş kimi tanıdığı usta fəhləsi ilə onlarda işləmişdir. Taksi sürücüsü olan Mahirdə onlarda olmuşdur. Bundan başqa həmin gün onlara qeyri rəsmi yaşadığı, Şəkmir rayonu, Könüllü kəndində olan Zahid də gəlmişdir. Zahid təxminən 18 radələrində onlardan çıxıb getmişdir. Mahirdə saat 22 radələrinə kimi onlarda oturmuş və bundan sonra getmişdir. Saat təxminən 24 radələrində adını bilmədiyi əvvəllər bir dəfə görüşdüyü hərbiçi ona zəng edərək onlara gəlmək və onunla görüşmək istədiyini bildirmişdir. O da, həmin şəxsə heç bir etiraz etməmişdir. Bir qədər sonra həmin hərbiçi avtomobili ilə onlara gəlmiş və avtomobildən düşərək evə daxil olmuşdur. Onun yanında başqa bir hərbiçi də olmuşdur. O, əvvəlcədən həmin hərbçidən 50 manat pul almış və onunla cinsi əlaqədə olmuşdur. Saat təxminən 1 radələrində hərbçilər onlardan getmişlər. O da, qapını bağlayaraq evə gəlmiş, səhhəti ilə əlaqədar olaraq dərman içib yatmışdır. Yatmazdan əvvəl oğlu Şəhriyara onunla yatmasını dedikdə Şəhriyar tək yatmaq istədiyini demişdir. O, yerinə girib yatdıqdan sonra gecə yarı o, oğlu Şəhriyarın “ay mama” deyərək qışqıran səsinə oyanmışdır. Yerindən qalxaraq zal otaqdan keçib Şəhriyarın otağın qapısını açdıqda Şəhriyarın sifəti qanlı halda onun üzərinə gəldiyini görmüşdür. Həmin anda da onun başına nəsə dəymişdir. Zərbədən o, yerə yıxılmış, Şəhriyar da onunla bərabər yerə yıxılmışdır. O, bir təhər başını qaldırıb baxdıqda həmin şəxsin qarayanız bir şəxs olmasını görmüşdür. Həmin şəxs əlində olan ağac parçası ilə Şəhriyara və ona vurmuşdur. Bu zaman o, “Araz ay Araz” deyərək qışqırıb üzbəüz yaşayan qonşusu Arazı çağırmışdır. Həmin anda da başını qaldırdıqda zal otağın çölə çıxan qapısının açıq olamasını və evdə kimsənin olmadığını görmüşdür. Həmin vaxtı o, nə edəcəyini bilməmiş, Şəhriyarda yerə yıxılı vəziyytədə olmuşdur. O, birtəhər ayağa qalxaraq zalın yola baxan pəncərəsini açaraq qışqırıb Arazı çağırmışdır. Araz pəncərədən yola baxaraq nə olmasını soruşduqda o, kiminsə onları döydüyünü bildirmişdir. Araz avtomobilini yola çıxartmış, o da yol qapısını açaraq yola çıxmışdır. Onun ardınca oğlu Şəhriyarda yola çıxmışdır. Hər ikisi avtomobilə oturmuş və Araz onları tez xəstəxanaya çatdırmışdır. Ona xəstəxanada həkimlər ilkin yardım göstərdiyi zaman o, qarın nahiyyəsində də bıçaq xəsarəti aldığını bilmişdir. Lakin o, bıçağın ona necə və harada vurulduğunu xatırlamamışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsindətəqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, anası Zərərçəkmiş şəxsN ilə birlikdə Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır. 19 aprel 2021-ci il tarixdə saat təxminən 22 radələrində evə gəlmiş, həmin vaxtı onlarda ailəvi taksi sürücüsü olan Mahir də olmuşdur. O, Mahirlə salamlaşaraq öz otağına keçmiş və oturub televizora baxmışdır. Saat təxminən 23 radələrində Mahir onlardan gedən zaman otaqdan çıxaraq Mahiri yola salaraq yenidən öz otağına getmişdir. Otağa getməzdən əvvəl evin pəncərələrinin açıq olub olmamasına baxmışdır. Pəncərələr bağlı olmuşdur. Həmin vaxtı da anası Günayda öz otağında yataqda uzanmışdır. O da, öz otağına keçərək yenidən kinoya baxmışdır. Daha sonra otağın işığını söndürmüş, televizoru açıq qoyaraq yatmışdır. Gecə xatırlamadığı saatda səsə ayılmış, necə ayıldığını xatırlamamışdır. Həmin vaxtı evdə iki nəfər kənar şəxsin olmasını görmüşdür. Həmin şəxslər arıq bədən quruluşlu şəxslər olmuşlar. O, yuxulu –yuxulu ayağa qalxmaq istədikdə başına zərbə dəymiş və o, özünü itirmişdir. Bu zaman onu kimin nə ilə necə vurmasını bilməmişdir. O, özünə gəldikdə anasının qışqırdığını və evin arxa tərəfinə olan pəncərədən iki nəfərin qaçdığını görmüşdür. Anası Günay qonşuları Arazı çağırmış və çölə çıxmışdır. Araz avtomobili ilə çölə çıxdıqda o da yola çıxaraq avtomobilin qabaq oturacağında oturmuş, anası isə arxa oturacaqda oturmuşdur. Araz onları birinci təcili yardıma aparmışdır. Orada onları təcili yardım avtomobilinə mindirərək xəstəxanaya aparmışlar. Xəstəxanada onları avtomobildən düşürən zaman anasının qarnından qan axmasını görmüşdür. Xəstəxanada onların hər ikisini uzandıraraq yardım göstərməyə başlamışlar. Sonradan o, bilmişdir ki, həmin gün evə daxil olan şəxslər birinci anası ilə onun başına ağacla vurmuşlar, daha sonra isə hər ikisinə bıçaqla vuraraq xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun yaşadığı evlə üzbəüz yaşayır. Günayla münasibətləri həmişə yaxşı olmuşdur, qonşu kimi aralarında heç bir narazılıq olmamışdır. O, Günayın pul müqabilində başqa kişilərlə görüşdüyünü bilmiş, lakin buna görə də onların arasında hər hansı bir narazılıq olmamışdır. 20 aprel 2021-ci il tarixdə saat təxminən 4 radələrində o, yuxuda olduğu zaman Günayın onu çağıran səsini eşitmiş və pəncərəni açaraq nə olmasını soruşmuşdur. Günay ona tez avtomobili çölə çıxarmasını demişdir. O, tez həyətə çıxaraq yol qapısını açdığında Günayın yola çıxdığını və sifətinin qan olmasını görmüşdür. O, nə olmasını başa düşməmiş və həyəcanlı halda Günaydan nə baş verməsini soruşduqda Günay onu tez xəstəxanaya çatdırmasını demişdir. O, avtomobili yola çıxardığı zaman Günay avtomobilə arxa oturacağa əyləşmişdir. Bu zaman Günayın oğlu Şəhriyarda yola çıxmış, o, Şəhriyarında sifətinin qan olmasını görmüşdür. Şəhriyarda avrtomobilin ön oturacağında oturmuşdur. O, həyacanlı olduğundan Günayla Şəhriyarı təcili yardıma apardığı zaman onlardan yolda heç nə soruşmamışdır. O, Günayla Şəhriyarın hər ikisini təcili yardıma çatdırmışdır. Təcili yardıma çatdıqdan sonra Günay və oğlunu təcili yardım avtomobilinə mindirərək Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. O, da xəstəxanaya getmişdir. Orada həkimlər hər ikisinə yardım göstərmək üçün içəri aparmışlar. Bundan sonra o, Günayın bacısı İlahənin yaşadığı evə getmiş və İlahəni çağıraraq baş verən hadisə barədə məlumat vermişdir. Bundan sonra İlahəni bacısı Gülbənizlə birlikdə xəstəxanaya gətirmişdir. Bundan sonra xəstəxanada o, bilmişdir ki, gecə Günayın evinə daxil olan şəxslər Günaya və oğluna həm ağacla, həm də bıçaqla vuraraq xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun böyük bacısıdır. Bacısı uzun müddətdir ki, ərindən ayrılaraq oğlu Şəhriyar ilə birlikdə tək yaşayır. Günayın yaşadığı ev Şəmkir rayonu Əliyaqublu kəndindədir. 19 aprel 2021ci il tarixdə o, Günayla telefonla danışdığında Günay evdə olmuş, həmin vaxtı günorta saatları olmuşdur. Günay qeyri-rəsmi ər arvad münasibətində olduğu Zahidin onlarda olduğunu və yatdığını bildirmişdir. Bundan sonra o, Günayla danışmamışdır. 20 aprel 2021-ci il tarixdə saat təxminən 4 radələrində yaşadığı evin yol qapısının döyülmə səsinə yuxudan ayılmış və yola çıxanda həmkəndlisi olan Araz adlı şəxsin onu çağırdığını görmüşdür. O, Arazdan nə səbəbə gəlməsini soruşduqda Araz Günayın bıçaqlandığını, təcili yardıma çatdırdığını bildirmişdir. O, ilk əvvəl Arazın onunla zarafat etməsini düşünmüş, lakin Arazın avtomobilinə baxdıqda avtomobilin içərisinin qan olmasını görmüşdür. Bundan sonra Arazla birlikdə xəstəxanaya getdikdə ona məlum olmuşdur ki, gecə saatlarında bacısının evinə girən adını bilmədiyi şəxslər bacısı və oğlu Şəhriyarı başlarından ağacla vurmuş, daha sonra bacının qarın nahiyyəsindən, Şəhriyarı isə bel nahiyyəsindən bıçaqla vurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydərova X13 İlahə Asif qızının ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissə də təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus VAZ 21015 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onların ailəlikcə münasibəti olmuşdur. Günay ərindən ayrıldığından oğlu Şəhriyarla tək yaşamışdır. O, həmişə Günayın evinə gedib gəlmiş, lazım olan işlərinə köməklik göstərmişdir. Belə ki, o, Günay ona zəng etdikdən onu lazım olan yerə aparmış, eyni zamanda evində usta işlədiyi zamanlar lazım olan avadanlıqları və əşyaları alıb gətirmişdir. 19 aprel 2021-ci il tarixdə də o, Günayın evində olmuşdur. Həmin gündə Günayın evində usta işləmiş, o da, həmin gün sement, qum və ərzaq məhsulları alaraq Günayın evinə çatdırmışdır. Daha sonra isə Günayın evində oturub söhbət etmişdir. Saat təxminən 23 radələrinə kimi o, Günaygildə olmuşdur. Həmin vaxtı da o, durub evə getmişdir. O, yola çıxdığı zaman Günay yol qapısını bağlayaraq evin içərisinə girmişdir. 20 aprel 2021-ci il tarixdə saat təxminən 5 radələrində yaşadığı evdə yatdığı zaman onun mobil telefonuna zəng gəlmiş. O, baxanda görmüşdür ki, zəng edən şəxs Günayla üzbəüz yaşayan Arazdır. Telefona açanda danışan şəxsin Günayın balaca bacısı Gülbəniz olmasını bilmişdir. O, Gülbənizdən gecə vaxtı nə səbəbdən zəng etməsini soruşduqda Gülbəniz xəstəxanada olduğunu və bacısı Günayın və onun oğlu Şəhriyarın gecə vaxtı tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. O, tez yerindən duraraq xəstəxanaya getmişdir. Xəstəxanaya gedəndə məlum olmuşdur ki, həmin gün saat 03 radələrində Günayın evinə daxil olan şəxs Günay və onun oğlu Şəhriyarın başına küt alətlə xəsarət yetirmiş və Günayın qarın nahiyyəsindən, Şəhriyarın isə kürək nahiyyəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 aprel 2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri X17 Şəkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 aprel 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, X14 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək Zərərçəkmiş şəxs1 evidə daxil olduğu yeri və zərərçəkmiş şəxslərə xəsarət yetirmiş olduqları yerləri istintaq hərəkətinin iştirakçılarına göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 aprel 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək Zərərçəkmiş şəxs1 evidə daxil olduğu yeri, və zərərçəkmiş şəxslərə xəsarət yetirmiş olduqları yerləri, eyni zamanda yaşadığı evdə qoyduğu, cinayət zamanı istifadə etdiyi qatlanan bıçağı istintaq hərəkətinin iştirakçılarına göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X34n 05 iyun 2021-ci il tarixli 634 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində alın – təpə nahiyyəsinin əzilmiş yaraları (iki ədəd) küt əşyaların təsirində törənmişdir, qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası isə deşici kəsici ələtlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirimə müddəti 20 aprel 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, təpə nahiyyəsinin əzilmiş yaraları (iki ədəd) isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” X34n 17 iyun 2021-ci il tarixli 711 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində alın – təpə nahiyyəsinin əzilmiş yaraları (üç ədəd) küt əşyaların təsirində törənmişdir, döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə deşici kəsici ələtlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirimə müddəti 20 aprel 2021-ci il tarixə uyğun gəlir.Ağırlıq dərəcəsində görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 16 iyul 2021-ci il tarixli 16/653/654 saylı rəyindən görünür ki,-tədqiqata təqdim edilən bıçaq kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan koftanın və maykanın üzərində olan(hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarı doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin, təqdim edilmiş paltarın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 04.06.2021-ci il, 17.06.2021-ci il tarixli 634, 711 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, Zərərçəkmiş şəxs1 bədənində yerləşən “ bədəndə yerləşən qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası”, Zərərçəkmiş şəxs2 bədənində yerləşən “döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə uyğun olaraq koftanın və maykanın üzərində olan zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 3/1231 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1,2,3,4,5,6, saylı daktilolentlərin səthlərində əl-barmaq, ovuc və papilyar naxış izləri vardır. Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “a,b,c” əl-barmaq izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1,2,4 saylı daktilolentlərin səthlərindfəki əl-barmaq, ovuc və papilyar naxış izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki digər yayılmış əl-barmaq izləri və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin baş barmağından, 6 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “a,b,c” əl-barmaq izləri X15 (qərarda X14), Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs(şəxslər) tərəfindən qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 01 iyul 2021-ci il tarixli, 334 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 01 iyul 2021-ci il tarixli, 335 saylı rəyindən məlum olur ki, X14 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. X6 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X34” X2 21 iyun 2021-ci il tarixli 706 nömrəli məktubundan görünür ki, X14 və Təqsirləndirilən şəxs1 Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixonevroloji kabinetlərində qeydiyyatda dayanmırlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi cinayət törədərkən istifadə etdiyi 1 ədəd bıçaq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 hadisə baş verən vaxt əynində olan bir ədəd kofta, Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman əynində olan bir ədəd qolsuz mayka, X5 cinayət törədərkən istifadə etdiyi 1 ədəd dəyənək, Təqsirləndirilən şəxs1 məxsus olan əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir RPŞ-nə saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 may 2021-ci il tarixli 268 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, X14 ailə üzvləri atası X8, anası X9, qardaşı X16 və bacısı X10 ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 may 2021-ci il tarixli 266 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri anası X11, qardaşı X7 və bacısı X20 ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 aprel 2021-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” ptrotokollardan və Şəmkir rayon məhkəməsinin qərarlarından görünür ki, X14 və Təqsirləndirilən şəxs1 23 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və barələrində “həbs” qətimkan hədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 05 may 2021ci il tarixli tələbnamədən, hömdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Hərbi Məhkəməsinin 22 noyabr 2021ci il tarixli qərarına əsasən 19 sentyabr 2016-cı il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 05 may 2021ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, X12 Şəmkir rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzası təyin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəri ilə təqsirli bilinərək 0N il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 54.2 maddəsinə əsasən N il müddətinə azadlıqdan məhrumetmə cəzası N il intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz olunmuşdur. Onların bu məhkəmə qərarı üzrə olan məhkumluqları ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barələrində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmadığından məhkuluqları olmayan şəxslərdir. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxslərin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştiraklarını, törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə müşayiət olunan quldurluq cinayət əməlini törətməkdə təqsirli olmaları qənaətinə gəlir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli,1 nömrəli qərarında göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığa zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədəhəm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirilməsə də basqaın anında onun həyatı və sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılsın. “Qəsdən adam öldürmə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur Məhkəmə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onların yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsində on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X12 və Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X12 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X5 və Təqsirləndirilən şəxs1 islah olunmaları cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinə əsasən iştirakçılıqda törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər X14 və Təqsirləndirilən şəxs1 oğlu ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin əvvəli onların tutulduqları 23 aprel 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan bir ədəd bıçaq, bir ədəd ağac dəyənək, Təqsirləndirilən şəxs1 məxsus olan əl-barmaq izləri, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qolsuz mayka məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 209 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən X4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, X5 hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 prosessual hərəkətlərdə 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il il tarixdən hesablansın. X14 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar - Şəmkir RPŞ-də saxlanılan bir ədəd bıçaq, bir ədəd ağac dəyənək, Təqsirləndirilən şəxs1 məxsus olan əl-barmaq izləri, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qolsuz mayka məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 209 (iki yüz doqquz) manat məbləğində pul təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs1 oğluna dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hesabına onların hər biri üçün ayrı-ayrılıqda 120 ( yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (X14 və Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar