Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-27/2023 22.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X15 və onun nümayəndəsi müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X27 və müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X18, X25 və X12 iştirakları ilə 22 noyabr 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Göygöl rayonu Çaylı kəndi ərazisində yerləşən çayxanada olarkən mərhum A.Hüseynlinin atası X6 həmkəndliləri ilə domino oynadığı vaxt ünvansız nalayiq sözlər işlətdiyi üçün M. Hüseynliyə söyüş söyməsinə görə irad tutması səbəbindən aralarında baş vermiş mübahisədən sonra, M.Hüseynlinin çayxanada ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istəməsi üçün sonuncu ilə görüşməyə cəhd etmiş, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində M.Hüseynlinin yaşadığı evin yaxınlığında sonuncu ilə görüşüb xx.xx.2021-ci il tarixdə ona qarşı etdiyi hərəkətlərə görə üzr istəməsini tələb etsə də, M. Hüseynli ondan üzr istəməyəciyini bildirmiş, həmin gün M.Hüseynlinin oğlu mərhum Ayxan Hüseynli valideynlərinin evinə gəlib atası ilə Təqsirləndirilən şəxs mübahisəsindən xəbər tutumuş, saat 18 radələrində Ayxan Hüseynli idarə etdiyi «Mersedes» markalı avtomobili ilə hərəkət edərkən kəndin mərkəzindəki mağazanın yanında Təqsirləndirilən şəxs dayandığını görüb avtomobili saxlamış, həmin vaxt X40 Əsgərovla söhbət etmək istədiyini deyərək avtomobildə olan sərnişin Şahid2 Rəşid oğluna avtomobildən düşməsini bildirdiyinə görə o, avtomobildən yerə düşmüş, sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdirərək avtomobili sürətlə idarə edərək kənddən 700 metr Gəncə şəhəri istiqamətindəki kənd sakinlərinin pay torpaqları olan yerə gedən zaman A.Hüseynli atası ilə bir gün əvvəl olan mübahisələri barədə söhbət edərkən ona atasının düzgün hərəkətlər etməməsini bildirdikdən sonra A.Hüseynli atasının heç bir səhv hərəkət etmədiyini bildirmiş və pay torpaqlarının olduğu yerin yanında A.Hüseynli avtomobili saxladıqdan sonra birlikdə avtomobildən düşüb yenidən göstərilən mövzuda söhbəti davam edərkən aralarında həmin məsləyə görə mübahisə yaranmış və qarşılıqlı olaraq dalaşdıqları zaman Ayxan Hüseynli əli ilə və özündə olan soyuq silah hesab edilən ov bıçağı ilə onu vurub təpə nahiyyəsində fasiləli, alın nahiyyəsində, sağ kürək nahiyyəsində, sol bel nahiyyəsində sıyrıqlar, sağ budun yuxarı budun 1/3-nin arxa bayır, sol baldırın yuxarı 1/3-nin arxa səthlərində qançırları, döş qəfəsinin sağ yarısının ön-bayır, sağ baldırın aşağı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş, sol saidin ön səthində 5 ədəd və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində 1 ədəd səthi kəsilmiş yaraları, sağ baldırın 1/3-nin ön səthlərində olan deşilmiş kəsilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən xəsarət yetirmiş, sonra Təqsirləndirilən şəxs həmin bıcağı onun əlindən alaraq, Ayxanı Hüseynlini çevirib üstünə çıxdıqdan sonra ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya aid natamam amputasiya ilə müşayiət olunan sağ yuxarı ətrafın milbilək oynağının iç səthindən bayır səthinin dəri qatına qədər davam edən kəsilmiş yara, sağlamlığa az ağır zərər vurmaya aid alt dodaqda, sağ bazunun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yaralar və burun sümüklərinin yerini dəyişmiş, qəlpəli, qapalı sınıqları, sağlamlığa yüngül zərər vurmaya aid sağ qaş nahiyəsində, sağ çiyin nahiyəsində, sağ mil bilək oynağının bayır səthində, sağ əl pəncəsinin bayır səthində, sağ saidin orta 1/3-nin bayır səthində kəsilmiş yaraları, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən burunun sol qanadında qançır və sağ almacıq nahiyəsində səthi əzilmiş yara xəsarətlərini yetirdikdən sonra öz niyyətini başa çatdırmaq məqsədi ilə həmin bıçaqla döş qəfəsinin ön səthindən zərbə vurub deşilmiş-kəsilmiş yaranın döş boşluğuna nüfuz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə müşayiət edilən, bilavasitə ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə X9 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Göygöl rayonu Çaylı kəndində yaşamışdır, 2007-ci ildə anası, 2009-cu ildə atası vəfat etmiş, Çaylı kəndində anasının anası-nənəsi Səriyyə qalmışdır. Son illər qeydiyyatda olduğu Gəncə şəhəri İ.Əliyev küçəsi 22 saylı evdə yaşamış, hərdən bir nənəsi Səriyyəyə baş çəkmək üçün Çaylı kəndinə gəlib-getmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinin alman dili fakultəsini bitirmiş, 2008-2009-cu illərdə Rusiya Federasiyasının Sankt- Peterburq və Soçi şəhərlərində yaşamış, orada fərdi işlərlə məşğul olmuş, 2009-cu ildə Azərbaycana qayıdıb alman dilinin tədrisi ilə məşğul olmuş, 2012-ci ildə yenidən Rusiya Federasiyasına qayıtmış və 2014-cü ilədək orada fərdi olaraq tikinti işləri ilə məşğul olmuşdur. 2014-cü ilin əvvəllərində RF-da törətdiyi cinayət əməlinə görə 2 il azadlıqdan məhrum edilmə cəzası təyin edildiyindən cəzaçəkmə müəissəsində olmuş, cəzasını çəkib qurtardıqdan sonra 2-3 ildə RF-da yaşamış, 2017-ci ildə Azərbaycana qayıtmış, müxtəlif təşkilatlarda alman, incilis, rus dillərində təcüməçi işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Çaylı kəndində olduğu vaxt kənddə yerləşən çayxanaya gedib orada masalardan birində kənd sakinləri ilə birlikdə əyləşdiyi vaxt qonşu masada həmkəndliləri ilə domino oynayan Müzakirin nalayiq söyüşlər söydüyünü eşidib Müzakirə söyüş söyməsinə görə irad tutduqda Müzakir onun da ünvanına nalayiq söyüşlər söymüş və cibindən bıçaq çıxarıb «səni deşik-deşik edərəm» deyib ona tərəf gəlib bıçağı fırladaraq onu vurmaq istəmiş, o, masalardan birini götürüb qabağına tutmuş, orada olanlar Müzakiri tutub saxlayaraq onu vurmasına imkan verməmiş, Müzakiri sakitlədirmişlər. Müzakir və cayxanada olanlar da oradan getdikdən sonra o, nənəsi evinə getmiş, 2 gün çayxanaya getməmişdir. xx.xx.2021-ci il tarixdə saat 15-30 radələrində nənəsi evində olan televizorun antennasını təmir etdirmək məqsədi ilə Məhərrəm adlı usta ilə görüşmək üçün Məhərrəmin evinə getdiyüi vaxt İntiqam adlı şəxsin köşkündən kontur alıb telefonuna yüklədikdən sonra Müzakirin evinin yanından keçərkən Müzakiri görüb ona yaxınlaşaraq Müzakirə xx.xx.2021-ci il tarixdə sərxoş olduğu vaxt aralarında baş vermiş mübahisəyə görə ona irad bildirmiş və ondan üzr istəməsini demişdir. Müzakir isə həmin vaxt sərxoş olmadığını və ondan üzr istəmək fikrində olmadığını demişdir. Müzakirlə təxminən 15 dəqiqə söhbət etdiyi vaxt onların söhbətini Müzakirin arvadı və anası da eşitmişdir. Müzakirin ondan üzr istəmədiyini görüb onunla salamı kəsdiyini deyib oradan uzaqlaşmışdır. O, Məhərrəmi görmək üçün Məhərrəmin evinin yanındakı mağazanın qabağına gəlmiş, ancaq Məhərrəmin orada olmadığını görüb nənəsinin evinə gedib nahar etdikdən sonra Məhərrəmin evinə tərəf gedərkən Müzakirin evinin yanından keçəndə Müzakirin oğlu Ayxanın idarə etdiyi «Mersedes» markalı avtomobilin evlərinin yanında dayandığını, Rəşad aldı həmkəndlisinin avtomobilin yanında dayandığını görüb Rəşadla salamlaşmış, Ayxanın avtomobildən düşdüyünü görüb Ayxanla da salamlaşdığı vaxt Ayxan ona dayanmasını, onunla işi olduğunu demişdir. O, isə Ayxana mağazanın yanına getdiyini deyib dayanmadan getmişdir. Mağazanın yanına gəlib orada Məhərrəmin qaz borusunun üstündə oturduğunu görüb Məhərrəmə yaxınlaşıb onunla təxminən 10-15 dəqiqə söhbət etmişdir. Bu zaman Ayxan idarə etdiyi «Mersedes» markalı avtomobili mağazanın qabağında saxlamışdır. Avtomobilin qabaq oturacağında əyləşmiş Rəşad onu çağırıb söhbət etmək üçün çayxanaya getmələrini demiş, o, isə orada söhbət etmələrini istəmişdir. Ayxan isə avtomobildən düşmədən ona söhbət etmək üçün çayxanaya getmələrini təklif etmişdir. O isə çayxanaya getmək istəmədiyini demişdir. Bu zaman Ayxan Rəşada «onda Rəşad sən 5-10 dəqiqə icazə ver elə buradaca söhbət edək» demiş, Rəşad düşdükdən sonra qabaq oturacağa əyləşmişdir. O, avtomobilə əyləşən kimi Ayxan avtomobili idarə etməyə başlamış və ona atasından narazılıq edənin var-yoxuna nalayiq söyüş söymüşdür. O, Ayxanın bu sözündən sonra avtomobili saxlamasını deməsinə baxmayaraq, Ayxan avtomobili idarə edərək kənd sakinlərinin pay torpaqlarının olduğu yerin yanında, qaz borusu keçən yerdə avtomobili saxlayıb avtomobildən düşüb ondan da avtomobildən düşməsini demişdir. O, avtomobildən düşdükdən sonra Ayxan cibindən bıçaq çıxarıb onun qarın nahiyyəsindən vurmaq istədiyi vaxt o, geri çəkilən zaman ayağı büdrəyib yerə yıxılmışdır. Ayxan onu həmin vəziyyətdə vurmaq istədiyi vaxt sağ ayağını qabağa verdikdə Ayxanın əlindəki bıçaq onun sağ ayağına dəyib zədələmiş, sonra bıçaqla onun sinəsindən vurmaq istədikdə o, Ayxanın qolundan tutub bıçağı Ayxanın əlindən almaq istədikdə bıçaq Ayxanın biləyini kəsmiş, sonra isə Ayxanı çevirib üstünə çıxdıqdan sonra bıçağın dəstəyinin onun əlində olduğunu hiss etmiş və həmin vəziyyətdə bıçağı ona tərəf itələdiyi vaxt bıçağın Ayxanın sinəsinə girdiyini hiss etmişdir. Bundan sonra Ayxanın əl-qolunun boşaldığını, qollarının qırıldığını hiss etmiş və Ayxanı sürüyə sürüyə avtomobilə tərəf aparmışdır. Həmin vaxt həmkəndlisi Bəhman avtomaşını ilə ora gəlmiş və qışqıraqışqıra nə səbəbə Ayxanı bu günə saldığını soruşmuş, o, isə Ayxanı xəstəxanaya aparmaq istədiyini demiş, Ayxanı avtomobilin arxa oturacağına uzatmış və Bəhmandan avtomobili idarə etməsini dedikdə Bəhman xarici markalı avtomobilləri idarə edə bilmədiyini dediyi üçün, o, Ayxanın bıçağını götürmüş və avtomobilin sükanı arxasına əyləşmiş və avtomobili saatda 100-120 km sürətlə idarə etməyə başlamışdır. Cevrilib arxaya baxdığı vaxt sükana nəzarəti itirdiyindən avtomobil yolun sol tərəfinə dərəyə düşərək aşmışdır. Bir neçə dəqiqə sonra ora gələnlər onu və Ayxanı avtomobildən çıxarmışlar. O, bıçağın yerə düşdüyünü görüb bıçağı götürmüş və VAZ markalı avtomobili lə xəstəxanaya gəlib çatdıqdan sonra həkim gəlib Ayxana baxdıqda artıq onun öldüyünü demişdir. O, xəstəxanaya gəldiyi avtomobilin sürücüsünə onu polis idarəsinə aparmasını deyib, Gəncə şəhər Baş Polis İdarəsinə gedib polisə təslim olmuşdur.Ayxanı öldürmək fikri olmamış, hadisə zamanı Ayxan onu vurduğu üçün özünü müdafiə etmək üsün müqavimət göstərmiş, bu zaman Ayxanın əlindəki öz bıcağı özünə dəyib xasarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, böyük oğlu Ayxan son bir neçə ayda Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən evdə kirayədə yaşamışdır. Çaylı kəndində yaşadığı evlə qonşuluqnda yaşayan Səriyyəni və onun nəvəsi Təqsirləndirilən şəxs bir qonşu kimi tanımışdır. Hüseynin Gəncə şəhərində yaşamasına baxmayaraq mütəmadi olaraq nənəsi evinə gəlib-getdiyini bilmişdir. Hüseynlə eləcə də, Hüseynin mərhum atası və anası ilə düşmənçiliyi, ədavəti olmamışdır. 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində Çaylı kəndində yerləşən Fariz adlı həmkəndlilərinin işlətdiyi çayxanada həmkəndliləri Əfqan, Sevindik və Elşənlə domino oynadıqları vaxt bir gün əvvəl torpaq sahəsindəki otun biçilməsi üçün razılığa gəldiyi Ağamirə zəng edib danışdıqda Ağamir ona söz verdiyi vaxt, yəni həmin gün ot biçmək üçün gələ bilməyəcəyini demiş, o, telefonu söndürdükdən sonra Ağamirin ünvanıa «Bu alçaq oğlu alçaq, var-yoxuna lənət olmuş məni aldatdı, ot biçməyə gəlmədi». demişdir. Onun bu sözünü eşidən, onların yanında dayanıb domino oynamaqlarına baxan Hüseyn Ağamirin ünvanına dediyim sözlərə görə ona irad tutmuşdur. O, Hüseynə atasının və anasının goruna and verib uzaqlaşıb getməsini xahiş etməsinə baxmayaraq Hüseyn oradan getməyib ona düzgün hərəkət etmədiyini demiş, bir qədər sonra isə domino oynadığı tərəfdaşıma düzgün oynamadığına görə acıqlanıb kobud söz dedikdə Hüseyn yenə də onun düzgün hərəkət etmədiyim deyib bu sözünə görə ona irad tutmuşdur. Buna görə aralarında mübahisə yaranmış Hüseyin əli ilə onun sifətindən tutduqda o, Hüseynə «mən fahişə deyiləm ki, mənim sifətimdən tutursan, fahişə sənin özünsən» demişdir. Onun bu sözümdən sonra Hüseyn oturacaq stullarından birini əlinə götürüb onu vurmaq istədikdə o, cibində olan kiçik cib bıçağını çıxardıqda orada olanlar Hüseyni və onu tutub saxlayaraq onların dalaşmasına imkan verməmişlər. Bir qədər sonra o, çayxanadan çıxıb torpaq sahələrinin olduğu yerə getmiş, təxminən saat 20 radələrində qayıtmış və çayxananın yanına gəldikdə Hüseynin orada olduğunu görüb çayxanaya getməyib avtomobili ilə evinə getmişdir. Həmin gün və ertəsi gün işləri olduğu üçün çayxanaya gəlməmiş və Hüseynlə qarşılaşmamışdır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Ayxan ona zəng edib ona məxsus olan, Ayxanın etibarnamə ilə idarə etdiyi «Mersedes» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin xarab olduğunu, Gəncə şəhərində yerləşən avtoservisdə olduğunu, sabah müəyyən ehtiyyat hissələri almağım üçün servisə gəlməyini, özünün isə həmin gün Gəncə şəhərində qalacağını demişdir. Odur ki, o, xx.xx.2021-ci il tarixdə özümə məxsus olan «Opel» markalı avtomobillə saat 10 radələrində arvadı Lətafətlə birlikdə Gəncə şəhərinə getmiş və Ayxana zəng edib onunla evində görüşüb pul verdikdən sonra Lətafətlə evlərinə qayıtmışlar. O, evinin həyət qapısını açıb avtomobili həyətə saldığı vaxt Hüseyn qapının yanına gəlib onu çağırıb «gəl söhbət edək» demişdir. O, isə Hüseynin yenə də bir gün əvvəl aralarında olan söhbəti davam etdirmək istədiyini başa düşüb ona «get sonra danışarıq, vacib işim var» demişdir. Hüseyn isə ona «gərək sən məndən üzr istəyəsən, işim var Gəncəyə getməliyəm, gəl söhbət edək sonra gedim» demişdir. O, isə Hüseynə ona qarşı hər hansı bir səhv hərəkət etmədiyini və buna görə də ondan üzr istəmək fikri olmadığını deyib evinin həyət qapısını bağlamaq istədiyi vaxt Hüseyn cibindən cib bıçağı çıxarıb ona «deyəsən sən ağıllanası deyilsən, səni o dünyaya göndərməsəm düzəlməyəcəksən» deyib üzərinə gəldiyi vaxt arvadı Lətafət və anası Güldanə həyətdən onu səsləyərək ona tərəf gəldiyini görüb Hüseyn kənara çəkilmişdir. Anası ilə arvadı ona yaxınlaşıb bir qədər yanında durduqdan sonra həyətə daxil olduğu vaxt Hüseyn yenə də onu yanına çağırmasına baxmayaraq o, Hüseynə yaxınlaşmayıb həyətə daxil olub qapını bağlamışdır. Həyətə daxil olduqdan sonra Hüseyn qapını döyməsinə baxmayaraq o, qapını açmamış evə daxil olub yemək yeyib, sonra isə evin həyətində müəyyən işlərlə məşğul olmağa başladıqda arvadı Lətafət ona yaxınlaşıb Hüseynin küçədə olduğunu, onu gözlədiyini demişdir. O, Hüseynlə görüşməmək üçün evdən çıxmamış saat 16 radələrində Lətafət Hüseynin həmkəndliləri Mehdinin avtomobilinə əyləşib getdiyini dedikdən sonra o, Hüseynin artıq Gəncə şəhərinə getdiyini fikirləşib evindən çıxıb çayxanaya getmişdir. O, çayxanada olduğu vaxt kiçik oğlu, yaylaqda mal-qaranın yaınında olan Sərxan ona zəng edib Hüseynin Ayxanı vurduğunu, bu məsələ ilə maraqlanmasını demişdir. O, tez paltarını dəyişmək üçün evinə gedərkən həmkəndlisi, suçu işləyən Bəhman ona zəng edib «Hüseyn Ayxanı vurub, ancaq sən qorxma, Rəşadgil Ayxanı xəstəxanaya apardı» demişdir O, «Opel» markalı avtomobili ilə getdiyi vaxt yolun kənarında, Ayxanın avtomobilinin aşmış vəziyyətdə olduğunu, benzinin yerə töküldüyünü görüb çayxanada onunla domino oynayan Çingizə zəng edib avtomobilin aşdığını, avtomobilin yanmaması üçün akkumlyatordan naqilləri aralamasını xahiş edib Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getdikdə Ayxanın ölü vəziyyətdə xəstəxanaya gətirildiyini bilmişdir. Xəstəxanada Bəhmanla söhbət etdikdə Bəhman ona demişdir ki, torpaq sahəsində suvarma işləri gördüyü vaxt Ayxanın idarə etdiyi avtomobil ilə Hüseynlə birlikdə pay torpağının yanına gəlib işlədiyi yerdən 2 km məsafədə avtomobildən düşüb bir qədər aralandıqdan sonra Hüseynin Ayxanla əlbəyaxa olduqlarını uzaqdan görüb onların yanına gəldikdə Ayxanın orada olmadığını görüb Hüseyndən Ayxanı soruşduqda Hüseyn ona Ayxanın avtomobilin arxa oturacağında oldğunu dedikdə o, avtomobilin arxa oturacağına baxdıqda Ayxanın sifəti və qarın nahiyyəsinin qan olduğunu, qollarının sallanmış vəziyyətdə olduğunu gördüyünü və Hüseyndən Ayxanı xəstəxanaya aparmasını dediyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu və hadisə nəticəsində Hüseyinin onun avtomobilini idarə edərəkən aşırıb ziyan vurmasına görə mülki iddianın təmin olunmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rəşid oğlu ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhərində olduğu vaxt dostuq etdiyi, eləcə də uzaq qohumluq əlaqəsi olan Ayxanla telefonla danışarkən onun da Gəncə şəhərində olduğunu və kəndə gedəcəyini bilib Ayxanın Gülüstan qəsəbəsində kirayəşin yaşadığı evə gəlmiş və ikisi Ayxanın «Mersedes» markalı avtomobili ilə Çaylı kəndinə gəlmişlər. Saat 16 radələrində o, Çaylı kəndindəki Fariz adlı oğlanın işlətdiyi çayxananın yanında düşmüş, Ayxan axşam onunla Gəncə şəhərinə getməsini təklif edib axşam onunla görüşəcəyini deyib getmişdir. O, çayxanada dəhliz tərəfində həmkəndliləri Bəhman, Saməddin və Cəbrayıl ilə, Ayxanın atası Müzakir isə onların əyləşdikləri masadan təxminən 5-6 metr məsafədə olan masada həmkədliləri ilə domino oynamışlar. Domino oynadıqları vaxt Müzakirgilin əyləşdiyi masanın yanında səs-kül olduğunu görüb həmin tərəfə baxdıqda Hüseyn ilə Müzakirin bir-birləri ilə mübahisə etdiklərini, bir-birini vurmaq üçün üstlərinə getdiklərini, Hüseynin əlində stul olduğunu, lakin orada olanların Hüseyni və Müzakiri tutub saxladıqlarını görüb Bəhman və digərləri onları sakitləşdirmişlər. Sonra Müzakir oradan getmiş, Hüseyn isə çayxanada qalmışdır. Müzakir getdikdən sonra o, Bəhmanla birlikdə Hüseynə yaxınlaşıb nə səbəbə Müzakir ilə mübahisə etdiyini soruşduqda Hüseyn Müzakir özü orada olmayan qonşu kənddə yaşayan Ağamirin ünvanına var-yox söyüşü söydüyünü eşitmiş və Müzakirə var-yox söyüşünün ağır söyüş olduğunu deyib irad tutduqda Müzakir ona yaxşı etdiyini dediyinə görə aralarında mübahisə yarandığını demişdir. Həmin gün saat 23 radələrində Ayxan ona zəng edib danışdıqdan sonra avtomobili ilə gəlmiş və onlar birlikdə Gəncə şəhərinə getmiş, həmin gün Ayxanla birlikdə Ayxanın kirayəşin yaşadığı evdə gecələmişlər. Ayxan məlumatlı olacağı halda Hüseynlə dalaşağını fikirləşdiyi üçün Hüseynlə Müzakirin mübahisəsi barədə Ayxana bildirməmişdir. xx.xx.2021-ci ildə saat 12 radələrində Ayxanın avtomobilində nasazlıq olduğu üçün avtoservisə aparıb yoxlatdıqları vaxt avtomobilə bəzi ehtiyyat hissələrinin alınmasını bilib Ayxan atasına zəng edərək avtomobilə bəzi ehtiyyat hissələri lazım olduğunu, lakin almaq üçün pulu olmadığını demişdir. Ayxanın atası Müzakir ertəsi gün Gəncə şəhərinə gəlib onunla görüşəcəyini demiş, həmin gün də o, Ayxanla birlikdə Ayxanın evində qalıb gecələmişdir. 01 sentiyabr 2021-ci il tarixdə saat 10 radələrində Müzakir Ayxanın olduğu evə gəlmiş və onlar Müzakirin «Opel» markalı avtomobili ilə ehtiyyat hissələri alıb avtomobilin olduğu avtoservisə getmiş və avtomobilin təmiri qurtardıqdan sonra Çaylı kəndinə getmişlər. Ayxanın təklifi ilə birlikdə nahar etmək üçün Ayxanın valideynləri evinə getdikləri vaxt Hüseynin qonşuluqda yaşayan İntiqam adlı şəxsin köşkünün yanında oturduğunu görmüşlər. Ayxan atasının evinin yanında avtomobili saxladıqda Hüseyn onlara yaxınlaşıb salamlaşmışdır. Hüseyin Ayxana yaxınlaşıb onunla söhbət etmək istədiyini demiş, Ayxan isə ac olduğunu, nahar etdikdən sonra onunla söhbət edəcəyini deyib onunla birlikdə atası evinə daxil olmuşlar. Nahar etdikləri vaxt Ayxanın anası Lətafət Hüseynin çayxanada Müzakir ilə aralarında mübahisəsi olduğunu, söhbət etmək üçün Müzakiri axtardığını demiş, Ayxan isə Hüseynin ünvanına «qələt edib atamı axtarır, atam ağsaqqal kişidir, onunla nə söhbət edə bilər» deyib acıqlanmışdır.Nahar etdikdən sonra Ayxanla avtomobilə əyləşib təxminən 100 metr məsafədə olan mağazanın yanına gəldikdə Hüseynin mağazanın yanında dayandığını görüb Ayxan avtomobili saxlamış, həmin vaxt Hüseyn də avtomobilə yaxınlaşmış, Ayxan söhbət etmək istədiyini demiş, ona avtomobildən düşməsini bildirdiyinə görə o, avtomobildən düşüb orada dayanmış həmkəndliləri Orxan, Paşa, Şəhriyar, Məhərrəmlə salamlaşıb görüşüb onlarla söhbət etdiyi vaxt Ayxanın avtomobilinin hərəkət edib kənddən Gəncə şəhri istiqamətinə getdiyini görmüşdür. O, artıq Ayxanın Hüseynin onun atası Müzakirlə mübahisəsi olmasından məlumatının olduğunu, eləcə də Hüseynin Müzakiri söhbət etmək üçün axtardığını bilib onların dalaşacağını fikirləşib narahat olduğuna görə onların sakitləşdirməyi bacaran Bəhmana zəng edib Hüseynin Ayxanın avtomobilinə əyləşib getdiklərini onların dalaşmasından ehtiyyat etdiyini demişdir. Bəhman öz torpaq sahəsində suvarma işləri ilə məşğul olduğunu, Ayxanın onun olduğu yerdən xeyli kənarda avtomobilini saxladığını Hüseynlə birlikdə avtomobildən söhbət etdiklərini sonra isə avtomobilə tərəf getdiklərini avtomobilə əyləşmək istədiklərini, sonra isə onların bir-biri ilə əlbəyaxa olduqlarını gördüyünü demişdir. O, Bəhmadan gəlib onu avtomaşını ilə götürüb onların yanına aparmasını xahiş etdikdə Bəhman özü avtomaşını ilə onların yanına getdiyini demişdir. O, həmkəndlisi Bədəlin oğlu Bəhruzun «Niva» markalı avtomobilinin həmin istiqamətə getdiyini görüb saxladıb həmkəndlisi Paşa ilə həmin avtomobilə əyləşib Bəhmanın dediyi yerə getdikdə Bəhman ona Hüseynin Ayxanı bıçaqla vurduğunu, artıq Ayxanın olmadığını, Hüseynin Ayxanın avtomobilini idarə edərək xəstəxanaya getdiyini demişdir. Bu vaxt o, həmin yerə gəlmiş Hüseynin dayısı Tələtin avtomobili ilə gəlib kənarda dayandığını göüb gedib Tələtin avtomobilinə əyləşib X41 bıçaqla vurduğunu, vəziyyətinin yaxşı olmadığını, Hüseynin Ayxanı öz avtomobili ilə apardığını deyib birlikdə Gəncə şəhəri istiqamətinə getdikləri vaxt Ayxanın avtomobilinin yolun kənarında aşmış vəziyyətdə olduğunu, Hüseynin Ayxanı avtomobilin arxa oturacağından çıxarmaq istədiyini görüb dayanmışlar. Hüseynə yaxınlaşıb Ayxanı çəkib çıxardığı vaxt artıq Ayxanın öldüyünü, qollarının kəsilmiş olduğunu, Ayxanın sifətinin, qarın nahiyyəsinin qan olduğunu görmüşdür. Onlar Ayxanın meyitini çıxarıb orada kənarda dayanmış Qulu adlı həmkəndlilərinin VAZ-2107 markalı ağ rəngli avtomobilinin arxa oturacağına qoymuş, Hüseyn özü aparacağını deyib avtomobilin qabaq oturacağına əyləşib getmişdir. Mağazanın yaxınlığında Ayxan Hüsyini görüb avtomobili saxlamış Ayxan söhbət etmək istədiyini deyərək, ona avtomobildən düşməsini bildirdiyinə görə o, avtomobildən düşüb orada dayanmış həmkəndlilərinin yanına getdiyi üçün onların danışıqlarını eşitməmişdir. Hadisədən əvvəl Ayxanın bısağı olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idərə etdiyi VAZ-2107 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Çaylı kəndi istiqamətinə hərəkət edirkən Gəncə-Qazax avtomobil yolundan Çaylı kəndi istiqamətinə getmək üçün dönəcəkdən döndüyü vaxt yolun kənarında bir neçə nəfərin dayandığını görüb onların yanında avtomobili saxlamış, orada olanlar təxminən 2 km məsafədə avtomobilin aşdığını gördüklərini dedikləri üçün həmin adamlarla birlikdə Çaylı kəndi istiqamətinə hərəkət etdikdə nisbətən dərə olan yerdə metallik rəngli «Mersedes» markalı avtomobilin aşdığını, yəni avtomobilin arxası üstə çevrilmiş vəziyyətdə olduğunu görmüşlər. Onun avtomobilində olan adamlar və başqa adamlarla birlikdə aşmış avtomobilə tərəf qaçmağa başlamışlar. Onlar aşmış avtomobilin yanına çatdıqda orta məktəb müəllimi kimi tanıdığı Təqsirləndirilən şəxs bir neçə nəfərlə birlikdə aşmış avtomobilin içərisindən çəkib çıxardıqları, həmkədlisi Ayxan Hüseynlini onun avtomobilimin arxa oturacağına əyləşdirdikdən sonra Hüseyn qabaq oturacaqda əyləşib ondan xəstəxanaya sürməsini tələb etmiş və avtomobildə getdikləri vaxt Ayxanın hərəkətsiz vəziyyətdə, həm qarın həm sifət nahiyyəsinin qan olduğunu görmüş, söhbət zamanı Hüseyn Ayxanla dalaşdıqlarını və Ayxanı bıçaqla vurduğunu demişdir. O, Gəncə şəhərində yerləşən 3 saylı xəstəxananın həyətinə daxil olduqdan sonra həkimlər gəlib Ayxana baxdıqda artıq onun ölmüş olduğunu demişlər. Hüseyn artıq Ayxanın öldüyünü bildiyi üçün polisə könüllü təqdim olunmaq istədiyini deyib onu Gəncə şəhri Baş Polis İdarəsinə aparmasını xahiş etdiyi üçün o, avtomobili ilə Hüseyni Gəncə şəhəri Baş Polis İdarəsinin yanına aparıb avtomobili saxlamışdır. Hüseyn avtomobildən düşərkən avtomobilə əyləşdiyi vaxt əlində olan, tiyəsi qanlı olan bıçağı da özü ilə götürüb avtomobildən düşüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 01 sentiyabr 2021-ci il tarixdə saat 18 radələrində Çaylı kəndində yerləşən evinin qabaq tərəfində dayandığı vaxt öz evləri istiqamətindən gələn Hüseyn ona yaxınlaşıb nənəsinin evinə «Krosnu» qoydurmaq istədiyini demiş, o, da öz növbəmdə ona «krosnu tarelkası alarsan gəlib quraşdıraram» demişdir. Hüseynlə aralarında 1-2 dəqiqə söhbətləri olduqdan sonra Hüseyn bir qədər kənara çəkilib orada tək dayanmışdır. O, isə evinin yanındakı Abuzərin işlətdiyi marketin qabaq tərəfində həmkəndliləri Orxan, Paşa, Şəhriyar ilə dayanıb söhbət etdiyi vaxt Müzakirin böyük oğlu Ayxan idarə etdiyi «Mersedes» markalı avtomobil ilə evləri istiqamətindən gəlib onların yanında dayanmışdır. Sonra Hüseyn avtomobilə yaxınlaşmış, lakin kənarda olduğu üçün nəyə görə Hüseyinin avtomobilə yaxınlaşdığını bilməmişdir. Bu zaman qabaq tərəf sərnişin olan, yəni həmkəndlisi Rəşadın oturduğu tərəfin qapısını açıb avtomobildən düşüb onlara yaxınlaşıb onlarla salamlaşıb onların yanında dayandığı vaxt Hüseyn Ayxanın avtomobilinin qabaq oturacağına əyəlşmiş və dərhal da Ayxan avtomobili nisbətən yüksək sürətlə yerindən idarə edib Gəncə şəhəri istqamətinə hərəkət edib getmişdir. Avtomobil getdikdən sonra istər o, istərsə də orada olanlardan heç biri X26 hara getdiklərini, aralarında nə söhbət olacağını soruşmamışlar. Ayxanla Hüseyn getdikdən 2-3 dəqiqə sonra Rəşad kiməsə zəng edib danışarkən Ayxanın Hüseynlə dalaşmağa getdiklərini demiş və Ayxangilin getdiyi istiqamətə gedən həmkəndliləri Bəhruzun idarə etdiyi «Niva» markalı avtomobili saxladıb həmkəndlisi Paşa ilə həmin avtomaşına əyləşib getmişlər. O, Ayxanın Hüseynlə dalaşmağa getdiklərini bilib Hüseynin dayısı Tələtə zəng edərək Ayxanın Hüseynlə dalaşmaq üçün getdikləri barədə məlumat vermiş və evinə getmişdir. Təxminən 30 dəqiqə sonra evindən çıxıb yenədə marketin qabaq tərəfində dayandığı vaxt ora gələn adamlardan Ayxanla Hüseyn kəndin kənarına getdikdən sonra orada dalaşdıqları, Hüseynin Ayxanı bıçaqla vurduğu və Hüseynin Ayxanın öz avtomobili ilə Ayxanı apardığı vaxt avtomobil aşmışdığı, Ayxan xəstəxanaya çatdırılsa da öldüyüni eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində Çaylı kəndində yerləşən həmkəndlisi Farizin işlətdiyi çayxananın dəhliz tərəfində həmkəndliləri ilə həmkənli kimi tanıdığı Müzakir isə onların masasından 5-6 metr məsafədə başqa həmkəndliləri ilə domino oynadıqları massa tərəfdən dava-dalaş səsi gəldiyini eşidib həmin tərəfə baxdıqda Hüseyin ilə Müzakirin birbirlərinin ünvanına nalayiq sözlər dediklərini və dalaşmaq üçün bir-birlərinin üstünə getmək istədiklərini, Hüseynin əlində stul olduğunu, lakin onların ətrafında oalnların onları tutub saxladıqlarını görüb Hüseynə yaxınlaşıb onun qolundan tutub «ayıb olsun Müzakir sənin atan yaşdadır, bu nə hərəkətdir edirsən» dedikdə Hüseyn ona Müzakirin başqa adamın arxasınca var-yox söyüşü söydüyünü demişdir. O, Hüseynlə Müzakirin danışıqlarından, eləcə də sonra Hüseynlə söhbətindən sonra ona məlum olmuşdur ki, Müzakir, özü orada olmayan Ağamirin arxasınca nalayiq söyüş söydüyünü eşidən Hüseyn bu hərəkətinə görə Müzakirə irad tutduğuna görə aralarında münaqişə baş vermişdir. 01 sentiyabr 2021-ci il tarixdə saat 18 radələrində özünə məxsus olan, Çaylı kəndindən Gəncə şəhəri istiqamətinə gedən yolun sol tərəfində, avtomobil yolundan təxminən 2 km məsafədə olan pay torpaq sahəsində oğlanları Ayxan, Qara və qaynı Sərxan ilə birlikdə suvarma işləri apardığı vaxt «Mersedes» markalı metallik rəngli avtomobilin yolun kənarında, ondan təxminən 2 km məsafədə dayandığını və avtomobilin yanında birinin əynində qırmızı rəngli köynək olan oğlanın başqa bir oğlanla söhbət etdiklərini gördüyü vaxt həmkəndlisi Şahid2 Rəşid oğlu ona zəng edib Müzakirin böyük oğlu X31 avtomobili ilə onun olduğu istiqamətə getdiklərini və onların dalaşmalarından narahat olduğunu deyib onları görüb-görmədiyini soruşduqda o, X42 gördüyünü, ondan 2 km məsafədə avtomobildən aralanıb, təxminən 30-40 metr məsafədə dayanıb söhbət etdiklərini gördüyünü demiş və Rəşadla danışdığı vaxt Ayxanla Hüseynin aralanıb avtomaşına əyləşmək üçün qabaq oturacaqlara yaxınlaşdıqlarını görüb Rəşada onların dalaşmadıqlarını, avtomobilə əyləşib getəmk istədiklərini demişdir. Bu vaxt Ayxanın Hüseynlə avtomobilin yanında bir-birlərinə tərəf gəlib əlbəyaxa olub dalaşdıqlarını görüb Rəşada onların dalaşdıqlarını demişdir. Rəşad avtomaşını ilə gəlib onu götürüb onların yanına getmələrini dedikdə o, kəndə gedib qayıtmağının gec olacağını, özü onların yanına gedəcəyini deyib suvardığı sahədən çıxıb qaynı Sərxanla birlikdə «Qazel» markalı avtomobili ilə Ayxanla Hüseynin əlbəyaxa olduqları yerə getməyə başlamışdır. Təxminən 4-5 dəqiqə sonra onların olduqları yerə çatdıqda Hüseynin bir əlində formasını görə bilmədiyi bıçaq tutub avtomaşının sol tərəfində 2 metr məsafədə dayandığını, sinəsinin qan olduğunu görüb Ayxanın Hüseyni bıçaqla vurduğunu zənn Sərxan avtomaşından düşüb bir neçə metr gəlib dayanmışdır. O, Hüseynə yaxınlaşıb Ayxanın harada olduğunu soruşduqda Hüseyn Ayxanın avtomobildə olduğunu demişdir. O, avtomobilə yaxınlaşıb arxa qapısını açıb baxdıqda Ayxanın başı avtomobilin sol tərəfinə tərəf arxa oturacağa uzadılmış, sifəti, ağız nahiyyəsi qanamış vəziyyətdə sağ əli sinəsinin üstündə sol əli isə yerə sallanmış vəziyyətdə olduğunu görüb onu həyacanla adı ilə səsləməsinə baxmayaraq Ayxanın tərpənmədiyini görmüş və yaxınlaşıb ona baxdıqda artıq onun öldüyünü hiss etmişdir. Hüseyn ona avtomobili idarə edib Ayxanı xəstəxanaya aparmasını demiş, o, isə «Mersedes» markalı avtomobili idarə edə bilmədiyini deyib Hüseynə Ayxanı xəstəxanaya aparmasını demişdir. Hüseyn avtomobilin sükanı arxasına əyləşib idarə edərək Gəncə şəhəri istiqamətinə getmişdir. Hüseyn getdikdən 1-2 dəqiqə sonra Rəşad Bəhruz adlı həmkəndlisinin «Niva» markalı avtomobili ilə gəlib onun yanında dayanıb həmkəndliləri Paşa ilə avtomaşından düşüb ona yaxınlaşaraq Hüseynlə Ayxanı soruşduqda o, Hüseynin Ayxanı daşla və bıçaqla vurduğunu artıq Ayxanın öldüyünü Hüseynin Ayxanın avtomobilini idarə edib getdiyini demişdir. Rəşadla söhbət etdiyi vaxt Hüseynin dayısı Tələt idarə etdiyi «Mersedes» markalı avtomobil ilə onlardan təxminən 30 metr məsafədə dayandığını görüb Rəşada Tələtlə bərabər Hüseynin arxasınca getməsini demiş, Rəşad da qaçaraq Tələtin avtomobilinə əyəlşib həmin istiqamətə getmişlər. O, Sərxanla birlikdə tarlaya qayıdıb Sərxanı orada düşürüb Gəncə şəhərinə xəstəxanaya getməyə başlamışdır. Həmin vaxt Rəşad ona zəng edib Hüseynin avtomobili aşırdığını dedikdə o, Rəşada tələsməmələrini artıq Ayxanın öldüyünü demiş, Rəşad da ona bu barədə Müzakirə deməsini xahiş etmişdir. O, Müzakirə zəng edib Ayxanın ölməsi barədə demək istəmədiyi üçün Hüseynlə Ayxanın dalaşdıqlarını, hər ikisinin xəsarət aldığını və onları xəstəxanaya aparıldıqlarını demişdir. Bir qədər sonra Müzakir ona zəng edib Göygöl MRX-da olduğunu, lakin Ayxanın orada olmadığıı demiş, o, Rəşadla danışdıqdan sonra Müzakirə zəng edib 3 nömrəli xəstəanaya getməsini demişdir. O, özünə məxsus olan avtomaşını ilə həmin xəstəxanaya getdikdə həkimlərin Ayxana baxdıqda artıq onun öldüyünü bilmişdir. O, Hüseynlə Ayxanın əlbəyaxa olduqlarını yerin onun işlədiyi tarladan təxminən 2 km məsafədə olduqları vaxt gördüüyünü, ara məsafələrinin uzaq olduğundan dalaşarkən onların hərəkətlərinin konkret olaraq nədən ibarət olduğunu, hansının əlində hansı premet, əşya olduğunu görə bilmədiyini, sadəcə onların bir-biri ilə əlbəyaxa olduqlarını gördüyünü bildirmişdir. Hadisə yerində olarkən Hüseynin bir əlində formasını görə bilmədiyi bıçaqdan başqa əlavə bısaq olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 01 sentiyabr 2021-ci il tarixdə saat 18 radələrində, atası Abuzərə məxsus olan, onun işlətdiyi Çaylı kəndinin mərkəzində yerləşən mağazanın qabaq tərəfində həmkəndliləri Şəhriyar, Paşa ilə dayandığı vaxt həmkəndli kimi tanıdığı Hüseyn mağazaya daxil olub, mineral su alıb çıxdıqdan sonra mağazadan aralanıb təxminən 15 metr məsafədə televizor və digər texnikaların təmiri ilə məşğul olan Məhərrəm ilə Məhərrəmin evinin yanında dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxt həmkəndlisi Müzakirin oğlu Ayxanın idarə etdiyi «Mersedes» markalı avtomobil mağazanın qabaq tərəfində dayanmış, Rəşad adlı həmkəndlisi avtomobildən düşüb onlara yaxınlaşıb salamlaşıb görüşüb onların yanında dayanmışdır. Həmin vaxt mağazaya müştəri gəldiyindən o, mağazaya daxil olmuş və təxminən 1-2 dəqiqə sonra müştərini yola salıb mağazadan çıxdıqda Hüseynin dayandığı yerdən Ayxanın avtomobilinə yaxınlaşıb əyləşdiyini sonra isə təxminən 1-2 dəqiqə sonra avtomobilin dayandığı yerdən sürətlə hərəkət edərək Gəncə şəhəri istiqamətinə hərəkət etdiyini görmüşdür. Onlar getdikdən təxminən 5-10 dəqiqə sonra Rəşad onların yanında kiməsə zəng edib danışdıqdan sonra həyacanlı vəziyyətdə yanımızdan keçən həmkəndliləri Bəhruzun idarə etdiyi «Niva» markalı avtomobili saxladıb onu və Paşanı kəndin kənarına aparmasını xahiş edib hər ikisi avtomobilə əyləşib kəndin Gəncə şəhəri istiqamətinə getmişlər. Təxminən 20-30 dəqiqə sonra kəndin camaatından eşitmişdir ki, Ayxanla Hüseyn kəndin kənarına gedib orada dalaşdıqları vaxt Hüseyn Ayxanı bıçaqla vurub öldürmüş, sonra isə Ayxanı Ayxanın avtomobili ilə apardığı vaxt avtomobil aşmışdır. Hadisədən sonra mağazaya gələn kənd camaatından eşitmişdir ki, hadisədən 1-2 gün əvvəl kəndin çayxanasında Hüseyn ilə Ayxanın atası Müzakirin arasında mübahisə olmuşdur. Hüseynin Ayxanı öldürməsinin səbəbi ona məlum olmamışdır. Ayxan avtomobilə mağazanın yanına gələn zaman o mağazaya getdiyi üçün onların hansı mövzuda danışdıqlarını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 01 sentiyabr 2021-ci il tarixdə saat 18 radələrində Çaylı kəndi istiqamətdən Gəncə şəhəri istiqamətinə gedən yolun sol tərəfində, avtomobil yolundan təxminən 2 km məsafədə olan pay torpaq sahəsini atası Bəhman, qardaşı Qara və dayısı Sərxanla birlikdə su suladıqları vaxt kəndin mərkəzi istiqamətindən metallik rəngli «Mersedes» markalı avtomobilin yolun kənarında, onların olduqları yerdən təxminən 2 km məsafədə dayandığını və avtomobildən düşən iki nəfərin avtomobildən xeyli aralanıb əvvəlcə söhbət etdiklərini sonra isə avtomobilin yanında əlbəyaxa olub dalaşdıqlarını və az müddət qışqırıq səslərini eşitmişdir. Həmin vaxt kimsə atası Bəhmana zəng edib danışdıqdan sonra atası ayağındakı rezin çəkmələrini çıxarıb ayaqqabılarını geyinib bir qədər kənarda dayanmış «Qazel» markalı avtomobilinə əyləşib dalşanların yanına tərəf getdiyi vaxt dayısı Sərxan da Bəhmanla birlikdə getmişdir. Atası dalaşan oğlanların olduqları yerə çatdıqdan 2-3 dəqiqə sonra «Mersedes» markalı avtomobil Gəncə şəhəri istiqamətinə hərəkət edib getmişdir. Atası ilə dayısı onların yanına qayıtdıqdan sonra atası dalaşanların Ayxanla Hüseynin olduğunu Hüseynin Ayxanı bıçaqladığını, Ayxanın xəstəxanaya aparıldığını desə də konkret olaraq kimin Ayxanı xəstəxanaya apardığını deməmişdir. Sonra atası həmkəndliləri Rəşad və Ayxanın atası Müzakirlə də telefonla danışmış, anacaq konkret olaraq danışıqlarının nədən ibarət olduğu ona məlum olmamışdır. Atası xəstəxanaya getdiyini deyib öz avtomaşınına əyləşib getdikdən sonra onlar işlərini tamamlayıb kəndə qayıtdıqdan sonra kənd camaatından Hüseynin Ayxanla dalaşdığı vaxt onu bıçaqlayıb öldürdüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Firudin oğlu ifadəsində göstərdi ki, 01 sentiyabr 2021-ci il tarixdə saat 18 radələrində özünə məxsus olan «Mersedes» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərindən yaşadığı Çaylı kəndi istiqamətinə gəldiyi vaxt həmkəndlsi, antenna ustası Məhərrəm ona zəng edib bacısı oğlu, son illər münasibəti pozulduğu Hüseynlə Müzakirin oğlunun kəndin Gəncə şəhəri istiqamətinə dalaşmağa getdiklərini demişdir. Odur ki, o, avtomobilimdə olan adamları düşürüb Gəncə şəhəri istiqamətinə qayıtdığı vaxt kəndin kənarında əkin sahələrinin olduğu yerin kənarında həmkəndlisi Bəhmanın «Qazel» markalı avtomobilinin dayandığını görüb Bəhmanın avtomaşınından təxminən 30-40 metr məsafədə avtomobilini saxlamışdır. Həmin vaxt həmkəndlisi Rəşad Bəhmanın yanında bir avtomobil ilə dayanıb Bəhmanla nə barədəsə danışdıqdan sonra qaçaraq onun yanına gəlib avtomobilinə əyləşib Hüseynin bıçaqla Müzakirin oğlu Ayxanı vurduğunu deyib Gəncə istiqamətinə getdiklərini və onların arxasınca getməyini demişdir. Avtomobildə getdikləri vaxt o, X36 dalaşmalarının səbəbini soruşmamışdır. Təxminən 8-10 km getdikdən sonra qabaq yolunun kənarında toz qaldığını görmüş və bir qədər yaxınlaşdıqda yolun kənarında Müzakirin oğlu Ayxanın «Mersedes» markalı avtomobilinin aşdığını görüb Rəşadla düşüb avtomobilə yaxınlaşdıqda Hüseynin arxası üstə çevrilmiş avtomobilin içərisindən Ayxanı çəkib çıxardığını görmüşdür. Rəşad gedib Hüseynə kömək etdiyi vaxt artıq Ayxanın öldüyünü görmüşdür. X43 meyitini götürüb yaxınlıqda olan Qulu adlı həmkəndililərinin ağ rəngli VAZ-2107 markalı avtomobilinə qoyub Hüseyn həmin avtomobilə əyləşərək Gəncə şəhəri istiqamətinə getmişlər. O, Gəncə şəhəri 3 saylı xətəxanaya çatdıqda orada həmkəndliləri Ayxanın öldüyünü demişlər. Müzakirin qohumlarının ona qarşı aqressiv olacaqlarını fikirləşib xəstəxanadan çıxıb evinə gəlmişdir. Şahid12 xx.xx.2021-ci il tarixdə həmkəndlsi, Talıb adlı çobanın ona 1 ədəd «Hisense» markalı smartfon telefon aparatını verib həmin aparatı Hüseynlə Ayxanın dalaşdıqları yerdən tapdığını və aparatın Hüseynə məxsus olduğunu fikirləşib ona verdiyini bildirərək telefon aparatını təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində çayxanada həmkəndliləri ilə domino oynadıqları vaxt Müzakirlə Hüseyn arasında mübahisə baş vermişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində çayxanada Müzakir, Çingiz və Camal ilə domino oynadıqları vaxt Müzakir kiminləsə telefonla danışdıqdan sonra evinə getdiyini, təxminən 40-45 dəqiqə sonra Muzakirin birlikdə domino oynadıqları Çingizə zəng edərək oğlu Ayxanın avtomobilinin kəndin kənarında aşdığını deyib həmin yerə getməsini dediyi üçün o, Camal və Çingizlə birlikdə avtomobilin aşdığı yerə gəldiklərini, avtomobilin akkumlyatorunun naqillərini ayırdıqlarını, həmin gün saat 20-21 radələrində X7 avtomobili ilə kəndin kənarına gedib orada dalaşdıqları vaxt Hüseynin Ayxanı bıçaqla vurub öldürdüyünün ona məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində icarəyə götürərək işlətdiyi, Çaylı kəndindəki çay və pivə satılan kafedə olduğu vaxt Müzakirin həmkəndliləri ilə bir masada əyləşib domino oynadıqlarını, onların masasının yanında isə Hüseynin tək əyləşərək onların oyununa baxdığını, digər masada isə başqa həmkəndlilərinin əyləşib domino oynadıqlarını görmüşdür. Kafenin içərisində domino oynayanların sifariş verdikləri çay və kofe hazırladığı vaxt Müzakirgilin əyləşdikləri masanın yanında dava-dalaş səsi eşidib kafedən çıxdıqda Hüseynlə Müzakirin bir-birlərinə tərəf getdiklərini, onların yanında olanların və yaxınlıqdakı masada əyləşənlərin onları tutub saxladıqlarını, dalaşmalarına imkan vermədiklərini görmüş və onlara yaxınlaşıb nə səbəbə işlətdiyi kafedə dava-dalaş saldıqlarını deyib onlara öz iradımı bildirmişdir. Sonra Müzakir kafeni tərk edərək getmiş, Hüseyn isə orada qalmışdır. Müzakir getdikdən sonra orada olanlardan Müzakirin Hüseynlə mübahisə etdiyi vaxt Müzakirin cibindən bıçaq çıxardığını eşitmişdir. Ertəsi gün, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində kafeyə gəldikdə Hüseynin orada olduğunu görmüş, Hüseyn kafeyə daxil olub ondan Müzakirin kafeyə gəlib-gəlmədiyini soruşmuş, o, isə Müzakirin kafeyə gəlmədiyini demişdir. Hüseyndən nə səbəbə dünən Müzakir ilə mübahisələri olduğunu soruşduqda Hüseyn Müzakirin özü ilə bu barədə söhbət edəcəyini və aralarında olan mübahisəni aydınlaşdıracağını demişdir. Sonra Hüseyn sifariş verdiyi kofeni içə-içə kafeyə gəlib domino oynayanların yanında əyləşib domino oynamaqlarına baxmağa başlamışdır. Həmin gün Müzakir kafeyə gəlməmişdir. 01 sentyabr 2021-ci il tarixdə də saat 10 radələrində kafedə olduğu vaxt Hüseynin kafedə olduğunu, yenə də domino oynayanların yanında əyləşib domino oynamaqlarına baxdığını görmüş, saat 14 radələrində nahar etməyə hazırlaşdığı vaxt Hüseynə onunla nahar etməsini təklif etsədə Hüseyn onunla nahar etməyib saat 4-də 5-də gələcəyini deyib getmişdir. Həmin gün saat 17 radələrində kafedə müştərilərə qulluq etdiyi vaxt Müzakir kafeyə gəlib ona yaxınlaşıb sifariş verdiyi 1 bakal pivəni içdiyi vaxt o, Müzakirdən 30 avqust günü Hüseynlə aralarında baş vermiş mübahisənin səbəbini soruşduqda Müzakir «lənət şeytana» deyib əl hərəkəti ilə həmin məsələni yaddan çıxarmağını işarə etmiş sonra domino oynayanların yanına getmişdir. Təxminən 1 saat sonra saat 18 radələrində Müzakirə kimsə zəng edib danışdıqdan sonra Müzakir həyacanlı vəziyyətdə durub kafenin yanında dayanmış həmkəndlisi Boranın avtomobilinə əyləşib evləri istiqamətinə getmişdir. Müzakir getdikdən təxminən 15 dəqiqə sonra kafedə əyləşənlərin də durub avtomobillərə və ya piyada getdiklərini görmüş, təxminən 15-20 dəqiqə sonra isə kafedən çıxıb yolun kənarına getdiyi vaxt kənd sakinlərinin kəndin mərkəzinə tərəf-Abuzərin mağazası deyilən yerə tərəf getdiklərini görüb o da həmin yerə gəldikdə kənd sakinlərindən eşitmişdir ki, bir qədər əvvəl X3 kənarına gedib orada dalaşmışlar və dalaşdıqları vaxt Hüseyn Ayxanı bıçaqla vurub öldürmüşdür, sonra isə Hüseyn Ayxanın avtomobilində Ayxanı apardığı vaxt avtomobil aşmışdır. Hadisədən 3 gün sonra o, Ayxanın yas mərasimində iştirak etdiyim vaxt Müzakirlə söhbət edərkən o, 30 avqust günü Hüseynlə mübahisəsi olduğu vaxt həqiqətəndə Hüseynə bıçaq çıxardığını deməsinə baxmayaraq nə səbəbə bıçaq çıxarmasını deməmiş bu barədə başqa söhbət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində o, Çaylı kəndindəki Fariz adlı oğlanın işlətdiyi çayxanada həmkəndliləri Bəhman, Saməddin və Rəşad ilə domino oynadıqları vaxt onların əyləşdikləri masadan 5-6 metr məsafədə olan masada Müzakirgilin domino oynadıqları masadan səs-küy olduğunu görüb həmin tərəfə baxdıqda Hüseyin ilə Müzakirin bir-birləri ilə mübahisə etdiklərini, bir-birini vurmaq üçün üstlərinə getdiklərini, Hüseynin əlində stul olduğunu, orada olanların Hüseyni və Müzakiri tutub saxladıqlarını görüb Bəhman və digərləri onları sakitləşdirmişlər. Onlar sakitləşdikdən sonra o, çayxanadan çıxıb yaşadığı evə gəlmiş və axşam saatlarında mal-qarasının olduğu yaylağa getmişdir. xx.xx.2021-ci il tarixdə yaylaqda olduğu vaxt həmkəndliləri ilə telefonla danışdığı vaxt ona məlum olmuşdur ki, həmin gün X1 kənarında dalaşıb onu bıçaqla vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir həmkəndlisi kimi tanımış, heç vaxt düşmənçilikləri, ədavətləri olmamışdır. Ayxan 2021-ci ilin iyun ayından Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən evdə kirayəşin yaşamış, hər 2-3 gündən bir onların evin gəlib, sonra yenə Gəncə şəhərinə qayıtmışdır. Ayxan atası Müzakirin adına olan «Mersedes» markalı avtomobili idarə etmişdir. 30 avqust 2021-ci il tarixdə saat 19 radələrində kəndin çayxanasında əri Müzakirlə həmkəndlisi Hüseynin arasında mübahisələri olduğunu eşitmiş, həmin gün axşam saatlarında Müzakirdə evə gələrkən bunu təsdiq etmişdir. Həmin gün saat 23 radələrində Hüseyn gəlib onların evinin qapısını döyüb Müzakiri səsləməsinə baxmayarq bu barədə Müzakirə bildirməmişdir. Ertəsi gün qonşuluqda yaşayan anası Səfurə ilə söhbət edərkən anası saat 23 radələrində Hüseynin onun evinin qapısını döyüb ona Müzakiri çağırmasını deməsinə baxmayaraq Hüsenyni sakitləşdirib yola salmışdır. xx.xx.2021-ci il tarixdə Hüseynin qonşunun qapısı yanında oturub gözlədiyini görmüş, lakin Hüseynin gecə onların və anasının evinin qapısını döyməsi barədə Müzakirə bildirməmişdir. xx.xx.2021-ci il tarixdə saat 10-30 radələrində Müzakirlə birlikdə Gəncə şəhərinə getmiş, orada Müzakir Ayxanla görüşüb avtomobilinin təmiri üçün pul verdikdən sonra saat 15 radələrində evlərinə qayıtdıqları vaxt Müzakir avtomaşını həyətə saldığı vaxt Hüseyn həyətə daxil olub Müzakirə «gəl gedək başqa yerdə söhbət edək, bu məsələni həll edək» dediyini eşidib Hüseynin Müzakiri dalaşmaq məqsədi ilə harasa aparmaq istədiyini başa düşüb onların yanına gəlib aralarına keçib Hüseynə yalvararaq, «qadan alım ay Hüseyn get sonra danışarsınız» deyərək qaynanası Güldanə ilə Hüseyni həyətdən çıxarıb qapını bağlamışlar. Bir qədər sonra Ayxan Rəşadla birlikdə evlərinə gəlib nahar etdikdən sonra getmişlər. Onlar getdikdən bir qədər sonra isə Müzakir evdən çıxıb getmişdir. Ayxanla Rəşad getdikdən təxminən 1 saat sonra Müzakir həyacanlı vəziyyətdə evə gəlib Hüseynin Ayxanı kəndin kənarına aparıb orada dalaşdığını demiş sonra Hüseynin Ayxanı bıçaqla vurub öldürdüyü onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Şahid14 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Ayxan Hüseynlini qətlə yetirdiyi yer Göygöl rayonu Çaylı kəndi ərazisində, kənd sakinlərinin pay torpaqlarının olduğu yerdə, Çaylı kəndindən Gəncə şəhəri istiqamətinə gedən avtomobil yolunun kənarında, dəmir qaz borusunun keçdiyi yerin yanıdır. Həmin protokolda eləcə də, mərhum Ayxan Məmmədlinin etibarnamə ilə idarə etdiyi «Mersedes» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin aşdığı yerin Çaylı kəndindən Bakı-Qazax avtomagiztalı istiqamətində 8 km məsafədə, magistral yola çatmağa 500 metr qalmış yerdə asfalt yolda hərəkətdə olarkən yolun sol tərəfində olan enişə aşdığı müəyyən edilmişdir. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Ayxan Hüseynlinin meyiti üzərində sağ yuxarı ətrafın mil-bilək oynağının iç səthindən bayır səthinin dəri qatına qədər davam edən kəsilmiş yara, alt dodaqda, sağ çiyin nahiyyəsində, sağ bazunun orta 1/3-nin orta səthində deşilmiş-kəsilmiş yaralar, burunun sol qanadında qançır və sağ almacıq nahiyyəsində yaralar, döş qəfəsinin ön səthində deşilmiş-kəsilmiş yaranın olduğu, eləcə də hadisə zamanı əynində olan şalvarın cibindən 1 ədəd beşbarmaq və 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar olunduğu, sağ bilək nahiyyəsinin kəsilmiş yerinin ağ rəngli parça ilə bağlandığı müəyyən edilmişdir. «Baxış keçirilməsi və götürülməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, hadisə zamanı əynində olmuş bir ədəd qırmızı rəngli qısaqol köynəyin üzərində hər hansı bir zədə müəyyən edilməmiş, bir ədəd boz rəngli dama-dama şalvarın sağ ayağının ön aşağı hissəsində 1,5 sm ölçüdə zədə aşkar edilmişdir. Başqa hər hansı dartınma, cırılma və kəsilmə izləri müşahidə edilməmişdir. «Baxış keçirilməsi və götürülməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,X33 hadisə zamanı əynində olmuş qısaqol köynəyin ön hissəsində aşağı kənarından 25 sm, sağ yan tikişindən 17 sm məsafədə 3,2X0,2 sm ölçüdə, sağ qolun çiyin tikişindən 6 sm aşağıda 0,5x0,1 sm ölçüdə kəsici alətlə yetirilməyə xarakterik zədə yeri, ön hissəsinin qanabənzər ləkəli olduğu, qara rəngli maykanın ön hissəsində aşağı kənarından 40 sm yuxarı, sağ yan kənarından 18,5 sm öndə 3,5x0,5 sm ölçüdə kəsici alətlə yetirilməyə xarakterik zədə yeri, ön hissəsinin qanabənzər ləkəli olduğu, eləcə də şalvarın və tumanın (tursikin) üzərində qanabənzər ləkələr olduğu müəyyən edilmişdir. «Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid12 Firudin oğlunun təqdim etdiyi, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd «Hisense» markalı smartfon telefon aparatı götürülmüşdür. xx.xx.2021-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X15 1 ədəd bıçaq təqdim edərək xx.xx.2021-ci il tarixdə kəndin çayxanasında Təqsirləndirilən şəxsla mübahisə etdiyi vaxt həmin bıçağı cibindən çıxardığını bildirmişdir. «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X16 tanınma üçün ona təqdim edilmiş digər oxşar bıçaqlar arasından xx.xx.2021-ci il tarixdə yaşadığı evin yanında Təqsirləndirilən şəxs gördüyü bıçağı tanıyaraq göstərmişdir. «Üzləşdirmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X15 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən dindirilərkən verdiyi ifadəsini təsdiq etmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, mərhum Ayxan Hüseynliyə məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus olmuş ***-***-**-** mobil nömrəsi arasında hər hansı telefon danışığı və ya digər əlaqə olmamışdır.X33 ölmünündən əvvəl xx.xx.2021-ci il- xx.xx.2021-ci tarixlərdə telefon əlaqəsi olduğu şəxslərin dairəsi müəyyən edilərək iş üzrə əhəmiyyət kəsb edən hər hansı şəxslə əlaqəsinin olması müəyyən edilməmişdir.X24 həmin gün Göygöl rayonu Çaylı kəndinə gəlmədədn əvvəl ailə üzvlərindən hər hansı biri ilə telefon əlaqəsi saxlaması halı da müəyyən edilməmişdir. Göygöl rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərhum Ayxan Hüsynli ilə əlbəyaxa olan zaman sonuncunu vurub öldürdüyü bıçağın kimə məxsus olmasının müəyyən edilməsi ilə əlaqədar keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində həmin bıçağın Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs həmin bıçağı nə vaxt, haradan və kimdən əldə etməsinin müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 02.09. 2021-ci il tarixli, 303 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı təpə nahiyyəsində fasiləli, alın nahiyyəsində, sağ kürək nahiyyəsində, sol bel nahiyyəsində sıyrıqlar, sağ budun yuxarı budun 1/3-nin arxa bayır, sol baldırın yuxarı 1/3-nin arxa səthlərində qançırlar, döş qəfəsinin sağ yarısının ön-bayır, sağ baldırın aşağı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş, sol saidin ön səthində 5 ədəd və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində 1 ədəd səthi kəsilmiş yaralar vardır. Qeyd olunan deşilmiş-kəsilmiş, səthi kəsilmiş yaralar iti uclu və iti kənarlı alətin (alətlərin), sıyrıq və qançırlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxta və şəraitlərdə əmələ gəlmələri mümkündür, sağ baldırın 1/3-nin ön səthlərində olan deşilmiş kəsilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, etil və amil spirtləri, harbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenoltiyazin, pirazolon, 1,4 benzodiazepam törəmələri və salisilaklar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 16 saylı rəyindən görünür ki,X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər – döş boşluğuna nüfüz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthində, alt dodaqda, sağ bazununorta 1/3-nin arxasəthində deşilmiş-kəsilmiş, sağ yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən natamam amputasiyası ilə müşayət olunan oynağın iç səthindən bayır səthinin dəri qatına qədər davam edən, sağ qaş nahiyəsində, sağ çiyin nahiyəsində, sağ mil-bilək oynağının bayır səthində, sağ əl pəncəsinin bayır səthində, sağ saidin orta 1/3nin bayır səthində kəsilmiş yaralar, burun sümüklərinin yerini dəyişən, qəlpəli, qapalı sınıqları, burunun sol qanadında qançır, sağ almacıq nahiyəsində səthi əzilmiş yaralar vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə törənməyə uyğundurlar, xəsarətlər eyni vaxtda yetirildiyindən yetirilmə ardıcıllığı barədə konkret fikir söyləmək mümkün deyildir, lakin mərhumun dərhal ölümünə səbəb olduğundan döş qəfəsinin ön səthində olan deşilmiş-kəsilmiş yara yetirilmiş zərbələrin sonuncusu olmuşdur. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı bədənində ölümündən sonar törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar olunmadı ki, bu da qərarın təsviri hissəsində göstərilən avtoqəza nəticəsində hər hansı xəsarətin yaranmamasma dəlalət edir.- Döş boşluğuna nüfüz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthində, alt dodaqda, sağ bazunun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş, sağ mil-bilək oynağının iç səthindən bayır səthinin dəri qatına qədər davam edən, sağ qaş nahiyəsində, sağ çiyin nahiyəsində, sağ mil-bilək oynağının bayır səthində, sağ əl pəncəsinin bayır səthində, sağ saidin orta 1/3nin bayır səthində kəsilmiş yaralar iti kənarlı və iti uclu alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş və ya oxşar bıçağın (bıçaqların) təsirindən törənmişlər, döş boşluğuna nüfüz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthində olan yara yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən, sağ yuxarı ətrafın mil-bilək oynağı səviyyəsindən natamam amputasiyası ilə müşayət olunan oynağın iç səthindən bayır səthinin dəri qatına qədər davam edən kəsilmiş yarası canlı şəxslərdə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (65%) dayanıqlı itirilməsinə görə ağır, alt dodaqda, sağ bazunun orta 1/3-nin arxa səthindəki deşilmiş-kəsilmiş yaralar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, digər kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər.-Burun sümüklərinin yerini dəyişən, qəlpəli, qapalı sınıqları, burunun sol qanadında qançır və sağ almacıq nahiyəsində səthi əzilmiş yaralar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif küt əşyalarla o, cümlədən əllə, ayaqla və s. yetirilmiş zərbələr nəticəsində əmələ gəlmələri mümkündür, burun sümüklərinin yerini dəyişən, qəlpəli, qapalı sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir.X2 ölümünə bilavasitə səbəb döş qəfəsinin ön səthində olan deşilmi-kəsilmiş yaranın döş boşluğuna nüfüz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri olmuşdur və mərhumun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticsində metil, etil, propil, ğutil yə amil spirtləri, arbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qurupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepam törəmələri və salisilatlar aşkar edilməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli pambıq lifləri rənginə və təbiətinə görə X17 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X17 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qırmızı rəngli matiraolunmuş kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə yol–nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/3090 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində eYol hərəkəti haqqındaş Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qərarda və iş materiallarında hadisə baş verdiyi yerin yaşayış məntəqəsi daxilində və ya yaşayış məntəqəsindən kənarda baş verməsi göstərilməmişdir. Hadisənin yaşayış məntəqəsi daxilində baş verməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 kmisaatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin yaşayış məntəqəsindən kənarda baş verməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən maksimum 90 km/saatdan artıq, yəni 120 kmisaat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun, 39-cu bəndinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə balistik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 3/1593, 3/1594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsullu beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiqata təqdim edilmiş Ayxan Hüseynliyə məxsus köynəyin, maykanın və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Lakin, zədə kənarında xüsusi əlamətlər olmadığından həmin zədənin konkret olaraq təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilməsini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş Ayxan Hüseynliyə məxsus şalvarın, alt tumanın və Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 729/238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölcüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O hal-hazırda da öz hərəkətlərini ölcüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Müayinə zamanı (Spilberger, Xanin, Hans və SibellaAyzenq, USK, LD, Lüşertestlərinə əsasən) Təqsirləndirilən şəxs neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 70 VQ; Qeyri-verbal qiymət - 74 RQ, Ümumi qiymət - 90 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən X19 aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərp arası konflik tproblemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdaı nəticəyə gəlirəm. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq cinayət törədilən vaxt güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi X23 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bılçaqla Ayxan Hüseynlini vurub öldürmüş, hadisədən sonra Gəncə şəhər Baş Polis İdarəsində gələrək könüllü təslim olmuş və bundan sonra Göygöl RPŞ-nə göndərimişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Çaylı kəndi ərazisində yerləşən çayxanada Müzakir Hüseynli ilə mübahisə etdikləri yeri, Ayxan Hüseynlinin idarə etdiyi avtomobilə əyləşdiyi yeri, Ayxan Hüseynli ilə əlbəyaxa olduğu vaxt onu bıçaqla vurduğu yeri, hadisədən sonra Ayxan Hüseynlini apardığı «Mersedes» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin aşdığı yeri göstərmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 sentyabr 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserində qeydiyyatda dayanmır. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananda müayinə və müalicədə olmamışdır. Gəncə şəhər 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Rusiya Federasiyasının, Krasnoyarsk diyarının Soçi şəhəri Sentralni rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə RF-nın CM-nin 162-ci maddəsinin 2-ci hissəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq) ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasna məhkum olunmuş, X11 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə cəzası 2 ilə endirilmişdir. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür, X6 barəsində Azərbaycan publikası CM-in 221.1-ci maddəsi ilə cinayət təqbinin başlanması Arərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməklə əməlləri Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində (xırda xuliqanlıq) nəzərdə tutulan inzibati xətanı törətməsi kimi qiymətləndirilməklə barəsində inzibatı qaydada tədbir görülməsi məsələsinin həll edilməsi ilə əlaqədar, eləcə də istintaq zamanı Təqsirləndirilən şəxs Mersedes markalı avtomobili aşırdığı yerin yaşayış məntəqəsindən kənar olduğu, yəni avtomobiliyaşayış məntəqəsindən kənarda icazə verilən maksimum 90 kmisaatdan artıq, 120 km/saat sürətlə idarə etməklə eYol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla - yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsinin tələblərini pozması ilə əlaqədar barəsində inzibati tədbir görülməsi üçün, həmçinin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində özgənin əmlakına ziyan vurduğuna görə barəsində Azərbaycan Respublikası İXM-in müvafiq maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti aidiyyatı üzrə Göygöl Rayon Polis Şöbəsinə göndərilmişdir.Ayxan Hüseynlinin meyitinin xx.xx.2021-ci il tarixdə keçirilmiş xarici müayinəsi zamanı onun əynində olan şalvarın cibindən aşkar edilmiş beşbarmaq tipində hazırlanmış vurucuəzici xassəyə malik soyuq silahın kimə məxsus olması, nə vaxt, kim tərəfindən əldə edilməsi və digər hallarla bağlı cinayət təqibinin həyata keçirilməsi üçün cinayət işindən material ayrılaraq həmin xüsusat üzrə cinayət təqibinin həyata keçirilməsi üçün Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. X33 Təqsirləndirilən şəxs bıçaq zərbələri vurması, qəsdən bədən xəsarəti yetirmək və ya qəsdən sonuncunu öldürməyə cəhd etməsi istintaq sənədləri ilə öz təsdiqini tapmadığı üçün Ayxan Hüseynli barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Ayxan Hüseynlini öldürdüyü bıçaq, hadisə zamanı geyinmiş olduğu geyim paltarları-1 ədəd şalvar, 1 ədəd köynək, eləcə də X33 geyim paltarları-1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd mayka, X33 geyim paltarlarına baxış keçirilərkən şalvarının cibindən aşkar olunmuş 1 ədəd beşbarmaq, sağ biləyinə sarılmış parça kəsiyi,istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınınmış X5 götürülmüş 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq rayon prokurorluğunda məsul saxlanca verilmiş, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkiliş aparılmış 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd yararsız vəziyyətə düşmüş Hisense markalı və 1 ədəd Nokia markalı mobil telefonlarda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hal aşkar edilmədiyi üçün həmin mobil telefonlar sahibinə qaytarılmışdır. Gəncə Avtomotservis və Ticarət Müəssisəsi 9 saylı TXE-dən verilmiş xx.xx.2022-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair qüsur aktından görünür ki, Mercedes-Benz 190 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7000 (yeddi min) manat ziyan dəymişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, A.Hüseynlinin aqressiv danışdığı və ünvansız nalayiq sözlər dediyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, özünü ətrafdakı insanların fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üstündə gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 96 mm olan, ümumi təyinatlı ov bıçağı olmaqla soyuq silah hesab edilən bıçaqla Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya, az ağır zərər vurmaya, sağlamlığa yüngül zərər vurmaya və sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra öz niyyətini başa çatdırmaq məqsədi ilə həmin bıçaqla A.Hüseynlinin döş qəfəsinin ön səthindən zərbə vurub deşilmiş-kəsilmiş yaranın döş boşluğuna nüfuz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə müşayiət edilən, bilavasitə ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə A.Hüseynlini xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-nin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidai istintaq, həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, espertiza rəylərinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 120.2.2 və 228.4-cü maddələrinin tərkib əlamətləri yoxdur. Onun əməli xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə yönəlməmişdir. Belə ki, həm ibtidai istintaq, həm də, məhkəmə istintaqı zamanı tam sübut olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Göygöl rayonu Çaylı kəndi ərazisində yerləşən çayxanada olarkən Ayxan Hüseynlinin atası X6 həmkəndliləri ilə domino oynadığı vaxt ünvansız nalayiq sözlər işlətdiyi üçün M. Hüseynliyə söyüş söyməsinə görə irad tutması səbəbindən aralarında mübahisə baş vermiş həmin vaxt M.Hüseynli özündə olan bıçağı çıxararaq onu vurmaq istəmiş o da stul götürərək M.Hüseyinlini vurmaq istəmiş, lakin orada olan şəxslər onları sakitləşdirmişlər. Həmin faktla bağlı istintaq orqanı X6 əməlini Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində (xırda xuliqanlıq) nəzərdə tutulan inzibati xətanı törətməsi kimi qiymətləndirilməklə barəsində inzibatı qaydada tədbir görülməsindən ötrü qərarın surətini aidiyyatı üzrə Göygöl rayon polis şöbəsinə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çayxanada ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istəməsi üçün sonuncu ilə görüşməyə cəhd etmiş, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində M.Hüseynlinin yaşadığı evin yaxınlığında sonuncu ilə görüşüb xx.xx.2021-ci il tarixdə ona qarşı etdiyi hərəkətlərə görə üzr istəməsini tələb etsə də, M. Hüseynli ondan üzr istəməyəciyini bildirmişdir. Həmin gün M.Hüseynlinin oğlu Ayxan Hüseynli valideynlərinin evinə gəlib atası ilə Təqsirləndirilən şəxs mübahisəsindən xəbər tutumuş, saat 18 radələrində Ayxan Hüseynli idarə etdiyi «Mersedes» markalı avtomobili ilə hərəkət edərkən kəndin mərkəzindəki mağazanın yanında Təqsirləndirilən şəxs dayandığını görüb avtomobili saxlamış, həmin vaxt X40 Əsgərovla söhbət etmək istədiyini deyərək avtomobildə olan sərnişin Şahid2 Rəşid oğluna avtomobildən düşməsini bildirdiyinə görə o, avtomobildən yerə düşmüş, sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdirərək avtomobili sürətlə idarə edib kənddən 700 metr Gəncə şəhəri istiqamətindəki kənd sakinlərinin pay torpaqları olan yerə gedən zaman A.Hüseynli atası ilə xx.xx.2021-ci il tarixdə olan mübahisələri barədə söhbət edərkən Təqsirləndirilən şəxs ona atasının düzgün hərəkətlər etməməsini bildirmiş, Ayxan Hüseynli isə atasının heç bir səhv hərəkət etmədiyini demiş və pay torpaqlarının olduğu yerin yanında A.Hüseynli avtomobili saxlamışdır. Bundan sonra birlikdə avtomobildən düşüb yenidən göstərilən mövzuda söhbəti davam edərkən aralarında həmin məsələyə görə mübahisə yaranmış və qarşılıqlı olaraq dalaşdıqları zaman Ayxan Hüseynli əli ilə və özündə olan soyuq silah hesab edilən ov bıçağı ilə onu vurub təpə nahiyyəsində fasiləli, alın nahiyyəsində, sağ kürək nahiyyəsində, sol bel nahiyyəsində sıyrıqlar, sağ budun yuxarı budun 1/3-nin arxa bayır, sol baldırın yuxarı 1/3-nin arxa səthlərində qançırları, döş qəfəsinin sağ yarısının ön-bayır, sağ baldırın aşağı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş, sol saidin ön səthində 5 ədəd və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində 1 ədəd səthi kəsilmiş yaraları, sağ baldırın 1/3-nin ön səthlərində olan deşilmiş kəsilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən xəsarət yetirmiş, sonra Təqsirləndirilən şəxs həmin bıcağı onun əlindən almış, ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya aid natamam amputasiya ilə müşayiət olunan sağ yuxarı ətrafın milbilək oynağının iç səthindən bayır səthinin dəri qatına qədər davam edən kəsilmiş yara, sağlamlığa az ağır zərər vurmaya aid alt dodaqda, sağ bazunun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yaralar və burun sümüklərinin yerini dəyişmiş, qəlpəli, qapalı sınıqları, sağlamlığa yüngül zərər vurmaya aid sağ qaş nahiyəsində, sağ çiyin nahiyəsində, sağ mil bilək oynağının bayır səthində, sağ əl pəncəsinin bayır səthində, sağ saidin orta 1/3-nin bayır səthində kəsilmiş yaraları, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən burunun sol qanadında qançır və sağ almacıq nahiyəsində səthi əzilmiş yara xəsarətlərini yetirdikdən sonra öz niyyətini başa çatdırmaq məqsədi ilə həmin bıçaqla A. Hüseynlinin döş qəfəsinin ön səthindən zərbə vurub deşilmiş-kəsilmiş yaranın döş boşluğuna nüfuz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə müşayiət edilən, bilavasitə ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə A. Hüseynlini qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə dair heç bir sübut toplamamış, əksinə toplanmış sübutlar onun hadisəni şəxsi münasibətlər və qisas məqsədi ilə törətməsini təsdiq etdiyi halda, eyni zamanda göstərilən mövzuda söhbəti davam edərkən aralarında həmin məsələyə görə mübahisə yarandığı və qarşılıqlı olaraq dalaşdıqları zaman Ayxan Hüseynli əli ilə və özündə olan soyuq silah hesab edilən ov bıçağı ilə Təqsirləndirilən şəxs vurub sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya və sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən xəsarət yetirdiyinə görə Təqsirləndirilən şəxs həmin bıcağı onun əlindən aldından sonra ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya aid ölümünə səbəb olan xəsarət yetirməsini nəzərə almayaraq, istintaqın yekununda Təqsirləndirilən şəxs əməlini əsassız və yalnış olaraq həmin Məcəllənin 120.2.2-cü maddəsinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsini əsaslandırılmamış, yuxarıda, qeyd olunan cinayət işinin materialları ilə həm istintaq, həm də məhkəmə istintaqı zamanı tam təsdiq edilən açıq-aşkar şəxsi xarakterili konkret səbəb olmasına baxmayaraq, qeyd edilən səbəblərə «A.Hüseynlinin aqressiv danışdığı və ünvansız nalayiq sözlər dediyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, özünü ətrafdakı insanların fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə» cinayəti törətmə kimi qiymətləndirməklə tamamilə yalnış nəticəyə gəlmişdir. Bundan başqa istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-nin 228.4-cü maddəsi ilə tövsir edərkən həmin bıçağın ona məxsus olmasına dair də heç bir mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi verilən ittihamda göstərmişdir ki, o istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üstündə gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 96 mm olan, ümumi təyinatlı ov bıçağı olmaqla soyuq silah hesab edilən bıçaqla Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla cinayəti törətmişdir. Həmin nətcəyə gələrkən zərərçəkmiş şəxs Ayxan Hüseyinlinin atası Müzakir Hüseyinlinin «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərlə X16 tanınma üçün ona təqdim edilmiş digər oxşar bıçaqlar arasından xx.xx.2021-ci il tarixdə yaşadığı evin yanında Təqsirləndirilən şəxs gördüyü bıçağı tanıyaraq göstərməsinə və Göygöl rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilən «Təqsirləndirilən şəxs mərhum Ayxan Hüsynli ilə əlbəyaxa olan zaman sonuncunu vurub öldürdüyü bıçağın kimə məxsus olmasının müəyyən edilməsi ilə əlaqədar keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində həmin bıçağın Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs həmin bıçağı nə vaxt, haradan və kimdən əldə etməsinin müəyyən etmək mümkün olmamışdır.» məzmunlu məktuba əsaslanmışdır. İstintaqın əsas gətirdiyi zərərçəkmiş şəxs Ayxan Hüseyinlinin atası Müzakir Hüseyinlinin göstərdiyi həmin bıçağın Təqsirləndirilən şəxs məxsus olması və həmin bıçağı xx.xx.2021-ci il tarixdə yaşadığı evin yanında Təqsirləndirilən şəxs görməsini ondan başqa heç kim təsdiq etməmişdir. İstintaq orqanı X21 Əsgərovala münasibətlərini nəzərə almayaraq onun həmin ifadəsinə əsaslanmışdır. Bundan başqa cinayət işinin materallarından olan, bıçağın Hüseyn Əgsərova məxsus olması göstərilən Göygöl rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubun forması da cinayət işində olan Göygöl RPŞ-nə məxsus digər məktubların formasından fərqləndiyi üçün həqiqiliyi barədə şübhə yaratmışdır. Belə ki, cinayət işinin materallarından olan, Göygöl RPŞ-nə məxsus xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubun formasında yazı şriftlərində fərqlər mövcuddur. Bundan başqa cinayət işinin materallarından məlum olur ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra polis orqanına gələrək hadisə barədə məlumat vermiş və şübhəli şəxs qismində ifadə verərək göstərmişdir ki, hadisə zamanı X20 cibindən bıçaq çıxarıb onun qarın nahiyyəsindən vurmaq istədiyi vaxt o, geri çəkilən zaman ayağı büdrəyib yerə yıxılmışdır. Ayxan onu həmin vəziyyətdə vurmaq istədiyi vaxt sağ ayağını qabağa verdikdə Ayxanın əlindəki bıçaq onun sağ ayağına dəyib zədələmiş, sonra bıçaqla onun sinəsindən vurmaq istədikdə o, Ayxanın qolundan tutub bıçağı Ayxanın əlindən almaq istədikdə bıçaq Ayxanın biləyini kəsmiş, sonra isə Ayxanı çevirib üstünə çıxdıqdan sonra bıçağın dəstəyinin onun əlində olduğunu hiss etmiş və həmin vəziyyətdə həyacanlandığı üçün Ayxanın bədənindən bir neçə dəfə zərbə vurmuş, sonra isə bıçağı ona tərəf itələdiyi vaxt bıçağın Ayxanın sinəsinə girdiyini hiss etmişdir. X38 məxsus həmin bıcağın könüllü olaraq istintaqa təqdim etmişdir. Bundan başqa ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin heç biri hadisə yerində ikinci bıçağın olmasın görmədiklərini bildirmişlər. Məhkəmə-tibbi ekspertizasının 02.09. 2021-ci il tarixli, 303 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı təpə nahiyyəsində fasiləli, alın nahiyyəsində, sağ kürək nahiyyəsində, sol bel nahiyyəsində sıyrıqlar, sağ budun yuxarı budun 1/3-nin arxa bayır, sol baldırın yuxarı 1/3-nin arxa səthlərində qançırlar, döş qəfəsinin sağ yarısının ön-bayır, sağ baldırın aşağı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş, sol saidin ön səthində 5 ədəd və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində 1 ədəd səthi kəsilmiş yaralar vardır. Qeyd olunan deşilmiş-kəsilmiş, səthi kəsilmiş yaralar iti uclu və iti kənarlı alətin (alətlərin), sıyrıq və qançırlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, müayinə olunanın dediyi vaxta və şəraitlərdə əmələ gəlmələri mümkündür, sağ baldırın 1/3-nin ön səthlərində olan deşilmiş kəsilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Məhkəmə balistik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 3/1593, 3/1594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsullu beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiqata təqdim edilmiş Ayxan Hüseynliyə məxsus köynəyin, maykanın və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Lakin, zədə kənarında xüsusi əlamətlər olmadığından həmin zədənin konkret olaraq təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilməsini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş Ayxan Hüseynliyə məxsus şalvarın, alt tumanın və Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs bədəni üzərində olan qeyd olunan xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsini tam, hərtərəfli və obyektiv araşdırmamış, «Sübutların qiymətləndirməsi haqqında» qərarında hec bir dəlilə əsaslanmayan işin faktiki halları ilə əhəmiyyətli ziddiyət təşkil edən bir cümlə ilə göstərmişdir ki, «X34 Əsgərova bıçaq zərbələri vurması, qəsdən bədən xəsarəti yetirmək və ya qəsdən sonuncunu öldürməyə cəhd etməsi istintaq sənədləri ilə öz təsdiqini tapmadığı üçün Ayxan Hüseynli barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin» Halbu ki, həm ibtidai istintaq zamanı toplamış sübutlarla, o cümlədən məhkəmə balistik ekspertizasının rəyində göstərilən hallarla, məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilən X13 və Təqsirləndirilən şəxs bədənləri üzərində olan qeyd olunan xəsarətlərin sayı lokalizasiyası, törənmə xarakterini ilə, həm də məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, hadisə şəxsi münasibətlər zəmnində baş vermiş, X47 Əsgərovla atasının arasında bir əvvəl olmuş mübahisəyə görə kəndin mərkəzindəki mağazanın yanında Təqsirləndirilən şəxs dayandığını görüb avtomobili saxlamış, onu avtomobilə əyləşdirərək hadisə yerinə aparmış, orada göstərilən mövzuda söhbəti davam edərkən aralarında həmin məsələyə görə mübahisə yarandığı və qarşılıqlı olaraq dalaşdıqları zaman Ayxan Hüseynli əli ilə və özündə olan soyuq silah hesab edilən ov bıçağı ilə Təqsirləndirilən şəxs vurub sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya və sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən xəsarət yetirdiyinə görə Təqsirləndirilən şəxs həmin bıcağı onun əlindən aldından sonra ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya aid ölümünə səbəb olan xəsarət yetirirərək yəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123,134-cü maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəmnində baş vermiş nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək hadisəni zəruri müdafiə vəziyyətində törətdiyini, Ayxan Hüseyinli özündə olan bıçaqla ona hüsum edib xəsaərət yetirən zaman o özünü qorumaq müqavimət göstərdiyini, həmin vaxt Ayxan Hüsenlinin əlində olan bıçaq özünə dəyərək xəsarət yetirdiyini bildirsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, məhkəmə balistik ekspertizasının rəyində göstərilən halları, məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilən X13 və Təqsirləndirilən şəxs bədənləri üzərində olan qeyd olunan xəsarətlərin sayını lokalizasiyasını, törənmə xarakterini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özlərinin müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, O, avtomobildən düşdükdən sonra Ayxan cibindən bıçaq çıxarıb onun qarın nahiyyəsindən vurmaq istədiyi vaxt o, geri çəkilən zaman ayağı büdrəyib yerə yıxılmışdır. Ayxan onu həmin vəziyyətdə vurmaq istədiyi vaxt sağ ayağını qabağa verdikdə Ayxanın əlindəki bıçaq onun sağ ayağına dəyib zədələmiş, sonra bıçaqla onun sinəsindən vurmaq istədikdə o, Ayxanın qolundan tutub bıçağı Ayxanın əlindən almaq istədikdə bıçaq Ayxanın biləyini kəsmiş, sonra isə Ayxanı çevirib üstünə çıxdıqdan sonra bıçağın dəstəyinin onun əlində olduğunu hiss etmiş və həmin vəziyyətdə həyacanlandığı üçün Ayxanın bədənindən bir neçə dəfə zərbə vurmuş, sonra isə bıçağı ona tərəf itələdiyi vaxt bıçağın Ayxanın sinəsinə girdiyini hiss etmişdir. Bundan sonra Ayxanın əl-qolunun boşaldığını, qollarının qırıldığını hiss etmiş və Ayxanı sürüyə sürüyə avtomobilə tərəf aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası CM-nin 36.2-ci maddəsinə əsasən peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Göründüyü kimi hadisə zamanı Ayxan Hüseynli özündə olan bıcaqla Təqsirləndirilən şəxs vurub ona sağ baldırın aşağı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş, sol saidin ön səthində 5 ədəd və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində 1 ədəd səthi kəsilmiş yaraları sağlamlığına yüngül zərər vurmaya aid edilər xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs həmin bıcağı onun əlindən almış, Ayxanı Hüseynlini çevirib üstünə çıxdıqdan sonra ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq Ayxan Hüseynlini qəsdən öldürmək qərarına gəlib göstərilən bıçaqla, həmçinin yumruqla Ayxan Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək sağlamlığa ağır zərər vurmaya aid natamam amputasiya ilə müşayiət olunan sağ yuxarı ətrafın mil-bilək oynağının iç səthindən bayır səthinin dəri qatına qədər davam edən kəsilmiş yara, sağlamlığa az ağır zərər vurmaya aid alt dodaqda, sağ bazunun orta 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yaralar və burun sümüklərinin yerini dəyişmiş, qəlpəli, qapalı sınıqları, sağlamlığa yüngül zərər vurmaya aid sağ qaş nahiyəsində, sağ çiyin nahiyəsində, sağ mil bilək oynağının bayır səthində, sağ əl pəncəsinin bayır səthində, sağ saidin orta 1/3-nin bayır səthində kəsilmiş yaraları, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən burunun sol qanadında qançır və sağ almacıq nahiyəsində səthi əzilmiş yara xəsarətlərini yetirdikdən sonra öz niyyətini başa çatdırmaq məqsədi ilə həmin bıçaqla A. Hüseynlinin döş qəfəsinin ön səthindən zərbə vurub deşilmiş-kəsilmiş yaranın döş boşluğuna nüfuz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə müşayiət edilən, bilavasitə ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə A. Hüseynlini qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir içtimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıd göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə tələbinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhəkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.4 təqsirliliyi sübuta yetirilmədikdə; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə ; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci və 228.4-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi kimi qiymətləndirilə bilməz . Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin əlamətləri olmadığından onun əməli CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və ona elan edilmiş CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin ittiham üzrə bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə ballistik və məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ın 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyndən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayətə görə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yəni, on dörd il azadlıqdan məhrum etmənin dörddə üçündən yəni, on il altı aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Göygöl rayon prokurorluğunda saxlanılan X2 əynində olmuş 1 ədəd şalvar, 1 ədəd köynək və1 ədəd mayka, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınınmış X5 götürülmüş soyuq silah hesab edilərn 1 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Göygöl rayon prokurorluğunda saxlanılan X33 geyim paltarlarına baxış keçirilərkən şalvarının cibindən aşkar olunmuş 1 ədəd beşbarmaq və həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs Ayxan Hüseynlini öldürdüyü soyuq silah hesab edilən 1 ədəd bıçaq isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd yararsız vəziyyətə düşmüş Hisense markalı və 1 ədəd Nokia markalı mobil telefonların sahibinə qaytarılması və "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkiliş aparılmış 1 ədəd diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 285 (iki yüz səksən beş) manat, 66 (altmış altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 7000 (yeddi min) manat pul vəsaitinin və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim etdiyi Gəncə Avtomotservis və Ticarət Müəssisəsi 9 saylı TXE-dən verilmiş xx.xx.2022-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair qüsur aktından görünür ki, Mercedes-Benz 190 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7000 (yeddi min) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 7000 (yeddi min) manat pul vəsaitinin və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı X10 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Göygöl rayon prokurorluğunda saxlanılan X2 əynində olmuş 1 ədəd şalvar, 1 ədəd köynək və1 ədəd mayka, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınınmış X5 götürülmüş 1 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Göygöl rayon prokurorluğunda saxlanılan X33 geyim paltarlarına baxış keçirilərkən şalvarının cibindən aşkar olunmuş 1 ədəd beşbarmaq və həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs Ayxan Hüseynlini öldürdüyü soyuq silah hesab edilən 1 ədəd bıçaq isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd yararsız vəziyyətə düşmüş Hisense markalı və 1 ədəd Nokia markalı mobil telefonların sahibinə qaytarılması və "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkiliş aparılmış 1 ədəd diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 285 (iki yüz səksən beş) manat, 66 (altmış altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia təmin edilsin, 7000 (yeddi min) manat pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı X10 verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-27/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-27/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver