Məhkəmə qərarları › İş №1(100)-268/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-268/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-268/2023 25.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X8 ibarət tərkibdə, X19, X17, X14 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fəhrad oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə doğulmuş,Azərbaycan Respublikasıının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, 2 saylı istintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri, 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, doğmalarının gözü qarşısında xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 avqust 2022-ci il tarixdə saat 20:30-da ictimai yer hesab edilən Gəncə şəhəri, R.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın yanında ətrafda olan şəxslərə məhəl qoymadan, əlində olan soyuq silah hesab edilməyən bıçağı nümayiş etdirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nalayiq ifadələr işlətməsinə görə ətrafda yaşayan şəxslərə məhəl qoymadan özünün üstünlüyünü nümayiş etdirmək üçün yaxın qohumu olan arvadı xx.xx.1990-cı il təvəllüdlü İsmayılova (Qasımova) Gültəkin Zirəddin qızı ilə aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı müstəsna dərəcədə rəhimsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin doğma bacısı Şahid2 gözü qarşısında silah qismində istifadə edilən əşyanı, yəni bıçaqla şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərbələr vuraraq sonuncuya bel nahiyəsinin və döş qəfəsinin daxilə nüfuz etməyən, sol dirsək nahiyəsinin deşilmişkəsilmiş, sol əlin kəsilmiş yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ böyrəyin subkapsulyar zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan beş ədəd kəsilmiş, kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməklə insan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına xüsusi amansızlıqla ağır xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının CM-nin 126.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 arvadı olmuşdur. O, Gültəkini sevib ailə qurmuş, 14 fevral 2022-ci il tarixdən anası Gülnaranın yaşadığı Gəncə şəhəri, R.Rəhimov küçəsi ev 6 mənzil 37-yə köçmüş, övladları Nahidə və Ümuidlə birlikdə orada yaşamışdır. Sonra Gültəkin nigahın ləğvi və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyinə görə ondan incimiş və işləmək üçün Bakı şəhərinə getmişdir. Bir neçə dəfə arvadı Gültəkin ilə barışmağa cəhd göstərsə də, qayınanası Gülnara buna imkan verməmişdir. 21 avqust 2022-ci il tarixdə Gültəkin ilə barışmaqdan ötrü, Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş, təxminən saat 19 radələrinə kimi parkda gəzmiş və tanımadığı qara rəngli «Vaz 2106» markalı taksi sürücüsünün avtomobili ilə Gültəkinin yaşadığı binanın qarşısına getmişdir. Onun fikri mənzilə daxil olub Gültəkinə üzürxahlıq edib ailə münasibətlərinin bərpası üçün ona yalvarmaq olmuş, lakin binanın həyətindən mənzilə boylanan zaman qayınanası Gülnaranın mənzilin mətbəxində iş gördüyünü görmüş və onunla qarşılaşmamaq üçün mənzilə daxil olmamaq qərarına gəlmişdir. Sonra Gültəkinin binanın həyətinə çıxmasını gözləmiş, təxminən saat 20:10 dəqiqədə digər binanın qarşısına keçib mənzilə boylanan zaman arvadı Gültəkinin və baldızı Aytəkinin bəzəndiklərini görmüş və dərhal binanın arxasına keçib onların binanın arxasından keçib harasa gedəcəklərini gözləmişdir. Binanın arxasında olan zaman 01 ədəd «Mersedes» markalı avtomoobilin sürücüsünün digər avtomobilin sürücüsünə “Aytəkin gəlir, deyəsən bacısınıda gətirir” deməsini eşitdiyi üçün ayaqları tutulmuş və həyəcandan nə edəcəyini bilməmişdir. Sonra binanın qarşısına keçib həyəcanlı vəziyyətdə Gültəkinin və Aytəkinin binanın həyətinə düşməsini gözləmişdir.Saat 20:30-da onlar binanın həyətinə düşmüşlər və onların arxası ilə qaçıb binanın arxa tərəfində Ədalətə məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısında Gültəkini arxadan tutmaqla üzərimdə gəzdirdiyi və əlində hazır vəziyyətdə tutduğu dəstəyi qara rəngli açılıb-qatlanan cib bıçağı ilə Gültəkinin kürək nahiyyəsinə vurmağa başlamışdır. Gültəkin sifət nahiyyəsini tutaraq yerə yıxılmış və ona yalvarmağa başlamışdır. Həmin vaxt Aytəkin yüksək səslə qışqırdığına görə Gültəkini buraxmış və Gültəkinə xəsarət yetirdiyi bıçağı Aytəkinə nümayiş etdirməklə ona “bu bıçağıda polis əmilərə verərsiz, Aytəkin səni də mələdəcəm” demiş və əlində olan bıçağı yerə tullamışdır. Sonra hadisə yerindən uzaqlaşıb getmişdir. 25 avqust 2022-ci il tarixdə qəfildən Gültəkinin yaşadığı mənzilə daxil olmuş, həmin vaxt binanın blokunda gizlənən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu saxlayaraq Gəncə şəhər 2-ci polis şöbəsinə, oradan da Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Hadisə zamanı yanlarında Aytəkin olmuşdur. Səsküyə ətrafda olan şəxslər yığışan zaman hadisə yerindən uzaqlaşmışdır. Ona görə də hadisə yerinə sonradan gələn şəxsləri görməmişdir. Onun arvadı Gültəkini öldürmək fikri olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Samux rayonu, Ağasıbəyli küçəsində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əridir. Əli ilə 2008-ci il tarixdə ailə qurmuş, birgə nigahlarından 2009-cu il təvəllüdlü Nahidə və 2014-cü il təvəlldüdlü Ümid adı övladları dünyaya gəlmişdir. Əli ilə evlənən bir gündən yola getməmiş və xasiyyətləri uyğun gəlməmişdir. Dəfələrlə Əlidən ayrılmaq istəsə də, anası Gülnara və bacısı Aytəkin buna imkan verməmişlər. 2021-ci ilin sentyabr ayından Əlini müxtəlif insanlara pul borcu olduğuna görə aralarında söz söhbətlər yaranmış, pul sahibləri gəlib pullarını ondan tələb etdiklərinə görə ailələrində böyük narazılıqlar yaranmışdır. 14 fevral 2022-ci il tarixdə artıq ailə münasibətlərinin davam etmədiyini hiss etdiyi üçün qəti şəkildə Əlidən ayrılmaq qərarına gəlmiş və bu məqsədlə də övladlarını götürüb yaşadığı Samux rayonu, Əhmədbəyli kəndində anası Gülnaranın yaşadığı evə gəlmişdir. Sonra nigahın ləğvi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 21 avqust 2022-ci il tarixdə saat 20 radələrində bacısı Aytəkin ona evin arxa tərəfində yerləşən Böyük ucuzluq adlanan mağazaya gedib, orada satılan paltarlara və ayaqqabılara baxıb, onlardan birini almağı təklif etmiş, o da bacısı Aytəkinə gec olduğunu və mağazanın bağlanmış olduğunu bildirmiş, lakin bacısı Aytəkin ona mağazanın saat 22 radələrindək açıq olduğunu dediyindən o, n razılaşmış və onlar hazırlaşaraq evdən çıxmışlar. Təxminən saat 20:30-da mənzili tərk edib binanın qarşısına, oradan da binanın arxasına keçib piyada mağazaya tərəf yollanmışlar. Qonşu Ədalətin yaşadığı evin qarşısından keçən zaman Əli arxadan boğaz nahiyyəsindən tutmuş, əlində olan açılıb-qatlanan bıçaqla hər hansı bir səbəb olmadan kürək nahiyyəsinə vurmağa başlamışdır. O, sifət nahiyyəsini tutaraq Əliyə yalvararaq onu rahat buraxmasını xahiş etmiş, lakin Əli onun yalvarmağına məhəl qoymadan əlində olan bıçaqla onun kürək və əl nahiyyələrinə xəsarətlər yetirmişdır. Həmin vaxt o yerə yıxılmış və bacısı Aytəkinin qışqırıq səslərinə Əli ondan aralanmışdır. Sonra o əlində olan bıçağı nümayiş etdirərək, ona “bunuda polis əmilərə verərsiniz, Aytəkin sənidə sonra mələdəcəm” deyərək yanlarından uzaqlaşmışdır. Sonra Aytəkin ona yaxınlaşmış və onun qışqırıq səslərinə qonşuları Ədalət və anası Gülnara gəlmişdir. Sonra Caqo adlı şəxsin avtomobili ilə bacısı Aytəkin onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Hadisə təxminən 3-4 dəqiqə müddət ərzində davam etmişdir. Hadisə zamanı yanlarında kimsə olmamış, onun qışqırıq səslərindən sonra hadisə yerinə qonşuları Ədalət və anası Gülnarə, birdə qışqırıq səslərinə adlarını bilmədiyi şəxslər gəlmişlər. Təqsirləndirlən şəxslə qarşı şikayətçidir və ona cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bacısı X7 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu ifadəni tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mövsüm qızı ifadəsində göstərmişdir ki, Gültəkin və Əli ilə hər zaman münasibətləri normal olmuş, onlar ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Əli ilə Gültəkin evlənən gündən yola getməmişlər.Gültəkin Əlidən dəfələrlə ayrılmaq istəsə də, buna imkan verməmişlər. Əlinin müxtəlif insanlara pul borcları olduğuna görə, Gültəkin ilə aralarında söz söhbətləri yaranmış, pul sahibləri Gültəkindən gəlib pullarını tələb etdiklərinə görə ailədə böyük narazılıqlar yaranmışdır. 14 fevral 2022-ci il tarixdə Gültəkin Əli ilə mübahisə edərək, yaşadıqları evə gəlmiş, həmin tarixdən də övladları Nahidə və Ümid ilə birlikdə onun yanında qalmışlar. Gültəkinin nigahın ləğvi tələbi ilə bağlı iddia ərizəsinə Gəncə şəhər Məhkəməsinin məhkəməsində baxılmış, onlar rəsmi qaydada boşanmışlar. 21 avqust 2022-ci il tarixdə saat 20 radələrində qızları Gültəkin və Aytəkin evin yaxınlığında yerləşən paltar mağazasına getmək üçün evdən çıxmışlar. Həmin vaxt pəncərədən baxdıqda bir nəfər şəxsin binanın qarşısında avtomobildən düşərək qaçdığını görmüş, lakin kim olduğunu bilməmişdir. Bu zaman evin yan tərəfindən qışqırıq səsi eşitmişdir. İlk əvvəl qonşuların dava-dalaş elədiyini düşünmüş, lakin qışqırıq səsi kəsməmiş, binanın dəhlizinə çıxdıqda səsin Gültəkinin səsi olduğunu bilmişdir. Dərhal bayıra çıxaraq binanın yan tərəfinə keçdikdə Gültəkinin kürək nahiyəsindən yaralandığını, qan axdığını görmüşdür. Nə baş verdiyini soruşmuş, Gültəkin Əlinin ona bıçaqla xəsarət yetirərək qaçdığını demişdir. Gültəkinə kömək edərək evin qarşısına gətirmiş, bundan sonra yaranmış səsküyə qonşu Ədalət gəlmişdir. Yaxınlıqda olan Caqo adlı şəxsin avtomobili ilə Gültəkini Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman bayırda qışqırıq səsi gəldiyini eşitmiş, bayıra çıxdıqda Gültəkinin yaralı vəziyyətdə olduğunu, kürək nahiyəsindən qan gəldiyini görmüşdür. Gültəkinin anası Gülnarə və bacısı Aytəkin yanında olmuşlar. O, dərhal yola tərəf gedərək tanımadığı taksi avtomobilini Gültəkini xəstəxanaya aparmaq üçün gətirmişdir. Lakin həmin avtomobil işə düşmədiyi üçün onunla gedə bilməmişlər. Bu zaman yanına gələn Cəbo ləqəbli dostu Cəbrayılın idarə etdiyi “Vaz-2106” markalı avtomobilə Gültəkini əyləşdirmişlər və Gəncə şəhəri 3 saylı TTYX-ya aparmışlar, xəstəxanada Gültəkinə tibbi yardım göstərmişlər. X1 tərəfindən xəsarət yetirildiyini görməmiş, lakin yanında olan bacısı və anasının dediyindən X4 əri tərəfindən xəsarət yetirildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman küçədən qışqırıq səsi gəldiyini eşitmiş, küçəyə çıxmış, Gültəkinin halsız vəziyyətdə evinin yanında dayandığını görmüşdür. Gültəkinə kömək edib evin qarşısında skamyada oturdmuş, bu zaman əli qan olmuş, Gültəkinin yaralı olduğunu görmüşdür. Gültəkindən nə baş verdiyini soruşmuş, Gültəkin əri Əlinin arxadan onu bıçaqla bir neçə dəfə vurduğunu demişdir. Bu zaman yanında olan bacısı Aytəkinin qorxub qaçdığını, qışqıraraq kömək çağırdığını, sonra isə Əlinin oradan qaçaraq uzaqlaşdığını danışmışdır. Yaranmış səs-küyə Gültəkinin anası Gülnara gəlmiş, Gültəkini avtomobilə əyləşdirmişlər, xəstəxanaya aparmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin 27 avqust 2022-ci il tarixli 4(125)-92/2022 nömrəli qərardan görünür ki,təqsirləndirilən şəxs X12 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 avqust 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X9 ilə mübahisə edib əlində olan bıçaqla vuraraq xəsarət yetirdiyi yerə, Gəncə şəhəri Dövlət ittihamçısı küçəsində yerləşən 6 mərtəbəli binanın həyətinə baxış keçirilərək şəkilləri çəkilmiş, baxış zamanı hadisə yerindən qana bənzər ləkələr və bir ədəd qara rəngli, açılıb-qatlanan bıçaq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək, hadisə yerində əyani olaraq bir daha təkrarlayaraq Gültəkin İsmayılovanı harada bıçaqla vurmasını, onu vurduqdan sonra bıçağı hansı tərəfə atmasını əyani olaraq göstərmişdir. Hadisə zamanı zərərçəkmiş şəxs X2 əynində olmuş 01 ədəd yaşıl rəngli qısaqol köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli korsetə baxış keçirilərək götürülmüş, baxış zamanı 01 ədəd yaşıl rəngli qısaqol köynəyin üzərində qanabənzər ləkələr, sağ kürək hissəsində bir ədəd, orta kürək hissəsində iki ədəd deşik olması, 01 ədəd qara rəngli korsetin üzərində qanabənzər ləkələr, sağ kürək hissəsində bir ədəd, orta kürək hissəsində iki ədəd deşik olması, 01 ədəd qara rəngli büstqalterin orta kürək hissəsində isə bir ədəd deşik olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əlində olmuş və zərərçəkmiş Gültəkin İsmayılova vurub xəsarət yetirdiyi bıçaq ona tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs ona təqdim edilmiş 04 ədəd bıçağın içərisindən xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Gültəkin İsmayılovanı vuraraq xəsarət yetirdiyi bıçağı tanımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 1508 nömrəli rəyindən görünür ki, X2 bədənində beş ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu yaralardan biri döş qəfəsinin arxa səthində sağda, iki ədəd yara bel nahiyəsində sağda, bir ədəd yara sol dirsək nahiyəsində, bir ədəd yara isə sol əlin üst səthində yerləşmiş, qeyd olunan xəsarətlər deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. X2 adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasından görünür ki, döş qəfəsində və bel nahiyəsində olan xəsarətlər daxilə keçməyən xəsarətlərdir, lakin ekspertizaya təqdim olunmuş G.İsmayılovanın abdominal KT müayinə protokolunda sağ böyrək ətrafı nahiyədə hiperdens maye və sağ böyrəyin üst qütbündə hiperdens sahə izlənməsi qeyd edilmişdir. Odur ki, G.İsmayılovanın sağ böyrəyinin zədələnibzədələnməməsini və ona yetirilən xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək üçün yüksək ixtisaslı mütəxəssislərin rəyləri tələb olunduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ-nə müraciət edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibb ekspertizasının 03 fevral 2023-cü il tarixli 23/2023 nömrəli rəyindən görünür ki, X3 peritonarxası sahəyə nüfuz edərək sağ böyrəyin subkapsulyar zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin və döş qəfəsinin daxilə nüfuz etməyən, sol dirsək nahiysəinin deşilmiş-kəsilmiş, sol əlin kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbələr nəticəsində yaranması mümkündür, dərəcəsinə görə sağ böyrəyin subkapsulyar zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlərin xüsusiyyətləri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkriminalistik eskpertizasının 01 dekabr 2022-ci il tarixli 573-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 725/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrup göstəricisi: B-alfa/İİİ/ ( şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən) Ekspertizaya təqdim edilən olunmuş X4 məxsus köynək, korset, bustqalter, bıçaq və hadisə yerindən 04 ədəd kibrit çöpünə sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləlikə, bu qan ləkələri B-alfa/İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X4 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli 16/245 nömrəli rəyindən görünür ki, təqdim olunan köynəyin üzərində olan 04 (dörd) ədəd və korsetin üzərində olan 03 (uç) ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin və korsetin üzərindəki zədələrdə zədə yaradan predmentə aıd xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilən busqalterin üzərində mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin T 23/2023 saylı ekspert rəyində göstərilmişdir ki, bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynək və korsetin səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “peritonarxası sahəyə nüfuz edərək sağ böyrəyin subkapsulyar zədələnməsi ilə müşayiət olunan bel nahiyyəsinin deşilmiş - kəsilmiş yarası, bel nahiyyəsinin və döş qəfəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə qısaqol köynəyin səthində olan 04 ədəd zədələr və qolsuz korsetin səthində olan 03 ədəd zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməpsixiatrik ekspertizasının 17 noyabr 2022-ci il tarixli 703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış və hadisə zamanı zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd yaşıl rəngli qısaqol köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli korsetə, eləcədə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kəndi üzrə İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, məşiətdə özünü aprmağı bacarır, böyüklərə hörmət etməyi bacarır, qonşularla yaxşı münasibətdə olmuş, cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayonu Evlər üçlüyü №138-dən alınmış xasiyyətnamədə görünür ki, X7 intizamlıdır, qonşularla yaxşı münasibətdə olmuşdur, barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin X11 İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1678 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1576 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərfinədn verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vadır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, doğmalarının gözü qarşısında xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 avqust 2022-ci il tarixdə saat 20:30-da ictimai yer hesab edilən Gəncə şəhəri, R.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın yanında ətrafda olan şəxslərə məhəl qoymadan, əlində olan soyuq silah hesab edilməyən bıçağı nümayiş etdirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə nalayiq ifadələr işlətməsinə görə ətrafda yaşayan şəxslərə məhəl qoymadan özünün üstünlüyünü nümayiş etdirmək üçün yaxın qohumu olan arvadı xx.xx.1990-cı il təvəllüdlü İsmayılova (Qasımova) Gültəkin Zirəddin qızı ilə aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı müstəsna dərəcədə rəhimsizlik göstərib, xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin doğma bacısı Şahid2 gözü qarşısında silah qismində istifadə edilən əşyanı, yəni bıçaqla şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən zərbələr vuraraq sonuncuya bel nahiyəsinin və döş qəfəsinin daxilə nüfuz etməyən, sol dirsək nahiyəsinin deşilmişkəsilmiş, sol əlin kəsilmiş yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ böyrəyin subkapsulyar zədələnməsi ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan beş ədəd kəsilmiş, kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməklə insan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxsin qəsdən sağlamlığına xüsusi amansızlıqla ağır xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, təqsirlənqdirilən şəxsin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olmadı mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 25 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsinin saxlanılan maddi sübutlar- zərərçəkmiş şəxs İsmayılova (Qasımova) Gültəkin Zirəddin qızının əynində olmuş 01 ədəd yaşıl rəngli qısaqol köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli korset sahibinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu andan, 25 avqust 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsinin saxlanılan maddi sübutlar- zərərçəkmiş şəxs İsmayılova (Qasımova) Gültəkin Zirəddin qızının əynində olmuş 01 ədəd yaşıl rəngli qısaqol köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli korset sahibinə qaytarılsın, imtina edildikdə məhv edilməlsin. Hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar