Məhkəmə qərarları › İş №1(100)-269/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-269/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-269/2020 10.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X3 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu Z.Hacıyev küçəsi, 1-ci döngə, ev 1-də qeydiyyatda olmuş və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda satış məqsədi ilə yaşadığı ünvan 1 döngə, 1 saylı ünvanında yerləşən evin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 52 (əlli iki) ədəd çətənə bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş və sayı istintaqa məlum olmayan kultivasiya etmiş olduğu çətənə kollarını qanunsuz olaraq satış məqəsədi ilə yığıb qurudaraq təmiz çəkisi 4660 qram çəkidə narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı əldə edib kisədə yaşadığı evin həyətində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 3630 qram olan 52 (əli iki) ədəd külli miqdarda çətənə bitkiləri və 4660 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən on il müddət olar ki, narkotik vasitə qəbul edir. Təxminən 3 il bundan əvvəl Sabirabad rayonunda yaşayan tanışı Vaqifin evinə qonaq getmiş, sonuncu ilə söhbət edən zamanı onun narkotik vasitə olan marixuana qəbul etdiyini bildiyi üçün özü üçün əkib istifadə etmək məqsədilə bir ovuc çətənə bitkisinin toxumunu vermişdir. Vaqif adlı həmin tanışı təxminən 1 il bundan əvvəl rəhmətə getmişdir. O, həmin toxumları götürüb yaşadığı evə gəlmiş, təxminən tutulmamışdan 1 ay, 15 gün əvvəl özü yaşadığı evin həyətyanı sahəsində həmin toxumları torpağa əkmişdir. Bir neçə vaxt keçdikdən sonra həmin çətənə kolları yetişdiyi üçün özü də həmin çətənə kollarına qulluq etməyə başlamış, çətənə bitkilərinə peyin verib mütəmadi olaraq sulamış və həmin bitkiləri becərmişdir. Onunla bir evdə yaşlı, xəstə atası və anası yaşamasına baxmayaraq, onun çətənə bitkisi yetişdirməyi barədə onların məlumatları olmamışdır. O, qurudub özü istifadə etmək məqsədilə çətənə bitkilərini yetişdirmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində o, yaşadığı evdə atası Sabirlə birlikdə olan zaman bir neçə nəfər mülki geyimdə, bir neçə nəfər isə polis geyimində olan şəxslər onların yaşadığı evə gəlmiş və yaşadığı evin həyətində çətənə kolları becərməyi, yaşadığı evdə narkotik vasitə saxlamağı barədə daxil olmuş məlumat əsasında baxış keçirəcəklərini bildirmişlər. O, yaxşı yazıb oxuya bilmədiyi üçün evə baxış keçirilməsinə etiraz etməməsi barədə atası ərizə yazmış və o, da etiraz etməmişdir. Həmin polis əməkdaşları onun yaşadığı evin həyətinə və evə baxış keçirmişlər. Baxış zamanı evin həyətindən 52 ədəd yaş halda ümumi çəkisi 4 kq-dan artıq çətənə kolları aşkar edilmişdir. O, həmin çətənə kollarından yığıb qurudub bir qismini də özü istifadə etmək üçün evin yanında gizlədib saxladığını bildirmişdir. Sonra o, həmin qurudulmuş maruxananı polis əməkdaşlarına təqdim etmiş, həmin kisədə olan maruxana iştirakçıların yanında tərəzidə çəkilmiş, kisədə aşkar edilmiş kütlənin ümumi çəkisi 4 kiloqramdan artıq müəyyən olmuşdur. Onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyindən və narkotik vasitə istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamış, ailə üzvüləri həmin bitkilərin nə olduğunu ümumiyyətlə bilməmişlər. O, heç vaxt narkotik vasitə olan marixuanadan heç kəsə satmamış, başqa üsulla verməmiş və ümumiyyətlə belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Fərid adlı şəxsin yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitki əkib-becərməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra onun tərəfindən rəhbərlik etdiyi bölmənin baş əməliyyat müvəkkili X6 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyataxtarış qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları X6, əməliyyat müvəkkili Şahid3, aqronom-mütəxəssis qismində təyin olunmuş X4 və inspektor kriminalisti Rasif Qasımovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana gedib Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymüşlər və qapını Təqsirləndirilən şəxs özü açmışdır. Onlar özlərini pois əməkdaşı kimi təqdim etdikdən sonra gəlişlərinin səbəbini və yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik tərkibli maddələr olan bitkilər əkib becərdiyini, yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün evin həyətyanı sahəsinə və evə baxış keçirmək istədiklərini Fəridə bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evdə atası Sabirin də olduğunu bildirmiş, sonuncu insult xəstəsi olduğu üçün evdən çölə çıxa bilməsə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Eyni zamanda baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra müdafiəçi, aqronom-mütəxəssis və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı orada əkilmiş meyvə ağaclarının orta hissəsində xüsusi xidmət olunmuş 52 ədəd müxtəlif ölçülərdə ilkin görünüşdən narkotik tərkibli olan çətənə bitkisi aşkar edilmişdir. Baxış keçirilən zamanı aqronom-mütəxəssis qismində iştirak edən Qurban Məmmədov 52 ədəd bitkiləri nəzərdən keçirdib bildirmişdir ki, aşkar edilərək götürülmüş həmin bitkilər aqrotexniki qaydada qulluq olunmuş çətənə-kannabis bitkiləridir. Sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunmuş 52 (əlli iki) ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, təxminən 10 il müddət olar ki, narkotik vasitə qəbul etsə də alqı-satqısı ilə məşğul olmadığını, həmin çətənə kollarına özü istifadə etmək məqsədilə xüsusi qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilib götürülmüş ümumilikdə 52 (əlli iki) ədəd narkotik tərkibli bitkilər kökündən çıxardılaraq tərəzidə çəkilmiş və çəkisi 4 kq-dan artıq olmuş, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, o cümlədən qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqdim etməsi təklif olunanda sonuncu həyətyanı sahəsində əkib becərdiyi çətənə kollarından bir qismini yığaraq qurudub yaşadığı evində saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində, evinin sol kənarındakı məişət tullantılarının üzərində olan kiçik bir həcmli kisənin içərisindən ilk baxışdan narkotik vasitəyə bənzər kəskin iyli, yaşıl rəngli kütlə aşkar olunaraq götürülmüşdür. İlk baxışdan marixuanaya oxşar kütlənin içərisində kolların kiçik və iri həcmli bitkilərinin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Həmin kütlə Təqsirləndirilən şəxs və baxış zamanı iştirak edən digər şəxslərin iştirakları ilə tərəzidə çəkilmiş, çəkisi 4 kq 830 qram olmuş, qablaşdırılaraq götürülmüşdür. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarından və həmin çətənə kollarından yığıb özü istifadə etmək üçün qurudulmuş halda olan narkotik tərkibli marixuanaya oxşar kütlədən heç kimə satmadığını və ya başqa üsulla vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “o, arvadı Şahid5 və oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs İİİ qrup əlildir. 2020-ci ilin iyun ayında özü yaşadığı evdə olan vaxt polis əməkdaşları onun yaşadığı evə gəlib oğlu Fəridin narkotik tərkibli bitki əkməkdə şübhəli olduğunu bildirmişdilər. Polislər ondan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək üçün yazılı razılıq almış, həmin vaxt oğlu Fərid də evdə olmuşdur. Polis əməkdaşları Fəridin iştirakı ilə həyətyanı sahəyə baxış keçirən zamanı torpaq sahədən sayını bilmədiyi xeyli sayda bitki çıxarmışdılar. Fərid həmin çətənə bitkilərinin özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Həmin bitkilərin əkilməsində onun məlumatı olmamış, o, insult keçirdiyi üçün sol tərəf nahiyəsi işləmədiyindən demək olar ki, evin bağ olan sahəsinə keçmir və həmin bitkilərin əkilib-becərilməsində oğlu Fəridə köməklik göstərməmişdir”. Məhkəmə iclasında ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “yaşayış evinə baxış keçerilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsi döngə 1, ev 1-də yaşadığı evin həyətyanı torpaq sahəsindən uzunluğu 75-180 sm olan müxtəlif ölçülərdə çəkisi 4 kq 345 qram olan 52 (əlli iki) ədəd tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkiləri kökündən çıxardılaraq və 4 kq 830 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş baxış və götürmə aparılan zamanı fotoşəkillər çəkilmiş, video çəkiliş 1 ədəd DVD köçürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Şahid4 evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə keçirilən baxışda iştirak etmiş və baxış keçirilən zamanı həyətyanı sahədən 4345 qram 52 (əlli iki) ədəd yabanı çətənə (kannabis) kolu və 4830 qram çəkidə qurudulmuş çətənə kütləsi aşkar edilmiş, çətənə (kannabis) kollarına xüsusi xidmət olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Şahid1 xx xxxx 2020-ci il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin xx xxxx 2020-ci il tarixli 16/437 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş marixuanaya oxşar kütlə...…» sözləri yazılmış sintetik kisədəki, digər bir ədəd sintetik kisədə təmiz çəkisi 4660 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan əlavə həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları olan narkotik vasitəyə oxşar kütlə...…» yazılar və imzalar olan sintetik kisədəki, 52 (əlli iki) ədəd, ümumi təmiz çəkisi 3630 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilər olmaqla, təqdim olunmuş bir ədəd sintetik kisədə olan marixuana ilə digər bir ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 609 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməklə, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2020ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3627,4 qram olan 52 (əlli iki) ədəd külli miqdarda narkotik maddələr olan çətənə bitkisi və yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4659,8 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-yə verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, 120-14406-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahədə külli miqdarda narkotik maddələr olan çətənə birkilərini satış məqsədilə əkib kultivatsiya etmiş və əkmiş olduğu çətənə bitkilərindən qurudaraq əldə etdiyi narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı satış məqsədilə yaşadığı evdə saxlasa da Təqsirləndirilən şəxs narkotk vasitəni kiməsə satması və əkib becərmiş olduğu çətənə bitkilərinin toxumlarını haradan eldə etməsi barədə müsbət nəticə əldə olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxxxxxx 2020-ci tarixli, 3070 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu 139 nömrəli evlər üçlüyünün xx xxxxxxxx 2020-ci il tarixli, 139 nömrəli tərcümeyi halından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin 75 Kəpəz Zona X1 SER TSE-01 329294 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan İİİ qrup müddətsiz əlildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş təmiz çəkisi 3630 qram olan 52 (əli iki) ədəd külli miqdarda narkotik maddələr olan çətənə bitkisi və yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş təmiz çəkisi 4660 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananın ona məxsus olmasına, həmin çətənə bitkilərinin onun tərəfindən əkilərək ona lazımı qulluq göstərilməsinə, həmçinin evindən aşkar edilmiş 4660 qram qurudulmuş marixuananın əkdiyi çətənə kollarından qıraraq qurutmasına dair ifadələr verməsi ilə yanaşı həmin çətənə kollarının və qurudulmuş marixuananın satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün evində saxlamasına dair ifadələr vermişdir. Məhkəmədə təqsirləndirilən şəxsin satış niyyətinin olmamasına dair ifadəsi şahid ifadələri, özünün qismən etirafedici ifadələri, habelə yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə onun vermiş olduğu həmin ifadələri daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid ifadələri, özünün qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Həmin qanunun İİİ siyahısında qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı külli miqdar (daxil olmaqla aşağı hədləri) 16 ədəd (31 hissə) göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan qurudulmuş marixuananın və çətənə bitkilərinin külli miqdarda olmasına, yəni şəxsi istifadə miqdarından dəfələrlə artıq olmasına, onun yığıb qurudaraq kənarda saxladığı marixuananın 4660 qram olmasına, onun uzun illər istifadəsi üçün kifayət edə biləcəyinə baxmayaraq, həmçinin 52 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etməsinə əsasən təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən 3-cü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.23-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli, 609 nömrəli ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3627,4 qram olan 52 (əlli iki) ədəd külli miqdarda narkotik maddələr olan çətənə bitkisi və 4659,8 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 18 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 108 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3627,4 qram olan 52 (əlli iki) ədəd külli miqdarda narkotik maddələr olan çətənə bitkisi və 4659,8 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 108 (yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar