Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-27/2021 10.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X52 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 Xandəmir qızı, Müdafiəçi4 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Goranboy rayonunun Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Hazırəhmədli kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1979-cu ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Düzqışlaq kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxx 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Quşçular kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Nüsrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə və xx xxxxxx 1983-cü ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Hazırəhmədli kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylaranda fiziki cəhətdən qüsurlu olan “uşaq serebral iflici dərin tetraparez əqli,nitqi inkişafdan geri qalma .OU-müştərək daxili çəpgözlük diaqnozu ilə xəstə oğlu Elvin Mehtiyevin həmkəndliləri xx xxxxxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənməsinə Zərərçəkmiş şəxs özü və valideyinləri razılıq vermədikləri üçün, o, Zərərçəkmiş şəxs bu niyyətlə oğurlamaq qərarına gələrək, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs əmisi arvadı Təqsirləndirilən şəxs4 +99***-***-**-** mobil nömrə verərək sonuncu ilə Zərərçəkmiş şəxs oğurlanmasında kömək edib məlumat alacağı barədə qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılaşmış, daha sonra Zərərçəkmiş şəxs qaçırılmasında qaynı rayonun Düzqışlaq kənd sakini Təqsirləndirilən şəxs2 məxsus “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə və digər tanışı rayonun Quşçular kənd sakini Təqsirləndirilən şəxs3 ilə də kömək etmələri barədə təklif edib razılışaraq həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşmış, xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs4 ona Zərərçəkmiş şəxs qaçırılmasına kömək etmək məqsədi ilə saat 08:10-dan başlayaraq mobil telefonuna qısa zənglər etməklə onun tərəfindən cavab zəngləri etməsi vasitəsi ilə saat 18 radələrinə kimi, yəni Zərərçəkmiş şəxs oğurlanması cinayəti başa çatanadək müntəzəm məlumatlar verib çoxsaylı danışıqlar zamanı Təqsirləndirilən şəxs4 tərəfindən ona dəqiq yeri bildirilməklə oğlu Şahid5la Zərərçəkmiş şəxs evdən çıxaraq dükana getmələri və sonuncunu qaçıra biləcəyini haqqında məlumatlar alıb, mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs qaçırılmasında qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb həmin yerə çağırmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs3 Dəliməmmədli şəhərində olan dairənin yanından götürüb Təqsirləndirilən şəxs1 olduğu rayonun Hazırəhmədli kəndində Zərərçəkmiş şəxs yaşadığı küçəyə gəlmiş, avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2, qabaq oturacaqda Təqsirləndirilən şəxs3, o isə, avtomobilin arxa oturacağında oturaraq saat 18 radələrində Zərərçəkmiş şəxs əmisi oğlu Şahid5la mağazadan gəldiyini görüb Təqsirləndirilən şəxs2 avtomobili Zərərçəkmiş şəxs qarşısında saxlamağı bildirdiyi üçün, Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək Zərərçəkmiş şəxs qarşısında saxlamış, həmin vaxt o avtomobildən düşdükdə Zərərçəkmiş şəxs qışqıraraq qaçdığını görüb arxası ilə cəld qaçaraq sonuncuya çatıb, fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs arxadan qucaqlayaraq, hərəkətini məhdudlaşdırıb qışqırıb köməyə çağırmasına baxmadan iradəsinə zidd olaraq avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürükləmiş, həmin vaxtı Təqsirləndirilən şəxs3 qabaq oturacaqdan düşərək Təqsirləndirilən şəxs1 kömək edib avtomobilin arxa sağ qapısını açmış, Zərərçəkmiş şəxs köməyə adam çağırmasına və fiziki müqavimət göstərməsinə baxmayaraq fiziki üstünlüyündən istifadə edərək Zərərçəkmiş şəxs avtomobilin arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib, özü Zərərçəkmiş şəxs yanında, Təqsirləndirilən şəxs3 isə ön oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs2 isə avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmış, yolda gedərkən Zərərçəkmiş şəxs onlara yalvararaq azad etmələrini xahiş etsə də, sonucunun yalvarışlarına məhəl qoymayaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün kənd təsərrüfatı işləri ilə məşğul olur. xx.xx.2001-ci ildə anadan olmuş Elvin Mehtiyev onun doğma oğludur. Oğlu Elvin 6 aylıqdan sonra şikəst olmuşdur. O, oğlu Elvini evlədndirmək istəmiş, ona görə də həmkəndlisi X12 qızı Zərərçəkmiş şəxs oğlu Elvinə almaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs valideyinlərinə kirvəsi Xəyalədən qızlarını oğluna almaq üçün xəbər göndərmiş, lakin Elvinanın valideyinləri razı olmamışlar. Elvinanın da özü oğlu ilə evlənməyə razı olmamışdır. Hadisədən təxminən 20 gün əvvəl Elvinanın əmisi Kamilin arvadı Gülnarə ilə görüşüb, ondan Elnarə ilə danışıb oğlu ilə evlənməyə razı olub-olmamasını bir daha soruşmağı və Elnarəni oğlu ilə evlənməsini razı salmağı xahiş etmişdir. Gülnarə də onunla razılaşmışdır. Hadisədən bir gün əvvəl Gülnarənin ***-***-**-** nar nömrəsindən ona zəng etdiyini görmüş, Gülnarə telefonda ona Elvinanın onun oğlu ilə evlənməsinə razı olduğunu, gəlib onu qaçırıb aparmalarını, həmin gün çimib hazır olacağını və kəndin içərisinə gedəcəyini dedidini bildirmişdir. Ona görə də, Zərərçəkmiş şəxs qaçırtmaq qərarına gəlmişdir. Bu səbəbdən də təxminən xx xxxxxxxx 2019-cu il tarixdə Goranboy rayonunun Düzqışlaq kəndində yaşayan qaynı Təqsirləndirilən şəxs2 ilə görüşüb oğlu Elvinə həmkəndlisi X9 Məmmədovanı qaçırtmağında, idarə etdiyi Mercedes markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona köməkdarlıq etməyini demiş, qızın özünün razı olduğunu demiş, Təqsirləndirilən şəxs2 onunla razılaşıb kömək edəcəyinə söz vermişdir. Səhəri gün isə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Goranboy rayonunun Quşçular kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs3 oğluna qız qaçırtmağında ona kömək etməyini xahiş etmiş, qızın razı olduğunu, lakin valideyinləri razı olmadığına görə qızın özünün onu qaçırıb aparmasını dediyi üçün Təqsirləndirilən şəxs3 onunla razılaşıb kömək edəcəyini demişdir. Beləliklə də, Zərərçəkmiş şəxs qaynı Təqsirləndirilən şəxs2la və tanışı Təqsirləndirilən şəxs3la birlikdə oğlu üçün qaçırtmaq qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 zəng edib onlara gəlmələrini demiş, sonuncularda onunla razılaşıb gəldiklərini demişlər. Sonra o, Təqsirləndirilən şəxs2 Dəliməmmədli şəhərində Təqsirləndirilən şəxs3 qarşısına çıxsa onu da, gətirməyini demişdir. Həmin gün günortadan sonra özünə məxsus “T 28” markalı traktor sındığı üçün qaynaqçı işləyən həmkəndlisi Möhəbbətin yanına aparmış, Möhəbbət də, traktorunu qaynaq edib düzəltmişdir. O, idarə etdiyi traktoru düzəltdirib yaşadığı evə gedərkən mobil telefonuna zəng gəlmiş, o, da traktorunu söndürüb yerə düşmüşdür. Telefonunu açanda Elvinanın əmisi Kamilin arvadı Gülnarə ***-***-**-** nar nömrəsindən ona zəng etdiyini görmüş, Gülnarə telefonda ona Elvinanın oğlu Nihatla evdən çıxıb maqazinə getdiyini və Elvinanı qaçıra biləcəyini demişdir. Sonra Elvinanın və əmisi oğlu Şahid5 Turxanın mağazasına gəldiklərini görmüşdür. Sonra o, qaynı Təqsirləndirilən şəxs2 zəng edib harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 Asəflə birlikdə yaşadığı kəndin baş tərəfində olduqlarını və gəldiklərini demişdir. O da, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mağazada olduğunu deyib tez gəlməyini demişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3la birlikdə onun yanında dayanmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs2 avtomobilinin arxa oturacağında əyləşib sürməyini demiş, Təqsirləndirilən şəxs2 avtomobilini döndərib Zərərçəkmiş şəxs arxası ilə hərəkət etdirmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Şahid5la birlikdə mağazadan evə gedərkən, onlar sonuncuların yanına çatanda İlqara avtomobilini saxlamasını demiş, İlqar da idarə etdiyi avtomobili saxlamışdır. O, dərhal avtomobilin qapısını açıb yerə düşmüş, Elvina onu görən kimi qaçmağa, Nihat isə yerdə oturub ağlamağa başlamışdır. O, Elvinanın arxası ilə qaçıb tutmuş, həmin vaxt ayağında olan çəkələkləri ayağından çıxıb orada qalmış, Elvina bərk qışqırmağa başlayıb kömək istəmişdir. O, əhəmiyyət verməyib Elvinanı avtomobilin arxa oturacağına mindirmiş, sonra isə özü onun yanında əyləşmişdir. O, Təqsirləndirilən şəxs2 avtomobilini tez sürməsini demiş, Təqsirləndirilən şəxs2 avtomobilini sürətlə hərəkət etdirib bir qədər getdikdən sonra Gülnazın evinin qarşısında döndərmişdir. Sonra Təqsirləndirilən şəxs2 avtomobilini sürətlə Gəncə şəhəri istiqamətinə tərəf hərəkət etdirməyə başlamışdır. Həmin vaxt Elvina ağlasada sonra sakitləşmişdir. Gəncə şəhərində bacısı Günelin əri Qəhrəmanın taksilik etdiyi yerdən keçərkən Qəhrəmanı oradan görüb “avtomobilini sür dalımızca gəl” demişdir. Bundan sonra onlar avtomobillə bacısı Günelin evinə getmişlər. Qəhrəman da arxaları ilə gəlmişdir. Bacısı Günelin evinin qarşısında Təqsirləndirilən şəxs2 avtomobilini saxlamışdır. O, Elvinanın qolundan tutub avtomobildən yerə düşürtmüş, sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qayıdıb getmişlər. O, Elvinanı bacısı Günelin evinə aparmışdır. Günel ondan nə baş verdiyini soruşmuş, o da, Günelə “qoy bu qız sizdə qalsın gedirəm qayıdıb gələndə deyərəm” demişdir. Elvinanı bacısının evinə qoyub Elvini gətirmək üçün tanımadığı taksi ilə yaşadığı kəndə qayıtmışdır. Kənd də Elvini həmin taksi ilə götürüb yenidən Gəncə şəhərində yaşayan bacısı Günelin evinə getmişdir. Bacısı Günelin evinə daxil olduqda Qəhrəmanında evdə olduğunu görmüşdür. Günel və Qəhrəman ondan nə baş verdiyini soruşmuşlar. O da, sonunculara Elvinanı oğlu Elvini evləndirmək üçün qaçırtdığını demişdir. Bundan sonra bacısı Günel və Qəhrəman qorxduqlarını deyib onu evlərindən çıxardıb “bizi işə salma” demişlər. O da, Qəhrəmandan onları İsmixangilə aparmasını xahiş etmişdir. Qəhrəman da, idarə etdiyi avtomobillə Elvinanı, Elvini və onu qardaşı İsmixangilə aparmışdır. Qəhrəman onları İsmixanın evinə düşürdükdən sonra çıxıb getmişdir. Elvina, Elvin və o İsmixanın evinə daxil olmuşlar. Həmin vaxt İsmixanın arvadı və uşaqları evdə olmuşlar. Onlar gecəni İsmixangilin evində gecələmişlər. Gecə İsmixanla söhbət edəndə Elvinanın qızı olduğunu deyib aldatmışdır. Səhər yuxudan oyanada isə X10 qaçırtdığını demişdir. İsmixanda Elvinanı qaçırtdığını bildikdən sonra onları evindən çıxardıb “mənim evimdən gedin, məni işə salmayın” demişdir. Həmin vaxt o, İsmixandan ona telefon nömrəsini verməyini xahiş etmiş, İsmixanda ona işlətmədiyi ***- ***-**-** sim kart mobil telefon nömrəsini vermişdir. Öz nömrəsini isə sındırıb atmışdı. İsmixangildə səhər yeməyi yemişlər, bundan sonra Qəhrəmana zəng edib onları Samux rayonunun Zazalı kəndində yaşayan arvadı Gülbənizin bibisi qızı Gülü gilə aparmağını demişdir. Bir neçə dəqiqədən sonra Qəhrəman idarə etdiyi avtomobillə gəlib Elvini, Elvinanı və onu Zazalı kəndində yaşayan Gülügilə aparmışdı. Qəhrəman onları orada düşürüb qayıtmışdı. Onlar isə Gülünün yaşadığı evə daxil olmuşlar. Gülünün ailə üzvləri də evdə olmuşlar. Gülünün evində təxminən bir saata qədər olmuşlar. X46 üçün qaçırtdığını bildikdən sonra ona evindən getməklərini demişdi, ancaq artıq gec olduğundan Gülünün evinin yaxınlığında boş olan oğlunun evində gecələməsinə icazə vermişdir. Bundan sonra o, xx.xx.2019-cu ildə Gəncə şəhərinə gedib makler vasitəsilə məcburu köçkünlər üçün tikilmiş evlərdən 3 otaqlı evi bir aylıq 100 manata kirayə götürmüşdü. Bundan sonra Gülügilə qayıdıb Elvina ilə Elvini çıxartmış, o, Elvina və Elvin Zazalı kəndində yerləşən günəbaxan sahəsinə gedib gizlənmişlər.Bu müddət ərzində Elvina sakit durmuş və səs-küy salmamışdır. Həmin gün hava qaraldıqdan sonra tanımadığı bir taksi ilə kirayə tutduğu evə getmişlər. Həmin evdə Elvina ilə Elvin bir otaqda və bir çarpayıda yatmışlar. Onlar təxminən həmin evdə 3-4 gün qalmışlar. Həmin evdə Elvina əmisi Anarla telefonla danışdığı üçün onların yerini biləcəklərini bilmiş, ona görə də, yenə də makler vasitəsilə Gəncə şəhərində Dəmir yolu vağzalının yaxınlığında Aminə adlı qadının həyət evini kirayə götürmüşdü. Aminənin evini bir aylıq 150 manta kirayə götürmüşdü. Aminə həmin evdə əri və azyaşlı oğlu ilə birlikdə yaşayırdı. Sonuncular Elvinanı qaçırtmağını bilməmişlər. Təxminən 2-3 gün Aminənin evində yaşamışlar. Elvin ilə Elvina Aminənin evində bir yerdə yatmışlar. Sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib onları tapmışlar və Goranboy rayon polis şöbəsinə aparmışlar. Elvinanın əmisi arvadı Gülnarənin sözünü inanıb onu oğlu Elvin üçün qaçırtmışdı. Lakin Zərərçəkmiş şəxs oğlu Elvin Mehtiyevlə cinsi əlaqədə olmasa “Bayıra çıxarıb hamının gözü qarşısında cinsi əlaqədə olduracağı” ilə hədə qorxu gəlməmiş, ümumiyyətlə onların cinsi əlaqədə olub-olmaması barədə məlumatı olmamışdır. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün kənd təsərrüfatı işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun bacısı Gülbənizin əridir. Eyni zamanda Təqsirləndirilən şəxs1 arvadı X6 dayısıdır. Təqsirləndirilən şəxs1lə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhərindən yaşadığı evə gəlmiş, yaşasdığı evin qarşısında olarkən Təqsirləndirilən şəxs1 ona zəng edib həmkəndlisi X12 qızı Zərərçəkmiş şəxs oğlu Elvin Mehtiyevə qaçırtmaq üçün onlara gəlməyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona Quşçular kənd sakini Təqsirləndirilən şəxs3 Dəliməmmədli şəhərində dairənin yanında gözlədiyini və Elvinanı qaçıracağını ona da dediyini onu da götürüb gətirməyini demişdi. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs ilə danışdığını, qızın razı olduğunu, çörək almaq üçün mağazaya gələcəyini demişdi. O, Təqsirləndirilən şəxs1 Elvinanın “nə vaxt gələcəyini” demiş, Təqsirləndirilən şəxs1 ona Elvina “indilərdə gələcəkdir tez gəl” demişdi. O, da Təqsirləndirilən şəxs1lə razılaşıb idarə etdiyi Mercedes markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı Hazırəhmədli kəndinə getmişdi. Dəliməmmədli şəhərində dairənin yanında Təqsirləndirilən şəxs3 onu gözləmiş, o, Dəliməmmədli şəhərində Təqsirləndirilən şəxs3 avtomobilinə mindirib Hazırəhmədli kəndinə getmişdi. Hazırəhmədli kəndində Təqsirləndirilən şəxs1 onu bacısı Siyasət Ələsgərovanın evinin qarşısında gözləmişdi, Təqsirləndirilən şəxs1 yanına çatanda onlara Zərərçəkmiş şəxs razı olduğunu və Təqsirləndirilən şəxs3la onun qaçırtmağını demişdi. O da, bunu bacarmayacağını demiş, sonra Təqsirləndirilən şəxs1 bacısı qızı Aynura Zərərçəkmiş şəxs qaçırtmağını demiş, Aynurda Təqsirləndirilən şəxs1lə razılaşmamışdı. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında oturub “özüm qaçırdaram” demişdi. Sonra Təqsirləndirilən şəxs1 ona avtomobilini döndərib hərəkət etdirməyini demişdi. O da, avtomobilini hərəkət etdirmiş, Təqsirləndirilən şəxs3 avtomobilin qabaq sağ tərəf oturacağında, Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa oturacağında əyləşmişdi. O, avtomobilini Hazırəhmədli kəndində yerləşən Turxanın mağazasının qarsısına sürmüş, Turxanın mağazasının yanından təxminən 100 metr aralı məsafədə Zərərçəkmiş şəxs və yanında bir nəfər azyaşlı oğlan uşağı getmişlər. Təqsirləndirilən şəxs1 ona avtomobilini onların yanına sürməyini demiş, o, da avtomobilini Elvinaın getdiyi istiqamətə hərəkət etdirmişdi. O, idarə etdiyi avtomobillə Elvinanın yanına çatanda Təqsirləndirilən şəxs1 ona avtomobilini saxlamağını demişdi. Həmin vaxt Elvina dayanıb geriyə qayıtmış, Təqsirləndirilən şəxs1 də avtomobilin qapısını açıb yerə düşərək Elvinanın arxası ilə qaçıb arxasından qucaqlamış, Elvinanın yanında olan oğlan uşağı isə yerdə oturub ağlamağa başlamışdı. Həmin vaxt Asəf də avtomobildən yerə düşmüş, o da, avtomobilini hərəkət etdirib həmin kənddə yaşayan Gülnazın evinin qarşısında döndərmiş, Təqsirləndirilən şəxs1 də, Elvinanı qucağında gətirib avtomobilin arxa oturacağında əyləşdirib özüdə yanında əyləşmişdi. Asəf də avtomobiln qabaq sağ tərəf oturacağında əyləşmişdi. Elvinanı Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdirəndə Elvina “atam anamı öldürəcəkdir” demişdi. Təqsirləndirilən şəxs1 Elvinaya “qorxma heç nə olmaz, bu gündən sən mənim qızımsan, hər şey düzələcəkdir” demişdi. Bundan sonra Elvina avtomobildə sakit oturmuşdu. O, avtomobilini sürətlə hərəkət etdirib Gəncə şəhəri istiqamətinə sürmüşdü. Gəncə şəhərində onlar Təqsirləndirilən şəxs1 yeznəsi Qəhrəmanın taksi kimi dayandığı yerə getmişlər. Təqsirləndirilən şəxs1 Qəhrəmana “avtomobilini arxamızca sürüb gəlməyini” demişdi. Bundan sonra o, avtomobilini Qəhrəmanın yaşadığı evin qarşısına sürmüşdü. Qəhrəman da, idarə etiyi avtomobillə arxaları ilə gəlmişdi. O, avtomobilini Gəncə şəhərində Qəhrəmanın evinin qarşısında saxlamış, Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşmüşdü. Təqsirləndirilən şəxs1 Qəhrəmandan bacısının evdə olub olnmadığını soruşmuş, Qəhrəman da öz uşaqlarından analarının harada olduğunu soruşmuşdu. Uşaqlarıda Qəhrəmana analarının qonşuya su gətirməyə getdiyini demişlər. Qəhrəman da qonşuya keçmiş, bundan sonra Elvinanı Təqsirləndirilən şəxs1 düşürüb Qəhrəmanın evinə getmişlər. O, isə avtomobilini hərəkət etdirib yaşadığı evə gəlmişdi. Yolda Gəncə şəhərində yerləşən təzə avtovağzalın yanında Təqsirləndirilən şəxs3 nə isə alacağını deyib avtomobilindən düşmüş, o isə tək yaşadığı evə gəlmişdi. Təqsirləndirilən şəxs1 onlara qızın razı olduğunu və öz razılığı ilə onu qaçırmağı dediyi hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 Elvinanı qaçırdarkən Asəf avtomobildən düşmüş, lakin Elvinaya əlini vurmamışdı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün fəhləlik edir. Goranboy rayonu Hazırəhmədli kəndində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1lə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 iribuynuzlu və xırdabuynuzlu heyvanlar alıb satır. O da, yaşadığı kənddə kim heyvan satsa Təqsirləndirilən şəxs1 deyir, Təqsirləndirilən şəxs1 də gəlib baxır. Əgər heyvan sahibi ilə Təqsirləndirilən şəxs1 razılaşdıqda heyvanı alır, bundan sonra Təqsirləndirilən şəxs1 ona da, pul verir. Təqsirləndirilən şəxs1 şikəst oğlu Elvini evləndirmək istəyirdi. Bir müddət əvvəl İqlar Mehtiyev ona yaşadıqları kənddə, X12 qızı Elvinanı oğluna almaq üçün elçi getdiyini, lakin oğlu şikəst olduğundan valideynlərinin vermədiklərini demişdir. xx.xx.2019cu il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs1 zəng edib yaşadığı kəndə satlıq bir baş iribuynuzlu heyvan olduğunu və gəlib baxmağını demişdir. Təqsirləndirilən şəxs1 ona “sahədə traktoru ilə yonca bitkisi biçdiyini və gəlib heyvana baxaram” demişdi. Sonra Təqsirləndirilən şəxs1 ona yaşadığı Hazırəhmədli kəndinə təcili gəlməyini demiş, o da, Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşmuşdu. Təqsirləndirilən şəxs1 ona “yaxşı olar gəl bura” demişdi. O, Təqsirləndirilən şəxs1 xəstə olduğunu və yatmaq istədiyini demişdi. Təqsirləndirilən şəxs1 ondan əl çəkməyərək “gəl bura” demişdi. Axırda o Təqsirləndirilən şəxs1lə razılaşıb “gəlirəm” demişdi. Təqsirləndirilən şəxs1 ona “nə ilə gəlirsən” demiş, o da, Təqsirləndirilən şəxs1 “piyada gəlirəm” demişdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 Goranboy rayonu Düzquşlaq kəndində (köhnə Ağamalıoğlu kəndi) yaşayan qaynı Təqsirləndirilən şəxs2da avtomobili ilə gəldiyini və Dəliməmmədli şəhərində onun avtomobilinə minib birlikdə gəlməyini demişdi. O da, piyada Dəliməmmədli şəhərinə getmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə yanına gəlib avtomobilini saxlamışdı. O, Təqsirləndirilən şəxs2 avtomobilinin qabaq sağ tərəf oturacağında əyləşmişdi. Sonra onlar Hazırəhmədli kəndinə getmişlər. Hazırəhmədli kəndində Təqsirləndirilən şəxs1 traktorunu mağazanın yanında saxlayıb onları gözləmişdir.Təqsirləndirilən şəxs2 avtomobilini Təqsirləndirilən şəxs1 yanında saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 avtomobilinin arxa oturacağına əyləşib Təqsirləndirilən şəxs2 avtomobilini döndər bu yolla sür gedək demişdi. Təqsirləndirilən şəxs2 avtomobilini döndərib Təqsirləndirilən şəxs1 göstərdiyi yolla avtomobilini hərəkət etdirməyə bşlamışdı.Təxminən 100 metr yol qət etmişlər ki, qarşıdan bir oğlan uşağının və sonradan adını bildiyi Elvinanın getdiyini görmüşdür. Sonuncuların yanına çatanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tez avtomobilini saxlamağını demişdi. Təqsirləndirilən şəxs2 avtomobilini saxlamış, Təqsirləndirilən şəxs1 avtomobilin arxa qapısını tez açıb yerə düşmüş və Elvinanı arxadan qucaqlayıb zorla gətirərək avtomobilin arxa oturacağına mindirmişdi. Həmin vaxt Elvina “ay ana mənə kömək edin deyib” qışqırmışdı. Elvinanı avtomobilin arxa oturacağına zorla mindirdikdən sonra Təqsirləndirilən şəxs1 onun yanında əyləşib Təqsirləndirilən şəxs2 avtomobilini tez döndər gedək burdan demişdi. Təqsirləndirilən şəxs2 avtomobilini tez döndərib Gəncə şəhəri istiqamətinə tərəf hərəkət etdirməyə başlamışdı. Həmin vaxt Elvina ağlayaraq “anam atam məni öldürəcəklər” demişdi. Bu zaman Təqsirləndirilən şəxs1 Elvinaya “ağlama sənə heç kim heç nə edə bilməz, bu gündən sən mənim qızımsan” demişdi. Elvina da sakitləşib ağlamamışdı. O, Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 ona heç nə fikir vermə demişdi. Sonra Təqsirləndirilən şəxs1 ona “bu qızı oğluma almaq istəyirdim, valideyinləri razı olmadı, lakin qızın özünün razılığı var” demişdi. O, X13 qaçırtdığını bilmişdi. Gəncə şəhərində o təzə avtovağzalın yanında avtomobildən düşüb öz işinin arxası ilə getmişdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 onu işə salarsan demişdi. Təqsirləndirilən şəxs1 ona “sənlik bir iş yoxdur qıza sən əlini vurmamısn, qızın özünün razılığı ilə qaçırmışam” demişdi. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla qaçırtmağından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 Elvinanı avtomobilə mindirdikdən sonra onun xəbəri olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobili saxlatırmış, sonra avtomobildən yerə düşüb Elvinanın arxadan qucaqlayıb zorla avtomobilə əyləşdirmişdi. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırtmağı ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırtmağı barədə onunla əvvəlcədən razılaşmamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 avtomobilini saxla deyib tez avtomobildən yerə düşmüş, sonra isə qaçaraq Zərərçəkmiş şəxs arxadan qucaqlayaraq zorla avtomobilin arxa oturacağına mindirmişdi. Həmin vaxt o avtomobildən yerə düşməmiş və Təqsirləndirilən şəxs1 heç bir köməklik etməmişdir. Onun günahı bu barədə dərhal hüquq mühafizə orqanlarına xəbər verməməyi olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı qızıdır. Təqsirləndirilən şəxs1 də tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxs1lə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 və onun arvadı Gülbəniz yalan ifadə vermişlər, o Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğlu Elvinə qaçırmaqlarından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 ona ***-***-**-** nar nömrəsi, həmçinin ümumiyyətlə başqa nömrə verməmişdir. O, heç bir vaxt Təqsirləndirilən şəxs1 zəng edib Elvinanın evdən çıxdığını deməmişdir. Onun mobil nömrəsi və telefonu yoxdur, əvvəllər də olmamışdır. O, X22, Şahid6 və Şahid8 tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci ildə xatırlamadığı tarixdə anasının xalası qızı Xəyalə valideyinlərinə demişdir ki, “İlqar sizə elçi gəlmək istəyir”. Xəyalə bu sözü anası və atasına dedikdə onlar buna razı olmamışlar. Bir müddət əvvəl xatırlamadığı tarixdə qonşuları Təranə adlı qadınla söhbət edərkən Təqsirləndirilən şəxs1 onu oğlu Elvinlə evləndirmək üçün qaçırdacağını bildirmişdir. Təranənin bu sözünü anası Hicrana demişdir. Təxminən 2019-cu ilin sentyabr ayının ilk on günlüyündə əmisi oğlu Nihatla birlikdə Təranənin evinin yaxınlığında yolun qırağında moruq yığarkən gümüşü rəngli “Mercedes” markalı avtomobil onların yanından keçərkən əmisi oğlu Nihat “Bunlar səni qaçırtmaq istəyirlər” demişdir. Bu barədə anasına məlumat verməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində qonşuluqda yaşayan 2009-cu il təvəllüdlü əmisi oğlu Şahid5 onlara gələn zaman anası Hicran gedib dükandan çörək almaqlarını tapşırmışdır. Əmisi oğlu Nihatla birlikdə həmkəndliləri Turxan adlı şəxsin işlətdiyi ərzaq mağazasına gedərkən Nihat atasına siqaret almaq üçün evdən pul götürmək üçün evlərinə dönmüşdür. Dükandan o, iki ədəd çörək, əmisi oğlu Nihat isə atasına siqaret alıb qayıdarkan qəfildən arxalarından gümüşü rəngli “Mercedes” markalı, dövlət qeydiyyat nömrəsi olmayan avtomobil onları keçərək qabaqlarında dayanmışdır. Avtomobilin arxa qapısından cəld şəkildə həmkəndlisi Təqsirləndirilən şəxs1 düşüb onlara tərəf qaçarkən Nihat “Qaç, İlqar səni qaçırdacaq” demişdir. O və əmisi oğlu geri dönüb Turxanın dükanı tərəfə qaçsalar da İlqar ona çatıb qabağına keçib qucaqlayaraq avtomobilə tərəf aparmağa başlamışdır. Əmisi oğlu Nihat yerə oturaraq ağlamağa başlamış, o, isə yüksək səslə qışqıraraq atasını köməyə çağırmış və çırpınaraq İlqarın onu buraxması üçün müqavimət göstərmişdir. Lakin İlqar ondan güclü olduğu və əl qollarını tutduğu üçün onun gücü İlqara çatmamışdır. İlqar onu avtomobilə qədər aparmış və orada adını sonradan bildiyi qabaq oturacaqdan yerə düşüb onları gözləyən Təqsirləndirilən şəxs3 avtomobilin arxa qapısını açmış və İlqar onu məcburi olaraq avtomobilin arxa oturacağına itələyib saldıqdan sonra, Təqsirləndirilən şəxs3 da arxa qapını örtüb özü qabaq oturacağa oturmuşdur. Avtomobili idarə edən şəxs isə İlqarın qaynı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 olmuşdur. Avtomobildə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 getmək istəmədiyini və yalvararaq onu buraxmalarını xahiş etmiş, əks halda anası onu dükana göndərdiyi üçün atasının anası Hicranı öldürəcəyini desə də, Təqsirləndirilən şəxs1 və avtomaşında olanlar buna əhəmiyyət verməmiş və onu sakitləşdirmək məqsədilə narahat olmamasını demişlər. Avtomobildə olarkən ağlayaraq İlqardan əmisi arvadı Gülnarənin bu işdə əli olmasını soruşsada İlqar ona cavab verməmişdir. Belə ki, Gülnarənin oğlu Nihadın ona “səni qaçırdacaqlar” dediyinə görə Gülnarənin bu işdə əlil olmasından şübhələnmişdir. Onlar onu Gəncə şəhərinə Təqsirləndirilən şəxs1 bacısı Günel adlı qadının fərdi yaşayış evinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 avtomobildən düşürüb qolundan tutub evə aparmış, avtomobildə olan iki nəfər çıxıb getmış və onları bir daha görməmişdir. Orada o, Təqsirləndirilən şəxs1, Günel və onun iki azyaşlı uşaqları, sonra isə əri Qəhrəman da evə gəlmişdir. Təqsirləndirilən şəxs1 bacısı Günelə “Bizim kənddəndir, Səlmanın qızıdır, Əntiqənin nəvəsidir, Elvin üçün qaçırtmışam”. Günel ondan soruşmasa da hiss etmişdir ki, onu zorla qaçırdıblar, demişdir ki, “Bəli, tanıyıram, Əntiqənin nəvəsidir, mən polisdən qorxuram, mənim evimdən tez apar bunu”. Təqsirləndirilən şəxs1 Qəhrəmana demişdir ki, “Gedək oğlum Elvini Ağamalıoğlundan gətirək” sonra aparacam, narahat olma. Qəhrəman da onunla razılaşaraq Təqsirləndirilən şəxs1lə birlikdə evdən çıxıb getmişlər. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs1, Qəhrəman və İlqarın oğlu Elvin gəlmişlər. Evdə Qəhrəman və arvadı Günel ona demişlər ki, “Polisə gedəndə denən özüm qaçmışam, əgər elə deməsən İlqarı tutacaqlar”, çox qorxduğundan sakitcə oturub cavab verməmişdir. Qəhrəmangilin evində onunla heç kim zorla cinsi əlaqədə olmamışdır. Təxminən yarım saat oturduqdan sonra Təqsirləndirilən şəxs1 yenə onun qolundan tutaraq Qəhrəmanın göy rəngli, dövlət qeydiyyat nömrəsini və markasını bilmədiyi avtomobilinə əyləşdirib sonuncunun qardaşı İsmixan adlı şəxsə məxsus Gəncə şəhərində bilmədiyi ünvanda yerləşən fərdi yaşayış evinə aparmışlar. Avtomobildə o, Elvin və Təqsirləndirilən şəxs1 arasında arxada oturmuş, Qəhrəman isə avtomobili idarə etmişdir. İsmixan gilə çatdıqda orada İsmixan, arvadı Gülü, qaynanası Kəmalə və iki azyaşlı uşaqları olmuşdur. Qəhrəman onları gətirdikdən sonra qardaşının evinə girmədən çıxıb getmiş və onu bir daha görməmişdir. Təqsirləndirilən şəxs1 onlara “Oğluma qız götürüb qaçmışam” dedikdə, İsmixanın qaynanası Kəmalə ondan soruşarkən ki, “Özünmü gəlmisən?”, o “Yox, özüm gəlməmişəm.” cavabını vermişdır. Kəmalə ona deyəndə ki, “Yalan danışma, bu geyim-keçimdə özün gəlmisən” dedikdə, yenə öz istəyi ilə qaçmadığını, Təqsirləndirilən şəxs1 onu zorla qaçırtdığını bir daha onlara bildirmişdır. İsmixanın arvadı Gülü ondan “Qayıtmaq istiyirsənmi?” soruşduqda, “Hə, qayıtmaq istiyirəm”, cavabını vermişdir. O, isə “Artıq gecdi, qayıtma” demişdir. Həmin gecə onlar orada qalmış və o, İsmixanın qaynanası Kəmalə ilə bir otaqda yatmışdır. Gecə o, yenə Kəmaləyə valideyinləri evinə qayıtmaq istədiyini desə də, Kəmalə qayıtma, artıq gecdi demişdir. İsmixangilin evində onunla heç kim zorla cinsi əlaqədə olmamışdır. Səhərisi gün onlar İsmixangildə səhər yeməyi yedikdən sonra Təqsirləndirilən şəxs1 başqa yerə gedəcəklərini bildirərək, onlar birlikdə evdən çıxaraq, rəngini, markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə oturub bilmədiyi istiqamətdə getmişlər. Həmin avtomobili idarə edən şəxsi tanımamış, başa düşdüyü qədər taksi sürücüsü olmuşdur. Onlar Samux rayonunun Zazalı kəndinə Təqsirləndirilən şəxs1 qohumu Gülmira Əsgərova adlı qadının evinə gəlmiş və evdə Gülmiradan başqa əri Qurban, Coşqun adlı oğlu, Coşqunun arvadı Səbinə və sonuncuların azyaşlı oğlu olmuşdur. İlqarın arvadı Gülbəniz də sonra həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs1 Gülmiraya onu oğlu Elvin üçün qaçırtdığını bildirdikdə, Gülmiranında “Özün gəlmisənmi?” sualına, o “Yox, özüm gəlməmişəm” demişdir. Təqsirləndirilən şəxs1 ona təpinərək əmisi Anar Məmmədova zəng edəcəyini və özü gəlməsini deməsini tapsıraraq əmisini yığıb mobil telefonu ona vermiş, əvvəl qorxusundan əmisi Anarla danışarkən özünün qaçdığını bildirsə də, sonra isə ağlayaraq , “Gəlin məni aparın” demişdir. Bu sözü deyən kimi Təqsirləndirilən şəxs1 telefonu əlindən almışdır. Onu tapa bilmədikləri üçün qorxu içində olmuş, həmçinin artıq cox yorulmuş, İlqardan isə qorxaraq onu valideyinlərinin evinə buraxmayacağını anlamışdır. Orada ona dəqiq yadında qalmadığı kimsə Elvinlə cinsi əlaqədə olmağı təklif etsə də o buna razı olmadığı üçün, İlqar ona Səbinənin yanında sərt şəkildə “Elvinlə əlaqədə olmasan səni eşiyə çıxarıb öz yanımda Elvinlə cinsi əlaqə etdirəcəm.” deyərək hədələmişdir. Ardınca isə İlqarın arvadı Gülbəniz də ona orada deyib ki, “İlqar dəli şeydi, o dediyini elə”. O da utandığından və qorxduğundan bir söz deməyib sakitcə durmuşdur. Gülmira onu yataq otağına apararaq bir daha ondan cinsi əlaqədə olmaq istəməsini soruşduqda o, “yox, olmaq istəmirəm”cavabını vermişdir. Gülmira da ona “narahat olma, istəmirsənsə mən səni qoymayacam olmağa” demiş, o, yataq otağında qalmış, Gülmira isə həyətə düşmüşdür. Sonra Səbinə otağa girib çarpayıya ağ mələfə sərib çölə çıxmışdır. Təxminən 5-10 dəqiqə sonra Elvin içəri girib və öz paltarlarını soyunub, ona demişdir ki, “səndə soyun.” O, İlqarın hədəsindən qorxduğundan əynində olan bütün paltarını özü çıxarıb və çarpayıya uzanmışdır. Elvində gəlib onun üstündən uzanaraq bərkimiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salmağa çalışmış, ilk əvvəl Elvin orqanını onun orqanına sürtmüş, sonra isə cinsiyyət orqanını onun cinsiyyət orqanına salıb irəli doğru hərəkət edərkən, o, ağrı hiss etdiyindən Elvini sinəsindən əlləri ilə üstündən itələməyə çalışmış, Elvin təxminən 2-3 dəqiqə üstündə olmuş və sonra boşalaraq Elvin özü onun üstündən durmuşdur. Elvin durduqdan sonra o da cinsiyyət orqanının üstündə olan ağ mayeni ağ dəsmalla silib, həmin dəsmalı utandığından paltarının altında gizlədib və sonra çölə çıxanda zibilliyə atmışdır. Elvində yanından çıxdıqdan sonra ev yiyəsi Gülmira gəlib ondan təklikdə Elvinlə əlaqədə olub-olmamaqlarını və qan gəlib-gəlmədiyini soruşmuş, o olduqlarını lakin qan gəlmədiyini demişdir. Həmin hadisə qaçırıldığından bir gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə baş vermişdir. Həmin gecəni onlar Gülmira gildə deyil sonuncunun həmin evin yaxınlığındaki digər boş evində qalmışlar. Səhərisi gün o, İlqar və Elvin Gülmira gilin evindən çıxmış və İlqar onları həmin kənddə günəbaxan sahəsinə aparıb hava qaralana kimi orada gözləmişlər. Həmin vaxtı İlqardan qorxduğuna görə sakit durub, İlqar ona deyib ki, “səssiz ol, səsini çıxartsan səni öldürəcəm, ya da oğlum Elvinin arvadı olacaqsan”, o, isə İlqarın oğlu Elvin şikəst olduğu üçün onunla evlənmək istəməmişdir. Hava qaraldıqdan sonra tanımadığı taksi ilə İlqarın deməsinə görə kirayə tutduğu Gəncə şəhərində yerləşən bina evinə getmişlər. Getdikləri ev eşitdiyi qədəri ilə Əli adlı şəxsə məxsus olmuşdur. Həmin evdə onlar beş gün qalmış, orada onunla cinsi əlaqədə olunmamışdır. Həmin evdə o, İlqara yalvarmişdir ki, onu evlərinə qaytarsın, lakin İlqara hər dəfə yalvaranda onu hədələmişdir ki, “ya ölməlisən, ya da oğlumla evlənməlisən”. Bir neçə dəfə gizlicə qaçmağı fikirləşsə də, amma heç bir yeri tanımadığına görə qorxusundan bunu edə bilməmişdir. İlqar orada əmisi Anara zəng edərək telefonu ona verib və ona bildirmiş ki, “denən özüm gəlmişəm.” əmisi Anarla danışarkən bildirmiş ki, “əmi mən evə qayıtmaq istəyirəm”, bu sözləri deyərkən İlqar telefonu yenə əlindən alıb söndürmüşdür. İlqar həmin vaxtı onun qolundan tutaraq evdən çölə çıxarmışdır. Orada onlar, yəni o, İlqar və Elvin həyətdən çıxıb markasını, nömrəsini bilmədiyi, sürücüsünü tanımadığı bir taksi ilə Gəncə şəhərində yerləşən, Aminə adlı qadının həyət evinə getmişlər. Evdə Aminə adlı qadın, onun əri Şahin və onların azyaşlı oğlanları olmuşlar. O, Aminəyə qayıtmaq istədiyini desə də, Aminə isə ona cavab vermişdir ki, “artıq səni qaçırdıblar, qayıtsan adın pisə çıxacaq”. Aminə, əri Şahin və İlqar ona demişdir ki, atasına zəng edib özün gəldiyini desin. O isə artıq bezdiyindən və bəlkə bunların yanında atasına zəng edib desə ki, özü gəlib, ondan sonra bəlkə onun yerini valideyinlərinə deyərlər. Həmin səbəbdən o, İlqara demişdir ki, “atama zəng et, deyəcəm ki, özüm gəlmişəm.” İlqar atasının telefonunu yığaraq ona verib, o, həmin vaxtı atasına yaxşı olduğunu, narahat olmamasını, özünün gəldiyini demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə axşam tərəfi Aminə ona təklikdə demişdir ki, “Elvinin atası İlqar deyir ki, Elvinlə cinsi əlaqədə olsun”, o, isə Aminəyə olmaq istəmədiyini bildirmiş, Aminə ona cavab vermişdir ki, “sən Elvinlə artıq ər-arvadsan, olmalısız”, İlqarın ona Samuxda dediyi “əgər Elvinlə əlaqədə olmasan səni eşiyə çıxarıb öz yanımda Elvinlə cinsi əlaqə etdirəcəm” sözü yadından çıxmadığına görə, qorxub ki, Aminədən söz göndərdiyinə görə Elvinlə cinsi əlaqədə olmasa Təqsirləndirilən şəxs1 onu öz yanında Elvinlə məcburi cinsi əlaqə etdirəcəkdir, həmin səbəbdən məcbur qalıb Aminənin göstərdiyi yataq otağına keçmişdir. Həmin vaxtı Gülbəniz orada olmamışdır. Yataq otağına keçdikdən sonra Elvin də yataq otağına gəlmişdi. Elvin paltarlarını soyunub və ona demişdir ki, “səndə soyun”, o da paltarlarını soyunub və çarpayıya uzanmış, Elvin eyni qaydada gəlib onun üstünə uzanmış, Elvin onu öpmək istəmiş, lakin Elvindən iyrəndiyindən buna icazə verməyib üzünü kənara çəkməyə çalışmış, həmin vaxtı Elvin öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salıb irəli doğru möhkəm hərəkət etdiyindən, ilk dəfə Elvinlə Samuxda olan cinsi əlaqə zamanı olan ağridan daha möhkəm ağrı hiss etmiş və Elvinə demiş ki, “dur ayağa ağrıdım”, Elvin onun sözünə qulaq asmadan üstündə təxminən iki dəqiqə qabağa-dala möhkəm hərəkət etdikdən sonra ayağa durmuş həmin vaxtı əlaqələri dediyi kimi təxminən iki dəqiqə çəkmiş, cinsiyyət orqanının üstündə heç bir maye olmadığından silinmədən paltarlarını geyinmiş, Elvində geyinib çölə çıxmışdır. Həmin vaxtı ayaq yoluna gedib və orada alt paltarında qan olduğunu görmüş, alt paltarını dəyişmiş, həmin alt paltarını da utandığından və qorxduğundan heç kim görmədən zibilliyə atmışdır. Bu barədə ondan heç kim heçnə soruşmamışdır. Samux rayonunda Gülmiragildə olarkən ona İlqar yeni paltarlar o cümlədən alt paltarları da gətirib vermişdir. Sonra xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 22 radələrində polis əməkdaşları gəlib onu Aminə gilin evindən aparmışdı. O, əvvəl ifadə verərkən onu polis əməkdaşları yeni gətirmişlər, anasını və yaxınlarını yeni görmüş, çox həyəcanlı olduğundan fikrini toparlayıb hadisəni tam yadına sala bilməmiş, indi isə yadındadır ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 arxa qapını açmış və Təqsirləndirilən şəxs1 onu avtomobilə məcburi otuzdurmuşdur. Təqsirləndirilən şəxs1 və digərləri onu oğurlayarkən yanında əmisi oğlu Nihat və həmkəndlisi Zahid Aslanov olmuşdur. Qaçırdılarkən avtomobildə qorxaraq oturmuş, hadisənin şokundan ağlamış və avtomobildə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalvarmış ki, onu anasına aparsınlar, lakin onların üçü də ona cavab vermişlər ki, narahat olmasın, hər şey yaxşı olacaq. Əmisi arvadı Gülnarənin Təqsirləndirilən şəxs1 onu qaçırtmaqda kömək edib-etməməsi barədə məlumatı yoxdur. Əvəllər hər hansı bir şəxslə, hər hansı formada cinsi əlaqədə olmamışdır. Elvin onunla yalnız təbii yolla, qeyd etdiyi formada cinsi əlaqədə olmuşdur, onunla qeyri-təbii yolla əlaqədə olmamışdır. Hazırda Təqsirləndirilən şəxs4 şikayətçi olmadığını, lakin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu, Təqsirləndirilən şəxs3 qaynının şəhid olmasını nəzərə alıb, ona nisbətən az cəza verilməsini bidlirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, uşaq yaşlarında yıxılaraq travma aldığı üçün bir gözündə çəplik və yerişində qüsur yaranmışdı. Lakin özü sərbəst gəzib hərəkət edə bilir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Zərərçəkmiş şəxs sevmiş və onunla evlənmək istəmişdir. Ona görə də, 2019-cu ilin qış ayralrında valideynlərinə Elvinanı sevdiyini və onunla evlənmək istədiyini demişdir. Valideyinləri də, kirvəsi Ceyhunun arvadı Xəyalənin vasitəsi ilə Elvinanın valideyinlərinə xəbər göndərmiş, lakin Elvina özü razı olsa da, onun valideyinləri razılıq verməmişlər. Buna baxmayaraq, atası İlqara və dayısı Təqsirləndirilən şəxs2 Elvinanı onun üçün qaçırmalarını demişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində atası İlqar evlərinə zəng edib Elvinanı onun üçün qaçırtdığını və Gəncə şəhərində olduğunu demişdir. O da, dərhal Gəncə şəhərinə gedən avtobusla Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində atası onun qarşına çıxmışdır. Sonra Samux rayonu Zazalı kəndində yaşayan qohumları Gülmiragilə getmişlər. Bir müddət keçdikdən sonra anası Gülbənizdə oraya gəlmiş, Elvina ilə o, Gülmiranın evində olan zalda divanda oturmuşlar. Həmin vaxt Elvinaya onunla cinsi əlaqədə olmaq istədiyini demiş, Elvina da, ona öz razılığını bildirmişdir. Bundan sonra Elvina ilə o, yataq otağına keçmişlər. Elvina öz paltarlarını o, da öz paltarını soyunmuşdur. Bundan sonra Elvina arxası üstə orada olan çarpayının üzərinə uzanmış, bundan sonra isə o, Elvinanın üzərinə uzanmışdır. Sonra isə Elvinanın ayaqlarını əli ilə qaldırıb öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmişdir. Cinsiyyət orqanını bir-iki dəfə Elvinanın cinsiyyət oraqnına salıb çıxartmış və sonra qurtarmışdır. Elvinanın daxilinə boşalmamışdır. Elvinanın öz razılığı ilə onunla cinsi əlaqqədə olmuşdur. Sonra isə paltarlarını geyinmişlər. Elvina zalda olan divanda əyləşmiş, o isə evdən çölə çıxmışdır. Çölə çıxdıqdan sonra anası Gülbənizin yanına gedib Elvina ilə cinsi əlaqədə olduğunu demişdir. Bundan sonra atası İlqar Gəncə şəhərindən kirayəyə ev tapmış, Elvina, atası və o, həmin evdə təxminən 1-2 gün qalmışlar. Həmin evin sahibinin adı Aminə olmuşdur. Aminənin evində Elvina ilə bir çarpayıda yatmışlar. Orada da o, Elvinanın öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi iştirakı ilə şahid qismində dindirilmiş X37 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi Səlmanın qızıdır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində əmisi Səlmannın arvadı Hicran Elvina ilə onu mağazaya çörək almağa göndərmişdir. Əmisi qızı Elvina ilə o birlikdə yaşadığı kənddə Turxanın mağazasına gedib 2 ədəd çörək və hərəsi bir ədəd şirə almışlar. Mağazadan çıxıb Elvina ilə birlikdə şirə içərək küçə ilə evə qayıtmışlar. Həmin vaxt gümüşü rəngli Mercedes markalı avtomobil yanlarından keçib ara yolda dayanmışdı. Elvina ilə birlikdə həmin avtomobilin yanından keçib gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs1 avtomobilin arxa qapısını açıb yerə düşmüş, bu zaman əmisi qızı Elvina qaçmağa başlamışdı. Təqsirləndirilən şəxs1 iki əlli onun qarın nahiyyəsindən tutub qonşularının həyətyanı sahəsinin məftil tordan hörülmüş hasarına atmışdı. O da, yerə yıxılmış və bərk qorxmuşdu. Təqsirləndirilən şəxs1 Elvinanın arxası ilə qaçarkən həmin avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmiş, tanımadığı bir şəxsdə yerə düşüb onların arxası ilə qaçmışdı. Təqsirləndirilən şəxs1 əmisi qızı Elvinaya çatıb onu qucağına alıb avtomobilə tərəf gətirmişdi. Həmin vaxt tanımadığı şəxs də Təqsirləndirilən şəxs1 kömək edərək avtomobilin qapısını açmış, İlqar da Elvinanı zorla avtomobilin yanına gətirmişlər. Elvina da bərk qışqıraraq kömək istəmişdi. Həmin vaxt küçədə heç kim olmadığı üçün köməyə gələn olmamışdı. Təqsirləndirilən şəxs1 Elvinanı Mercedes markalı avtomobilin arxa oturacağına zorla mindirmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağında tanımadığı şəxsdə avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmişlər. Bundan sonra avtomobilin sürücüsü avtomobilini sürətlə döndərib getmişdi. O da qorxduğu üçün evləri tərəfə qaçmağa başlamışdı. Həmin vaxt qarşısına Validə çıxmış və onu qucağına alıb nə baş verdiyini soruşmuşdu. O da qorxduğu üçün cavab verə bilməmişdi. Validə onu sirkələyib yenə də nə baş verdiyini soruşmuşdu. O da, Validəyə əmisi qızı Elvinanı Təqsirləndirilən şəxs1 və tanımadığı şəxsin avtomobillə zorla qaçırtdıqlarını demişdi. Bundan sonra Validənin əlindən çıxıb yenə də evə tərəf qaçmışdı. Yolda əmisi Səlman qarşısına çıxmış, əmisi Səlmana da olanlar barədə danışmışdı.Bundan sonra əmisi Səlman Elvinanın qaçırıldığı istiqamətə qaçmışdı. O isə yaşadığı evə gəlmişdi. 2019-cu ilin sentyabr ayının ilk ongünlüyündə əmisiqızı Elvina ilə yaşadığı kənddə yolun kənarında moruq yığmamış, onların yanından Mercedes markalı avtomobil keçməmiş və Elvinaya “bunlar səni qaçırtmaq istəyirlər”deməmişdi. O, əmisi qızı Elvinanın qaçırılmaq istədiklərini bilməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində yaşadlığı evin həyətyanı sahəsində iş görmüş, həmin vaxt qadın cinsinə mənsub olan bir nəfərin ucadan qışqıraraq “ay ana mənə kömək edin, ay ata mənə kömək edin, ay ana gəl, ay ata gəl, ay allah mənə kömək elə ” demişdir. O da, kimisə avtomobil vurduğunu zənn edib dərhal yaşadığı evin həyətyanı sahəsindən küçəyə çıxmışdı. Həmin vaxt təxminən 100 metr aralı məsafədən bir oğlan uşağının qışqıraraq gəldiyini görmüşdü. Bu zaman qonşusu Gülnazın yaşadığı evinin qarşısında gümüşü rəngli Mercedes markalı avtomobil sürətlə dönüb kəndin mərkəzi yoluna tərəf getmişdi. Həmin vaxt səsə qonşu Gülnaz küçəyə çıxmışdı. Həmin oğlan uşağı ona yaxınlaşanda həmkəndlisi Kamilin oğlu Nihad olduğunu bilmişdir. Nihad bərk qorxmuşdu. O, Nihadı qucaqlayıb nə baş verdiyini soruşmuş, Nihad isə qorxusundan danışa bilməmiş və qışqırmışdır. O, Nihadı sirkələyib avtomobil kimi vurdu demiş, Nihad ona “bacısını qaçırtdılar” deyib əlindən çıxıb evlərinə tərəf qaçmışdı. O da, Mercedes markalı avtomobilin döndüyü yerə getmiş, qonşusu Gülnaz da orada olmuşdu. Həmin vaxt qonşusu Firayədə yaşadığı evdən çıxıb onların yanına gəlmişdi. O Gülnazdan nə baş verdiyini soruşmuş, Gülnazda ona Təqsirləndirilən şəxs1 “allah evini yıxsın Səlmanın qızı Elvinanı çığırda-cığırda avtomobilə mindirib” qaçırdığını demişdi. Həmin vaxt Firayə elə zənn etmişdi ki, onun nəvəsini avtomobil vurmuşdur. Ona görə də huşunu itirib yerə yıxılmışdı. Sonra o hadisə baş verən yerə getmiş, həmin yerdə bir cüt çəkələk olduğunu görmüşdü. Həmin vaxt Səlman da qaçaraq yanına gəlmişdi. O çəkələyi Səlmana göstərmiş, Səlman ona çəkələyin Elvinaya məxsus olmadığını demişdi. Ona görə də, həmin çəkələyi götürüb evinə aparmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası Gülbənizin nəvəsidir. Elvinanın anası Hicran onun xalasıqızıdır. Elvinanın ailə üzvləri və özü ilə münasibəti normal olmuş, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 onun oğlu Cavanşirin kirvəsidir. Təqsirləndirilən şəxs1lə və onun ailə üzvləri ilə də münsibəti normal olmuş, onlarla da ədavəti və düşmənçiliyi olmamışdır. Elvinanı Təqsirləndirilən şəxs1 oğlu Elvinə qaçırtmamışdan təxminən 5-6 ay əvvəl onlarda olarkən “Səlmanın evinə elçi gedib oğlu Elvinə alacağını əgər verməsələr qaçırdacağını” demişdir. O da bu barədə Elvinanın anası Hicrana və atası Səlmana demişdir. Sonra isə onlara Elvinanı tək heç bir yerə buraxmayın onu qaçırdacaqlar demişdir. Təqsirləndirilən şəxs1 ondan Elvinanın valideyinlərinə xəbər göndərməmişdi. O, özü bu barədə Elvinanın valideynlərinə demişdir. Belə ki, Elvinanı Təqsirləndirilən şəxs1 oğlu Elvinə qaçırtmağından ehtiyyat etdiyi üçün sonuncunun valideynlərinə demişdi. O, Elvinanın valideynlərinə “İlqar sizə elçi gəlmək istəyir” deməmişdir. O, Elvinin valideynlərinə İlqar X8 üçün qaçırdacağını və ehtiyyatlı olmaqlarını demişdir.Təqsirləndirilən şəxs1 ona istifadə etmək üçün ***-***-**-** nar nömrəsi verməmişdir və həmin nömrə onda olmamışdır.xx.xx.2019-cu il tarixdə İlqar X11 qaçırdarkən o, ailə üzvləri ilə birlikdə Göygöldə dincəlmişdir.Elvinanın qaçırıldığını qaynı Elçin zəng edib əri Ceyhuna demişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs1lə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs4da tanıyır, o da, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs4 ilə də heç bir münasibəti olmamışdır. 2019-cu ilin yay aylıarında günorta saatlarında o Gəncə şəhər avtovağzalında idarə etdiyi avtomobillə dayanıb müştəri gözləmişdir. Belə ki, o Goranboy rayonu Dəliməmmədli şəhərinə və yaşadığı Hazırəhmədli kəndinə müştəri səsləmişdi. Həmin vaxt Təqsirləndirilən şəxs4 ona yaxınlaşıb Dəliməmmədli şəhərinə getdiyini demişdi. O da, Gülnarəyə əyləş demişdi. Hava isti olduğu üçün və başqa müştəri olmadığı üçün o idarə etdiyi avtomobillə yaşadığı kəndə gəlmişdi. Həmin vaxt Gülnarə də idarə etdiyi avtomobildə olmuşdur. Dəliməmmədli şəhərinə gedərkən taksilik etdiyi üçün Gülnarə onun mobil telefon nömrəsini istəmişdi. O da, istifadəsində olan ***-***-**-** nar nömrəsini Gülnarəyə vermişdi. Gülnarə də onun nömrəsini öz mobil telefonuna qeyd etmişdi. Dəliməmmədli şəhərində Gülnarə avtomobildən düşüb anası evinə getmişdi və ona yol haqqı kimi bir manat vermişdi. Təxminən 20-30 gündən sonra o Gəncə şəhərində yerləşən köhnə avtovağzalın arxasında yerləşən dönərxanada dönər yemiş, həmin vaxt həmkəndlisi Elçinin arvadı həmin dönərxanaya gəlib uşağına dönər almış, həmin vaxt Elçinin arvadı tək olmuşdur. Elçinin arvadı ilə dönərxanada salamlaşmışlar. Elçinin arvadı dönərxanadan dönəri alıb getmişdi. xx.xx.2019-cu il tarixdə saat 14:16 dəqiqədə o Gəncə şəhərində işdə olarkən mobil telefonuna ***-***-**-** nar nömrədən zəng gəlmişdi. O mobil telefonunu açmış, həmin vaxt telefonda uşaq səsi gəlmiş və heç kim danışmamışdı. Sonra o telefonunu söndürmüşdü. Təxminən 5 dəqiqədən sonra həmin nömrədən ona yenədə zəng gəlmiş, o telefonuna cavab vermiş, həmin vaxt yenə də, telefonda uşaq səsi gəlmişdi. Bir müddətdən sonra telefonda bir qadın danışmış və onlar salamlaşmışlar. Sonra ona zəng edən həmkəndlisi Kamilin arvadı Təqsirləndirilən şəxs4 olduğunu bilmişdir. Bundan sonra Gülnarə telefonda ona “sən Gəncə şəhərində Elçinin arvadı ilə dönər yemisənmi” demişdi. O da, Gülnarəyə Gəncə şəhərində Elçinin arvadı ilə dönər yemədiyini, lakin o Gülnarəyə Gəncə şəhərində dönərxanada dönər yeyərkən Elçinin arvadının həmin dönərxanadan dönər aldığını gördüyünü demişdi. Gülnatrə də ona “səni görüblər sən Gəncə şəhərində Elçinin arvadı ilə dönər yemisən” demişdi. O da, Gülnarəyə "xalxın namuslu ailəsi var, belə danışıb xalxın ailəsini dağıtma" demişdi. Bundan sonra Gülnarə ona burnunuzdan gəlsin deyib telefonunu söndürmüşdü. Gülnarə onunla təxminən 5 dəqiqə telefonla danışmışdır. Həmin vaxt ***-***-**-** nar nömrənin Gülnarənin istifadə etdiyini bilmişdi. Bundan sonra Gülnarə ilə heç bir əlaqəsi olmamışdı. Həmin nömrədən Təqsirləndirilən şəxs1 ona zəng etməmişdi. Həmin nömrəni Təqsirləndirilən şəxs4 işlətmiş və ona həmin nömrədən zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün səyyari olaraq toy mərasimlərində kabab çəkir. ***-***-**-** nar nömrə ona məxsusdur. xx.xx.2019-cu il tarixdə saat 14:22 dəqiqədə telefonuna tanımadığı ***- ***-**-** nar nömrədən zəng gəlmişdi. O telefonunu açanda bir qadın ona "sizinlə tanış olmaq olarmı” demişdi. O da, həmin qadının harada yaşadığını öyrənmək üçün "bəli mənimlə tanış olmaq olar" demişdi. O həmin qadından harada yaşadığını soruşmuş, qadında ona "Goranboy rayonu Dəliməmməıdli şəhəri ətrafında yaşayıram" demişdi. Sonra o qadına "ailəliyəm məni narahat etmə" demişdi. Həmin qadında ona " nə olsun mən də ailəliyəm" demişdi. Onlar bir qədər danışmışlar. Sonra telefonu söndürmüşlər. Həmin qadın sonra ona qısa zəng etmişdi. O da, həmin vaxt saat 14.23 dəqiqədə həmin qadının ona zəng etdiyi ***-***-**-** nar nömrəsinə zəng etmişdi. O həmin qadına bir daha "ailəliyəm məni narahat etmə" demişdi. Qadılnda ona “səni toyda kabab çəkərkən görmüşəm, səndən xoşum gəldi və telefon nömrəni almışam” demişdi. Onlar bir neçə dəqiqə telefonda danışmışlar. Sonra isə telefonu söndürmüşlər. Həmin qadın ona dəfələrlə zəng etmiş, o da, həmin qadına telefonda həmişə "məni narahat etmə mən ailəliyəm deyib telefonu" söndürmüşdü. Həmin qadını o tanımır və görməmişdir. ***-***-**-** nar nömrəsindən ona həmişə qadın zəng etmişdi. Həmin qadın təxminən 3-4 gün sonra onun istifadəsində olan nömrəsinə ***-***-**-** cin nömrəsindən zəng etmişdi. O, yenə də, qadına "məni narahat etmə deyib telefonu" söndürmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 tanıyır. Təqsirləndirilən şəxs4 ilə münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Təqsirləndirilən şəxs4 Goranboy rayonu Hazırəhmədli kəndində yaşayır və Kamil Məmmədovun arvadıdır. Təqsirləndirilən şəxs4 ilə o 2019-cu yay aylarında tanış olmuşdur. Belə ki, 2019-cu yay aylarında o Goranboy rayonu Dəliməmmədli şəhərində olarkən Gülnarəni görmüş və xoşuna gəlmişdi. Ona görə də onunla tanış olmaq qərarına gəlmişdi. Bu səbəbdən də, Gülnarənin arxası ilə getmişdi. Gülnarə Dəliməmmədli şəhərində bir mağazaya girmiş, o da Gülnarənin arxası ilə mağazaya daxil olmuşdu. Həmin vaxt mağazada Gülnarə “million” aparatı ilə ***-***-**-** nar nömrəsini yığıb danışıq konturu yükləmişdi. Həmin vaxt o Gülnarənin istifadəsində olan ***-***-**-** nar nömrəsini öz mobil telefonuna yazmışdı. Gülnarə telefonuna kontur yüklədikdən sonra o ona yaxınlaşıb, tanış olmaq istədiyini və telefon nömrəsini götürdüyünü demişdi. Gülnarə də, ona razılıq verməmiş və ona nömrəsini telefonundan silməyini demişdi. O da, Gülnarəyə "yaxşı silərəm" demişdi. Sonra onlar aralanmışlar. Təxminən iki saatdan sonra o, Gülnarənin istifadəsində olan ***-***-**-** nar nömrəsinə zəng edib mağazada olan oğlan olduğunu demişdi. Onun məqsədi Gülnarə ilə görüşmək olmuşdur. Lakin Gülnarə onun bu təklifinə razı olmamışdı. Bundan sonra o Gülnarəyə dostluq etməyini təklif etmişdi. Gülnarə də onunla razılaşmışdı. Həmin vaxtdan o Gülnarə ilə həmin nömrə ilə danışmışdı. Gülnarənin özü də ona həmin nömrədən zəng etmişdir. O Gülnarəyə "rəfiqən varsa onunla məni tanış etməyini" demişdi. Gülnarə də ona baxarıq demişdi. Sonradan Gülnarə onu Dəliməmmədli şəhərində yaşayan qohumu Aysel kimi bildiyi qızla tanış etmiş və o Ayellə görüşməyə başlamışdı. Aysellə görüşməyinə Gülnarə özü şərait yaratmışdı. Belə ki, Aysel Gülnarənin yaşadığı evə gəlmiş və onunla telefon əlaqəsi saxlamışdır. O da, bəzi hallarda mərhum dostu Əsgərin avtomobilini götürürmüş və Aysel Gülnarənin evindən çıxaraq avtomobilə minərək sakit boş əraziyə aparıb onunla cinsi əlaqədə olmuşdu. Bəzi hallarda isə Gülnarənin yaşadığı evin yanında olan xurma bağında Aysellə görüşüb cinsi əlaqədə olmuşdu.Gülnarə ilə həmin nömrə ilə danışanda o istifadə etdiyi nömrəni ləğv edəcəyini demişdi. O Gülnarədən səbəbini soruşanda ona həmin nömrəyə çox zəng gəldiyini və çox adam bildiyini demişdi. Axırıncı dəfə xx.xx.2019cu il tarixdə saat 14:59 dəqiqədə Gülnarə ***-***-**-** nar nömrədən ona zəng etmişdi və onlar təxminən 2 dəqidə danışmışlar. Bundan sonra o Gülnarənin həmin işlətdiyi nömrəyə zəng etmiş, lakin zəng çatmamışdı. Bundan sonra o Gülnarənin həmin işlətdiyi nömrəni mobil telefonundan silmişdi. Həmin ***-***-**-** nar nömrədən ona Gülnarə zəng etmiş və o da, Gülnarənin həmin nömrəsinə zəng edib danışmışdır. O, Gülnarə ilə uzun müddət onun istifadə etdiyi ***-***-**-** nar nömrəsi ilə danımışdır. “Götürmə aparılması barədə ” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 İsax qızının təqdim etdiyi bir cüt çəkələyə baxış zamanı çüyyən olundu ki, çəkələklərin rəngi tündf qırmızıdır, içərisində naxışları vardır.Həmçinin içərisinə FASHİON SHOES QUAİTY FİNAL COMFORTABLE sözləri yazılmışdır.Çəkələyin altında yoluçnu naxışları vardır.Ölçüsü 40-dır.İş üzrə əhəmiyyət kəsb etdiyindən bir cüt çəkələk maddi sübut kimi götürülərək saxlanılmışdır. Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ifadələrində olan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə keçirilmiş üzləşdirmədə zamanı İlqar X5rlanmasında ona kömək edəcəyini vəd etdiyini, bu məqsədlə də, öz adına olan ***-***-**-** nömrəni Gülnarəyə verdiyini, sonuncunun 15.09.19-cu ildə saat 18 radələrində oğlu X20 evdən çıxıb dükana getməsi barədə ona məlumat verdiyini Təqsirləndirilən şəxs4 üzünə qarşı demiş, sonuncu isə bunları inkar etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ifadələrində olan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2019-cu ildə saat 18 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməyi ilə evlərinin yanından zorla avtomobilə mindirib qacırdığını, əvvəl bacısı Günel Həsənova gilə, oradan isə İsmixan Həsənovun evinə, xx.xx.2019-cu ildə oradan Samux rayonun Zazalı kəndinə X3 evinə orada o Elvinlə cinsi əlaqədə olmaq istəmədikdə “Elvinlə əlaqədə olmasan səni eşiyə çıxarıb öz yanımda Elvinlə cinsi əlaqə etdirəcəm.” deyib hədə qorxu gəlməsini, bundan qorxaraq Elvin Mehtiyevlə cinsi əlaqədə olmasını, oradan xx.xx.2019-cu ilə kimi Gəncə şəhərində tanımadığı bir ünvanda, xx.xx.2019-cu ildə Gəncə şəhərində Gəncə şəhərində olan ev sahibi Aminə adlı qadının evində iradəsinin ziddinə qaçırıb saxladığını, o, bu müddət ərzində dəfələrlə qayıtmaq istədiyini desədə, buna imkan vermədiyini xx xxxxxxxx 2019cu il tarixdə isə yenə Aminənin vasitəsi ilə Elvinlə cinsi əlaqədə olmasını tələb etdiyini o cinsi əlaqədə olmaq istəməsədə məcbur qalıb Aminənin göstərdiyi yataq otağına keçib Elvin Mehtiyev isə gəlib onunla cinsi əlaqədə olması barədə olanları onun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 isə zorla Zərərçəkmiş şəxs zorla qaçırmasını etiraf etsədə hədə-qorxu gəlib zorla cinsi əlaqədə olmağa vadar etməsini inkar etmisdir. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2019-cu ildə saat 18 radələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 avtomobildən düşərək arxa qapını açmasını, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə edərək Təqsirləndirilən şəxs1 kömək edərək evlərinin yanından zorla avtomobilə mindirib qacırıldığını onların üzünə qarşı demiş, onlarda bu işdə iştirakları barədə ifadələrində olanları təsdiq etmişlər. Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X38 Təqsirləndirilən şəxs4 ilə üzləşdirilərkən ***-***-**-** nar mobil nömrə ilə sonuncu ilə əlaqə saxladığını onun üzünə qarşı deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması keçirilmiş və onun ifadəsində göstərdiyi xüsusatlar təsdiq olunmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, istintaq zamanı Şahid6, xx xxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs4 qonşu kəndçisi olduğunu, onunla bir-birini tanıdıqlarını, ona görə də, onunla üzləşmək istəmədiyini, lakin tanınma istintaq hərəkətində foto şəkillə tanınmada təqdim edilən Təqsirləndirilən şəxs4 ilə mobil telefonla danışdığını göstərmişdir. “Şəxsin fotoşəkillə tanınması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid6 +99***-***-**-** mobil nömrə ilə onunla danışan qadını şəkil üzrə tanıyaraq Təqsirləndirilən şəxs4 olduğunu göstərmişdir. “Şəxsin fotoşəkillə tanınması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X38 oğlu +99***-***-**-** mobil nömrə ilə onunla danışan qadını şəkil üzrə tanıyaraq Təqsirləndirilən şəxs4 olduğunu göstərmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, AzerfonMMC-dən xx xxxxxx 2020-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** mobil nömrəsinə xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müxtəlif nömrələrdən zənglər daxil olmuş, həmçinin həmin nömrədən müxtəlif nömrələrə zənglər getmişdir. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən baxış keçirilən nömrəyə xx.xx.2019-cu il tarixdə, saat 01:56-da zəng gələrək 3763 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 09:29-da 22 saniyə danışıldığı görünür. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi ilə qeyd olunan ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtlarda zənglər olmuşdur, həmçinin Təqsirləndirilən şəxs1 ***- ***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəyə xx xxxxxxxx 2019-cu il tarixdə zənglər daxil olaraq saat 07:35-də 280 saniyə, 09:21-də 455 saniyə, 09:46-da 163 saniyə, 11:05də 130 saniyə, 11:46-da 80 saniyə, 12:32-də 154 saniyə, 13:04-də 293 saniyə, 14:26-da 730 saniyə, 14:41-də 341 saniyə, 15:12-də 47 saniyə, 15:21-də 47 saniyə, 15:49-da 6 saniyə, 15:53-də 133 saniyə, 15:55-də 42 saniyə, 17:16-da 81 saniyə, 17:20-də 310 saniyə, 18:01-də 123 saniyə və 18:05-də 633 saniyə danışıq olduğu, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdə ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**- ** nömrəsinə zənglər daxil olaraq saat 11:09-da 153 saniyə, 17:05-də 10 saniyə və 18:00da 37 saniyə danışıq olmuşdur. Hadisə günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəyə zənglər daxil olaraq saat 08:10-da 514 saniyə, 10:34-də 478 saniyə, 10:44-də 19 saniyə, 10:52-də 139 saniyə, 11:57-də 117 saniyə, 16:35-də 24 saniyə, 16:35-də 436 saniyə, 16:44-də 400 saniyə, 16:56-da 108 saniyə, 17:24-də 81 saniyə, 17:30-da 25 saniyə, 17:38-də 38 saniyə, 17:42-də 88 saniyə, 17:51-də 145 saniyə, 18:00-da 122 saniyə, 18:14-də 24 saniyə, 18:36-da 40 saniyə, 20:19-da 230 saniyəlik danışıq olduğu müəyyən edilir. Bundan başqa ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəsinə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 13:12-də “Y” hərfi yazılan sms daxil olmuşdur. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs1lə şahid Təqsirləndirilən şəxs4 arasında hədisə günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə müxtəlif saatlarda çoxsaylı danışıqlar olmuşdur. Bundan başqa X24 məxsus ***-***-**-** nömrəsi ilə baxış keçirilən nömrə arasında xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14:16-da 18 saniyə və saat 14:20-də 304 saniyəlik danışıq olduğu görünür. İfadəsi alınmış Əziz Abdullayev ***-***-**-** mobil nömrəsinin ona məxsus olduğunu, telefon əlaqəsi saxladığı ***-***-**-** mobil nömrənin isə Goranboy rayonunun Hazırəhmədli kənd sakini Təqsirləndirilən şəxs4 itifadəsində olduğunu bildirərək onunla taksi fəaliyyəti ilə məşğul olarkən tanıdığını və həmin vaxtı nömrəsini aldığını, sadəcə tanış kimi 2 dəfə telefonda danışdığını qeyd etmişdir. Şahid6 məxsus ***-***-**-** nömrəsi ilə baxış keçirilən nömrə arasında xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14:59-da 10 saniyəlik danışıq olduğu görünür. Şahid6 ***-***-**-** mobil nömrəsinin ona məxsus olduğunu, telefon əlaqəsi saxladığı ***-***-**-** mobil nömrənin isə Goranboy rayonunun Hazırəhmədli kənd sakini Təqsirləndirilən şəxs4 itifadəsində olduğunu bildirərək onunla dost kimi danışdığını qeyd etmişdir. Şahid8 məxsus ***-***-**- ** nömrəsi ilə baxış keçirilən nömrə arasında xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14:22-də 55 saniyə və 14:23-də 328 saniyəlik danışıq olduğu görünür. Şahid8 ***-***-**-** mobil nömrəsinin ona məxsus olduğunu, telefon əlaqəsi saxladığı ***-***-**-** mobil nömrənin isə adını bilmədiyi bir qadına məxsus olduğunu, həmin qadının Goranboy rayonunun Dəliməmmədli şəhər ətrafında yaşadığını bildiyini, həmin nömrədən zəng edən qadının onunla tanış olmaq üçün zəng etdiyini bildirmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 553/223 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs səciyyələndirən əsas fərdi psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə (anlaşmaya asan daxil olma, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X36 tərəfindən ona qarşı hüquqazidd hərəkətlər edilərkən qorxmuş və ya həyəcanlı psixi emosianal halda olmuşdur, yaş xüsusiyyətləri intelektual və psixi inkişaf nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini mənasını, mahiyyətini anlaya bilərdi, Zərərçəkmiş şəxs özünün yaş və fərdi psixi xüsusiyyətlərindən intelektual inkişafından və emosianal halından asılı olaraq həmin anda müqavimət göstərmə qabiliyyətinə malik olmuşdur, Zərərçəkmiş şəxs təlqinə qapılmada başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa və yalan danışmağa meyillilik aşkar edilir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 260 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı konversion isteriya XBT 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər(Goranboy RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 339 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı, əsəbiliyə və konfliktə meyilli olması, diqqət mərkəzində olmağa çalışması, davranışında maneralıq, teatrallıq aşkar edilməsi, tez-tez müstəntiqə müraciət edərək törətdiyi cinayətin detallarını müzakirə etməsi, tez qıcıqlanması, əsəbilik zamanı isterik reaksiyalar keçirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs1 konversion isteriya XBT 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hazırki ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 262 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hazırki ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 261 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirtməmişdir. O, hal-hazırdada heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi keçirmir. Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində hal-hazırdada tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hazırki ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertinin xx.xx.2019-cu il tarixli, 2620 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarında və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçillik, aktivlik, adaptivlik, emosianallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs psixi emosianal vəziyyətində hadisə baş verərkən situasiya ilə əlaqəli həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, əqli və psixi inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətərin xarakterini, mənasını, mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özünün yaş və fərdi psixi xüsusiyyətlərindən intelektual inkişafından və emosianal halından asılı olaraq müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs sensor-perseptiv prosesləri, fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmaqla ifadə verərkən o, iş üçün əhəmiyyətli halları qavraya, bu barədə düzgün məlumat verə bilər. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, hadisəni özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Goranboy rayon Hazırəhmədli kənd X50 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Mehtiyev X32 rayon Hazırəhmədli kəndində arvadı X27 qızı, övladları X28, X36 və X39 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X39 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Goranboy Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Goranboy rayon Hazırəhmədli kənd sakini xx.xx.2001-ci il təvəllüdlü X2 Rayon Mərkəzi xəstəxanasının poliklinikasının nevroloji xəstəliklər kabinetində “KUSİ davamlı qalıq əlaməti. Dərin tetraparez.Əqli və nitq inkişafından geri qalma.OU-müştərək daxili çəpgözlük” diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2019-cu il tarixə qədər uşaqlıqdan əlil kimi müavinət almışdır, 18 yaşı tamam olduğu üçün xx.xx.2019-cu il tarixdə müavinəti dayandırılmışdır. Goranboy Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 339 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il tarixdən Goranboy Rayon Mərkəzi xəstəxanası poliklinikasının ruhi-əsəb kabinetində “İsteriya, isterik tutmalarla”diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Narkoloji kabinetdə isə qeydiyyatda dayanmır. Goranboy rayon Düzqışlaq kənd X50 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bayramov X18 rayon Düzqışlaq kəndində arvadı X15, övladları X29 və X40 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X40 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Qastroezofaqal refliks ezofaqit, kardial hissə çatışmazlığı İ dərəcə, xroniki xolisistit, qaraciyərin piy distrofiyası diaqnozu il TSH-nin dispanser qeydiyyatına götürülmüşdür. Goranboy rayon Quşçular kənd X50 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kərimov X34 rayon Quşçular kəndində arvadı X41, övladları X48 və X42 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 049452 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X30 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 877019 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X48 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası X25r. AZ-İV № 115104 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X42 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası X25r. Goranboy rayon Düzqışlaq kənd X50 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X43 ikinci Qarabağ müharibəsində şəhid olmuşdur. Goranboy rayon Hazırəhmədli kənd X50 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Goranboy rayon Hazırəhmədli kəndində əri X44, övladları Şahid5, X26 və X45 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 554729saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə Təqsirləndirilən şəxs4 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. AZ-İİ № 396736 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid5 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası X44, anası Təqsirləndirilən şəxs4dır. AZ-İİ № 768706 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X26 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası X44, anası Təqsirləndirilən şəxs4dır. AZ-İİİ № 289373 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X45 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası X44, anası Təqsirləndirilən şəxs4dır. Gəncə şəhər Oftalmoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs4 hər iki gözdə yüksək dərəcəli miopiya diaqnozu qoyulmuşdur. Goranboy Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 340 və 341 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 və Bayramov X18 Rayon Mərkəzi xəstəxanası poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatında dayanmır. Goranboy Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 514 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Goranboy Rayon Mərkəzi xəstəxanası poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatında dayanmır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət təqibinin başlanmasının rədd edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə Goranboy rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X16 əməlində Azərbaycan Respublikası CM-nin 149-cu maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 ayağında olmuş 1 cüt çəkələk iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Goranboy rayon polis şöbəsinə məsul saxlanca təhvil verilmiş, ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CM-nin 307.-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi icraata ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 ona Zərərçəkmiş şəxs oğlu Elvin Mehtiyevlə evlənməsinə razı olmasını, Zərərçəkmiş şəxs razı olmadığını bildiyi təqdirdə onu qaçırmayacağına, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun Zərərçəkmiş şəxs qaçırmasından qabaqcadan razılaşmaması və məlumatlarının olmamasını bildirməsi, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs avtomobilə mindirərkən qapını açmadığını bildirməsi, Təqsirləndirilən şəxs4 Dilqım qızının Zərərçəkmiş şəxs qaçırılmasında Təqsirləndirilən şəxs1lə qabaqcadan razılaşmaması və bu barədə məlumatının olmaması, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırılmasında köməklik etməməsinə və ona Zərərçəkmiş şəxs dükana getməsini deməməsini bildirsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərşəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası CM-nin 32.5,144.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 32.5,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, özünün ruhiəsəb kabinetində “İsteriya, isterik tutmalarla” diaqnozu ilə dispanser qeydiyyatında dayanmasını, himayəsində bir azyaşlı uşağının olmasını, digər övladının əlil olmaqla əqli və nitq inkişafından geri qalma.OU-müştərək daxili çəpgözlük xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 “Qastroezofaqal refliks ezofaqit, kardial hissə çatışmazlığı İ dərəcə, xroniki xolisistit, qaraciyərin piy distrofiyası diaqnozundan əziyyət çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını, qaynı X17 ikinci Qarabağ müharibəsində şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs4 himayəsində üç azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, hər iki gözdə yüksək dərəcəli miopiya xəstəsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin xarkterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ruhi-əsəb kabinetində “İsteriya, isterik tutmalarla”diaqnozu ilə dispanser qeydiyyatında dayanmasını, himayəsində bir azyaşlı uşağının olmasını, digər övladının əlil olmaqla əqli və nitq inkişafından geri qalma.OUmüştərək daxili çəpgözlük xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs2 “Qastroezofaqal refliks ezofaqit, kardial hissə çatışmazlığı İ dərəcə, xroniki xolisistit, qaraciyərin piy distrofiyası diaqnozundan əziyyət çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzasını təyin eməyi, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını, qaynı X17 ikinci Qarabağ müharibəsində şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Təqsirləndirilən şəxs4 himayəsində üç azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, hər iki gözdə yüksək dərəcəli miopiya xəstəsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onlar barəsində ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə daimi yaşayış yeri olan Goranboy rayonunun Hazırəhmədli kəndində yerləşən ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Goranboy Rayon Polis Şöbəsində saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs1 ayağında olmuş 1 cüt çəkələk hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina edildikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 sentyabr 2019-cu il tarixdən hesablansın.Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2019-cu il tarixdən hesablansın.Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 sentyabr 2019-cu il tarixdən hesablansın.Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşadığı və qeydiyyatda olduğu yer üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yeri olan Goranboy rayonunun Hazırəhmədli kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut hesab edilən və Goranboy Rayon Polis Şöbəsində saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs1 ayağında olmuş 1 cüt çəkələk hökm qanuni qüvvəyə mindikdən sonra sonra yaxın qohumlarına qaytarılsın, qəbul etməkdən imtina edildikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X52 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-27/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-27/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver